Lənkəran rayonu — Azərbaycan Respublikasında inzibati — ərazi vahidi. İnzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 153.940 hektardır. Onun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır.Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir .
Rayon | |
Lənkəran | |
---|---|
| |
Ölkə | |
Daxildir | Lənkəran-Astara |
İnzibati mərkəz | Lənkəran |
İcra başçısı | Taleh Qaraşov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 1 539,4 km² |
Hündürlük | 51 m |
Əhalisi | |
Əhalisi | 220 000(2019) nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-LAN |
Telefon kodu | +994 25 |
Poçt indeksi | AZ 4200 |
Avtomobil nömrəsi | 42 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalə Lənkəran rayonu haqqındadır. Lənkəran şəhəri üçün Lənkəran səhifəsinə baxın. |
Tarixi
XVIII əsrdə Talış xanlığı yaradıldı. Qara xanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı aba Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkildi. 1813-cü il yanvarın 1-dək Talış xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Talış xanlığı Rusiyaya birləşdirildi. Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir. Lənkəran rayonu populyar turist marşrutlarının mərkəzində yerləşir. Onun bir hissəsi Xəzər dənizinin sahili boyunca yerləşmişdir. Bu sahil xəttinin əsas xüsusiyyətlərindən biri də qeyri-adi müalicəvi xassələrə malik olan qara qumdur. Rayonun Haftoni zonası öz tarixi obyektləri və "Lənkəran" müalicə zonası ilə məşhurdur və burada istirahət edənlərin Haftoni meşələrində yerləşən müalicəvi qaynaqlardan İstisu suyunun əsasında dolğun müalicə kursu keçmək imkanı var. Nərimanabad zonası Sara yarımadasının ərazisində yerləşmişdir. Onu bir tərəfdən Xəzərin suları yuyur, digər tərəfdən isə Qızılağac qoruğunun meşəlik zonası örtür. 1956-cı ilədək bura xüsusiləşdirilmiş ada olmuşdur, lakin sonradan materikdə onunla Liman şəhəri arasında Saranın statusunu əhəmiyyətli dərəcədə dəyişmiş torpaq bənd qurulmuşdur. Bu gün bu yerlər sıx şəkildə meşə ilə örtülmüş və ekoturizm həvəskarlarınınböyük marağına səbəb olmuşdur.
Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III–II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir.
1747-ci ildən Lənkəran Talış xanlığının mərkəzi şəhərinə cevrilmişdir. Münbit torpaqları, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkincilik, maldarlıq, bağcılıq, balıqcılıq, ipəkçilik və arıçılıq olmuşdur. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq və başqa sənətlər geniş yayılmış, xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynamış, İran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə, Cin, Pakistan, Hindistanla ticarət əlaqələri yaradılmışdır.
Lənkəranda tarixi görməli yerlər çoxdur və onların arasında Lənkəran qalası, dəqiq desək, onun salamat qalmış fraqmentləri xüsusi diqqət cəlb edir. Qala XVIII əsrdə inşa edilmiş və Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınmışdır. Onun divarları öz iri formaları və möhkəm çıxıntı sıraları ilə böyük təəssürat oyadır. Qala, orta əsrlər üçün ənənəvi olan, lazım gəldikdə isə, su ilə doldurulan xəndəklə əhatə olunmuşdur. Tikilinin əsas obyektləri hücum edənlərin nişan alınaraq atəşə tutulduğu şimal və cənub qüllələridir. Qala ərazisində həmçinin şəhər bazarı olmuşdur və onun yerində yüz illər öncə bütün regionda zəvvarlar üçün ən çox ziyarət olunan yerlərdən biri olmuş iki məscid ucaldılmışdır.
Relyefi
Azərbaycanın ən gözəl guşələrindən biri olan Lənkəran respublikanın cənub-şərqində əlverişli fiziki coğrafi şəraitdə yerləşir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan beş təbii coğrafi vilayətdən biridir. Lənkəranın ərazisi 38o24–39o24 şimal və 47o58 şərq coğrafi en dairəsində yerləşir, şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdə Xəzər dənizi ilə hüdudlanmışdır. İnzibati baxımdan Lənkəran rayonu Astara, Masallı, Lerik inzibati rayonları ilə əhatə olunmuşdur. Relyefinə görə ərazisi əsasən düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla cənuba doğru getdikcə ensizləşir. Ərazisi dağətəyi sahədə 200 metr hündürlükdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.
Coğrafiya
Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40–45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır.
Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10–25 km radiusda Lənkəran, Veravul, və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikimişdir.
Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı, Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır.
Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.
İnzibati bölgüsü
İri yaşayış məntəqələri — Rayonda 2 şəhər, 8 şəhər tipli qəsəbə, 83 kənd vardır.
# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Lənkəran şəhər bələdiyyəsi | 49300 |
2 | Liman şəhər bələdiyyəsi | 12100 |
3 | Boladı kənd bələdiyyəsi | 7940 |
4 | Gərmətük kənd bələdiyyəsi | 5556 |
5 | Girdəni kənd bələdiyyəsi | 4688 |
6 | Nərimanabad qəsəbə bələdiyyəsi | 4452 |
7 | Mamusta kənd bələdiyyəsi | 4402 |
8 | Vilvan kənd bələdiyyəsi | 4372 |
9 | Osaküçə kənd bələdiyyəsi | 4332 |
10 | Şağlaser kənd bələdiyyəsi | 4148 |
11 | Şağlaküçə kənd bələdiyyəsi | 3873 |
12 | Sütəmurdov kənd bələdiyyəsi | 3770 |
13 | Veravul kənd bələdiyyəsi | 3453 |
14 | Separadi kənd bələdiyyəsi | 3173 |
15 | Göyşaban kənd bələdiyyəsi | 3038 |
16 | İstisu kənd bələdiyyəsi | 3038 |
17 | Kərgəlan kənd bələdiyyəsi | 3001 |
18 | Şıxakəran kənd bələdiyyəsi | 2906 |
19 | Aşağı Nüvədi kənd bələdiyyəsi | 2761 |
20 | Haftoni kənd bələdiyyəsi | 2685 |
21 | Viyən kənd bələdiyyəsi | 2603 |
22 | Zövlə kənd bələdiyyəsi | 2474 |
23 | Digah kənd bələdiyyəsi | 2347 |
24 | Xolmili kənd bələdiyyəsi | 2336 |
25 | Balıqçılar qəsəbə bələdiyyəsi | 2302 |
26 | Şiləvar kənd bələdiyyəsi | 2285 |
27 | Cil kənd bələdiyyəsi | 2279 |
28 | Bürcəli kənd bələdiyyəsi | 2104 |
29 | Yuxarı Nüvədi kənd bələdiyyəsi | 2084 |
30 | Havzova kənd bələdiyyəsi | 2027 |
31 | Gəgiran kənd bələdiyyəsi | 1925 |
32 | Biləsər kənd bələdiyyəsi | 1884 |
33 | Xarxatan kənd bələdiyyəsi | 1856 |
34 | Ürgə kənd bələdiyyəsi | 1817 |
35 | Hirkan qəsəbə bələdiyyəsi | 1781 |
36 | Şovu kənd bələdiyyəsi | 1674 |
37 | Ləj kənd bələdiyyəsi | 1596 |
38 | Səpnəkəran kənd bələdiyyəsi | 1481 |
39 | Bala Şürük kənd bələdiyyəsi | 1476 |
40 | Rvo kənd bələdiyyəsi | 1462 |
41 | Kənarmeşə kənd bələdiyyəsi | 1413 |
42 | Daşdalıqcar kənd bələdiyyəsi | 1400 |
43 | Darquba kənd bələdiyyəsi | 1365 |
44 | Tükəvilə kənd bələdiyyəsi | 1344 |
45 | Xanbulan kənd bələdiyyəsi | 1303 |
46 | Şürük kənd bələdiyyəsi | 1302 |
47 | Siyavar kənd bələdiyyəsi | 1240 |
48 | Küvənil kənd bələdiyyəsi | 1205 |
49 | Türkəkəran kənd bələdiyyəsi | 1170 |
50 | Parakənd kənd bələdiyyəsi | 1149 |
51 | Lüvəsər kənd bələdiyyəsi | 1121 |
52 | Bəliton kənd bələdiyyəsi | 1096 |
53 | Seyidəkəran kənd bələdiyyəsi | 1026 |
54 | Tütəpeştə kənd bələdiyyəsi | 940 |
55 | Daştatük kənd bələdiyyəsi | 878 |
56 | Qurumba kənd bələdiyyəsi | 837 |
57 | Günəhir kənd bələdiyyəsi | 845 |
58 | Dıryan kənd bələdiyyəsi | 758 |
59 | Moğonojoba kənd bələdiyyəsi | 637 |
60 | Vel kənd bələdiyyəsi | 662 |
61 | Tşado kənd bələdiyyəsi | 585 |
62 | Türkəncil kənd bələdiyyəsi | 551 |
63 | Narbağı kənd bələdiyyəsi | 487 |
64 | Əşlə kənd bələdiyyəsi | 317 |
65 | Köhnə Gəgir kənd bələdiyyəsi | 274 |
66 | Cəmi | 196686
|
Mətbuat
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 213.2 nəfərdir (106.204 nəfəri kişilər, 106.711 nəfəri qadınlar) . Rayon əhalisinin 40%-i şəhərlərdə, 60%-i isə kəndlərdə yaşayır . Bilavasitə Lənkəran şəhərinin əhalisi 52.581 nəfərdir.
İlkin hesablamalara görə 2017-ci il aprel ayının əvvəlinə Lənkəran rayonunun əhalisinin sayı 225549 nəfər olmuş və cari ilin üç ayı ərzində 340 nəfər və yaxud 0,2 faiz artmışdır. Əhalinin 39,0 faizi şəhər yerlərində, 61,0 faizi isə kənd yerlərində yaşayır. Rayon əhalisinin ümumi sayından 50,2 faizi kişi, 49,8 faizi qadınlardır.
Əhalinin ümumi sayından 23,3 faizi 0–14 yaşda olan uşaq və yeniyetmələrdən,69,0 faizi əmək qabiliyyətli yaşda, 7,7 faizi isə əmək qabiliyyətli yaşdan yuxarı olanlardır.
Lənkəran rayonu üzrə demoqrafik göstəricilər aşağıdakı kimi olmuşdur:
2017 yanvar-mart min nəfərlə | 2016 min nəfərlə | 2017 yanvar-mart əhalinin hər 1000 nəfərinə | 2016 əhalinin hər 1000 nəfərinə | |
Ümumi artım | 340 | 423 | 6,0 | 7,6 |
Təbii artım | 326 | 414 | 5,8 | 7,4 |
Doğulanlar | 721 | 758 | 12,8 | 13,6 |
Ölənlər | 395 | 344 | 7,0 | 6,2 |
Miqrasiya saldosu | +14 | +9 | +0,2 | +0,2 |
Nikahlar | 252 | 279 | 4,5 | 5,0 |
Boşanmalar | 52 | 60 | 0,9 | 1,1 |
2017-ci ilin birinci rübü ərzində rayonda 721 körpə dünyaya gəlmiş və 395 ölüm halları qeydə alınmışdır.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 13,6-dan 12,8-ə qədər azalmış, ölənlərin sayı isə 6,2-dən 7,0-a qədər artmışdır.
Cari ilin yanvar-mart ayları ərzində rayonda 252 nikah və 52 boşanma halları qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,0-dan 4,5-ə qədər, boşanmaların sayı 1,1-dən 0,9-a qədər azalmışdır. 2017-ci ilin birinci rübündə pasport xidmətləri tərəfindən 44 nəfər rayona gələn və 30 nəfər rayondan gedən qeydə alınmışdır. Miqrasiya saldosu müsbət 14 nəfər təşkil etmişdir.
Etnik tərkib
Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən 2009-cu ildə həyata keçirilmiş siyahıya almasına əsasən:
Etnik qrup | 17–23 yanvar, 1939-cu il sa. | 13–22 aprel, 2009-cu il sa. | ||
---|---|---|---|---|
Sayı | % | Sayı | % | |
Cəmi | 58 847 | 100.00 % | 221 726 | 100.00 % |
talışlar | 31 487 | 53.5 % | 136 109 | 61.38 % |
azərbaycanlılar | 18 880 | 32.1 % | 84 721 | 38.21 % |
ruslar | 7 293 | 12.4 % | 419 | 0.0019 % |
türklər | … | … | 354 | 0.0016 % |
ukraynalılar | 397 | 0.67 % | 18 | 0.00008 % |
kürdlər | 5 | 0.01 % | 14 | 0.00006 % |
tatarlar | … | … | 13 | 0.00005 % |
ləzgilər | 35 | 0.06 % | 10 | 0.00003 % |
ermənilər | 241 | 0.41 % | … | … |
almanlar | 173 | 0.29 % | … | … |
yəhudilər | 86 | 0.15 % | … | … |
gürcülər | 9 | 0.02 % | … | … |
avarlar | 2 | 0.00 % | … | … |
digərləri | 239 | 0.41 % | 68 | 0.0003 % |
Bölgədə yaşayan ruslar XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən köçürülmüş, sonradan onlardan bir çoxu Rusiyaya, eləcə də digər MDB ölkələrinə köç etmişlər.
İqtisadiyyat
Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları sayəsində Lənkəran çay, yapon xurması, feyxoa, limon və naringi kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Sənaye sahələri isə mebel, ipək və xalça istehsalı ilə təmsil edilmişdir. Rayonun Boladi, Veravul və Vilvan kəndlərində ənənvi xalq sənətləri — xalçaçılıq, zərgərlik, qamışdan məişətdə işlədilən əşyaların toxunması daha geniş inkişaf etmişdir. Lənkəran şəhərində bəzi sənətkarlar daş, ağac və metal üzərində oyma kimi xalq sənətləri ilə məşğul olurlar.
Balıqçılıq
Lənkəranda qədimdən balıqçılığa xüsusi maraq olmuşdur. Əlverişli təbii şərait, xüsusilə Xəzər dənizi, Lənkəran çayları, gölməçələr və arxlar balıqçılıın inkişafına imkan vermişdir. Keçmiş Lənkəran qəzası XIX əsrin ikinci yarısında balıqçılıın inkişafına görə Zaqafqaziyada birinci yeri tutmuşdur. Qumbaşı balıqçılıq vətəgəsi XIX əsrdə Lənkəranda böyük balıqçılıq müəssisəsi sayılmışdır. 1887-ci ildən başlayaraq Qumbaşı balıqçılıq vətəgəsi Gürcüstandan gəlmiş sahibkarlara — Yeni Afon monastrına 12 illiyə icarəyə verilmişdir. Sarı Adası vətəgəsi Avropa təbəəsi olan Reytmana icarəyə verilmişdir. Burada ovlanan balıqlar Həştərxana və oradan da xaricə ixrac olunurdu. İstehsal olunan kürülər isə Rumıniyaya və Yunanıstana göndərilmişdir. İnqilabdan əvvəl Qumbaşı və Sarı Ada vətəgələri Mirəhməd xan Talışinski, Hacı Zeynalabdin Tağıyevə və digər milyonçulara məxsus olmuşdur. Lənkəranda ilk balıqçılıq kolxozları 1929-cu ildə yaradılmış, 1977-ci ilədək "Qələbə", "Sarı", "26-lar", "Vatutin" adı ilə fəaliyyət göstərmişdir adası. 1990-cı ildə Eöyşaban və ikinci Nərimanabaddakı balıqçılıq təsərrsfatları bərpa yedilmişdir. Ötən əsrin altmışıncı illərində qurmaqla toru, tövratların ssrstləməsı, çömçə (dom'a) toru, tərəcə, şolu və dieər növ balıq ovu alətləri ilə dənizdən, çaylardan, murdov və bicarlardan, arxlardan, şətta xəndəklərdən balıq ovlanırdı. Murdovun qurudulması, çəltikçiliyin ləğvi balıq məhsullarını tükəndirmişdir.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Lənkəranda 51 məktəbəqədər uşaq müəssisəsi, 81 ümumtəhsil, pedaqoji, tibb və musiqi məktəbi var. 87 klub, 94 kitabxana, Dövlət Dram Teatrı, muzey, Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq və Subtropik Bitkilər İnstitutunun filialı fəaliyyət göstərir.
Rayonun inzibati mərkəzi — yaşıllığa qərq olunmuş gözəl Lənkəran şəhəridir. Akasiya xiyabanları həm yerli sakinlərin, həm də Lənkəranın qonaqlarının sevimli istirahət guşəsidir. Bu diyarın əlverişli coğrafi mövqeyi, münbit torpağı və zəngin təbii ehtiyatları ta qədim dövrlərdən adamları cəlb edirdi. Burada neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Hazırda Lənkəran şəhərinin olduğu yerdə 300 il bundan əvvəl qamış kolları ilə dolu bataqlıq bir ərazi var idi. O vaxtlar dənizin yaxınlığında Lənkərançay çayının sahilində dördbucaqlı şəklində 2 qülləli bir qala və mayak tikilmişdir. Şəhər əvvəlcə Ləngərkünən adlanırdı. Bu sözün mənası "lövbər yeri", yəni "liman" demək idi.
Lənkəran şəhərindəki tarix muzeyinin həm ekspozisiyası, həm də binanın özü turistlərin marağına səbəb olacaqdır. Lənkəran diyarı -məşhur generallar Səmədbəy Mehmandarovun və Həzi Aslanovun vətənidir. Bu şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir.
Memarlıq abidələri və görməli yerləri
Memarlıq abidələrindən Lənkəranda qala, Hacı Mirzə hamamı, məscid (XVIII–XIX əsrlər), Aşağı Nüvədi, Seyidəkəran, Sütəmurdov kəndlərindən məscid (XIX əsr) qorunub saxlanır. Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Bazar məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Saxsı su kəməri boruları hələ də salamat qalmışdır. Qalanın ən uca yerində qüllə ucalmışdır. Yerli əhali bu qalanı Boz qala adlandırır.
Lənkəran şəhərində gəzməli-görməli yerlər çoxdur. Ən məşhurları Qala xiyabanı, , , , , , və dır.
İqlimi
Lənkəran rayonunun iqlimi rütubətli, subtropikdir. Bu iqlim qışı mülayim, yayı quraq keçən, isti və payızı çox yağıntılı olması ilə fərqlənir. Bu yerlərdə sərt və qarlı qış olmur. Günəş radiasiyası 125–134 kkal/sm2 çatır . Havanın orta illik hərarəti 25,1o C-dir . Ən isti ay iyul (40oC), ən soyuq ay isə yanvardir (3–4oC) . Yağıntının illik miqdarı 1400–1600 mm-dir. Rütubətli, subtropik şəraitinə görə ərazidə sarı torpaqlar geniş yayılmışdır . Lənkəranın iqlim şəraiti ərazinin bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Vilayətin şərq və cənub-şərq qurtaracağının Xəzər dənizi ilə sərhədlənməsi və cənubda dağlıq ərazilərin kəskin şəkildə sahilboyu zolağa enməsi Xəzərin üzərindən gələn su buxarının kondensasiyası üçün əlverişli şərait yaratmışdır.
Görkəmli şəxsləri
- Allahşükür Paşazadə — Şeyxülislam və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı.
- Həzi Aslanov — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor.
- Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, sovet hərb xadimi.
- Solmaz Əliyeva — Sosialist Əməyi Qəhrəmanı,5 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı.
- Hadı Rəcəbli — Azərbaycan Milli Məclisinin üzvü.
- Rüfət Quliyev — Azərbaycan Milli Məclisinin üzvü.
- Etibar Vəliyev — Azərbaycan şairi və publisisti, Prezident təqaüdçüsü. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Qızıl qələm" mükafatı laureatı
- Mirhaşım Talışlı — filologiya elmləri doktoru.
- Etibar Cəbrayıloğlu — Azərbaycanın tanınmış jurnalisti, köşə yazarı,"Həsən bəy Zərdabi" mükafatı laureatı
- Məhərrəm Quliyev — Agstafa rayon icra hakimiyyətinin başçısı.
- Zadir Rzayev — Azərbaycan silahlı qüvvələrinin generalı.
- Mirməmməd Cavadzadə — həkim uroloq.
- Məmmədsadıq Abdullayev — anatom, histoloq, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi.
- Əbülfəz Rəcəbli — türkoloq, filologiya elmləri doktoru, professor.
- Əbdül Qasımov — hidrobioloq alim.
- Yaşar Rzayev — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Yalçın Rzazadə — müğənni, Azərbaycan Respublikası Xalq Artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri.
- Gülağa Məmmədov — müğənni, Azərbaycan SSR Xalq Artisti.
- Münəvvər Kələntərli — əməkdar artist, SSRİ dövlət mükafatı laureatı.
- Canəli Əkbərov — xanəndə, Azərbaycan Respublikasının xalq artisti.
- Həqiqət Rzayeva — müğənni (soprano), pedaqoq, Azərbaycanın xalq artisti.
- Kamil Nəcəfzadə — Azərbaycan kino rəssamı, SSR əməkdar rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı.
- Şəkər Aslan — şair, dramaturq, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
- Nazir Əliyev — Azərbaycan Respublikasının əməkdar artisdi.
- Mir İbrahim bəy Talışinski — Azərbaycan hərbçisi, general-mayor.
- Mir Mustafa xan — Talış xanı (1786–1814).
- Mirkazım bəy Talışxanov — Rusiya İmperator Ordusunun general-mayoru.
- Əsəd bəy Talışxanov — Rusiya İmperator Ordusunun general-mayoru.
- Xəlil bəy Talışxanov — Rusiya İmperator Ordusunun general-mayoru.
- Mir Həsən xan — Talış xanlığının (1812–1826) hakimi.
- Fikrət Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin General mayoru.
- Xəzər İbrahim — Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri
- Rövşən Lənkəranski — Talış qanuni oğru
Həmçinin bax
İstinadlar
- Lənkəran Rayon İcra Hakimiyyəti: İcra hakimiyyətinin başçısı: Qaraşov Taleh Azay oğlu 2013-02-12 at the Wayback Machine
- Lənkəran Rayon İcra Hakimiyyəti :Ümumi məlumat 2012-08-06 at the Wayback Machine
- "Arxivlənmiş surət". 2020-06-07 tarixində . İstifadə tarixi: 2020-05-02.
- “Aztelekom” İstehsalat Birliyi: Ölkə və şəhərlərarası telefon kodları: Şəhərlərarası telefon kodları 2018-05-03 at the Wayback Machine
- Lənkəran Rayon İcra Hakimiyyəti :Əhali 2012-05-16 at the Wayback Machine
- Ethno-Caucasus, Этнодемография Кавказа: Ленкаранский район (перепись 1939 года) 2014-10-09 at the Wayback Machine
- "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. Азербайджанский ССР >> Ленкоранский". 2022-03-27 tarixində . İstifadə tarixi: 2014-12-28.
- Azərbaycan Dövlət Statistika Komitəsi: Lənkəran rayonu 2010-11-13 at the Wayback Machine
- Population statistics of Eastern Europe 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2015-06-27 at Archive.today
- Ədəbiyyat: ASE, II cild,., 1977. Y. Əbdürrəhmanov. Azərbaycan faunası,., 1966; Y. Əbdürrəhmanov, R. Qayıbova, Ş. Abbasov. Bizim balıqlar,., 1966.
- Lənkəran Rayon İcra Hakimiyyəti:İqlim 2012-05-16 at the Wayback Machine
Xarici keçidlər
- Bələdiyyə İnformasiya Sistemi 2007-01-27 at the Wayback Machine
- Mülki Cəmiyyətə Doğru Mərkəzi [ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Lenkeran rayonu Azerbaycan Respublikasinda inzibati erazi vahidi Inzibati erazi vahidi kimi 8 avqust 1930 cu ilde yaradilmisdir Rayonun erazisi 153 940 hektardir Onun 66700 hektarini quru sahe teskil edir Rayonda 2 seher 8 qesebe ve 83 kend vardir Bakidan rayon merkezinedek olan mesafe 268 km dir RayonLenkeran38 45 sm e 48 51 s u Olke AzerbaycanDaxildir Lenkeran AstaraInzibati merkez LenkeranIcra bascisi Taleh QarasovTarixi ve cografiyasiYaradilib 8 avqust 1930Sahesi 1 539 4 km Hundurluk 51 mEhalisiEhalisi 220 000 2019 neferReqemsal identifikatorlarISO kodu AZ LANTelefon kodu 994 25Poct indeksi AZ 4200Avtomobil nomresi 42Resmi sayt Vikianbarda elaqeli mediafayllarBu meqale Lenkeran rayonu haqqindadir Lenkeran seheri ucun Lenkeran sehifesine baxin TarixiLenkeran erazisinden askarlanmis e e I minilliye aid keci tutan adam tesvir edilmis qizil fiqur Milli Azerbaycan Tarixi Muzeyi XVIII esrde Talis xanligi yaradildi Qara xanin hakimiyyeti dovrunde xanligin paytaxti Astaradan Lenkerana kocuruldu Seher genislenmeye basladi Xanligin iqtisadi siyasi ve medeni heyati inkisaf etdi demircilik misgerlik zergerlik memulatlarinin istehsali genislendi Lenkeran uzun muddet Talis xanliginin paytaxti kimi qalmis ve Azerbaycanin Iranla Orta Asiya Hindistan ve Rusiya ile ticaretinde muhum rol oynamisdir Seherde yasayis binalari ile ehate olunmus 9 bazar var idi 1795 ci ilde Iran sahi aba Mehemmed sah Qacarin ordusu Lenkerani qaret edenden sonra cenuba cekildi 1813 cu il yanvarin 1 dek Talis xanligi Rusiya terefinden isgal edilmisdir Sonradan Gulustan muqavilesine esasen Talis xanligi Rusiyaya birlesdirildi Lenkeran rayonu 1930 cu ilde teskil edilmisdir Lenkeran rayonu populyar turist marsrutlarinin merkezinde yerlesir Onun bir hissesi Xezer denizinin sahili boyunca yerlesmisdir Bu sahil xettinin esas xususiyyetlerinden biri de qeyri adi mualicevi xasselere malik olan qara qumdur Rayonun Haftoni zonasi oz tarixi obyektleri ve Lenkeran mualice zonasi ile meshurdur ve burada istirahet edenlerin Haftoni meselerinde yerlesen mualicevi qaynaqlardan Istisu suyunun esasinda dolgun mualice kursu kecmek imkani var Nerimanabad zonasi Sara yarimadasinin erazisinde yerlesmisdir Onu bir terefden Xezerin sulari yuyur diger terefden ise Qizilagac qorugunun meselik zonasi ortur 1956 ci iledek bura xususilesdirilmis ada olmusdur lakin sonradan materikde onunla Liman seheri arasinda Saranin statusunu ehemiyyetli derecede deyismis torpaq bend qurulmusdur Bu gun bu yerler six sekilde mese ile ortulmus ve ekoturizm heveskarlarininboyuk maragina sebeb olmusdur Lenkeran Azerbaycanin cox qedim yasayis meskenlerinden biridir Bolge erazisinde aparilmis arxeoloji qazintilar bu yerlerde hele tunc dovrunden yeni eramizdan evvel III II minilliklerde insanlarin yasadigini tesdiq etmisdir Elverisli iqtisadi cografi movqeyi fusunkar tebieti genis elaqeleri Qerble Serqi birlesdiren esas karvan yollarinin ustunde ve Xezer denizi sahillerinde yerlesmesi onun inkisafini xeyli suretlendirmisdir 1747 ci ilden Lenkeran Talis xanliginin merkezi seherine cevrilmisdir Munbit torpaqlari bol suyu ve mulayim iqlimi olan Lenkeranda ehalinin en qedim mesguliyyeti ekincilik maldarliq bagciliq baliqciliq ipekcilik ve ariciliq olmusdur Lenkeranda demircilik misgerlik dulusculuq ve basqa senetler genis yayilmis xanligin iqtisadi inkisafinda ticaret muhum rol oynamis Iran Turkiye Rusiya Orta Asiya dovletleri ile Cin Pakistan Hindistanla ticaret elaqeleri yaradilmisdir Lenkeranda tarixi gormeli yerler coxdur ve onlarin arasinda Lenkeran qalasi deqiq desek onun salamat qalmis fraqmentleri xususi diqqet celb edir Qala XVIII esrde insa edilmis ve Talis xanliginda vacib mudafie istehkamlarindan biri kimi taninmisdir Onun divarlari oz iri formalari ve mohkem cixinti siralari ile boyuk teessurat oyadir Qala orta esrler ucun enenevi olan lazim geldikde ise su ile doldurulan xendekle ehate olunmusdur Tikilinin esas obyektleri hucum edenlerin nisan alinaraq atese tutuldugu simal ve cenub qulleleridir Qala erazisinde hemcinin seher bazari olmusdur ve onun yerinde yuz iller once butun regionda zevvarlar ucun en cox ziyaret olunan yerlerden biri olmus iki mescid ucaldilmisdir RelyefiAzerbaycanin en gozel guselerinden biri olan Lenkeran respublikanin cenub serqinde elverisli fiziki cografi seraitde yerlesir Lenkeran Azerbaycan Respublikasi daxilinde movcud olan bes tebii cografi vilayetden biridir Lenkeranin erazisi 38o24 39o24 simal ve 47o58 serq cografi en dairesinde yerlesir simaldan Kur Araz ovaligi serq ve cenub serqde Xezer denizi ile hududlanmisdir Inzibati baximdan Lenkeran rayonu Astara Masalli Lerik inzibati rayonlari ile ehate olunmusdur Relyefine gore erazisi esasen duzenlik ve mueyyen qeder dagliq hisseden ibaret olmaqla cenuba dogru getdikce ensizlesir Erazisi dageteyi sahede 200 metr hundurlukde Xezer denizi sahilinde okean seviyyesinden 28 metr asagida yerlesir CografiyaLenkeran rayonu Azerbaycanin cenub serqinde onlarca kilometr mesafeye uzanib geden Lenkeran ovaliginda yerlesir Rayonun erazisi serqden Xezer denizi ile hemhududdur Burada 29 min hektar sahe meselerle ortulmusdur Bu diyar butun il boyu yasilliga burunmusdur Lenkeran rayonun zengin flora ve faunasi var Talis daglarinda biten nadir ve endemik agaclar butun dunyada meshurdur Demiragaci azat ipek akasiya palid evkalipt mantar agaci mexmer rengli agcaqayin nil Hirkan sumsadi haqli olaraq Lenkeran florasinin incileri sayilir Lenkeranda biten esas mese agaci enliyarpaqli paliddir Bu agac nadir agaclarin ucuncu nesline mensubdur Onun hundurluyu 40 45 metr olur Daha bir nadir bitki novu olan demiragacinin xarakterik cehetlerinden biri ondan ibaretdir ki bu agacin yarpaqlari qis feslinde tokulmur onlar quruyaraq agaclarda qalirlar Meselerde coxlu cir meyve agaclari derman bitkileri ve kollar bitir Lenkeranin deniz sahillerinde gozel qumlu cimerlikler salinmisdir Rayonda caylar sebekesi kifayet qeder sixdir Rayon merkezinden 10 25 km radiusda Lenkeran Veravul ve Qumbasi caylari axir Esasen yagis sulari hesabina dolan caylarin coxu xezer denizine tokulur Bahar ve payiz fesillerinde bu caylar cosub dasir Caylarin suyundan suvarma meqsedile istifade etmek ucun burada Xanbulancay deryacasi tikimisdir Lenkeran torpagi isti su bulaqlari ile zengindir Lenkeran seherinden 12 km qerbde Talis daglarinin eteklerinde yaxinliginda Mese bulagi Lenkeran Masalli sossesinin 13 cu kilometrinde Havzova bulagi Lenkeran Lerik sossesinin 15 ci kilometrinde Ibadi ve Sumax daglarinin eteyinde Ibadi bulagi var Revayete gore agir xesteliye tutulmus Ibadulla adli bir sexs bu yerde meskan salmis ve sefa tapmisdir Lenkeran rayonunun erazisinde iki qoruq var Hirkan ve Qizilagac qoruqlari Bu qoruqlarda qirqovul qu qusu keklik ve diger qus novleri yasayirlar Umumiyyetle burada 270 nov qus var Hirkan qorugunda ise nesli kesilmekde olan qedim agac novlerine daha cox rast gelmek olar Inzibati bolgusuIri yasayis menteqeleri Rayonda 2 seher 8 seher tipli qesebe 83 kend vardir Belediyyelerin adi Her belediyye uzre ehalinin sayi1 Lenkeran seher belediyyesi 493002 Liman seher belediyyesi 121003 Boladi kend belediyyesi 79404 Germetuk kend belediyyesi 55565 Girdeni kend belediyyesi 46886 Nerimanabad qesebe belediyyesi 44527 Mamusta kend belediyyesi 44028 Vilvan kend belediyyesi 43729 Osakuce kend belediyyesi 433210 Saglaser kend belediyyesi 414811 Saglakuce kend belediyyesi 387312 Sutemurdov kend belediyyesi 377013 Veravul kend belediyyesi 345314 Separadi kend belediyyesi 317315 Goysaban kend belediyyesi 303816 Istisu kend belediyyesi 303817 Kergelan kend belediyyesi 300118 Sixakeran kend belediyyesi 290619 Asagi Nuvedi kend belediyyesi 276120 Haftoni kend belediyyesi 268521 Viyen kend belediyyesi 260322 Zovle kend belediyyesi 247423 Digah kend belediyyesi 234724 Xolmili kend belediyyesi 233625 Baliqcilar qesebe belediyyesi 230226 Silevar kend belediyyesi 228527 Cil kend belediyyesi 227928 Burceli kend belediyyesi 210429 Yuxari Nuvedi kend belediyyesi 208430 Havzova kend belediyyesi 202731 Gegiran kend belediyyesi 192532 Bileser kend belediyyesi 188433 Xarxatan kend belediyyesi 185634 Urge kend belediyyesi 181735 Hirkan qesebe belediyyesi 178136 Sovu kend belediyyesi 167437 Lej kend belediyyesi 159638 Sepnekeran kend belediyyesi 148139 Bala Suruk kend belediyyesi 147640 Rvo kend belediyyesi 146241 Kenarmese kend belediyyesi 141342 Dasdaliqcar kend belediyyesi 140043 Darquba kend belediyyesi 136544 Tukevile kend belediyyesi 134445 Xanbulan kend belediyyesi 130346 Suruk kend belediyyesi 130247 Siyavar kend belediyyesi 124048 Kuvenil kend belediyyesi 120549 Turkekeran kend belediyyesi 117050 Parakend kend belediyyesi 114951 Luveser kend belediyyesi 112152 Beliton kend belediyyesi 109653 Seyidekeran kend belediyyesi 102654 Tutepeste kend belediyyesi 94055 Dastatuk kend belediyyesi 87856 Qurumba kend belediyyesi 83757 Gunehir kend belediyyesi 84558 Diryan kend belediyyesi 75859 Mogonojoba kend belediyyesi 63760 Vel kend belediyyesi 66261 Tsado kend belediyyesi 58562 Turkencil kend belediyyesi 55163 Narbagi kend belediyyesi 48764 Esle kend belediyyesi 31765 Kohne Gegir kend belediyyesi 27466 Cemi 196686Metbuat Cenub Televiziya Sirketi Lenkeran qezetiEhalisi1 yanvar 2012 ci il tarixine olan resmi melumata esasen ehalisi 213 2 neferdir 106 204 neferi kisiler 106 711 neferi qadinlar Rayon ehalisinin 40 i seherlerde 60 i ise kendlerde yasayir Bilavasite Lenkeran seherinin ehalisi 52 581 neferdir Ilkin hesablamalara gore 2017 ci il aprel ayinin evveline Lenkeran rayonunun ehalisinin sayi 225549 nefer olmus ve cari ilin uc ayi erzinde 340 nefer ve yaxud 0 2 faiz artmisdir Ehalinin 39 0 faizi seher yerlerinde 61 0 faizi ise kend yerlerinde yasayir Rayon ehalisinin umumi sayindan 50 2 faizi kisi 49 8 faizi qadinlardir Ehalinin umumi sayindan 23 3 faizi 0 14 yasda olan usaq ve yeniyetmelerden 69 0 faizi emek qabiliyyetli yasda 7 7 faizi ise emek qabiliyyetli yasdan yuxari olanlardir Lenkeran rayonu uzre demoqrafik gostericiler asagidaki kimi olmusdur 2017 yanvar mart min neferle 2016 min neferle 2017 yanvar mart ehalinin her 1000 neferine 2016 ehalinin her 1000 neferineUmumi artim 340 423 6 0 7 6Tebii artim 326 414 5 8 7 4Dogulanlar 721 758 12 8 13 6Olenler 395 344 7 0 6 2Miqrasiya saldosu 14 9 0 2 0 2Nikahlar 252 279 4 5 5 0Bosanmalar 52 60 0 9 1 1 2017 ci ilin birinci rubu erzinde rayonda 721 korpe dunyaya gelmis ve 395 olum hallari qeyde alinmisdir 2016 ci ilin muvafiq dovru ile muqayisede ehalinin her 1000 neferine hesabi ile dogulanlarin sayi 13 6 dan 12 8 e qeder azalmis olenlerin sayi ise 6 2 den 7 0 a qeder artmisdir Cari ilin yanvar mart aylari erzinde rayonda 252 nikah ve 52 bosanma hallari qeyde alinmisdir Oten ilin muvafiq dovru ile muqayisede ehalinin her 1000 neferine dusen nikahlarin sayi 5 0 dan 4 5 e qeder bosanmalarin sayi 1 1 den 0 9 a qeder azalmisdir 2017 ci ilin birinci rubunde pasport xidmetleri terefinden 44 nefer rayona gelen ve 30 nefer rayondan geden qeyde alinmisdir Miqrasiya saldosu musbet 14 nefer teskil etmisdir Etnik terkib Esas meqaleler Azerbaycan ehalisinin siyahiyaalinmasi 1999 ve Azerbaycan ehalisinin siyahiyaalinmasi 2009 Azerbaycan Dovlet Statistika Komitesi terefinden 2009 cu ilde heyata kecirilmis siyahiya almasina esasen Etnik qrup 17 23 yanvar 1939 cu il sa 13 22 aprel 2009 cu il sa Sayi Sayi Cemi 58 847 100 00 221 726 100 00 talislar 31 487 53 5 136 109 61 38 azerbaycanlilar 18 880 32 1 84 721 38 21 ruslar 7 293 12 4 419 0 0019 turkler 354 0 0016 ukraynalilar 397 0 67 18 0 00008 kurdler 5 0 01 14 0 00006 tatarlar 13 0 00005 lezgiler 35 0 06 10 0 00003 ermeniler 241 0 41 almanlar 173 0 29 yehudiler 86 0 15 gurculer 9 0 02 avarlar 2 0 00 digerleri 239 0 41 68 0 0003 Bolgede yasayan ruslar XIX esrin evvellerinde Rusiya imperiyasi terefinden kocurulmus sonradan onlardan bir coxu Rusiyaya elece de diger MDB olkelerine koc etmisler IqtisadiyyatLenkeran rayonu muhum kend teserrufati zonasidir Mulayim iqlim seraiti bol gunesi ve mehsuldar torpaqlari sayesinde Lenkeran cay yapon xurmasi feyxoa limon ve naringi kimi subtropik bitkileri ile ad cixarmisdir Cay becerilmesi bu regionda kend teserrufati fealiyyetinin en cox inkisaf etmis ve en gelirli novlerinden biridir Cay mehsulu yerli fabriklerde emal edilir Senaye saheleri ise mebel ipek ve xalca istehsali ile temsil edilmisdir Rayonun Boladi Veravul ve Vilvan kendlerinde enenvi xalq senetleri xalcaciliq zergerlik qamisdan meisetde isledilen esyalarin toxunmasi daha genis inkisaf etmisdir Lenkeran seherinde bezi senetkarlar das agac ve metal uzerinde oyma kimi xalq senetleri ile mesgul olurlar Baliqciliq Lenkeranda qedimden baliqciliga xususi maraq olmusdur Elverisli tebii serait xususile Xezer denizi Lenkeran caylari golmeceler ve arxlar baliqciliin inkisafina imkan vermisdir Kecmis Lenkeran qezasi XIX esrin ikinci yarisinda baliqciliin inkisafina gore Zaqafqaziyada birinci yeri tutmusdur Qumbasi baliqciliq vetegesi XIX esrde Lenkeranda boyuk baliqciliq muessisesi sayilmisdir 1887 ci ilden baslayaraq Qumbasi baliqciliq vetegesi Gurcustandan gelmis sahibkarlara Yeni Afon monastrina 12 illiye icareye verilmisdir Sari Adasi vetegesi Avropa tebeesi olan Reytmana icareye verilmisdir Burada ovlanan baliqlar Hesterxana ve oradan da xarice ixrac olunurdu Istehsal olunan kuruler ise Ruminiyaya ve Yunanistana gonderilmisdir Inqilabdan evvel Qumbasi ve Sari Ada vetegeleri Mirehmed xan Talisinski Haci Zeynalabdin Tagiyeve ve diger milyonculara mexsus olmusdur Lenkeranda ilk baliqciliq kolxozlari 1929 cu ilde yaradilmis 1977 ci iledek Qelebe Sari 26 lar Vatutin adi ile fealiyyet gostermisdir adasi 1990 ci ilde Eoysaban ve ikinci Nerimanabaddaki baliqciliq teserrsfatlari berpa yedilmisdir Oten esrin altmisinci illerinde qurmaqla toru tovratlarin ssrstlemesi comce dom a toru terece solu ve dieer nov baliq ovu aletleri ile denizden caylardan murdov ve bicarlardan arxlardan setta xendeklerden baliq ovlanirdi Murdovun qurudulmasi celtikciliyin legvi baliq mehsullarini tukendirmisdir Medeniyyet tehsil ve sehiyye muessiseleriLenkeranda 51 mektebeqeder usaq muessisesi 81 umumtehsil pedaqoji tibb ve musiqi mektebi var 87 klub 94 kitabxana Dovlet Dram Teatri muzey Azerbaycan Elmi Tedqiqat Baliqciliq ve Subtropik Bitkiler Institutunun filiali fealiyyet gosterir Rayonun inzibati merkezi yasilliga qerq olunmus gozel Lenkeran seheridir Akasiya xiyabanlari hem yerli sakinlerin hem de Lenkeranin qonaqlarinin sevimli istirahet gusesidir Bu diyarin elverisli cografi movqeyi munbit torpagi ve zengin tebii ehtiyatlari ta qedim dovrlerden adamlari celb edirdi Burada neolit dovrunden baslayaraq insan meskenleri olmusdur Hazirda Lenkeran seherinin oldugu yerde 300 il bundan evvel qamis kollari ile dolu bataqliq bir erazi var idi O vaxtlar denizin yaxinliginda Lenkerancay cayinin sahilinde dordbucaqli seklinde 2 qulleli bir qala ve mayak tikilmisdir Seher evvelce Lengerkunen adlanirdi Bu sozun menasi lovber yeri yeni liman demek idi Lenkeran seherindeki tarix muzeyinin hem ekspozisiyasi hem de binanin ozu turistlerin maragina sebeb olacaqdir Lenkeran diyari meshur generallar Semedbey Mehmandarovun ve Hezi Aslanovun vetenidir Bu seherde Hezi Aslanovun abidesi ucaldilmis onun doguldugu evde ise muzey acilmisdir Lenkeran teatrinin tarixi XIX esrden baslanir Bu teatrda 1850 ci ilde sehneye qoyulmus ilk eserin tamasasindan elde edilen butun gelir yoxsullara iane edilmisdir Memarliq abideleri ve gormeli yerleriMemarliq abidelerinden Lenkeranda qala Haci Mirze hamami mescid XVIII XIX esrler Asagi Nuvedi Seyidekeran Sutemurdov kendlerinden mescid XIX esr qorunub saxlanir Rayonda tarixi abideler coxdur Yuxari Nuvedi kendinde qedim Ebirler qullesi Sixakeran kendinde Seyx Zahid turbesi Lenkeran seherinde Kicik Bazar mescidi Guldeste minaresi Haci Mirze hamami binanin fasadini bezeyen deqiq naxislari ile secilen gozel Xan Evi kimi tarixi abideler qorunub saxlanmisdir Seherin qerbinde Bellebur qalasinin xarabalari var Bu qalanin tikilmesinde cay dasindan ve bismis qirmizi kerpicden istifade edilmisdir Saxsi su kemeri borulari hele de salamat qalmisdir Qalanin en uca yerinde qulle ucalmisdir Yerli ehali bu qalani Boz qala adlandirir Lenkeran seherinde gezmeli gormeli yerler coxdur En meshurlari Qala xiyabani ve dir IqlimiLenkeran rayonunun iqlimi rutubetli subtropikdir Bu iqlim qisi mulayim yayi quraq kecen isti ve payizi cox yagintili olmasi ile ferqlenir Bu yerlerde sert ve qarli qis olmur Gunes radiasiyasi 125 134 kkal sm2 catir Havanin orta illik herareti 25 1o C dir En isti ay iyul 40oC en soyuq ay ise yanvardir 3 4oC Yagintinin illik miqdari 1400 1600 mm dir Rutubetli subtropik seraitine gore erazide sari torpaqlar genis yayilmisdir Lenkeranin iqlim seraiti erazinin bir sira ozunemexsus cehetleri ile ferqlenir Vilayetin serq ve cenub serq qurtaracaginin Xezer denizi ile serhedlenmesi ve cenubda dagliq erazilerin keskin sekilde sahilboyu zolaga enmesi Xezerin uzerinden gelen su buxarinin kondensasiyasi ucun elverisli serait yaratmisdir Gorkemli sexsleriAllahsukur Pasazade Seyxulislam ve Qafqaz Muselmanlari Ruhani Idaresinin bascisi Hezi Aslanov 2 defe Sovet Ittifaqi Qehremani general mayor Semed bey Mehmandarov Rusiya Imperator ordusunun artilleriya generali Azerbaycan Xalq Cumhuriyyetinin herbi naziri sovet herb xadimi Solmaz Eliyeva Sosialist Emeyi Qehremani 5 cagiris Azerbaycan SSR Ali Sovetinin deputati Hadi Recebli Azerbaycan Milli Meclisinin uzvu Rufet Quliyev Azerbaycan Milli Meclisinin uzvu Etibar Veliyev Azerbaycan sairi ve publisisti Prezident teqaudcusu Azerbaycan Yazicilar Birliyinin uzvu Azerbaycan Jurnalistler Birliyinin uzvu Qizil qelem mukafati laureati Mirhasim Talisli filologiya elmleri doktoru Etibar Cebrayiloglu Azerbaycanin taninmis jurnalisti kose yazari Hesen bey Zerdabi mukafati laureati Meherrem Quliyev Agstafa rayon icra hakimiyyetinin bascisi Zadir Rzayev Azerbaycan silahli quvvelerinin generali Mirmemmed Cavadzade hekim uroloq Memmedsadiq Abdullayev anatom histoloq tibb elmleri doktoru professor emekdar elm xadimi Ebulfez Recebli turkoloq filologiya elmleri doktoru professor Ebdul Qasimov hidrobioloq alim Yasar Rzayev filologiya uzre felsefe doktoru Azerbaycan Yazicilar Birliyinin uzvu Yalcin Rzazade mugenni Azerbaycan Respublikasi Xalq Artisti Azerbaycan Medeniyyet ve Incesenet Universitetinin vokal ve pop musiqi kafedrasinin mudiri Gulaga Memmedov mugenni Azerbaycan SSR Xalq Artisti Munevver Kelenterli emekdar artist SSRI dovlet mukafati laureati Caneli Ekberov xanende Azerbaycan Respublikasinin xalq artisti Heqiqet Rzayeva mugenni soprano pedaqoq Azerbaycanin xalq artisti Kamil Necefzade Azerbaycan kino ressami SSR emekdar ressami Azerbaycanin xalq ressami Dovlet Mukafati laureati Seker Aslan sair dramaturq jurnalist Azerbaycan Yazicilar Birliyinin ve Azerbaycan Jurnalistler Birliyinin uzvu Nazir Eliyev Azerbaycan Respublikasinin emekdar artisdi Mir Ibrahim bey Talisinski Azerbaycan herbcisi general mayor Mir Mustafa xan Talis xani 1786 1814 Mirkazim bey Talisxanov Rusiya Imperator Ordusunun general mayoru Esed bey Talisxanov Rusiya Imperator Ordusunun general mayoru Xelil bey Talisxanov Rusiya Imperator Ordusunun general mayoru Mir Hesen xan Talis xanliginin 1812 1826 hakimi Fikret Memmedov Azerbaycan Silahli Quvvelerinin General mayoru Xezer Ibrahim Azerbaycan Respublikasinin Amerika Birlesmis Statlarindaki Fovqelade ve selahiyyetli sefiri Rovsen Lenkeranski Talis qanuni ogruHemcinin baxAzerbaycanin inzibati bolgusuIstinadlarLenkeran Rayon Icra Hakimiyyeti Icra hakimiyyetinin bascisi Qarasov Taleh Azay oglu 2013 02 12 at the Wayback Machine Lenkeran Rayon Icra Hakimiyyeti Umumi melumat 2012 08 06 at the Wayback Machine Arxivlenmis suret 2020 06 07 tarixinde Istifade tarixi 2020 05 02 Aztelekom Istehsalat Birliyi Olke ve seherlerarasi telefon kodlari Seherlerarasi telefon kodlari 2018 05 03 at the Wayback Machine Lenkeran Rayon Icra Hakimiyyeti Ehali 2012 05 16 at the Wayback Machine Ethno Caucasus Etnodemografiya Kavkaza Lenkaranskij rajon perepis 1939 goda 2014 10 09 at the Wayback Machine Vsesoyuznaya perepis naseleniya 1939 goda Nacionalnyj sostav naseleniya rajonov gorodov i krupnyh sel soyuznyh respublik SSSR Azerbajdzhanskij SSR gt gt Lenkoranskij 2022 03 27 tarixinde Istifade tarixi 2014 12 28 Azerbaycan Dovlet Statistika Komitesi Lenkeran rayonu 2010 11 13 at the Wayback Machine Population statistics of Eastern Europe 2017 11 16 at the Wayback Machine Ethnic composition of Azerbaijan by 2009 census Arxivlesdirilib 2015 06 27 at Archive today Edebiyyat ASE II cild 1977 Y Ebdurrehmanov Azerbaycan faunasi 1966 Y Ebdurrehmanov R Qayibova S Abbasov Bizim baliqlar 1966 Lenkeran Rayon Icra Hakimiyyeti Iqlim 2012 05 16 at the Wayback MachineXarici kecidlerBelediyye Informasiya Sistemi 2007 01 27 at the Wayback Machine Mulki Cemiyyete Dogru Merkezi olu kecid