Azərbaycan Xalq Cəbhəsi və ya qısaca AXC — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı. 1995-ci il parlament seçkilərinə siyasi partiya kimi qatılmaq məqsədiylə 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq təsis edilərək tarixə qovuşmuşdur.
Azərbaycan Xalq Cəbhəsi | |
---|---|
Sədri | Əbülfəz Elçibəy |
Quruluş tarixi | 16 iyul 1989 |
Qeydiyyat tarixi | 5 oktyabr 1989 |
Dağılma tarixi | 1995 |
Bölünmə | Azərbaycan Sosial Demokrat Partiyası (1989-2023) Azərbaycan Demokrat Partiyası (1990) Ana Vətən Partiyası (1990) Azərbaycan İslam Partiyası (1991) Azərbaycan Ana Torpaq Partiyası (1992–1995) Azərbaycan Milli İstiqlal Partiyası (1992) Bozqurd Partiyası (1992–2023) Doğru Yol Partiyası (1992–1995) Vahid Azərbaycan Milli Birlik Partiyası (1992–2023) Vətəndaş Həmrəyliyi Partiyası (1992) Azərbaycan Yurddaş Partiyası(1993–2021) Ədalət Partiyası (1993) Vəhdət Partiyası (1994) |
Sələfi | Bakı Alimlər Klubu Varlıq təşkilatı Çənlibel təşkilatı |
Xələfi | Azərbaycan Xalq Cəbhəsi Partiyası |
Baş qərargah | Bakı |
İdeologiya | Liberalizm (Quruluş dövründə) Azərbaycan milliyətçiliyi Türkçülük Antikommunizm |
Parlamentdə | 45 / 360 Azərbaycan SSR Ali Sovetinin XII çağırışı |
Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet İttifaqı hüdudları daxilində bir sıra iqtisadi, siyasi, o cümlədən sosial islahat hərəkatlarının start götürməsi nəticəsində keçmişdə tabu hesab olunan bir sıra ictimai debatların geniş vüsət alması, müstəqillik nöqteyi-nəzərindən müttəfiq respublikaların vətəndaşları üçün yeni perspektivlər vəd edirdi. SSRİ-nin demək olar ki, əksər bölgələrində elmi cəmiyyətlərdə və siyasi klublarda cəmlənmiş ziyalı seqmenti daha sonra "Xalq cəbhələri" olaraq adlanacaq siyasi qurumların inzibati aparatlarının, habelə ideoloji əsaslarının özəyini formalaşdırırdı. Azərbaycan SSR-də də bu hal "Perestroyka" və "Qlastnost" dalğasının gətirdiyi yeni mühitdə özünü aşkar büruzə verməyə başladı. Artıq müxtəlif tələbə təşkilatlarında, elmi və siyasi diskusiya klublarında SSRİ çərçivəsində Azərbaycanın suverenliyi məsələləri də müzakirə olunurdu. Belə bir şəraitdə, Estoniya Xalq Cəbhəsi modelində Azərbaycan Xalq Cəbhəsini formalaşdırmaq üçün 1988-ci ildə Bakı Alimlər klubunda bir qrup ziyalı tərəfindən Təşəbbüs qrupu yaradıldı. Ardınca təbliğat prosesi başladı və "Varlıq", "Çənlibel" kimi yarımleqal təşkilatlar da təşəbbüs qrupuna qoşuldular. Azərbaycan Xalq Cəbhəsi 16 iyul 1989-cu ildə təsis olunmuş və "Elçibəy" təxəllüslü Əbülfəz Əliyev sədr seçilmişdir. 5 oktyabr 1989-cu ildə isə təşkilat rəsmən dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq, 1989–1993-cü illərdə Azərbaycandakı ictimai-siyasi proseslər üzərində əhəmiyyətli təsirə malik olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan SSR Ali Sovetində 45 deputatla təmsil olunmuş, 1992-ci ilin mayında Azərbaycanda hərbi dövlət çevrilişi reallaşdıraraq hakimiyyəti ələ almış və həmin ayda keçirilən Prezident seçkilərində namizədi Əbülfəz Elçibəylə qalib olmuşdur. Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyanatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.
Azərbaycan Xalq Cəbhəsi 1992-ci ilin iyunundan 1993-cü ilin iyununa kimi hakimiyyətdə olmuş və bu dövr ərzində milli valyutanın dövriyəyə buraxılması, ali təhsil müəssisələrinə qəbulda test üsulunun tətbiqi, dövlət əmlakının özəlləşdirilməsi kimi əhəmiyyətli addımlar atılmışdır. Lakin Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin mahiyyətcə vəd etdiyi ölçüdə ciddi dəyişikliklər edə bilməməsi, kadr siyasətindəki uyğunsuzluqlar, korrupsiya və rüşvətxorluq, mətbuat nümayəndələrinə qarşı zorakılıqlar, təhlükəsizlik problemləri və Qarabağ müharibəsindəki müvəffəqiyyətsizlik onun tənqid olunan cəhətləri arasındadır.
Azərbaycan Xalq Cəbhəsindən bölünmələr Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Demokrat Partiyası və Ana Vətən Partiyası ilə başlamış, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında AXCP-nin yaradılması ilə yekunlaşmışdır.
Tarixi
Zəmin
Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı. 1988-ci ilin aprelin 13-də Estoniya televiziyasının "Bir daha fikirləşək" proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı. Belə ki, 1988-ci ilin oktyabr ayının 1–2-də Estoniyanın Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin təsis konfransı keçirilmişdir. 1988-ci ilin yayında Bakı Alimlər Klubunda (BAK) birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı. Onun əsas şüar SSRİ daxilində suverenlik qazanmaq idi. 1988-ci ilin avqust-iyul aylarında Azərbaycan Xalq Cəbhəsinin yaradılması haqqında müzakirələr gedir, gizli toplantılara gələnlərin sayı get-gedə artırdı.
1988-ci ilin oktyabrın 13-də Üzeyir Hacıbəylinin ev muzeyində 37 yerlik zirzəmiyə 60-a yaxın adam toplaşir. Toplantıda Azərbaycan Xalq Cəbhəsinin Baki Alimlər Klubunun üzvü Zərdüşt Əlizadə tərəfindən hazırlanmış ilkin proqramı müzakirə edilir. Toplantıda iştirak edən Xudu Məmmdov ürək tutmasından vəfat edir. Toplantı yarımçıq qalır.
1988-ci ilin noyabr mitinqlərində Bakı Alimlər Klubunun üzvləri Azərbaycan Xalq Cəbhəsinin yaradılması təbliğatı ilə məşğul olur, Azərbaycan Xalq Cəbhəsinin ilk proqramını paylayırdılar. Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupuna Bakı Alimlər Klubundan əlavə ilk qoşulan təşkilatlar "Varlıq" və "Çənlibel" təşkilatları olub.
1989-cu ilin fevralın 25-də A. Salamovanın evində Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupunun ilk toplantısı keçirildi. Müvəqqəti Təşəbbüs Mərkəzinin və Koordinasiya Şurasının üzvləri seçildi.
Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvləri:
- Arzu Abdullayeva
- Ağamalı Sadiq
- Fəxrəddin Ağayev
- Sabit Bağırov
- Sənubər Bağırova
- Tofiq Qasımov
- İsa Qəmbərov
- Məhəmmədhəsən Qəmbərov
- Anatoli Qraçov
- Müslüm Eldarov
- Vurğun Əyyubov
- Zərdüşt Əlizadə
- Əbülfəz Əliyev
- Altay Əfəndiyev
- Nəriman Zülfüqarov
- Leyla Yunusova
- Vahab Manafov
- Nəcəf Nəcəfov
- Ağacavad Salamov
- Vaqif Səfixanov
- Georgi Tkaçenko
- Canbaxış Umudov
- Hikmət Hacızadə
- Pənah Hüseynov
- Zəminə Cabbarova
Azərbaycan Xalq Cəbhəsi Koordinasiya Şurasının üzvləri ("Varlıq"=V; "Bakı Alimlər Klubu"=BAK) :
- Əbülfəz Əliyev (V)
- Nəcəf Nəcəfov (V)
- İsa Qəmbərov (V)
- Pənah Hüseynov (V)
- Vurğun Əyyubov (V)
- Tofiq Qasımov (BAK)
- Hikmət Hacızadə (BAK)
- Leyla Yunusova (BAK)
- Zərdüşt Əlizadə (BAK)
- Ağacavad Salamov (BAK)
Həmçinin şuranın nizamnaməsi hazırlandı. Bir neçə ay ərzində Şura Azərbaycan Xalq Cəbhəsinin proqram və nizamnamə layihəsini işləyib hazırladı.
Həmin dövrdə Azərbaycan ictimaiyyətini Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin fəaliyyəti ilə məlumatlandırmaq üçün Azərbaycan və rus dillərində "samizdat" olaraq "Azərbaycan Xalq Cəbhəsi bülleteni" nəşr olunmağa başladı.
Təsisi
1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində olan "Xeyir-şər" mərasim evində yarıleqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir.
Konfransda Azərbaycan Xalq Cəbhəsinin Mərkəzi Məclisi, İdarə Heyəti və Ağsaqqallar Şurasına üzvlər seçilmişdir.
Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri:
Həmçinin Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu və Tağı Xalisbəylidən ibarət Azərbaycan Xalq Cəbhəsi Ağsaqqalllar Şurası təşkil olunmuşdur.
İclasda keçirilən açıq səsvermədə Əbülfəz Elçibəy 9 əleyhinə, əksəriyyət lehinə olmaqla Azərbaycan Xalq Cəbhəsi sədri seçilmişdir. Nizamnaməyə uyğun olaraq Əbülfəz Elçibəy sədr seçildikdən sonra İdarə Heyəti üzvlüyündən çıxmışdır.
Konfrans adından aşağıdakı qətnamələr qəbul edilmişdir.
- Azərbaycan Xalq Cəbhəsinin təsisi haqqında
- Azərbaycan SSR-in dövlət suverenliyi haqqında
- Azərbaycan SSR-in dövlət iqtisadiyyatı haqqında
- Azərbaycan demokratik Respublikası haqqında
- Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə forması haqqında
- Azərbaycan SSR-in bəzi yerlərindəki xüsusi vəziyyət haqqında
- Siyasi məhbuslar haqqında.
- Türk xalqlarının müasir dövrdə vəziyyəti və vəzifələri haqqında
- SSRİ-də milli mübnasibətlər haqqında
- Ölkədəki ictimai-siyasi vəziyyət haqqında
Azərbaycan SSR-in dövlət suverenliyi haqqında qətnamədə deyilir:
Azərbaycan Xalq Cəbhəsi SSRİ tərkibində qalmaqla respublikanın suverenliyinə nail olmaq perspektivini yalnız inqilabi yenidənqurma proseslərinin davam etməsi şəraitində mümkün hesab edir. Yenidənqurma baş tutmayacağı halda Azərbaycanın tam dövlət suverenliyi uğrunda mübarizəyə başlayacaqdır. |
Konfransda qəbul olunan proqramın "Ümumi prinsipləri"ndə 'Azərbaycan Xalq Cəbhəsinin respublika əhalisinin yenidənqurma və ölkənin həyatının demokratikləşdirilməsi uğrunda mübarizə aparan ictimai təşkilat olduğu qeyd olunsa da, sonradan dəyişiklik edilmiş Məramnamə və Nizamnamədə Azərbaycan Xalq Cəbhəsinin müstəqil, vahid, demokratik Azərbaycan uğrunda mübarizə aparan şəxsləri və qurumları birləşdirən ictimai-siyasi təşkilat olduğu deyilirdi.
5 oktyabr 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Azərbaycan SSR Nazirlər Sovetinin 404 №-li qərarı ilə rəsmi dövlət qeydiyyatına alınmışdır.
I Qurultay
Azərbaycan Xalq Cəbhəsinin I Qurultayı 1991-ci ilin iyul ayının 13-dən 17-sinədək Bakı şəhərində keçirilmişdir. Qurultayda Azərbaycan Xalq Cəbhəsinin Nizamnaməsi qəbul olundu. Nizamnamənin 6-cı bəndinə əsasən İdarə Heyəti ləğv olunaraq onun əvəzinə sədrin təqdimatı ilə təşkil olunan, icra aparatı funksiyası görən İcraiyyə Komitəsi yaradılmışdır. Həmçinin nizamnamənin digər bəndlərinə əsasən sədrin təyin etdiyi şəxslərdən ibarət Məsləhət Şurası təsis edildi və sədr müavini postu yaradıldı. Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü Pənah Hüseyn "Dəyişiklikdən məqsəd icra orqanının daha da gücləndirilməsi, eyni zamanda Məclisin qərarverici, sərəncamverici rolunun artırılması idi. Keçmiş İdarə Heyəti həm qərar verir, həm də bu qərarı yerinə yetirirdi. Bu isə icra orqanı kimi onun işini çətinləşdirirdi. Həmin dolaşıq məsələ qurultayda öz həllin tapdı və icra orqanlarının səlahiyyət həddi dəqiq müəyyən olundu." şəklində mediaya müsahibə vermişdir.
17 iyul 1991-ci il tarixində I Qurultaya fasilə verildi. Fasilədən sonrakı dövrdə İsa Qəmbər sədrin təşkilat məsələləri üzrə müavini, Tofiq Qasımov xarici əlaqələr üzrə müavini, İsgəndər Həmidov Qarabağ və sərhəd rayonları üzrə müavin, Pənah Hüseyn isə Azərbaycan Xalq Cəbhəsi Analitik Mərkəzinin sədri təyin olundu. Nizamnaməyə əsasən təyinatlar Ali Məclis tərəfindən təsdiqlənməli idi. Bu səbəbdən təyinatlat təsdiqlənənədək kollegial orqan Müvəqqəti İcraiyyə Komitəsi adlandı, lakin dövrün mediasında Müvəqqəti İcraiyyə Komitəsi üzvləri Azərbaycan Xalq Cəbhəsi Nizamnaməsinin VI.13 maddəsinə zidd olaraq (Azərbaycan Xalq Cəbhəsi İcra Aparatının səlahiyyətlərinin əsanamə ilə müəyyən edilməsi barədə tələbin pozulması qeyd olundu və sədr müavinlərinin qurultay tərəfindən seçilmədiyi halda bu adla çıxış etmələri) özlərini İcraiyyə Komitəsinin üzvü kimi təqdim etmələri tənqid olundu və bununla bağlı 27 sentyabr 1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Nəzarət-Təftiş Komissiyasında qərar qəbul olundu. Bununla bağlı 5 oktyabr 1991-ci il tarixinə Azərbaycan Xalq Cəbhəsi Məclisinin sessiyası çağrıldı.
Azərbaycan Xalq Cəbhəsi Məclisin 5 oktyabr tarixli iclasında İsa Qəmbər, Tofiq Qasımov və İsgəndər Həmidovun sədr müavini təyinatları təsdiq edildi.
Azərbaycan Xalq Cəbhəsi Məclisinin 17 noyabr tarixli sessiyasında Tofiq Qasımov Milli Məclisdə fəaliyyətinin daha çox fayda verəcəyini düşündüyünü bildirərək Azərbaycan Xalq Cəbhəsindəki vəzifələrindən istefa verdi.
2 dekabr 1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi sədrinin 3 saylı sərəncamı ilə Azərbaycan Xalq Cəbhəsi sədrinin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi sədrinin müavinləri, şöbə müdirləri və sədrin təyin etdiyi ayrı ayrı şəxslərdən ibarət Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsi yaradıldı. 4 saylı sərəncamla isə 10 nəfərdən ibarət İcraiyyə Komitəsi tərkibi yaradıldı və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin təsdiqinə verildi.
Azərbaycan Xalq Cəbhəsinin I Qurultaynın davamı 1992-ci ilin yanvar ayında keçirilmişdir. Qurultayda Azərbaycan Xalq Cəbhəsinin yeni Nizamnaməsi tam mətndə təsdiq edilmiş və Azərbaycan Xalq Cəbhəsi sədri Pənah Hüseynin Azərbaycan Xalq Cəbhəsi Analitik Mərkəzinin rəhbəri vəzifəsində saxlanılmaqla Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam vermişdir.
Parçalanma və partiyalaşma
4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 21 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır. 24 iyun 1993-cü il tarixində isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür. Heydər Əliyev 30 iyul 1993-cü il tarixində qiyamçı Surət Hüseynovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etmişdir. Heydər Əliyev daha sonra növbədənkənar prezident seçkiləri təyin etmişdir. 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində 3 namizəd arasından Heydər Əliyev 98,6% səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Baş verən bu hadisələr Azərbaycan Xalq Cəbhəsi daxilində də gərginliklərə və qruplaşmalara səbəb olmuşdur. Belə ki, təşkilat daxilində bazasından gələn qrup birgə fəaliyyət göstərməyə başlamışdır. Kütləvi informasiya vasitələrində "yurdçular" olaraq tanınan bu qrup daha sonralar "islahatçılar" olaraq adlandırılmağa başlandı. Bu qrupun təmsilçiləri o dövrdə parlament jurnalisti olan, daha sonra isə AXC sədrinin birinci müavini olan Əli Kərimli, AXC Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, AXC-nin sədr müavinləri Asim Mollazadə və Cəmil Həsənli, Rəyasət Heyəti üzvü Qüdrət Həsənquliyev kimi şəxslər idi. Digər bir qrup olan "klassiklər"də isə AXC-nin sədr müavini Mirmahmud Mirəlioğlu, daha sonralar yaradılan AXCP Gənclər Komitəsinin ilk sədri Oqtay Güləliyev, baş nazirin sabiq müavini Kamil Vəli Nərimanoğlu, sabiq nazir , müğənni Flora Kərimova, hüquq müdafiəçisi Novella Cəfəroğlu kimi şəxslər təmsil olunmuşdur.
Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyət müddəti tamamlandıqdan sonra həm yeni və ilk dəfə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə bağlı referendum, həm də Azərbaycan Respublikasının Milli Məclisinin təsis edilərək bu quruma millət vəkillərinin seçilməsi üçün parlament seçkiləri keçirilməsi qərarlaşdırıldı. 125 deputatdan 100-nün majoritar, 25-nin isə ümumrespublika üzrə vahid proporsional sistemlə seçildiyi 1995-ci parlament seçkilərində rəsmi şəkildə siyasi partiyaların iştirakına icazə verilsə də, ictimai təşkilatların iştirakı qanunda yerini tapmadı. Bu səbəbdəb "yurdçular" Azərbaycan Xalq Cəbhəsinin partiyalaşması üçün fəaliyyətə keçdilər. Nəticədə 25 may 1995-ci ildə qurultay çağırıldı. Azərbaycan Xalq Cəbhəsi bu qurultayda partiyalaşaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrildi. 1 sentyabr 1995-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.
Təşkilat
Sədr
Sədr | Başlanğıc müddəti | Bitmə müddəti | |
---|---|---|---|
1. | 16 iyun 1989 | 1995 |
Naxçıvan Xalq Cəbhəsi
Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Muxtar Respublikası (Naxçıvan Muxtar Sovet Sosialist Respublikası) şöbəsi Naxçıvan Xalq Cəbhəsi olaraq da adlanırdı. Naxçıvan Xalq Cəbhəsinə 1991-ci ildə keçirilən konfransa Arif Rəhimov, 1992-ci ilin oktyabrnda isə Asəf Quliyev sədr seçilmişdir. 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri olmuş Fərəc Quliyev 1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olmuşdur.
1990-cı il Naxçıvan MSSR Ali Sovetinə keçirilən seçkilərdə Naxçıvan Xalq Cəbhəsi uğur qazanmışdır. Ali Sovetdə Naxçıvan Xalq Cəbhəsinin üzvləri Heydər Əliyevin sədr namizədliyini dəstəkləmiş, sədrliyə seçilən Azərbaycan Kommunist Partiyası üzvü Heydər Əliyev Naxçıvan Xalq Cəbhəsinin üzvlərini (Qafar Məmmədov, Asəf Kələntərli və başqaları) Ali Sovetin sədr müavinləri təyin etmişdir.
Seçkilərdə
Parlament seçkiləri
Azərbaycan
| Naxçıvan
|
|
Prezident Seçkiləri
Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 1992-ci ildə baş tutan Prezident seçkilərində qalib gəlib və 1992–1993-cü illərdə Azərbaycan Prezidenti olub.
Konfrans və qurultayları
Qurultay/Konfrans | Tarix | Seçilən sədr | Namizəd |
---|---|---|---|
Azərbaycan Xalq Cəbhəsi (1989–1995) | |||
Təsis Konfransı | 16 iyul 1989 | Əbülfəz Elçibəy | Əbülfəz Elçibəy |
II Konfrans | 10 dekabr 1989 | - | - |
I Qurultay | 13–17 iyul 1991 yanvar 1992 | - | - |
Təltifləri
1990-cı ilin fevral ayında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi "Məhəmməd Əmin Rəsulzadə mükafatı" təsis edildi. İdarə Heyəti Məhəmməd Əmin Rəsulzadə mükafatını ilk olaraq milli-azadlıq hərəkatındakı xidmətlərinə görə iki şəxsə: görkəmli alim, vətənpərvər Xudu Məmmədova (ölümündən sonra) və "Azadlıq" radiosunun baş redaktoru Mirzə Xəzərə verilməsi qərarını yekdilliklə qəbul etdi. Qərar Əbülfəz Elçibəy tərəfindən imzalandı və eyni gün İdarə Heyətinin üzvü, yazıçı və ictimai-xadim Yusif Səmədoğlunun səsi ilə bu xəbər "Azadlıq" radiosundan yayıldı.
Rəmzləri
Azərbaycan Xalq Cəbhəsinin rəsmi logosunun təsviri belə idi:
Logosu
- Ağ bayrağın ortasında qara rəngdə AHC sözü yazılıb.
- AHC (Azərbaycan Halq Cəbhəsi).
- C hərfinin daxilində isə Azərbaycan bayrağı var.
Mənbə
İstinadlar
- Öztürk, Selim. "THE RISE AND FALL OF POPULAR FRONT OF AZERBAIJAN ( 1992–1993)". Türk Akademisi Dış Politika Araştırmaları (3). September 2013: 1. 2022-03-25 tarixində . İstifadə tarixi: 2021-12-07.
- "Did Perestroika Cause the Fall of the Soviet Union?". history.com (ingilis). History. 16 iyul 2018. 2021-04-25 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- ""Mən özüm Xalq Cəbhəsini onun üçün yaradırdım ki..." Zərdüşt Əlizadə". bbc.com (az.). BBC. 26 sentyabr 2019. 2021-07-17 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- ""AzTV-ni ələ keçirən silahlı dəstəyə mən rəhbərlik edirdim"". pia.az (az.). Poliqon İnformasiya Agentliyi. 9 aprel 2015. 11 sentyabr 2021 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "Tariximizi təhrif etməyə imkan verməyək - 1992-ci ilin prezident seçkiləri necə saxtalaşdırıldı?". olke.az (az.). "Ölkə.Az" xəbər agentliyi. 14 dekabr 2020. 2021-01-21 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "Rəsul Quliyev 1992-ci seçkilərini şübhəli adlandırdı TƏRS BAXIŞ". sia.az (az.). Səs İnformasiya Agentliyi. 1 fevral 2018. 2019-09-17 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "Köhnə təfəkkürlü müxalifət". old.xalqqazeti.com (az.). Xalq qəzeti. 13 aprel 2012. 2021-09-12 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- . hafta.az (az.). Həftə içi (qəzet). 1 dekabr 2010. 2021-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
- "Killer tutub məni öldürmək istəyirdilər"– 1992-ci il seçkiləri haqda Şok faktlar". publika.az (az.). "Publika.az" xəbər portalı. 7 iyun 2014. 2021-09-12 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "AXC hakimiyyətinin bir ili: Elçibəy hansı işləri gördü?". pia.az (az.). Poliqon İnformasiya Agentliyi. 8 iyun 2019. 2021-09-11 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "Test üsulu ilk dəfə Azərbaycana necə "gəldi"... - 27 il öncə "qəbul mafiyası" belə zərərsizləşdirilmişdi... - TARİX". azedu.az (az.). 9 avqust 2019. 2021-09-11 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "Pənah Hüseyn: "AXC hakimiyyəti inqilabi dəyişiklik edə bilmədi"". bbc.com (az.). BBC. 13 oktyabr 2019. 11 sentyabr 2021 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "Rektor, deputat, səfir, alim, mühacir... - Elçibəy hökumətinin nazirləri". teref.az (az.). 14 noyabr 2018. 2022-01-30 tarixində . İstifadə tarixi: 30 yanvar 2022.
- Cornell, Svante. The Rise and Fall of the Popular Front // Azerbaijan Since Independence (ingilis). M. E. Sharpe. 23 dekabr 2010. səh. 74. ISBN .
- "Bir adamın ölməkliyi: İsgəndər Həmidov olduğu kimi..." milli.az (az.). 30 yanvar 2019. 11 sentyabr 2021 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "Keçmiş nazir İsgəndər Həmidov onu tanıyanların xatirəsində necə qalacaq?". bbc.com (az.). BBC. 26 fevral 2020. 11 sentyabr 2021 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "Fəzail Ağamalı: «Bu gün əldə edilən uğurlar məhz iyunun 15-nə söykənir»". azadliq.org (az.). Azadlıq Radiosu. 15 iyun 2012. 15 iyun 2012 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- "Cavid Osmanov: "Torpaqlarımız bu şəxslərin yarıtmazlığı ucbatından işğal edildi"". pravda.az (az.). 25 Noyabr 2020. 2021-09-12 tarixində . İstifadə tarixi: 11 sentyabr 2021.
- AMAHE, 2018. səh. 618
- AMAHE, 2018. səh. 622
- AMAHE, 2018. səh. 621
- AMAHE, 2018. səh. 620
- AMAHE, 2018. səh. 623-624
- AMAHE, 2018. səh. 625
- AMAHE, 2018. səh. 633
- AMAHE, 2018. səh. 637
- AMAHE, 2018. səh. 635
- AMAHE, 2018. səh. 631
- AMAHE, 2018. səh. 636-637
- AMAHE, 2018. səh. 639
- Azərbaycan Xalq Cəbhəsinin Məramnamə və Nizamnaməsi. Bakı, 1992. səh. 3.
- "Pənah Hüseyn yazdı: "AXC İcraiyyə Komitəsi"-TARİX". 2023-02-22 tarixində . İstifadə tarixi: 2023-02-22.
- "H. Ə. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-03-10 tarixində . İstifadə tarixi: 2023-12-24.
- "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-12-25 tarixində . İstifadə tarixi: 2023-12-24.
- "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2022-11-19 tarixində . İstifadə tarixi: 2023-12-24.
- Schmemann, 1993, The New York Times
- Library of Congress
- "S. D. Hüseynovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az (ingilis). 2022-11-13 tarixində . İstifadə tarixi: 2023-12-24.
- "AXCP - Əli Kərimli timsalında parçalanma sindromunu yaşayan ilk siyasi təşkilat". Sesqazeti.az (az.). 2016-07-21. 2023-12-25 tarixində . İstifadə tarixi: 2023-12-24.
- modern.az. "AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA". modern.az (az.). 2023-12-25 tarixində . İstifadə tarixi: 2023-12-24.
- "Dövlət qeydiyyatına alınmış siyasi partiyalar | Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az. 2023-07-22 tarixində . İstifadə tarixi: 2023-12-25.
- "Arxivlənmiş surət". 2022-07-24 tarixində . İstifadə tarixi: 2021-09-12.
- "Arxivlənmiş surət". 2021-09-12 tarixində . İstifadə tarixi: 2021-09-12.
- Mehdi Məmmədovun xatirələri [ölü keçid]
- Elnur Məmmədli. "Partiyaların simvolları – ARAŞDIRMA" ( (az.)). lent.az. 2009-12-05. 2009-12-08 tarixində . İstifadə tarixi: 2019-12-13.
Ədəbiyyat
- Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 1000.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax AXC deqiqlesdirme AXCP ile sehv salmayin Azerbaycan Xalq Cebhesi ve ya qisaca AXC Azerbaycan Milli Azadliq herekatinin ve 1993 cu ile qederki dovrun aparici ictimai siyasi teskilati 1995 ci il parlament seckilerine siyasi partiya kimi qatilmaq meqsediyle 1995 ci ilde Azerbaycan Xalq Cebhesi Partiyasi AXCP olaraq tesis edilerek tarixe qovusmusdur Azerbaycan Xalq CebhesiSedri Ebulfez ElcibeyQurulus tarixi 16 iyul 1989Qeydiyyat tarixi 5 oktyabr 1989Dagilma tarixi 1995Bolunme Azerbaycan Sosial Demokrat Partiyasi 1989 2023 Azerbaycan Demokrat Partiyasi 1990 Ana Veten Partiyasi 1990 Azerbaycan Islam Partiyasi 1991 Azerbaycan Ana Torpaq Partiyasi 1992 1995 Azerbaycan Milli Istiqlal Partiyasi 1992 Bozqurd Partiyasi 1992 2023 Dogru Yol Partiyasi 1992 1995 Vahid Azerbaycan Milli Birlik Partiyasi 1992 2023 Vetendas Hemreyliyi Partiyasi 1992 Azerbaycan Yurddas Partiyasi 1993 2021 Edalet Partiyasi 1993 Vehdet Partiyasi 1994 Selefi Baki Alimler Klubu Varliq teskilati Cenlibel teskilatiXelefi Azerbaycan Xalq Cebhesi PartiyasiBas qerargah Baki BakiIdeologiya Liberalizm Qurulus dovrunde Azerbaycan milliyetciliyi Turkculuk AntikommunizmParlamentde 45 360 Azerbaycan SSR Ali Sovetinin XII cagirisi Oten esrin 80 ci illerinin ortalarindan etibaren Sovet Ittifaqi hududlari daxilinde bir sira iqtisadi siyasi o cumleden sosial islahat herekatlarinin start goturmesi neticesinde kecmisde tabu hesab olunan bir sira ictimai debatlarin genis vuset almasi musteqillik noqteyi nezerinden muttefiq respublikalarin vetendaslari ucun yeni perspektivler ved edirdi SSRI nin demek olar ki ekser bolgelerinde elmi cemiyyetlerde ve siyasi klublarda cemlenmis ziyali seqmenti daha sonra Xalq cebheleri olaraq adlanacaq siyasi qurumlarin inzibati aparatlarinin habele ideoloji esaslarinin ozeyini formalasdirirdi Azerbaycan SSR de de bu hal Perestroyka ve Qlastnost dalgasinin getirdiyi yeni muhitde ozunu askar buruze vermeye basladi Artiq muxtelif telebe teskilatlarinda elmi ve siyasi diskusiya klublarinda SSRI cercivesinde Azerbaycanin suverenliyi meseleleri de muzakire olunurdu Bele bir seraitde Estoniya Xalq Cebhesi modelinde Azerbaycan Xalq Cebhesini formalasdirmaq ucun 1988 ci ilde Baki Alimler klubunda bir qrup ziyali terefinden Tesebbus qrupu yaradildi Ardinca tebligat prosesi basladi ve Varliq Cenlibel kimi yarimleqal teskilatlar da tesebbus qrupuna qosuldular Azerbaycan Xalq Cebhesi 16 iyul 1989 cu ilde tesis olunmus ve Elcibey texelluslu Ebulfez Eliyev sedr secilmisdir 5 oktyabr 1989 cu ilde ise teskilat resmen dovlet qeydiyyatina alinmisdir Azerbaycan Xalq Cebhesi faktiki olaraq 1989 1993 cu illerde Azerbaycandaki ictimai siyasi prosesler uzerinde ehemiyyetli tesire malik olmusdur Bunun neticesi kimi Azerbaycan SSR Ali Sovetinde 45 deputatla temsil olunmus 1992 ci ilin mayinda Azerbaycanda herbi dovlet cevrilisi reallasdiraraq hakimiyyeti ele almis ve hemin ayda kecirilen Prezident seckilerinde namizedi Ebulfez Elcibeyle qalib olmusdur Muxtelif dovrlerde sozugeden seckiler erefesinde ve sonrasinda Azerbaycan Xalq Cebhesi funksionerleri terefinden verilen beyanatlarin fonunda Azerbaycan Xalq Cebhesi lehine secki saxtakarligina yol verildiyine dair iddialar seslendirilmisdir Azerbaycan Xalq Cebhesi 1992 ci ilin iyunundan 1993 cu ilin iyununa kimi hakimiyyetde olmus ve bu dovr erzinde milli valyutanin dovriyeye buraxilmasi ali tehsil muessiselerine qebulda test usulunun tetbiqi dovlet emlakinin ozellesdirilmesi kimi ehemiyyetli addimlar atilmisdir Lakin Azerbaycan Xalq Cebhesi hakimiyyetinin mahiyyetce ved etdiyi olcude ciddi deyisiklikler ede bilmemesi kadr siyasetindeki uygunsuzluqlar korrupsiya ve rusvetxorluq metbuat numayendelerine qarsi zorakiliqlar tehlukesizlik problemleri ve Qarabag muharibesindeki muveffeqiyyetsizlik onun tenqid olunan cehetleri arasindadir Azerbaycan Xalq Cebhesinden bolunmeler Azerbaycan Sosial Demokrat Partiyasi Azerbaycan Demokrat Partiyasi ve Ana Veten Partiyasi ile baslamis 1995 ci ilde Azerbaycan Xalq Cebhesinin bazasinda AXCP nin yaradilmasi ile yekunlasmisdir TarixiZemin Azerbaycanda Xalq Cebhesinin yaradilmasi ideyasi Pribaltikadan qaynaqlanirdi 1988 ci ilin aprelin 13 de Estoniya televiziyasinin Bir daha fikirlesek proqraminda bele bir ideya seslenmis ve artiq oktyabr ayinda bu reallasmisdi yeni Xalq Cebhesi yaranmisdi Bele ki 1988 ci ilin oktyabr ayinin 1 2 de Estoniyanin Tallin seherinde Estoniya Xalq Cebhesinin tesis konfransi kecirilmisdir 1988 ci ilin yayinda Baki Alimler Klubunda BAK birlesmis Azerbaycan ziyalilarinin temsilcileri terefinden Pribaltika Xalq Cebhesi formasinda Azerbaycan Xalq Cebhesi yaratmaq ucun Tesebbus Qrupu yaradildi Onun esas suar SSRI daxilinde suverenlik qazanmaq idi 1988 ci ilin avqust iyul aylarinda Azerbaycan Xalq Cebhesinin yaradilmasi haqqinda muzakireler gedir gizli toplantilara gelenlerin sayi get gede artirdi 1988 ci ilin oktyabrin 13 de Uzeyir Hacibeylinin ev muzeyinde 37 yerlik zirzemiye 60 a yaxin adam toplasir Toplantida Azerbaycan Xalq Cebhesinin Baki Alimler Klubunun uzvu Zerdust Elizade terefinden hazirlanmis ilkin proqrami muzakire edilir Toplantida istirak eden Xudu Memmdov urek tutmasindan vefat edir Toplanti yarimciq qalir 1988 ci ilin noyabr mitinqlerinde Baki Alimler Klubunun uzvleri Azerbaycan Xalq Cebhesinin yaradilmasi tebligati ile mesgul olur Azerbaycan Xalq Cebhesinin ilk proqramini paylayirdilar Azerbaycan Xalq Cebhesi tesebbus qrupuna Baki Alimler Klubundan elave ilk qosulan teskilatlar Varliq ve Cenlibel teskilatlari olub 1989 cu ilin fevralin 25 de A Salamovanin evinde Azerbaycan Xalq Cebhesi Tesebbus Qrupunun ilk toplantisi kecirildi Muveqqeti Tesebbus Merkezinin ve Koordinasiya Surasinin uzvleri secildi Azerbaycan Xalq Cebhesi Muveqqeti Tesebbus Merkezinin uzvleri Arzu Abdullayeva Agamali Sadiq Fexreddin Agayev Sabit Bagirov Senuber Bagirova Tofiq Qasimov Isa Qemberov Mehemmedhesen Qemberov Anatoli Qracov Muslum Eldarov Vurgun Eyyubov Zerdust Elizade Ebulfez Eliyev Altay Efendiyev Neriman Zulfuqarov Leyla Yunusova Vahab Manafov Necef Necefov Agacavad Salamov Vaqif Sefixanov Georgi Tkacenko Canbaxis Umudov Hikmet Hacizade Penah Huseynov Zemine Cabbarova Azerbaycan Xalq Cebhesi Koordinasiya Surasinin uzvleri Varliq V Baki Alimler Klubu BAK Ebulfez Eliyev V Necef Necefov V Isa Qemberov V Penah Huseynov V Vurgun Eyyubov V Tofiq Qasimov BAK Hikmet Hacizade BAK Leyla Yunusova BAK Zerdust Elizade BAK Agacavad Salamov BAK Hemcinin suranin nizamnamesi hazirlandi Bir nece ay erzinde Sura Azerbaycan Xalq Cebhesinin proqram ve nizamname layihesini isleyib hazirladi Hemin dovrde Azerbaycan ictimaiyyetini Azerbaycan Xalq Cebhesi Muveqqeti Tesebbus Merkezinin fealiyyeti ile melumatlandirmaq ucun Azerbaycan ve rus dillerinde samizdat olaraq Azerbaycan Xalq Cebhesi bulleteni nesr olunmaga basladi Tesisi 1989 cu ilin iyulun 16 da Agamali Sadiq Efendinin 7 ci mikrorayondaki menzilinin heyetinde olan Xeyir ser merasim evinde yarileqal seraitde Azerbaycan Xalq Cebhesinin Tesis Konfransi kecirilmisdir Konfransin isinde Azerbaycanin 30 rayonundan mesveretci sesle 240 sesverme huququ ile 196 nefer istirak etmisdir Konfransda Azerbaycan Xalq Cebhesinin Merkezi Meclisi Idare Heyeti ve Agsaqqallar Surasina uzvler secilmisdir Azerbaycan Xalq Cebhesi Idare Heyetinin uzvleri Ebulfez Elcibey Tofiq Qasimov Isa Qemberov Penah Huseynov Sabit Bagirov Hikmet Hacizade Leyla Yunusova Zerdust Elizade Sulheddin Ekberov Elikram Humbetov Rehim Qaziyev Etibar Memmedov Necef Necefov Nemet Penahov Yusif Semedoglu Canbaxis Umudov Hemcinin Bextiyar Vahabzade Ismayil Sixli Sabir Rustemxanli Vaqif Semedoglu ve Tagi Xalisbeyliden ibaret Azerbaycan Xalq Cebhesi Agsaqqalllar Surasi teskil olunmusdur Iclasda kecirilen aciq sesvermede Ebulfez Elcibey 9 eleyhine ekseriyyet lehine olmaqla Azerbaycan Xalq Cebhesi sedri secilmisdir Nizamnameye uygun olaraq Ebulfez Elcibey sedr secildikden sonra Idare Heyeti uzvluyunden cixmisdir Konfrans adindan asagidaki qetnameler qebul edilmisdir Azerbaycan Xalq Cebhesinin tesisi haqqinda Azerbaycan SSR in dovlet suverenliyi haqqinda Azerbaycan SSR in dovlet iqtisadiyyati haqqinda Azerbaycan demokratik Respublikasi haqqinda Dagliq Qarabag Muxtar Vilayetinde xususi idare formasi haqqinda Azerbaycan SSR in bezi yerlerindeki xususi veziyyet haqqinda Siyasi mehbuslar haqqinda Turk xalqlarinin muasir dovrde veziyyeti ve vezifeleri haqqinda SSRI de milli mubnasibetler haqqinda Olkedeki ictimai siyasi veziyyet haqqinda Azerbaycan SSR in dovlet suverenliyi haqqinda qetnamede deyilir Azerbaycan Xalq Cebhesi SSRI terkibinde qalmaqla respublikanin suverenliyine nail olmaq perspektivini yalniz inqilabi yenidenqurma proseslerinin davam etmesi seraitinde mumkun hesab edir Yenidenqurma bas tutmayacagi halda Azerbaycanin tam dovlet suverenliyi ugrunda mubarizeye baslayacaqdir Konfransda qebul olunan proqramin Umumi prinsipleri nde Azerbaycan Xalq Cebhesinin respublika ehalisinin yenidenqurma ve olkenin heyatinin demokratiklesdirilmesi ugrunda mubarize aparan ictimai teskilat oldugu qeyd olunsa da sonradan deyisiklik edilmis Meramname ve Nizamnamede Azerbaycan Xalq Cebhesinin musteqil vahid demokratik Azerbaycan ugrunda mubarize aparan sexsleri ve qurumlari birlesdiren ictimai siyasi teskilat oldugu deyilirdi 5 oktyabr 1989 cu ilde Azerbaycan Xalq Cebhesi Azerbaycan SSR Nazirler Sovetinin 404 li qerari ile resmi dovlet qeydiyyatina alinmisdir I Qurultay Azerbaycan Xalq Cebhesinin I Qurultayi 1991 ci ilin iyul ayinin 13 den 17 sinedek Baki seherinde kecirilmisdir Qurultayda Azerbaycan Xalq Cebhesinin Nizamnamesi qebul olundu Nizamnamenin 6 ci bendine esasen Idare Heyeti legv olunaraq onun evezine sedrin teqdimati ile teskil olunan icra aparati funksiyasi goren Icraiyye Komitesi yaradilmisdir Hemcinin nizamnamenin diger bendlerine esasen sedrin teyin etdiyi sexslerden ibaret Meslehet Surasi tesis edildi ve sedr muavini postu yaradildi Azerbaycan Xalq Cebhesi Idare Heyetinin uzvu Penah Huseyn Deyisiklikden meqsed icra orqaninin daha da guclendirilmesi eyni zamanda Meclisin qerarverici serencamverici rolunun artirilmasi idi Kecmis Idare Heyeti hem qerar verir hem de bu qerari yerine yetirirdi Bu ise icra orqani kimi onun isini cetinlesdirirdi Hemin dolasiq mesele qurultayda oz hellin tapdi ve icra orqanlarinin selahiyyet heddi deqiq mueyyen olundu seklinde mediaya musahibe vermisdir 17 iyul 1991 ci il tarixinde I Qurultaya fasile verildi Fasileden sonraki dovrde Isa Qember sedrin teskilat meseleleri uzre muavini Tofiq Qasimov xarici elaqeler uzre muavini Isgender Hemidov Qarabag ve serhed rayonlari uzre muavin Penah Huseyn ise Azerbaycan Xalq Cebhesi Analitik Merkezinin sedri teyin olundu Nizamnameye esasen teyinatlar Ali Meclis terefinden tesdiqlenmeli idi Bu sebebden teyinatlat tesdiqlenenedek kollegial orqan Muveqqeti Icraiyye Komitesi adlandi lakin dovrun mediasinda Muveqqeti Icraiyye Komitesi uzvleri Azerbaycan Xalq Cebhesi Nizamnamesinin VI 13 maddesine zidd olaraq Azerbaycan Xalq Cebhesi Icra Aparatinin selahiyyetlerinin esaname ile mueyyen edilmesi barede telebin pozulmasi qeyd olundu ve sedr muavinlerinin qurultay terefinden secilmediyi halda bu adla cixis etmeleri ozlerini Icraiyye Komitesinin uzvu kimi teqdim etmeleri tenqid olundu ve bununla bagli 27 sentyabr 1991 ci il tarixinde Azerbaycan Xalq Cebhesi Nezaret Teftis Komissiyasinda qerar qebul olundu Bununla bagli 5 oktyabr 1991 ci il tarixine Azerbaycan Xalq Cebhesi Meclisinin sessiyasi cagrildi Azerbaycan Xalq Cebhesi Meclisin 5 oktyabr tarixli iclasinda Isa Qember Tofiq Qasimov ve Isgender Hemidovun sedr muavini teyinatlari tesdiq edildi Azerbaycan Xalq Cebhesi Meclisinin 17 noyabr tarixli sessiyasinda Tofiq Qasimov Milli Meclisde fealiyyetinin daha cox fayda vereceyini dusunduyunu bildirerek Azerbaycan Xalq Cebhesindeki vezifelerinden istefa verdi 2 dekabr 1991 ci il tarixinde Azerbaycan Xalq Cebhesi sedrinin 3 sayli serencami ile Azerbaycan Xalq Cebhesi sedrinin rehberliyi ile Azerbaycan Xalq Cebhesi sedrinin muavinleri sobe mudirleri ve sedrin teyin etdiyi ayri ayri sexslerden ibaret Azerbaycan Xalq Cebhesi Icraiyye Komitesi yaradildi 4 sayli serencamla ise 10 neferden ibaret Icraiyye Komitesi terkibi yaradildi ve Azerbaycan Xalq Cebhesi Ali Meclisinin tesdiqine verildi Azerbaycan Xalq Cebhesinin I Qurultaynin davami 1992 ci ilin yanvar ayinda kecirilmisdir Qurultayda Azerbaycan Xalq Cebhesinin yeni Nizamnamesi tam metnde tesdiq edilmis ve Azerbaycan Xalq Cebhesi sedri Penah Huseynin Azerbaycan Xalq Cebhesi Analitik Merkezinin rehberi vezifesinde saxlanilmaqla Azerbaycan Xalq Cebhesi Icraiyye Komitesinin sedri teyin edilmesi haqqinda serencam vermisdir Parcalanma ve partiyalasma 4 iyun Gence qiyaminin ardinca Azerbaycan Xalq Cebhesi sedri Azerbaycan Respublikasinin Prezidenti Ebulfez Elcibey paytaxti terk ederek doguldugu Keleki kendine getmisdir Cevrilisin lideri Suret Huseynov Naxcivan Muxtar Respublikasinin Ali Meclisinin sedri Heyder Eliyev ile ittifaq yaratmisdir Heyder Eliyev 15 iyun 1993 cu ilde Azerbaycan Respublikasi Ali Sovetinin sedri secilmisdir 21 iyun 1993 cu il tarixinde Azerbaycan Respublikasinin Milli Meclisi Azerbaycan Respublikasinin Prezidenti Ebulfez Elcibeye muraciet ederek onu oz isine geri cagirmisdir 24 iyun 1993 cu il tarixinde ise Ebulfez Elcibey fealiyyetini icra ede bilmediyi ucun prezidentin selahiyyetleri muveqqeti olaraq Heyder Eliyeve oturulmusdur Heyder Eliyev 30 iyul 1993 cu il tarixinde qiyamci Suret Huseynovu Azerbaycan Respublikasinin Bas naziri vezifesine teyin etmisdir Heyder Eliyev daha sonra novbedenkenar prezident seckileri teyin etmisdir 3 oktyabr 1993 cu il tarixinde kecirilen prezident seckilerinde 3 namized arasindan Heyder Eliyev 98 6 ses toplayaraq Azerbaycan Respublikasinin Prezidenti secilmisdir Bas veren bu hadiseler Azerbaycan Xalq Cebhesi daxilinde de gerginliklere ve qruplasmalara sebeb olmusdur Bele ki teskilat daxilinde bazasindan gelen qrup birge fealiyyet gostermeye baslamisdir Kutlevi informasiya vasitelerinde yurdcular olaraq taninan bu qrup daha sonralar islahatcilar olaraq adlandirilmaga baslandi Bu qrupun temsilcileri o dovrde parlament jurnalisti olan daha sonra ise AXC sedrinin birinci muavini olan Eli Kerimli AXC Ali Meclisinin sedri Qulamhuseyn Elibeyli AXC nin sedr muavinleri Asim Mollazade ve Cemil Hesenli Reyaset Heyeti uzvu Qudret Hesenquliyev kimi sexsler idi Diger bir qrup olan klassikler de ise AXC nin sedr muavini Mirmahmud Mirelioglu daha sonralar yaradilan AXCP Gencler Komitesinin ilk sedri Oqtay Guleliyev bas nazirin sabiq muavini Kamil Veli Nerimanoglu sabiq nazir mugenni Flora Kerimova huquq mudafiecisi Novella Ceferoglu kimi sexsler temsil olunmusdur Azerbaycan Respublikasi Ali Sovetinin selahiyyet muddeti tamamlandiqdan sonra hem yeni ve ilk defe hazirlanmis Azerbaycan Respublikasinin Konstitusiyasinin qebulu ile bagli referendum hem de Azerbaycan Respublikasinin Milli Meclisinin tesis edilerek bu quruma millet vekillerinin secilmesi ucun parlament seckileri kecirilmesi qerarlasdirildi 125 deputatdan 100 nun majoritar 25 nin ise umumrespublika uzre vahid proporsional sistemle secildiyi 1995 ci parlament seckilerinde resmi sekilde siyasi partiyalarin istirakina icaze verilse de ictimai teskilatlarin istiraki qanunda yerini tapmadi Bu sebebdeb yurdcular Azerbaycan Xalq Cebhesinin partiyalasmasi ucun fealiyyete kecdiler Neticede 25 may 1995 ci ilde qurultay cagirildi Azerbaycan Xalq Cebhesi bu qurultayda partiyalasaraq Azerbaycan Xalq Cebhesi Partiyasina cevrildi 1 sentyabr 1995 ci il tarixinde Azerbaycan Xalq Cebhesi Partiyasi Edliyye Nazirliyi terefinden dovlet qeydiyyatina alindi TeskilatSedr Sedr Baslangic muddeti Bitme muddeti1 Ebulfez Qedirqulu oglu Elcibey 16 iyun 1989 1995Naxcivan Xalq Cebhesi Azerbaycan Xalq Cebhesinin Naxcivan Muxtar Respublikasi Naxcivan Muxtar Sovet Sosialist Respublikasi sobesi Naxcivan Xalq Cebhesi olaraq da adlanirdi Naxcivan Xalq Cebhesine 1991 ci ilde kecirilen konfransa Arif Rehimov 1992 ci ilin oktyabrnda ise Asef Quliyev sedr secilmisdir 1989 1993 cu illerde Azerbaycan Xalq Cebhesi Ordubad rayon sobesinin sedri olmus Ferec Quliyev 1993 cu ilde Azerbaycan Xalq Cebhesi Icraiyye komitesinin sedri Ebulfez Elcibeyin 1 ci muavini olmusdur 1990 ci il Naxcivan MSSR Ali Sovetine kecirilen seckilerde Naxcivan Xalq Cebhesi ugur qazanmisdir Ali Sovetde Naxcivan Xalq Cebhesinin uzvleri Heyder Eliyevin sedr namizedliyini desteklemis sedrliye secilen Azerbaycan Kommunist Partiyasi uzvu Heyder Eliyev Naxcivan Xalq Cebhesinin uzvlerini Qafar Memmedov Asef Kelenterli ve basqalari Ali Sovetin sedr muavinleri teyin etmisdir SeckilerdeParlament seckileri Azerbaycan Secki Sedr Ses Faiz Meclis Sira 1990 Ebulfez Elcibey 45 360 Ana muxalifet 2 Naxcivan Secki Sedr Ses Mandat Mecllis Sira Ebulfez Elcibey Prezident Seckileri Azerbaycan Xalq Cebhesinin sedri Ebulfez Elcibey 1992 ci ilde bas tutan Prezident seckilerinde qalib gelib ve 1992 1993 cu illerde Azerbaycan Prezidenti olub Konfrans ve qurultaylariQurultay Konfrans Tarix Secilen sedr NamizedAzerbaycan Xalq Cebhesi 1989 1995 Tesis Konfransi 16 iyul 1989 Ebulfez Elcibey Ebulfez ElcibeyII Konfrans 10 dekabr 1989 I Qurultay 13 17 iyul 1991 yanvar 1992 Teltifleri1990 ci ilin fevral ayinda Azerbaycan Xalq Cebhesinin Idare Heyetinin qerari ile Azerbaycan Xalq Cebhesi Mehemmed Emin Resulzade mukafati tesis edildi Idare Heyeti Mehemmed Emin Resulzade mukafatini ilk olaraq milli azadliq herekatindaki xidmetlerine gore iki sexse gorkemli alim vetenperver Xudu Memmedova olumunden sonra ve Azadliq radiosunun bas redaktoru Mirze Xezere verilmesi qerarini yekdillikle qebul etdi Qerar Ebulfez Elcibey terefinden imzalandi ve eyni gun Idare Heyetinin uzvu yazici ve ictimai xadim Yusif Semedoglunun sesi ile bu xeber Azadliq radiosundan yayildi RemzleriAzerbaycan Xalq Cebhesinin resmi logosunun tesviri bele idi Logosu Ag bayragin ortasinda qara rengde AHC sozu yazilib AHC Azerbaycan Halq Cebhesi C herfinin daxilinde ise Azerbaycan bayragi var MenbeIstinadlar Ozturk Selim THE RISE AND FALL OF POPULAR FRONT OF AZERBAIJAN 1992 1993 Turk Akademisi Dis Politika Arastirmalari 3 September 2013 1 2022 03 25 tarixinde Istifade tarixi 2021 12 07 Did Perestroika Cause the Fall of the Soviet Union history com ingilis History 16 iyul 2018 2021 04 25 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Men ozum Xalq Cebhesini onun ucun yaradirdim ki Zerdust Elizade bbc com az BBC 26 sentyabr 2019 2021 07 17 tarixinde Istifade tarixi 11 sentyabr 2021 AzTV ni ele keciren silahli desteye men rehberlik edirdim pia az az Poliqon Informasiya Agentliyi 9 aprel 2015 11 sentyabr 2021 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Tariximizi tehrif etmeye imkan vermeyek 1992 ci ilin prezident seckileri nece saxtalasdirildi olke az az Olke Az xeber agentliyi 14 dekabr 2020 2021 01 21 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Resul Quliyev 1992 ci seckilerini subheli adlandirdi TERS BAXIS sia az az Ses Informasiya Agentliyi 1 fevral 2018 2019 09 17 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Kohne tefekkurlu muxalifet old xalqqazeti com az Xalq qezeti 13 aprel 2012 2021 09 12 tarixinde Istifade tarixi 11 sentyabr 2021 hafta az az Hefte ici qezet 1 dekabr 2010 2021 09 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 11 sentyabr 2021 Killer tutub meni oldurmek isteyirdiler 1992 ci il seckileri haqda Sok faktlar publika az az Publika az xeber portali 7 iyun 2014 2021 09 12 tarixinde Istifade tarixi 11 sentyabr 2021 AXC hakimiyyetinin bir ili Elcibey hansi isleri gordu pia az az Poliqon Informasiya Agentliyi 8 iyun 2019 2021 09 11 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Test usulu ilk defe Azerbaycana nece geldi 27 il once qebul mafiyasi bele zerersizlesdirilmisdi TARIX azedu az az 9 avqust 2019 2021 09 11 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Penah Huseyn AXC hakimiyyeti inqilabi deyisiklik ede bilmedi bbc com az BBC 13 oktyabr 2019 11 sentyabr 2021 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Rektor deputat sefir alim muhacir Elcibey hokumetinin nazirleri teref az az 14 noyabr 2018 2022 01 30 tarixinde Istifade tarixi 30 yanvar 2022 Cornell Svante The Rise and Fall of the Popular Front Azerbaijan Since Independence ingilis M E Sharpe 23 dekabr 2010 seh 74 ISBN 978 0 7656 3002 5 Bir adamin olmekliyi Isgender Hemidov oldugu kimi milli az az 30 yanvar 2019 11 sentyabr 2021 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Kecmis nazir Isgender Hemidov onu taniyanlarin xatiresinde nece qalacaq bbc com az BBC 26 fevral 2020 11 sentyabr 2021 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Fezail Agamali Bu gun elde edilen ugurlar mehz iyunun 15 ne soykenir azadliq org az Azadliq Radiosu 15 iyun 2012 15 iyun 2012 tarixinde Istifade tarixi 11 sentyabr 2021 Cavid Osmanov Torpaqlarimiz bu sexslerin yaritmazligi ucbatindan isgal edildi pravda az az 25 Noyabr 2020 2021 09 12 tarixinde Istifade tarixi 11 sentyabr 2021 AMAHE 2018 seh 618 AMAHE 2018 seh 622 AMAHE 2018 seh 621 AMAHE 2018 seh 620 AMAHE 2018 seh 623 624 AMAHE 2018 seh 625 AMAHE 2018 seh 633 AMAHE 2018 seh 637 AMAHE 2018 seh 635 AMAHE 2018 seh 631 AMAHE 2018 seh 636 637 AMAHE 2018 seh 639 Azerbaycan Xalq Cebhesinin Meramname ve Nizamnamesi Baki 1992 seh 3 Penah Huseyn yazdi AXC Icraiyye Komitesi TARIX 2023 02 22 tarixinde Istifade tarixi 2023 02 22 H E Eliyevin Azerbaycan Respublikasi Ali Sovetinin sedri secilmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI MILLI MECLISININ QERARI e qanun az ingilis 2023 03 10 tarixinde Istifade tarixi 2023 12 24 Azerbaycan Respublikasinin Prezidenti Ebulfez Elcibeye muraciet edilmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI MILLI MECLISININ QERARI e qanun az ingilis 2023 12 25 tarixinde Istifade tarixi 2023 12 24 Azerbaycan Respublikasinin Prezidenti Ebulfez Qedirqulu oglu Eliyevin Elcibeyin Azerbaycan Respublikasinin Prezidenti vezifelerini daha icra ede bilmemesi ve Azerbaycan Respublikasi Prezidentinin selahiyyetinin Azerbaycan Respublikasi Ali Sovetinin sedri Heyder Elirza oglu Eliyeve kecmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI MILLI MECLISININ QERARI e qanun az ingilis 2022 11 19 tarixinde Istifade tarixi 2023 12 24 Schmemann 1993 The New York Times Library of Congress S D Huseynovun Azerbaycan Respublikasinin Bas naziri teyin edilmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI PREZIDENTININ FERMANI e qanun az ingilis 2022 11 13 tarixinde Istifade tarixi 2023 12 24 AXCP Eli Kerimli timsalinda parcalanma sindromunu yasayan ilk siyasi teskilat Sesqazeti az az 2016 07 21 2023 12 25 tarixinde Istifade tarixi 2023 12 24 modern az AXCP ye gelib getmis taninmislar Onlar Eli Kerimlini niye terk etdiler ARASDIRMA modern az az 2023 12 25 tarixinde Istifade tarixi 2023 12 24 Dovlet qeydiyyatina alinmis siyasi partiyalar Azerbaycan Respublikasi Merkezi Secki Komsissiyasi www msk gov az 2023 07 22 tarixinde Istifade tarixi 2023 12 25 Arxivlenmis suret 2022 07 24 tarixinde Istifade tarixi 2021 09 12 Arxivlenmis suret 2021 09 12 tarixinde Istifade tarixi 2021 09 12 Mehdi Memmedovun xatireleri olu kecid Elnur Memmedli Partiyalarin simvollari ARASDIRMA az lent az 2009 12 05 2009 12 08 tarixinde Istifade tarixi 2019 12 13 Edebiyyat Nesiman Yaqublu Azerbaycan Milli Azadliq Herekati Ensiklopediyasi Baki Qanun Nesriyyati 2018 seh 1000