Kavalalı İbrahim Paşa (d. 1789 - ö. 10 noyabr 1848) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın böyük oğludur.
Kavalalı İbrahim Paşa | |
---|---|
ərəb. إبراهيم محمد علي باشا | |
2 mart (sentyabr) 1848 – 10 noyabr 1848 | |
Əvvəlki | Kavalalı Mehmed Əli Paşa |
Sonrakı | I Abbas Hilmi Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kavala, Rumeli əyaləti, Osmanlı imperiyası |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Atası | Mehmed Əli Paşa |
Anası | Əminə xanım |
Həyat yoldaşı | Hoşyar Qadınəfəndi |
Uşaqları | İsmayıl Paşa Mustafa Fazil Paşa |
Ailəsi | Kavalalı ailəsi |
Dini | Sünni, İslam |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
1789-cu ildə Kavalada dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun ilk xanımı Əminə xanımdır. Bəzi mənbələrdə onun doğum tarixinin 1789 olduğu və Əminə xanımın ilk nigahından dünyaya gəldiyi qeyd edilsə də, bu məlumat doğru deyil. 17 yaşına qədər Kavalada yaşayan İbrahim atasının Misir hakimi təyin edilməsinin ardından kiçik qardaşı Əhməd Tosunla birlikdə Misirə gəldi (28 avqust 1805). Misirdə Qahirə qalasının idarəsi ilə vəzifələndirilən İbrahim bəy 1806-cı ilin oktyabrında, atasının Bab-ı Əliyə verməyi vəd etdiyi vergiyə qarşılıq olaraq girov kimi İstanbula göndərildi. Osmanlı-Rusiya müharibəsinin ilk aylarında (1807-ci ilin fevralında) İstanbul yaxınlığınadək gələn ingilis donanması bir şey əldə etmədən geri çəkildi və dönərkən Misir istiqamətinə irəliləyərək İsgəndəriyyəni zəbt etdi (20 mart 1807). Buna baxmayaraq atası Mehmed Əli Paşa idarəsindəki Osmanlı-Misir hərbi birlikləri bölgəni ingilislərdən müdafiə etdi. Buna mükafat olaraq İbrahim bəy Misir dəftərdarı təyin edilərək 1807-ci ilin payızında Misirə geri göndərildi və 1813-cü ilədək bu vəzifədə qaldı.
Vəhhabilər üsyanı
1 mart 1811-ci ildə öndə gələn Məmlük bəylərinin qanlı bir şəkildə ortadan qaldırılmasının ardından kiçik qardaşı Əhməd Tosun Paşa Hicazda vəhhabi üsyanının yatırılması ilə, İbrahim isə Yuxarı Misirin idarəsi ilə vəzifələndirildi (iyul 1813). Bu vəzifədə ikən mərkəzi hakimiyyəti gücləndirməyə və vergi toplanması işini sistemləşdirməyə çalışan İbrahim, yerdə qalan kiçik Məmlük bəylərini bölgədən sürgün etdi. 1816-cı ilədək bu vəzifədə xidmət etdikdən sonra vəfat edən qardaşının yerinə vəhhabilərlə mübarizə məqsədilə Hicaza yollandı. 1816-cı ilin sentyabrında başlayan bu səfəri əsnasında Bab-ı Əli tərəfindən ona “paşa” ünvanı verildi (19 dekabr 1817). İbrahim Paşa Ər-Res və Şəkra kimi bəzi mühüm yüksəklikləri ələ keçirdikdən sonra 1818-ci ilin aprelində vəhhabilərin mərkəzi olan Diriyə qalasını mühasirəyə aldı və 5 ay davam edən mühasirənin ardından qalaya daxil olub, vəhhabilərin rəisi Abdullah ibn Səudu ələ keçirdi (9 sentyabr 1818). Qazanılan bu qələbənin ardından həcc yollarının təhlükəsizliyi təmin edildi, Mehmed Əli Paşanın İslam dünyasındakı nüfuzu artdı və Qırmızı dənizdəki ticarət yolları üzərində Misir hökuməti üstünlük qazandı. Misir nüfuzunun Bəsrə körfəzinə doğru yayılması ilə ingilislərin diqqətini çəkən İbrahim Paşa bölgədə əmin-amanlığı təmin edib Misirə döndü (1819) və bu xidmətlərinin qarşılığında Bab-ı Əli tərəfindən Ciddə sancaqbəyi, Həbəşistan bəylərbəyi və Məkkənin qoruyucusu təyin edildi.
Moreya üsyanı
Atasının qurmağı planlaşdırdığı yeni orduya əsgər toplamaq məqsədilə Sudana gedən qardaşı İsmayıl Kamil Paşaya yardım məqsədilə 1821-ci ildə bölgəyə yollansa da, qardaşının burada həlak edilməsi və özünün də xəstələnərək Misirə dönməsi atasının bu planını yarımçıq qoydu (1822). Moreya səfərinə qədər var gücüylə yeni bir Misir ordusunun qurulmasına çalışan fransız əsilli polkovnik Jozef Sevenin (sonradan Süleyman Paşa) yanında yetişən İbrahim Paşa, Moreyadakı üsyanın Osmanlılar tərəfindən qarşısının alına bilməməsi, Misir hakimindən yardım istənilməsi, Mehmed Əli Paşanın isə bunun qarşılığında Moreya sancaqbəyliyini tələb etməsi nəticəsində Sultan Mahmud tərəfindən bu vəzifəyə təyin olundu (1 aprel 1824). Ordu və donanma ilə birlikdə 19 iyul 1824-cü ildə İsgəndəriyyədən yola çıxan İbrahim Paşa Osmanlı donanması ilə birləşərək Rodos və Krit sahillərində ağalıq edən yunan dəniz quldurlarını məğlub edərək Modon sahillərindən bölgəyə daxil oldu (mart 1825). Öncə Navarin (18 may), daha sonra Tripoliçeni (23 iyun) ələ keçirdi. 5 iyun 1827-ci ildə Afinanın da ələ keçirilməsi ilə üsyan tamamilə yatırıldı.
Ancaq bu əsnada üsyanı xaricdən dəstəkləyən İngiltərə, Fransa və Rusiya nümayəndələri 6 iyul 1827-ci ildə üçtərəfli ittifaq quraraq məsələni sülh yoluyla həll etmək istədilər. Bu sülh tələbinin Bab-ı Əli tərəfindən rədd edilməsinin ardından müttəfiq donanması Navarin limanına daxil olaraq burdakı Osmanlı-Misir birləşmiş donanmasını məhv etdi (20 oktyabr 1827). Bu hadisədən sonra İbrahim Paşa, atasından gələcək növbəti bir əmrə qədər bütün birliklərini Modon sahilində topladı. Yunan üsyanına Avropa dövlətlərinin belə sərt şəkildə müdaxilə etməsiylə məsələnin ciddiləşdiyini görən Mehmed Əli Paşa müttəfiq dövlətlərin təmsilçisi ingilis polkovnik Kodrinqtonla İsgəndəriyyədə yeni bir andlaşma imzaladı (9 iyul 1828) və Bab-ı Əlinin icazəsi olmadan Moreyadakı birliklərini geri çəkdi.
Suriyanın işğalı
İbrahim Paşa Moreya səfərinin ardından atasının köməkçisi olaraq xidmət etməyə başladı. Bir yandan təşkilati məsələrlə maraqlanır, digər yandan isə hərbi itkiləin bərpası ilə məşğul olurdu. Moreyada baş verən hadisələrdən sonra Sultan Mahmudla aralarında soyuqluq yaranan Mehmed Əli Paşa, səfərdəki itkilərinin qarşılığında Suriyanın ona verilməsini tələb etsə də, onun bu tələbi Bab-ı Əli tərəfindən qəbul edilmədi. Ancaq məsələnin böyüməməsi üçün İbrahim Paşa Krit sancaqbəyi təyin edildi. Hicazdə Məkkə şərifinin çıxardığı üsyana vəhhabilərin də qoşulmasıyla bölgədə yaranan iğtişaşların yatırılmasının ardından İbrahim Paşa, atasından daha yüksək vəzifə hesab edilən Məkkə əmirliyinə gətirildi və beləcə ikisi arasında rəqabət yaradılmağa çalışıldı. Ancaq Osmanlıların bu planı baş tutmadı və Mehmed Əli Paşa Əkka sancaqbəyi Abdullah Paşa ilə arasındakı ixtilafı bəhanə edərək İbrahim Paşa idarəsindəki ordunu Suriyaya göndərdi (2 noyabr 1831). Misir ordusu qısa zamanda Qüds, Nablus, Sayda, Beyrut və Tərabülüs əş-Şam şəhərlərini ələ keçirdi. 26 noyabrda Əkka qalası mühasirəyə alındı. Bölgədə yaşayan müsəlman və qeyri-müsəlman əhaliyə bərabər hüquqlar verilərək Avropa dövlətlərinin bu məsələdə tərəfsiz qalmaları təmin edildi.
Osmanlılarla mübarizə
Məsələni xoşluqla həll etmək istəyən Bab-ı Əli, təşəbbüslərinin nəticəsiz qalmasının ardından Ağa Hüseyn Paşanı sərdar təyin edərək bölgəyə yolladı (mart 1832). Alınan fətva ilə Mehmed Əli Paşa və oğlu İbrahim Paşa xain elan edildi, Misir, Krit, Ciddə və Sayda əyalətlərinin idarəsi Ağa Hüseyn Paşaya həvalə olundu. Misir birlikləri Osmanlı ordusu ilə ilk dəfə Zərra adlı yerdə qarşı-qarşıya gəldi və onları məğlub etdi (14 aprel 1832). Əkka 6 ay davam edən mühasirənin ardından təslim oldu (27 may 1832). İbrahim Paşa idarəsindəki Misir birlikləri öncə Hələb bəylərbəyi Mehmed Paşanı (8 iyul), ardından Ağa Hüseyn Paşanı məğlub etdi (29 iyul). Ardından Konya üzərinə hücuma keçən Misir birlikləri bölgədə heç bir müqavimətlə qarşılaşmadılar. İbrahim Paşa 21 dekabr 1832-ci ildə ordu sərdarı və sədrəzəm Rəşid Mehmed Paşa idarəsindəki Osmanlı birliklərini də məğlub etdi. Sədrəzəm əsir düşdü və beləcə, yalnız Anadolu deyil, həmçinin İstanbul da təhlükə altına düşdü. Hətta qələbənin ardından Kütahyaya gələn İbrahim Paşa buradan atasına yazdığı bir məktubda İstanbula getməyi və sultanı taxtdan devriməyi təklif etsə də, Avropa dövlətlərinin müdaxiləsindən çəkinən Mehmed Əli Paşa buna icazə vermədi. Bu əsnada böyük dövlətlərdən diplomatik dəstək gözləyən Bab-ı Əli, digər yandan Qahirəyə elçilər göndərərək Mehmed Əli Paşa ilə uzlaşmağa çalışırdı. Avropa dövlətlərinin təzyiqi və rus birliklərinin yardım üçün İstanbula göndərilməsi nəticəsində Mehmed Əli Paşanın tələblərini qəbul etməyə məcbur olan Sultan Mahmud, 3 may 1833-cü ildə Adana bölgəsinin İbrahim Paşaya verilməsini qəbul etdi. 5-6 may tarixlərində bununla bağlı padşah fərmanları yazılaraq Kütahyaya göndərildi. Bu razılıq tərəflər arasında nisbi atəşkəs yaratsa da, bu çox uzun çəkmədi.
Anadoludan geri çəkilən İbrahim Paşanın Suriyanın işğalı əsnasında yürütdüyü siyasət başlanğıcda həm yerli əhalini, həm də yerli idarəçiləri razı salmışdı. Çünki yerli idarəçilər vəzifələrində qalmış və sahib olduqları imtiyazlara toxunulmamış, hətta Hələbdə yeniçəri ocağının yenidən yaradılacağı elan edilmişdi. Ancaq daha sonra İbrahim Paşa ingilislərin bölgədə ona dəstək verməsi məqsədilə müsəlman və qeyri-müsəlman əhali arasında bərabər hüquq təmin etdi, hətta bəzi hallarda qeyri-müsəlman əhaliyə bəzi imtiyazlar verildi. Digər yandan ingilislərin Fələstində möhkəmlənməsinə göz yumuldu. 1838-ci ildə Qüdsdə ilk İngiltərə konsulluğu, 1839-cu ildə isə protestan patriarxlığı fəaliyyətə başladı.
İbrahim Paşa bölgənin təşkilati strukturunda da yeniliklər etdi. Öncəliklə çıxa biləcək hansısa ayaqlanmaya qarşı əhali tərksilah edildi. Bölgədəki kişi əhalinin sayımı aparıldı və ardından yeni və nisbətən ağır vergi sistemi tədbiq edilməyə başlandı. Bölgədə yaradılan diktatura rejimi çox keçmədən əhalinin Osmanlı hakimiyyətini tələb edilməsiylə nəticələndi. 1834-cü ilin mayında Nablus və Əl-Xəlildə başlayan üsyanlar İbrahim Paşa tərəfindən olduqca sərt bir şəkildə yatırıldı. Havranda çıxan dərzilər üsyanı da eyni şəkildə aradan qaldırıldı (1838). Bütün bu qarışıqlıqlar isə Osmanlılara gözlənilən siyasi mühiti təmin etdi.
Məsələni hərbi yolla həll etmək niyyətində olan Sultan Mahmud yerli əyanların da dəstəyilə Hafiz Paşa idarəsindəki ordunu bölgəyə yolladı. Nizip yaxınlığında 2 ordu qarşı-qarşıya gəldi. Döyüş Osmanlı ordusunun məğlubiyyəti ilə nəticələndi və Anadolu torpaqlarının qapısı yenidən İbrahim Paşaya açıldı (24 iyun 1839). Ancaq məğlubiyyət xəbəri paytaxta çatmadan Sultan Mahmud vəfat etdi və 16 yaşlı oğlu Əbdülməcid taxta çıxarıldı. Digər yandan atasının keçmiş rəqiblərindən Hüsrəv Paşanın sədarəti zorla ələ keçirməsi, yeni sədrəzəmlə şəxsi düşmənçiliyi olan kaptan-ı dərya Əhməd Fövzi Paşanın Osmanlı donanmasını Misirə təslim etməsi və Rusiyanın fürsətdən istifadə edərək məsələyə daxil olmaq istəməsi Avropa dövlətlərini hərəkətə keçirdi. 15 iyul 1840-cı ildə Bab-ı Əli hökuməti ilə İngiltərə, Rusiya, Avstriya və Prussiya təmsilçiləri arasında bağlanan London andlaşmasına əsasən, Misirin və yalnız yaşadığı müddət ərzində Əkkanın idarəsi Mehmed Əli Paşaya verildi. Ancaq Fransanın təkidləriylə Misir tərəfi bu şərtləri qəbul etmədi. Nəticədə andlaşmanın şərtlərinə əsasən İngiltərə, Avstriya və Osmanlı gəmilərindən ibarət nəhəng donanma Suriya sahillərinə gələrək qısa zamanda Sayda, Beyrut və Hayfanı ələ keçirdi. 4 noyabrda Əkka qalası təslim alındı və Misir hakimiyyətindən narazı olan bölgələrdə əhali ayaqlandı. 15 sentyabrda Misir hakimliyindən azad edilən Mehmed Əli Paşa 27 noyabrda Fransanın vasitəçiliyi ilə qarşı tərəfə öz şərtlərini bildirdi. Onun şərtinə görə, Misir hakimiyyətinin ona və onun övladlarına buraxılması qarşılığında Osmanlı donanması geri qaytarılacaq və Misir ordusu Suriyanı tərk edəcəkdi. 24 may 1841-ci ildə yazılan bir fərmanla Misirin idarəsi Mehmed Əli Paşanın nəslindən olan ən böyük oğul övladına veriləcəyi elan edildi. Bu fərman paşa tərəfindən də qəbul edildi və beləcə, Misir məsələsi qəti olaraq nəticələndi.
Qısa Misir hakimliyi
Misirə döndükdən sonra İbrahim Paşa bölgədə müharibənin yaratdığı fəsadları aradan qaldırmağa və təsərrüfatın inkişafına başladı. Səhhətinin ağırlaşmasının ardından 1846-cı ildə müalicə məqsədilə İngiltərə və Fransaya getdi. 1848-ci ilin əvvəllərində, yaşı səbəbilə artıq əqli geriliyi gizlədilə bilməyən atasının əvəzinə ölkəni idarə etməyə başlayan İbrahim Paşa, atasının vəziyyətinin ağırlaşmasının ardından 1848-ci ilin sentyabrında İstanbula çağırılaraq rəsmi şəkildə Misir hakimi təyin edildi. Ancaq özü də vərəm xəstəsi idi və Misirə döndükdən (10 sentyabr) qısa müddət sonra hələ atası həyatda ikən 10 noyabr 1848-ci ildə vəfat etdi. Yerinə ailənin yaşca ən böyük kişi üzvü, mərhum qardaşı Əhməd Tosun Paşanın oğlu Abbas Hilmi Paşa Bab-ı Əli tərəfindən Misir hakimi təyin edildi.
Haqqında
Misirdə yetişmiş və Ərəb aləmi, dili və mədəniyyəti çərçivəsində yoğrulmuş, Misir tarixində “fateh” ünvanıyla anılan, atasına sədaqətiylə yanaşı müstəqil siyasət yürüdən, mükəmməl hərbçi və qətiyyətli bir idarəçi olan İbrahim Paşa, şübhəsiz ki, Misir tarixində atası Mehmed Əli Paşa ilə birlikdə adı anılan ikinci mühüm şəxsiyyətdir. Osmanlı hakimiyyətinə qarşı sərt tutumu və İstanbula qədər irəliləyərək Osmanlı ailəsini hakimiyyətdən devirmək niyyətinin olması, onun atasından daha cürətkar bir siyasət yürütməsinin bir nümunəsidir.
Ailəsi
Xanımları
- Xədicə Qadınəfəndi
- Şivəkar Qadınəfəndi — Əhməd Rüfət Paşanın anasıdır.
- Hoşyar Qadınəfəndi (ö. 21 iyun 1886)
- Ülfət Qadınəfəndi (ö. 1865) — Mustafa Fazil Paşanın anasıdır.
- Gülzar Qadınəfəndi
- Sara Qadınəfəndi
Oğul övladları
- İbrahim Fəhmi bəy (d. 1814 - ö. 1819)
- (d. 8 dekabr 1825 - ö. 15 may 1858)
- Kavalalı İsmayıl Paşa (d. 31 dekabr 1830 - ö. 2 mart 1895)
- Mustafa Fazil Paşa (d. 20 fevral 1830 - ö. 2 dekabr 1875)
Qız övladları
Mənbə
- Cebertî, ʿAcâʾibü’l-âs̱âr, III, 347-379; IV;
- Georg Rosen, Geschichte der Türkei von dem Siege der Reform im Jahre 1826 biz zum Pariser Tractat vom Jahre 1856, Leipzig 1866, I, 143-179, 195-198, 215-217, 221-222, 291-298; II, 3-7, 12-14, 21-23, 29-47;
- A. A. Paton, A History of the Egyptian Revolution from the Period of the Mamlukes to the Death of Mohammed Ali, London 1870, II, 95-100, 116-121, 137-143, 174-178, 180-183, 188-189, 194-197, 200-202, 206-207;
- J. Barker, Syria and Egypt Under the Last Five Sultans of Turkey (ed. E. B. B. Barker), London 1876, II, 119, 176-177, 179, 187-190, 193-197, 203-206, 235-240;
- Mustafa Nûri Paşa, Netâyicü’l-vukūât (nşr. Mehmed Gālib Bey), İstanbul 1327, IV, 84-87, 91;
- Osman b. Bişr en-Necdî, ʿUnvânü’l-mecd fî târîḫi Necd, Riyad 1982, I, 384-418;
- W. Alison Phillips, “Mehemet Ali”, The Cambridge Modern History, Cambridge 1907, X, 545-572;
- Kâmil Paşa, Târîh-i Siyâsî-i Devlet-i Aliyye-i Osmâniyye, İstanbul 1327, III, 39-40, 44-45, 94-95, 116-117, 120-227;
- M. John Hall, England and the Orleans Monarchy, New York 1912, s. 148-152, 154-155, 158-161, 219-220, 242-245, 276-277, 288-289, 294-295, 301, 313-316;
- Delîlü’l-Ḫalîc (Tarih), III, 1619-1625;
- [Anonim], Ḥurûbu İbrâhîm Bâşâ al-Mıṣrî fî Sûriyâ ve’l-Anadûl (nşr. A. J. Rustum), Kahire, ts.;
- Abdurrahman Şeref, Târih Musâhabeleri, İstanbul 1339, s. 21;
- Süleyman Ebû İzzeddin, İbrâhîm Bâşâ fî Sûriyâ, Beyrut 1929, tür.yer.;
- H. Dodwell, The Founder of Modern Egypt, Cambridge 1931, s. 18-19, 34-36, 43-51, 62-65, 71-92, 108-111, 114-117, 122, 156-159, 173-176, 184-185, 189-191;
- Pierre Crabitès, Ibrahim of Egypt, London 1935;
- Asad J. Rustum, The Royal Archives of Egypt and the Origins of the Egyptian Expedition to Syria: 1831-1841, Beyrut 1936, s. 25-26, 49, 53-59;
- a.mlf., “Syria under Mehmed Ali”, The American Journal of Semitic Languages and Literatures, XLI (1924-25), s. 34-57;
- a.mlf., “Syria under Mehmed Ali - A. Translation”, a.e., XLI (1924-25), s. 183-191;
- Şinasi Altundağ, Kavalalı Mehmet Ali Paşa İsyanı: Mısır Meselesi 1831-1843, Ankara 1945, s. 24-29, 36-37, 53-54, 56-64, 77-78, 90-92, 101-105, 109-117, 130-132;
- a.mlf., “İbrahim Paşa”, İA, V/2, s. 900-906;
- Abdurrahman er-Râfî, ʿAṣru Muḥammed ʿAlî, Kahire 1947, s. 220-246, 262-263, 272-281, 292-299, 300-304;
- M. Rifaat Bey, The Awakening of Modern Egypt, London 1947, s. 18-27, 32-37, 51-62, 68-71, 78-85, 90-91;
- Yitzhak Hofman, “The Administration of Syria and Palestine Under Egyptian Rule (1831-1840)”, Studies on Palestine During the Ottoman Period (nşr. M. Maoz), Jerusalem 1975, s. 311-333;
- Afaf Lutfi al-Sayyid Marsot, Egypt in the Reign of Muhammad Ali, Cambridge 1984, s. 27, 43-58, 61-74, 81-85, 101, 127-128, 198-230, 233-235, 240-241, 245-246, 252-256;
- Alexander Schölch, Palästina im Umbruch 1856-1882, Stuttgart 1986, s. 48-53;
- Muhammed H. Kutluoğlu, The Egyptian Question (1831-1841): The Expansionist Policy of Mehmed Ali Paşa in Syria and Asia Minor and the Reaction of The Sublime Porte, İstanbul 1998, s. 42-49, 61-82, 87-105, 131-160;
- Ali Fuad, “Mısır Valisi Mehmed Ali Paşa”, TTEM, sy. 19 (96) (1928), s. 64-147;
- P. Kahle - [P. M. Holt], “Ibrāhīm Pasha”, EI2 (İng.), III, 999-1000.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kavalali Ibrahim Pasa d 1789 o 10 noyabr 1848 Osmanlilarin Misir ve Sudan hakimi Kavalali ailesinin banisi Mehmed Eli Pasanin boyuk ogludur Kavalali Ibrahim Pasaereb إبراهيم محمد علي باشا Misir ve Sudan hakimi2 mart sentyabr 1848 10 noyabr 1848EvvelkiKavalali Mehmed Eli PasaSonrakiI Abbas Hilmi PasaSexsi melumatlarDogum tarixi 1789Dogum yeri Kavala Rumeli eyaleti Osmanli imperiyasiVefat tarixi 10 noyabr 1848 59 yasinda Vefat yeri Qahire Misir eyaletiDefn yeri QahireFealiyyeti siyasetci herbi qulluqcuAtasi Mehmed Eli PasaAnasi Emine xanimHeyat yoldasi Hosyar QadinefendiUsaqlari Ismayil Pasa Mustafa Fazil PasaAilesi Kavalali ailesiDini Sunni IslamRutbesi general Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri 1789 cu ilde Kavalada dunyaya geldi Atasi Kavalali ailesinin banisi Mehmed Eli Pasa anasi ise onun ilk xanimi Emine xanimdir Bezi menbelerde onun dogum tarixinin 1789 oldugu ve Emine xanimin ilk nigahindan dunyaya geldiyi qeyd edilse de bu melumat dogru deyil 17 yasina qeder Kavalada yasayan Ibrahim atasinin Misir hakimi teyin edilmesinin ardindan kicik qardasi Ehmed Tosunla birlikde Misire geldi 28 avqust 1805 Misirde Qahire qalasinin idaresi ile vezifelendirilen Ibrahim bey 1806 ci ilin oktyabrinda atasinin Bab i Eliye vermeyi ved etdiyi vergiye qarsiliq olaraq girov kimi Istanbula gonderildi Osmanli Rusiya muharibesinin ilk aylarinda 1807 ci ilin fevralinda Istanbul yaxinliginadek gelen ingilis donanmasi bir sey elde etmeden geri cekildi ve donerken Misir istiqametine irelileyerek Isgenderiyyeni zebt etdi 20 mart 1807 Buna baxmayaraq atasi Mehmed Eli Pasa idaresindeki Osmanli Misir herbi birlikleri bolgeni ingilislerden mudafie etdi Buna mukafat olaraq Ibrahim bey Misir defterdari teyin edilerek 1807 ci ilin payizinda Misire geri gonderildi ve 1813 cu iledek bu vezifede qaldi Vehhabiler usyani 1 mart 1811 ci ilde onde gelen Memluk beylerinin qanli bir sekilde ortadan qaldirilmasinin ardindan kicik qardasi Ehmed Tosun Pasa Hicazda vehhabi usyaninin yatirilmasi ile Ibrahim ise Yuxari Misirin idaresi ile vezifelendirildi iyul 1813 Bu vezifede iken merkezi hakimiyyeti guclendirmeye ve vergi toplanmasi isini sistemlesdirmeye calisan Ibrahim yerde qalan kicik Memluk beylerini bolgeden surgun etdi 1816 ci iledek bu vezifede xidmet etdikden sonra vefat eden qardasinin yerine vehhabilerle mubarize meqsedile Hicaza yollandi 1816 ci ilin sentyabrinda baslayan bu seferi esnasinda Bab i Eli terefinden ona pasa unvani verildi 19 dekabr 1817 Ibrahim Pasa Er Res ve Sekra kimi bezi muhum yukseklikleri ele kecirdikden sonra 1818 ci ilin aprelinde vehhabilerin merkezi olan Diriye qalasini muhasireye aldi ve 5 ay davam eden muhasirenin ardindan qalaya daxil olub vehhabilerin reisi Abdullah ibn Seudu ele kecirdi 9 sentyabr 1818 Qazanilan bu qelebenin ardindan hecc yollarinin tehlukesizliyi temin edildi Mehmed Eli Pasanin Islam dunyasindaki nufuzu artdi ve Qirmizi denizdeki ticaret yollari uzerinde Misir hokumeti ustunluk qazandi Misir nufuzunun Besre korfezine dogru yayilmasi ile ingilislerin diqqetini ceken Ibrahim Pasa bolgede emin amanligi temin edib Misire dondu 1819 ve bu xidmetlerinin qarsiliginda Bab i Eli terefinden Cidde sancaqbeyi Hebesistan beylerbeyi ve Mekkenin qoruyucusu teyin edildi Moreya usyani Misir ordusu Moreyada Atasinin qurmagi planlasdirdigi yeni orduya esger toplamaq meqsedile Sudana geden qardasi Ismayil Kamil Pasaya yardim meqsedile 1821 ci ilde bolgeye yollansa da qardasinin burada helak edilmesi ve ozunun de xestelenerek Misire donmesi atasinin bu planini yarimciq qoydu 1822 Moreya seferine qeder var gucuyle yeni bir Misir ordusunun qurulmasina calisan fransiz esilli polkovnik Jozef Sevenin sonradan Suleyman Pasa yaninda yetisen Ibrahim Pasa Moreyadaki usyanin Osmanlilar terefinden qarsisinin alina bilmemesi Misir hakiminden yardim istenilmesi Mehmed Eli Pasanin ise bunun qarsiliginda Moreya sancaqbeyliyini teleb etmesi neticesinde Sultan Mahmud terefinden bu vezifeye teyin olundu 1 aprel 1824 Ordu ve donanma ile birlikde 19 iyul 1824 cu ilde Isgenderiyyeden yola cixan Ibrahim Pasa Osmanli donanmasi ile birleserek Rodos ve Krit sahillerinde agaliq eden yunan deniz quldurlarini meglub ederek Modon sahillerinden bolgeye daxil oldu mart 1825 Once Navarin 18 may daha sonra Tripoliceni 23 iyun ele kecirdi 5 iyun 1827 ci ilde Afinanin da ele kecirilmesi ile usyan tamamile yatirildi Ancaq bu esnada usyani xaricden destekleyen Ingiltere Fransa ve Rusiya numayendeleri 6 iyul 1827 ci ilde ucterefli ittifaq quraraq meseleni sulh yoluyla hell etmek istediler Bu sulh telebinin Bab i Eli terefinden redd edilmesinin ardindan muttefiq donanmasi Navarin limanina daxil olaraq burdaki Osmanli Misir birlesmis donanmasini mehv etdi 20 oktyabr 1827 Bu hadiseden sonra Ibrahim Pasa atasindan gelecek novbeti bir emre qeder butun birliklerini Modon sahilinde topladi Yunan usyanina Avropa dovletlerinin bele sert sekilde mudaxile etmesiyle meselenin ciddilesdiyini goren Mehmed Eli Pasa muttefiq dovletlerin temsilcisi ingilis polkovnik Kodrinqtonla Isgenderiyyede yeni bir andlasma imzaladi 9 iyul 1828 ve Bab i Elinin icazesi olmadan Moreyadaki birliklerini geri cekdi Suriyanin isgali Ibrahim Pasa Moreya seferinin ardindan atasinin komekcisi olaraq xidmet etmeye basladi Bir yandan teskilati meselerle maraqlanir diger yandan ise herbi itkilein berpasi ile mesgul olurdu Moreyada bas veren hadiselerden sonra Sultan Mahmudla aralarinda soyuqluq yaranan Mehmed Eli Pasa seferdeki itkilerinin qarsiliginda Suriyanin ona verilmesini teleb etse de onun bu telebi Bab i Eli terefinden qebul edilmedi Ancaq meselenin boyumemesi ucun Ibrahim Pasa Krit sancaqbeyi teyin edildi Hicazde Mekke serifinin cixardigi usyana vehhabilerin de qosulmasiyla bolgede yaranan igtisaslarin yatirilmasinin ardindan Ibrahim Pasa atasindan daha yuksek vezife hesab edilen Mekke emirliyine getirildi ve belece ikisi arasinda reqabet yaradilmaga calisildi Ancaq Osmanlilarin bu plani bas tutmadi ve Mehmed Eli Pasa Ekka sancaqbeyi Abdullah Pasa ile arasindaki ixtilafi behane ederek Ibrahim Pasa idaresindeki ordunu Suriyaya gonderdi 2 noyabr 1831 Misir ordusu qisa zamanda Quds Nablus Sayda Beyrut ve Terabulus es Sam seherlerini ele kecirdi 26 noyabrda Ekka qalasi muhasireye alindi Bolgede yasayan muselman ve qeyri muselman ehaliye beraber huquqlar verilerek Avropa dovletlerinin bu meselede terefsiz qalmalari temin edildi Osmanlilarla mubarize Meseleni xosluqla hell etmek isteyen Bab i Eli tesebbuslerinin neticesiz qalmasinin ardindan Aga Huseyn Pasani serdar teyin ederek bolgeye yolladi mart 1832 Alinan fetva ile Mehmed Eli Pasa ve oglu Ibrahim Pasa xain elan edildi Misir Krit Cidde ve Sayda eyaletlerinin idaresi Aga Huseyn Pasaya hevale olundu Misir birlikleri Osmanli ordusu ile ilk defe Zerra adli yerde qarsi qarsiya geldi ve onlari meglub etdi 14 aprel 1832 Ekka 6 ay davam eden muhasirenin ardindan teslim oldu 27 may 1832 Ibrahim Pasa idaresindeki Misir birlikleri once Heleb beylerbeyi Mehmed Pasani 8 iyul ardindan Aga Huseyn Pasani meglub etdi 29 iyul Ardindan Konya uzerine hucuma kecen Misir birlikleri bolgede hec bir muqavimetle qarsilasmadilar Ibrahim Pasa 21 dekabr 1832 ci ilde ordu serdari ve sedrezem Resid Mehmed Pasa idaresindeki Osmanli birliklerini de meglub etdi Sedrezem esir dusdu ve belece yalniz Anadolu deyil hemcinin Istanbul da tehluke altina dusdu Hetta qelebenin ardindan Kutahyaya gelen Ibrahim Pasa buradan atasina yazdigi bir mektubda Istanbula getmeyi ve sultani taxtdan devrimeyi teklif etse de Avropa dovletlerinin mudaxilesinden cekinen Mehmed Eli Pasa buna icaze vermedi Bu esnada boyuk dovletlerden diplomatik destek gozleyen Bab i Eli diger yandan Qahireye elciler gondererek Mehmed Eli Pasa ile uzlasmaga calisirdi Avropa dovletlerinin tezyiqi ve rus birliklerinin yardim ucun Istanbula gonderilmesi neticesinde Mehmed Eli Pasanin teleblerini qebul etmeye mecbur olan Sultan Mahmud 3 may 1833 cu ilde Adana bolgesinin Ibrahim Pasaya verilmesini qebul etdi 5 6 may tarixlerinde bununla bagli padsah fermanlari yazilaraq Kutahyaya gonderildi Bu raziliq terefler arasinda nisbi ateskes yaratsa da bu cox uzun cekmedi Anadoludan geri cekilen Ibrahim Pasanin Suriyanin isgali esnasinda yurutduyu siyaset baslangicda hem yerli ehalini hem de yerli idarecileri razi salmisdi Cunki yerli idareciler vezifelerinde qalmis ve sahib olduqlari imtiyazlara toxunulmamis hetta Helebde yeniceri ocaginin yeniden yaradilacagi elan edilmisdi Ancaq daha sonra Ibrahim Pasa ingilislerin bolgede ona destek vermesi meqsedile muselman ve qeyri muselman ehali arasinda beraber huquq temin etdi hetta bezi hallarda qeyri muselman ehaliye bezi imtiyazlar verildi Diger yandan ingilislerin Felestinde mohkemlenmesine goz yumuldu 1838 ci ilde Qudsde ilk Ingiltere konsullugu 1839 cu ilde ise protestan patriarxligi fealiyyete basladi Ibrahim Pasa bolgenin teskilati strukturunda da yenilikler etdi Oncelikle cixa bilecek hansisa ayaqlanmaya qarsi ehali terksilah edildi Bolgedeki kisi ehalinin sayimi aparildi ve ardindan yeni ve nisbeten agir vergi sistemi tedbiq edilmeye baslandi Bolgede yaradilan diktatura rejimi cox kecmeden ehalinin Osmanli hakimiyyetini teleb edilmesiyle neticelendi 1834 cu ilin mayinda Nablus ve El Xelilde baslayan usyanlar Ibrahim Pasa terefinden olduqca sert bir sekilde yatirildi Havranda cixan derziler usyani da eyni sekilde aradan qaldirildi 1838 Butun bu qarisiqliqlar ise Osmanlilara gozlenilen siyasi muhiti temin etdi Meseleni herbi yolla hell etmek niyyetinde olan Sultan Mahmud yerli eyanlarin da desteyile Hafiz Pasa idaresindeki ordunu bolgeye yolladi Nizip yaxinliginda 2 ordu qarsi qarsiya geldi Doyus Osmanli ordusunun meglubiyyeti ile neticelendi ve Anadolu torpaqlarinin qapisi yeniden Ibrahim Pasaya acildi 24 iyun 1839 Ancaq meglubiyyet xeberi paytaxta catmadan Sultan Mahmud vefat etdi ve 16 yasli oglu Ebdulmecid taxta cixarildi Diger yandan atasinin kecmis reqiblerinden Husrev Pasanin sedareti zorla ele kecirmesi yeni sedrezemle sexsi dusmenciliyi olan kaptan i derya Ehmed Fovzi Pasanin Osmanli donanmasini Misire teslim etmesi ve Rusiyanin fursetden istifade ederek meseleye daxil olmaq istemesi Avropa dovletlerini herekete kecirdi 15 iyul 1840 ci ilde Bab i Eli hokumeti ile Ingiltere Rusiya Avstriya ve Prussiya temsilcileri arasinda baglanan London andlasmasina esasen Misirin ve yalniz yasadigi muddet erzinde Ekkanin idaresi Mehmed Eli Pasaya verildi Ancaq Fransanin tekidleriyle Misir terefi bu sertleri qebul etmedi Neticede andlasmanin sertlerine esasen Ingiltere Avstriya ve Osmanli gemilerinden ibaret neheng donanma Suriya sahillerine gelerek qisa zamanda Sayda Beyrut ve Hayfani ele kecirdi 4 noyabrda Ekka qalasi teslim alindi ve Misir hakimiyyetinden narazi olan bolgelerde ehali ayaqlandi 15 sentyabrda Misir hakimliyinden azad edilen Mehmed Eli Pasa 27 noyabrda Fransanin vasiteciliyi ile qarsi terefe oz sertlerini bildirdi Onun sertine gore Misir hakimiyyetinin ona ve onun ovladlarina buraxilmasi qarsiliginda Osmanli donanmasi geri qaytarilacaq ve Misir ordusu Suriyani terk edecekdi 24 may 1841 ci ilde yazilan bir fermanla Misirin idaresi Mehmed Eli Pasanin neslinden olan en boyuk ogul ovladina verileceyi elan edildi Bu ferman pasa terefinden de qebul edildi ve belece Misir meselesi qeti olaraq neticelendi Qisa Misir hakimliyi Misire dondukden sonra Ibrahim Pasa bolgede muharibenin yaratdigi fesadlari aradan qaldirmaga ve teserrufatin inkisafina basladi Sehhetinin agirlasmasinin ardindan 1846 ci ilde mualice meqsedile Ingiltere ve Fransaya getdi 1848 ci ilin evvellerinde yasi sebebile artiq eqli geriliyi gizledile bilmeyen atasinin evezine olkeni idare etmeye baslayan Ibrahim Pasa atasinin veziyyetinin agirlasmasinin ardindan 1848 ci ilin sentyabrinda Istanbula cagirilaraq resmi sekilde Misir hakimi teyin edildi Ancaq ozu de verem xestesi idi ve Misire dondukden 10 sentyabr qisa muddet sonra hele atasi heyatda iken 10 noyabr 1848 ci ilde vefat etdi Yerine ailenin yasca en boyuk kisi uzvu merhum qardasi Ehmed Tosun Pasanin oglu Abbas Hilmi Pasa Bab i Eli terefinden Misir hakimi teyin edildi HaqqindaMisirde yetismis ve Ereb alemi dili ve medeniyyeti cercivesinde yogrulmus Misir tarixinde fateh unvaniyla anilan atasina sedaqetiyle yanasi musteqil siyaset yuruden mukemmel herbci ve qetiyyetli bir idareci olan Ibrahim Pasa subhesiz ki Misir tarixinde atasi Mehmed Eli Pasa ile birlikde adi anilan ikinci muhum sexsiyyetdir Osmanli hakimiyyetine qarsi sert tutumu ve Istanbula qeder irelileyerek Osmanli ailesini hakimiyyetden devirmek niyyetinin olmasi onun atasindan daha curetkar bir siyaset yurutmesinin bir numunesidir AilesiXanimlari Xedice Qadinefendi Sivekar Qadinefendi Ehmed Rufet Pasanin anasidir Hosyar Qadinefendi o 21 iyun 1886 Ulfet Qadinefendi o 1865 Mustafa Fazil Pasanin anasidir Gulzar Qadinefendi Sara QadinefendiOgul ovladlari Ibrahim Fehmi bey d 1814 o 1819 d 8 dekabr 1825 o 15 may 1858 Kavalali Ismayil Pasa d 31 dekabr 1830 o 2 mart 1895 Mustafa Fazil Pasa d 20 fevral 1830 o 2 dekabr 1875 Qiz ovladlari Fatime xanim d 1819 o 1823 Fatime xanim d 1823 o 1832 Emine xanim d 1827 o 1829 MenbeCeberti ʿAcaʾibu l as ar III 347 379 IV Georg Rosen Geschichte der Turkei von dem Siege der Reform im Jahre 1826 biz zum Pariser Tractat vom Jahre 1856 Leipzig 1866 I 143 179 195 198 215 217 221 222 291 298 II 3 7 12 14 21 23 29 47 A A Paton A History of the Egyptian Revolution from the Period of the Mamlukes to the Death of Mohammed Ali London 1870 II 95 100 116 121 137 143 174 178 180 183 188 189 194 197 200 202 206 207 J Barker Syria and Egypt Under the Last Five Sultans of Turkey ed E B B Barker London 1876 II 119 176 177 179 187 190 193 197 203 206 235 240 Mustafa Nuri Pasa Netayicu l vukuat nsr Mehmed Galib Bey Istanbul 1327 IV 84 87 91 Osman b Bisr en Necdi ʿUnvanu l mecd fi tariḫi Necd Riyad 1982 I 384 418 W Alison Phillips Mehemet Ali The Cambridge Modern History Cambridge 1907 X 545 572 Kamil Pasa Tarih i Siyasi i Devlet i Aliyye i Osmaniyye Istanbul 1327 III 39 40 44 45 94 95 116 117 120 227 M John Hall England and the Orleans Monarchy New York 1912 s 148 152 154 155 158 161 219 220 242 245 276 277 288 289 294 295 301 313 316 Delilu l Ḫalic Tarih III 1619 1625 Anonim Ḥurubu Ibrahim Basa al Miṣri fi Suriya ve l Anadul nsr A J Rustum Kahire ts Abdurrahman Seref Tarih Musahabeleri Istanbul 1339 s 21 Suleyman Ebu Izzeddin Ibrahim Basa fi Suriya Beyrut 1929 tur yer H Dodwell The Founder of Modern Egypt Cambridge 1931 s 18 19 34 36 43 51 62 65 71 92 108 111 114 117 122 156 159 173 176 184 185 189 191 Pierre Crabites Ibrahim of Egypt London 1935 Asad J Rustum The Royal Archives of Egypt and the Origins of the Egyptian Expedition to Syria 1831 1841 Beyrut 1936 s 25 26 49 53 59 a mlf Syria under Mehmed Ali The American Journal of Semitic Languages and Literatures XLI 1924 25 s 34 57 a mlf Syria under Mehmed Ali A Translation a e XLI 1924 25 s 183 191 Sinasi Altundag Kavalali Mehmet Ali Pasa Isyani Misir Meselesi 1831 1843 Ankara 1945 s 24 29 36 37 53 54 56 64 77 78 90 92 101 105 109 117 130 132 a mlf Ibrahim Pasa IA V 2 s 900 906 Abdurrahman er Rafi ʿAṣru Muḥammed ʿAli Kahire 1947 s 220 246 262 263 272 281 292 299 300 304 M Rifaat Bey The Awakening of Modern Egypt London 1947 s 18 27 32 37 51 62 68 71 78 85 90 91 Yitzhak Hofman The Administration of Syria and Palestine Under Egyptian Rule 1831 1840 Studies on Palestine During the Ottoman Period nsr M Maoz Jerusalem 1975 s 311 333 Afaf Lutfi al Sayyid Marsot Egypt in the Reign of Muhammad Ali Cambridge 1984 s 27 43 58 61 74 81 85 101 127 128 198 230 233 235 240 241 245 246 252 256 Alexander Scholch Palastina im Umbruch 1856 1882 Stuttgart 1986 s 48 53 Muhammed H Kutluoglu The Egyptian Question 1831 1841 The Expansionist Policy of Mehmed Ali Pasa in Syria and Asia Minor and the Reaction of The Sublime Porte Istanbul 1998 s 42 49 61 82 87 105 131 160 Ali Fuad Misir Valisi Mehmed Ali Pasa TTEM sy 19 96 1928 s 64 147 P Kahle P M Holt Ibrahim Pasha EI2 Ing III 999 1000