Kavalalı Səid Paşa və ya Mehmed Səid Paşa (d. 17 mart 1822 - ö. 18 yanvar 1863) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu.
Kavalalı Səid Paşa | |
---|---|
ərəb. محمد سعيد باشا | |
21 iyul 1854 – 18 yanvar 1863 | |
Əvvəlki | I Abbas Hilmi Paşa |
Sonrakı | Kavalalı İsmayıl Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qahirə, Misir əyaləti, Osmanlı imperiyası |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | siyasətçi |
Atası | Mehmed Əli Paşa |
Anası | Aynülhəyat xanım |
Həyat yoldaşları | İnci xanım Mələkbər xanım |
Uşaqları | Mahmud bəy Mehmed Tosun Paşa |
Ailəsi | Kavalalı ailəsi |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
17 mart 1822-ci ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun xanımlarından Aynülhəyat xanımdır. Uşaq yaşlarından mükəmməl təhsil aldı. Dənizçiliyə olan marağı nəzərə alınaraq təhsili bu istiqamətdə inkişaf etdirildi. 1832-1835-ci illərdə konsul olaraq Misirdə fəaliyyət göstərən Ferdinand de Lesseps onun həm müəllimi, həm də yaxın dostu oldu. Xüsusilə kökəlməyə meyilli olan Mehmed Səid gənclik illərindən idmana olan marağını da məhz bu dostluğa borclu idi.
Hərbi fəaliyyəti
Təhsil həyatını tamamlamasının ardından dənizçi zabiti olan Mehmed Səid, donanma strukturunda sürətlə yüksələrək atasının ölümündən qısa müddət öncə Misir donanmasının sərdarı oldu (1849). Yaşının az olmasına baxmayaraq Misir vergisi məsələsi üzrə müzakirələr aparmaq üçün atasının vəkili olaraq İstanbula getdi. Misir hakimiyyətinin Kavalalı ailəsinə verilməsinin ardından təşəkkür etmək niyyətiylə və 6 sentyabr 1842-ci ildə keçirilən və Sultan Əbdülməcidin də iştirak etdiyi hərbi parad münasibətilə bir neçə dəfə İstanbula göndərildi. Bu ziyarəti əsnasında ona dəniz işlərindəki bilgisi səbəbilə dəniz ferik (generalı) ünvanı verildi.
Misir hakimliyi
Misir hakimi olan qardaşı oğlu Abbas Hilmi Paşanın 13 iyul 1854-cü ildə öldürülməsinin ardından, yaş etibarilə ailədə ən böyük şəxs olaraq Misir hakimiyyətinə gətirilməli idi. Ancaq Abbas Hilmi Paşanın oğlu, eyni zamanda Sultan Əbdülməcidin kürəkəni olan İbrahim Hilmi Paşanın tərəfdarlarının müqaviməti ilə qarşılaşdı və 8 gün davam edən mübarizənin ardından hakimiyyəti ələ aldı. 11 sentyabr 1854-cü ildə rəsmi təyinatla vəzifəyə başladı. Ənənəyə sadiq qalaraq 1854-cü ilin noyabrında İstanbula gedərək bağlılığını bildirdi. O əsnada Krımda davam edən Osmanlı-Rusiya müharibəsinə sələfi kimi o da, Misirdən hərbi dəstək yolladı. Onun yolladığı Misirli əsgərlər xüsusilə Silistrə döyüşündə mühüm rol oynadılar. Bu səbəblə, Sultan Əbdülməcid Misir hakimiyyətinin saxlaya biləcəyi əsgər sayını 18 mindən 30 minə yüksəltdi.
Süveyş kanalı məsələsi
Avropasayağı həyat tərzinə və dünya görüşünə sahib olan Səid Paşa həm Sultan Əbdülməciddən aldığı təlimatlara, həm də vaxtilə atası tərəfindən başladılan reformasiyalara sadiq qalaraq bir sıra islahatlara imza atdı. Qərb dünyasındakı bankirləri və varlı tacirləri Misirə gətirmək üçün 1854-cü ildə Misir Milli Bankı yaradıldı. Əlavə olaraq yaxın dostu Ferdinand de Lessepsə Qırmızı dəniz və Aralıq dənizi arasında Süveyş kanalının açılması imtiyazını verdi. Gördüyü bu işlərlə bir yandan Misiri inkişaf etdirən Səid Paşa, bir yandan da ölkəni Avropadan gələ biləcək siyasi təhlükələrə açıq hala gətirirdi. Abbas Hilmi Paşa səltənətində başlayan Qahirə-İsgəndəriyyə dəmiryolu xəttinin inşası tamamlandı və fəaliyyətə başladı. Əlavə olaraq əcnəbi bir şirkətə imtiyaz verərək Qahirə, İsgəndəriyyə və Süveyş arasında teleqraf xətti çəkərək, dəmir yolunu Süveyş istiqamətində genişləndirdi.
1854-cü ildə Süveyş kanalı ilə bağlı verdiyi imtiyaz qərarına Fransa, İngiltərə və Osmanlı hökumətlərindən gələn etiralar səbəbilə, kanalın inşası başlaya bilmədi. Bu səbəblə 1856-cı ildə bu imtiyaz yeniləndi və Süveyş kanalı şirkəti yaradıldı. İmtiyazın ilk sahibi olan Ferdinand de Lesseps isə bu qərarı təsdiqlətmək üçün bir neçə İstanbula getsə də, istədiyini ala bilmədi. Paris sülhünün ardından yaranan siyasi sabitliklə Osmanlı və İngiltərə hökumətlərinin etirazlarına baxmayaraq 1858-ci ildə şirkətə investisiya toplanmağa və 1859-cu ilin aprelində ilk qazıntı işlərinə başlanıldı. 1854-cü ildə Nil Çay Transport şirkətinin imtiyazları da Avropalılar verildi və 1857-ci ildə Maliyyə naziri olan qardaşı oğlu Mustafa Fazil Paşanın rəhbərliyi ilə Misirin ikinci çay nəqliyyat şirkəti olan Məcidiyyə şirkəti quruldu. Xüsusilə dəmiryolu xəttinin Süveyşə qədər uzadılmasından sonra liman daha böyük gəmilərin gəlib-gedə biləcəyi bir limana çevrildi. Bu münasibətlə Aralıq dənizindəki bir Misir limanına məhz onun adı verildi (Port Səid).
Apardığı islahatlar
Digər yandan Səid Paşa 1858-ci ildə Osmanlı hökumətinin dərc etdiyi ərazi qanunnaməsinə paralel olaraq Səidiyyə layihəsi adlı bir qanun qəbul etdi və beləcə, Misir kəndlilərinə torpaq sahibi olma hüququ verildi. Kəndlilərin istehsal etdiyi məhsul miqdarı üzərinə düşən vergini ləğv edərək istehsalın artırılmasına təkan verdi. Bəzi vergi və rüsumlrı ləğv edərək daha öncələr açılan, yalnız zamanla istifadəyə yararsız hala çevrilən suvarma kanallarını bərpa etdirdi. Ordunu nizama salaraq hərbi rütbələrin və maaşların verilməsini sistemləşdirdi. Hərbi mükəlləfiyyət müddətini azaldaraq məcburi hala saldı.
Birbaşa Misir hökuməti tərəfindən idarə edilən Sudanda da bir çox islahatlar aparan Səid Paşa qardaşı Əbdülhəlim Paşanı bölgəyə müfəttiş təyin etdi. 1857-ci ildə böyük bir heyətlə bölgəni ziyarət etdi və bu ziyarət əsnasında bir çox yerdə yeni məktəblərin açılışında iştirak etdi. Əhalidən gələn şikayət və istəklər üzərinə bəzi vergiləri ləğv etdi. Bundan başqa səhra bölgəsində məntəqələr yaradaraq poçt xidmətini sürətləndirdi. Kölə ticarətini qadağan edərək nəzarəti artırmaq məqsədilə Sobat çayı üzərində hərbi məntəqə təsis etdi.
Misir və Sudanda apardığı təşkilati və hərbi islahatlara baxmayaraq Mehmed Səid Paşa eyni diqqəti təhsil sahəsinə göstərə bilmədi. Atasının səltənətində açılan bir çox məktəblər bağlandı. Tibb məktəbləri kimi bəzi məktəblər yenidən açılsa da, əvvəlki səviyyədə fəaliyyət göstərə bilmədi. Tənqid edildiyi bir digər məsələ isə Bab-ı Əlinin etirazlarına baxmayaraq 1862-ci ildə Avropadan 7%-lə aldığı 3 milyon sterlinq borc oldu. Bu borclanma Misir iqtisadiyyatının xarici ölkələrdən asılılığına yol açdı.
Vəfatı
Mehmed Səid Paşa 18 yanvar 1863-cü ildə İsgəndəriyyədə vəfat etdi. Əhalinin xeyrinə qəbul etdiyi bir çox qərara və xalq tərəfindən sevilməsinə baxmayaraq Misirdəki səltənəti mütləq monarxiya olaraq dəyərləndirilir. Bununla yanaşı olduqca zəif və mülayim xasiyyəti, eləcə də ətrafına topladığı əcnəbi dostları və məsləhətçiləri onun dövlət idarəçiliyinə böyük miqyasda təsir göstərirdi.
Ailəsi
Xanımları
- İnci xanım (ö. 5 sentyabr 1890)
- Mələkbər xanım (ö. oktyabr 1890)
Oğul övladları
Mənbə
- C. Zeydân, Meşâhîrü’ş-şarḳ, Kahire 1902, I, 32;
- Mısır Meselesi (nşr. Bâbıâli Hariciye Nezâreti), İstanbul 1334, s. 32-33;
- Abdurrahman er-Râfiî, ʿAṣru İsmâʿîl, Kahire 1368/1948, s. 22-65;
- J. Marlowe, A History of Modern Egypt and Anglo-Egyptian Relations: 1800-1953, New York 1954, s. 62, 66-68, 72, 76, 90, 139;
- C. R. L. Beatty, De Lesseps of Suez: The Man and His Times, New York 1956, tür.yer.;
- Political and Social Change in Modern Egypt (ed. P. M. Holt), London 1968, s. 148-151, 173-174, 304-307, ayrıca bk. İndeks;
- P. J. Vatikiotis, The History of Egypt, London 1969, s. 56, 62, 71-73, 81, 83, 84, 87, 101-102, 120, 181;
- P. M. Holt, Egypt and the Fertile Crescent, London 1980, s. 193-196, 198-203, 205-206, 208;
- The Cambridge History of Egypt (ed. M. W. Daly), Cambridge 1998, II, 180-181, 186-189, ayrıca bk. İndeks;
- Takvîm-i Vekāyi‘, sy. 229, İstanbul 15 Cemâziyelevvel 1257; sy. 231, 30 Receb 1258; sy. 510, 18 Zilhicce 1270; sy. 511, 6 Muharrem 1271; sy. 680, 5 Şâban 1279; sy. 681, 12 Şâban 1279;
- Rûznâme-i Cerîde-i Havâdis, sy. 244, İstanbul 16 Rebîülâhir 1278;
- Şinasi Altundağ, “Sa’îd Paşa”, İA, X, 86-89;
- C. E. Bosworth, “Saʿīd Pasha”, EI2 (İng.), VIII, 859-860.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kavalali Seid Pasa ve ya Mehmed Seid Pasa d 17 mart 1822 o 18 yanvar 1863 Osmanlilarin Misir ve Sudan hakimi Kavalali ailesinin banisi Mehmed Eli Pasanin oglu Kavalali Seid Pasaereb محمد سعيد باشا Misir ve Sudan hakimi21 iyul 1854 18 yanvar 1863EvvelkiI Abbas Hilmi PasaSonrakiKavalali Ismayil PasaSexsi melumatlarDogum tarixi 17 mart 1822Dogum yeri Qahire Misir eyaleti Osmanli imperiyasiVefat tarixi 18 yanvar 1863 40 yasinda Vefat yeri Qahire Misir eyaletiVefat sebebi veremFealiyyeti siyasetciAtasi Mehmed Eli PasaAnasi Aynulheyat xanimHeyat yoldaslari Inci xanim Melekber xanimUsaqlari Mahmud bey Mehmed Tosun PasaAilesi Kavalali ailesiDini Sunni Islam Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri 17 mart 1822 ci ilde Qahirede dunyaya geldi Atasi Kavalali ailesinin banisi Mehmed Eli Pasa anasi ise onun xanimlarindan Aynulheyat xanimdir Usaq yaslarindan mukemmel tehsil aldi Denizciliye olan maragi nezere alinaraq tehsili bu istiqametde inkisaf etdirildi 1832 1835 ci illerde konsul olaraq Misirde fealiyyet gosteren Ferdinand de Lesseps onun hem muellimi hem de yaxin dostu oldu Xususile kokelmeye meyilli olan Mehmed Seid genclik illerinden idmana olan maragini da mehz bu dostluga borclu idi Herbi fealiyyeti Tehsil heyatini tamamlamasinin ardindan denizci zabiti olan Mehmed Seid donanma strukturunda suretle yukselerek atasinin olumunden qisa muddet once Misir donanmasinin serdari oldu 1849 Yasinin az olmasina baxmayaraq Misir vergisi meselesi uzre muzakireler aparmaq ucun atasinin vekili olaraq Istanbula getdi Misir hakimiyyetinin Kavalali ailesine verilmesinin ardindan tesekkur etmek niyyetiyle ve 6 sentyabr 1842 ci ilde kecirilen ve Sultan Ebdulmecidin de istirak etdiyi herbi parad munasibetile bir nece defe Istanbula gonderildi Bu ziyareti esnasinda ona deniz islerindeki bilgisi sebebile deniz ferik generali unvani verildi Misir hakimliyi Misir hakimi olan qardasi oglu Abbas Hilmi Pasanin 13 iyul 1854 cu ilde oldurulmesinin ardindan yas etibarile ailede en boyuk sexs olaraq Misir hakimiyyetine getirilmeli idi Ancaq Abbas Hilmi Pasanin oglu eyni zamanda Sultan Ebdulmecidin kurekeni olan Ibrahim Hilmi Pasanin terefdarlarinin muqavimeti ile qarsilasdi ve 8 gun davam eden mubarizenin ardindan hakimiyyeti ele aldi 11 sentyabr 1854 cu ilde resmi teyinatla vezifeye basladi Eneneye sadiq qalaraq 1854 cu ilin noyabrinda Istanbula gederek bagliligini bildirdi O esnada Krimda davam eden Osmanli Rusiya muharibesine selefi kimi o da Misirden herbi destek yolladi Onun yolladigi Misirli esgerler xususile Silistre doyusunde muhum rol oynadilar Bu sebeble Sultan Ebdulmecid Misir hakimiyyetinin saxlaya bileceyi esger sayini 18 minden 30 mine yukseltdi Suveys kanali meselesi Avropasayagi heyat terzine ve dunya gorusune sahib olan Seid Pasa hem Sultan Ebdulmecidden aldigi telimatlara hem de vaxtile atasi terefinden basladilan reformasiyalara sadiq qalaraq bir sira islahatlara imza atdi Qerb dunyasindaki bankirleri ve varli tacirleri Misire getirmek ucun 1854 cu ilde Misir Milli Banki yaradildi Elave olaraq yaxin dostu Ferdinand de Lessepse Qirmizi deniz ve Araliq denizi arasinda Suveys kanalinin acilmasi imtiyazini verdi Gorduyu bu islerle bir yandan Misiri inkisaf etdiren Seid Pasa bir yandan da olkeni Avropadan gele bilecek siyasi tehlukelere aciq hala getirirdi Abbas Hilmi Pasa seltenetinde baslayan Qahire Isgenderiyye demiryolu xettinin insasi tamamlandi ve fealiyyete basladi Elave olaraq ecnebi bir sirkete imtiyaz vererek Qahire Isgenderiyye ve Suveys arasinda teleqraf xetti cekerek demir yolunu Suveys istiqametinde genislendirdi 1854 cu ilde Suveys kanali ile bagli verdiyi imtiyaz qerarina Fransa Ingiltere ve Osmanli hokumetlerinden gelen etiralar sebebile kanalin insasi baslaya bilmedi Bu sebeble 1856 ci ilde bu imtiyaz yenilendi ve Suveys kanali sirketi yaradildi Imtiyazin ilk sahibi olan Ferdinand de Lesseps ise bu qerari tesdiqletmek ucun bir nece Istanbula getse de istediyini ala bilmedi Paris sulhunun ardindan yaranan siyasi sabitlikle Osmanli ve Ingiltere hokumetlerinin etirazlarina baxmayaraq 1858 ci ilde sirkete investisiya toplanmaga ve 1859 cu ilin aprelinde ilk qazinti islerine baslanildi 1854 cu ilde Nil Cay Transport sirketinin imtiyazlari da Avropalilar verildi ve 1857 ci ilde Maliyye naziri olan qardasi oglu Mustafa Fazil Pasanin rehberliyi ile Misirin ikinci cay neqliyyat sirketi olan Mecidiyye sirketi quruldu Xususile demiryolu xettinin Suveyse qeder uzadilmasindan sonra liman daha boyuk gemilerin gelib gede bileceyi bir limana cevrildi Bu munasibetle Araliq denizindeki bir Misir limanina mehz onun adi verildi Port Seid Apardigi islahatlar Diger yandan Seid Pasa 1858 ci ilde Osmanli hokumetinin derc etdiyi erazi qanunnamesine paralel olaraq Seidiyye layihesi adli bir qanun qebul etdi ve belece Misir kendlilerine torpaq sahibi olma huququ verildi Kendlilerin istehsal etdiyi mehsul miqdari uzerine dusen vergini legv ederek istehsalin artirilmasina tekan verdi Bezi vergi ve rusumlri legv ederek daha onceler acilan yalniz zamanla istifadeye yararsiz hala cevrilen suvarma kanallarini berpa etdirdi Ordunu nizama salaraq herbi rutbelerin ve maaslarin verilmesini sistemlesdirdi Herbi mukellefiyyet muddetini azaldaraq mecburi hala saldi Birbasa Misir hokumeti terefinden idare edilen Sudanda da bir cox islahatlar aparan Seid Pasa qardasi Ebdulhelim Pasani bolgeye mufettis teyin etdi 1857 ci ilde boyuk bir heyetle bolgeni ziyaret etdi ve bu ziyaret esnasinda bir cox yerde yeni mekteblerin acilisinda istirak etdi Ehaliden gelen sikayet ve istekler uzerine bezi vergileri legv etdi Bundan basqa sehra bolgesinde menteqeler yaradaraq poct xidmetini suretlendirdi Kole ticaretini qadagan ederek nezareti artirmaq meqsedile Sobat cayi uzerinde herbi menteqe tesis etdi Misir ve Sudanda apardigi teskilati ve herbi islahatlara baxmayaraq Mehmed Seid Pasa eyni diqqeti tehsil sahesine gostere bilmedi Atasinin seltenetinde acilan bir cox mektebler baglandi Tibb mektebleri kimi bezi mektebler yeniden acilsa da evvelki seviyyede fealiyyet gostere bilmedi Tenqid edildiyi bir diger mesele ise Bab i Elinin etirazlarina baxmayaraq 1862 ci ilde Avropadan 7 le aldigi 3 milyon sterlinq borc oldu Bu borclanma Misir iqtisadiyyatinin xarici olkelerden asililigina yol acdi Vefati Mehmed Seid Pasa 18 yanvar 1863 cu ilde Isgenderiyyede vefat etdi Ehalinin xeyrine qebul etdiyi bir cox qerara ve xalq terefinden sevilmesine baxmayaraq Misirdeki selteneti mutleq monarxiya olaraq deyerlendirilir Bununla yanasi olduqca zeif ve mulayim xasiyyeti elece de etrafina topladigi ecnebi dostlari ve meslehetcileri onun dovlet idareciliyine boyuk miqyasda tesir gosterirdi AilesiXanimlari Inci xanim o 5 sentyabr 1890 Melekber xanim o oktyabr 1890 Ogul ovladlari Mahmud bey o 1846 Mehmed Tosun Pasa d 30 aprel 1853 o 6 yanvar 1898 MenbeC Zeydan Mesahiru s sarḳ Kahire 1902 I 32 Misir Meselesi nsr Babiali Hariciye Nezareti Istanbul 1334 s 32 33 Abdurrahman er Rafii ʿAṣru Ismaʿil Kahire 1368 1948 s 22 65 J Marlowe A History of Modern Egypt and Anglo Egyptian Relations 1800 1953 New York 1954 s 62 66 68 72 76 90 139 C R L Beatty De Lesseps of Suez The Man and His Times New York 1956 tur yer Political and Social Change in Modern Egypt ed P M Holt London 1968 s 148 151 173 174 304 307 ayrica bk Indeks P J Vatikiotis The History of Egypt London 1969 s 56 62 71 73 81 83 84 87 101 102 120 181 P M Holt Egypt and the Fertile Crescent London 1980 s 193 196 198 203 205 206 208 The Cambridge History of Egypt ed M W Daly Cambridge 1998 II 180 181 186 189 ayrica bk Indeks Takvim i Vekayi sy 229 Istanbul 15 Cemaziyelevvel 1257 sy 231 30 Receb 1258 sy 510 18 Zilhicce 1270 sy 511 6 Muharrem 1271 sy 680 5 Saban 1279 sy 681 12 Saban 1279 Ruzname i Ceride i Havadis sy 244 Istanbul 16 Rebiulahir 1278 Sinasi Altundag Sa id Pasa IA X 86 89 C E Bosworth Saʿid Pasha EI2 Ing VIII 859 860