Mustafa bəy Vəkilov (tam adı: Mustafa bəy Nadir ağa oğlu Vəkilov, mühacirətdə: Vəkilli, Vəkiloğlu; sentyabr 1896, Qazax – 30 noyabr 1965, Amasya) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu Daxili işlər naziri (1920), Moskva Universiteti hüquq fakültəsinin məzunu, siyasi xadim. Hökumətin ən gənc naziri olmuşdur (24 yaşında).
Mustafa bəy Vəkilov | |
---|---|
Mustafa bəy Nadir ağa oğlu Vəkilov | |
Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri | |
18 fevral 1920 – 28 aprel 1920 | |
Əvvəlki | Məmmədhəsən Hacınski |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | sentyabr 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 1965 (69 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | Bakı gimnaziyası Moskva Universitetinin hüquq fakültəsi (1917) |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mustafa bəy Nadir oğlu Vəkilov 1896-cı ildə sentyabr ayında Azərbaycanın Qazax mahalında anadan olmuşdur. O, Bakı gimnaziyasını bitirərək, 1912-ci ildə Moskva Universitetinin hüquq fakultəsinə daxil olmuş və həmin dövrdən öz doğma xalqının milli – azadlıq mübarizəsində yaxından iştirak etməyə başlamışdır. Mustafa bəyin siyasi dünyagörüşünün formalaşmasında onun əmisi Məmməd Rza Vəkilovun və yaxın qohumu Əlimərdan bəy Topçubaşovun böyük təsiri olmuşdur.
1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanlarının qurultayında, Kiyevdə ukraynalı professor Qruşevskinin rəhbərliyi altında keçirilmiş qeyri – rus millətlərin qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskva qurultayında fəal iştirak etmişdir. Onun Bakı mətbuatında aktual siyasi və ictimai hadisələrlə əlaqədar xeyli məqaləsi çap olunmuşdur. M. Vəkilov həmin ildə açılması nəzərdə tutulan Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir.
Mustafa bəy universitetdə azərbaycanlı tələbələrin həmyerlilər təşkilatının başçılarından biri idi.
Ailəsi
İkinci Dünya müharibəsinin sonlarında o, Türkiyənin Amasya şəhərinə gəlir. Bu dövrlərdə Firdevs adlı bir xanımla ailə həyatı qurur. Mustafa bəy Vəkilovun bir qızı və bir oğlu olmuşdur:
- Serpil Vəkiloğlu
- Nadir Vəkiloğlu
Qızı Serpil Vəkiloğlu 1946-cı ildə, oğlu Nadir Vəkiloğlu 1949-cu ildə anadan olmuşdur. Nəvəsi Arda Vəkiloğlu Türkiyə Milli Basketbol komandasının üzvüdür. Peşəkar basketbol ilə məşğul olur.
Fəaliyyəti
M. Vəkilov 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya Komissarlığında daxili işlər komissarı A. İ. Çxengelinin məsləhətçisi vəzifəsini icra etmişdir. O, bundan başqa Zaqafqaziya seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri idi. 1918-ci il 28 may tarixində Azərbaycan öz istiqlaliyyətini elan edəndən sonra həmin ilin iyununda Məhəmməd Əmin Rəsulzadə başda olmaqla 4 nəfər nümayəndə heyəti siyasi danışıqlar üçün Türkiyəyə İstanbulda keçirilən konfransa getmişdir. Bu nümayəndə heyətinə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Onlar özləri ilə 4 məsləhətçi aparmışdılar. O məsləhətçilərdən biri Mustafa bəy Vəkilov idi. Beynəlxalq hüququ gözəl bilən Mustafa bəy Türkiyənin ali dövlət rəhbərləri ilə olan görüşlərində Əlimərdan bəy Topçubaşovun yanında yer almışdır. 1918-ci ilin sentyabrında Daxili İşlər Nazirliyində işləyən M. Vəkilov dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. O, 1919-cu ilin dekabrında "Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat"ın ikinci qurultayında yenidən MK üzvü seçilmişdir. M. Vəkilov Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 23 dekabr 1919-cu ildə təşkil etdiyi ikinci hökumət kabinəsində Daxili İşlər nazirinin müavini vəzifəsini icra etməyə başlamışdır.
Həmçinin 1918-ci ildə Mustafa bəy Vəkilov Osmanlı sultanı ilə görüşmüşdür.
Nazir olduğu dövr
1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M. Vəkilov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin olunmuşdur. O, hökumətin ən gənc naziri idi. Azərbaycanın istiqlaliyyətini ilk qoruyanlardan biri olmuş ictimai-siyasi xadim M. Vəkilov ilk növbədə Nazirliyə peşəkar hüquqşünas kadrlar yığmağa çalışırdı, bu işdə ona müavini Şəfi bəy Rüstəmbəyli yaxından kömək etmişdir. Daxili İşlər naziri vəzifəsini Məmmədhəsən Hacınskidən qəbul edən M. Vəkilov onu zəifləməyə qoymamış, əksinə inkişaf etdirmiş, nazirliyin strukturlarını təkmilləşdirməyə nail olmuşdur. Özünü doğrultmağı bacaran M. Vəkilov bir sıra erməni qiyamlarının yatırmağa nail olmuş, provakasiyaların, ixtişaşların qarşını almışdır.
Qarabağda qiyam
Onun nazirliyi dövrü Cümhuriyyətin ən çətin dönəminə düşür. 1920-ci ilin martın 22-də Novruz bayramı günündə Şuşa və onun ətrafında ermənilər qiyama qalxırlar. Parlament bununla bağlı toplantı keçirir, Daxiliyyə naziri kimi Mustafa bəyin hesabatı dinlənilir.
Mustafa bəy hesabatda bildirir:
"Silahlı ermənilər Şuşada əsgərlərimizə hücum edib, bir neçə zabiti həbs edib, əsgərlərə atəş açıb. Bir tərəfdən bayram münasibətilə xalq evlərində istirahət etdiyi, digər tərəfdən camaat belə xəyanət və hücum gözləmədikləri üçün hadisə olduqca qəfil olub. Buna baxmayaraq Şuşadakı əsgəri hissələrimiz onların başlarında duran zabitlər qəhrəman bir surətdə onların hücumunu dəf edə bilib”. |
Hesabatdan aydın olur ki, ermənilərin bu hücumları yalnız Şuşada deyil, Xankəndində və Əsgəranda da olub:
"'Onlar yalnız Əsgəranı işğal edə bilmişlər. Ələ keçən sənədlərdən və vəsiqələrdən məlum olur ki, bu fitnə hazırlığını yerli əhali nəinki öz təşəbbüsü ilə etmiş, bəlkə kənardan gəlmiş qüvvələr bunu hazırlamışlardır. Şuşa şəhərində erməni ziyalı sinfi onların arxasınca getməmişlərdir. Başqa köylərdə də əhali asilərə qoşulmaq istəməmişlər. Fəqət, üsyançılar onları zor ilə kəndilərinə tabe etmişlərdir. Qarabağda müvəqqətən pozulmuş intizam və qaidə bu yaxınlarda düzələcəkdir. Hökumət bu xüsusda ciddi və qəti tədbirlər görmüş və görməkdədir. Yaxın günlərdə bu üsyan təsviyyə ediləcəkdir”. |
Qiyamların yatırılması
Mustafa bəy Vəkilov Daxili İşlər naziri kimi Bakıda fəhlələrin qızışdırılması ilə bağlı da addımlar atır.
Martın 22-də o, "Bakı rayonu fəhlələrinə Daxiliyyə Nazirliyindən" adlı müraciət ünvanlayır:
Daxili İşlər Naziri Mustafa bəy Vəkilovun "Bakı rayonu fəhlələrinə Daxiliyyə Nazirliyindən" adlı müraciəti 22 mart, 1920 "Zəhmətkeşlərin mənafeyi keşiyində dayanan cümhuriyyətin ali inzibati orqanı fəhlə sinfinin öz iqtisadi və hüquqi vəziyyətini yaxşılaşdırmaq üçün apardığı mübarizəyə qarışmaq niyyətində deyildir, lakin fəhlə sinfinin mənafeyinin müdafiəsi ilə pərdələnərək cinayətkar təbliğat və planlar yolu ilə öz pozuculuq işini aparan kənar qüvvələrin agentlərinin dövlətə zidd çıxışlarını sərəncamımda olan bütün vasitələrlə yatırdacağıq… Vətəndaş fəhlələr! Məsuliyyətsiz, qara niyyətli və satqın təbliğatçıların fitnələrinə uymayın. Dövlətin qayda-qanunlarını mütəşəkkil halda qorumağınız-istiqlalımızı və azadlığımızı möhkəmləndirməyin rəhnidir. Öz demokratik hökumətinizin işini müdafiə edin və möhkəm əmin olun ki, hər bir ədalətli iqtisadi və hüquqi iddianız Daxiliyyə Nazirliyi tərəfindən tam hüsn-rəğbət və coşqun həmrəyliklə qarşılanacaq". |
Sonralar, 1959-cu ildə verdiyi bir açıqlamada Vəkilov Qarabağdakı erməni qiyamını və fəhlələrin etirazlarının Ermənistan hökuməti və rus agentləri vasitəsilə başlandığını bildirir. Ordunun əsas gücünün Qarabağdakı hadisələri yatırtmaqla məşğul olduğunu deyən Vəkilov əsgər sayının az olduğunu qeyd edir:
"'Azərbaycan ordusu yeni qurulurdu. Silah və təchizat baxımından məhrumiyyət içində idi. Çar hökuməti azəriləri əsgər aparmırdı. Əsgərlik ənənəmiz zəif idi. Hərbi kadrlarımız az idi. Bu ağır şərtlər altında, qısa zamanda təşkil edilməkdə olan silahlı qüvvələrimizin gücü çox deyildi”. |
Lakin Mustafa bəy buna baxmayaraq xalqın işğalçılara qarşı dirəndiyini, Gəncədə mühüm bir mübarizənin olduğunu deyir və bu etirazların II Dünya savaşınadək davam etdiyini bildirir:
"'Şəhid siyahımız çox uzundur, yazmaqla bitməz, tükənməz… Azərbaycanın hər qarış torpağı bu şəhidlərin qanı ilə sulanıb. Gözəl yurdumuz, mərd və qəhrəman Azərbaycan hürriyyət və istiqlal uğrunda minlərlə, yüz minlərlə şəhid verib”. |
1920-ci il aprelin əvvəllərində inqilabçı Əli Bayramovu öldürmüş cinəyatkarların həbs edilməsi və onlar haqqında cinayət işi qaldırılması üçün M. Vəkilov özü şəxsən göstəriş vermişdir.
Cümhuriyyətin işğalından sonra
1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Cümhuriyyətin işğalı ilə bərabər M. Vəkiloğlunun nazirliyi də bitir və o, qohumu — Xədicə xanım Qayıbovanın evində gizlənir, daha sonra Sultan Hüseynzadənin köməyi ilə Tiflisə gedir. Lakin bolşeviklərin Tiflisə yaxınlaşmasından sonra Türkiyəyə mühacirət etməli olur. 1924-cü ildə o, İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin Mərkəzi Komitəsinin üzvü seçilir, 1928-ci ildə yaradılan "Prometey" təşkilatında təmsil olunur. 1929-cu ildə isə Azərbaycan Milli Mərkəzindən istefa verərək Polşaya yerləşir. Daha sonra Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə fəaliyyət göstərir.
Mustafa bəy bir müddət mühacirətdə Məhəmməd Əmin Rəsulzadənin yanında yer alsa da, sonradan müəyyən problemlər nəticəsində ondan ayrılır. Türkiyədə yaşadığı dövrdə "Odlu yurd", "Azəri-Türk", "Yeni Qafqaziyyə", "Yurd bilgisi" kimi qəzet və jurnallarda məqalələr yazır. Rəsulzadə qanadından ayrıldıqdan sonra, əsasən "Mücahit" jurnalı ilə əməkdaşlıq edir, oradakı millətçi siyasi mühacirlərlə yaxınlaşır.
İkinci Dünya müharibəsinin sonlarında o, Türkiyənin Amasya şəhərinə gəlir. Daha sonra Ankaraya gedən Vəkilov Vilayətlər Bankının baş hüquq məsləhətçisi olur.
Atatürkün dəfnində
1938-ci ildə Mustafa Kamal Atatürk vəfat edir. Dünyanın müxtəlif ölkələrindən cənazə törəninə qatılanlar olur. Eləcə də, Sovet İttifaqı nümayəndəlik göndərir. Atatürkün ölümü mühacirətdəki azərbaycanlıları da kədərləndirir. Mustafa Vəkiloğlu "Mücahit" jurnalında yazdığı "Böyük Atatürk" adlı məqaləsində o günləri belə xatırlayırdı: "Qara xəbər duyulan kimi dostlarla İstanbulda toplandıq. Hamımız çox kədərli, pərişan və çaşqın bir halda idik. İçimizdə ən yaşlımız əski vəkillərimizdən olan rəhmətlik Xəlil bəy Xasməmmədli ağlayırdı".
Mustafa bəy Vəkilov Dolmabaxça sarayına gedərək xatirə dəftərinə azərbaycanlılar adından başsağlığı yazır, sonra cənazə kortejinə qatılmaq üçün müraciət edir, lakin rədd cavabı alır:
Cənazə kortejində iştirak edəcək rəsmi Sovet heyətinin yanında bir də sizin - Azərbaycan millətçilərinin bir heyət halında qatılması təəssüf ki, imkansızdır |
Ankara ilə əlaqə yaradan M. Vəkilov fikrini belə əsaslandırır:
Atatürk bütün türklərin milli qəhrəmanıdır. Onun cənazəsində iştirak etməkdən bizi məhrum etmək böyük bir haqsızlıq olar və bütün azərbaycanlıları qəlblərindən yaralamış olarsınız. |
Nəhayət, Vəkilov icazəni ala bilir və dəfndə iştirak edirlər. M. Vəkilov yazır: "Sabahın çox erkən saatlarında Dolmabaxça sarayının önünə gəldik, kortejdəki yerimizi aldıq. İstanbul Universitetindən olan iki azərbaycanlı gəncimiz "Yaralı azərbaycanlılar" yazılı çələngimizi daşıyırdılar, arxalarından əski vəkillərimizdən rəhmətlik doktor Xosrov bəylə mən yürüyürdük. Sabahkı İstanbul qəzetlərindən biri "canlılığı və gözəlliyi ilə gözə çarpan çələnglərdən biri də azərbaycanlıların çələngi idi" deyə yazmışdı".
Kennedinin ölümünə başsağlığı
1963-cü il, noyabrın 22-si ABŞ-nin 35-ci prezidenti Con Kennedi Dallas şəhərində Li Harvi Osvaldın açdığı atəş nəticəsində qətlə yetirilir.
Noyabrın 25-də Kennedi Vaşinqtonda Arlinqton milli qəbiristanlığında dəfn edilir. Dünya dövlətləri, tanınmış şəxslər baş verən hadisə ilə bağlı Amerika səfirliklərinə axışır, xatirə dəftərinə kədərli başsağlığı mətnləri yazırlar.
1963-cü il noyabrın 24-də Ankaradakı Amerika səfirliyinə yaxınlaşan bir şəxs bu sətirləri qeyd edir:
Mustafa Vəkiloğlu, Azərbaycan sabiq Daxili İşlər naziri.
Mustafa bəy Vəkilov Azərbaycan icması adından yeni prezident Lindon Consona teleqraf göndərir: "Əsir millətlərin səmimi dostu, böyük lider Kennedinin faciəli ölümü münasibətilə səmimi qəlbdən başsağlığı bildirirəm".
M. Vəkilovun xatirələrindən
1962-ci ilin 28 aprelində Mustafa bəy Vəkilov Türk Ocağında təşkil edilən mərasimdə Türkiyənin Polşada səfiri olmuş şair Yəhya Kamal bəylə yaşanan maraqlı bir xatirəsindən bəhs edir. Vəkilov yazır ki, Kamal bəylə ara-sıra görüşərkən milli problemlərdən, iztirablardan bəhs edir, bu mövzular ətrafında müzakirə aparırdıq: "Bir gün mənə dedi ki: – Mustafa bəy, türkün müqəddaratı yalçın bir qayadır. Tarix boyunca çox dalğalar ona çırpılıb, fəqət parçalanaraq çəkilib gedib. Moskvanın azğın dalğaları da bu gün Azərbaycan türkünün yalçın qayasına çırpılmaqdadır. Çox üzülməyin, bir gün o dalğalar da qırılacaq və dağılacaq".
Ölümü
Mustafa bəy Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat etmişdir. Ankarada dəfn olunmuşdur.
Xatirəsi
Haqqında film çəkilmişdir. Filmdə xalq şairi Vaqif Səmədoğlu, tədqiqatçı jurnalist İsmayıl Umudlu, tarix elmlər namizədi İltifat Əliyarlı, Mustafa bəy Vəkilovun oğlu Nadir Vəkiloğlu, qızı Serpil Vəkiloğlu, tarix elmlər doktoru, professor Xaləddin İbrahimli və b. danışmışdır.
Şəkil qalereyası
- Mustafa bəy tələbə yoldaşları ilə
- "Azərbaycan" qəzetinin redaksiyasında
- Türkiyədə Azərbaycan siyasi mühacirləri ilə
- Mustafa bəy Vəkilov (ikinci sırada sağdan ikinci) azərbaycanlı mühacirlərlə birgə
- Son illərinə aid şəkil
Tədqiqatçıları
- İsmayıl Umudlu
- Ədalət Tahirzadə
- Nəsiman Yaqublu
- Dilqəm Əhməd
- Ənvər Çingizoğlu
- Akif Aşırlı
Mənbə
- İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003, səh. 55–61.
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2018-05-14 tarixində . İstifadə tarixi: 2018-04-27.
- "Potanın Akrepleri Konya deplasmanında". 2023-08-01 tarixində . İstifadə tarixi: 2018-10-31.
- "Mustafa Vəkiloğlu" (az.). 2018-10-31 tarixində . İstifadə tarixi: 2018-10-27.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mustafa aga Vekilov ile sehv salmayin Mustafa bey Vekilov tam adi Mustafa bey Nadir aga oglu Vekilov muhaciretde Vekilli Vekiloglu sentyabr 1896 Qazax 30 noyabr 1965 Amasya Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu Azerbaycan Xalq Cumhuriyyetinin sonuncu Daxili isler naziri 1920 Moskva Universiteti huquq fakultesinin mezunu siyasi xadim Hokumetin en genc naziri olmusdur 24 yasinda Mustafa bey VekilovMustafa bey Nadir aga oglu VekilovAzerbaycan Xalq Cumhuriyyetinin Daxili Isler naziri18 fevral 1920 28 aprel 1920EvvelkiMemmedhesen HacinskiSonrakivezife legv olunubSexsi melumatlarDogum tarixi sentyabr 1896Dogum yeri Qazax Qazax qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 30 noyabr 1965 1965 11 30 69 yasinda Vefat yeri Amasya Amasya ili TurkiyePartiya Musavat PartiyasiTehsili Baki gimnaziyasi Moskva Universitetinin huquq fakultesi 1917 Fealiyyeti siyasetci Vikianbarda elaqeli mediafayllarHeyatiMustafa bey Nadir oglu Vekilov 1896 ci ilde sentyabr ayinda Azerbaycanin Qazax mahalinda anadan olmusdur O Baki gimnaziyasini bitirerek 1912 ci ilde Moskva Universitetinin huquq fakultesine daxil olmus ve hemin dovrden oz dogma xalqinin milli azadliq mubarizesinde yaxindan istirak etmeye baslamisdir Mustafa beyin siyasi dunyagorusunun formalasmasinda onun emisi Memmed Rza Vekilovun ve yaxin qohumu Elimerdan bey Topcubasovun boyuk tesiri olmusdur 1917 ci ilin aprelinde Bakida cagirilmis Qafqaz muselmanlarinin qurultayinda Kiyevde ukraynali professor Qrusevskinin rehberliyi altinda kecirilmis qeyri rus milletlerin qurultayinda mayda ise Rusiya muselmanlarinin Moskva qurultayinda feal istirak etmisdir Onun Baki metbuatinda aktual siyasi ve ictimai hadiselerle elaqedar xeyli meqalesi cap olunmusdur M Vekilov hemin ilde acilmasi nezerde tutulan Rusiya parlamentine Azerbaycandan millet vekili secilmisdir Mustafa bey universitetde azerbaycanli telebelerin hemyerliler teskilatinin bascilarindan biri idi Ailesi Ikinci Dunya muharibesinin sonlarinda o Turkiyenin Amasya seherine gelir Bu dovrlerde Firdevs adli bir xanimla aile heyati qurur Mustafa bey Vekilovun bir qizi ve bir oglu olmusdur Serpil Vekiloglu Nadir Vekiloglu Qizi Serpil Vekiloglu 1946 ci ilde oglu Nadir Vekiloglu 1949 cu ilde anadan olmusdur Nevesi Arda Vekiloglu Turkiye Milli Basketbol komandasinin uzvudur Pesekar basketbol ile mesgul olur FealiyyetiOsmanli sultani ile Mustafa bey Vekilovun gorusunu tesdiq eden sened M Vekilov 1917 ci il noyabrin 15 de yaranmis Zaqafqaziya Komissarliginda daxili isler komissari A I Cxengelinin meslehetcisi vezifesini icra etmisdir O bundan basqa Zaqafqaziya seyminde muselman fraksiyasinin feal uzvlerinden biri idi 1918 ci il 28 may tarixinde Azerbaycan oz istiqlaliyyetini elan edenden sonra hemin ilin iyununda Mehemmed Emin Resulzade basda olmaqla 4 nefer numayende heyeti siyasi danisiqlar ucun Turkiyeye Istanbulda kecirilen konfransa getmisdir Bu numayende heyetine Mehemmed Emin Resulzade Elimerdan bey Topcubasov Xelil bey Xasmemmedov ve Aslan bey Sefikurdski daxil idiler Onlar ozleri ile 4 meslehetci aparmisdilar O meslehetcilerden biri Mustafa bey Vekilov idi Beynelxalq huququ gozel bilen Mustafa bey Turkiyenin ali dovlet rehberleri ile olan goruslerinde Elimerdan bey Topcubasovun yaninda yer almisdir 1918 ci ilin sentyabrinda Daxili Isler Nazirliyinde isleyen M Vekilov dekabrin 7 de Bakida tenteneli suretde acilmis Azerbaycan parlamentine uzv secilmisdir O 1919 cu ilin dekabrinda Turk Edemi merkeziyyet firqesi Musavat in ikinci qurultayinda yeniden MK uzvu secilmisdir M Vekilov Nazirler Surasinin sedri Nesib bey Yusifbeylinin 23 dekabr 1919 cu ilde teskil etdiyi ikinci hokumet kabinesinde Daxili Isler nazirinin muavini vezifesini icra etmeye baslamisdir Hemcinin 1918 ci ilde Mustafa bey Vekilov Osmanli sultani ile gorusmusdur Oturanlar sagdan sola Mehemmed Emin Resulzade Ayaz Ishaki Cefer Seyidehmed Krimer Mehemmed Girey Suns Ayaquste duranlar soldan saga Mustafa Cokay Mustafa bey Vekilov Tausultan Sakman 1930 cu iller Varsava PolsaNazir oldugu dovr 1920 ci il fevralin 18 de iyirmi uc yasli M Vekilov Azerbaycan Respublikasinin Daxili Isler naziri teyin olunmusdur O hokumetin en genc naziri idi Azerbaycanin istiqlaliyyetini ilk qoruyanlardan biri olmus ictimai siyasi xadim M Vekilov ilk novbede Nazirliye pesekar huquqsunas kadrlar yigmaga calisirdi bu isde ona muavini Sefi bey Rustembeyli yaxindan komek etmisdir Daxili Isler naziri vezifesini Memmedhesen Hacinskiden qebul eden M Vekilov onu zeiflemeye qoymamis eksine inkisaf etdirmis nazirliyin strukturlarini tekmillesdirmeye nail olmusdur Ozunu dogrultmagi bacaran M Vekilov bir sira ermeni qiyamlarinin yatirmaga nail olmus provakasiyalarin ixtisaslarin qarsini almisdir Qarabagda qiyam Onun nazirliyi dovru Cumhuriyyetin en cetin donemine dusur 1920 ci ilin martin 22 de Novruz bayrami gununde Susa ve onun etrafinda ermeniler qiyama qalxirlar Parlament bununla bagli toplanti kecirir Daxiliyye naziri kimi Mustafa beyin hesabati dinlenilir Mustafa bey hesabatda bildirir Silahli ermeniler Susada esgerlerimize hucum edib bir nece zabiti hebs edib esgerlere ates acib Bir terefden bayram munasibetile xalq evlerinde istirahet etdiyi diger terefden camaat bele xeyanet ve hucum gozlemedikleri ucun hadise olduqca qefil olub Buna baxmayaraq Susadaki esgeri hisselerimiz onlarin baslarinda duran zabitler qehreman bir suretde onlarin hucumunu def ede bilib Hesabatdan aydin olur ki ermenilerin bu hucumlari yalniz Susada deyil Xankendinde ve Esgeranda da olub Onlar yalniz Esgerani isgal ede bilmisler Ele kecen senedlerden ve vesiqelerden melum olur ki bu fitne hazirligini yerli ehali neinki oz tesebbusu ile etmis belke kenardan gelmis quvveler bunu hazirlamislardir Susa seherinde ermeni ziyali sinfi onlarin arxasinca getmemislerdir Basqa koylerde de ehali asilere qosulmaq istememisler Feqet usyancilar onlari zor ile kendilerine tabe etmislerdir Qarabagda muveqqeten pozulmus intizam ve qaide bu yaxinlarda duzelecekdir Hokumet bu xususda ciddi ve qeti tedbirler gormus ve gormekdedir Yaxin gunlerde bu usyan tesviyye edilecekdir Qiyamlarin yatirilmasi Mustafa bey Vekilov Daxili Isler naziri kimi Bakida fehlelerin qizisdirilmasi ile bagli da addimlar atir Martin 22 de o Baki rayonu fehlelerine Daxiliyye Nazirliyinden adli muraciet unvanlayir Daxili Isler Naziri Mustafa bey Vekilovun Baki rayonu fehlelerine Daxiliyye Nazirliyinden adli muracieti 22 mart 1920 Zehmetkeslerin menafeyi kesiyinde dayanan cumhuriyyetin ali inzibati orqani fehle sinfinin oz iqtisadi ve huquqi veziyyetini yaxsilasdirmaq ucun apardigi mubarizeye qarismaq niyyetinde deyildir lakin fehle sinfinin menafeyinin mudafiesi ile perdelenerek cinayetkar tebligat ve planlar yolu ile oz pozuculuq isini aparan kenar quvvelerin agentlerinin dovlete zidd cixislarini serencamimda olan butun vasitelerle yatirdacagiq Vetendas fehleler Mesuliyyetsiz qara niyyetli ve satqin tebligatcilarin fitnelerine uymayin Dovletin qayda qanunlarini mutesekkil halda qorumaginiz istiqlalimizi ve azadligimizi mohkemlendirmeyin rehnidir Oz demokratik hokumetinizin isini mudafie edin ve mohkem emin olun ki her bir edaletli iqtisadi ve huquqi iddianiz Daxiliyye Nazirliyi terefinden tam husn regbet ve cosqun hemreylikle qarsilanacaq Sonralar 1959 cu ilde verdiyi bir aciqlamada Vekilov Qarabagdaki ermeni qiyamini ve fehlelerin etirazlarinin Ermenistan hokumeti ve rus agentleri vasitesile baslandigini bildirir Ordunun esas gucunun Qarabagdaki hadiseleri yatirtmaqla mesgul oldugunu deyen Vekilov esger sayinin az oldugunu qeyd edir Azerbaycan ordusu yeni qurulurdu Silah ve techizat baximindan mehrumiyyet icinde idi Car hokumeti azerileri esger aparmirdi Esgerlik enenemiz zeif idi Herbi kadrlarimiz az idi Bu agir sertler altinda qisa zamanda teskil edilmekde olan silahli quvvelerimizin gucu cox deyildi Lakin Mustafa bey buna baxmayaraq xalqin isgalcilara qarsi direndiyini Gencede muhum bir mubarizenin oldugunu deyir ve bu etirazlarin II Dunya savasinadek davam etdiyini bildirir Sehid siyahimiz cox uzundur yazmaqla bitmez tukenmez Azerbaycanin her qaris torpagi bu sehidlerin qani ile sulanib Gozel yurdumuz merd ve qehreman Azerbaycan hurriyyet ve istiqlal ugrunda minlerle yuz minlerle sehid verib 1920 ci il aprelin evvellerinde inqilabci Eli Bayramovu oldurmus cineyatkarlarin hebs edilmesi ve onlar haqqinda cinayet isi qaldirilmasi ucun M Vekilov ozu sexsen gosteris vermisdir Cumhuriyyetin isgalindan sonra1920 ci il aprelin 27 de bas veren hadiselerden sonra Cumhuriyyetin isgali ile beraber M Vekiloglunun nazirliyi de bitir ve o qohumu Xedice xanim Qayibovanin evinde gizlenir daha sonra Sultan Huseynzadenin komeyi ile Tiflise gedir Lakin bolseviklerin Tiflise yaxinlasmasindan sonra Turkiyeye muhaciret etmeli olur 1924 cu ilde o Istanbulda fealiyyet gosteren Azerbaycan Milli Merkezinin Merkezi Komitesinin uzvu secilir 1928 ci ilde yaradilan Prometey teskilatinda temsil olunur 1929 cu ilde ise Azerbaycan Milli Merkezinden istefa vererek Polsaya yerlesir Daha sonra Almaniya Fransa Isvecre kimi olkelerde fealiyyet gosterir Mustafa bey Vekilov sagdan 4 cu Marsal Pilsudskinin mezarina eklil qoyan Qafqaz numayendeleri arasinda Krakov 1936 Mustafa bey bir muddet muhaciretde Mehemmed Emin Resulzadenin yaninda yer alsa da sonradan mueyyen problemler neticesinde ondan ayrilir Turkiyede yasadigi dovrde Odlu yurd Azeri Turk Yeni Qafqaziyye Yurd bilgisi kimi qezet ve jurnallarda meqaleler yazir Resulzade qanadindan ayrildiqdan sonra esasen Mucahit jurnali ile emekdasliq edir oradaki milletci siyasi muhacirlerle yaxinlasir Ikinci Dunya muharibesinin sonlarinda o Turkiyenin Amasya seherine gelir Daha sonra Ankaraya geden Vekilov Vilayetler Bankinin bas huquq meslehetcisi olur Ataturkun defninde1938 ci ilde Mustafa Kamal Ataturk vefat edir Dunyanin muxtelif olkelerinden cenaze torenine qatilanlar olur Elece de Sovet Ittifaqi numayendelik gonderir Ataturkun olumu muhaciretdeki azerbaycanlilari da kederlendirir Mustafa Vekiloglu Mucahit jurnalinda yazdigi Boyuk Ataturk adli meqalesinde o gunleri bele xatirlayirdi Qara xeber duyulan kimi dostlarla Istanbulda toplandiq Hamimiz cox kederli perisan ve casqin bir halda idik Icimizde en yaslimiz eski vekillerimizden olan rehmetlik Xelil bey Xasmemmedli aglayirdi Mustafa bey Vekilov Dolmabaxca sarayina gederek xatire defterine azerbaycanlilar adindan bassagligi yazir sonra cenaze kortejine qatilmaq ucun muraciet edir lakin redd cavabi alir Cenaze kortejinde istirak edecek resmi Sovet heyetinin yaninda bir de sizin Azerbaycan milletcilerinin bir heyet halinda qatilmasi teessuf ki imkansizdir Ankara ile elaqe yaradan M Vekilov fikrini bele esaslandirir Ataturk butun turklerin milli qehremanidir Onun cenazesinde istirak etmekden bizi mehrum etmek boyuk bir haqsizliq olar ve butun azerbaycanlilari qelblerinden yaralamis olarsiniz Nehayet Vekilov icazeni ala bilir ve defnde istirak edirler M Vekilov yazir Sabahin cox erken saatlarinda Dolmabaxca sarayinin onune geldik kortejdeki yerimizi aldiq Istanbul Universitetinden olan iki azerbaycanli gencimiz Yarali azerbaycanlilar yazili celengimizi dasiyirdilar arxalarindan eski vekillerimizden rehmetlik doktor Xosrov beyle men yuruyurduk Sabahki Istanbul qezetlerinden biri canliligi ve gozelliyi ile goze carpan celenglerden biri de azerbaycanlilarin celengi idi deye yazmisdi Kennedinin olumune bassagligi1963 cu il noyabrin 22 si ABS nin 35 ci prezidenti Con Kennedi Dallas seherinde Li Harvi Osvaldin acdigi ates neticesinde qetle yetirilir Noyabrin 25 de Kennedi Vasinqtonda Arlinqton milli qebiristanliginda defn edilir Dunya dovletleri taninmis sexsler bas veren hadise ile bagli Amerika sefirliklerine axisir xatire defterine kederli bassagligi metnleri yazirlar 1963 cu il noyabrin 24 de Ankaradaki Amerika sefirliyine yaxinlasan bir sexs bu setirleri qeyd edir Esir milletlerin semimi dostu boyuk liderin eziz xatiresine derin hormetler Mustafa Vekiloglu Azerbaycan sabiq Daxili Isler naziri Mustafa bey Vekilov Azerbaycan icmasi adindan yeni prezident Lindon Consona teleqraf gonderir Esir milletlerin semimi dostu boyuk lider Kennedinin facieli olumu munasibetile semimi qelbden bassagligi bildirirem M Vekilovun xatirelerindenMustafa bey Vekilovun Ankaradaki qebri 1962 ci ilin 28 aprelinde Mustafa bey Vekilov Turk Ocaginda teskil edilen merasimde Turkiyenin Polsada sefiri olmus sair Yehya Kamal beyle yasanan maraqli bir xatiresinden behs edir Vekilov yazir ki Kamal beyle ara sira goruserken milli problemlerden iztirablardan behs edir bu movzular etrafinda muzakire aparirdiq Bir gun mene dedi ki Mustafa bey turkun muqeddarati yalcin bir qayadir Tarix boyunca cox dalgalar ona cirpilib feqet parcalanaraq cekilib gedib Moskvanin azgin dalgalari da bu gun Azerbaycan turkunun yalcin qayasina cirpilmaqdadir Cox uzulmeyin bir gun o dalgalar da qirilacaq ve dagilacaq OlumuMustafa bey Vekilov 1965 ci il noyabrin 1 de 69 yasinda Ankarada vefat etmisdir Ankarada defn olunmusdur XatiresiHaqqinda film cekilmisdir Filmde xalq sairi Vaqif Semedoglu tedqiqatci jurnalist Ismayil Umudlu tarix elmler namizedi Iltifat Eliyarli Mustafa bey Vekilovun oglu Nadir Vekiloglu qizi Serpil Vekiloglu tarix elmler doktoru professor Xaleddin Ibrahimli ve b danismisdir Sekil qalereyasi Mustafa bey telebe yoldaslari ile Azerbaycan qezetinin redaksiyasinda Turkiyede Azerbaycan siyasi muhacirleri ile Mustafa bey Vekilov ikinci sirada sagdan ikinci azerbaycanli muhacirlerle birge Son illerine aid sekilTedqiqatcilariIsmayil Umudlu Edalet Tahirzade Nesiman Yaqublu Dilqem Ehmed Enver Cingizoglu Akif AsirliMenbeIsmayil Umudlu Vekilogullari Baki QAPP poliqraf nesriyyati 2003 seh 55 61 Hemcinin baxMemmedrza aga Vekilov Fexri Vekilov Mensur Vekilov Rehim bey Vekilov Medine xanim Qiyasbeyli Vekilova Mehdixan Vekilov Semed Vurgun Yusif Semedoglu Vaqif Semedoglu Cavansir Vekilov Balo bey VekilovIstinadlar Arxivlenmis suret 2018 05 14 tarixinde Istifade tarixi 2018 04 27 Potanin Akrepleri Konya deplasmaninda 2023 08 01 tarixinde Istifade tarixi 2018 10 31 Mustafa Vekiloglu az 2018 10 31 tarixinde Istifade tarixi 2018 10 27