Səttar xan (başqa yazılışı: Səttarxan; az-əbcəd. ستارخان, fars. ستارخان; ləqəbi: Sərdar-e Milli, fars. سردار ملی, azərb. Milli komandir; 20 oktyabr 1866, Təbriz – 15 noyabr 1914, Tehran) — Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının əsas liderlərindən biri və iranın xalq qəhrəmanı.
Səttar xan | |
---|---|
az-əbcəd. ستارخان fars. ستارخان | |
Şəxsi məlumatlar | |
Ləqəbləri | Sərdar-e Melli;İran Azərbaycanlısı, Səttar Qaradaği |
Doğum tarixi | 20 oktyabr 1866 |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 1914 (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Fatimə |
Uşaqları | Yədulla, Sultan, Məsumə |
Atası | Hacı Həsən Bəzzaz |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Gənc yaşlarında şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətdiklərinə görə qardaşı İsmayıl ilə birlikdə həbs olunur. Özü üç aylıq həbs olunsa da qardaşı edam edilir.
1888-ci ildə yenidən həbs olunaraq Ərdəbildə yerləşən Narın qalaya yerləşdirilir. İki il həbsdə olduqdan sonra orda tanış olduğu şəxsin köməkliyi ilə həbsdən qaçır və bir müddət şahsevən tayfası olan Alarlılar ilə birgə yaşayır.
1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da Səttar xanın əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttar xana Azərbaycanın əyalət əncüməni tərəfindən "Sərdare-melli" ləqəbi verilir.
1910-cu il mart ayının 6-da Səttar xan silahdaşı Bağır xan ilə birlikdə 300 nəfər fədai ilə Tehrana yola düşür. 1910-cu ilin 7 avqustunda şah qoşunları və daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Aldığı güllə yarasından sonra əsir düşən Səttar xana Təbrizə geri dönməyə icazə verilmir. Aldığı yaraya görə uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişir.
Həyatı və fəaliyyəti
Doğum tarixi və ailəsi
Səttar xanın tam doğum tarixi hələ də dəqiq bilinmir. Doğum tarixini təxmini qeyd edən İ. Əmirxizi bu məlumatı Səttar xanın qohumlarından ala bilib, Səttar xanla bağlı araşdırmalar aparan digər iranlı tədqiqatçılar da öz əsərlərində İ. Əmirxizinin yazdığına əsasən istinad veriblər. İ. Əmirxizinin qeyd etdiyi tarix 1867–1868-ci illər ətrafındadır. Heç bir əsası olmayan digər bir mənbədə isə Səttar xanın 19 avqust 1868-ci ildə doğulduğu qeyd olunub.
Qafqazşünas P. Petroviç də 1908-ci ildə yazırdı ki Səttarxanın təxminən 45 yaşı var. O da öz fikrini Səttar xana yaxın Məşrutə hərəkatı iştirakçılarından alınan müsahibəyə əsasən yazmışdır. Doğum tarixi ilə bağlı bir başqa versiyanı da 1908-ci ildə Təbrizdə Rusiya baş konsulluğunun katibi olan və o dövrdə Səttar xan haqqında məlumat toplayan S. P. Qolubinov vermişdir. Qolubinovun 1920-ci ildə verdiyi hesabata əsasən Səttar xan 1860-cı illərin əvvəlində doğulmuşdur.
Səttarxan Qaradağ vilayətində azərbaycanlı ailəsində anadan olmuşdur. Qaradağ bölgəsindən olmağını ona ləqəb kimi "qaradağlı" deyilməsi sübut edir lakin hansı kənddə doğulması ilə bağlı ortaq yekun bir fikir yoxdur.Azərbaycan Sovet Ensiklopediyasına görə o Qaradağ vilayətinin Məmmədxanlı mahalında (hazırda Mincivan) anadan olub. Alman islamşünas Anya Pistor Hatam isə onun doğum yeri kimi Canəli kəndini göstərir.
Səttar xan Əhər şəhərinin sakini Hacı Həsən Bəzzazın ikinci oğlu idi. Hacı Həsən Bəzzaz parça ticarəti ilə məşğul idi. Səttar xandan başqa dörd qızı və iki oğlu olub.
Sonrakı illəri
P. Petroviçə görə Səttar xan kiçik yaşlarında əkin sahələrində işləyib çobanlıqla məşğul olub. Gənc yaşlarında qardaşı İsmayıl ilə birlikdə həbs olunaraq Təbrizə aparılır. Buna səbəb isə şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətmələri olmuşdur. İ. Əmirxizinin yazdıqlarına görə İsmayılı edam edib, Səttarı isə 3 aylıq həbs edirlər.
1888-ci ildə Səttarı yenidən həbs edirlər bu dəfə onu Ərdəbildə yerləşən və xüsusi nəzarət olunan məhbusların saxlanıldığı Narın qalaya yerləşdirirlər. Burada o iki ilini keçirir. Həbsxanada tanış olduğu Haşım adlı bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi ilə zindandan qaçır. Mərəndə gedənə qədər şahsevənlərdən olan yurtiçi və alarlı tayfalarına qoşulur və onlarla birgə yaşayır. Əmirxiziyə görə Səttar xanın həbs olunması və həbsxanada keçirdiyi illər onu şah rejiminə qarşı daha da amansız edir. Sonrakı illərdə Səttar Mərənd-Salmas-Xoy yolunu mühafizə edən dəstədə xidmət edir. Bu işi tərk etdikdən sonra əvvəl Tehrana, sonra isə Xorasana gedir.
Səttar xanın sonrakı həyatı ilə bağlı fikirlər müxtəlifdir. "Russkie vedomosti" qazetinə görə Səttar xan bir müddət Zaqafqaziyanın sənaye mərkəzlərində, İrəvan dəmir yolunun çəkilməsində, kərpic zavodlarında və beş il müddətində Bakı mədənlərində işləyib. Bəzi mənbələrə görə isə Məşrutə inqilabına qədər o, Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan, rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Lakin rus tədqiqatçı P. Petroviçin etirafına görə o özü də 1893–1908-ci illər arasında Səttar xanın fəaliyyəti haqqında dəqiq məlumatlara sahib deyil.
Məşrutə hərəkatı
Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı. Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə əcnəbi silahına söykənib xalqa divan tutmağa başlayır. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu. Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başlandı. Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla "Mərkəze-Qeyb"in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük xidmətləri olmuşdu. Bundan başqa Şimali Azərbaycandan da Məşrutəyə dəstək verilirdi. Milyonçular Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev və digərləri mucahidlərə pul və silah yardımı edirdilər.Heydər xan Əmioğlu,Abbas Rzazadə kimi yüzlərlə fədai məhz Şimali Azərbaycandan əksinqlabçılara qarşı döyüşmək üçün Təbrizə gəlmişdilər.
1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Mir Haşimin başçılığı altında şahın 40 minlik silahlı qüvvələri və tərəfdarları Təbriz şəhərini ələ keçirməyə və mücahidlər, fədailər və əncümənlərlə birdəfəlik haq-hesab çəkmək fikrinə düşdülər. Mir Haşimiyə Mərənd xanı Şüca-Nizamın və Təbrizin qərb hissəsinin-Qaraməlik məhəlləsinin dəstələri də qoşuldular. İrticaçılar əvvəlcə Təbrizin, Səttar xanın fədailərinin əlində olan şimaldaki Əmirəqız məhəlləsindən başqa, şimal-şərq hissəsini — Dəvəçi məhəlləsini, Şeşgilan və Bağmeşə məhəllələrini ələ keçirdilər. Şəhərin cənub-şərq hissəsi Bağır xanın fədailərinin əlində idi, onların əsas bazası Xiyaban məhəlləsi idi. Təbrizdə döyüşlər başlayandan sonra Təbriz əncüməninin mülkədar-liberal kəsimi xarici ölkələrin konsulluqlarında gizləndilər. Əncümən sədri Bəsir əs Səltənə və Əclal əl Mülk rus, Hacı Mehdi Kuzəkünani və Şeyx Səlim Osmanlı, Mirzə Hüseyn Vaiz — fransız konsulluqlarında bəstə oturdular. Əksəriyəti mülkədar, tacirlər və ruhanilərdən ibarət Təbriz əncüməni müvəqqəti olaraq dağıldı. Mürtəce dəstələrə qarşı mübarizəni — Təbriz sosial-demokrat mücahidlər təşkilatlarının başçıları- Əli Müsyo, Davafuruş, eləcə də Səttar xan və Bağır xan davam etdilər.
Bir çox məhəllələr müqaviməti dayandırıb ağ bayraqları qaldırdı. Təbrizin yalnız bir məhəlləsi ağ bayraq qaldırmadı – Səttar xanın başçılıq etdiyi Əmirəqız məhəlləsi. Şəhərdə qalan mucahidləri bir yerə yığan Səttar xan inqilabın tarixində dönüş yaradan hünər etdi. Kiçik dəstə ilə hücuma keçərək, Təbrizin mərkəzi hissəsində ağ bayraqları inqilab rəmzi qırmızı bayraqla əvəz etdi. Bu addım inqilabçıları ruhlandırdı və Təbrizi Məşrutə inqilabının mərkəzinə çevirdi.
Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttar xanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, konsulun təklifləri müqabilində Səttarxan bildirmişdi:
Mən Məşrutəyə nə sərvət, nə də məqam üçün yox, azadlıq üçün qoşulmuşam. Bunu ala bilsəm, bir parça torpağı əkib-biçməyim mənə kifayətdir. |
Hərəkatın başçısını və "Müdafiə Şurası" üzvlərini ələ almağın, aldatmağın mümkünsüzlüyünü görən çar Rusiyasının Təbrizdəki konsulluğu, onun əlaltıları xəyanətə və hiyləyə əl atdılar. 11 aylıq mühasirə ilə əlaqədar aclıqdan, ərzaq çatışmazlığından dözülməz dərəcədə əziyyət çəkən Təbriz sakinlərinə "kömək" məqsədilə Culfa-Mərənd-Təbriz yolunun silahlı mücahidlərindən təmizlənməsi və "azuqə" gətirən rus hərbçilərinə toxunmamaq haqda Təbriz Müdafiə Şurasından icazə alındı. Bununla Rusiya imperiyasının Cənubi Azərbaycana hərbi müdaxiləsi başlandı. "Azuqə" gətirmək adı altında silahlı 5 minlik rus qoşunu 1909-cu il aprelin 25-də Təbrizə daxil oldu. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Ölümü və dəfni
Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Aldığı güllə yarasından sonra əsir düşən Səttar xana Təbrizə geri dönməyə icazə verilmir. Aldığı yaraya görə uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişdi. Onu Tehranın yaxınlığındakı Şah-Əbdüləzim məzarlığında dəfn ediblər.
Məzarı
Səttar xanın məzarına uzun müddət laqeyd yanaşılıb. Məzarın ətrafında dəfələrlə qazıntı işləri aparılıb baş daşına ziyan vurulub. Sonradan isə milli fəallar tərəfindən məzar daşı dəyişdirilib və qəbri yenidən təmir olunub. Bütün bu laqeydliklərə görə dəfələrlə İran hökumətindən məzarın Tehrana köçürülməsi tələb olunub, lakin illərdir hökumət bu istəyə müsbət cavab vermir. Hər il 13 – 14 noyabr tarixində milli fəallar Səttar xanın məzarı üzərinə yığışıb onu yad edirlər. Ancaq hər dəfə ziyarətə gələnlər təqib edilib, həbs olunurlar.
Şəxsi həyatı
Səttar xanın yeganə oğlu Yədulla, 4 yaşında ikən, dövlət qoşunlarının yaratdığı qırğın, Təbrizi top tüfəng atəşinə tutub, adi xalqı güllələyərək öldürmələrinə şahid olmuşdur. Sonra atasıyla birlikdə Tehrana gedib Atabəy parkının kədərli hadisəsində, atasının yaralanmasını görmüş, sonra da Təbrizə göndərilmişdir. 1 il Təbrizdə qaldıqdan sonra Səməd xanın zalımcasına qətliamlarını görüb, əmisi Əzimxanla Təbrizdən Tehrana qaçırılmışdır. Səttarxanın ölümünə qədər iki il yanında qalmışdır. Atası dünyasını dəyişdikdən sonra Təbrizə qayıdıb, iki bacısıyla birgə Hacı Əzimxanın himayəsinə keçmişdir. O, sonralar hərbi təhsil almaq məqsədilə Fransaya gedib hərbi təhsilini başa vurduqdan sonra İran ordusuna daxil olaraq, hərbi prokuror vəzifəsində çalışmışdır. Özündən yüksək rütbəli hərbçilərin tələblərinə baxmayaraq Seyid Cəfər Pişəvərinin yaxını bir hərbçiyə ölüm hökmü yerinə ömürlük həbs hökmü çıxartdığı üçün həbs olunmuş, əleyhinə ölüm hökmü çıxarılmışdı. Ancaq minbaşı Haşimi və Siqqətül-İslamın oğlunun vasitəsilə, habelə Məhmud Cəm ilə qohumluq əlaqələrinə görə bağışlanaraq hərbi rütbəsi endirilmişdir. Təbrizdə vəfat etmiş İmamiyyə məzarlığında dəfn olunmuşdur.
Haqqında olan fikirlər
1909-cu ildə Təbrizə səfər edən Məhəmməd Əmin Rəsulzadə Səttar Xan ilə ilk görüşünü belə təsvir edir:
Bütün İranı-təmin yolunda tamam dünyaca şöhrət qazanmış olan bu qəhrəmani-millinin ziyarətinə nail oldum... Sərdarın zahirini təsvir еtmək mənə əbəsdir. Zira bu surəti-bеnami tanımayan bir nəfər tapılmaz. Fotoqraf o əksi-millini еynilə bütün aləmə nəşr еtmiş və hər bir kəsə tanıtdırmışdır... Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xеyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstliyi din dərəcəsiddə qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm еdiyor. Bütün hərəkətini, vücudunu, zoru-bazusunu millətə sərf еtmişdir. |
Xarici mətbuatın Səttar xan haqqında yazdıqları
1908-ci il sentyabr ayının birində çap olunmuş Aberdin Gündəlik Jurnalında Təbrizdə baş verən hadisələr belə təsvir olunur.
Tehrandan gələn teleqramda deyilir ki, şahın göstərişinə əsasən Nəsr-əs-Səltənə bazar günü Təbrizə daxil olaraq hərbi parad keçirmişdir. Parad keçirilən zaman Parlamentin liderlərindən biri olan Səttar xanın rəhbərliyi ilə üsyançılar atəş açıblar. Nəticədə 300 kişi ya öldürülüb ya da yaralanıb. Təbrizdəki üsyançılar şaha qarşı çox ciddi tələblər irəli sürüblər, bu tələblərin sırasında öz aralarından nazirlərin seçilməsi, tam amnistiyanın verilməsi və parlamentin dərhal çağırılması da var. |
The Scotsman qazetinin 14 aprel 1909-cu il tarixində çap olunmuş sayında Təbrizdəki vəziyyət haqqında bunlar yazılıb:
Bu gün müsahibəsi zamanı millətçilərin lideri Səttar xan bəyan edib ki, təslim olmaq niyyəti yoxdur çünki onun çoxlu adamı, silah sursatı və pulu var. O hər gün şəhərin qərb tərəfindən köməyin gələcəyini gözləyirdi, əgər maneələr dəf olunsa və bu baş tutsa şəhərə yol açılacaq. |
Xatirəsi
- Təbrizdə Səttar xan və Bağır xanın mübarizəsinin şərəfinə xüsusi gün təsis olunub və iki medal düzəldilib. Medalların ön üzündə onların şəkli arxa üzündə isə 23 iyun 1908-ci il tarixi əks olunub.
- 1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən "Azadlıq cəbhəsi" qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir.
- 1946-cı ildə Azərbaycan Milli Hökumətinin hakimiyyəti dövründə Təbrizdə Rza şah ın abidəsinin yerində Səttar xana abidə qoyulmuş Gülüstan bağının da adı dəyişərək Səttar xan bağı olmuşdur. Milli hökumət süquta uğradıqdan sonra isə abidə dağıdılmış parkın adı dəyişdirilmişdir.
- Müasir dövrdə Səttar xana Əhərdə və Təbrizdə heykəllər qoyulub.
- Azərbaycanda Lənkəran, Naxçıvan, Şəmkir, Ucar və Bərdədə Səttar xan adına küçələr var.
Ədəbiyyat və musiqidə
- Şair Mirzə Ələkbər Sabir "Səttarxana" adlı şeirini yazıb Molla Nəsrəddin jurnalında yayımlayıb.
- Aşıq Hüseyin "Səttar xan" dastanını bəstələyib.
- 1957-ci ildə yazıçı Pənahi Makulu Səttarxana həsr olunmuş "Səttar xan" adlı tarixi bioqrafik roman yazıb.
- Tarzən Qurban Pirimov müğənni İ. Abdullayevlə birgə S. Ordubadinin sözlərinə "Səttar xan" mahnısını bəstələyib.
Teatr tamaşaları
Təbrizdə Ayna teatr qrupu türkcə "Səttar xan" və ya "Atabəy Parkının Faciəsi" tamaşasını, rejissor Ramin Rasti və ssenarist Nadir Saivərd isə "Səttar xan eposu" tamaşasını hazırlayıblar. Ayna qrupunun hazırladığı "Atabəy Parkının Faciəsi" tamaşası bir sıra xarici festivallarda iştirak edib.
Filmlər
- 1972-ci ildə İranda "Səttar xan" adlı sənədli film çəkilib.
- 2018-ci ildə isə İranda "Səttar xan" adlı 10 hissəli bədii serial çəkilib. Filmdə Səttar xanın ömrünün son dörd ili əks olunub. Lakin serialda bəzi faktların təhrifə uğraması və ssenarisi azərbaycanlı fəalların etirazlarına səbəb olub.
Həmçinin bax
İstinadlar
- Böyük Sovet Ensiklopediyası. Dövlət Elmi Nəşriyyatı. 1950. səh. 135.Orijinal mətn (rus.)
САТТАР-ХАН (р. в 70-х гг. 19 в.— ум. 1914) — выдающийся деятель демократического движения в Иранском Азербайджане, народный герой Ирана.
- Белова, 1983
- Mixail İvanov, V.N. Zaytsev, N.K. Belova. Новая история Ирана: хрестоматия (azərb. İranın yeni tarixi: xrestomatiya). Moskva: "Наука" nəşriyyatı. 1988. səh. 227.
- İbrahim Savalan. "Səttar xan - Xalq qəhrəmanı, yoxsa siyasət adamı?". amerikaninsesi.org. 29 noyabr 2014. 13 fevral 2019 tarixində .
- Alidad Mafinezam, Ariya Mehrabi. Iran and Its Place Among Nations ([[Azərbaycan dili|azərb]]. İran və onun millətlər arasında yeri). 9780275999261. 2007. səh. 57.
- Facts on File. Encyclopedia of the Peoples of Africa and the Middle East ([[Azərbaycan dili|azərb]]. Afrika və Orta Şərq Xalqlarının ensiklopediyası). 2009. səh. 78. ISBN .
- Carter Vaughn Findley. The Turks in World History [[Azərbaycan dili|azərb]]. Dünya tarixində türklər. Oksford Universiteti Nəşriyyatı. 2004. səh. 146. ISBN .
- Azərbaycan Sovet Ensiklopediyası. 8. Bakı. Cəmil Quliyev. 1984. səh. 399.
- Anya Pistor Hatam. ENCYCLOPEDIA IRANICA.
- Belova N.K. Səttarxan və 1908-1909-cu illər Təbriz üsyanının digər nümayəndələri // Asiya Xalqları İnstitutunun qısa məlumatları. 73-cü buraxılış: Əfqanıstanın, İranın və Türkiyənin tarixi və iqtisadiyyatı haqqında sessiyanın işi. Moskva: Şərq Ədəbiyyatı nəşriyyatı. səh. 64.
- Иванов, 1957
- "Səttərxan haqqında". tarix.info. 9 mart 2015. 2020-01-28 tarixində .
- tarix.info. "Səttərxan". 15 mart 2012.
- Şəmidə A.İ. Heydər Əmi oğlu (bioqrafik oçerk). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. 1973. səh. 30.
- Elxan Şahinoğlu. ""Səttarxan, Bakıdan gələn var"". 525-ci qəzet. 6 iyun 2009. 2022-03-12 tarixində .
- "Milli qəhrəmanımız Səttar xan". azadliq.info. 27 oktyabr 2013. 2021-10-22 tarixində .
- "Национальное освободительное движение в Южном Азербайджане" (rus. ). a-r.az. 2019-01-30 tarixində .
- "Саттар-хан - герой Табризской революции" (rus. ). irib.ir. 11 iyul 2013. 2020-08-03 tarixində .
- Elçin Qaliboğlu. "Səttarxanın ölümündən 95 il ötdü..." anl.az. 17 noyabr 2009. 2021-10-25 tarixində .
- "Sattar Khan" (ing. ). iranchamber.com. 28 yanvar 2019. 2017-06-29 tarixində .
- "Təbriz Şəhər Şurasının üzvü Səttarxan və Xiyabanının məzarlarının Təbrizə intiqal edilməsini istəyib". gunaz.tv. 16 oktyabr 2017.[ölü keçid]
- "Milli Sərdar Səttarxan məzarı başında anılıb". gunaz.tv. 17 noyabr 2017.[ölü keçid]
- "Səttarxan mərasiminə hücum". amerikaninsesi.org. 14 noyabr 2008. 2022-01-25 tarixində .
- "Səttarxanın məzarı üstünə gedən fəallara təzyiq edilib, onlardan bir neçəsi saxlanılıb". gunaz.tv. 3 noyabr 2017.[ölü keçid]
- Sami Sərdarimilli. "Sərdari-Milli Səttarxanın vətən üçün alışan ruhu". 525.az. 5 oktyabr 2018.
- Cəmil Həsənli. Günеy Azərbaycan: Tеhran - Bakı - Moskva arasında (PDF). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 23.
- "Aberdeen Daily Journal" (ing. ). britishnewspaperarchive.co.uk. 1 sentyabr 1908. 13 fevral 2019 tarixində .
- "THE SITUATION IN TABRIZ" (ing. ). The Scotsman. 14 aprel 1909. 15 fevral 2019 tarixində .
- Cəmil Həsənli. SSRİ-İran: Azərbaycan böhranı və Soyuq müharibənin başlanması (1941-1946-cı illər). Герои Отечества. 2006. səh. 219, 450. ISBN .
- Adil Bağırov. Naxçıvanın urbanonimləri. Bakı: ADPU. 2014. səh. 87.
- Mirzə Ələkbər Sabir. [[Hophopnamə]] (PDF). Bakı: ŞƏRQ-QƏRB. 2004. 472. ISBN .
- "АШУ́Г ГУСЕ́ЙН". Краткая литературная энциклопедия. 2012-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-12.
- "ПАНАХИ́". Краткая литературная энциклопедия. 2012-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-12.
- E.Abbasova. Qurban Pirimov (PDF). Moskva: Советский композитор. 1963. səh. 13.
- "Təbrizli sənətçilərin 'Səttarxan' tamaşası Türkiyədə səhnəyə qoyulur". amerikaninsesi.org. 12 oktyabr 2017. 2021-09-23 tarixində .
- ""Səttarxan eposu" tamaşası səhnəyə çıxarılıb – Təbrizdə". gunaz.tv. 7 mart 2018.[ölü keçid]
- "Sattar khan (1972)" (ing. ). imdb.com. 2017-02-09 tarixində .
- "Səttarxan haqda teleserial çəkilib". atv.az. 3 fevral 2018. 2021-10-25 tarixində .
- Əlirza Quluncu. "Güneydə İran mediasının 'anti-türk' təbliğatı ilə bağlı narahatlıq var". amerikaninsesi.org. 12 fevral 2018. 2022-01-27 tarixində .
Ədəbiyyat
- Belova N. K. Саттар-хан и другие деятели Табризского восстания 1908–1909 гг. // Краткие сообщения Института народов Азии. Вып. 73: Труды сессии по вопросам истории и экономики Афганистана, Ирана и Турции. (azərb. Səttarxan və 1908-1909-cu illər Təbriz üsyanının digər nümayəndələri // Asiya Xalqları İnstitutunun qısa məlumatları. 73-cü buraxılış: Əfqanıstanın, İranın və Türkiyənin tarixi və iqtisadiyyatı haqqında sessiyanın işi.) — Moskva: Şərq Ədəbiyyatı nəşriyyatı 1963
- Mixail İvanov, V. N. Zaytsev, N. K. Belova Новая история Ирана: хрестоматия (azərb. İranın yeni tarixi: xrestomatiya.) — Moskva: "Наука" nəşriyyatı, 1988
- Cəmil Həsənli Güney Azərbaycan: Tehran — Bakı — Moskva arasında. — Bakı: Diplomat nəşriyyatı, 1998.
- Bijan Cəzani İran Meşrutiyet Devrimi (azərb. İran Məşrutə İnqilabı.) Kaynak Yayınları nəşriyyatı, 2014.
Xarici keçidlər
- Həsən Dəmirçinin Səttarxana həsr etdiyi Səttarxan operası
- Dahilərin divanı verilişi — Səttarxan
- Pənahi Makulunun yazdığı Səttarxan kitabından hissələr
- 1947-ci ildə çəkilmiş "Arazın o tayında" filmi. Filmdə Təbrizdə Səttar xanın büstünün açılışı kadrları da əks olunub.
- Azərbaycan Milli Hökuməti dövründə Səttar Xana həsr olunmuş musiqi
- Alim Qasımovun oxuduğu Səttar Xan mahnısı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Settar xan deqiqlesdirme Settar xan basqa yazilisi Settarxan az ebced ستارخان fars ستارخان leqebi Serdar e Milli fars سردار ملی azerb Milli komandir 20 oktyabr 1866 Tebriz 15 noyabr 1914 Tehran Mehemmedeli sah diktaturasina qarsi Mesrute inqilabinin esas liderlerinden biri ve iranin xalq qehremani Settar xanaz ebced ستارخان fars ستارخان Sexsi melumatlarLeqebleri Serdar e Melli Iran Azerbaycanlisi Settar QaradagiDogum tarixi 20 oktyabr 1866 1866 10 20 Dogum yeri Tebriz Tebriz sehristani Serqi Azerbaycan ostani IranVefat tarixi 15 noyabr 1914 1914 11 15 48 yasinda Vefat yeri Tehran Tehran sehristani Tehran ostani IranVefat sebebi doyusde olumVetendasligi QacarlarHeyat yoldasi FatimeUsaqlari Yedulla Sultan MesumeAtasi Haci Hesen BezzazHerbi fealiyyetiDoyusler Iran inqilabi Vikianbarda elaqeli mediafayllar Genc yaslarinda sah rejimine qarsi mubarize aparan rehberlerden birini gizletdiklerine gore qardasi Ismayil ile birlikde hebs olunur Ozu uc ayliq hebs olunsa da qardasi edam edilir 1888 ci ilde yeniden hebs olunaraq Erdebilde yerlesen Narin qalaya yerlesdirilir Iki il hebsde olduqdan sonra orda tanis oldugu sexsin komekliyi ile hebsden qacir ve bir muddet sahseven tayfasi olan Alarlilar ile birge yasayir 1908 ci ilde Mehemmed Eli sah Qacar Tehranda cevrilis edib Sura Meclisini topa tutduqdan sonra Tebrizi de ele kecirmeye calisirlar Tebrizdeki butun mehelleler ag bayraq qaldirib teslim olsalar da Settar xanin elinde olan Emireqiz mehellesi teslim olmur Neticede guc yeniden mesrutecilerin eline kecir ve butun mehelleler sah quvvelerinden temizlenir Bu qalibiyyetinden sonra Settar xana Azerbaycanin eyalet encumeni terefinden Serdare melli leqebi verilir 1910 cu il mart ayinin 6 da Settar xan silahdasi Bagir xan ile birlikde 300 nefer fedai ile Tehrana yola dusur 1910 cu ilin 7 avqustunda sah qosunlari ve dasnak Yefrem Davidyansin basciliq etdiyi polis quvveleri gece xaincesine Atabey parkina hucum edirler Settar xanin quvvelerini muhasireye alaraq terkisilah etmeye cehd gosterirler Bas veren silahli qarsidurmada Settar xan ayagindan yaralanir Aldigi gulle yarasindan sonra esir dusen Settar xana Tebrize geri donmeye icaze verilmir Aldigi yaraya gore uzun muddet yataq xestesi olan Settarxan 1914 cu il noyabrin 16 da Tehranda dunyasini deyisir Heyati ve fealiyyetiDogum tarixi ve ailesi Settar xan 16 yasinda Settar xanin tam dogum tarixi hele de deqiq bilinmir Dogum tarixini texmini qeyd eden I Emirxizi bu melumati Settar xanin qohumlarindan ala bilib Settar xanla bagli arasdirmalar aparan diger iranli tedqiqatcilar da oz eserlerinde I Emirxizinin yazdigina esasen istinad veribler I Emirxizinin qeyd etdiyi tarix 1867 1868 ci iller etrafindadir Hec bir esasi olmayan diger bir menbede ise Settar xanin 19 avqust 1868 ci ilde doguldugu qeyd olunub Qafqazsunas P Petrovic de 1908 ci ilde yazirdi ki Settarxanin texminen 45 yasi var O da oz fikrini Settar xana yaxin Mesrute herekati istirakcilarindan alinan musahibeye esasen yazmisdir Dogum tarixi ile bagli bir basqa versiyani da 1908 ci ilde Tebrizde Rusiya bas konsullugunun katibi olan ve o dovrde Settar xan haqqinda melumat toplayan S P Qolubinov vermisdir Qolubinovun 1920 ci ilde verdiyi hesabata esasen Settar xan 1860 ci illerin evvelinde dogulmusdur Settarxan Qaradag vilayetinde azerbaycanli ailesinde anadan olmusdur Qaradag bolgesinden olmagini ona leqeb kimi qaradagli deyilmesi subut edir lakin hansi kendde dogulmasi ile bagli ortaq yekun bir fikir yoxdur Azerbaycan Sovet Ensiklopediyasina gore o Qaradag vilayetinin Memmedxanli mahalinda hazirda Mincivan anadan olub Alman islamsunas Anya Pistor Hatam ise onun dogum yeri kimi Caneli kendini gosterir Settar xan Eher seherinin sakini Haci Hesen Bezzazin ikinci oglu idi Haci Hesen Bezzaz parca ticareti ile mesgul idi Settar xandan basqa dord qizi ve iki oglu olub Sonraki illeri P Petrovice gore Settar xan kicik yaslarinda ekin sahelerinde isleyib cobanliqla mesgul olub Genc yaslarinda qardasi Ismayil ile birlikde hebs olunaraq Tebrize aparilir Buna sebeb ise sah rejimine qarsi mubarize aparan rehberlerden birini gizletmeleri olmusdur I Emirxizinin yazdiqlarina gore Ismayili edam edib Settari ise 3 ayliq hebs edirler 1888 ci ilde Settari yeniden hebs edirler bu defe onu Erdebilde yerlesen ve xususi nezaret olunan mehbuslarin saxlanildigi Narin qalaya yerlesdirirler Burada o iki ilini kecirir Hebsxanada tanis oldugu Hasim adli bir mehbusu gizli yolla azad etmeye gelenlerin komekliyi ile zindandan qacir Merende gedene qeder sahsevenlerden olan yurtici ve alarli tayfalarina qosulur ve onlarla birge yasayir Emirxiziye gore Settar xanin hebs olunmasi ve hebsxanada kecirdiyi iller onu sah rejimine qarsi daha da amansiz edir Sonraki illerde Settar Merend Salmas Xoy yolunu muhafize eden destede xidmet edir Bu isi terk etdikden sonra evvel Tehrana sonra ise Xorasana gedir Settar xanin sonraki heyati ile bagli fikirler muxtelifdir Russkie vedomosti qazetine gore Settar xan bir muddet Zaqafqaziyanin senaye merkezlerinde Irevan demir yolunun cekilmesinde kerpic zavodlarinda ve bes il muddetinde Baki medenlerinde isleyib Bezi menbelere gore ise Mesrute inqilabina qeder o Tebrizde ve etraf bolgelerde gizli sekilde yasayan rejim eleyhine onun yerlerdeki memurlarinin xalqa etdikleri zulm ve ozbasinaligina qarsi mubarize aparan destelere qosulur Lakin rus tedqiqatci P Petrovicin etirafina gore o ozu de 1893 1908 ci iller arasinda Settar xanin fealiyyeti haqqinda deqiq melumatlara sahib deyil Mesrute herekati Settar xan ve Bagir xan ortada Azerbaycan mesrutecileri ileMesrute herekati zamani Tebrizin xeritesi 27 sentyabr 1908 ci il Settarxan Tebrize donen vaxt artiq Tebriz rejimi eleyhine ayaga qalxmis ve onun butun siyasi sutunlarini silkelemeye baslamisdi Mehemmedeli sah atasinin millete verdiyi vedleri yerine yetirmek evezine ecnebi silahina soykenib xalqa divan tutmaga baslayir Ustelik Irani nufuz dairesine cevirmek haqda 1907 ci il Ingiltere Rusiya sovdelesmesine razi oldu Bunun ardinca 1908 ci il iyun ayinin 23 de xalq elcilerinin toplandigi meclis top atesine tutuldu Olkede kutlevi hebsler ve teqibler baslandi Mesrute herekatina agir zerbe endirildiyi verilmis nisbi azadliqlarin elden alindigi Encumenlerin qapilarina qifil vuruldugu agir gunlerde Azerbaycan onun bas seheri Tebriz ayaga qalxdi Kutleni mubarizeye qaldirmaqda ve mutesekkil hucumu teskil etmekde Settarxan ve onun silahdaslari basda olmaqla Merkeze Qeyb in Mudafie Surasinin ve Tebriz encumeninin boyuk xidmetleri olmusdu Bundan basqa Simali Azerbaycandan da Mesruteye destek verilirdi Milyoncular Haci Zeynalabdin Tagiyev Semsi Esedullayev ve digerleri mucahidlere pul ve silah yardimi edirdiler Heyder xan Emioglu Abbas Rzazade kimi yuzlerle fedai mehz Simali Azerbaycandan eksinqlabcilara qarsi doyusmek ucun Tebrize gelmisdiler 1908 ci ilde Mehemmed Eli sah Qacar Tehranda cevrilis edib Sura Meclisini topa tutduqdan sonra Mir Hasimin basciligi altinda sahin 40 minlik silahli quvveleri ve terefdarlari Tebriz seherini ele kecirmeye ve mucahidler fedailer ve encumenlerle birdefelik haq hesab cekmek fikrine dusduler Mir Hasimiye Merend xani Suca Nizamin ve Tebrizin qerb hissesinin Qaramelik mehellesinin desteleri de qosuldular Irticacilar evvelce Tebrizin Settar xanin fedailerinin elinde olan simaldaki Emireqiz mehellesinden basqa simal serq hissesini Deveci mehellesini Sesgilan ve Bagmese mehellelerini ele kecirdiler Seherin cenub serq hissesi Bagir xanin fedailerinin elinde idi onlarin esas bazasi Xiyaban mehellesi idi Tebrizde doyusler baslayandan sonra Tebriz encumeninin mulkedar liberal kesimi xarici olkelerin konsulluqlarinda gizlendiler Encumen sedri Besir es Seltene ve Eclal el Mulk rus Haci Mehdi Kuzekunani ve Seyx Selim Osmanli Mirze Huseyn Vaiz fransiz konsulluqlarinda beste oturdular Ekseriyeti mulkedar tacirler ve ruhanilerden ibaret Tebriz encumeni muveqqeti olaraq dagildi Murtece destelere qarsi mubarizeni Tebriz sosial demokrat mucahidler teskilatlarinin bascilari Eli Musyo Davafurus elece de Settar xan ve Bagir xan davam etdiler Bir cox mehelleler muqavimeti dayandirib ag bayraqlari qaldirdi Tebrizin yalniz bir mehellesi ag bayraq qaldirmadi Settar xanin basciliq etdiyi Emireqiz mehellesi Seherde qalan mucahidleri bir yere yigan Settar xan inqilabin tarixinde donus yaradan huner etdi Kicik deste ile hucuma kecerek Tebrizin merkezi hissesinde ag bayraqlari inqilab remzi qirmizi bayraqla evez etdi Bu addim inqilabcilari ruhlandirdi ve Tebrizi Mesrute inqilabinin merkezine cevirdi Settar xanin rehberliyi altinda Ali Herbi Sura yaradilir Ali Suranin bas komandani Settar xan ve onun muavini Bagir xan uzvleri Eli Musyo Haci Eli Seyid Hasim xan teyin edilirler 1909 cu ilin aprel ayina qeder Tebriz usyani inqilabcilarin verdiyi coxsayli itkilere baxmayaraq dusmenin silahli quvvelerini Tebrizden cixarmaga nail olur Bu doyusde Settar xan ve Bagir xan numayis etdirdikleri qeyri adi qehremanliqlari muqabilinde Azerbaycanin eyalet encumeni terefinden muvafiq olaraq Serdari milli Xalq serkerdesi ve Salari milli Xalq rehberi fexri adlarina layiq gorulurler Settar xan Bagir xanla birlikde Tebrizin mudafiesi Herbi Suraya tapsirilir Usyancilarin bu qelebesi Azerbaycanin basqa vilayetlerine ve butun Irana tesir gosterir Tehran Qezvin Rest Isfahan ve basqa seherlerde Settar xan adi altinda inqilabi komiteler yaranir Tebriz eyalet encumeni ozunu Sura Meclisinin elcisi kimi teqdim edir 1908 ci ilin oktyabr ayina qeder Azerbaycanin bir cox vilayetleri dusmenlerden temizlenir Olkede inqilabi herekatin guclenmesinden qorxuya dusen sah irtica quvveleri Tehranda Sura Meclisinin yeniden acilmasina icaze vermeye mecbur olurlar 1908 ci ilin dekabr ayinda acilan Ikinci Sura Meclisi Settar xan ile Bagir xanin xidmetlerini deyerlendirmek meqsedile adlari metal lovhe uzerine qizil herflerle hekk edilmis Seref Nisanlarinin hazirlanmasi ve Meclisin yeniden acilisi zamani tribunadan asilmasi haqqinda ferman verir Tebriz inqilabinin qelebesinden sonra inqilabi ehval ruhiyyenin artmasi sah quvvelerini Car Rusiyasi ve Ingiltereni tesvise salir Onlar Settar xani ve silahdaslarini gozden salmaq ucun Settar xan ve Bagir xani silahdaslarindan Tebrizden ayirmaga calisirlar Tebrizdeki rus konsulu Roxitonov bir nece defe Settar xanla gorusub sah dovleti adindan ona ali vezife ve yuksek dovlet meqamlarini tutmagi teklif etse de konsulun teklifleri muqabilinde Settarxan bildirmisdi Men Mesruteye ne servet ne de meqam ucun yox azadliq ucun qosulmusam Bunu ala bilsem bir parca torpagi ekib bicmeyim mene kifayetdir Herekatin bascisini ve Mudafie Surasi uzvlerini ele almagin aldatmagin mumkunsuzluyunu goren car Rusiyasinin Tebrizdeki konsullugu onun elaltilari xeyanete ve hiyleye el atdilar 11 ayliq muhasire ile elaqedar acliqdan erzaq catismazligindan dozulmez derecede eziyyet ceken Tebriz sakinlerine komek meqsedile Culfa Merend Tebriz yolunun silahli mucahidlerinden temizlenmesi ve azuqe getiren rus herbcilerine toxunmamaq haqda Tebriz Mudafie Surasindan icaze alindi Bununla Rusiya imperiyasinin Cenubi Azerbaycana herbi mudaxilesi baslandi Azuqe getirmek adi altinda silahli 5 minlik rus qosunu 1909 cu il aprelin 25 de Tebrize daxil oldu Ingilterenin xarici isler naziri Edvard Karinin bu olkenin Irandaki sefiri Corc Birliye gonderdiyi teleqramda 16 3 1910 deyilirdi ki Settar xan ve Bagir xan tezlikle Tebrizden cixarilmalidir Bundan sonra Iranin bas naziri Milli Sura Meclisi ise qarisib Settar xan ve Bagir xani Tehrana getmeye mecbur edirler 1910 cu il mart ayinin 6 da Settar xan ve Bagir xan 300 nefer silahdasi ile Tehrana yola dusur 1910 cu il aprel ayinin 3 de Settar xan Tehrana catir Qurbanlar kesilir Tehran ehalisi onu xilaskar kimi qarsilayir Olumu ve defniSettar xanin olumunden qabaq cekilmis son sekli Tehran Settar xana fedaileri ile Atabey parkinda yer verilir 1910 cu ilin 7 avqustunda sah qosunlari ve Tehranin milliyetce ermeni olan ve evveler Settar xanin quvveleri ile birge sah rejimine qarsi mubarize aparmis dasnak Yefrem Davidyansin basciliq etdiyi polis quvveleri gece xaincesine Atabey parkina hucum edirler Settar xanin quvvelerini muhasireye alaraq terkisilah etmeye cehd gosterirler Bas veren silahli qarsidurmada Settar xan ayagindan yaralanir Settar xanin qosunlarina Tehrandan cixmaga imkan verilmir Aldigi gulle yarasindan sonra esir dusen Settar xana Tebrize geri donmeye icaze verilmir Aldigi yaraya gore uzun muddet yataq xestesi olan Settarxan 1914 cu il noyabrin 16 da Tehranda dunyasini deyisdi Onu Tehranin yaxinligindaki Sah Ebdulezim mezarliginda defn edibler Mezari Settar xanin mezarina uzun muddet laqeyd yanasilib Mezarin etrafinda defelerle qazinti isleri aparilib bas dasina ziyan vurulub Sonradan ise milli feallar terefinden mezar dasi deyisdirilib ve qebri yeniden temir olunub Butun bu laqeydliklere gore defelerle Iran hokumetinden mezarin Tehrana kocurulmesi teleb olunub lakin illerdir hokumet bu isteye musbet cavab vermir Her il 13 14 noyabr tarixinde milli feallar Settar xanin mezari uzerine yigisib onu yad edirler Ancaq her defe ziyarete gelenler teqib edilib hebs olunurlar Sexsi heyatiSettar xan ve oglu Yedulla Settar xanin yegane oglu Yedulla 4 yasinda iken dovlet qosunlarinin yaratdigi qirgin Tebrizi top tufeng atesine tutub adi xalqi gulleleyerek oldurmelerine sahid olmusdur Sonra atasiyla birlikde Tehrana gedib Atabey parkinin kederli hadisesinde atasinin yaralanmasini gormus sonra da Tebrize gonderilmisdir 1 il Tebrizde qaldiqdan sonra Semed xanin zalimcasina qetliamlarini gorub emisi Ezimxanla Tebrizden Tehrana qacirilmisdir Settarxanin olumune qeder iki il yaninda qalmisdir Atasi dunyasini deyisdikden sonra Tebrize qayidib iki bacisiyla birge Haci Ezimxanin himayesine kecmisdir O sonralar herbi tehsil almaq meqsedile Fransaya gedib herbi tehsilini basa vurduqdan sonra Iran ordusuna daxil olaraq herbi prokuror vezifesinde calismisdir Ozunden yuksek rutbeli herbcilerin teleblerine baxmayaraq Seyid Cefer Piseverinin yaxini bir herbciye olum hokmu yerine omurluk hebs hokmu cixartdigi ucun hebs olunmus eleyhine olum hokmu cixarilmisdi Ancaq minbasi Hasimi ve Siqqetul Islamin oglunun vasitesile habele Mehmud Cem ile qohumluq elaqelerine gore bagislanaraq herbi rutbesi endirilmisdir Tebrizde vefat etmis Imamiyye mezarliginda defn olunmusdur Haqqinda olan fikirler1909 cu ilde Tebrize sefer eden Mehemmed Emin Resulzade Settar Xan ile ilk gorusunu bele tesvir edir Butun Irani temin yolunda tamam dunyaca sohret qazanmis olan bu qehremani millinin ziyaretine nail oldum Serdarin zahirini tesvir etmek mene ebesdir Zira bu sureti benami tanimayan bir nefer tapilmaz Fotoqraf o eksi millini eynile butun aleme nesr etmis ve her bir kese tanitdirmisdir Serdar qayetde qani isti bir adam hereketi xeyli celddir danisigi cox ciddidir Mesruteperestliyi din derecesidde qevidir Bu adam mesrute terefdari olmaqda fanatizm ediyor Butun hereketini vucudunu zoru bazusunu millete serf etmisdir Xarici metbuatin Settar xan haqqinda yazdiqlari1908 ci il sentyabr ayinin birinde cap olunmus Aberdin Gundelik Jurnalinda Tebrizde bas veren hadiseler bele tesvir olunur Tehrandan gelen teleqramda deyilir ki sahin gosterisine esasen Nesr es Seltene bazar gunu Tebrize daxil olaraq herbi parad kecirmisdir Parad kecirilen zaman Parlamentin liderlerinden biri olan Settar xanin rehberliyi ile usyancilar ates aciblar Neticede 300 kisi ya oldurulub ya da yaralanib Tebrizdeki usyancilar saha qarsi cox ciddi telebler ireli surubler bu teleblerin sirasinda oz aralarindan nazirlerin secilmesi tam amnistiyanin verilmesi ve parlamentin derhal cagirilmasi da var The Scotsman qazetinin 14 aprel 1909 cu il tarixinde cap olunmus sayinda Tebrizdeki veziyyet haqqinda bunlar yazilib Bu gun musahibesi zamani milletcilerin lideri Settar xan beyan edib ki teslim olmaq niyyeti yoxdur cunki onun coxlu adami silah sursati ve pulu var O her gun seherin qerb terefinden komeyin geleceyini gozleyirdi eger maneeler def olunsa ve bu bas tutsa sehere yol acilacaq XatiresiTebrizde Settar xan ve Bagir xanin mubarizesinin serefine xususi gun tesis olunub ve iki medal duzeldilib Medallarin on uzunde onlarin sekli arxa uzunde ise 23 iyun 1908 ci il tarixi eks olunub 1944 cu ilde 44 mutereqqi qezeti oz etrafinda birlesdiren Azadliq cebhesi qezeti terefinden teskil edilmis mitinqde Seyid Cefer Piseveri Settar xanin qebri ustunde nitq soyleyir 1946 ci ilde Azerbaycan Milli Hokumetinin hakimiyyeti dovrunde Tebrizde Rza sah in abidesinin yerinde Settar xana abide qoyulmus Gulustan baginin da adi deyiserek Settar xan bagi olmusdur Milli hokumet suquta ugradiqdan sonra ise abide dagidilmis parkin adi deyisdirilmisdir Muasir dovrde Settar xana Eherde ve Tebrizde heykeller qoyulub Azerbaycanda Lenkeran Naxcivan Semkir Ucar ve Berdede Settar xan adina kuceler var Tebrizin Mesrute baginda Settar xana qoyulan heykelEdebiyyat ve musiqide Sair Mirze Elekber Sabir Settarxana adli seirini yazib Molla Nesreddin jurnalinda yayimlayib Asiq Huseyin Settar xan dastanini besteleyib 1957 ci ilde yazici Penahi Makulu Settarxana hesr olunmus Settar xan adli tarixi bioqrafik roman yazib Tarzen Qurban Pirimov mugenni I Abdullayevle birge S Ordubadinin sozlerine Settar xan mahnisini besteleyib Teatr tamasalari Tebrizde Ayna teatr qrupu turkce Settar xan ve ya Atabey Parkinin Faciesi tamasasini rejissor Ramin Rasti ve ssenarist Nadir Saiverd ise Settar xan eposu tamasasini hazirlayiblar Ayna qrupunun hazirladigi Atabey Parkinin Faciesi tamasasi bir sira xarici festivallarda istirak edib Filmler 1972 ci ilde Iranda Settar xan adli senedli film cekilib 2018 ci ilde ise Iranda Settar xan adli 10 hisseli bedii serial cekilib Filmde Settar xanin omrunun son dord ili eks olunub Lakin serialda bezi faktlarin tehrife ugramasi ve ssenarisi azerbaycanli feallarin etirazlarina sebeb olub Hemcinin baxMesrute herekati Mesrute Evi Mesrute dovru metbuatIstinadlarBoyuk Sovet Ensiklopediyasi Dovlet Elmi Nesriyyati 1950 seh 135 Orijinal metn rus SATTAR HAN r v 70 h gg 19 v um 1914 vydayushijsya deyatel demokraticheskogo dvizheniya v Iranskom Azerbajdzhane narodnyj geroj Irana Belova 1983 Mixail Ivanov V N Zaytsev N K Belova Novaya istoriya Irana hrestomatiya azerb Iranin yeni tarixi xrestomatiya Moskva Nauka nesriyyati 1988 seh 227 Ibrahim Savalan Settar xan Xalq qehremani yoxsa siyaset adami amerikaninsesi org 29 noyabr 2014 13 fevral 2019 tarixinde Alidad Mafinezam Ariya Mehrabi Iran and Its Place Among Nations Azerbaycan dili azerb Iran ve onun milletler arasinda yeri 9780275999261 2007 seh 57 Facts on File Encyclopedia of the Peoples of Africa and the Middle East Azerbaycan dili azerb Afrika ve Orta Serq Xalqlarinin ensiklopediyasi 2009 seh 78 ISBN 0816071586 Carter Vaughn Findley The Turks in World History Azerbaycan dili azerb Dunya tarixinde turkler Oksford Universiteti Nesriyyati 2004 seh 146 ISBN 9780195177268 Azerbaycan Sovet Ensiklopediyasi 8 Baki Cemil Quliyev 1984 seh 399 Anya Pistor Hatam ENCYCLOPEDIA IRANICA Belova N K Settarxan ve 1908 1909 cu iller Tebriz usyaninin diger numayendeleri Asiya Xalqlari Institutunun qisa melumatlari 73 cu buraxilis Efqanistanin Iranin ve Turkiyenin tarixi ve iqtisadiyyati haqqinda sessiyanin isi Moskva Serq Edebiyyati nesriyyati seh 64 Ivanov 1957 Setterxan haqqinda tarix info 9 mart 2015 2020 01 28 tarixinde tarix info Setterxan 15 mart 2012 Semide A I Heyder Emi oglu bioqrafik ocerk Baki Azerbaycan Dovlet Nesriyyati 1973 seh 30 Elxan Sahinoglu Settarxan Bakidan gelen var 525 ci qezet 6 iyun 2009 2022 03 12 tarixinde Milli qehremanimiz Settar xan azadliq info 27 oktyabr 2013 2021 10 22 tarixinde Nacionalnoe osvoboditelnoe dvizhenie v Yuzhnom Azerbajdzhane rus a r az 2019 01 30 tarixinde Sattar han geroj Tabrizskoj revolyucii rus irib ir 11 iyul 2013 2020 08 03 tarixinde Elcin Qaliboglu Settarxanin olumunden 95 il otdu anl az 17 noyabr 2009 2021 10 25 tarixinde Sattar Khan ing iranchamber com 28 yanvar 2019 2017 06 29 tarixinde Tebriz Seher Surasinin uzvu Settarxan ve Xiyabaninin mezarlarinin Tebrize intiqal edilmesini isteyib gunaz tv 16 oktyabr 2017 olu kecid Milli Serdar Settarxan mezari basinda anilib gunaz tv 17 noyabr 2017 olu kecid Settarxan merasimine hucum amerikaninsesi org 14 noyabr 2008 2022 01 25 tarixinde Settarxanin mezari ustune geden feallara tezyiq edilib onlardan bir necesi saxlanilib gunaz tv 3 noyabr 2017 olu kecid Sami Serdarimilli Serdari Milli Settarxanin veten ucun alisan ruhu 525 az 5 oktyabr 2018 Cemil Hesenli Guney Azerbaycan Tehran Baki Moskva arasinda PDF Baki Diplomat nesriyyati 1998 seh 23 Aberdeen Daily Journal ing britishnewspaperarchive co uk 1 sentyabr 1908 13 fevral 2019 tarixinde THE SITUATION IN TABRIZ ing The Scotsman 14 aprel 1909 15 fevral 2019 tarixinde Cemil Hesenli SSRI Iran Azerbaycan bohrani ve Soyuq muharibenin baslanmasi 1941 1946 ci iller Geroi Otechestva 2006 seh 219 450 ISBN 5 91017 012 0 Adil Bagirov Naxcivanin urbanonimleri Baki ADPU 2014 seh 87 Mirze Elekber Sabir Hophopname PDF Baki SERQ QERB 2004 472 ISBN 9952 418 26 1 AShU G GUSE JN Kratkaya literaturnaya enciklopediya 2012 06 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2012 02 12 PANAHI Kratkaya literaturnaya enciklopediya 2012 06 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2012 02 12 E Abbasova Qurban Pirimov PDF Moskva Sovetskij kompozitor 1963 seh 13 Tebrizli senetcilerin Settarxan tamasasi Turkiyede sehneye qoyulur amerikaninsesi org 12 oktyabr 2017 2021 09 23 tarixinde Settarxan eposu tamasasi sehneye cixarilib Tebrizde gunaz tv 7 mart 2018 olu kecid Sattar khan 1972 ing imdb com 2017 02 09 tarixinde Settarxan haqda teleserial cekilib atv az 3 fevral 2018 2021 10 25 tarixinde Elirza Quluncu Guneyde Iran mediasinin anti turk tebligati ile bagli narahatliq var amerikaninsesi org 12 fevral 2018 2022 01 27 tarixinde EdebiyyatBelova N K Sattar han i drugie deyateli Tabrizskogo vosstaniya 1908 1909 gg Kratkie soobsheniya Instituta narodov Azii Vyp 73 Trudy sessii po voprosam istorii i ekonomiki Afganistana Irana i Turcii azerb Settarxan ve 1908 1909 cu iller Tebriz usyaninin diger numayendeleri Asiya Xalqlari Institutunun qisa melumatlari 73 cu buraxilis Efqanistanin Iranin ve Turkiyenin tarixi ve iqtisadiyyati haqqinda sessiyanin isi Moskva Serq Edebiyyati nesriyyati 1963 Mixail Ivanov V N Zaytsev N K Belova Novaya istoriya Irana hrestomatiya azerb Iranin yeni tarixi xrestomatiya Moskva Nauka nesriyyati 1988 Cemil Hesenli Guney Azerbaycan Tehran Baki Moskva arasinda Baki Diplomat nesriyyati 1998 Bijan Cezani Iran Mesrutiyet Devrimi azerb Iran Mesrute Inqilabi Kaynak Yayinlari nesriyyati 2014 Xarici kecidlerVikianbarda elaqeli media fayllar Hesen Demircinin Settarxana hesr etdiyi Settarxan operasi Dahilerin divani verilisi Settarxan Penahi Makulunun yazdigi Settarxan kitabindan hisseler 1947 ci ilde cekilmis Arazin o tayinda filmi Filmde Tebrizde Settar xanin bustunun acilisi kadrlari da eks olunub Azerbaycan Milli Hokumeti dovrunde Settar Xana hesr olunmus musiqi Alim Qasimovun oxudugu Settar Xan mahnisi