Heydər xan Əmoğlu (20 dekabr 1880, Urmiya – 15 oktyabr 1921, Gilan ostanı) — İranda və Şimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri.
Heydər xan Əmioğlu | |
---|---|
fars. حیدرخان عمواوغلی | |
Digər adı | Heydər xan Allahverdi Ove Avşar |
Doğum tarixi | |
Doğum yeri | Urmiya, Cənubi Azərbaycan, İran |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Döyüş |
Milliyyəti | |
Təhsili | Elektrik və mexaniki mühəndis |
Fəaliyyəti | Azərbaycan Demokrat Partiyası |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatının erkən dönəmi
Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir.İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvan və Tiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.
Məşhəddəki yaşamı
Heydər xan işləmək üçün İrana dəvət edilərkən nə oranın cəmiyyəti, nə də dili barədə heç nə bilmirdi. Eyni zamanda o, oraya getdiyi zaman təcrübəsiz gənc idi. Xorasanda çıxan mübahisə zamanı məmur olan Sahamülmülk Mütəvəlibaşını alçaltmış və bu hadisəni pz xatirələrində belə dəyərləndirmişdir:
Mənim yalnız bir məqsədim var idi, o da təhsili və anlayışı az olan və ya heç olmayan Xorasan (İran) əhalisinə [məmurun] da adi bir insan olduğunu göstərmək idi.
Xorasanda 15 ay yaşadıqdan sonra Heydər xan Tehrana yollandı və burada Hacı Əmin əl-Zərb elektrik zavodunda işləməyə başladı.
Tehrandakı yaşamı
Heydər xan Tehrana gəldiyi zaman 1903-cü il idi və Məşrutə hərəkatının başlamasına az bir vaxt qalmışdı. O, Britaniya səfirliyinin zəminində sığınacaq üçün ilk qrup adamı özü göndərmiş olduğunu iddia edərkən Məşrutə hərəkatındakı rolunu şişirtmiş ola bilər. Hər bir halda, Müzəffərəddin şahın ölümündən və Məhəmmədəli şahın taxta çıxmasından sonra Heydər xan artıq daha təcrübəli və bilikli biri idi. Elə bunlarla da o, hərəkatın daha radikal bir istiqamətə yönəlməsində rol oynadı.
İranı Rusiya və İngiltərə imperiyaları arasında iki nüfuz dairəsinə bölünməsinin rəsmiləşməsi olan Anqlo-Rus razılaşması Peterburq şəhərində 1907-ci ildə imzalandı. Bu müqavilənin imzalanmasından qısa müddət sonra baş nazir Mirzə Ələsgər xan Əminüssultan qətlə yetirildi. Heydər Xan sui-qəsdi onun təşkil etdiyini etiraf etdi və bunu Həsən Təqizadə də təsdiqlədi, lakin o, Heydər Xanın bu əməli onun göstərişi ilə törətdiyi Terror Komitəsinin mövcudluğunu inkar edir. Mirzə Ələsgər xan Əminüssultan şahı özünün kifayət qədər dəstəkçisi olan parlamentlə əməkdaşlıq etməyə vadar edirdi. Onun ölümü nəticəsində, onun dizayn etdiyi parlamentar koalisiya qısa müddət ərzində yoxa çıxdı. Üstəlik, Şah Parlamentdən daha çox şübhələndi və siyasiləşmiş kütlə baş nazirin vəzifəsindən kənarlaşdırılmasının inqilabi potensialını gördükcə, Parlament Şahı razı salmağa daha az həvəsli oldu. Xətlər kəskin şəkildə çəkildi və şiddətli qarşıdurma ehtimalını artırdı.
Şah ilə parlament arasında yaranmış boşluğu və ziddiyyəti ortadan qaldırmağa çalışan başqa siyasətçilər də Heydər xanın siyasi terrorunun hədəfinə çevrildi. Belə siyasətçilərin sırasına Əhməd xan Əlaəldövlə və Xidmət Cəmiyyəti də daxil idi. Cəmiyyətin sıralarına konstitusionalistlərə rəğbət bəsləyən köhnə rejimin üzvləri də daxil idi. Məşrutə hərəkatının gedişatında Heydər xan Tehranda. İctimai Amiyyun təşkilatının yerli bölməsini yaratdı. 1907-ci ildə Heydər xanın ətrafı ilə digər sosialist çevrələr İran Sosial Demokrat partiyasına qatıldılar. Heydər konstitusiya uğrunda hər bir mübarizəni, hətta terroru da dəstəkləyirdi və buna görə də, "bombist" olaraq adlandırılmışdı. Heydər xanın ən radikal addımı 28 fevral 1908-ci ildə baş verdi. Bu tarixdə onun təşkilatçılığı ilə şahın maşınına bomba atıldı. Heydər xan bu sui-qəsd cəhdində günahkar bilindi və həbs edildi. Lakin parlamentdəki sosial-demokrat dostlarının etirazları nəticəsində həbsdən buraxıldı. Şahın həyatına qəsddən sonra o, parlamentin buraxıldığını elan etdi və silahlı olan hər iki tərəf açıq bir şəkildə qarşı-qarşıya gəldi. Nəticədə, 1909-cu ildə Orta Şərqdə ilk olaraq monarx xalqın adına taxtdan endirildi. Məşrutə hərəkatının ikinci mərhələsində Heydər xan Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan Demokratik Partiyasının təşkil etdilər.
Bu hadisələr zamanı Heydər xan ilk dəfə Qafqaza qaçdı və buradan inqilabçılara silah, döyüşçü təmin edilməsi üçün çalışdı. Ən sonda isə özü də geri dönüb onlarla birlikdə döyüşdü. Şah taxtdan endirildikdən sonra. Heydər xan radikal Demokrat Partiyasına qatıldı və 1910-cu ildə Ayətullah Mirzə Seyid Behbahaninin sui-qəsdini təşkil etdi. Behbahani konstitusiyaçıların mühafizəkar qanadına rəhbərlik edirdi. Daha sonra Heydər xan xalq arasında məşhur olan Mirzə Həsən Xan Mostavfi-al-Mamalek hökuməti dövründə demokratlara və hökumət qüvvələrinə dəstək olaraq, müharibə dövründə silahlı mübarizə veteranları olan Səttar Xan, Baqir Xan və Mücahid qruplarına qarşı hücumlarda iştirak etdi. Onlar Məşrutə hərəkatının silahlı toqquşma sahəsinin veteranları olsalar da, indi mühafizəkarla dəstək verirdilər. Heydər xan və demokratlar Yeprem xanı dəstəkləyirdilər və onları silahsızlandırmaqda uğurlu oldular. Səttar xan toqquşma zamanı aldığı yaralara görə qısa müddət sonra vəfat etdi.
1911-ci ilin martında Heydər xan İranı tərk etməyə məcbur oldu. Mühafizəkarlar yenidən qruplaşmışdılar və Cənubi Azərbaycanı da ələ keçirən ruslar burada inqilabı hərəkatın geniş vüsət almasını istəmirdilər. Heydər xan Rusiyada yaşayan və taxtından endirilən Məhəmmədəli şahdan guya onu taxtına geri gətirəcək vədi ilə pul alaraq, Avropaya getdi. Digər qaynaqlarda isə onun Rusiyadan İstanbula getdiyi yazılmaqdadır. İstanbulda Gənc Türklər ilə fəal əməkdaşlıq edən Heydər xan Birinci Dünya müharibəsinin başlamasından sonra zabit olmuş və tükrpərəst Azərbaycan Mücahidləri bölməsində döyüşmüşdür. O, bu bölmə ilə birlikdə İrandakı rus və ingilis ekspedisiya ordularına qarşı hərbi əməliyyatlara qatılmışdır. O vaxt bolşevik sosial-demokratları (“Hökumətini müharibədə məğlub et” şüarına tam uyğun olaraq) “Turan yolu” (“Turan yolu”) pantürkist siyasi layihəsi onlar tərəfindən üstüörtülü şəkildə dəstəkləndi. Bu layihəyə Osmanlı dövlət xadimləri Tələt paşa, Ənvər paşa və azərbaycanlı Əhməd bəy Ağaoğlu rəhbərlik edirdilər. Türkçülərin son məqsədi Qafqazın, İranın, krımın, Volqaboyunun və TÜrküstanın bütün türk əhalisini bir dövlətdə birləşdirməklə, onları həm Rusiyadan, həm də İrandan ayırmaq idi. Beləliklə, yeni müqagüc Turan qurulacaqdı. Gənc Türklər kabinetinin və Azərbaycan mücahidlərinin bölücü anti-İran mövqelərinə baxmayaraq, Heydər xan Berlində İran Komitəsi ilə əməkdaşlıq etdi.
Gilan Sovet Respublikasındakı fəaliyyəti
1917-ci ildə Rusiyada bolşevik inqilabının olması Heydər xana Qafqaza geri dönmək və 1920-ci ildə təşkil edilmiş Bakı konqresinə qatılmaq imkanı verdi. Rusiyada fevral inqilabından sonra Heydər xan Petroqrada gəldi. Bolşeviklər hakimiyyətə gələnə qədər türk ordusunda xidmətini gizlətdi. 1919-cu ildə Heydər xan “Ədalət” kommunist təşkilatının sıralarında İrandan gələn mühacirlərlə işləmək üçün Orta Asiyaya yola düşdü. O, bu konresə İran nümayəndəsi kimi qatılmışdı. Bolşeviklər tərəfindən Heydər xan İrana geri göndərildi və ona Cəngəlilərlə İran Kommunist Partiyası arasındakı münaqişəyə son qoymaq tapşırıldı.
Gilan Sovet Respublikasının yaradılması
1917-ci ilin sonlarında Cəngəli hərəkatı İslam Birliyi Komitəsini təşkil etdiklərini elan etdilər. Bu komitə İslam Birliyi hərəkatına bağlı idi və əsasən "burjua-millətçilərdən" formalaşmış, əsasən torpaq sahiblərindən, tacirlərdən ibarət olmuşdur. Onlar təklif etdikləri konstitusiyada torpaq üzərində şəxsi mülkiyyəti qəbul edir, lakin ona müəyyən məhdudiyyətlər qoyulmasını istəyir, bərabərliyi, çoxluğun hakimiyyətini və azadlığı tələb edirdilər. Bu tələblərlə belə cəngəlilər torpaq sahibləri ilə kəndlilər arasındakı münasibətləri normallaşdıra bilmədilər, lakin onlar antimütləqiyyətçi, antiimperialist və millətçi mövqedən çıxış etməyə davam etdilər. Ölkəni qarışıqlıq bürüdükcə cəngəlilər də güc qazanırdılar.
1920-ci ildən etibarən, əsasən şiələrdən ibarət olan cəngəlilər üsyana başladılar və regional muxtariyyət, İrandakı bütün millətlərə bərabərlik, milli islahatlar tələb etməyə başladılar. 1920-ci ilin yazının əvvəllərində cəngəlilər Qafqazdakı bolşevik komandanından məktub aldılar. Komandan Bakının bolşeviklər tərəfindən ələ keçirildiyini bildirirdi və bu məlumat Gilandakılar tərəfindən onların Ənzəliyə müdaxiləyə hazırlaşmaları kimi yozuldu. Ənzəli Sovet ordusunun daxil olmasına az bir müddət qalmış Mir Cəfər Pişəvəri və Heydər xan Əmioğlu bəyannamə yayımlayaraq İrandakı bütün kommunistləri və radikalları ayağa qalxmağa, bütün dövlət və hərbi orqanları, hakimiyyətin istablişmetini ələ keçirməyə çağırdılar. Qısa sözlə, Bakıda yaradılmış və əsasən İran Azərbaycanından gəlmiş şəxslərin qurduğu Ədalət partiyası Şimali Azərbaycanda olduğu kimi, İranda da bolşevik hakimiyyətinin möhkəmlənəcəyinə ümid edirdi. Və göründüyü qədər bu siyasətə rəhbərlik edənlərdən biri də müharibənin sonlarından etibarən Rusiyada olan Heydər xan Əmioğlu idi. 18 may 1920-ci ildə bolşevik ordusu Fedor Raskolnikovun komandanlığı altında Ənzəliyə daxil oldu. Bundan sonra Gilan Sovet Respublikası yaradıldı. Respublikanın elanından sonra kommunistlərlə digər qüvvələr birgə cəbhə təşkil edərək bölgədə qalmış Britaniya və ya mərkəzi hökumət tərəfdarları ilə mübarizə apardılar. Lakin sonradan öz daxillərində münasibətlər kəskinləşdi. Sovet rəhbərliyi Mirzə Kiçik xanı mərkəzi hökumətə qarşı çox güzəştə gedən, hərəkatın yayılmasını istəməyən və onu Gilanla məhdudlaşdıran şəxs kimi baxırdılar.
Heydər xan Əmioğlunun hərəkata qatılması
Hələ 1920-ci ilin iyununda İran Kommunist Partiyasının birinci qurultayı keçirilişsi. Qurultay hərəkata daha çox tərəfdar toplaya bilmək üçün bu qərarları qəbul etmişdi: imperializmin ortadan qaldırılması, bütün xarici malların müsadirəsi, ölkənin bütövlüyü prinsipi əsasında bütün xalqların öz müqəddəratını təyin etmə prinsipinin tanınması, böyük torpaq sahiblərinin torpaqlarının müsadirə edilməsi və kəndlilərə paylanması, Sovet Rusiya və ümümdünya proletariatı ilə əməkdaşlıq. Heydər xan Əmioğlu belə bir konjekturada partiyanın başına gəlmişdi.
Gilan Sovet Sosialist Hərəkatının özünün süqut mərhələsinə qədəm qoyması Bakıda Şərq Xalqları Qurultayının keçirilməsi ilə üst-üstə düşdü. 1920-ci ilin oktyabrında İran Kommunist Partiyası özünün yeni mərkəzi komitəsini formalaşdırmış, köhnə və məşhur inqilabçı Heydər xanı öz sıralarına çəkərək mərkəzi komitəni (MK) məşhurlaşdırmağa çalışmışdı. Həmçinin Heydər xan MK-ın baş katibi də seçilmişdi. Heydər xanın qatılması ilə partiya İranın sosial və iqtisadi şərtləri ilə bağlı yeni hərəkət proqramı qəbul etdi. Yeni proqram ölkənin olduğu vəziyyəti dəyərləndirərək qısa bir müddət ərzində kommunist tədbirlərin həyata keçirilməsini mümkünsüz hesab edirdi. Rusiyadakı kommunist hərəkatın doktrinində baş verən dəyişikliklər digər siyasi qruplarla müvəqqəti ittifaqa icazə verirdi. Amerikalı sosioloq Con Foran bu əməkdaşlığı belə dəyərləndirir:
Heydər xan Əmioğlunun rəhbərlik etdiyi İran Kommunist Partiyası və Mirzə Kiçik xanın rəhbərlik etdiyi Cəngəlilər hərəkatı sovet sosialist respublikası qurmaq üçün ittifaq təşkil etmişdilər. Buna əlavə olaraq, onlar Leninə məktub göndərərək 'bizi və bütün istismar edilmişləri iranlı və britaniyalı istismarçıların zəncirlərindən xilas etmək üçün' yardım istəmişdilər. Həmçinin onlar Tehrana məktub göndərərək şahın hökumətini illegitim elan etmişdilər.
Bu dəyişiklik Heydər xan Əmioğlu tərəfindən dərhal qəbul edildi, cəngəlilərin lideri ilə əlaqə yaradıldı və 8 may 1921-ci ildə ortaq razılığa gəlindi. Razılaşma Ehsanullah xanın Rəştdəki radikal inqilabçı komitəsi, Mirzə Kiçik xanın Cəngəli hərəkatı ilə Heydər xanın partiyası arasında imzalanmışdı. 1921-ci ilin martında Heydər xan imzaladığı qərar ilə bütün ölkədəki komunistləri partiyanın məhəlli hücrələrini qurmağa çağırırdı. Bununla da, ilk dəfə idi ki, partiya bütün İrana yayılmağa çalışırdı. Heydər xanın məşhurluğundan yararlanan partiya digər yerlərə kitabçalar göndərməyə başladı. 1921-ci ilin iyulunda Cəngəli kəndli Şurası Heydər xanın rəhbərliyində təşkil edildi. Heydər xanın səyləri nəticəsində 1921-ci ilin avqustunda Gilan yenidən sovet respublikası elan edildi. Bu dövrdə Heydər xanın Gilandakı bütün hərəkatı özünə tabe etməyə çalışdığı iddiaları da vardır. Gilandakı rəhbərlər arasında münasibətlər gərginləşirkən mərkəzi hökumət də öz ordusunu bərpa etməyə başlamışdı. İddia edilir ki, Mirzə Kiçik xan mərkəzi hökumətlə gizli danışıqlara başlamış və ya onlar elçi göndərərək Gilanda Mirzə Kiçik xanla danışıqlar aparmışdır. Lakin bu danışıqlar Kiçiyin regional muxtariyyət istəyində qərarlı olmasına görə baş tutmasa da, Heydər xanın rəhbərlik etdiyi kommunistlərlə cəngəlilərin münasibətlərinin pozulmasına yetmişdir. Bundan sonra, kommunistlər Kiçiyi tələyə salmağa qərar vermişdirlər.
Ölümü
Onun öldürülməsi hadisəsinin təfərrüatları fərqlənsə də, onun oraya getməsindən qısa müddət sonra Mirzə Kiçik xanın tərəfdarları tərəfindən öldürülməsi demək olar ki, qətidir. Bu hadisədən Mirzə Kiçik xanın xəbərinin olub-olmaması bəlli deyil. Tarixçi Sepehr Zabih fars qaynaqlarına istinad edərək yazır ki, kommunistlər Mirzə Kiçik xanın mərkəzi hökumətlə danışıqlar aparmasını bildikdən sonra onu tələyə salıb öldürmək qərarına gəlmişdirlər. Bu tələ üçün onun yanına nümayəndələr göndərilmiş və münasibətləri normallaşdırmaq üçün görüş təşkil edilmişdir. Görüş üçün göndərilən heyətə Heydər xan, Ehsanullah, Xalu Qurban, Zərrə və Hesabi də vardır. Heyət Pesixanda müəyyən edilmiş görüş yerinə toplanaraq Kiçik xanı gözləyərkkən, tələdən xəbərdar olan Kiçik xan öz tərəfdarlarına evi yandırmağı tapşırmışdır. Nəticə də, Heydər xan vəfat etsə də, digərləri qurtulmuşdur. Bunun ardınca onun cəsədi geniş şəkildə balzamlaşdırılaraq ölkədən Fransaya aparılıb.
Həmçinin Bax
İstinadlar
- Sheikholeslami, 2003
- Годс, 1994. səh. 51
- Шамида, 1973. səh. 13
- Swietochowski, 1999. səh. 17
- Гасанова, 1966
- Козубский, 1998
- Amirahmadi, 2012. səh. 228
- Katouzian, 2006. səh. 73
- Amirahmadi, 2012. səh. 119, 228
- Kashani-Sabet, 1999. səh. 154
- Amirahmadi, 2012. səh. 230, 231
- Asgharzadeh, 2007. səh. 18
- Zabih, 1966. səh. 17
- Zabih, 1966. səh. 17-19
- Zabih, 1966. səh. 21-23
- Zabih, 1966. səh. 27-28
- Ivanova, 1955. səh. 310
- Zabih, 1966. səh. 25
- Zabih, 1966. səh. 35-36
- Javadzadeh, 2011. səh. 93-94
- Zabih, 1966. səh. 35-38
- Zabih, 1966. səh. 38-39
- Zabih, 1966. səh. 39
Mənbə
- Alireza Sheikholeslami. ḤAYDAR KHAN ʿAMU-OḠLI. Encyclopædia Iranica. 2003.
- Tadeusz Swietochowski, Brian C. Collins. Historical Dictionary of Azerbaijan. Scarecrow Press. 1999.
- А. И. Шамида. Гейдар Ами оглы (биографический очерк). Bakı: Azərbaycan dövlət nəşriyyatı. 1973.
- Реза Годс. Иран в XX веке: политическая история. Moskva: Наука. 1994.
- Э. Ю. Гасанова. Идеология буржуазного национализма в Турции. Bakı: АН АзССР. 1966.
- К. Э. Козубский. Под копытом. Moskva: Общеказачья газета «Станица» № 2(26). 1998.
- M. N. Ivanova. The National Liberation MOvement in Gilan Province of Persia in 1920-1921. Sovetskoye Vostokovedeniye. 1955.
- Hooshang Amirahmadi. The Political Economy of Iran Under the Qajars: Society, Politics, Economics and Foreign Relations 1796-1926. I.B. Tauris. 2012. ISBN .
- Homa Katouzian. [978-1845112721 State and Society in Iran: The Eclipse of the Qajars and the Emergence of the Pahlavis] (#bad_url). I.B.Tauris. 2006.Firoozeh Kashani-Sabet, Frontier Fictions: Shaping the Iranian Nation, 1804-1946 (Princeton, NJ: Princeton University Library, 1999),
- Firoozeh Kashani-Sabet. Frontier Fictions: Shaping the Iranian Nation, 1804-1946. Princeton, NJ: Princeton University Library. 1999.
- Alireza Asgharzadeh. Iran and the Challenge of Diversity: Islamic Fundamentalism, Aryanist Racism, and Democratic Struggles. New York: Palgrave Macmillan. 2007.
- Abdy Javadzadeh. Iranian Irony: Marxists Becoming Muslims. Pittsburgh: Rose Dog Books. 2011.
- Sepehr Zabih. The Communist Movement in Iran. Berkeley and Los Angeles: University of California Press. 1966.
Əlavə ədəbiyyat
- Abdul-Hadi Hairi. Ḥaydar K̲h̲ān Amū Ug̲h̲lī. III. Leiden: E. J. Brill. In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, Second Edition. 1971.
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Heyder xan Emoglu 20 dekabr 1880 Urmiya 15 oktyabr 1921 Gilan ostani Iranda ve Simali Azerbaycanda fealiyyet gostermis inqilabci Mesrute Herekati zamani esas sexslerden biri ve Iran Kommunist Partiyasinin qurucularindan biri Heyder xan Emioglufars حیدرخان عمواوغلی Diger adi Heyder xan Allahverdi Ove AvsarDogum tarixi 1880Dogum yeri Urmiya Cenubi Azerbaycan IranVefat tarixi 1921Vefat yeri Gilan ostani IranVefat sebebi DoyusMilliyyetiTehsili Elektrik ve mexaniki muhendisFealiyyeti Azerbaycan Demokrat PartiyasiPartiyasi Sovet Ittifaqi Kommunist Partiyasi Vikianbarda elaqeli mediafayllarHeyatinin erken donemiTadeus Svetoxovski onun Urmiyada azerbaycanli ailesinde anadan oldugunu lakin kicik yaslarinda ailesi ile birlikde Cenubi Qafqazin Aleksandropol seherine koc etmisdir Iranika Ensiklopediyasinda yazilanlara gore onun dogum yeri deqiq bilinmir ve onun doguldugu aile Tarverdiyevler olmusdur Irevan ve Tiflis seherlerinde elektrik muhendisliyi uzre tehsil almis ve daha sonra da Qacar dovletine tehsil almaga devet edilmisdir O 1901 ci ilde Mesheddeki Imam Rza mescidinde elektrik muessisesi qurmusdur Atasi Eliekber Efsar hekim olmus anasinin adi ise Zehra olmusdur Yerli ehali onun atasini emi adlandirdigi ucun Heydere de Emioglu deyilmisdir Aile Aleksandropola 1886 ci ilde kocmusdur O ali tehsilini Tiflis Politexnik Universitetinde almis tehsil muddetinde sosializmden tesirlenmis ve onun tarixini oyrenmisdir 1898 ci ilde Rusiya Sosial Demokrat Fehle Partiyasina qatilmisdir Mesheddeki yasamiHeyder xan islemek ucun Irana devet edilerken ne oranin cemiyyeti ne de dili barede hec ne bilmirdi Eyni zamanda o oraya getdiyi zaman tecrubesiz genc idi Xorasanda cixan mubahise zamani memur olan Sahamulmulk Mutevelibasini alcaltmis ve bu hadiseni pz xatirelerinde bele deyerlendirmisdir Menim yalniz bir meqsedim var idi o da tehsili ve anlayisi az olan ve ya hec olmayan Xorasan Iran ehalisine memurun da adi bir insan oldugunu gostermek idi Xorasanda 15 ay yasadiqdan sonra Heyder xan Tehrana yollandi ve burada Haci Emin el Zerb elektrik zavodunda islemeye basladi Tehrandaki yasamiHeyder xan Tehrana geldiyi zaman 1903 cu il idi ve Mesrute herekatinin baslamasina az bir vaxt qalmisdi O Britaniya sefirliyinin zemininde siginacaq ucun ilk qrup adami ozu gondermis oldugunu iddia ederken Mesrute herekatindaki rolunu sisirtmis ola biler Her bir halda Muzeffereddin sahin olumunden ve Mehemmedeli sahin taxta cixmasindan sonra Heyder xan artiq daha tecrubeli ve bilikli biri idi Ele bunlarla da o herekatin daha radikal bir istiqamete yonelmesinde rol oynadi Irani Rusiya ve Ingiltere imperiyalari arasinda iki nufuz dairesine bolunmesinin resmilesmesi olan Anqlo Rus razilasmasi Peterburq seherinde 1907 ci ilde imzalandi Bu muqavilenin imzalanmasindan qisa muddet sonra bas nazir Mirze Elesger xan Eminussultan qetle yetirildi Heyder Xan sui qesdi onun teskil etdiyini etiraf etdi ve bunu Hesen Teqizade de tesdiqledi lakin o Heyder Xanin bu emeli onun gosterisi ile toretdiyi Terror Komitesinin movcudlugunu inkar edir Mirze Elesger xan Eminussultan sahi ozunun kifayet qeder destekcisi olan parlamentle emekdasliq etmeye vadar edirdi Onun olumu neticesinde onun dizayn etdiyi parlamentar koalisiya qisa muddet erzinde yoxa cixdi Ustelik Sah Parlamentden daha cox subhelendi ve siyasilesmis kutle bas nazirin vezifesinden kenarlasdirilmasinin inqilabi potensialini gordukce Parlament Sahi razi salmaga daha az hevesli oldu Xetler keskin sekilde cekildi ve siddetli qarsidurma ehtimalini artirdi Sah ile parlament arasinda yaranmis boslugu ve ziddiyyeti ortadan qaldirmaga calisan basqa siyasetciler de Heyder xanin siyasi terrorunun hedefine cevrildi Bele siyasetcilerin sirasina Ehmed xan Elaeldovle ve Xidmet Cemiyyeti de daxil idi Cemiyyetin siralarina konstitusionalistlere regbet besleyen kohne rejimin uzvleri de daxil idi Mesrute herekatinin gedisatinda Heyder xan Tehranda Ictimai Amiyyun teskilatinin yerli bolmesini yaratdi 1907 ci ilde Heyder xanin etrafi ile diger sosialist cevreler Iran Sosial Demokrat partiyasina qatildilar Heyder konstitusiya ugrunda her bir mubarizeni hetta terroru da destekleyirdi ve buna gore de bombist olaraq adlandirilmisdi Heyder xanin en radikal addimi 28 fevral 1908 ci ilde bas verdi Bu tarixde onun teskilatciligi ile sahin masinina bomba atildi Heyder xan bu sui qesd cehdinde gunahkar bilindi ve hebs edildi Lakin parlamentdeki sosial demokrat dostlarinin etirazlari neticesinde hebsden buraxildi Sahin heyatina qesdden sonra o parlamentin buraxildigini elan etdi ve silahli olan her iki teref aciq bir sekilde qarsi qarsiya geldi Neticede 1909 cu ilde Orta Serqde ilk olaraq monarx xalqin adina taxtdan endirildi Mesrute herekatinin ikinci merhelesinde Heyder xan Mehemmed Emin Resulzade ile birlikde Azerbaycan Demokratik Partiyasinin teskil etdiler Bu hadiseler zamani Heyder xan ilk defe Qafqaza qacdi ve buradan inqilabcilara silah doyuscu temin edilmesi ucun calisdi En sonda ise ozu de geri donub onlarla birlikde doyusdu Sah taxtdan endirildikden sonra Heyder xan radikal Demokrat Partiyasina qatildi ve 1910 cu ilde Ayetullah Mirze Seyid Behbahaninin sui qesdini teskil etdi Behbahani konstitusiyacilarin muhafizekar qanadina rehberlik edirdi Daha sonra Heyder xan xalq arasinda meshur olan Mirze Hesen Xan Mostavfi al Mamalek hokumeti dovrunde demokratlara ve hokumet quvvelerine destek olaraq muharibe dovrunde silahli mubarize veteranlari olan Settar Xan Baqir Xan ve Mucahid qruplarina qarsi hucumlarda istirak etdi Onlar Mesrute herekatinin silahli toqqusma sahesinin veteranlari olsalar da indi muhafizekarla destek verirdiler Heyder xan ve demokratlar Yeprem xani destekleyirdiler ve onlari silahsizlandirmaqda ugurlu oldular Settar xan toqqusma zamani aldigi yaralara gore qisa muddet sonra vefat etdi 1911 ci ilin martinda Heyder xan Irani terk etmeye mecbur oldu Muhafizekarlar yeniden qruplasmisdilar ve Cenubi Azerbaycani da ele keciren ruslar burada inqilabi herekatin genis vuset almasini istemirdiler Heyder xan Rusiyada yasayan ve taxtindan endirilen Mehemmedeli sahdan guya onu taxtina geri getirecek vedi ile pul alaraq Avropaya getdi Diger qaynaqlarda ise onun Rusiyadan Istanbula getdiyi yazilmaqdadir Istanbulda Genc Turkler ile feal emekdasliq eden Heyder xan Birinci Dunya muharibesinin baslamasindan sonra zabit olmus ve tukrperest Azerbaycan Mucahidleri bolmesinde doyusmusdur O bu bolme ile birlikde Irandaki rus ve ingilis ekspedisiya ordularina qarsi herbi emeliyyatlara qatilmisdir O vaxt bolsevik sosial demokratlari Hokumetini muharibede meglub et suarina tam uygun olaraq Turan yolu Turan yolu panturkist siyasi layihesi onlar terefinden ustuortulu sekilde desteklendi Bu layiheye Osmanli dovlet xadimleri Telet pasa Enver pasa ve azerbaycanli Ehmed bey Agaoglu rehberlik edirdiler Turkculerin son meqsedi Qafqazin Iranin krimin Volqaboyunun ve TUrkustanin butun turk ehalisini bir dovletde birlesdirmekle onlari hem Rusiyadan hem de Irandan ayirmaq idi Belelikle yeni muqaguc Turan qurulacaqdi Genc Turkler kabinetinin ve Azerbaycan mucahidlerinin bolucu anti Iran movqelerine baxmayaraq Heyder xan Berlinde Iran Komitesi ile emekdasliq etdi Gilan Sovet Respublikasindaki fealiyyeti1917 ci ilde Rusiyada bolsevik inqilabinin olmasi Heyder xana Qafqaza geri donmek ve 1920 ci ilde teskil edilmis Baki konqresine qatilmaq imkani verdi Rusiyada fevral inqilabindan sonra Heyder xan Petroqrada geldi Bolsevikler hakimiyyete gelene qeder turk ordusunda xidmetini gizletdi 1919 cu ilde Heyder xan Edalet kommunist teskilatinin siralarinda Irandan gelen muhacirlerle islemek ucun Orta Asiyaya yola dusdu O bu konrese Iran numayendesi kimi qatilmisdi Bolsevikler terefinden Heyder xan Irana geri gonderildi ve ona Cengelilerle Iran Kommunist Partiyasi arasindaki munaqiseye son qoymaq tapsirildi Gilan Sovet Respublikasinin yaradilmasi 1917 ci ilin sonlarinda Cengeli herekati Islam Birliyi Komitesini teskil etdiklerini elan etdiler Bu komite Islam Birliyi herekatina bagli idi ve esasen burjua milletcilerden formalasmis esasen torpaq sahiblerinden tacirlerden ibaret olmusdur Onlar teklif etdikleri konstitusiyada torpaq uzerinde sexsi mulkiyyeti qebul edir lakin ona mueyyen mehdudiyyetler qoyulmasini isteyir beraberliyi coxlugun hakimiyyetini ve azadligi teleb edirdiler Bu teleblerle bele cengeliler torpaq sahibleri ile kendliler arasindaki munasibetleri normallasdira bilmediler lakin onlar antimutleqiyyetci antiimperialist ve milletci movqeden cixis etmeye davam etdiler Olkeni qarisiqliq burudukce cengeliler de guc qazanirdilar 1920 ci ilden etibaren esasen sielerden ibaret olan cengeliler usyana basladilar ve regional muxtariyyet Irandaki butun milletlere beraberlik milli islahatlar teleb etmeye basladilar 1920 ci ilin yazinin evvellerinde cengeliler Qafqazdaki bolsevik komandanindan mektub aldilar Komandan Bakinin bolsevikler terefinden ele kecirildiyini bildirirdi ve bu melumat Gilandakilar terefinden onlarin Enzeliye mudaxileye hazirlasmalari kimi yozuldu Enzeli Sovet ordusunun daxil olmasina az bir muddet qalmis Mir Cefer Piseveri ve Heyder xan Emioglu beyanname yayimlayaraq Irandaki butun kommunistleri ve radikallari ayaga qalxmaga butun dovlet ve herbi orqanlari hakimiyyetin istablismetini ele kecirmeye cagirdilar Qisa sozle Bakida yaradilmis ve esasen Iran Azerbaycanindan gelmis sexslerin qurdugu Edalet partiyasi Simali Azerbaycanda oldugu kimi Iranda da bolsevik hakimiyyetinin mohkemleneceyine umid edirdi Ve gorunduyu qeder bu siyasete rehberlik edenlerden biri de muharibenin sonlarindan etibaren Rusiyada olan Heyder xan Emioglu idi 18 may 1920 ci ilde bolsevik ordusu Fedor Raskolnikovun komandanligi altinda Enzeliye daxil oldu Bundan sonra Gilan Sovet Respublikasi yaradildi Respublikanin elanindan sonra kommunistlerle diger quvveler birge cebhe teskil ederek bolgede qalmis Britaniya ve ya merkezi hokumet terefdarlari ile mubarize apardilar Lakin sonradan oz daxillerinde munasibetler keskinlesdi Sovet rehberliyi Mirze Kicik xani merkezi hokumete qarsi cox guzeste geden herekatin yayilmasini istemeyen ve onu Gilanla mehdudlasdiran sexs kimi baxirdilar Heyder xan Emioglunun herekata qatilmasi Hele 1920 ci ilin iyununda Iran Kommunist Partiyasinin birinci qurultayi kecirilissi Qurultay herekata daha cox terefdar toplaya bilmek ucun bu qerarlari qebul etmisdi imperializmin ortadan qaldirilmasi butun xarici mallarin musadiresi olkenin butovluyu prinsipi esasinda butun xalqlarin oz muqedderatini teyin etme prinsipinin taninmasi boyuk torpaq sahiblerinin torpaqlarinin musadire edilmesi ve kendlilere paylanmasi Sovet Rusiya ve umumdunya proletariati ile emekdasliq Heyder xan Emioglu bele bir konjekturada partiyanin basina gelmisdi Gilan Sovet Sosialist Herekatinin ozunun suqut merhelesine qedem qoymasi Bakida Serq Xalqlari Qurultayinin kecirilmesi ile ust uste dusdu 1920 ci ilin oktyabrinda Iran Kommunist Partiyasi ozunun yeni merkezi komitesini formalasdirmis kohne ve meshur inqilabci Heyder xani oz siralarina cekerek merkezi komiteni MK meshurlasdirmaga calismisdi Hemcinin Heyder xan MK in bas katibi de secilmisdi Heyder xanin qatilmasi ile partiya Iranin sosial ve iqtisadi sertleri ile bagli yeni hereket proqrami qebul etdi Yeni proqram olkenin oldugu veziyyeti deyerlendirerek qisa bir muddet erzinde kommunist tedbirlerin heyata kecirilmesini mumkunsuz hesab edirdi Rusiyadaki kommunist herekatin doktrininde bas veren deyisiklikler diger siyasi qruplarla muveqqeti ittifaqa icaze verirdi Amerikali sosioloq Con Foran bu emekdasligi bele deyerlendirir Heyder xan Emioglunun rehberlik etdiyi Iran Kommunist Partiyasi ve Mirze Kicik xanin rehberlik etdiyi Cengeliler herekati sovet sosialist respublikasi qurmaq ucun ittifaq teskil etmisdiler Buna elave olaraq onlar Lenine mektub gondererek bizi ve butun istismar edilmisleri iranli ve britaniyali istismarcilarin zencirlerinden xilas etmek ucun yardim istemisdiler Hemcinin onlar Tehrana mektub gondererek sahin hokumetini illegitim elan etmisdiler Bu deyisiklik Heyder xan Emioglu terefinden derhal qebul edildi cengelilerin lideri ile elaqe yaradildi ve 8 may 1921 ci ilde ortaq raziliga gelindi Razilasma Ehsanullah xanin Restdeki radikal inqilabci komitesi Mirze Kicik xanin Cengeli herekati ile Heyder xanin partiyasi arasinda imzalanmisdi 1921 ci ilin martinda Heyder xan imzaladigi qerar ile butun olkedeki komunistleri partiyanin mehelli hucrelerini qurmaga cagirirdi Bununla da ilk defe idi ki partiya butun Irana yayilmaga calisirdi Heyder xanin meshurlugundan yararlanan partiya diger yerlere kitabcalar gondermeye basladi 1921 ci ilin iyulunda Cengeli kendli Surasi Heyder xanin rehberliyinde teskil edildi Heyder xanin seyleri neticesinde 1921 ci ilin avqustunda Gilan yeniden sovet respublikasi elan edildi Bu dovrde Heyder xanin Gilandaki butun herekati ozune tabe etmeye calisdigi iddialari da vardir Gilandaki rehberler arasinda munasibetler gerginlesirken merkezi hokumet de oz ordusunu berpa etmeye baslamisdi Iddia edilir ki Mirze Kicik xan merkezi hokumetle gizli danisiqlara baslamis ve ya onlar elci gondererek Gilanda Mirze Kicik xanla danisiqlar aparmisdir Lakin bu danisiqlar Kiciyin regional muxtariyyet isteyinde qerarli olmasina gore bas tutmasa da Heyder xanin rehberlik etdiyi kommunistlerle cengelilerin munasibetlerinin pozulmasina yetmisdir Bundan sonra kommunistler Kiciyi teleye salmaga qerar vermisdirler OlumuOnun oldurulmesi hadisesinin teferruatlari ferqlense de onun oraya getmesinden qisa muddet sonra Mirze Kicik xanin terefdarlari terefinden oldurulmesi demek olar ki qetidir Bu hadiseden Mirze Kicik xanin xeberinin olub olmamasi belli deyil Tarixci Sepehr Zabih fars qaynaqlarina istinad ederek yazir ki kommunistler Mirze Kicik xanin merkezi hokumetle danisiqlar aparmasini bildikden sonra onu teleye salib oldurmek qerarina gelmisdirler Bu tele ucun onun yanina numayendeler gonderilmis ve munasibetleri normallasdirmaq ucun gorus teskil edilmisdir Gorus ucun gonderilen heyete Heyder xan Ehsanullah Xalu Qurban Zerre ve Hesabi de vardir Heyet Pesixanda mueyyen edilmis gorus yerine toplanaraq Kicik xani gozleyerkken teleden xeberdar olan Kicik xan oz terefdarlarina evi yandirmagi tapsirmisdir Netice de Heyder xan vefat etse de digerleri qurtulmusdur Bunun ardinca onun cesedi genis sekilde balzamlasdirilaraq olkeden Fransaya aparilib Hemcinin BaxBagirxan Settar xan Seyx Mehemmed XiyabaniIstinadlarSheikholeslami 2003 Gods 1994 seh 51 Shamida 1973 seh 13 Swietochowski 1999 seh 17 Gasanova 1966 Kozubskij 1998 Amirahmadi 2012 seh 228 Katouzian 2006 seh 73 Amirahmadi 2012 seh 119 228 Kashani Sabet 1999 seh 154 Amirahmadi 2012 seh 230 231 Asgharzadeh 2007 seh 18 Zabih 1966 seh 17 Zabih 1966 seh 17 19 Zabih 1966 seh 21 23 Zabih 1966 seh 27 28 Ivanova 1955 seh 310 Zabih 1966 seh 25 Zabih 1966 seh 35 36 Javadzadeh 2011 seh 93 94 Zabih 1966 seh 35 38 Zabih 1966 seh 38 39 Zabih 1966 seh 39MenbeAlireza Sheikholeslami ḤAYDAR KHAN ʿAMU OḠLI Encyclopaedia Iranica 2003 Tadeusz Swietochowski Brian C Collins Historical Dictionary of Azerbaijan Scarecrow Press 1999 A I Shamida Gejdar Ami ogly biograficheskij ocherk Baki Azerbaycan dovlet nesriyyati 1973 Reza Gods Iran v XX veke politicheskaya istoriya Moskva Nauka 1994 E Yu Gasanova Ideologiya burzhuaznogo nacionalizma v Turcii Baki AN AzSSR 1966 K E Kozubskij Pod kopytom Moskva Obshekazachya gazeta Stanica 2 26 1998 M N Ivanova The National Liberation MOvement in Gilan Province of Persia in 1920 1921 Sovetskoye Vostokovedeniye 1955 Hooshang Amirahmadi The Political Economy of Iran Under the Qajars Society Politics Economics and Foreign Relations 1796 1926 I B Tauris 2012 ISBN 978 1848856721 Homa Katouzian 978 1845112721 State and Society in Iran The Eclipse of the Qajars and the Emergence of the Pahlavis bad url I B Tauris 2006 Firoozeh Kashani Sabet Frontier Fictions Shaping the Iranian Nation 1804 1946 Princeton NJ Princeton University Library 1999 Firoozeh Kashani Sabet Frontier Fictions Shaping the Iranian Nation 1804 1946 Princeton NJ Princeton University Library 1999 Alireza Asgharzadeh Iran and the Challenge of Diversity Islamic Fundamentalism Aryanist Racism and Democratic Struggles New York Palgrave Macmillan 2007 Abdy Javadzadeh Iranian Irony Marxists Becoming Muslims Pittsburgh Rose Dog Books 2011 Sepehr Zabih The Communist Movement in Iran Berkeley and Los Angeles University of California Press 1966 Elave edebiyyatAbdul Hadi Hairi Ḥaydar K h an Amu Ug h li III Leiden E J Brill In Lewis B Menage V L Pellat Ch amp Schacht J eds The Encyclopaedia of Islam Second Edition 1971 Sitat sehvi lower alpha adli qrup ucun lt ref gt teqleri movcuddur lakin muvafiq lt references group lower alpha gt teq tapilmadi