Sultan Əbu Səid Bahadur xan (d. 2 iyun 1305 - 1 dekabr1335) — Elxanilər dövlətinin 9-cu hökmdarı (1316-1335). Onun idarə etdiyi Elxanilər dövlətinə bügünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi.
Əbu Səid Bahadur xan | |
---|---|
monq. ᠪᠤᠰᠠᠢ᠌ᠳ ᠪᠠᠭᠠᠲᠤᠷ ᠬᠠᠨ | |
| |
17 dekabr 1316 – 30 noyabr 1335 | |
Əvvəlki | Məhəmməd Olcaytu |
Sonrakı | Arpa xan |
1315 – 17 dekabr 1316 | |
Əvvəlki | Qazan xan |
Sonrakı | Əmir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ucan |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Qarabağ |
Vəfat səbəbi | taun |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Məhəmməd Olcaytu |
Anası | Hacı xatun |
Həyat yoldaşı | Bağdad xatun |
Ailəsi | Çingizlilər, Elxanlılar sülaləsi |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir. Onun hakimiyyəti dövrü Əmir Çoban və ailəsinin imperiya daxilində gücünün artması ilə əlamətdardır.
Həyatının erkən dövrü
Əbu Səid 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir. O, 1315-ci ildə Xorasan və Mazandaranın valisi təyin edilmiş və Uyğur əsilzadəsi olan Əmir Sevinc ona atabəy olmuşdur.
Atabəyi ilə fəaliyyəti
Əbu Səidin böyük qardaşı Süleymanşahın da ölümündən sonra atasının vəliəhdi olması bir daha təstiqləndi. 1314-cü ilin aprel-may ayında o, Sevinc ibn Şişinin atabəyliyi altında Xorasan və Mazandarana canişin təyin edildi. 16 dekabr 1316-cı ildə Məhəmməd Olcaytunun ölümündən sonra Sevinc Əbu Səidi gətürərək paytaxt Sultaniyəyə gətirdi. Onlar paytaxta 1317-ci ilin yazında oraya çatdılar.
Hakimiyyəti
Atası Məhəmməd Olcaytunun ölümündən sonra o, atabəyi Əmir Sevinc tərəfindən dövlətin paytaxtı Sultaniyyəyə gətirilsə də, onun taxta çıxması 1317-ci ilin avqustuna qədər gecikmişdir. Bu gecikmənin səbəbi atabəy Sevinclə Əmir Çoban arasında olan konflikt idi. Əbu Səid Rəşidəddin Həmədani ilə Tacəddin Əli Şahı özünə vəzir təyin etdi, lakin bu iki şəxs bir-biri ilə konfdlikt yaşamaqda idilər və nəticədə 1317-ci ildə Rəşidəddin vəzifəsindən uzaqlaşdırıldı. Əbu Səidin taxta çıxma tarixi dəqiq bilinməlidir. Həmdullah Müstovhi onun taxta çıxma tarixi kimi aprel-may ayını, Şabankay 16 avqustu, Mahmud Amoli 5 iyulu göstərir. Digər versiyaya görə, onun taxta çıxma tarixinin gecikməsi Sevinc tərəfindən qəsdən edilmişdir və Əmir Çobanın yüksək vəzifədən salınması üçün planlanmışdır. 1318-ci ilin yanvarında Əmir Sevinc də vəfat etdi və azyaşlı Əbu Səid Əmir Çobanın qarşısında yalnız qaldı. Əmir Çoban Rəşidəddini vəzifəsinə geri çağırsa da, o, bu dəfə Tacəddin Əli Şah tərəfindən əvvəlki Elxan Olcaytunu zəhərləməkidə ittiham edildi. Nəticədə Rəşidəddin və oğlu İbrahim İzzəddin 13 iyul 1318-ci ildə Əbhər yaxınlığında edam edildilər. Bu hadisədən sonra Əmir Çoban Elxani dövlətinin de-fakto hakimi oldu. Növbəti illər Əbu Səidin hakimiyyəti üçün səs-küylü keçdi.
Rəşidəddinin edam edilməsindən sonra dövlətin əsas vəzirliyini ələ keçirən Tacəddin Əli Şahın dövründə dövlətin maliyyə vəziyyəti pisləşdi. Hələ Qazan xanın hakimiyyəti dövründə dövlətin maliyyə vəziyyətini qaydasına salmaq, köçəri əsilzadələrin səlahiyyətlərini məhdudlaşdıraraq mərkəzi aparatı gücləndirmək üçün həyat akeçirilən islahatlar puç oldu. Bütün bunlar az imiş kimi, 1318-1320-ci illərdə imperiyanın əksər ərazisində quraqlıq, çəyirtkə hücumları və xəstəliklər tüğyan etməyə başladı. Nəticədə vəziyyətləri yaxşı olmayan kəndlilərin iqtisadi vəziyyətləri daha da pisləşdi.
Qızıl Orda işğalı və əmirlərin üsyanı
1319-cu ildə Qızıl Orda xanı Özbək Azərbaycanı işğal etdi. Eyni zamanda Çağatay şahzadəsi olan və bundan bir qədər əvvəl Əbu Səidə sadiqlik sözü verən Yasaurda üsyana başladı. Əbu Səidin Xorasandan ayrıldıqdan sonra orada üsyanın başlamasının Əmir Sevinclə əlaqədar olması barədə şayiələr gəzməkdə idi. Bir müddət sonra Yasaur və Bəytüt Əbu Səidə bağlılığını elan etsə də, qısa müddət sonra fikirlərini dəyişdirdilər, açıq üsyana başlayaraq Mazandaranı ələ keçirdilər. Nəticədə Mazandaranın hakimi olan Əmir Yasavul köməkçilərindən biri olan Bəytüt tərəfindən öldürüldü. Əbu Səid sərkərdələrindən biri olan Əmir Hüseyn Cəlairi (Elxanilərin son dövründə mühüm rol oynamış Böyük Həsənin atasıdır) Yasaurla döyüşmək üçün göndərməyə məcbur oldu və özü Özbəyə qarşı yürüşə başladı. Özbək Əmir Çobanın da yardıma gəlməsindən sonra məğlub edildi, Yasaur isə 1320-ci ildə özünün Çağatay qohumu olan Kebek tərəfindən öldürüldü. Bu yürüşlər zamanı xeyli sayda əmirlər Əbu Səidin çağırışına cavab verməmişdilər və buna görə də, onların cəzalandırılmasına başlanıldı. Əbu Səidin çağırışına cavab verməyən Qurumuş ayaqlarına dəyənəklə vurmaqla cəzalandırıldı. Bundan bir qədər öncə, yəni 1319-cu ilin sonlarında keçmiş Diyarbəkir əmiri olan və Kereit tayfasından gələn İrincin, keçmiş Gürcüstan hakimi olan Qurumuş bir neçə dövlət məmurunu öldürərək üsyana başladılar. Bu iki əmirin ikisi də Əmir Çoban tərəfindən tənbehlənmişdilər. Qurumuş və İrincin ikisi də Kereit tayfasına mənsub idilər, İrincini Olcaytunun dul arvadı atası və Əhməd Təkudarın kürəkəni idi. Qurumuşun atası Alinaq Noyon da Təkudarın kürəkəni idi. Bu iki şəxsin rəhbərlik etdiyi 40 min nəfərlik üsyançı ordusu Gürcüstan yaxınlığında Əmir Çobanı hazırlıqsız yaxalamağı bacardı. Əmir Çoban, iki oğlu və 2 min nəfərlik şəxsin daxil olduğu köç üsyançılar qarşısında qaçmağa məcbur oldu. Təbrizə gələn Çoban bu hadisə barədə Əbu Səidə məlumat verdi. Qəzəblənən elxan üsyançılarla qarşılaşmaq üçün yürüşə başladı.
Sultaniyəyə yerləşmiş Qurumuşun rəhbərliyindəki üsyançılarla əsas döyüş Miyanə yaxınlığındakı Zəncanrud çayı yaxınlığında 20 iyun 1319-cu ildə baş verdi. Döyüşdə qələbə qazanan Əbu Səid şəxsi şücaətlər göstərdi. Bu qələbədən sonra gənc hökmdar olan Əbu Səidə Bahadur və əl-Sultan əl-Adil ləqəbləri verildi. Üsyaçılar tərəfindən ələ keçirilən 36 əmir və 7 xatun arasından Əmir Toxmaq, Qurumuş, Şahzadə Könçək (Təkudarın qızı), onun əri İrincin və onun oğlanları Şeyx Əli, Vəfadar edam edildilər. Qurumuşun oğlu Əbdürrəhman Özbəyin yanına qaçmağı bacardı. Sonda Əmir Çobanla Əbu Səidin bacısı Satıbəy evləndirildi. Beləliklə Əmir Çobanın ailəsinin gücü daha da artdı. 6 sentyabr 1319-cu ildə baş tutmuş bu evlilikdən sonra Çobanın oğlanları Teymurtaşa, Şeyx Mahmuda, Həsənə və Dəməşq Xacəyə Anadolunun, Gürcüstanın, Xorasanın və Azərbaycanın canişinliyi verildi. Həmçinin 1324-cü ildə Tacəddin Əli Şahın ölümündən sonra vəzir vəzifəsi də Çobanilərin vəziri olmuş Rüknəddin Sainə tapşırıldı, lakin onun sadəcə vəzir adı var idi, real işlərdən uzaqlaşdırılmışdı.
Çobani üsyanı
Çobanilərin üsyanı Teymurtaş 1322-ci ildə üsyana başladı və özünün Mehdi olduğunu iddia etdi. Onun məsələsi ilə məşğul olmaq üçün atası Əmir Çoban getdi və üsyanı sonlandırmağa razı salmağa nail oldu. Əmir Çoban məhkəməyə gətirilmiş oğlu Teymurtaşın iddialarına qarşı çıxsa da, elxanı onun əfv edilməsinə razı sala bildi. Qarşılığında Əbu Səid onu yenidən vəzifəsinə təyin etdi. Əbu Səid Çobanın qızı olan Bağdad Xatunu sevməyə başlamışdı. Lakin Bağdad Xatun dövrün böyük əmirlərindən biri olan Böyük Həsən Cəlairinin arvadı olduğu üçün Çoban onu bu fikrindən yayındırmağa çalışırdı. Lakin Əbu Səidi bu fikrindən yayındırmaq mümkün olmadı və o, 1325-ci ildə sonu uğursuz da olsa Çobandan qızını istədi. Çoban qızını və oğlunu Qarabağa göndərdi və özü də Özbək və Tarmaşirinə qarşı yürüşə başladı. Bu zaman Özbək və Tarmaşirin Azərbaycan və Xorasanı ələ keçirmişdi. Çobanın yoxluğundan istifadə edən Əbu Səid onun oğlanlarından biri olan Dəməşq Xacəni Olcaytunun kənizlərindən biri ilə münasibətdə olmaqla ittiham edərək edam etdirdi. Bundan xəbər tutan Çoban oğlunun qisasını almaq üçün Xorasandan onun üzərinə yeriməyə başladı. Lakin Əbu Səidin dayısı Məhəmməd bəyin də daxil olduğu sərkərdəər 30 min döyüşçü ilə birlikdə onu tərk edərək Əbu Səidı qatıldılar. Başqa seçimi qalmayan Çoban Herata geri çəkildi. Lakin o, 1327-ci ildə Əbu Səidin əmri əsasında Kart sülaləsindən hakim olan Qiyasəddin tərəfindən boğularaq öldürüldü. Əmir Çobanın oğullarından Məmlüklərə sığındı. Ancaq, Bahadur xanın sifarişi ilə o da Məmlük sultanı tərəfindən öldürüldü.Onun qızı Bağdad Xatun ərindən boşanmağa məcbur edildi və Əbu Səidlə evləndirildi. Kompensasiya olaraq, Böyük Həsən Əmir Çobanın yerinə vəzifəyə təyin edildi və Elxani ordusunun rəhbəri oldu.
Sonrakı illəri
İndi bütün hakimiyyəti öz əllərinə alan Əbu Səid Rəşidəddinin oğlu Qiyasəddini vəziri olmağa dəvət edir. qardaşının oğlu və Kit Buğa Noyonun nəvəsi olan,Əmir Çobanın ortadan qaldırılmasında mühüm rol oynayan Narin Tağay Xorasan canişinliyinə, Əbu Səidin dayısı Əli Padşah Bağdad canişinliyinə təyin edilir. Qiyasəddinin mərkəzi dövləti gücləndirmə planları digər əmir planları ilə üst-üstə düşmürdü. Narin Tağai 1329-cu ildə Qiyasəddini öldürmək üçün vəzifəsini tərk etdi. Ona əmirlər Əli Padşah və Misr Xoca kömək edirdi. 1329-cu ilin 29 iyulunda və ya sentyabrında Narin Tağay edam edildi və digər ciddi bir təhlükə ortadan qaldırıldı. Sonralar Böyük Həsən də 1332-ci ildə Bağdad xatunla xəyanətdə günahlandırıldı. İddia edilirdi ki, Bağdad xatun Böyük Həsənlə gizli şəkildə görüşməkdə, hətta Əbu Səidi öldürmək üçün plan hazırlamaqdadırlar, lakin sonradan bunun əsassız olduğu ortaya çıxdı. Lakin bu belə onların nüfuzunu zədələməyə bəs etdi və Böyük Həsən Anadolu canişini vəzifəsinə təyin edildi. Əbu Səid Bağdad Xatundan boşandı və onun qohumu olan Dilşad Xatunla 1333-cü ildə evləndi. Dilşad Xatun Əmir Çobanın nəvəsi və Əbu Səid tərəfindən öldürülmüş Dəməşq Xacənin qızı idi. Bildirilir ki, ömrünün sonlarına yaxıno, arvadlarından heç birini sevmirmiş, bircə Dilşad xatunla yaxşı münasibətə sahib imiş və bu Bağdadın xüsusi qısqanclığına səbəb olunmuş.
1334-cü ildə Əb Səid Şərəfəddin Mahmudşah İncudan narazılıq olduğu üçün onun yerinə Əmir Müsəffəri təyin etdi. İncuidlər sülaləsindən olan Mahmudşah Çobanın ölümündən etibarən Fars əyalətini idarə etməkdə idi. Əbu Səidinçaırı ətrafında baş vermiş insidentdn sonra o, üsyankar çıxışlara görə həbs edildi.
Xarici münasibətləri
Əbu Səidin xarici siyasəti öz sələflərinin siyasətindən kəskin şəkildə fərqlənməkdə idi. Məhəmməd Olcaytunun dövründə belə Dehli sultanlığı ilə gərgin olan münasibətlər onun dövründə yaxşılaşdı. Əbu Səid ən azından 1328-ci ildən hakimiyyətinin sonuna qədər Dehli sultanlığının hökmdarı ilə yazışmalar aparmış, qarşılıqlı bahalı hədiyyələr göndərmişdir. Lakin Məhəmməd ibn Tuğlağın Əbu Səidi hər ikisinin ortaq düşməni olan Çağataylara qarşı ortaq yürüşə razı salma istəyi uğursuz oldu, halbuki bu dövrdə Əbu Səidin də onlarla olan münasibətləri sürətlə pisləşməkdə idi. Çağatayların 1320-ci ildə Xorasanda meydana çxımış üsyana yardım etməsini 1322 və 1328-ci ildə Xorasana basqınləri izlədi. 1326-cı ildə Əmir Çobanın oğlu olan Həsənin komandanlığındakı Hülakü ordusu Çağatayları Qəznə bölgəsinin Taşmaşirin bölgəsindən qovmağı bacarmışdı, lakin bu həlledici döyüş olmadı. Çünki İbn Bəttutə 7 ildən sonra bu bölgəyə gəldiyi zaman şəhəri Çağatayların nümayəndəsinin idarə etdiyini bildirmişdir.
Əbu Səidin hakimiyyəti dövrünün bir digər xarakterik xüsusiyyətlərindən biri də Misir Məmlükləri ilə münasibətlərinv normallaşdırılması idi. 1320-ci ildə məmlüklərin Hülakülərin vassalı olan Kilikiya çarlığını ələ keçirməsinə baxmayaraq, Əbu Səid onlarla münasibətləri normallaşdırdı, 1323-cü ildə sülh müqaviləsi imzalayaraq 60 illik müharibəyə son qoydu. Bu müqaviləyə sadiq qalan məmlük sultanı Nəsrəddin Məhəmməd Qızıl Orda hökdmarı Özbək xanın Hülakülər üzərinə ortaq yürüşün təklifini nəinki rədd etdi, hətta bu barədə tez Əmir Çobana məlumat da verdi. Münasibətləri normallaşdıan bir digər hadisə isə Teymurtaşın Misirə qaçmasından sonra oldu. Əbu Səidin istəyi iləo, öldürüldü. Şübhəsizki hər iki hökmdar müasir Suriya torpaqlarındakı sülh şəraitindən böyük pullar qazanmaqda idilər, çünki əsas ticarət yolları oradan keçməkdə idi.
Hülakülərin bir digər ənənəvi düşməni olan Qızıl Orda ilə münasibətlər hələ də düşmənlik əsaslı qalmaqda idi. 1319-cu ildə Hülakü torpaqlarına hücum edən Özbək xan Kür çayı sahilində Əbu Səid və Əmir Çoban tərəfindən məğlub edilmişdi. Lakin o, bundan sonra da ilk fürsətdəcə Hülakülər üzərinə hücum etməyə davam etməkdə idi. Bir müddət sonra yaşamış məmlük tarixçisinə görə, o, Xorasan üsyançısı Yasaurla əlaqədə olmuş, İrincin və Qurumuşun üsyanları zamanı onları dəstəkləmişdir. 1320-ci ildə Əbu Səidin göndərdiyi ordu müasir Gürcüstan ərazisinə basqın etmiş Özbəyin qardaşı Qazanı məğlub edib qovmuşdu. 1325-ci ildə Qızıl Orda ordusunun növbəti işğalı zamanı Çoban Dərbənd qapısından cavab basqını etdi və düşmən ərazisini Terekə qədər viran etdi. Əbu Səidin hakimiyyətinin lap sonunda Özbək xan yenidən Qafqaza hücuma keçdi və elxan ömrünün son günlərini yürüşlə keçirdi.
Əbu Səid 1320-ci ildə Venesiya ilə kommersiya müqaviləsi imzalamışdı. Venesiyalılara həmçinin imperiya ərazilərində mərkəzlər qurmağa da icazə verilirdi.
Ölümü
1335-ci ilin noyabr ayında Qızıl Orda hökmdarı Özbəyin Elxani dövlətinə yeni yürüşü oldu. Bu yürüşə cavab vermək üçün yürüşə başlayan Əbu Səid gəldiyi Qarabağda 30 noyabrdan 1 dekabra keçən gecə vəfat etdi. Onun nəşi Sultaniyyəyə aparıldı və orada dəfn edildi. İbn Bətutəyə görə, o, qısqanclıq zəminində Bağdad Xatun tərəfindən zəhərlənərək öldürülmüşdür. Onun taun xəstəliyindən ölə bilmə ehtimalı da mövcuddur. Ondan sonra Toluy xanın ailəsindən Arpa xan hakimiyyəti ələ keçirdi. Dilşad xatun Bağdad xatunu Bahadur xanın ölümündə ittiham edərək onu edam etdirdi.
Əbu Səid hər hansısa varis və ya seçilmiş vəliəhd buraxmadan ölmüşdü və bu imperiyada qarışıqlığa səbəb oldu. Hakimiyyət uğrunda mübarizə imperiyanın əsas ailələri olan Çobanilər və Cəlairilər arasında getməklə birlikdə, Sərbadarilər hərəkatı kimi hərəkatların da ortaya çıxmasına səbəb oldu. Böyük səyahətçi İbn Battuta Elxani imperiyasına qayıdanda cəmi iyirmi il əvvəl bu qədər qüdrətli görünən səltənətin bu qədər tez dağıldığını görüb heyrətləndi. Əbu Səidin ölümündən sonra Elxani dövləti öz birliyini itirdi və onun varisi olan Arpa xandan sonra imperiya türklər, farslar və monqollar tərəfindən idarə edilən kiçik hakimliklərə parçalandı.
Vəzirləri
- Rəşidəddin Həmədani (1317)
- Tacəddin Əli Şah (1317-1323)
- Rüknəddin Sayin (1323-1327)
- Qiyasəddin ibn Rəşidəddin (1327-1331)
Ailəsi
- Arvadları:
Əbu Səid ümumilikdə 6 dəfə müxtəlif tayfa və sülalərdən olan qadınlarla evlənmişdir. Buraya Borçigin sülaləsi, Oryatlar və Sulsuzlar da daxildir.
- Ulcay Qutluq Xatun (evlilik tarixi. 5 iyul 1317) - Qazan xanla Buluğan Xatunun qızı və Əbu Səidin böyük qardaşı Bastamın dul arvadı olmuşdur.
- Bağdad Xatun Baghdad Khatun (evlilik tarixi. 1327 – boşanma tarixi. 1333. Edam edilmə tarixi. 13 dekabr 1335) - Əmir Çobanın qızı və Böyük Həsənin keçmiş arvadı olmuşdur.
- Məlikə Xatun - Tuğ ibn Sulaymış ibn Tengiz Güregenin qızı olmuşdur.
- Dilşad Xatun (evlilik tarixi. 1333, ölüm tarixi. 27 dekabr 1351) - Əmir Çobanın nəvəsi, Dəməşq Xacə ilə Tursin Xatunun qızı olmuşdur. Tursin Xatun İrincin Kurqan və Konçaq Xatunun qızı idi. Koncak Xatun Əhməd Təkudar xanın qızı idi.
- Adil Şah Xatun (ö. 7 may 1332, Ucan yaxınlığında) - 10 oktyabr 1318-ci ildə Xorasanın valisi olmuş Esen Qutluqun oğlu Tukalın qızı.
- Sarqadaq Xatun - Əmir Çobanın qohumu olan Dövlət Şah Sulduzun qızı olmuşdur.
- Qızı
Əbu Səidin yalnız bir qızı var idi.
- Adı bəlli olmayan qız (d. 18 may 1336). Qızın anası Dilşad Xatun idi.
Şəxsiyyəti
İbn Bətutəyə görə, Əbu Səid "Allahın yaratdıqları arasında ən yaraşıqlısı" idi. Mədəni baxımdan yüksək səviyyəyə malik olan Əbu Səid Elxani hökmdarları arasında şeirlər yazan və musiqi bacarığı olan yeganə hökmdardır. O, əsasən dübeytilər yazmışdır. Bu dübeytilərdən biri Əl-Əhərinin "Tarix-i Şeyx Üveys" əsərində də verilmişdir. İbn Təğriberdi tərəfindən o, "əzəmətli görünüşlü, səxavətli və hazırcavab cəsur və parlaq şahzadə" kimi təsvir edilmişdir. Görünür, elxanın həm monqol, həm də ərəb qrafikasını eyni dərəcədə mükəmməl bilən mədəniyyətli hökmdar kimi təsvir edilən müasirləri arasında yüksək nüfuzu var idi.
Oğlu olmamış, ölümündən sonra Dilşad xatundan bir qızı olmuşdur.
Dini məsələlərə yanaşması
Əbu Səid tez-tez sarayında üləmanın görüşlərini və müzakirələrini təşkil edirdi. O, şiəliyə daha yaxın olan atası Məhəmməd Olcaytudan fərqli olaraq sünni idi. Elxanın xristianlığa münasibətini birmənalı qiymətləndirmək çətindir. Çünki bir tərəfdən Safadi onun Bağdaddakı kilsələri dağıtdırdığını və qeyri-müsəlmanları fəal şəkildə İslamı qəbul etməyə təşviq etdiyi məlumatını verməkdədir. Digər tərəfdən onun hakimiyyəti dövrü tərəfindən Sultaniyyə arxiyepiskopluğunun yaradılması (1318) kimi əlamətdar hadisə ilə yadda qalmışdır. Həmçinin Jourdain de Severac kimi qərb səyyahları onun missionerlik fəaliyyətinə müdaxilə etməsi barədə məlumat verməməkdədir. Dini dözümlülük bəzi hallarda iqtisadi motivlərə əsaslana bilər. Məsələn, 1320-ci ildə Venesiya ilə ticarət müqaviləsi bağlayarkən avropalılara Hülakü şəhərlərində öz kilsələrini tikmək imkanı təmin edildi. 1 may 1318-ci ildə və onun tərkibində Naxçıvan yepiskopluğunun qurulmasını təsdiqləmişdir.
İstinadlar
- Howorth, 1880. səh. 215
- Khatibi və Gholami, 2008
- Atwood, 2004. səh. 234
- Hope, 2016. səh. 189–193
- Jackson, 2011
- Fisher, 1968. səh. 407-413
- Mustawfi Qazvini, 1910
- Lewis, 2014. səh. 101
- Melville, 1997. səh. 89-120
- Melville, 1999
- Fisher, 1968. səh. 407
- A History of Persian under Ratar Dominion (AD 1265 - 1502) Literature, 2013. səh. 171
- Dalkesen, 2007. səh. 196-197
- Khvānd Mīr, 1994. səh. 125
- Limbert, 2011. səh. 76
- Закиров, 2011. səh. 84
- Fisher, 1968. səh. 413
- Lambton, 1988
- ал-Ахари, 2011
Mənbə
- Christopher P. Atwood. The Encyclopedia of Mongolia and the Mongol Empire. Facts on File, Inc. 2004. ISBN .
- P. Jackson. ABŪ SAʿĪD BAHĀDOR KHAN. iranicaonline.org. 2011.
- Michael Hope. Power, Politics, and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran. 2016. ISBN .
- Melville Charles və Abbas Zaryab. DELŠĀD ḴĀTŪN. Encyclopaedia Iranica. 2011.
- W. B. Fisher. The Cambridge History of Iran. Cambridge University Press. 1968. ISBN .
- Bernard Lewis. The Jews of Islam. 2014. ISBN .
- Hamd Allah Mustawfi Qazvini. The Ta'ríkh-i-guzída; or, "Select history" of Hamdulláh Mustawfí-i-Qazwíní. Boston Public Library. Leyden : E.J.: Brill.
- Charles P. Melville. Abu Sa'id and the revolt of the amirs in 1319. Tehran: L'Iran Face a la Domination Mongole. 1997.
- Charles Melville. The Fall of Amir Chupan and the Decline of the Ilkhanate, 1327-37: A Decade of Discord in Mongol Iran. Indiana University: Research Institute for Inner Asian Studies. 1999.
- Ann K. S. Lambton. Continuity and Change in Medieval Persia. New York State University of New York Press: State University of New York Press. 1988.
- Henry H. Howorth. History of the Mongols from the 9th to the 19th century. London: Longmans, Green, and Co. 1880. ISBN .
- Abolfazl Khatibi və Rahim Gholami (2008). "Abū Saʿīd Bahādur Khān". In Madelung, Wilferd; Daftary, Farhad (eds.). Encyclopaedia Islamica Online. Brill Online. ISSN 1875-9831. Abū Saʿīd Bahādur Khān. Encyclopaedia Islamica Online - Brill Online. 2008. ISBN .
- Абу Бакр ал-Ахари. Тарих-и шейх Увейс. 2011.
- С. Закиров. Дипломатические отношения Золотой Орды с Египтом (XIII—XIV вв.). 2011.
- Ghiyās̲ al-Dīn ibn Humām al-Dīn Khvānd Mīr. Habibü's-siyer: Moğol ve Türk hâkimiyeti. Harvard University: Harvard University Press. 1994.
- Nilgün Dalkesen. Gender Roles and Women's Status in Central Asia and Anatolia Between the Thirteenth and Sixteenth Centuries. 2007.
- John W. Limbert. Shiraz in the Age of Hafez: The Glory of a Medieval Persian City. Washington: University of Washington Press. 2011. ISBN .
Xarici keçidlər
SƏLƏF Sultan Məhəmməd Xudabəndə Olcaytu xan | Sultan Əbu Səid Bahadur xan Elxanilər | XƏLƏF Sultan Arpa xan |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sultan Ebu Seid Bahadur xan d 2 iyun 1305 1 dekabr1335 Elxaniler dovletinin 9 cu hokmdari 1316 1335 Onun idare etdiyi Elxaniler dovletine bugunku Iran Azerbaycan Gurcustan Ermenistan elece de Iraqin Turkiyenin Efqanistanin ve Pakistanin bezi hisseleri daxil idi Ebu Seid Bahadur xanmonq ᠪᠤᠰᠠᠢ ᠳ ᠪᠠᠭᠠᠲᠤᠷ ᠬᠠᠨEbu Seid xanin Ankarada tapilmis sikkesiElxanlilar sulalesinden IX elxan17 dekabr 1316 30 noyabr 1335EvvelkiMehemmed OlcaytuSonrakiArpa xanXorasan valisi1315 17 dekabr 1316EvvelkiQazan xanSonrakiEmirSexsi melumatlarDogum tarixi 2 iyun 1305Dogum yeri UcanVefat tarixi 30 noyabr 1335 30 yasinda Vefat yeri QarabagVefat sebebi taunDefn yeri SultaniyeFealiyyeti siyasetciAtasi Mehemmed OlcaytuAnasi Haci xatunHeyat yoldasi Bagdad xatunAilesi Cingizliler Elxanlilar sulalesiDini sunni islam Vikianbarda elaqeli mediafayllar Onun hakimiyyeti dovrunde Hulakulerin enenevi dusmenleri olan Misir Memlukleri ve Dehli sultanligi ile munasibetler normallasdirilmisdir lakin bu normallasmani Qizil Orda ve Cagataylarla etmek mumkun olmamisdir Daxili siyasetde tez tez usyanlar olmus elxan zamaninin coxunu bu usyanlari yatirmaqla kecirmisdir Onun hakimiyyeti dovru Emir Coban ve ailesinin imperiya daxilinde gucunun artmasi ile elametdardir Heyatinin erken dovruEbu Seid 2 iyun 1305 ci ilde Tebriz yaxinligindaki Ucan menteqesinde dunyaya gelmisdir Atasi hokmdar Olcaytu anasi ise Haci Xatun olmusdur Ozunden boyuk qardaslarinin olumunden xususen qardasi Suleymansahin vaxtsiz olumunden sonra Ebu Seid atasinin veliehd sahzadesi halina gelmisdir O 1315 ci ilde Xorasan ve Mazandaranin valisi teyin edilmis ve Uygur esilzadesi olan Emir Sevinc ona atabey olmusdur Atabeyi ile fealiyyetiEbu Seidin boyuk qardasi Suleymansahin da olumunden sonra atasinin veliehdi olmasi bir daha testiqlendi 1314 cu ilin aprel may ayinda o Sevinc ibn Sisinin atabeyliyi altinda Xorasan ve Mazandarana canisin teyin edildi 16 dekabr 1316 ci ilde Mehemmed Olcaytunun olumunden sonra Sevinc Ebu Seidi geturerek paytaxt Sultaniyeye getirdi Onlar paytaxta 1317 ci ilin yazinda oraya catdilar HakimiyyetiAtasi Mehemmed Olcaytunun olumunden sonra o atabeyi Emir Sevinc terefinden dovletin paytaxti Sultaniyyeye getirilse de onun taxta cixmasi 1317 ci ilin avqustuna qeder gecikmisdir Bu gecikmenin sebebi atabey Sevincle Emir Coban arasinda olan konflikt idi Ebu Seid Resideddin Hemedani ile Taceddin Eli Sahi ozune vezir teyin etdi lakin bu iki sexs bir biri ile konfdlikt yasamaqda idiler ve neticede 1317 ci ilde Resideddin vezifesinden uzaqlasdirildi Ebu Seidin taxta cixma tarixi deqiq bilinmelidir Hemdullah Mustovhi onun taxta cixma tarixi kimi aprel may ayini Sabankay 16 avqustu Mahmud Amoli 5 iyulu gosterir Diger versiyaya gore onun taxta cixma tarixinin gecikmesi Sevinc terefinden qesden edilmisdir ve Emir Cobanin yuksek vezifeden salinmasi ucun planlanmisdir 1318 ci ilin yanvarinda Emir Sevinc de vefat etdi ve azyasli Ebu Seid Emir Cobanin qarsisinda yalniz qaldi Emir Coban Resideddini vezifesine geri cagirsa da o bu defe Taceddin Eli Sah terefinden evvelki Elxan Olcaytunu zeherlemekide ittiham edildi Neticede Resideddin ve oglu Ibrahim Izzeddin 13 iyul 1318 ci ilde Ebher yaxinliginda edam edildiler Bu hadiseden sonra Emir Coban Elxani dovletinin de fakto hakimi oldu Novbeti iller Ebu Seidin hakimiyyeti ucun ses kuylu kecdi Resideddinin edam edilmesinden sonra dovletin esas vezirliyini ele keciren Taceddin Eli Sahin dovrunde dovletin maliyye veziyyeti pislesdi Hele Qazan xanin hakimiyyeti dovrunde dovletin maliyye veziyyetini qaydasina salmaq koceri esilzadelerin selahiyyetlerini mehdudlasdiraraq merkezi aparati guclendirmek ucun heyat akecirilen islahatlar puc oldu Butun bunlar az imis kimi 1318 1320 ci illerde imperiyanin ekser erazisinde quraqliq ceyirtke hucumlari ve xestelikler tugyan etmeye basladi Neticede veziyyetleri yaxsi olmayan kendlilerin iqtisadi veziyyetleri daha da pislesdi Qizil Orda isgali ve emirlerin usyani 1319 cu ilde Qizil Orda xani Ozbek Azerbaycani isgal etdi Eyni zamanda Cagatay sahzadesi olan ve bundan bir qeder evvel Ebu Seide sadiqlik sozu veren Yasaurda usyana basladi Ebu Seidin Xorasandan ayrildiqdan sonra orada usyanin baslamasinin Emir Sevincle elaqedar olmasi barede sayieler gezmekde idi Bir muddet sonra Yasaur ve Beytut Ebu Seide bagliligini elan etse de qisa muddet sonra fikirlerini deyisdirdiler aciq usyana baslayaraq Mazandarani ele kecirdiler Neticede Mazandaranin hakimi olan Emir Yasavul komekcilerinden biri olan Beytut terefinden olduruldu Ebu Seid serkerdelerinden biri olan Emir Huseyn Celairi Elxanilerin son dovrunde muhum rol oynamis Boyuk Hesenin atasidir Yasaurla doyusmek ucun gondermeye mecbur oldu ve ozu Ozbeye qarsi yuruse basladi Ozbek Emir Cobanin da yardima gelmesinden sonra meglub edildi Yasaur ise 1320 ci ilde ozunun Cagatay qohumu olan Kebek terefinden olduruldu Bu yurusler zamani xeyli sayda emirler Ebu Seidin cagirisina cavab vermemisdiler ve buna gore de onlarin cezalandirilmasina baslanildi Ebu Seidin cagirisina cavab vermeyen Qurumus ayaqlarina deyenekle vurmaqla cezalandirildi Bundan bir qeder once yeni 1319 cu ilin sonlarinda kecmis Diyarbekir emiri olan ve Kereit tayfasindan gelen Irincin kecmis Gurcustan hakimi olan Qurumus bir nece dovlet memurunu oldurerek usyana basladilar Bu iki emirin ikisi de Emir Coban terefinden tenbehlenmisdiler Qurumus ve Irincin ikisi de Kereit tayfasina mensub idiler Irincini Olcaytunun dul arvadi atasi ve Ehmed Tekudarin kurekeni idi Qurumusun atasi Alinaq Noyon da Tekudarin kurekeni idi Bu iki sexsin rehberlik etdiyi 40 min neferlik usyanci ordusu Gurcustan yaxinliginda Emir Cobani hazirliqsiz yaxalamagi bacardi Emir Coban iki oglu ve 2 min neferlik sexsin daxil oldugu koc usyancilar qarsisinda qacmaga mecbur oldu Tebrize gelen Coban bu hadise barede Ebu Seide melumat verdi Qezeblenen elxan usyancilarla qarsilasmaq ucun yuruse basladi Sultaniyeye yerlesmis Qurumusun rehberliyindeki usyancilarla esas doyus Miyane yaxinligindaki Zencanrud cayi yaxinliginda 20 iyun 1319 cu ilde bas verdi Doyusde qelebe qazanan Ebu Seid sexsi sucaetler gosterdi Bu qelebeden sonra genc hokmdar olan Ebu Seide Bahadur ve el Sultan el Adil leqebleri verildi Usyacilar terefinden ele kecirilen 36 emir ve 7 xatun arasindan Emir Toxmaq Qurumus Sahzade Koncek Tekudarin qizi onun eri Irincin ve onun oglanlari Seyx Eli Vefadar edam edildiler Qurumusun oglu Ebdurrehman Ozbeyin yanina qacmagi bacardi Sonda Emir Cobanla Ebu Seidin bacisi Satibey evlendirildi Belelikle Emir Cobanin ailesinin gucu daha da artdi 6 sentyabr 1319 cu ilde bas tutmus bu evlilikden sonra Cobanin oglanlari Teymurtasa Seyx Mahmuda Hesene ve Demesq Xaceye Anadolunun Gurcustanin Xorasanin ve Azerbaycanin canisinliyi verildi Hemcinin 1324 cu ilde Taceddin Eli Sahin olumunden sonra vezir vezifesi de Cobanilerin veziri olmus Rukneddin Saine tapsirildi lakin onun sadece vezir adi var idi real islerden uzaqlasdirilmisdi Cobani usyani Cobanilerin usyani Teymurtas 1322 ci ilde usyana basladi ve ozunun Mehdi oldugunu iddia etdi Onun meselesi ile mesgul olmaq ucun atasi Emir Coban getdi ve usyani sonlandirmaga razi salmaga nail oldu Emir Coban mehkemeye getirilmis oglu Teymurtasin iddialarina qarsi cixsa da elxani onun efv edilmesine razi sala bildi Qarsiliginda Ebu Seid onu yeniden vezifesine teyin etdi Ebu Seid Cobanin qizi olan Bagdad Xatunu sevmeye baslamisdi Lakin Bagdad Xatun dovrun boyuk emirlerinden biri olan Boyuk Hesen Celairinin arvadi oldugu ucun Coban onu bu fikrinden yayindirmaga calisirdi Lakin Ebu Seidi bu fikrinden yayindirmaq mumkun olmadi ve o 1325 ci ilde sonu ugursuz da olsa Cobandan qizini istedi Coban qizini ve oglunu Qarabaga gonderdi ve ozu de Ozbek ve Tarmasirine qarsi yuruse basladi Bu zaman Ozbek ve Tarmasirin Azerbaycan ve Xorasani ele kecirmisdi Cobanin yoxlugundan istifade eden Ebu Seid onun oglanlarindan biri olan Demesq Xaceni Olcaytunun kenizlerinden biri ile munasibetde olmaqla ittiham ederek edam etdirdi Bundan xeber tutan Coban oglunun qisasini almaq ucun Xorasandan onun uzerine yerimeye basladi Lakin Ebu Seidin dayisi Mehemmed beyin de daxil oldugu serkerdeer 30 min doyuscu ile birlikde onu terk ederek Ebu Seidi qatildilar Basqa secimi qalmayan Coban Herata geri cekildi Lakin o 1327 ci ilde Ebu Seidin emri esasinda Kart sulalesinden hakim olan Qiyaseddin terefinden bogularaq olduruldu Emir Cobanin ogullarindan Memluklere sigindi Ancaq Bahadur xanin sifarisi ile o da Memluk sultani terefinden olduruldu Onun qizi Bagdad Xatun erinden bosanmaga mecbur edildi ve Ebu Seidle evlendirildi Kompensasiya olaraq Boyuk Hesen Emir Cobanin yerine vezifeye teyin edildi ve Elxani ordusunun rehberi oldu Sonraki illeriIndi butun hakimiyyeti oz ellerine alan Ebu Seid Resideddinin oglu Qiyaseddini veziri olmaga devet edir qardasinin oglu ve Kit Buga Noyonun nevesi olan Emir Cobanin ortadan qaldirilmasinda muhum rol oynayan Narin Tagay Xorasan canisinliyine Ebu Seidin dayisi Eli Padsah Bagdad canisinliyine teyin edilir Qiyaseddinin merkezi dovleti guclendirme planlari diger emir planlari ile ust uste dusmurdu Narin Tagai 1329 cu ilde Qiyaseddini oldurmek ucun vezifesini terk etdi Ona emirler Eli Padsah ve Misr Xoca komek edirdi 1329 cu ilin 29 iyulunda ve ya sentyabrinda Narin Tagay edam edildi ve diger ciddi bir tehluke ortadan qaldirildi Sonralar Boyuk Hesen de 1332 ci ilde Bagdad xatunla xeyanetde gunahlandirildi Iddia edilirdi ki Bagdad xatun Boyuk Hesenle gizli sekilde gorusmekde hetta Ebu Seidi oldurmek ucun plan hazirlamaqdadirlar lakin sonradan bunun esassiz oldugu ortaya cixdi Lakin bu bele onlarin nufuzunu zedelemeye bes etdi ve Boyuk Hesen Anadolu canisini vezifesine teyin edildi Ebu Seid Bagdad Xatundan bosandi ve onun qohumu olan Dilsad Xatunla 1333 cu ilde evlendi Dilsad Xatun Emir Cobanin nevesi ve Ebu Seid terefinden oldurulmus Demesq Xacenin qizi idi Bildirilir ki omrunun sonlarina yaxino arvadlarindan hec birini sevmirmis birce Dilsad xatunla yaxsi munasibete sahib imis ve bu Bagdadin xususi qisqancligina sebeb olunmus 1334 cu ilde Eb Seid Serefeddin Mahmudsah Incudan naraziliq oldugu ucun onun yerine Emir Musefferi teyin etdi Incuidler sulalesinden olan Mahmudsah Cobanin olumunden etibaren Fars eyaletini idare etmekde idi Ebu Seidincairi etrafinda bas vermis insidentdn sonra o usyankar cixislara gore hebs edildi Xarici munasibetleriEbu Seidin xarici siyaseti oz seleflerinin siyasetinden keskin sekilde ferqlenmekde idi Mehemmed Olcaytunun dovrunde bele Dehli sultanligi ile gergin olan munasibetler onun dovrunde yaxsilasdi Ebu Seid en azindan 1328 ci ilden hakimiyyetinin sonuna qeder Dehli sultanliginin hokmdari ile yazismalar aparmis qarsiliqli bahali hediyyeler gondermisdir Lakin Mehemmed ibn Tuglagin Ebu Seidi her ikisinin ortaq dusmeni olan Cagataylara qarsi ortaq yuruse razi salma isteyi ugursuz oldu halbuki bu dovrde Ebu Seidin de onlarla olan munasibetleri suretle pislesmekde idi Cagataylarin 1320 ci ilde Xorasanda meydana cximis usyana yardim etmesini 1322 ve 1328 ci ilde Xorasana basqinleri izledi 1326 ci ilde Emir Cobanin oglu olan Hesenin komandanligindaki Hulaku ordusu Cagataylari Qezne bolgesinin Tasmasirin bolgesinden qovmagi bacarmisdi lakin bu helledici doyus olmadi Cunki Ibn Bettute 7 ilden sonra bu bolgeye geldiyi zaman seheri Cagataylarin numayendesinin idare etdiyini bildirmisdir Ebu Seidin hakimiyyeti dovrunun bir diger xarakterik xususiyyetlerinden biri de Misir Memlukleri ile munasibetlerinv normallasdirilmasi idi 1320 ci ilde memluklerin Hulakulerin vassali olan Kilikiya carligini ele kecirmesine baxmayaraq Ebu Seid onlarla munasibetleri normallasdirdi 1323 cu ilde sulh muqavilesi imzalayaraq 60 illik muharibeye son qoydu Bu muqavileye sadiq qalan memluk sultani Nesreddin Mehemmed Qizil Orda hokdmari Ozbek xanin Hulakuler uzerine ortaq yurusun teklifini neinki redd etdi hetta bu barede tez Emir Cobana melumat da verdi Munasibetleri normallasdian bir diger hadise ise Teymurtasin Misire qacmasindan sonra oldu Ebu Seidin isteyi ileo olduruldu Subhesizki her iki hokmdar muasir Suriya torpaqlarindaki sulh seraitinden boyuk pullar qazanmaqda idiler cunki esas ticaret yollari oradan kecmekde idi Hulakulerin bir diger enenevi dusmeni olan Qizil Orda ile munasibetler hele de dusmenlik esasli qalmaqda idi 1319 cu ilde Hulaku torpaqlarina hucum eden Ozbek xan Kur cayi sahilinde Ebu Seid ve Emir Coban terefinden meglub edilmisdi Lakin o bundan sonra da ilk fursetdece Hulakuler uzerine hucum etmeye davam etmekde idi Bir muddet sonra yasamis memluk tarixcisine gore o Xorasan usyancisi Yasaurla elaqede olmus Irincin ve Qurumusun usyanlari zamani onlari desteklemisdir 1320 ci ilde Ebu Seidin gonderdiyi ordu muasir Gurcustan erazisine basqin etmis Ozbeyin qardasi Qazani meglub edib qovmusdu 1325 ci ilde Qizil Orda ordusunun novbeti isgali zamani Coban Derbend qapisindan cavab basqini etdi ve dusmen erazisini Tereke qeder viran etdi Ebu Seidin hakimiyyetinin lap sonunda Ozbek xan yeniden Qafqaza hucuma kecdi ve elxan omrunun son gunlerini yurusle kecirdi Ebu Seid 1320 ci ilde Venesiya ile kommersiya muqavilesi imzalamisdi Venesiyalilara hemcinin imperiya erazilerinde merkezler qurmaga da icaze verilirdi Olumu1335 ci ilin noyabr ayinda Qizil Orda hokmdari Ozbeyin Elxani dovletine yeni yurusu oldu Bu yuruse cavab vermek ucun yuruse baslayan Ebu Seid geldiyi Qarabagda 30 noyabrdan 1 dekabra kecen gece vefat etdi Onun nesi Sultaniyyeye aparildi ve orada defn edildi Ibn Betuteye gore o qisqancliq zemininde Bagdad Xatun terefinden zeherlenerek oldurulmusdur Onun taun xesteliyinden ole bilme ehtimali da movcuddur Ondan sonra Toluy xanin ailesinden Arpa xan hakimiyyeti ele kecirdi Dilsad xatun Bagdad xatunu Bahadur xanin olumunde ittiham ederek onu edam etdirdi Ebu Seid her hansisa varis ve ya secilmis veliehd buraxmadan olmusdu ve bu imperiyada qarisiqliga sebeb oldu Hakimiyyet ugrunda mubarize imperiyanin esas aileleri olan Cobaniler ve Celairiler arasinda getmekle birlikde Serbadariler herekati kimi herekatlarin da ortaya cixmasina sebeb oldu Boyuk seyahetci Ibn Battuta Elxani imperiyasina qayidanda cemi iyirmi il evvel bu qeder qudretli gorunen seltenetin bu qeder tez dagildigini gorub heyretlendi Ebu Seidin olumunden sonra Elxani dovleti oz birliyini itirdi ve onun varisi olan Arpa xandan sonra imperiya turkler farslar ve monqollar terefinden idare edilen kicik hakimliklere parcalandi VezirleriResideddin Hemedani 1317 Taceddin Eli Sah 1317 1323 Rukneddin Sayin 1323 1327 Qiyaseddin ibn Resideddin 1327 1331 AilesiArvadlari Ebu Seid umumilikde 6 defe muxtelif tayfa ve sulalerden olan qadinlarla evlenmisdir Buraya Borcigin sulalesi Oryatlar ve Sulsuzlar da daxildir Ulcay Qutluq Xatun evlilik tarixi 5 iyul 1317 Qazan xanla Bulugan Xatunun qizi ve Ebu Seidin boyuk qardasi Bastamin dul arvadi olmusdur Bagdad Xatun Baghdad Khatun evlilik tarixi 1327 bosanma tarixi 1333 Edam edilme tarixi 13 dekabr 1335 Emir Cobanin qizi ve Boyuk Hesenin kecmis arvadi olmusdur Melike Xatun Tug ibn Sulaymis ibn Tengiz Guregenin qizi olmusdur Dilsad Xatun evlilik tarixi 1333 olum tarixi 27 dekabr 1351 Emir Cobanin nevesi Demesq Xace ile Tursin Xatunun qizi olmusdur Tursin Xatun Irincin Kurqan ve Koncaq Xatunun qizi idi Koncak Xatun Ehmed Tekudar xanin qizi idi Adil Sah Xatun o 7 may 1332 Ucan yaxinliginda 10 oktyabr 1318 ci ilde Xorasanin valisi olmus Esen Qutluqun oglu Tukalin qizi Sarqadaq Xatun Emir Cobanin qohumu olan Dovlet Sah Sulduzun qizi olmusdur Qizi Ebu Seidin yalniz bir qizi var idi Adi belli olmayan qiz d 18 may 1336 Qizin anasi Dilsad Xatun idi SexsiyyetiIbn Betuteye gore Ebu Seid Allahin yaratdiqlari arasinda en yarasiqlisi idi Medeni baximdan yuksek seviyyeye malik olan Ebu Seid Elxani hokmdarlari arasinda seirler yazan ve musiqi bacarigi olan yegane hokmdardir O esasen dubeytiler yazmisdir Bu dubeytilerden biri El Eherinin Tarix i Seyx Uveys eserinde de verilmisdir Ibn Tegriberdi terefinden o ezemetli gorunuslu sexavetli ve hazircavab cesur ve parlaq sahzade kimi tesvir edilmisdir Gorunur elxanin hem monqol hem de ereb qrafikasini eyni derecede mukemmel bilen medeniyyetli hokmdar kimi tesvir edilen muasirleri arasinda yuksek nufuzu var idi Oglu olmamis olumunden sonra Dilsad xatundan bir qizi olmusdur Dini meselelere yanasmasiEbu Seid tez tez sarayinda ulemanin goruslerini ve muzakirelerini teskil edirdi O sieliye daha yaxin olan atasi Mehemmed Olcaytudan ferqli olaraq sunni idi Elxanin xristianliga munasibetini birmenali qiymetlendirmek cetindir Cunki bir terefden Safadi onun Bagdaddaki kilseleri dagitdirdigini ve qeyri muselmanlari feal sekilde Islami qebul etmeye tesviq etdiyi melumatini vermekdedir Diger terefden onun hakimiyyeti dovru terefinden Sultaniyye arxiyepiskoplugunun yaradilmasi 1318 kimi elametdar hadise ile yadda qalmisdir Hemcinin Jourdain de Severac kimi qerb seyyahlari onun missionerlik fealiyyetine mudaxile etmesi barede melumat vermemekdedir Dini dozumluluk bezi hallarda iqtisadi motivlere esaslana biler Meselen 1320 ci ilde Venesiya ile ticaret muqavilesi baglayarken avropalilara Hulaku seherlerinde oz kilselerini tikmek imkani temin edildi 1 may 1318 ci ilde ve onun terkibinde Naxcivan yepiskoplugunun qurulmasini tesdiqlemisdir IstinadlarHoworth 1880 seh 215 Khatibi ve Gholami 2008 Atwood 2004 seh 234 Hope 2016 seh 189 193 Jackson 2011 Fisher 1968 seh 407 413 Mustawfi Qazvini 1910 Lewis 2014 seh 101 Melville 1997 seh 89 120 Melville 1999 Fisher 1968 seh 407 A History of Persian under Ratar Dominion AD 1265 1502 Literature 2013 seh 171 Dalkesen 2007 seh 196 197 Khvand Mir 1994 seh 125 Limbert 2011 seh 76 Zakirov 2011 seh 84 Fisher 1968 seh 413 Lambton 1988 al Ahari 2011MenbeChristopher P Atwood The Encyclopedia of Mongolia and the Mongol Empire Facts on File Inc 2004 ISBN 0 8160 4671 9 P Jackson ABu SAʿiD BAHADOR KHAN iranicaonline org 2011 Michael Hope Power Politics and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran 2016 ISBN 9780198768593 Melville Charles ve Abbas Zaryab DELSAD ḴATuN Encyclopaedia Iranica 2011 W B Fisher The Cambridge History of Iran Cambridge University Press 1968 ISBN 0 521 06935 1 Bernard Lewis The Jews of Islam 2014 ISBN 978 1 4008 2029 0 Hamd Allah Mustawfi Qazvini The Ta rikh i guzida or Select history of Hamdullah Mustawfi i Qazwini Boston Public Library Leyden E J Brill Charles P Melville Abu Sa id and the revolt of the amirs in 1319 Tehran L Iran Face a la Domination Mongole 1997 Charles Melville The Fall of Amir Chupan and the Decline of the Ilkhanate 1327 37 A Decade of Discord in Mongol Iran Indiana University Research Institute for Inner Asian Studies 1999 Ann K S Lambton Continuity and Change in Medieval Persia New York State University of New York Press State University of New York Press 1988 Henry H Howorth History of the Mongols from the 9th to the 19th century London Longmans Green and Co 1880 ISBN 1046528205 Abolfazl Khatibi ve Rahim Gholami 2008 Abu Saʿid Bahadur Khan In Madelung Wilferd Daftary Farhad eds Encyclopaedia Islamica Online Brill Online ISSN 1875 9831 Abu Saʿid Bahadur Khan Encyclopaedia Islamica Online Brill Online 2008 ISBN 1875 9831 Abu Bakr al Ahari Tarih i shejh Uvejs 2011 S Zakirov Diplomaticheskie otnosheniya Zolotoj Ordy s Egiptom XIII XIV vv 2011 Ghiyas al Din ibn Humam al Din Khvand Mir Habibu s siyer Mogol ve Turk hakimiyeti Harvard University Harvard University Press 1994 Nilgun Dalkesen Gender Roles and Women s Status in Central Asia and Anatolia Between the Thirteenth and Sixteenth Centuries 2007 John W Limbert Shiraz in the Age of Hafez The Glory of a Medieval Persian City Washington University of Washington Press 2011 ISBN 978 0 295 80288 6 Xarici kecidlerSELEF Sultan Mehemmed Xudabende Olcaytu xan Sultan Ebu Seid Bahadur xan Elxaniler XELEF Sultan Arpa xan