Mustafa Fazil Paşa və ya Kavalalı Fazil Paşa (d. 20 fevral 1830 - ö. 2 dekabr 1875) — Kavalalı İbrahim Paşanın oğlu, Osmanlı dövlət xadimi.
Həyatı
İlk illəri
20 fevral 1830-cu ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı İbrahim Paşa, anası isə onun xanımlarından Ülfət xanımdır. Qahirədə xüsusi müəllimlərdən aldığı xüsusi dərslərlə təhsilini tamamladı və 1845-ci ildə İstanbula gələrək sədarət məktubdarlığında xidmətə başladı. Bu illərdə Zəkayi Əfəndidən musiqi dərsləri almağa başladı. Qısa müddətlik Misirə dönsə də, 1851-ci ildə yenidən İstanbula gəldi və Əhkam-ı Ədliyyə məclisinə üzv seçildi. 1857-ci ildə Misirə gələrək burada əmisi Səid Paşa idarəsində maliyyə naziri təyin edildi. Ancaq bir il sonra vəzir rütbəsi alaraq Tənzimat məclisi üzvü seçilərək İstanbula qayıtdı. 1862-ci ilin martında yerli məhsulların təqdimatı məqsədilə açılması planlaşdırılan məhsul sərgisiylə bağlı yaradılan komissiyanın rəhbəri oldu.
Siyasi fəaliyyəti
Uzun bürokratik xidmətlərin ardından 18 noyabr 1862-ci ildə Maarif naziri təyin edildi. 11 yanvar 1863-cü ildə I dərəcəli Osmaniyə nişanı ilə təltif edilərək Maliyyə nazirliyinə təyin olundu. Əmisi Səid Paşanın vəfatının ardından böyük qardaşı İsmayıl Paşanın Misir hakimi təyin edilməsiylə vəliəhd oldu. Bu əsnada uzun müddətdir planlaşdırdığı sərginin açılışı 1863-cü ilin fevralında Sultanəhməd meydanında baş tutdu. 26 mart 1864-cü ildə yenidən nizama salınması vəzifəsiylə Ali məclisə təyin edildi. Ancaq bu təyinatın arxasında sədrəzəm Fuad Paşayla olan fikir ayrılığının olduğu deyilirdi. Bu vəzifədə ikən 5 noyabr 1865-ci ildə Xəzinə məclisi rəhbərliyinə təyin olundu. 1865-ci ilin iyunundan bəri gizli şəkildə toplanan və 1867-ci ildə Yeni Osmanlılar cəmiyyəti adını alan müxalif birliyinin öndə gələn üzvləriylə (Ziya bəy, Əli Suavi, Namiq Kamal) yaxın təmas qurmağa başladı. Fazil Paşanın yaşadığı ev sədrəzəm Fuad Paşa və xarici işlər naziri Əli Paşanın ağalıq etdiyi hökumətə qarşı çıxanların toplanma yerinə çevrilmişdi. Sonunda Fazil Paşanın aparılan maliyyə siyasəti barədə sultana yazdığı şikayət raportundan xəbər tutan sədrəzəm Fuad Paşa 18 fevral 1866-cı ildə onu bütün vəzifələrindən azad etdi. Vəzifədən alınmasında hökumətə və sədrəzəmə müxalif fikirləri ilə yanaşı, səlahiyyətlərini məhdudlaşdıran qardaşı İsmayıl Paşa ilə sədrəzəmin yaxın münasibəti mühüm rol oynadı.
Sürgün illəri
Öncə Qahirəyə getmək istəyən Fazil Paşa, Misirdə özünün və övladlarının səltənətini təminat altına almaq istəyən qardaşı İsmayıl Paşanın etiraz etməsiylə 1866-cı ilin aprelində Neapola, ordan isə Parisə getdi. Sultan Əbdüləzizin 28 may 1866-cı il tarixli fərmanıyla Misirdəki vərasət sistemi dəyişdi və Misir hakimiyyəti İsmayıl Paşa ilə oğullarına buraxıldı. Beləcə, vəliəhdliyi ləğv edilən Fazil Paşanın Misirdəki bütün mal varlığı satılaraq qarşılığında bir neçə milyon İngilis sterlinqi təzminat ödəndi.
Fazil Paşa Parisdə qaldığı müddət ərzində maddi imkanlarından istifadə edərək Avropadakı müxalif qrupları və onlara bağlı mətbuat orqanlarını öz ətrafında toplamağa nail oldu. Bu tərəfdaşlarının köməyilə onun əleyhində alınan vərasət qanunu tənqid edildi. Ardından yazılma tarixi mübahisəli olan və Fazil Paşa tərəfindən yazıldığı söylənən Sultan Əbdüləzizə xitabən fransız dilində yazılmış bir məktub dərc olunmağa başlandı. Xüsusi bir nüsxəsi III Napoleona təqdim edilən bu məktub bir çox Avropalı diplomat, siyasətçi və mətbuat orqanlarına göndərildi. Bununla yanaşı məktubun bir nüsxəsi Namiq Kamal və tərəfdarlarına göndərildi və burada türk dilinə tərcümə edilərək İstanbulda da paylanmağa başlandı. Məktubun paşanın əl yazısıyla olan bir nüsxəsi 22 mart 1867-ci ildə Sultan Əbdüləzizə təqdim olundu.
1867-ci ilin ilk aylarında Bab-ı Əliyə qarşı tənqidlərin artması ilə sədrəzəm Əli Paşa mətbuata senzura tədbiq etməyə başladı və yaranan bu vəziyyətdən narazı olan Namiq Kamal, Ziya bəy və Əli Suavi Fazil Paşanın yardımıyla gizli yollarla Parisə qaçdılar. Bundan başqa İstanbulda qalan bəzi müxaliflər də həmin ilin iyununda Parisə gəlib bu birliyə qoşuldular. Sultan Əbdüləzizin 1867-ci ilin iyununda baş tutan Fransa səyahətindən öncə bütün tərəfdaşları Parisi tərk etsə də, Fazil Paşa burada qaldı və Tulon yaxınlığında padşahın qarşılanma mərasimində iştirak etdi. Sultan Əbdüləzizin Fransa və İngiltərə səyahətləri əsnasında bağışlanaraq İstanbula dönmə icazəsi aldı. Həmin ilin avqustunda İstanbula geri dönən sultanı Budapeştə qədər müşayiət etdi. Ardından Parisə dönərək Namiq Kamal və digərlərini yenidən ətrafında topladı. Yaradılan bu qrupun 30 avqust tarixli iclasında “Jön türk” cəmiyyətinin 13 maddəlik qərarnaməsi hazırlandı.
Sürgündən gəlişi
1867-ci ilin sentyabrında İstanbula dönən Fazil Paşanın 1869-cu ilin iyulunda məclis üzvü, 1870-ci ilin aprelində isə Maliyyə naziri olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. O, bu tarixlərdə Ədliyyə naziri olaraq fəaliyyətinə davam edirdi. 9 avqust 1870-ci ildə Mehmed Sadiq Paşanın yerinə maliyyə naziri oldu. Digər yandan yerli mətbuata dəstək verən Fazil Paşa 8 ay davam edən xəstəliyin ardından 2 dekabr 1875-ci ildə Veznəcilər (Fateh) səmtindəki köşkündə vəfat etdi. Ertəsi gün qılınan cənazə namazının ardından anasının dəfn edildiyi Mihrişah Validə Sultan külliyəsindəki imarətin həyətinə dəfn edildi. Daha sonra 25 iyun 1927-ci ildə cənazə Qahirədəki ailə məzarlığına daşındı.
Ailəsi
Xanımları
- Rəngigül xanım (ö. 1891) — Osman Paşa və Fatimə Əzizə Əminə xanımın anasıdır. Mustafa Fazil Paşa türbəsinə dəfn edilmişdir.
- Dilazəd xanım (ö. 1885) — Nazlı Zeynəb xanımın anasıdır.
- Rəmziyə xanım (ö. 10 iyun 1867) — Mustafa Fazil Paşa türbəsinə dəfn edilmişdir.
- Ləbrizə Qadınəfəndi (ö. 1895) — Ruqiyyə xanımın anasıdır.
- Afitab Qadınəfəndi (ö. 1900) — Mehmed Əli Paşa və Hüsaməddin bəyin anasıdır.
- Nəvayuş Qadınəfəndi (ö. 1903) — Əli Kamil Paşanın anasıdır.
- Mislicahan Qadınəfəndi (ö. 1921) — Əhməd Rüşdü bəyin anasıdır.
- Bəhruz Qadınəfəndi (ö. 1876) — İbrahim Raşid Paşanın anasıdır.
- Ahufər Qadınəfəndi (ö. 1903) — Fatimə xanımın anasıdır.
- Nazəmsal Qadınəfəndi (ö. 1902) — Zəhra xanım və Səniyə xanımın anasıdır.
- Qoncaləb Qadınəfəndi (ö. 1933) — Əli Fazil bəyin anasıdır.
Oğul övladları
- Osman Paşa (d. 1850 - ö. 1898) — Pakizə xanımla (ö. 1 may 1922) evləndi.
- Mehmed Əli Paşa (d. 1857 - ö. 1915) — İlk evliliyi Hilmi Paşanın qızı Mələk xanımla, ikinci evliliyi isə əmisi Mehmed Əbdülhəlim Paşanın qızı Nazlı xanımla baş tutmuşdur.
- Əli Kamil Paşa (d. 1858 - ö. 18 aprel 1929) — İlk evliliyi 1881-ci ildə əmisi Mehmedəli Paşanın nəvəsi Naimə xanımla, ikinci evliliyi isə 1886-cı ildə Saliha Zeynəb Əyadla baş tutmuşdur. Nitsada vəfat etmiş, cənazəsi Qahirədəki İmam Şafii məzarlığına dəfn edilmişdir.
- Əhməd Rüşdü bəy (d. 1858 - ö. 1879) — Fərəhdil xanımla (ö. 1883) evləndi. Hər ikisi Mustafa Fazil Paşa türbəsinə dəfn edilmişdir.
- İbrahim Raşid Paşa (d. 1861 - ö. 16 dekabr 1907) — Ratib Paşanın qızı Dövlət xanımla evləndi. Cənazəsi Qahirədəki İmam Şafii məzarlığına dəfn edilmişdir.
- Hüsaməddin bəy (d. 1868 - ö. 21 iyul 1897) — Moreyalı Əbdürrəhman Sami Paşanın qızı Mələk xanımla evləndi. Mustafa Fazil Paşa türbəsinə dəfn edilmişdir.
- Əli Fazil bəy (d. 1875 - ö. 1925) — Marta Suarezlə evləndi.
Qız övladları
- Nazlı Zeynəb xanım (d. 1853 - ö. 28 dekabr 1913) — İlk evliliyi 1873-cü ildə Xəlil Şərif Paşayla, ikinci evliliyi isə 1900-cü ildə Xəlil Buhaqeblə baş tutmuşdur. Cənazəsi Qahirədəki İmam Şafii məzarlığına dəfn edilmişdir.
- Fatma Əzizə Əminə xanım (d. 1854 - ö. 1895) — sədrəzəm Fuad Paşanın nəvəsi İzzət Fuad Paşa ilə evləndi. Mustafa Fazil Paşa türbəsinə dəfn edilmişdir.
- Ruqiyyə xanım (d. 1856 - ö. 1906) — Tunisli Mahmud Əyadın oğlu Tahir bəylə evləndi.
- Fatimə xanım (d. 1861 - ö. 1933) — Misirli Fuad Paşayla evləndi.
- Zəhra xanım (d. 1868 - ö. 1915) — Mustafa Paşa Örfi ilə evləndi.
- Səniyə xanım (d. 1870 - ö. 1905) — Xalidəli Saleh Naili ilə evləndi.
Mənbə
- BA, İrade-Dahiliye, nr. 33912, 33921, 34093, 36058, 37982, 42527, 42655;
- Mustafa Fâzıl Paşa, Bir Eser-i Siyâsî, İstanbul 1326;
- a.mlf., Paris’ten Bir Mektup, İstanbul 1326;
- Mehmet Zeki Pakalın, Tanzimat Maliye Nazırları, İstanbul, ts. (Kanaat Kitabevi), II, 3-65;
- İbnülemin, Son Sadrıazamlar, I-II, 107-108, 173, 510, 608, 741;
- Midhat Cemal Kuntay, Nâmık Kemal (Devrinin İnsanları ve Olayları Arasında), İstanbul 1944, I, 311-328, 348-355;
- Ahmet Hamdi Tanpınar, XIX. Asır Türk Edebiyatı Tarihi (İstanbul 1956), İstanbul 1985, s. 221-227, 231-232, 627;
- Şerif Mardin, The Genesis of Young Ottoman Thought, Princeton 1962;
- M. Kaya Bilgegil, Ziyâ Paşa Üzerinde Bir Araştırma, Erzurum 1970, tür.yer.;
- a.mlf., Yakın Çağ Türk Kültür ve Edebiyatı Üzerinde Araştırmalar I: Yeni Osmanlılar, Ankara 1976, s. 5-105;
- Butrus Abu-Manneh, Some Aspects of Ottoman Rule in Syria in the Second Half of the Nineteenth Century: Reforms, Islam and Caliphate (doktora tezi, 1971), St. Antony’s College, Oxford University, s. 93-121;
- Ebüzziya Tevfik, Yeni Osmanlılar Tarihi (haz. Ziyad Ebüzziya), İstanbul 1973, I, 9-47, 64-65, 134-137;
- Hüseyin Çelik, Ali Suavî ve Dönemi, İstanbul 1994, tür.yer.;
- a.mlf., “Mustafa Fazıl Paşa ve Yeni Osmanlılar Cemiyeti’nin Tüzüğü”, TT, XVIII/108 (1992), s. 6-8;
- Basîret, nr. 1675, İstanbul 4 Zilkade 1292; nr. 1676 (5 Zilkade 1292);
- E. Kuran, “Muṣṭafā Fāḍıl Pas̲h̲a, Mıṣırlı”, EI2 (İng.), II, 728.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mustafa Fazil Pasa ve ya Kavalali Fazil Pasa d 20 fevral 1830 o 2 dekabr 1875 Kavalali Ibrahim Pasanin oglu Osmanli dovlet xadimi HeyatiIlk illeri 20 fevral 1830 cu ilde Qahirede dunyaya geldi Atasi Kavalali Ibrahim Pasa anasi ise onun xanimlarindan Ulfet xanimdir Qahirede xususi muellimlerden aldigi xususi derslerle tehsilini tamamladi ve 1845 ci ilde Istanbula gelerek sedaret mektubdarliginda xidmete basladi Bu illerde Zekayi Efendiden musiqi dersleri almaga basladi Qisa muddetlik Misire donse de 1851 ci ilde yeniden Istanbula geldi ve Ehkam i Edliyye meclisine uzv secildi 1857 ci ilde Misire gelerek burada emisi Seid Pasa idaresinde maliyye naziri teyin edildi Ancaq bir il sonra vezir rutbesi alaraq Tenzimat meclisi uzvu secilerek Istanbula qayitdi 1862 ci ilin martinda yerli mehsullarin teqdimati meqsedile acilmasi planlasdirilan mehsul sergisiyle bagli yaradilan komissiyanin rehberi oldu Siyasi fealiyyeti Uzun burokratik xidmetlerin ardindan 18 noyabr 1862 ci ilde Maarif naziri teyin edildi 11 yanvar 1863 cu ilde I dereceli Osmaniye nisani ile teltif edilerek Maliyye nazirliyine teyin olundu Emisi Seid Pasanin vefatinin ardindan boyuk qardasi Ismayil Pasanin Misir hakimi teyin edilmesiyle veliehd oldu Bu esnada uzun muddetdir planlasdirdigi serginin acilisi 1863 cu ilin fevralinda Sultanehmed meydaninda bas tutdu 26 mart 1864 cu ilde yeniden nizama salinmasi vezifesiyle Ali meclise teyin edildi Ancaq bu teyinatin arxasinda sedrezem Fuad Pasayla olan fikir ayriliginin oldugu deyilirdi Bu vezifede iken 5 noyabr 1865 ci ilde Xezine meclisi rehberliyine teyin olundu 1865 ci ilin iyunundan beri gizli sekilde toplanan ve 1867 ci ilde Yeni Osmanlilar cemiyyeti adini alan muxalif birliyinin onde gelen uzvleriyle Ziya bey Eli Suavi Namiq Kamal yaxin temas qurmaga basladi Fazil Pasanin yasadigi ev sedrezem Fuad Pasa ve xarici isler naziri Eli Pasanin agaliq etdiyi hokumete qarsi cixanlarin toplanma yerine cevrilmisdi Sonunda Fazil Pasanin aparilan maliyye siyaseti barede sultana yazdigi sikayet raportundan xeber tutan sedrezem Fuad Pasa 18 fevral 1866 ci ilde onu butun vezifelerinden azad etdi Vezifeden alinmasinda hokumete ve sedrezeme muxalif fikirleri ile yanasi selahiyyetlerini mehdudlasdiran qardasi Ismayil Pasa ile sedrezemin yaxin munasibeti muhum rol oynadi Surgun illeri Once Qahireye getmek isteyen Fazil Pasa Misirde ozunun ve ovladlarinin seltenetini teminat altina almaq isteyen qardasi Ismayil Pasanin etiraz etmesiyle 1866 ci ilin aprelinde Neapola ordan ise Parise getdi Sultan Ebdulezizin 28 may 1866 ci il tarixli fermaniyla Misirdeki veraset sistemi deyisdi ve Misir hakimiyyeti Ismayil Pasa ile ogullarina buraxildi Belece veliehdliyi legv edilen Fazil Pasanin Misirdeki butun mal varligi satilaraq qarsiliginda bir nece milyon Ingilis sterlinqi tezminat odendi Fazil Pasa Parisde qaldigi muddet erzinde maddi imkanlarindan istifade ederek Avropadaki muxalif qruplari ve onlara bagli metbuat orqanlarini oz etrafinda toplamaga nail oldu Bu terefdaslarinin komeyile onun eleyhinde alinan veraset qanunu tenqid edildi Ardindan yazilma tarixi mubahiseli olan ve Fazil Pasa terefinden yazildigi soylenen Sultan Ebdulezize xitaben fransiz dilinde yazilmis bir mektub derc olunmaga baslandi Xususi bir nusxesi III Napoleona teqdim edilen bu mektub bir cox Avropali diplomat siyasetci ve metbuat orqanlarina gonderildi Bununla yanasi mektubun bir nusxesi Namiq Kamal ve terefdarlarina gonderildi ve burada turk diline tercume edilerek Istanbulda da paylanmaga baslandi Mektubun pasanin el yazisiyla olan bir nusxesi 22 mart 1867 ci ilde Sultan Ebdulezize teqdim olundu 1867 ci ilin ilk aylarinda Bab i Eliye qarsi tenqidlerin artmasi ile sedrezem Eli Pasa metbuata senzura tedbiq etmeye basladi ve yaranan bu veziyyetden narazi olan Namiq Kamal Ziya bey ve Eli Suavi Fazil Pasanin yardimiyla gizli yollarla Parise qacdilar Bundan basqa Istanbulda qalan bezi muxalifler de hemin ilin iyununda Parise gelib bu birliye qosuldular Sultan Ebdulezizin 1867 ci ilin iyununda bas tutan Fransa seyahetinden once butun terefdaslari Parisi terk etse de Fazil Pasa burada qaldi ve Tulon yaxinliginda padsahin qarsilanma merasiminde istirak etdi Sultan Ebdulezizin Fransa ve Ingiltere seyahetleri esnasinda bagislanaraq Istanbula donme icazesi aldi Hemin ilin avqustunda Istanbula geri donen sultani Budapeste qeder musayiet etdi Ardindan Parise donerek Namiq Kamal ve digerlerini yeniden etrafinda topladi Yaradilan bu qrupun 30 avqust tarixli iclasinda Jon turk cemiyyetinin 13 maddelik qerarnamesi hazirlandi Surgunden gelisi 1867 ci ilin sentyabrinda Istanbula donen Fazil Pasanin 1869 cu ilin iyulunda meclis uzvu 1870 ci ilin aprelinde ise Maliyye naziri oldugu qeyd edilse de bu melumat yanlisdir O bu tarixlerde Edliyye naziri olaraq fealiyyetine davam edirdi 9 avqust 1870 ci ilde Mehmed Sadiq Pasanin yerine maliyye naziri oldu Diger yandan yerli metbuata destek veren Fazil Pasa 8 ay davam eden xesteliyin ardindan 2 dekabr 1875 ci ilde Vezneciler Fateh semtindeki koskunde vefat etdi Ertesi gun qilinan cenaze namazinin ardindan anasinin defn edildiyi Mihrisah Valide Sultan kulliyesindeki imaretin heyetine defn edildi Daha sonra 25 iyun 1927 ci ilde cenaze Qahiredeki aile mezarligina dasindi AilesiXanimlari Rengigul xanim o 1891 Osman Pasa ve Fatime Ezize Emine xanimin anasidir Mustafa Fazil Pasa turbesine defn edilmisdir Dilazed xanim o 1885 Nazli Zeyneb xanimin anasidir Remziye xanim o 10 iyun 1867 Mustafa Fazil Pasa turbesine defn edilmisdir Lebrize Qadinefendi o 1895 Ruqiyye xanimin anasidir Afitab Qadinefendi o 1900 Mehmed Eli Pasa ve Husameddin beyin anasidir Nevayus Qadinefendi o 1903 Eli Kamil Pasanin anasidir Mislicahan Qadinefendi o 1921 Ehmed Rusdu beyin anasidir Behruz Qadinefendi o 1876 Ibrahim Rasid Pasanin anasidir Ahufer Qadinefendi o 1903 Fatime xanimin anasidir Nazemsal Qadinefendi o 1902 Zehra xanim ve Seniye xanimin anasidir Qoncaleb Qadinefendi o 1933 Eli Fazil beyin anasidir Ogul ovladlari Osman Pasa d 1850 o 1898 Pakize xanimla o 1 may 1922 evlendi Mehmed Eli Pasa d 1857 o 1915 Ilk evliliyi Hilmi Pasanin qizi Melek xanimla ikinci evliliyi ise emisi Mehmed Ebdulhelim Pasanin qizi Nazli xanimla bas tutmusdur Eli Kamil Pasa d 1858 o 18 aprel 1929 Ilk evliliyi 1881 ci ilde emisi Mehmedeli Pasanin nevesi Naime xanimla ikinci evliliyi ise 1886 ci ilde Saliha Zeyneb Eyadla bas tutmusdur Nitsada vefat etmis cenazesi Qahiredeki Imam Safii mezarligina defn edilmisdir Ehmed Rusdu bey d 1858 o 1879 Ferehdil xanimla o 1883 evlendi Her ikisi Mustafa Fazil Pasa turbesine defn edilmisdir Ibrahim Rasid Pasa d 1861 o 16 dekabr 1907 Ratib Pasanin qizi Dovlet xanimla evlendi Cenazesi Qahiredeki Imam Safii mezarligina defn edilmisdir Husameddin bey d 1868 o 21 iyul 1897 Moreyali Ebdurrehman Sami Pasanin qizi Melek xanimla evlendi Mustafa Fazil Pasa turbesine defn edilmisdir Eli Fazil bey d 1875 o 1925 Marta Suarezle evlendi Qiz ovladlari Nazli Zeyneb xanim d 1853 o 28 dekabr 1913 Ilk evliliyi 1873 cu ilde Xelil Serif Pasayla ikinci evliliyi ise 1900 cu ilde Xelil Buhaqeble bas tutmusdur Cenazesi Qahiredeki Imam Safii mezarligina defn edilmisdir Fatma Ezize Emine xanim d 1854 o 1895 sedrezem Fuad Pasanin nevesi Izzet Fuad Pasa ile evlendi Mustafa Fazil Pasa turbesine defn edilmisdir Ruqiyye xanim d 1856 o 1906 Tunisli Mahmud Eyadin oglu Tahir beyle evlendi Fatime xanim d 1861 o 1933 Misirli Fuad Pasayla evlendi Zehra xanim d 1868 o 1915 Mustafa Pasa Orfi ile evlendi Seniye xanim d 1870 o 1905 Xalideli Saleh Naili ile evlendi MenbeBA Irade Dahiliye nr 33912 33921 34093 36058 37982 42527 42655 Mustafa Fazil Pasa Bir Eser i Siyasi Istanbul 1326 a mlf Paris ten Bir Mektup Istanbul 1326 Mehmet Zeki Pakalin Tanzimat Maliye Nazirlari Istanbul ts Kanaat Kitabevi II 3 65 Ibnulemin Son Sadriazamlar I II 107 108 173 510 608 741 Midhat Cemal Kuntay Namik Kemal Devrinin Insanlari ve Olaylari Arasinda Istanbul 1944 I 311 328 348 355 Ahmet Hamdi Tanpinar XIX Asir Turk Edebiyati Tarihi Istanbul 1956 Istanbul 1985 s 221 227 231 232 627 Serif Mardin The Genesis of Young Ottoman Thought Princeton 1962 M Kaya Bilgegil Ziya Pasa Uzerinde Bir Arastirma Erzurum 1970 tur yer a mlf Yakin Cag Turk Kultur ve Edebiyati Uzerinde Arastirmalar I Yeni Osmanlilar Ankara 1976 s 5 105 Butrus Abu Manneh Some Aspects of Ottoman Rule in Syria in the Second Half of the Nineteenth Century Reforms Islam and Caliphate doktora tezi 1971 St Antony s College Oxford University s 93 121 Ebuzziya Tevfik Yeni Osmanlilar Tarihi haz Ziyad Ebuzziya Istanbul 1973 I 9 47 64 65 134 137 Huseyin Celik Ali Suavi ve Donemi Istanbul 1994 tur yer a mlf Mustafa Fazil Pasa ve Yeni Osmanlilar Cemiyeti nin Tuzugu TT XVIII 108 1992 s 6 8 Basiret nr 1675 Istanbul 4 Zilkade 1292 nr 1676 5 Zilkade 1292 E Kuran Muṣṭafa Faḍil Pas h a Miṣirli EI2 Ing II 728