Ogier Ghiselin de Busbecq (1522[…], Komines[d], Eno – 28 oktyabr 1592, Ruan) — Avstriya monarxiyasına xidmət etmiş holland diplomatı olmuşdur. Eyni zamanda, XVI əsr İstanbulu ilə bağlı ən mötəbər mənbələrdən biri olan “Türk məktubları”nı yazmış və bununla da ədəbiyyatda səyahət məktubları janrının öncüllərindən biri olmuşdur. Türk laləsini Avropaya tanıdan şəxs kimi də tanınır.
Oje Qiselin de Busbek | |
---|---|
fr. Ogier Ghislain de Busbecq | |
Doğum tarixi | 1522[…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 oktyabr 1592 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, yazıçı, botanik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
O, indiki Fransanın şimalında yerləşən Busbek şəhərində anadan olub. Atası Georges Ghislain, anası Catherina Hespiel idi. O, indiki Cənubi Belçikanın Vervik və Komines şəhərlərindəki məktəblərdə və Leuven Universitetində təhsil almışdır. Daha sonra təhsilini o dövrün ən yaxşı təhsil ocaqlarının olduğu İtaliyanın Venesiya başda olmaqla bir neçə fərqli universitetində başa vuraraq dövlət qulluğuna qədəm qoymuşdur.
1552-ci ildə Avstriya knyazı I Ferdinandın rəhbərliyi altında vəzifəyə təyin edilmişdir. İki il sonra o, Avstriya adından İngiltərəyə göndərilmiş, orada İngiltərə kraliçası Mariya Tüdor və İspaniya şahzadəsi II Felipenin toy mərasimində iştirak etmişdir.
Busbekin növbəti təyinatı Avstriyanın Osmanlıdakı səfiri olmaq olmuşdur. 1547-ci ildə iki ölkə arasında sülh müqaviləsi bağlanmış, lakin Avstriya tərəfi sülhü tanımamışdır. Lakin 1551-ci ildə Transilvaniyanın və 1552-ci ildə Banatın türklər tərəfindən ələ keçirilməsindən sonra Ferdinand sülhü yeniləmək vəzifəsi ilə Busbeki İstanbula göndərmişdir.
1555-ci ildə İstanbula gələn Busbek daha sonra Amasiyaya gedərək burada olan I Süleymanın qarşısına çıxmışdır. 6 ayla məhdudlaşdırılan sülh müqaviləsi bağlamağı bacaran Busbek, Vyanaya qayıtdıqdan sonra 1556-cı ildə Ferdinandın daimi səfiri olaraq İstanbula gəldi və vəzifəsini 1562-ci ilə qədər davam etdirdi. Busbek Ankarada olarkən Roma imperatoru Oktavianın xatirələrinin (Res Gestae Divi Augusti) bir nüsxəsini də tapmışdır.
Rüstəm Paşanın baş vəzirliyi dövründə müvəffəqiyyət qazana bilməyən Busbek, Rüstəm Paşadan sonra Səmiz Əli Paşanın baş vəzirliyi dövründə 1562-ci ildə sülhü təzələməyə nail olmuşdur.
Avstriyaya qayıdan Busbek, 1563-cü ildə II Maksimillian tərəfindən cəngavər elan edilmişdir. 1567-ci ildə o, sarayın baş marşalı və Maksimilianın oğullarının dayəsi təyin edilmişdir. O, həm də imperator saray kitabxanasının nəzarətçisi vəzifəsini də öz üzərinə götürmüşdür. 1574-1591-ci illərdə Parisdə Avstriya səfirliyi vəzifəsində işləmişdir. O, hökuməti üçün Fransada davam edən məzhəb münaqişələri ilə bağlı olaraq öz müşahidələri əsasında hesabatlar hazırlamışdır.
Təqaüdə çıxmaq arzusu ilə vətənə qayıdarkən o, Ruanda katolik ittifaqı dəstələri tərəfindən əsir götürülmüş və əmlakı müsadirə olunmuşdur, lakin malları geri qaytarılaraq sərbəst buraxılmışdır. O, azadlığa çıxdıqdan bir müddət sonra, bəzi mənbələrə görə 1591 və ya 1592-ci ildə vəfat etmişdir.
Türk məktubları
Busbek Osmanlı imperiyasında olduğu müddətdə diqqətli müşahidələr aparmış və müşahidələrini dostu, macar diplomatı Nikolas Michaulta yazdığı dörd məktubda (üçü İstanbulda olarkən yazılmış) cəmləmişdir.
Dini ayrılığın çox vacib olduğu və müharibə narahatlığının hökm sürdüyü bir vaxtda Busbekin Osmanlı imperiyası ilə bağlı müşahidələrinin çox ədalətli olacağını gözləmək olmaz. Məsələn, Busbek İranla müharibələrdən bəhs edir, Osmanlı imperiyası ilə İran arasındakı müharibələrin Avropanı xilas etdiyini iddia edir. Buna baxmayaraq, məktublar o dövrün standartları daxilində kifayət qədər neytraldır. Busbek bəzi tənqidlər səsləndirsə də, xoşuna gələn şeyləri bildirməkdən də çəkinməmişdir. Ordunun nizam-intizamı, türk hamamları və türklərin bədən təmizliyinə verdiyi əhəmiyyət Busbekə təsir etmişdir. Busbek, həmçinin Osmanlı imperiyasında qadınların hüquqi statusundan da təqdirlə danışmışdır. Məsələn, Busbek bildirir ki, türk qadınları boşanma tələb edə bilər və bu baxımdan Osmanlı imperiyası Avropanı qabaqlayır.
Bu baxımdan “Türk məktubları” həm səyahət ədəbiyyatının ilk nümunələrindən biri, həm də o dövrdə Osmanlı imperiyasının həyatını təsvir edən mühüm tarixi sənəddir.
Türk laləsi
Busbek Anadolu torpaqlarındakı bitki həyatını da tədqiq etmişdir. O dövrdə avropalıların tanımadığı lalə Busbekin diqqətini çəkmiş və Busbek bu bitkinin soğanlarını dövrün mühüm botaniklərindən olan dostu Şarl de l'Eklüzə göndərmişdir. Daha sonra Leiden Universitetinin botanika olan professoru de l'Eklüz laləni inkişaf etdirərək hollandlara təqdim etmişdir.
Hollandiyada lalə təxminən 40 il ərzində böyük populyarlıq qazanmış və lalə soğanaqları 1636-1637-ci illərdə astronomik qiymətə özünə alıcı tapmışdır. Bir növ bunu Hollandiyanın lalə dövrü kimi də saymaq olar. Aleksandr Dümanın “Qara lalə” romanı da Hollandiyadakı lalə dövründən bəhs edir. (Ancaq romanın süjeti 1672-ci ildə cərəyan edir.) Osmanlı imperiyasındakı lalə inqilabı isə ondan xeyli sonra, 1718-1730-cu illər arasında baş vermişdir. Beləcə XVI əsrdə Avropaya gedən lalə bu dəfə XVIII əsrdə Avropadan Türkiyəyə gətirilmişdir.
İstinadlar
- Ogier Ghislain de Busbecq // Digital Library for Dutch Literature (nid.). 1999.
- Ogier Ghislain de Busbecq // Biblioteca Virtual Miguel de Cervantes (isp.). 1999.
- Augier Ghislain de Busbecq // Encyclopædia Britannica (ing.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ogier Ghiselin de Busbecq 1522 Komines d Eno 28 oktyabr 1592 Ruan Avstriya monarxiyasina xidmet etmis holland diplomati olmusdur Eyni zamanda XVI esr Istanbulu ile bagli en moteber menbelerden biri olan Turk mektublari ni yazmis ve bununla da edebiyyatda seyahet mektublari janrinin oncullerinden biri olmusdur Turk lalesini Avropaya tanidan sexs kimi de taninir Oje Qiselin de Busbekfr Ogier Ghislain de BusbecqDogum tarixi 1522 Dogum yeri Komines d Eno BelcikaVefat tarixi 28 oktyabr 1592 1592 10 28 Vefat yeri RuanTehsili Padua UniversitetiFealiyyeti diplomat yazici botanik Vikianbarda elaqeli mediafayllarHeyatiO indiki Fransanin simalinda yerlesen Busbek seherinde anadan olub Atasi Georges Ghislain anasi Catherina Hespiel idi O indiki Cenubi Belcikanin Vervik ve Komines seherlerindeki mekteblerde ve Leuven Universitetinde tehsil almisdir Daha sonra tehsilini o dovrun en yaxsi tehsil ocaqlarinin oldugu Italiyanin Venesiya basda olmaqla bir nece ferqli universitetinde basa vuraraq dovlet qulluguna qedem qoymusdur 1552 ci ilde Avstriya knyazi I Ferdinandin rehberliyi altinda vezifeye teyin edilmisdir Iki il sonra o Avstriya adindan Ingiltereye gonderilmis orada Ingiltere kralicasi Mariya Tudor ve Ispaniya sahzadesi II Felipenin toy merasiminde istirak etmisdir Busbekin novbeti teyinati Avstriyanin Osmanlidaki sefiri olmaq olmusdur 1547 ci ilde iki olke arasinda sulh muqavilesi baglanmis lakin Avstriya terefi sulhu tanimamisdir Lakin 1551 ci ilde Transilvaniyanin ve 1552 ci ilde Banatin turkler terefinden ele kecirilmesinden sonra Ferdinand sulhu yenilemek vezifesi ile Busbeki Istanbula gondermisdir 1555 ci ilde Istanbula gelen Busbek daha sonra Amasiyaya gederek burada olan I Suleymanin qarsisina cixmisdir 6 ayla mehdudlasdirilan sulh muqavilesi baglamagi bacaran Busbek Vyanaya qayitdiqdan sonra 1556 ci ilde Ferdinandin daimi sefiri olaraq Istanbula geldi ve vezifesini 1562 ci ile qeder davam etdirdi Busbek Ankarada olarken Roma imperatoru Oktavianin xatirelerinin Res Gestae Divi Augusti bir nusxesini de tapmisdir Rustem Pasanin bas vezirliyi dovrunde muveffeqiyyet qazana bilmeyen Busbek Rustem Pasadan sonra Semiz Eli Pasanin bas vezirliyi dovrunde 1562 ci ilde sulhu tezelemeye nail olmusdur Avstriyaya qayidan Busbek 1563 cu ilde II Maksimillian terefinden cengaver elan edilmisdir 1567 ci ilde o sarayin bas marsali ve Maksimilianin ogullarinin dayesi teyin edilmisdir O hem de imperator saray kitabxanasinin nezaretcisi vezifesini de oz uzerine goturmusdur 1574 1591 ci illerde Parisde Avstriya sefirliyi vezifesinde islemisdir O hokumeti ucun Fransada davam eden mezheb munaqiseleri ile bagli olaraq oz musahideleri esasinda hesabatlar hazirlamisdir Teqaude cixmaq arzusu ile vetene qayidarken o Ruanda katolik ittifaqi desteleri terefinden esir goturulmus ve emlaki musadire olunmusdur lakin mallari geri qaytarilaraq serbest buraxilmisdir O azadliga cixdiqdan bir muddet sonra bezi menbelere gore 1591 ve ya 1592 ci ilde vefat etmisdir Turk mektublariTurk mektublari Turcicae epistolae 1595 nesri Busbek Osmanli imperiyasinda oldugu muddetde diqqetli musahideler aparmis ve musahidelerini dostu macar diplomati Nikolas Michaulta yazdigi dord mektubda ucu Istanbulda olarken yazilmis cemlemisdir Dini ayriligin cox vacib oldugu ve muharibe narahatliginin hokm surduyu bir vaxtda Busbekin Osmanli imperiyasi ile bagli musahidelerinin cox edaletli olacagini gozlemek olmaz Meselen Busbek Iranla muharibelerden behs edir Osmanli imperiyasi ile Iran arasindaki muharibelerin Avropani xilas etdiyini iddia edir Buna baxmayaraq mektublar o dovrun standartlari daxilinde kifayet qeder neytraldir Busbek bezi tenqidler seslendirse de xosuna gelen seyleri bildirmekden de cekinmemisdir Ordunun nizam intizami turk hamamlari ve turklerin beden temizliyine verdiyi ehemiyyet Busbeke tesir etmisdir Busbek hemcinin Osmanli imperiyasinda qadinlarin huquqi statusundan da teqdirle danismisdir Meselen Busbek bildirir ki turk qadinlari bosanma teleb ede biler ve bu baximdan Osmanli imperiyasi Avropani qabaqlayir Bu baximdan Turk mektublari hem seyahet edebiyyatinin ilk numunelerinden biri hem de o dovrde Osmanli imperiyasinin heyatini tesvir eden muhum tarixi seneddir Turk lalesiBusbek Anadolu torpaqlarindaki bitki heyatini da tedqiq etmisdir O dovrde avropalilarin tanimadigi lale Busbekin diqqetini cekmis ve Busbek bu bitkinin soganlarini dovrun muhum botaniklerinden olan dostu Sarl de l Ekluze gondermisdir Daha sonra Leiden Universitetinin botanika olan professoru de l Ekluz laleni inkisaf etdirerek hollandlara teqdim etmisdir Hollandiyada lale texminen 40 il erzinde boyuk populyarliq qazanmis ve lale soganaqlari 1636 1637 ci illerde astronomik qiymete ozune alici tapmisdir Bir nov bunu Hollandiyanin lale dovru kimi de saymaq olar Aleksandr Dumanin Qara lale romani da Hollandiyadaki lale dovrunden behs edir Ancaq romanin sujeti 1672 ci ilde cereyan edir Osmanli imperiyasindaki lale inqilabi ise ondan xeyli sonra 1718 1730 cu iller arasinda bas vermisdir Belece XVI esrde Avropaya geden lale bu defe XVIII esrde Avropadan Turkiyeye getirilmisdir IstinadlarOgier Ghislain de Busbecq Digital Library for Dutch Literature nid 1999 Ogier Ghislain de Busbecq Biblioteca Virtual Miguel de Cervantes isp 1999 Augier Ghislain de Busbecq Encyclopaedia Britannica ing