Paniranist Partiyası (fars. :حزب پانایرانیست, transliterasiya: Ḥezb-e Pān-Irānist) — İranda mövcud olmuş və paniranizmə əsaslanmış kiçik müxalifət partiyası. Partiya qeydiyyatdan keçirilməsə və texniki olaraq qadağan edilsə də, İran daxilində fəaliyyətini davam etdirməkdədir.
Quruluş tarixi | 1941 |
---|---|
Qeydiyyat tarixi | 1951 |
Dağılma tarixi | İslam inqilabından sonra qadağan edildi, lakin 1990-cı illərin sonunda fəaliyyətini bərpa etdi. |
Bölünmə | (1951) (1970) |
Baş qərargah | Tehran, İran |
İdeologiya | Paniranizm İran milliyətçiliyi Dünyəvi dövlət Tarixi perespektivdən: * Ultranasionalizm * Şovinizm * İrredentizm * |
İdeoloji spektr | Sağçılıq |
Saytı | paniranist-party.org |
Pəhləvi sülaləsinin hakimiyyəti dövründə partiya parlamentdə təmsil edilirdi və rejim daxilində pari-müxalif partiya hesab edilirdi. Partiyanın fəaliyyətinə göz yumulsa da, 1971-ci ildə İranın Bəhreynin müstəqilliyini tanımasından sonra partiya buna etiraz etdi və buna görə də, fəaliyyətinə icazə verilmədi. Partiya öz fəaliyyətini sonlandırmağa və 1975-ci ildə yaradılmış na (farca: حزب رستاخیز ملت ایران, transliterasiya:Ḥezb-e Rastaxiz Mellət İran) qatıldı.
Paniranist Partiya zaman-zaman İranda millətçi partiyalardan biri olan Milli Cəbhənin dəstəkçisi olmuşdur. Partiya əsas ideologiyası etibarilə millətçi bir partiya idi. Mahiyyət etibarilə kommunizmə qarşı olan partiya, buna görə tez-tez Tehran küçələrində Tudə Partiyası tərəfdarları ilə kütləvi toqquşmalara girməkdə idi. 1940-cı illərin kontekstində partiya "dünyəvi untranasionalizm" tərəfdarı, 1960-cı illərdə isə "dünyəvi millətçi" partiya kimi təsvir edilir. Hazırda partiya 1979-cu ildən sonrakı İran hökumətinin panislamizminə, eləcə də panərəbizm və pantürkizmə qarşı olması ilə seçilir. Partiya bu iki millətçiliyin İranın ərazi bütövlüyünü və mədəni-sivilizasiya irsini pozmağa yönəlmiş xarici təhdidlər olaraq görməkdədir. Partiya İranın keçmiş torpaqlarının geri qaytarılması məsələsində fərqli mövqe bildirməkdədir. partiya bu istiqamətdə bütün İran sivilizasiya hövzəsinin mədəni baxımdan inteqrasiya etməsinin tərəfdarıdır.
Partiya 2009-cu ildə İranda meydana çıxmış Yaşıl Hərəkatın tərəfdarı olmuşdur. Partiyanın diskursu 2010-cu illərdə meydana çıxan İran-Səudiyyə Ərəbistanı gərginliyi və toqquşmaları zamanı İranda rejim daxilində olan mühafizəkarlar tərəfindən də mənimsənilmişdir.
Zəmin
İkinci Dünya müharibəsi illərində İranın İngilis və Sovet orduları tərəfindən ələ keçirilməsindən sonra bir sıra iranlılar Rza şahı ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham etməyə başladılar. Ölkədə çox sayılı xarici millətin — ingilislərin, sovetlərin, yeni zelandiyaların, avstraliyalıların, amerikalıların orduları var idi. Bu orduların fəaliyyət göstərdiyi yerə paytaxt Tehran da daxil idi.
Sözügedən hücumdan sonra 1941-ci ildə İranda bir neçə tələbə hərəkatı yaşandı və nəticədə millətçilik iranlılar arasında getdikcə daha çox populyarlıq qazanmağa başladı. Belə qruplardan biri gizli fəaliyyət göstərən və millətçi təşkilat olan İntiqam Qrupu (farsca: گروه انتقام, Goruh-e Enteghām)) idi. Bu qrupa bəzən Əncümən də deyilməkdədir.
Beləliklə, Paniranist Partiyası daha sonralar, yəni 1940-cı illərin ortalarında Tehran Universitetində tələbə olan İntiqam Qrupuna mənsub olan iki tələbə tərəfindən yaradıldı. Onlarla bu partiyanı yaradan və başqa siyasi çevrələrə məxsus olan daha iki nəfər də var idi. Pan-İranist hərəkat 1930-cu illərdə aktiv olsa da, o, millətçi yazıçıların, müəllimlərin, tələbələrin və fəalların sərbəst şəkildə təşkil edilmiş köklü ittifaqı idi. Partiya İran yaylasında yaşayan İran xalqlarının həmrəyliyinə və yenidən birləşməsinə inanan paniranist mövqeyini rəsmən qəbul edən ilk təşkilat oldu.
Tarixi
Partiya ilə Əlirza Raess, Dariyuş Forouhar, Dariyuş Humayun, Fərid səyyah Sepanlu, Əlinqi Əlixani, Xudadad Fərmanfərmaian, Əhməd Muxtari, Mehdi Behramənd və Bican Forouhar tərəfindən yaradılmışdır. Lakin Nasir Anğatın iddiasına görə Dariyuş Forouhar daha sonradan partiyaya qatılmışdır. Partiyanın formalaşdırılması üçün daha öncədən addımlar atılsa da, partiya 1330-cu ildə (1951-ci il) Döyüş Partiyası ilə birləşməklə yaradılmışdır. Partiyanın ideologiyası Paniranizmə əsaslanmaqda idi. İlk dövrdə partiyada daha çox məhəmməd Mehrdad və Mənüçöhr Timsar seçilməkdə idi. Daha sonra Pezeşkpur və Forouhar önə çıxmağa başlamış, bir müddət sonra bu ikili arasında siyasi fəaliyyət və metodlar üstündə qarşıdurma yaşanmışdı. Qarşıdurmanın səbəblərindən biri də Məhəmməd Müsəddiqlə Şah arasında olan mübarizədə kimin dəstəklənməsi gərəkdiyi ilə bağlı fikir ayrılıqları idi. Bu qarşıdurma əsasında partiya iki yerə bölündü.
1951-ci ildə Mohsen Pezeşkpur və Dariuş Forouhar partiyanın fəaliyyət planı və istiqaməti üzrə narazılıq yaşadılar və ayrıldılar. Peşeşkpurun rəhbər olduğu və partiyanın adını özündə saxlayan fraksiya Məhəmməd Rza şah Pəhləvinin hakimiyyəti daxilində fəaliyyət göstərməyin ən uyğun versiya olduğuna inanırdılar. Forouharun rəhbər olduğu fraksiya isə İran Milləti Partiyası yaratdılar. Onlar şah hökumətinə qarşı çalışmağın daha uğurlu olacağına inanırdılar. İran Milləti Partiyası köhnə partiyadan daha millətçi mahiyyətə sahib idi. Bu partiya Milli Cəbhəni qurmuş və İranda bir sıra yenilikləri başlatmış Məhəmməd Müsəddiqi dəstəkləməkdə idi.
Partiyanın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin TPBEDAMN idarəsi tərəfindən maliyyələşdirildiyi iddia edilməkdədir.
Böyük Britaniya və ABŞ tərəfindən Məhəmməd Müsəddiqə qarşı həyata keçirilən çevrilişdən sonra mütləq hakimiyyət əhəmiyyətli dərəcədə şahın əlinə keçdi. Şah Məhəmməd Müsəddiqin hərəkatını və İran Milləti Partiyasını qadağan etdi. Bu ərəfədə Paniranist Partiyası rəhbəri Peşeşkpur olmaqla Milli Məclisdə rəsmi müxalifət oldu. Hər bir halda, partiyanın real gücü çox az idi və onun mövqeyi əsasən simvolik mahiyyətə sahib idi. 1960-cı illərdən başlayaraq İran tək partiya tərəfindən idarə edilən ölkəyə çevrildi. Bu tək partiya Əmir-Abbas Hoveydanın rəhbəri olduğu Dirçəliş Partiyası idi.
Pezeşkpur bu dönəmdə də məclisdə qalmağı bacardı. Onun əsas qarşı çıxdığı məsələ İranın da idarə etdiyi Bəhreyndə Britaniya hakimiyyətinin olması idi. O, vaxtilə İranın ən eksklüziv məhəllələrinin yerləşdiyi Xürrəmşəhr şəhərində qərərgahını təşkil etdi və bura həm də onun əməliyyat bazasına çevrildi. Xuzistanda partiya ilk dəfə olaraq real hakim təsir gücünə çevrilə bildi, halbuki İranın qalan hissəsində partiya çox az təsirə sahib olmağa davam edirdi.
1978-ci ildə İslam inqilabının başlaması ilə birlikdə Pezeşkpur və şahla ittifaqda olan digər siyasi xadimlər ölkədən qaçdılar. Partiyanın qurucularından biri olan İnqilab Məhkəməsi tərəfindən ölümə məhkum edildi və 1979-cu ilin may ayında edam edildi. İran Milləti və Milli Cəbhə kimi millətçi olan, lakin şaha qarşı müxaliflik edən partiyalar ölkədə fəaliyyətlərini davam etdirdilər. Onlar Mehdi Bazərganın höküməti zamanı ölkədə mühüm rol oynadılar. Mehdi Bazərganın müvəqqəti hökumətinin süqutundan sonra Xomeyninin Ali Rəhbər vəzifəsinə yüksəlməsi ilə nəticələnən 1979-cu il İslam İnqilabından sonra bütün millətçi qruplar, eləcə də Tudə Partiyası kimi sosialist və kommunist hərəkatları qadağan edildi.
1990-cı illərin əvvəllərində Pezeşkpur İranın yeni Ali Dini Lideri Əli Xamaneyiyə üzr məktubu yazaraq siyasi olaraq peşmanlıq çəkdiyini bildirib, ölkəyə geri dönmək üçün icazə istədi. O, əgər icazə veriləcəyi halda siyasətdən uzaq qalacağını bildirirdi. Xamaneyi onun istəyini qəbul etdi və siyasətə qarışmamaq şərtilə geri dönməsinə icazə verdi. Lakin bir müddət keçdikdən sonra Pezeşkpur yenidən siyasi fəaliyyət göstərməyə başladı və Paniranist Partiyanı yenidən təsis etdi. O, partiya strukturunda islahatlar apardı və Forouharın qarşı çıxdığı və əvvəlcə parçalanmaya səbəb olan köhnə təşkilati ideologiyanın çoxunu tərk etdi. Lakin Paniranist Partiyası ilə Mellat İran barışmadı və ayrı-ayrı təşkilatlar kimi fəaliyyətlərini davam etdirdilər.
1999-cu ildəki tələbə hərəkatı zamanı Paniranist Partiyasının bir çox üzvləri həbs edildilər. Partiyanın rəhbərlərindən 9 nəfər İnqilab Məhkəməsinə çıxarıldılar. Bu şəxslərin sırasına Pezeşkpurun özü də daxil idi. Onlara qarşı irəli sürülən ittihamlara partiyanın rəsmi qəzeti olan Milli Suverenlikdə hökumət əleyhinə təbliğat aparmaq ittihamı da var idi.
2004-cü ilin yayında Kəşfiyyat Nazirliyinin gizli əməliyyatçısı olduğu iddia edilən motoristin Tehrandakı iqamətgahı qarşısında Pezeşkpurun həyatına sui-qəsd cəhdi uğursuzluqla nəticələndi.
2011-ci ilin yanvar ayında İslami rejim tərəfindən ev həbsinə salınmış Pezeşkpurun vəfat etdiyi xəbəri yayıldı. Bundan sonra partiyanın bir digər aktiv şəxsi Reza Kermani Paniranist Partiyasının yeni baş katibi elan edildi.
Reza Kermani 30 yanvar 2013-cü ildə Qodardaşt həbsxanasında qaldığı 18 ayda sağlamlığına dəymiş ziyana görə tutulduğu xəstəlikdən vəfat etdi.
Təşkilat
Forouhar və Pezeşkpur arasındakı fərqlər əsasən təşkilati və siyasi struktur məsələlərinə əsaslanmaqda idi. Eyni zamanda bu iki şəxs arasında ideoloji fərqliliklər də mövcud idi. Forouhar ciddi şəkildə demokratiya tərəfdarı idi və başqa partiyalarla, hətta sol meyilli partiyalar ilə ittifaq qurulmasından yana idi. Pezeşkpur isə daha avtoritar idarəetmənin tərəfdari idi və qeyri-millətçi partiyalar ilə ittifaqların qurulmasının qəti əleyhinə idi. Bununla belə, digər millətçi qruplarla ittifaqlar nadir və ya mövcud deyildi, çünki əksəriyyəti rəsmi olaraq qadağan edilmişdi. Pezeşkpurun rəhbərliyi altında Paniranist Partiyası öz üzvlərinə hərbi rütbələr verən, tamamilə yarım-hərbi struktura çevrilmişdi. Bütün fəal kişi və qadın üzvlər partiya funksiyalarına vahid forma geyinirdilər. Forouhar da buna qəti şəkildə qarşı çıxdı, baxmayaraq ki, bu yarımhərbi xarakter əsasən simvolik idi və partiya üzvləri silah daşımırdı. Sıravi üzvlərin forma geyinməsi tələb olunmurdu. 1960-cı illərin sonundan başlayaraq, Pezeşkpurun həmişə onu qorumaq üçün bir neçə şəxsi cangüdəni də var idi.
Partiyanın simvolu ≠ işarə idi və qeyri-bərabərliyi təmsil edirdi. Bu, İngiltərə və Rusiya kimi xarici güclər haqqında idi və İranın öz milli suverenliyini və maraqlarını hər şeydən üstün tutmalı olduğuna dair paniranist baxışı simvolizə edirdi. Partiya ədəbiyyatına görə, Bu simvola aid edilən fəlsəfi məna ondan ibarət idi ki, əslində millətlər arasında bərabərlik yoxdur və hər bir xalq bütün digərlərindən üstün olmaq üçün mübarizə aparmalı, əks halda yox olma riski ilə üzləşməlidir. Bu simvolizm və fəlsəfə də Forouhar və Pezeşkpurun arasında ayrılmanın meydana çıxmasında mühüm rol oynamışdı.
İrandakı bəzi digər millətçilər Pezeşkpuru Məhəmməd Müsəddiqi dəstəkləməməsinə və şahın parlamentində heç bir real təsiredici gücü olmayan spiker olduğuna görə tənqid edirlər. Millətçi liderlər onun Bəhreynin ayrılmasına qarşı çıxmasının uğursuzluğunu onun funksiyasının tamamilə simvolik olduğunun sübutu kimi qiymətləndirdilər.
Pezeşkpur İrana qayıtdıqdan sonra partiyanı bərpa etməyə başladıqda, o və digər keçmiş partiya liderləri təşkilatın keçmiş yarımhərbi strukturundan, eləcə də avtoritarizmindən imtina etdilər, bunun əvəzinə plüralizmə və demokratiyaya sadiqliklərini, eləcə də digər müxalifət qrupları və ya partiyalarla əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etdilər. Onlar orijinal partiya simvolizmini qoruyub saxlamaqda hələ də davam edirlər.
SUMKA və Cənubi Azərbaycan
Sosial bazası zəif olan partiyanın İran Azərbaycanında heç bir təşkilatı mövcud deyildi.Həsən Ruhaninin prezidentliyi dövründə Təbriz şəhərində Azərbaycan türkçəsini və ədəbiyyatını öyrənmək üçün kursun açıldığı elan edildi. Paniranist Partiyası bu münasibətilə bəyanat vermiş və bu hadisəni pisləmişdi. Bu məktubda onlar vurğulayırdılar ki, "Azərbaycanın kökü İrandadır, Monqolustanda deyil. Öz məsləhətçilərinizə və aidiyyatı üzrə məmurlarınıza bildirin ki, qədim millət mövcuddur və öz milli şərəfini qoruyur, doğum şəhadətnaməsinə saxta əcdadların adlarını daxil etməyə icazə verməyəcək." Ruhaniyə ünvanlanmış məktubda qeyd edilirdi ki, "İndi qarşımızda duran planın müdafiə oluna bilən nəzəri dayağı yoxdur və Azərbaycana, onun tarixinə və kimliyinə təhqirdən, regionun gözəl və İran mədəniyyətini məhv etməkdən başqa bir şey deyil." Partiya 2002-ci ildə də bu istiqamətdə qəbul edilmiş qərarın Azərbaycan Demokrat Firqəsinin qalıqlarının, pantürkçülərin və anti-iran separatçıların təsirinin artmasına yol açdığını bildirirdi. Açıq məktubda "naməlum" Dədə Qorqud dastanının, Orxon-Yenisey adlı "monqol yazılarının", "qırğızdilli və qəribə məsnəvi olan" Qutadqu-Bilik əsərinin, Kültigin adlı "monqol yazısının" və s. keçilməsinə qarşı idilər. Onlar bu "əsərlərin əksəriyyətinin monqol, qırğız, qazax və uyğur mənşəlidir və bizim Azərbaycan xalqına tamamilə tanış deyil" deyə qeyd edirdilər.
Seçki nəticələri
İl | Seçki | Partiya rəhbəri | Qazanılan yerlər |
---|---|---|---|
1967 | Mohsen Pezeşkpur | 5 / 219 (2%) | |
1968 | 20 / 1.068 (2%) |
Parlament qrupları
Paniranist parlament qrupu (farsca:گروه پارلمانی پانایرانیست) 1979-cu ildə ləğv edilmiş İran milli məclisində mövcud olmuşdur. 1967-ci ildə məclisdə partiyanın 5 üzvü olmuşdur. 1971-ci ildəki seçkilərdə partiyanın parlamentdə heç bir nümayəndəsi olmamışdır. Lakin Qrup Dirçəliş Partiyasının çoxluq fraksiyasından ayrıldıqdan sonra yenidən aktivləşdi və 19 iyun 1978-ci ildə dörd üzvlə rəsmi olaraq bərpa edildi.
Yerlər
İllər | Yerlər | Dyişiklik | İstinad |
---|---|---|---|
5 / 219 (2%) | ▬ | ||
1971–1978 | 0 / 268 (0%) | ▼ 5 | |
4 / 268 (1%) | ▲ 4 |
Parlamentdə olmuş üzvlər
# | Name | Constituency | Years | Notes |
---|---|---|---|---|
1 | Xürrəmşəhr | 1967–1971 | Leader | |
1978–1979 | ||||
2 | Mahabad | 1967–1971 | ||
3 | İsmayıl Fərivar | Urmiya | 1967–1971 | |
4 | Fəzlullah Sədr | Qum | 1967–1971 | Expelled |
5 | Hüşəng Tale | Rudsar | 1967–1971 | |
6 | Pərviz Zəfəri | Nahavand | 1978–1979 | |
7 | Mənüçöhr Yəzdi | Ərdəkan | 1978–1979 | |
8 | Hüseyn Təbib | Buşehr | 1978–1979 |
Qeydlər
- .
Həmçinin bax
İstinadlar
- Rubin, 2001. səh. 90
- Boroujerdi və Rahimkhani, 2018. səh. 344
- Azimi, 2008. səh. 253
- Weinbaum, 1973. səh. 439–455
- Chubin və Zabih, 1974. səh. 15
- Psychology Press, 2002. səh. 416
- Independent Advisory Group on Country, 2010. səh. 230, 234
- Milani, 2000. səh. 381
- Chehabi, 1990. səh. 211
- Poulson, 2006. səh. 147
- Gasiorowski, 1987. səh. 261–286
- Matin-Asgari, 2018. səh. 174
- Ahmadi, 2020. səh. 265–279
- Esfandiari, 2009
- Etezadosaltaneh, 2016
- Engheta, 2010
- Habib Ladjevardi. "Interview with Alikhani, Ali-Naghi". 1984. İstifadə tarixi: 20 aprel 2024.
- "کوششهاى پانايرنيستها را میتوان به سه دوره تقسيم نمود: نهضت، مکتب، و حزب". paniranist.org. (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
- Engheta, 2010. səh. 20
- "در باب « جدایی »". karbord.net. 7 avqust 2016. 16 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2024.
- Kermani, 2011
- Rahnema, 2015. səh. 23
- "Iran report - 25 October 1999, Volume 2, Number 42". RFE/RL Iran Report. 1999. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.
- "Elderly Iranian party member arrested". webarchive.archive.unhcr.org. 30 avqust 2011. 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.
- "حد یقف فعالیتهای پانایرانیستها". www.dsi.co.ir (۱۳۹۹-۰۵-۱۳). 4 avqust 2020 - 16 Oct 2023. 16 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2024.
- "حزب سومکا چگونه در ایران تاسیس شد؟ [İranda SUMKA partiyası necə yaradılıb?]". www.rouydad24.ir. 2024-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2024.
- "نامه پانایرانیستهای آذربایجان به روحانی پیرامون اقدامات ضد ملی دولت [Azərbaycan paniranistlərinin hökumətin antimilli hərəkətləri ilə bağlı Ruhaniyə məktubu]". www.pan-iranist.info. 26 avqust 2016. 2024-04-27 tarixində arxivləşdirilib.
- ."سالروز شهادت علیرضا رییس، اولین شهید پان ایرانیسم". www.pan-iranist.info. 1392. 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2024.
- "حزب پان ایرانیست". psri.ir. 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2024.
- Mehrdad, 1980. səh. 365
- Chronology May 16, 1978-August 15, 1978, 1978. səh. 457–469
- Iran Almanac and Book of Facts, 1970. səh. 91
Mənbə
- Mehrdad, Hormoz, Political orientations and the style of intergroup leadership interactions: the case of Iranian political parties (PhD thesis) (PDF), Ohio: Ohio State University, 1980 (#invalid_param_val)
- Chronology May 16, 1978-August 15, 1978, , Middle East Journal, 32 (4), 1978 https://www.jstor.org/stable/4325798 (#bare_url_missing_title) (#invalid_param_val)
- Iran Almanac and Book of Facts, Iran Almanac and Book of Facts, Echo of Iran, 1970 (#invalid_param_val)
- Engheta, Nasser, panjah sal tarikh ba pan iranistha (عنوان : پنجاه سال تاريخ با پان ايرانيسته), ABŞ: ketab corp., 2010, ISBN (#invalid_param_val)
- Kermani, Reza, نگاهی گذرا بر تاریخ پانایرانیسم" که توسط مهندس رضا کرمانی [Mühəndis Rza Kermaninin paniranizm tarixinə qısa baxışı], 2011 (#invalid_param_val)
- Independent Advisory Group on Country, COUNTRY OF ORIGIN INFORMATION REPORT: IRAN Independent Advisory Group on Country, 2010 (#invalid_param_val)
- Abrahamian, Ervand, Iran Between Two Revolutions, Princeton University Pres, 1982, ISBN (#invalid_param_val)
- Rubin, Michael, Into the Shadows: Radical Vigilantes in Khatami's Iran, Washington Institute for Near East Policy, 2001, ISBN (#invalid_param_val)
- Boroujerdi və Rahimkhani, Boroujerdi, Mehrzad; Rahimkhani, Kourosh, Postrevolutionary Iran: A Political Handbook (PDF), Syracuse University Press, 2018 (#invalid_param_val)
- Azimi, Fakhreddin, Quest for Democracy in Iran: A Century of Struggle Against Authoritarian Rule, Harvard University Press, 2008, ISBN (#invalid_param_val)
- Weinbaum, Marvin, Iran finds a party system: the institutionalization of Iran Novin, The Middle East Journal, 27 (4), 1973 (#invalid_param_val)
- Psychology Press . Psychology Press. 2002. p. 416. ., The Middle East and North Africa 2003, Psychology Press, 2002, ISBN (#invalid_param_val)
- Milani, Abbas, The Persian Sphinx: Amir Abbas Hoveyda and the Riddle of the Iranian Revolution, I.B.Tauris, 2000 (#invalid_param_val)
- Chehabi, Houchang E., Iranian Politics and Religious Modernism: The Liberation Movement of Iran Under the Shah and Khomeini, I.B.Tauris, 1990, ISBN (#invalid_param_val)
- Poulson, Stephen, Social Movements in Twentieth-century Iran: Culture, Ideology, and Mobilizing Frameworks, Lexington Books, 2006, ISBN (#invalid_param_val)
- Gasiorowski, Mark J., "Disintegration of Iranian National Front: Causes and Motives". The 1953 Coup d'Etat in Iran. 19 (3), Cambridge University Press, 1987 (#invalid_param_val)
- Matin-Asgari, Afshin, Both Eastern and Western: An Intellectual History of Iranian Modernity, Cambridge University Press, 2018 (#invalid_param_val)
- Ahmadi, Hamid, "Nationalism in Iran". In Kamrava, Mehran (ed.). Routledge Handbook of Persian Gulf Politics, Routledge, 2020 (#invalid_param_val)
- Esfandiari, Golnaz, Women At Forefront Of Iranian Protests, Radio Free Europe/Radio Liberty, 2009 (#invalid_param_val)
- Etezadosaltaneh, Nozhan, Pan-Iranism: New Tactics of Conservatives in Iran, International Policy Digest, 2016 (#invalid_param_val)
- Rahnema, Ali, Behind the 1953 Coup in Iran: Thugs, Turncoats, Soldiers, and Spooks, Cambridge University Press, 2015, ISBN (#invalid_param_val)
- (#empty_citation)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Paniranist Partiyasi fars حزب پان ایرانیست transliterasiya Ḥezb e Pan Iranist Iranda movcud olmus ve paniranizme esaslanmis kicik muxalifet partiyasi Partiya qeydiyyatdan kecirilmese ve texniki olaraq qadagan edilse de Iran daxilinde fealiyyetini davam etdirmekdedir Paniranist Partiyasi fars حزب پان ایرانیست Qurulus tarixi 1941Qeydiyyat tarixi 1951Dagilma tarixi Islam inqilabindan sonra qadagan edildi lakin 1990 ci illerin sonunda fealiyyetini berpa etdi Bolunme 1951 1970 Bas qerargah Tehran IranIdeologiya Paniranizm Iran milliyetciliyi Dunyevi dovlet Tarixi perespektivden Ultranasionalizm Sovinizm Irredentizm Ideoloji spektr SagciliqSayti paniranist party org Pehlevi sulalesinin hakimiyyeti dovrunde partiya parlamentde temsil edilirdi ve rejim daxilinde pari muxalif partiya hesab edilirdi Partiyanin fealiyyetine goz yumulsa da 1971 ci ilde Iranin Behreynin musteqilliyini tanimasindan sonra partiya buna etiraz etdi ve buna gore de fealiyyetine icaze verilmedi Partiya oz fealiyyetini sonlandirmaga ve 1975 ci ilde yaradilmis na farca حزب رستاخیز ملت ایران transliterasiya Ḥezb e Rastaxiz Mellet Iran qatildi Paniranist Partiya zaman zaman Iranda milletci partiyalardan biri olan Milli Cebhenin destekcisi olmusdur Partiya esas ideologiyasi etibarile milletci bir partiya idi Mahiyyet etibarile kommunizme qarsi olan partiya buna gore tez tez Tehran kucelerinde Tude Partiyasi terefdarlari ile kutlevi toqqusmalara girmekde idi 1940 ci illerin kontekstinde partiya dunyevi untranasionalizm terefdari 1960 ci illerde ise dunyevi milletci partiya kimi tesvir edilir Hazirda partiya 1979 cu ilden sonraki Iran hokumetinin panislamizmine elece de panerebizm ve panturkizme qarsi olmasi ile secilir Partiya bu iki milletciliyin Iranin erazi butovluyunu ve medeni sivilizasiya irsini pozmaga yonelmis xarici tehdidler olaraq gormekdedir Partiya Iranin kecmis torpaqlarinin geri qaytarilmasi meselesinde ferqli movqe bildirmekdedir partiya bu istiqametde butun Iran sivilizasiya hovzesinin medeni baximdan inteqrasiya etmesinin terefdaridir Partiya 2009 cu ilde Iranda meydana cixmis Yasil Herekatin terefdari olmusdur Partiyanin diskursu 2010 cu illerde meydana cixan Iran Seudiyye Erebistani gerginliyi ve toqqusmalari zamani Iranda rejim daxilinde olan muhafizekarlar terefinden de menimsenilmisdir ZeminIkinci Dunya muharibesi illerinde Iranin Ingilis ve Sovet ordulari terefinden ele kecirilmesinden sonra bir sira iranlilar Rza sahi olkenin tehlukesizliyini temin ede bilmemekde ittiham etmeye basladilar Olkede cox sayili xarici milletin ingilislerin sovetlerin yeni zelandiyalarin avstraliyalilarin amerikalilarin ordulari var idi Bu ordularin fealiyyet gosterdiyi yere paytaxt Tehran da daxil idi Sozugeden hucumdan sonra 1941 ci ilde Iranda bir nece telebe herekati yasandi ve neticede milletcilik iranlilar arasinda getdikce daha cox populyarliq qazanmaga basladi Bele qruplardan biri gizli fealiyyet gosteren ve milletci teskilat olan Intiqam Qrupu farsca گروه انتقام Goruh e Entegham idi Bu qrupa bezen Encumen de deyilmekdedir Belelikle Paniranist Partiyasi daha sonralar yeni 1940 ci illerin ortalarinda Tehran Universitetinde telebe olan Intiqam Qrupuna mensub olan iki telebe terefinden yaradildi Onlarla bu partiyani yaradan ve basqa siyasi cevrelere mexsus olan daha iki nefer de var idi Pan Iranist herekat 1930 cu illerde aktiv olsa da o milletci yazicilarin muellimlerin telebelerin ve feallarin serbest sekilde teskil edilmis koklu ittifaqi idi Partiya Iran yaylasinda yasayan Iran xalqlarinin hemreyliyine ve yeniden birlesmesine inanan paniranist movqeyini resmen qebul eden ilk teskilat oldu TarixiPartiya ile Elirza Raess Dariyus Forouhar Dariyus Humayun Ferid seyyah Sepanlu Elinqi Elixani Xudadad Fermanfermaian Ehmed Muxtari Mehdi Behramend ve Bican Forouhar terefinden yaradilmisdir Lakin Nasir Angatin iddiasina gore Dariyus Forouhar daha sonradan partiyaya qatilmisdir Partiyanin formalasdirilmasi ucun daha onceden addimlar atilsa da partiya 1330 cu ilde 1951 ci il Doyus Partiyasi ile birlesmekle yaradilmisdir Partiyanin ideologiyasi Paniranizme esaslanmaqda idi Ilk dovrde partiyada daha cox mehemmed Mehrdad ve Menucohr Timsar secilmekde idi Daha sonra Pezeskpur ve Forouhar one cixmaga baslamis bir muddet sonra bu ikili arasinda siyasi fealiyyet ve metodlar ustunde qarsidurma yasanmisdi Qarsidurmanin sebeblerinden biri de Mehemmed Museddiqle Sah arasinda olan mubarizede kimin desteklenmesi gerekdiyi ile bagli fikir ayriliqlari idi Bu qarsidurma esasinda partiya iki yere bolundu Partiyani quran iki neferden biri ve 1967 ci ilden 1997 ci ile qeder lideri olan O 1967 1971 ci illerde Iran Milli Meclisinde Xurremsehri temsil eden millet vekili olmusdur 1975 1979 cu ilde ise bir diger partiyadan Dircelis Partiyasindan milli meclise uzv olmusdur 1951 ci ilde Mohsen Pezeskpur ve Darius Forouhar partiyanin fealiyyet plani ve istiqameti uzre naraziliq yasadilar ve ayrildilar Peseskpurun rehber oldugu ve partiyanin adini ozunde saxlayan fraksiya Mehemmed Rza sah Pehlevinin hakimiyyeti daxilinde fealiyyet gostermeyin en uygun versiya olduguna inanirdilar Forouharun rehber oldugu fraksiya ise Iran Milleti Partiyasi yaratdilar Onlar sah hokumetine qarsi calismagin daha ugurlu olacagina inanirdilar Iran Milleti Partiyasi kohne partiyadan daha milletci mahiyyete sahib idi Bu partiya Milli Cebheni qurmus ve Iranda bir sira yenilikleri baslatmis Mehemmed Museddiqi desteklemekde idi Partiyanin ABS in Merkezi Kesfiyyat Idaresinin TPBEDAMN idaresi terefinden maliyyelesdirildiyi iddia edilmekdedir Boyuk Britaniya ve ABS terefinden Mehemmed Museddiqe qarsi heyata kecirilen cevrilisden sonra mutleq hakimiyyet ehemiyyetli derecede sahin eline kecdi Sah Mehemmed Museddiqin herekatini ve Iran Milleti Partiyasini qadagan etdi Bu erefede Paniranist Partiyasi rehberi Peseskpur olmaqla Milli Meclisde resmi muxalifet oldu Her bir halda partiyanin real gucu cox az idi ve onun movqeyi esasen simvolik mahiyyete sahib idi 1960 ci illerden baslayaraq Iran tek partiya terefinden idare edilen olkeye cevrildi Bu tek partiya Emir Abbas Hoveydanin rehberi oldugu Dircelis Partiyasi idi Pezeskpur bu donemde de meclisde qalmagi bacardi Onun esas qarsi cixdigi mesele Iranin da idare etdiyi Behreynde Britaniya hakimiyyetinin olmasi idi O vaxtile Iranin en ekskluziv mehellelerinin yerlesdiyi Xurremsehr seherinde qerergahini teskil etdi ve bura hem de onun emeliyyat bazasina cevrildi Xuzistanda partiya ilk defe olaraq real hakim tesir gucune cevrile bildi halbuki Iranin qalan hissesinde partiya cox az tesire sahib olmaga davam edirdi 1978 ci ilde Islam inqilabinin baslamasi ile birlikde Pezeskpur ve sahla ittifaqda olan diger siyasi xadimler olkeden qacdilar Partiyanin qurucularindan biri olan Inqilab Mehkemesi terefinden olume mehkum edildi ve 1979 cu ilin may ayinda edam edildi Iran Milleti ve Milli Cebhe kimi milletci olan lakin saha qarsi muxaliflik eden partiyalar olkede fealiyyetlerini davam etdirdiler Onlar Mehdi Bazerganin hokumeti zamani olkede muhum rol oynadilar Mehdi Bazerganin muveqqeti hokumetinin suqutundan sonra Xomeyninin Ali Rehber vezifesine yukselmesi ile neticelenen 1979 cu il Islam Inqilabindan sonra butun milletci qruplar elece de Tude Partiyasi kimi sosialist ve kommunist herekatlari qadagan edildi 1990 ci illerin evvellerinde Pezeskpur Iranin yeni Ali Dini Lideri Eli Xamaneyiye uzr mektubu yazaraq siyasi olaraq pesmanliq cekdiyini bildirib olkeye geri donmek ucun icaze istedi O eger icaze verileceyi halda siyasetden uzaq qalacagini bildirirdi Xamaneyi onun isteyini qebul etdi ve siyasete qarismamaq sertile geri donmesine icaze verdi Lakin bir muddet kecdikden sonra Pezeskpur yeniden siyasi fealiyyet gostermeye basladi ve Paniranist Partiyani yeniden tesis etdi O partiya strukturunda islahatlar apardi ve Forouharin qarsi cixdigi ve evvelce parcalanmaya sebeb olan kohne teskilati ideologiyanin coxunu terk etdi Lakin Paniranist Partiyasi ile Mellat Iran barismadi ve ayri ayri teskilatlar kimi fealiyyetlerini davam etdirdiler 1999 cu ildeki telebe herekati zamani Paniranist Partiyasinin bir cox uzvleri hebs edildiler Partiyanin rehberlerinden 9 nefer Inqilab Mehkemesine cixarildilar Bu sexslerin sirasina Pezeskpurun ozu de daxil idi Onlara qarsi ireli surulen ittihamlara partiyanin resmi qezeti olan Milli Suverenlikde hokumet eleyhine tebligat aparmaq ittihami da var idi 2004 cu ilin yayinda Kesfiyyat Nazirliyinin gizli emeliyyatcisi oldugu iddia edilen motoristin Tehrandaki iqametgahi qarsisinda Pezeskpurun heyatina sui qesd cehdi ugursuzluqla neticelendi 2011 ci ilin yanvar ayinda Islami rejim terefinden ev hebsine salinmis Pezeskpurun vefat etdiyi xeberi yayildi Bundan sonra partiyanin bir diger aktiv sexsi Reza Kermani Paniranist Partiyasinin yeni bas katibi elan edildi Reza Kermani 30 yanvar 2013 cu ilde Qodardast hebsxanasinda qaldigi 18 ayda saglamligina deymis ziyana gore tutuldugu xestelikden vefat etdi Partiyanin 2006 ci ilden 2018 ci ile qeder umumi katibi olmus Zehra Qulamipur TeskilatForouhar ve Pezeskpur arasindaki ferqler esasen teskilati ve siyasi struktur meselelerine esaslanmaqda idi Eyni zamanda bu iki sexs arasinda ideoloji ferqlilikler de movcud idi Forouhar ciddi sekilde demokratiya terefdari idi ve basqa partiyalarla hetta sol meyilli partiyalar ile ittifaq qurulmasindan yana idi Pezeskpur ise daha avtoritar idareetmenin terefdari idi ve qeyri milletci partiyalar ile ittifaqlarin qurulmasinin qeti eleyhine idi Bununla bele diger milletci qruplarla ittifaqlar nadir ve ya movcud deyildi cunki ekseriyyeti resmi olaraq qadagan edilmisdi Pezeskpurun rehberliyi altinda Paniranist Partiyasi oz uzvlerine herbi rutbeler veren tamamile yarim herbi struktura cevrilmisdi Butun feal kisi ve qadin uzvler partiya funksiyalarina vahid forma geyinirdiler Forouhar da buna qeti sekilde qarsi cixdi baxmayaraq ki bu yarimherbi xarakter esasen simvolik idi ve partiya uzvleri silah dasimirdi Siravi uzvlerin forma geyinmesi teleb olunmurdu 1960 ci illerin sonundan baslayaraq Pezeskpurun hemise onu qorumaq ucun bir nece sexsi cangudeni de var idi Partiyanin simvolu isare idi ve qeyri beraberliyi temsil edirdi Bu Ingiltere ve Rusiya kimi xarici gucler haqqinda idi ve Iranin oz milli suverenliyini ve maraqlarini her seyden ustun tutmali olduguna dair paniranist baxisi simvolize edirdi Partiya edebiyyatina gore Bu simvola aid edilen felsefi mena ondan ibaret idi ki eslinde milletler arasinda beraberlik yoxdur ve her bir xalq butun digerlerinden ustun olmaq ucun mubarize aparmali eks halda yox olma riski ile uzlesmelidir Bu simvolizm ve felsefe de Forouhar ve Pezeskpurun arasinda ayrilmanin meydana cixmasinda muhum rol oynamisdi Irandaki bezi diger milletciler Pezeskpuru Mehemmed Museddiqi desteklememesine ve sahin parlamentinde hec bir real tesiredici gucu olmayan spiker olduguna gore tenqid edirler Milletci liderler onun Behreynin ayrilmasina qarsi cixmasinin ugursuzlugunu onun funksiyasinin tamamile simvolik oldugunun subutu kimi qiymetlendirdiler Pezeskpur Irana qayitdiqdan sonra partiyani berpa etmeye basladiqda o ve diger kecmis partiya liderleri teskilatin kecmis yarimherbi strukturundan elece de avtoritarizminden imtina etdiler bunun evezine pluralizme ve demokratiyaya sadiqliklerini elece de diger muxalifet qruplari ve ya partiyalarla emekdasliq etmeye hazir olduqlarini beyan etdiler Onlar orijinal partiya simvolizmini qoruyub saxlamaqda hele de davam edirler SUMKA ve Cenubi AzerbaycanSosial bazasi zeif olan partiyanin Iran Azerbaycaninda hec bir teskilati movcud deyildi Hesen Ruhaninin prezidentliyi dovrunde Tebriz seherinde Azerbaycan turkcesini ve edebiyyatini oyrenmek ucun kursun acildigi elan edildi Paniranist Partiyasi bu munasibetile beyanat vermis ve bu hadiseni pislemisdi Bu mektubda onlar vurgulayirdilar ki Azerbaycanin koku Irandadir Monqolustanda deyil Oz meslehetcilerinize ve aidiyyati uzre memurlariniza bildirin ki qedim millet movcuddur ve oz milli serefini qoruyur dogum sehadetnamesine saxta ecdadlarin adlarini daxil etmeye icaze vermeyecek Ruhaniye unvanlanmis mektubda qeyd edilirdi ki Indi qarsimizda duran planin mudafie oluna bilen nezeri dayagi yoxdur ve Azerbaycana onun tarixine ve kimliyine tehqirden regionun gozel ve Iran medeniyyetini mehv etmekden basqa bir sey deyil Partiya 2002 ci ilde de bu istiqametde qebul edilmis qerarin Azerbaycan Demokrat Firqesinin qaliqlarinin panturkculerin ve anti iran separatcilarin tesirinin artmasina yol acdigini bildirirdi Aciq mektubda namelum Dede Qorqud dastaninin Orxon Yenisey adli monqol yazilarinin qirgizdilli ve qeribe mesnevi olan Qutadqu Bilik eserinin Kultigin adli monqol yazisinin ve s kecilmesine qarsi idiler Onlar bu eserlerin ekseriyyetinin monqol qirgiz qazax ve uygur menselidir ve bizim Azerbaycan xalqina tamamile tanis deyil deye qeyd edirdiler Paniranistler terefinden paniranizmin ilk sehidi adlandirilan Eli Raesin sekli Eli Raes Paniranist herekatinin ve Paniranist Partiyasinin qurucularindan biri olmusdurSecki neticeleriIl Secki Partiya rehberi Qazanilan yerler1967 Mohsen Pezeskpur 5 219 2 1968 20 1 068 2 Parlament qruplariPaniranist parlament qrupu farsca گروه پارلمانی پان ایرانیست 1979 cu ilde legv edilmis Iran milli meclisinde movcud olmusdur 1967 ci ilde meclisde partiyanin 5 uzvu olmusdur 1971 ci ildeki seckilerde partiyanin parlamentde hec bir numayendesi olmamisdir Lakin Qrup Dircelis Partiyasinin coxluq fraksiyasindan ayrildiqdan sonra yeniden aktivlesdi ve 19 iyun 1978 ci ilde dord uzvle resmi olaraq berpa edildi Yerler Iller Yerler Dyisiklik Istinad5 219 2 1971 1978 0 268 0 54 268 1 4Parlamentde olmus uzvler Name Constituency Years Notes1 Xurremsehr 1967 1971 Leader1978 19792 Mahabad 1967 19713 Ismayil Ferivar Urmiya 1967 19714 Fezlullah Sedr Qum 1967 1971 Expelled5 Huseng Tale Rudsar 1967 19716 Perviz Zeferi Nahavand 1978 19797 Menucohr Yezdi Erdekan 1978 19798 Huseyn Tebib Busehr 1978 1979Qeydler Hemcinin baxIran milletciliyiIstinadlarRubin 2001 seh 90 Boroujerdi ve Rahimkhani 2018 seh 344 Azimi 2008 seh 253 Weinbaum 1973 seh 439 455 Chubin ve Zabih 1974 seh 15 Psychology Press 2002 seh 416 Independent Advisory Group on Country 2010 seh 230 234 Milani 2000 seh 381 Chehabi 1990 seh 211 Poulson 2006 seh 147 Gasiorowski 1987 seh 261 286 Matin Asgari 2018 seh 174 Ahmadi 2020 seh 265 279 Esfandiari 2009 Etezadosaltaneh 2016 Engheta 2010 Habib Ladjevardi Interview with Alikhani Ali Naghi 1984 Istifade tarixi 20 aprel 2024 کوششهاى پان ايرنيست ها را می توان به سه دوره تقسيم نمود نهضت مکتب و حزب paniranist org archive missing date tarixinde arxivlesdirilib archive missing url cite web url Engheta 2010 seh 20 در باب جدایی karbord net 7 avqust 2016 16 oktyabr 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 20 aprel 2024 Kermani 2011 Rahnema 2015 seh 23 Iran report 25 October 1999 Volume 2 Number 42 RFE RL Iran Report 1999 12 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 21 aprel 2024 Elderly Iranian party member arrested webarchive archive unhcr org 30 avqust 2011 2024 04 21 tarixinde arxivlesdirilib Istifade tarixi 21 aprel 2024 حد یقف فعالیت های پان ایرانیست ها www dsi co ir ۱۳۹۹ ۰۵ ۱۳ 4 avqust 2020 16 Oct 2023 16 oktyabr 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 20 aprel 2024 حزب سومکا چگونه در ایران تاسیس شد Iranda SUMKA partiyasi nece yaradilib www rouydad24 ir 2024 04 27 tarixinde arxivlesdirilib Istifade tarixi 28 aprel 2024 نامه پان ایرانیست های آذربایجان به روحانی پیرامون اقدامات ضد ملی دولت Azerbaycan paniranistlerinin hokumetin antimilli hereketleri ile bagli Ruhaniye mektubu www pan iranist info 26 avqust 2016 2024 04 27 tarixinde arxivlesdirilib سالروز شهادت علیرضا رییس اولین شهید پان ایرانیسم www pan iranist info 1392 2024 04 26 tarixinde arxivlesdirilib Istifade tarixi 27 aprel 2024 حزب پان ایرانیست psri ir 2024 04 26 tarixinde arxivlesdirilib Istifade tarixi 27 aprel 2024 Mehrdad 1980 seh 365 Chronology May 16 1978 August 15 1978 1978 seh 457 469 Iran Almanac and Book of Facts 1970 seh 91MenbeMehrdad Hormoz Political orientations and the style of intergroup leadership interactions the case of Iranian political parties PhD thesis PDF Ohio Ohio State University 1980 invalid param val Chronology May 16 1978 August 15 1978 Middle East Journal 32 4 1978 https www jstor org stable 4325798 bare url missing title invalid param val Iran Almanac and Book of Facts Iran Almanac and Book of Facts Echo of Iran 1970 invalid param val Engheta Nasser panjah sal tarikh ba pan iranistha عنوان پنجاه سال تاريخ با پان ايرانيسته ABS ketab corp 2010 ISBN 978 1 883819 56 9 invalid param val Kermani Reza نگاهی گذرا بر تاریخ پان ایرانیسم که توسط مهندس رضا کرمانی Muhendis Rza Kermaninin paniranizm tarixine qisa baxisi 2011 invalid param val Independent Advisory Group on Country COUNTRY OF ORIGIN INFORMATION REPORT IRAN Independent Advisory Group on Country 2010 invalid param val Abrahamian Ervand Iran Between Two Revolutions Princeton University Pres 1982 ISBN 978 0 691 10134 7 invalid param val Rubin Michael Into the Shadows Radical Vigilantes in Khatami s Iran Washington Institute for Near East Policy 2001 ISBN 978 0944029459 invalid param val Boroujerdi ve Rahimkhani Boroujerdi Mehrzad Rahimkhani Kourosh Postrevolutionary Iran A Political Handbook PDF Syracuse University Press 2018 invalid param val Azimi Fakhreddin Quest for Democracy in Iran A Century of Struggle Against Authoritarian Rule Harvard University Press 2008 ISBN 978 0674027787 invalid param val Weinbaum Marvin Iran finds a party system the institutionalization of Iran Novin The Middle East Journal 27 4 1973 invalid param val Psychology Press Psychology Press 2002 p 416 ISBN 978 1857431322 The Middle East and North Africa 2003 Psychology Press 2002 ISBN 978 1857431322 invalid param val Milani Abbas The Persian Sphinx Amir Abbas Hoveyda and the Riddle of the Iranian Revolution I B Tauris 2000 invalid param val Chehabi Houchang E Iranian Politics and Religious Modernism The Liberation Movement of Iran Under the Shah and Khomeini I B Tauris 1990 ISBN 978 1850431985 invalid param val Poulson Stephen Social Movements in Twentieth century Iran Culture Ideology and Mobilizing Frameworks Lexington Books 2006 ISBN 978 0739117576 invalid param val Gasiorowski Mark J Disintegration of Iranian National Front Causes and Motives The 1953 Coup d Etat in Iran 19 3 Cambridge University Press 1987 invalid param val Matin Asgari Afshin Both Eastern and Western An Intellectual History of Iranian Modernity Cambridge University Press 2018 invalid param val Ahmadi Hamid Nationalism in Iran In Kamrava Mehran ed Routledge Handbook of Persian Gulf Politics Routledge 2020 invalid param val Esfandiari Golnaz Women At Forefront Of Iranian Protests Radio Free Europe Radio Liberty 2009 invalid param val Etezadosaltaneh Nozhan Pan Iranism New Tactics of Conservatives in Iran International Policy Digest 2016 invalid param val Rahnema Ali Behind the 1953 Coup in Iran Thugs Turncoats Soldiers and Spooks Cambridge University Press 2015 ISBN 978 1107076068 invalid param val empty citation