Paris sülh müqaviləsi və yaxud Paris traktatı — 18 (30) 1856-cı ildə Fransanın paytaxtında 13 (25) fevralda açılan Paris konqresində imzalanan beynəlxalq müqavilə. Müqavilə ilə Krım müharibəsi başa çatmışdır. Müqaviləni konqresin işində iştirak edən Rusiya, Fransa, İngiltərə, Avstriya, Sardiniya, Osmanlı imperiyası və Prussiyanın diplomatik nümayəndələri imzalamışdılar.
Paris sülh müqaviləsi | |
---|---|
Paris sülh traktatı | |
| |
İmzalanma tarixi | 18 (30) mart 1856-cı il |
İmzalanma yeri | Paris, İkinci imperiya |
Qüvvəyə minməsi | |
• şərtləri | Krım müharibəsinə son qoyan sülh şərtləri, Dunay knyazlıqlarının taleyi, Qara dənizin statusu, Dunay çayında ticarət, Rusiya imperiyası ilə Osmanlı imperiyası arasındakı sərhədlərin müəyyənləşdirilməsi |
İmzalayanlar | Fransa İkinci imperiya Britaniya imperiyası Rusiya imperiyası Avstriya imperiyası Osmanlı imperiyası |
Tərəflər | Rusiya imperiyası, Osmanlı imperiyası, İkinci Fransa imperiyası, Britaniya imperiyası, Sardiniya krallığı |
Dili | fransız |
Vikianbarda əlaqəli mediafayllar |
1856-cı il martın 30-da Paris konqresin də bağlanan sülh sazişi Qara dənizi neytral zonaya çevirməklə, onu bütün növ hərbi gəmilər üzərinə bağladı, üstəlik onun sahilində hərbi baza yaratmaq və qoşun hissələrinin yerləşdirilməsini qadağan etdi. Müqavilə Rusiyanın bölgədəki təsirini xeyli azaltdı. Müttəfiqlərin tutduqları Sevastopol və Krımın cənubunda ələ keçirilən digər şəhərlərin Rusiyaya qaytarılması şərtləri çox ağır oldu. Rusiya iri həcmli təzminat ödəməsə də, Qara dəniz sahillərində hərbi-dəniz və silahlı qüvvələr saxlamaq hüququndan məhrum oldu.
Tarixi
XIX əsrin ikinci yarısında Rusiya imperiyası geopolitik məqsəd kimi qarşıya isti dənizlərə çıxışı qoymuşdu. Cənuba doğru hərəkət etməkdə Rusiyanın qarşısında əsas maneələrdən biri Avropanın ən zəif dövləti kimi görülən Osmanlı imperiyası idi. Aralıq dənizinə çıxışla yanaşı, Rusiya Balkan yarımadasında möhkəmlənmək və İstanbul boğazlarını da ələ keçirmək niyyətini güdürdü. Bu istəklərini həyata keçirmək üçün çar I Nikolay bir neçə vacib siyasi addımlar atmışdır. O, Osmanlı imperiyasından ayrılaraq yenicə müstəqil olan Yunanıstana himayəçilik göstərirdi. XIX əsrin ortalarında isə Rusiya Dunay çayının mənsəbinin sol sahilini isgal etmişdi.
1853-cü ildən başlayaraq, I Nikolay Osmanlıya qarşı ərazi tələbləri irəli sürməyə başladı. Rusiya çarı Dunay knyazlıqları — Valaxiya və Moldovanı hərbi güc tətbiq etməklə işğal etdi. I Nikolay danışıqlar zamanı Osmanlı imperiyasında yaşayan xristianların da himayə etməsi tələbini qoyurdu. Onun himayə etmək istədikləri arasında Qüdsdəki, Fələstindəki və Anadolunun şərqində yaşayan xristianlar da daxil idi. Bu xristianlar üzərində Fransa da həmçinin müəyyən himayə hüququna iddia edirdi. XVI əsrdən başlayaraq, fransızlar Yaxın Şərqdə əsas qərb xalqı olmuşdu, onlar bir çox halda sultanı pulla və məsləhətçilərlə təmin etmişdilər, nəhəng miqyasda ticarət aparırdılar, onlar həm də xristian missionerlərini adamlarla və maliyyə cəhətdən təmin edirdilər. Onlar həmçinin uzun müddət idi ki, Süveyş kanalının tikintisi barədə Osmanlı sarayı ilə danışıqlar aparmışdılar III Napoleon çar Nikolaya nifrət etməkdə xüsusi səbəbə malik idi, çünki çar onu macəraçı inqilabçı kimi qiymətləndirmişdi. III Napoleon böyük səylə türk hökumətini rusların Osmanlı daxilindəki xristianları himayə etmək iddiasına müqavimət göstərməyə həvəsləndirməyə çalışırdı.
Krım müharibəsi
Rusiya ilə osmanlılar arasında müharibə 1853-cü il oktyabrın 4-də (16) başladı. Müharibənin ilk dövrləri Rusiyanın qələbələri ilə müşayiət olunurdu. Lakin 1854-cü il martın 28-də Fransa Böyük Britaniyanın etdiyi kimi türklərin tərəfində müharibəyə qoşulduqdan, sonra vəziyyət dəyişməyə başladı. Müharibədən əvvəl I Nikolay 1848–49-cu illərdə Avropada üsyanları yatırmaqda yerli ölkələrin hökumətlərinə kömək etdiyindən onların neytrallığına ümid edirdi. Britaniyaya isə Krit adasını verməklə ingilisləri yola gətirməyi düşünürdü. Lakin onun nəzərdə tutduğu bu planların heç biri reallaşmadı. Çünki, Rusiyanın Osmanlıya qarşı müharibəsi qitə ölkələri tərəfindən birmənalı qarşılanmadı.
Britaniyalılar Rusiyanın bölgədə möhkəmlənməsini istəmirdilər. Onlar rusların Osmanlını məğlub edərək, Yaxın Şərqdə əsas gücə çevriləcəyindən ehtiyat etdiklərindən türkləri müdafiə etmək qərarına gəldilər. Rusiyanın Aralıq dənizində möhkəmlənməsi ingilislərin Misiri işğal planlarına zərbə vura bilərdi. Beləliklə, iki qərb dövləti birlikdə Rusiyaya qarşı ittifaq yaratdılar. 1855-ci il yanvarın 26-da İtaliyanı birləşdirmək məsələsində dəstək almaq istəyən kiçik Sardiniya krallığı da 10 minlik qüvvə ilə müttəfiqlər tərəfində müharibəyə qoşuldu.
Üç il davam edən müharibə Rusiyanın məğlubiyyəti ilə bitdi. Avropa dövlətləri əsas məqsədlərinə Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq istəyinə nail oldular.
Müharibənin bitməsi, Paris konfransı
Rusiya əvvəlcə müharibənin nəticələri ilə bağlı Avstriyanın paytaxtı Vyanada beynəlxalq konqresin keçirilməsi təşəbbüsünü dəstəkləsə də, müttəfiqlər bunu qəbul etmədiyindən bu niyyət baş tutmadı. Tərəflərin razılığı ilə konqresin 1856-cı il 25 fevralda Parisdə keçirilməsi qərara alındı. Paris konfransına Avropanın bütün böyük dövlətləri hər biri iki nümayəndə göndərmişdi.qoşulmuşdu. Əgər Rusiya konfransa məğlub ölkə kimi qatılmışdısa, Osmanlı imperiyası konfransa hüquqsuz tərəf kimi dəvət olunmuşdu. Çünki, onun yerinə daha çox müttəfiqlər qərar verirdilər. Osmanlıların nümayəndə heyətinin rəhbəri sədrəzəm Mehmed Əmin Əli Paşa İstanbula döndükdən sonra dövlətin maraqlarını təmin etmədiyinə görə tənqid olunmuş və bir müddət sonra istefaya göndərilmişdi.
Britaniya və Avstriya Parisdə Rusiyaya münasibətdə ən sərt mövqeni nümayiş etdirirdilər. Onların sərt mövqeyi sonradan III Napoleonun təsiri altında bir qədər yumşaldı. Başlanğıcda ümumiyyətlə belə bir sürətli sülh istəməyən İngiltərə, indi açıq şəkildə Qara dəniz hövzəsində Rusiyanı zəiflətməyə, Qafqazdakı mövqelərinə xələl gətirməyə çalışır, Aland adalarının demilitarizasiyasında israr edirdi. Avstriyalıların dəstəyi ilə İngilislər hətta Qara dəniz sahillərindəki rus istehkamlarının tamamilə dağıdılmasını tələb etdilər, lakin III Napoleonun dəstəyi sayəsində bu məsələ rusların xeyrinə həll olundu. Avstriya bütün Bessarabiyanın Rusiyadan qoparılmasını və Dunay knyazlıqlarının öz mülklərinə qatılmasını istəyirdi. Ancaq keçmiş müttəfiqlər Dunay knyazlıqlarını heç bir şəkildə avstriyalılara vermək istəmirdilər. Konqresdə Dunay knyazlıqlarının gələcəkdə siyasi birləşməsinə ehtiyac məsələsi nəzərdən keçirildi. Gərgin müzakirələrə baxmayaraq, Paris konqresi bir neçə sənədin imzalanması ilə başa çatdı.
Sülh müqaviləsi
18 mart (30) 1856-cı ildə 1871-ci ilə qədər Avropadakı siyasi quruluşu təyin edən sülh müqaviləsi imzalandı. İmzalanan sənədlərin içərisində sülh müqaviləsinin mətni, Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında konvensiya əsas yer tuturdu. Sülhün şərtlərinə görə, XI maddəyə görə Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunur, XIII maddəyə görə isə Rusiyanın sahil istehkamları sökülürdü. XI maddəyə əsasən həm də Rusiya və Osmanlıya Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi. Rusiya Bomarsundu möhkəmləndirməkdən imtina edir; Dunayda sərbəst gəmiçiliyə razılaşır; Moldaviya, Valaxiya knyazlıqları və Serbiya üzərindəki protektoratlıqdan imtina edirdi. Moldaviya knyazlığının xeyrinə Dunay sahillərindəki və Cənubi Bessarabiyanın bir hissəsindəki mülklərindən imtina etdi.
III maddə ilə Rusiya Qafqazda işğal etdiyi Osmanlı torpaqlarından geri çəkilmək öhdəliyi də götürürdü. Bu maddədə deyilirdi, "Rus qoşunları tərəfindən işğal edilmiş Osmanlı mülkiyyətinin digər hissələri" ilə birlikdə işğal olunan Qars şəhəri və qalası geri qaytarılır. Digər ərazilərə Şərqi Bəyazid, Ərdahan, Kağızman, Oltu və Ərzurumdan 5,5 km məsafə də daxil idi. Bunun müqabilində, IV maddəyə görə, Rusiyaya Sevastopol, Balaklava, Kamış, Kerç-Yeniqala, Kinburn, "həm də müttəfiq qüvvələr tərəfindən işğal edilmiş bütün digər ərazilər" geri qaytarılırdı.
Xüsusi konvensiyaya görə, Rusiya və Osmanlıya qaçaq-malçılığa qarşı mübarizə məqsədilə 10 kiçik hərbi gəmidən ibarət hərbi dəniz qüvvəsi saxlamağa icazə verilirdi. Sülh traktatına Bosfor və Çanaqqala boğazlarının sülh dövründə xarici döyüş gəmilərinə bağlanmalarını nəzərdə tutan konvensiya da əlavə olunmuşdu.
Əslində Paris konqresi İngiltərə və Avstriyanın nəzərdə tutduqlarının reallaşmasına imkan vermədi. Çünki nə Balkanlarda, nə də Osmanlının Avropa hissəsində ciddi ərazi dəyişiklikləri həyata keçirilmədi. Bununla belə, Rusiya imperiyası xarici işlər naziri A.Qorçakov Paris sülh müqaviləsini "Rusiyanın tarixində ən biabırçı ləkə" adlandırmışdı.
Nəticəsi
1856-cı il Paris sülh müqaviləsi, 1815-ci il Vyana müqavilələrinə əsaslanan Avropa sistemini qüvvədən düşürdü və Avropadakı beynəlxalq vəziyyəti başqa istiqamətdə müəyyənləşdirdi. Belə ki, Paris müqaviləsi 1870–1871-ci illər Fransa–Prussiya müharibəsinə qədər Avropa diplomatiyasının əsasını təşkil etmişdir.
Rusiya 1871-ci il London Konvensiyasında Qara dənizdə hərbi donanma saxlamaq qadağasının qaldırılmasına nail oldu. 1877-ci il Rusiya-Osmanlı müharibəsindən sonra baş tutan Berlin konqresi çərçivəsində imzalanan Berlin müqaviləsinə əsasən, 1878-ci ildə Rusiya itirilmiş ərazilərin əksəriyyətini (Dunay deltası və Zmeynıy adası xaricində) geri qaytara bildi.
İştirakçı ölkələrin nümayəndələri
- Fransa — Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, III Napoleonun əmisi oğlu, Napoleon Bonapartın nigahdan kənar oğlu qraf A.Valevski rəhbərlik edirdi. Ölkənin ikinci nümayəndəsi Fransua-Adolf de Burkene idi. O, 1844–1851-ci illərdə Fransanın Osmanlı imperiyasında səfiri olmuşdur.
- Avstriya — Avstriya imperiyasının xarici işlər naziri Fon Karl Ferdinant Buolem və İ.Qyubner təmsil edirdi.
- Britaniya — Britaniyanın maraqlarını Lord Vilers Corc Klarendon və Henry Vellesli qoruyurdu.
- Rusiya — Rusiya imperiyasını iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi.
- Sardiniya — Sardiniya krallığı isə Kamillo Kavur və S.Villamarinin timsalında konqresə qoşulmuşdu.
- Türkiyə — Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi. Bundan əlavə danışıqlarda ölkənin Fransadakı səfiri Cəmil bəy də təmsil edirdi.
- Prussiya — Otto Teodor Manteyfel və M.Qartsfeldtlə təmsil olunurdu.
İstinadlar
- История дипломатии. — Т. 3.: ОГИЗ, 1945. — С. 803.
- "Paris, Treaty of (1856)". The New Encyclopædia Britannica. Encyclopædia Britannica Inc. Volume 9. 15th ed. pp. 153–154. 2007.
- "Congress of Paris". The Columbia Encyclopedia, Sixth Edition. http://www.encyclopedia.com/doc/1E1-Paris-Co.html 2009-03-11 at the Wayback Machine. 2008
- The Crimean War 1853–1856. http://www.onwar.com/aced/data/cite/crimean1853.htm 25 may 2011 at the Wayback Machine. 2008.
- "Крымская война: взгляд с той стороны". warspot.ru (rus). 2020-10-31 tarixində . İstifadə tarixi: 2020-11-30.
- "Парижский трактат". // Исторический факультет МГУ. 2015-06-10 tarixində . İstifadə tarixi: 2016-03-18.
- Barchard, David. SETTING THE WORLD TO RIGHTS. http://www.cornucopia.net/highlights35.html 2012-03-21 at the Wayback Machine. 2008
- Benn, David Wedgwood. "The Crimean War and its lessons for today". International Affairs. 88 (2). 2012: 387–391. doi:10.1111/j.1468-2346.2012.01078.x. ISSN 0020-5850 – Oxford Academic vasitəsilə.
- Winfried Baumgart, and Ann Pottinger Saab, Peace of Paris, 1856: Studies in War, Diplomacy & Peacemaking (1981).
- Temperley, Harold. The Treaty of Paris of 1856 and Its Execution. The Journal of Modern History, 4, no. 3, 1932, pp. 387–414.
- A.W. Ward; G. P. Gooch. The Cambridge History of British Foreign Policy 1783–1919. Cambridge U.P,. 1970. 390–91.
- Phillips, Walter Alison. Congress // Kisholm, Hyu (redaktor). Britannika Ensiklopediyası. 6 (XI). Cambridge University Press. 1911. səh. 938.
- Candan Badem, The Ottoman Crimean War (1853–1856). Leiden-Boston.1970.p.403
- Trager, Robert. Long-Term Consequences of Aggressive Diplomacy: European Relations after Austrian Crimean War Threats. Security Studies, 21, no. 2, 2012, pp. 232–265.
- Pearce, Robert. The Results of the Crimean War. History Review, 70, 2011, pp. 27–33
Ədəbiyyat
- Adanir, Fikret. "Turkey's entry into the Concert of Europe." European Review 13#3 (2005): pp 395–417.
- Baumgart, Winfried, and Ann Pottinger Saab. Peace of Paris, 1856: Studies in War, Diplomacy & Peacemaking (1981), 230 pp
- Figes, Orlando. The Crimean War: A History (2010) pp 411–65.
- Hazen, C. D. et al. Three Peace Congresses of the Nineteenth Century (1917) pp 23–44. online
- Jelavich, Barbara. St. Petersburg and Moscow: tsarist and Soviet foreign policy, 1814–1974 (Indiana University Press, 1974) pp 128–33.
- Mosse, W. E. "The Triple Treaty of 15 April 1856." English Historical Review 67.263 (1952): pp 203–229. in JSTOR
- Taylor, A.J.P. The Struggle for Mastery in Europe: 1848–1918 (1954) pp 83–97
- Temperley, Harold. "The Treaty of Paris of 1856 and Its Execution," Journal of Modern History (1932) 4#3 pp 387–414 in JSTOR
- Парижские трактаты // [Нитроглицерин — Патруль]. — СПб. ; [М.] : Тип. т-ва И. Д. Сытина, 1914. — С. 291–292. — (Военная энциклопедия : [в 18 т.] / под ред. К. И. Величко … [и др.] ; 1911–1915, т. 17).
- Водовозов. Парижские мирные договоры // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Xarici keçidlər
- Парижский трактат 1856 года в электронной библиотеке Исторического факультета МГУ (rus.)
- Циркулярная депеша министра иностранных дел России А. М. Горчакова к представителям России при дворах держав, подписавших Парижский трактат 1856 года (rus.)
- Парижский трактат 2017-11-03 at the Wayback Machine. 30.03.1856. Проект Российского военно-исторического общества "100 главных документов российской истории". (rus.)
- Циркулярная депеша министра иностранных дел России А. М. Горчакова к представителям России при дворах держав, подписавших Парижский трактат 1856 года 2017-11-03 at the Wayback Machine. 19(31).10.1870. Проект Российского военно-исторического общества "100 главных документов российской истории". (rus.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Paris sulh muqavilesi ve yaxud Paris traktati 18 30 1856 ci ilde Fransanin paytaxtinda 13 25 fevralda acilan Paris konqresinde imzalanan beynelxalq muqavile Muqavile ile Krim muharibesi basa catmisdir Muqavileni konqresin isinde istirak eden Rusiya Fransa Ingiltere Avstriya Sardiniya Osmanli imperiyasi ve Prussiyanin diplomatik numayendeleri imzalamisdilar Paris sulh muqavilesiParis sulh traktatiMuqavileni imzalayan numayendelerImzalanma tarixi 18 30 mart 1856 ci ilImzalanma yeri Paris Ikinci imperiyaQuvveye minmesi sertleri Krim muharibesine son qoyan sulh sertleri Dunay knyazliqlarinin taleyi Qara denizin statusu Dunay cayinda ticaret Rusiya imperiyasi ile Osmanli imperiyasi arasindaki serhedlerin mueyyenlesdirilmesiImzalayanlar Fransa Ikinci imperiya Britaniya imperiyasi Rusiya imperiyasi Avstriya imperiyasi Osmanli imperiyasiTerefler Rusiya imperiyasi Osmanli imperiyasi Ikinci Fransa imperiyasi Britaniya imperiyasi Sardiniya kralligiDili fransiz Vikianbarda elaqeli mediafayllar 1856 ci il martin 30 da Paris konqresin de baglanan sulh sazisi Qara denizi neytral zonaya cevirmekle onu butun nov herbi gemiler uzerine bagladi ustelik onun sahilinde herbi baza yaratmaq ve qosun hisselerinin yerlesdirilmesini qadagan etdi Muqavile Rusiyanin bolgedeki tesirini xeyli azaltdi Muttefiqlerin tutduqlari Sevastopol ve Krimin cenubunda ele kecirilen diger seherlerin Rusiyaya qaytarilmasi sertleri cox agir oldu Rusiya iri hecmli tezminat odemese de Qara deniz sahillerinde herbi deniz ve silahli quvveler saxlamaq huququndan mehrum oldu TarixiKonqresde istirak eden olkelerin resmi numayendelerinin xatire sekili XIX esrin ikinci yarisinda Rusiya imperiyasi geopolitik meqsed kimi qarsiya isti denizlere cixisi qoymusdu Cenuba dogru hereket etmekde Rusiyanin qarsisinda esas maneelerden biri Avropanin en zeif dovleti kimi gorulen Osmanli imperiyasi idi Araliq denizine cixisla yanasi Rusiya Balkan yarimadasinda mohkemlenmek ve Istanbul bogazlarini da ele kecirmek niyyetini gudurdu Bu isteklerini heyata kecirmek ucun car I Nikolay bir nece vacib siyasi addimlar atmisdir O Osmanli imperiyasindan ayrilaraq yenice musteqil olan Yunanistana himayecilik gosterirdi XIX esrin ortalarinda ise Rusiya Dunay cayinin mensebinin sol sahilini isgal etmisdi 1853 cu ilden baslayaraq I Nikolay Osmanliya qarsi erazi telebleri ireli surmeye basladi Rusiya cari Dunay knyazliqlari Valaxiya ve Moldovani herbi guc tetbiq etmekle isgal etdi I Nikolay danisiqlar zamani Osmanli imperiyasinda yasayan xristianlarin da himaye etmesi telebini qoyurdu Onun himaye etmek istedikleri arasinda Qudsdeki Felestindeki ve Anadolunun serqinde yasayan xristianlar da daxil idi Bu xristianlar uzerinde Fransa da hemcinin mueyyen himaye huququna iddia edirdi XVI esrden baslayaraq fransizlar Yaxin Serqde esas qerb xalqi olmusdu onlar bir cox halda sultani pulla ve meslehetcilerle temin etmisdiler neheng miqyasda ticaret aparirdilar onlar hem de xristian missionerlerini adamlarla ve maliyye cehetden temin edirdiler Onlar hemcinin uzun muddet idi ki Suveys kanalinin tikintisi barede Osmanli sarayi ile danisiqlar aparmisdilar III Napoleon car Nikolaya nifret etmekde xususi sebebe malik idi cunki car onu maceraci inqilabci kimi qiymetlendirmisdi III Napoleon boyuk seyle turk hokumetini ruslarin Osmanli daxilindeki xristianlari himaye etmek iddiasina muqavimet gostermeye heveslendirmeye calisirdi Krim muharibesi Rusiya ile osmanlilar arasinda muharibe 1853 cu il oktyabrin 4 de 16 basladi Muharibenin ilk dovrleri Rusiyanin qelebeleri ile musayiet olunurdu Lakin 1854 cu il martin 28 de Fransa Boyuk Britaniyanin etdiyi kimi turklerin terefinde muharibeye qosulduqdan sonra veziyyet deyismeye basladi Muharibeden evvel I Nikolay 1848 49 cu illerde Avropada usyanlari yatirmaqda yerli olkelerin hokumetlerine komek etdiyinden onlarin neytralligina umid edirdi Britaniyaya ise Krit adasini vermekle ingilisleri yola getirmeyi dusunurdu Lakin onun nezerde tutdugu bu planlarin hec biri reallasmadi Cunki Rusiyanin Osmanliya qarsi muharibesi qite olkeleri terefinden birmenali qarsilanmadi Britaniyalilar Rusiyanin bolgede mohkemlenmesini istemirdiler Onlar ruslarin Osmanlini meglub ederek Yaxin Serqde esas guce cevrileceyinden ehtiyat etdiklerinden turkleri mudafie etmek qerarina geldiler Rusiyanin Araliq denizinde mohkemlenmesi ingilislerin Misiri isgal planlarina zerbe vura bilerdi Belelikle iki qerb dovleti birlikde Rusiyaya qarsi ittifaq yaratdilar 1855 ci il yanvarin 26 da Italiyani birlesdirmek meselesinde destek almaq isteyen kicik Sardiniya kralligi da 10 minlik quvve ile muttefiqler terefinde muharibeye qosuldu Uc il davam eden muharibe Rusiyanin meglubiyyeti ile bitdi Avropa dovletleri esas meqsedlerine Rusiyani Avropa ve Araliq denizinden kenarda saxlamaq isteyine nail oldular Muharibenin bitmesi Paris konfransi Rusiya evvelce muharibenin neticeleri ile bagli Avstriyanin paytaxti Vyanada beynelxalq konqresin kecirilmesi tesebbusunu desteklese de muttefiqler bunu qebul etmediyinden bu niyyet bas tutmadi Tereflerin raziligi ile konqresin 1856 ci il 25 fevralda Parisde kecirilmesi qerara alindi Paris konfransina Avropanin butun boyuk dovletleri her biri iki numayende gondermisdi qosulmusdu Eger Rusiya konfransa meglub olke kimi qatilmisdisa Osmanli imperiyasi konfransa huquqsuz teref kimi devet olunmusdu Cunki onun yerine daha cox muttefiqler qerar verirdiler Osmanlilarin numayende heyetinin rehberi sedrezem Mehmed Emin Eli Pasa Istanbula dondukden sonra dovletin maraqlarini temin etmediyine gore tenqid olunmus ve bir muddet sonra istefaya gonderilmisdi Britaniya ve Avstriya Parisde Rusiyaya munasibetde en sert movqeni numayis etdirirdiler Onlarin sert movqeyi sonradan III Napoleonun tesiri altinda bir qeder yumsaldi Baslangicda umumiyyetle bele bir suretli sulh istemeyen Ingiltere indi aciq sekilde Qara deniz hovzesinde Rusiyani zeifletmeye Qafqazdaki movqelerine xelel getirmeye calisir Aland adalarinin demilitarizasiyasinda israr edirdi Avstriyalilarin desteyi ile Ingilisler hetta Qara deniz sahillerindeki rus istehkamlarinin tamamile dagidilmasini teleb etdiler lakin III Napoleonun desteyi sayesinde bu mesele ruslarin xeyrine hell olundu Avstriya butun Bessarabiyanin Rusiyadan qoparilmasini ve Dunay knyazliqlarinin oz mulklerine qatilmasini isteyirdi Ancaq kecmis muttefiqler Dunay knyazliqlarini hec bir sekilde avstriyalilara vermek istemirdiler Konqresde Dunay knyazliqlarinin gelecekde siyasi birlesmesine ehtiyac meselesi nezerden kecirildi Gergin muzakirelere baxmayaraq Paris konqresi bir nece senedin imzalanmasi ile basa catdi Sulh muqavilesi18 mart 30 1856 ci ilde 1871 ci ile qeder Avropadaki siyasi qurulusu teyin eden sulh muqavilesi imzalandi Imzalanan senedlerin icerisinde sulh muqavilesinin metni Rusiya imperiyasi ile Osmanli imperiyasi arasinda konvensiya esas yer tuturdu Sulhun sertlerine gore XI maddeye gore Qara deniz neytrallasdirilir muharibe ve sulh dovrunde bogazlar ticaret ve herb gemilerinin uzune aciq elan olunur XIII maddeye gore ise Rusiyanin sahil istehkamlari sokulurdu XI maddeye esasen hem de Rusiya ve Osmanliya Qara denizde herbi donanma saxlamaq qadagan edilirdi Rusiya Bomarsundu mohkemlendirmekden imtina edir Dunayda serbest gemiciliye razilasir Moldaviya Valaxiya knyazliqlari ve Serbiya uzerindeki protektoratliqdan imtina edirdi Moldaviya knyazliginin xeyrine Dunay sahillerindeki ve Cenubi Bessarabiyanin bir hissesindeki mulklerinden imtina etdi III madde ile Rusiya Qafqazda isgal etdiyi Osmanli torpaqlarindan geri cekilmek ohdeliyi de gotururdu Bu maddede deyilirdi Rus qosunlari terefinden isgal edilmis Osmanli mulkiyyetinin diger hisseleri ile birlikde isgal olunan Qars seheri ve qalasi geri qaytarilir Diger erazilere Serqi Beyazid Erdahan Kagizman Oltu ve Erzurumdan 5 5 km mesafe de daxil idi Bunun muqabilinde IV maddeye gore Rusiyaya Sevastopol Balaklava Kamis Kerc Yeniqala Kinburn hem de muttefiq quvveler terefinden isgal edilmis butun diger eraziler geri qaytarilirdi Xususi konvensiyaya gore Rusiya ve Osmanliya qacaq malciliga qarsi mubarize meqsedile 10 kicik herbi gemiden ibaret herbi deniz quvvesi saxlamaga icaze verilirdi Sulh traktatina Bosfor ve Canaqqala bogazlarinin sulh dovrunde xarici doyus gemilerine baglanmalarini nezerde tutan konvensiya da elave olunmusdu Eslinde Paris konqresi Ingiltere ve Avstriyanin nezerde tutduqlarinin reallasmasina imkan vermedi Cunki ne Balkanlarda ne de Osmanlinin Avropa hissesinde ciddi erazi deyisiklikleri heyata kecirilmedi Bununla bele Rusiya imperiyasi xarici isler naziri A Qorcakov Paris sulh muqavilesini Rusiyanin tarixinde en biabirci leke adlandirmisdi Neticesi1856 ci il Paris sulh muqavilesi 1815 ci il Vyana muqavilelerine esaslanan Avropa sistemini quvveden dusurdu ve Avropadaki beynelxalq veziyyeti basqa istiqametde mueyyenlesdirdi Bele ki Paris muqavilesi 1870 1871 ci iller Fransa Prussiya muharibesine qeder Avropa diplomatiyasinin esasini teskil etmisdir Rusiya 1871 ci il London Konvensiyasinda Qara denizde herbi donanma saxlamaq qadagasinin qaldirilmasina nail oldu 1877 ci il Rusiya Osmanli muharibesinden sonra bas tutan Berlin konqresi cercivesinde imzalanan Berlin muqavilesine esasen 1878 ci ilde Rusiya itirilmis erazilerin ekseriyyetini Dunay deltasi ve Zmeyniy adasi xaricinde geri qaytara bildi Istirakci olkelerin numayendeleriFransa Konqresin sessiyalarina Fransa Xarici Isler Naziri III Napoleonun emisi oglu Napoleon Bonapartin nigahdan kenar oglu qraf A Valevski rehberlik edirdi Olkenin ikinci numayendesi Fransua Adolf de Burkene idi O 1844 1851 ci illerde Fransanin Osmanli imperiyasinda sefiri olmusdur Avstriya Avstriya imperiyasinin xarici isler naziri Fon Karl Ferdinant Buolem ve I Qyubner temsil edirdi Britaniya Britaniyanin maraqlarini Lord Vilers Corc Klarendon ve Henry Vellesli qoruyurdu Rusiya Rusiya imperiyasini iki sexs temsil edirdi Birinci sexs fovqalade selahiyyetli qraf A F Orlov ikincisi ise Londonda uzun muddet Rusiya sefiri olmus F I Brunnov idi Sardiniya Sardiniya kralligi ise Kamillo Kavur ve S Villamarinin timsalinda konqrese qosulmusdu Turkiye Osmanli imperiyasi adindan qatilan numayende heyetine sedrezem Mehmed Emin Eli Pasa rehberlik edirdi Bundan elave danisiqlarda olkenin Fransadaki sefiri Cemil bey de temsil edirdi Prussiya Otto Teodor Manteyfel ve M Qartsfeldtle temsil olunurdu IstinadlarIstoriya diplomatii T 3 OGIZ 1945 S 803 Paris Treaty of 1856 The New Encyclopaedia Britannica Encyclopaedia Britannica Inc Volume 9 15th ed pp 153 154 2007 Congress of Paris The Columbia Encyclopedia Sixth Edition http www encyclopedia com doc 1E1 Paris Co html 2009 03 11 at the Wayback Machine 2008 The Crimean War 1853 1856 http www onwar com aced data cite crimean1853 htm 25 may 2011 at the Wayback Machine 2008 Krymskaya vojna vzglyad s toj storony warspot ru rus 2020 10 31 tarixinde Istifade tarixi 2020 11 30 Parizhskij traktat Istoricheskij fakultet MGU 2015 06 10 tarixinde Istifade tarixi 2016 03 18 Barchard David SETTING THE WORLD TO RIGHTS http www cornucopia net highlights35 html 2012 03 21 at the Wayback Machine 2008 Benn David Wedgwood The Crimean War and its lessons for today International Affairs 88 2 2012 387 391 doi 10 1111 j 1468 2346 2012 01078 x ISSN 0020 5850 Oxford Academic vasitesile Winfried Baumgart and Ann Pottinger Saab Peace of Paris 1856 Studies in War Diplomacy amp Peacemaking 1981 Temperley Harold The Treaty of Paris of 1856 and Its Execution The Journal of Modern History 4 no 3 1932 pp 387 414 A W Ward G P Gooch The Cambridge History of British Foreign Policy 1783 1919 Cambridge U P 1970 390 91 Phillips Walter Alison Congress Kisholm Hyu redaktor Britannika Ensiklopediyasi 6 XI Cambridge University Press 1911 seh 938 Candan Badem The Ottoman Crimean War 1853 1856 Leiden Boston 1970 p 403 Trager Robert Long Term Consequences of Aggressive Diplomacy European Relations after Austrian Crimean War Threats Security Studies 21 no 2 2012 pp 232 265 Pearce Robert The Results of the Crimean War History Review 70 2011 pp 27 33EdebiyyatAdanir Fikret Turkey s entry into the Concert of Europe European Review 13 3 2005 pp 395 417 Baumgart Winfried and Ann Pottinger Saab Peace of Paris 1856 Studies in War Diplomacy amp Peacemaking 1981 230 pp Figes Orlando The Crimean War A History 2010 pp 411 65 Hazen C D et al Three Peace Congresses of the Nineteenth Century 1917 pp 23 44 online Jelavich Barbara St Petersburg and Moscow tsarist and Soviet foreign policy 1814 1974 Indiana University Press 1974 pp 128 33 Mosse W E The Triple Treaty of 15 April 1856 English Historical Review 67 263 1952 pp 203 229 in JSTOR Taylor A J P The Struggle for Mastery in Europe 1848 1918 1954 pp 83 97 Temperley Harold The Treaty of Paris of 1856 and Its Execution Journal of Modern History 1932 4 3 pp 387 414 in JSTOR Parizhskie traktaty Nitroglicerin Patrul SPb M Tip t va I D Sytina 1914 S 291 292 Voennaya enciklopediya v 18 t pod red K I Velichko i dr 1911 1915 t 17 Vodovozov Parizhskie mirnye dogovory Enciklopedicheskij slovar Brokgauza i Efrona v 86 t 82 t i 4 dop SPb 1890 1907 Xarici kecidlerParizhskij traktat 1856 goda v elektronnoj biblioteke Istoricheskogo fakulteta MGU rus Cirkulyarnaya depesha ministra inostrannyh del Rossii A M Gorchakova k predstavitelyam Rossii pri dvorah derzhav podpisavshih Parizhskij traktat 1856 goda rus Parizhskij traktat 2017 11 03 at the Wayback Machine 30 03 1856 Proekt Rossijskogo voenno istoricheskogo obshestva 100 glavnyh dokumentov rossijskoj istorii rus Cirkulyarnaya depesha ministra inostrannyh del Rossii A M Gorchakova k predstavitelyam Rossii pri dvorah derzhav podpisavshih Parizhskij traktat 1856 goda 2017 11 03 at the Wayback Machine 19 31 10 1870 Proekt Rossijskogo voenno istoricheskogo obshestva 100 glavnyh dokumentov rossijskoj istorii rus