Azərbaycan Sosial Demokrat Partiyası — Azərbaycanda mövcud olmuş siyasi partiyalardan biri.
Azərbaycan Sosial Demokrat Partiyası | |
---|---|
Sədri | Araz Əlizadə |
Qurucu | Ayaz Mütəllibov Zərdüşt Əlizadə |
Quruluş tarixi | 1989 |
Qeydiyyat tarixi | 1 sentyabr 1995 |
Dağılma tarixi | 4 aprel 2023 |
Bölünmə | Azərbaycan Demokratik Sol Partiyası (2008) |
Baş qərargah | |
İdeologiya | dünyəvilik, sosial-demokratiya |
Üzv sayı | 3 minə yaxın (2015) |
Saytı | sdpa.az |
Tarixi
Azərbaycan Sosial Demokrat Partiyası 1989-cu ildə təsis edilmiş, 27 iyul 1990-cı ildə dövlət qeydiyyatına alınmışdır. Partiyanın ideologiyasının əsasında sosial-demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması durur. Partiya siyasi sistemdə solçuluq mövqeyini müdafiə edir. Partiyada könüllü üzvlük haqqı sistemi mövcuddur.
ASDP-də seçkili orqanlar sədr və sədr müavinləridir. Partiyanın ictimaiyyətlə əlaqə vasitələri yoxdur.
Partiyanın iqtidar-müxalifət dialoquna münasibəti yalnız o halda müsbətdir ki, bu addım Prezident tərəfindən atılmış olsun. Mövcud resursları baxımından partiyanın maddi-texniki imkanları zəifdir. Partiya siyasi sistemin optimallaşdırılmasını, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsini, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsini, proporsional seçki sisteminin bərpasını dəstəkləyir.
Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan və partiya sədri Araz Əlizadənin ölümündən sonra, 4 aprel 2023-cü il tarixində partiya bəyanat yayaraq özünü buraxdığını elan etmişdir.
Seçkilərdə
2008-ci ilin prezident seçkilərində partiya seçkilərə qatılmayıb. 2005-ci ilin parlament seçkilərində 9 nəfərin namizədliyi verilsə də, heç bir namizəd seçilməyib. 2009-cu ilin bələdiyyə seçkilərində iştirak edən 2 namizəddən də heç biri seçilməyib.
Parlament
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | |||||
---|---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | ||||
1995 | Zərdüşt Əlizadə | Araz Əlizadə | 0 / 100 | — | — | — | 0 / 125 | ||
2000 | 0 / 100 | — | — | — | 0 / 125 | ||||
2005 | Ayaz Mütəllibov | 0 / 125 | — | — | — | 0 / 125 | |||
2010 | 4 402 | 0.18 | 0 / 125 | — | — | — | 0 / 125 | ||
2015 | Araz Əlizadə | 11 288 | 0.40 | 1 / 125 | — | — | — | 1 / 125 | |
2020 | 0 / 125 | — | — | — | 0 / 125 |
Bayrağı və emblemi
ASDP-nin simvolunun müəllifi partiyanın sədri Araz Əlizadədir. Simvol aypara, 8 guşəli ulduz və gül tutmuş əldən ibarətdir. A. Əlizadə deyir ki, aypara və 8 guşəli ulduz Azərbaycanın rəmzidir. Əldə tutulan gül isə bütün dünyanın sosialistlərinin – Sosinterinin əsas rəmzidir. Bunun da mənası insana məhəbbət deməkdir.
ASDP-nin bayrağı göy rəngdədir və üzərində qeyd edilən simvol öz əksini tapıb. A. Əlizadə bildirir ki, bəzən Azərbaycanda göy rəngi düzgün təsvir etmirlər: "Bizim bayraq mavi deyil, göy rəngdədir. Çünki Azərbaycanın bayrağı göy qırmızı və yaşıldır, amma bir sıra hallarda bu göy mavi rənglə əvəz olur. Bu bayrağa hörmətsizlikdir".
Qərargahı
Azərbaycan Sosial Demokrat Partiyası da bir neçə dəfə yer dəyişən partiyalardandır. Əvvəl şəhərin mərkəzində 28 may küçəsində yerləşən partiya sonradan bir müddət Binəqədi rayonu ərazisində İ. Dadaşov 60 ünvanında fəaliyyət göstərdi. Hazırda isə partiya yenə də Binəqədi rayonunda bu dəfə Azadlıq prospekti, 200-də yerləşən yeni qərargahda fəaliyyət göstərir. Partiyanın qərargahı 4 otaqdan ibarətdir. Qərargah partiyaya müvafiq dövlət qurumu tərəfindən ayrılıb.
İstinadlar
- "Arxivlənmiş surət". 2018-03-17 tarixində . İstifadə tarixi: 2020-04-20.
- "Ölkənin ən məşhur partiyası özünü buraxdı: Əlizadələrin qurduğu 34 illik ASDP-nin SON BƏYANATI". 2023-04-04 tarixində . İstifadə tarixi: 2023-04-04.
- . 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-05.
- . 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.
Mənbə
- Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 126–127.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan Sosial Demokrat Partiyasi Azerbaycanda movcud olmus siyasi partiyalardan biri Azerbaycan Sosial Demokrat PartiyasiSedri Araz ElizadeQurucu Ayaz Mutellibov Zerdust ElizadeQurulus tarixi 1989Qeydiyyat tarixi 1 sentyabr 1995Dagilma tarixi 4 aprel 2023Bolunme Azerbaycan Demokratik Sol Partiyasi 2008 Bas qerargah BakiIdeologiya dunyevilik sosial demokratiyaUzv sayi 3 mine yaxin 2015 Sayti sdpa azTarixiAzerbaycan Sosial Demokrat Partiyasi 1989 cu ilde tesis edilmis 27 iyul 1990 ci ilde dovlet qeydiyyatina alinmisdir Partiyanin ideologiyasinin esasinda sosial demokratik deyerlerin cemiyyetde berqerar olmasi durur Partiya siyasi sistemde solculuq movqeyini mudafie edir Partiyada konullu uzvluk haqqi sistemi movcuddur ASDP de seckili orqanlar sedr ve sedr muavinleridir Partiyanin ictimaiyyetle elaqe vasiteleri yoxdur Partiyanin iqtidar muxalifet dialoquna munasibeti yalniz o halda musbetdir ki bu addim Prezident terefinden atilmis olsun Movcud resurslari baximindan partiyanin maddi texniki imkanlari zeifdir Partiya siyasi sistemin optimallasdirilmasini partiyalarin dovlet terefinden maliyyelesdirilmesini siyasi partiyalar haqqinda yeni qanunun qebul edilmesini proporsional secki sisteminin berpasini destekleyir Azerbaycanda Siyasi partiyalar haqqinda yeni qanunun qebulundan ve partiya sedri Araz Elizadenin olumunden sonra 4 aprel 2023 cu il tarixinde partiya beyanat yayaraq ozunu buraxdigini elan etmisdir Seckilerde2008 ci ilin prezident seckilerinde partiya seckilere qatilmayib 2005 ci ilin parlament seckilerinde 9 neferin namizedliyi verilse de hec bir namized secilmeyib 2009 cu ilin belediyye seckilerinde istirak eden 2 namizedden de hec biri secilmeyib Parlament Secki Sedr Majoritar Proporsional CemiSes Mandat Ses Mandat1995 Zerdust Elizade Araz Elizade 0 100 0 1252000 0 100 0 1252005 Ayaz Mutellibov 0 125 0 1252010 4 402 0 18 0 125 0 1252015 Araz Elizade 11 288 0 40 1 125 1 1252020 0 125 0 125Bayragi ve emblemiASDP nin simvolunun muellifi partiyanin sedri Araz Elizadedir Simvol aypara 8 guseli ulduz ve gul tutmus elden ibaretdir A Elizade deyir ki aypara ve 8 guseli ulduz Azerbaycanin remzidir Elde tutulan gul ise butun dunyanin sosialistlerinin Sosinterinin esas remzidir Bunun da menasi insana mehebbet demekdir ASDP nin bayragi goy rengdedir ve uzerinde qeyd edilen simvol oz eksini tapib A Elizade bildirir ki bezen Azerbaycanda goy rengi duzgun tesvir etmirler Bizim bayraq mavi deyil goy rengdedir Cunki Azerbaycanin bayragi goy qirmizi ve yasildir amma bir sira hallarda bu goy mavi rengle evez olur Bu bayraga hormetsizlikdir QerargahiAzerbaycan Sosial Demokrat Partiyasi da bir nece defe yer deyisen partiyalardandir Evvel seherin merkezinde 28 may kucesinde yerlesen partiya sonradan bir muddet Bineqedi rayonu erazisinde I Dadasov 60 unvaninda fealiyyet gosterdi Hazirda ise partiya yene de Bineqedi rayonunda bu defe Azadliq prospekti 200 de yerlesen yeni qerargahda fealiyyet gosterir Partiyanin qerargahi 4 otaqdan ibaretdir Qerargah partiyaya muvafiq dovlet qurumu terefinden ayrilib Istinadlar Arxivlenmis suret 2018 03 17 tarixinde Istifade tarixi 2020 04 20 Olkenin en meshur partiyasi ozunu buraxdi Elizadelerin qurdugu 34 illik ASDP nin SON BEYANATI 2023 04 04 tarixinde Istifade tarixi 2023 04 04 2009 12 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 12 05 2010 02 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 02 04 MenbeTahire Allahyarova Ferhad Memmedov Azerbaycanda siyasi partiyalar seckiden seckiye Azerbaycan Respublikasinin Prezidenti yaninda Strateji Arasdirmalar Merkezi Baki 2010 seh 126 127