I Güştasp və ya I Gərşəsb (Şamaxı – 1226, Şamaxı) — Şirvanşahlar dövlətinin iyirmi beşinci hökmdarı, Şirvanşah I Fərruxzadın oğlu.
I Güştasp ibn Fərruxzad | |
---|---|
Şirvanşahlar Dövlətinin XXV hökmdarı | |
1204 – 1225 | |
Əvvəlki | I Fərruxzad |
Sonrakı | III Fəribürz |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Naməlum |
Atası | I Fərruxzad |
Uşağı | |
Dini | Sünni İslam |
Fəaliyyəti
I Fərruxzad ibn Mənuçöhrün qısamüddətli hökmranlığından sonra hakimiyyətə onun oğlu Gərşəsb ibn Fərruxzad keçmişdir. Onun adından kəsilmiş bir neçə variantlı, lakin eyni məzmunlu aşağı əyarlı xeyli, əsasən mis sikkələr qalmışdır. Üz tərəfində həmişəki kimi, dini rəmz və möminlərin hökmdarı xəlifə ən-Nasir-lidin – Allahın (h.575- 622 (1180-1225)-ci illər) adı durur. Əks tərəfındə eyni dini rəmz təkrar olunmuş, onun altında isə "əl-məlik əl-müəzzəm Gərşəsb ibn Fərruxzad, ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk edilmişdir. Gərşəsb ibn adı ilə kəsilmiş külli miqdarda sikkənin hamısında xəlifə ən-Nasirin adı çəkilir. Lakin Gərşəsibn oğlu və varisi III Fəribürz də həmin xəlifənin hakimiyyətinin sonlarına doğru onun adı ilə sikkə zərb etdirmişdir.
Gərşəsibn sikkələri üzərindəki "əl-məlik əl müəzzəm" ləqəbləri və Şirvanşah titullu Şirvanşahlar dövlətinin ən yüksək inkişaf dövründə onun müstəqil hakimiyyət sürdüyünü göstərir. Gərşəsibn adını Kür və Araz çayları arasında yerləşən və Xəzər dənizinin sahillərinə qədər uzanan Güştəsbi (Güştəsfi) vilayətinin adı ilə bağlayırlar.S. Aşurbəyli qeyd edir ki, yəqin, onun adının ən düzgün yazılışı sikkələrində və abidələrindəki kitabələrdə rast gəlindiyi kimi Gərşəsb yaxud Gərşəspdir. Gərşəsb adı Şirvanşahların çox güman ki, qohum olduqları deyləmi Kakuyilər sülaləsi hökmdarları arasında məlumdur.
Şirvanda Güştəsbi vilayətinin və şəhərinin adına XIII əsrdən əvvəlki mənbələrdə rast gəlinmir. Ola bilər ki, onun kökü Gərşəsb adındandır. Belə ki, Gərşəsb Şirvanşah olana qədər, atası Fərruxzad ibn Mənuçöhr zamanında bu yerin hakimi olmuşdu. Gərşəsbdən törəyən Güştəsbi adı İranın əsatiri hökmdarının adı ilə bağlı xalq etimalogizasiyasına məruz qalmışdır.
Mərdəkan kəndindəki dairəvi qalanın kitabəsinə görə Gərşəsb h.600 (1204)-cü ildə hakimiyyətə başlamışdır. Kitabədə deyilir:
I. "Bu qala həqiqətən uca, müdrik, ədalətli, (Allahın) himayə etdiyi müzəffər, qalib, dinin döyüşçüsü, dünyanın, dinin... və müsəlmanların əzəməti, dinin qoruyucusu Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhrün zamanında tikilmişdir".
II."Sahibi... sipahsalar (sərkərdə) möhtərəm, müdrik (Allahın) himayə etdiyi, hörmətli, dövlətin və dinin ulduzu... İshaq ibn Kakuyidir. Allah onun qüdrətini əbədi etsin! Tarix, mordad ayı, altıyüzüncü il (h.600 (avqust, 1204).
Qalanın cənub-qərb tərəfində, qapıdan soldakı kitabədə deyilir: "Memar Əbd ül-Məcid ibn Məsud".
Kitabədə adı çəkilən sipahsalar – qalanı tikdirmiş sərkərdə, ehtimal ki, aralarından Şirvanşahların vəzirlərinin çıxdığı adlı-sanlı deyləm nəsli Kakuyinlərin nümayəndələrindən olmuşdur. Bu kitabədə Gərşəsibn hakimiyyəti dövründə gürcülərin ölkəyə tez-tez basqınları ilə əlaqədar olaraq XII əsrin sonlarından Şirvanşahların iqamətgahı Bakıya keçirildikdən sonra Abşeronda və Şirvanın digər yerlərində istehkamlar tikildiyi göstərilir.
Monqolların Azərbaycana yürüşü
Gərşəsibn hakimiyyəti dövründə XIII əsrin 20-ci illərinədək şəhər həyatı, sənətkarlıq, ticarət və tikinti inkişaf edir. Lakin 1220-ci ildən başlayaraq Şirvan və bütün Yaxın Şərqin üstünü yadelli işğalçıların – monqolların soxulmaq təhlükəsi aldı. Monqol yürüşlərinin müasiri olan İbn əl-Əsir bu basqının dəhşətlərindən sarsılaraq yazırdı: "...gecə-gündüz buna bənzər böyük hadisə və böyük bədbəxtlik görməmişdi. Bu bədbəxtlik bütün insanlara, xüsusilə müsəlmanlara üz verdi. Kim Allah adəmi yaradandan bu günə qədər dünyanın belə müsibətə düçar olmadığını desə haqlı olar, çünki salnamələrdə buna oxşar, yaxud yaxın heç bir şey yoxdur".
Monqollar Azərbaycan və Şirvan ərazisində ilk dəfə h.617 (1220/l)-ci ildə I Gərşəsb ibn I Fərruxzadın hakimiyyəti dövründə zahir oldular. Cəbə Noyonun və Sabutay Bahadurun başçılığı ilə otuz minlik monqol ordusu 1221-ci ildə gürcü qoşunlarını məğlub edib qışı Muğanda qışladı, sonra isə Ərdəbilə qayıtdı, şəhəri dağıdaraq zəbt etdi. İ
Bundan sonra monqollar üçüncü dəfə Təbrizə yaxınlaşdılar. Şəhərin əhalisi pul və parça verməklə xilas oldular. Monqollar Sərab şəhərini dağıtdıqdan sonra h.618 (1221)-ci ilin ramazan ayında Beyləqana gəldilər, onu mühasirəyə alaraq tutdular, demək olar ki, bütün əhalini qılıncdan keçirdilər və əmlaklarını qarət etdilər. Daha sonra onlar Arranın paytaxtı Gəncəni mühasirəyə alaraq, əhalidən pul və bahalı parçalar tələb etdilər. Çoxlu fidyə alan monqollar Gəncədən əl çəkib Gürcüstana soxuldular. Bu vaxt oranın hökmdarı Tamarın oğlu idi. Monqollar gürcü qoşunlarını darmadağın edib, ölkəni taladıqdan sonra tezliklə Gürcüstanı tərk edərək Şirvana qayıtdılar. Şamaxını mühasirəyə alıb ələ keçirdilər, onu dağıdaraq əhalisini qırdılar. İbn əl-Əsir (1160-1234) monqolların şəhəri almasının və onun sakinlərinin qəhrəmanlıqla müdafıə olunmasının təfərrüatını xəbər verir "...tatarlar nərdivanlarla şəhərin divarlarına çıxdılar, başqalarının sözlərinə görə isə onlar çoxlu dəvə, inək, davar və s.yığdılar, habelə, həm özlərindən, həm də düşmən tərəfdən öldürülənləri bir-birinin üstünə qalayaraq, təpəyə bənzər bir şey düzəltdilər, onun üstünə çıxaraq, şəhər üzərində hakim mövqe qazandılar və şəhər əhalisi ilə döyüşə girdilər. Şəhər sakinləri üç gün ərzində ən ağır vuruşmaya tab gətirdilər və nəhayət, bir dəfə az qala məğlub olduqda öz-özlərinə dedilər: "Onsuz da qılıncdan xilas ola bilməyəcəyik, elə isə yaxşısı budur, möhkəm dayanıb, heç olmasa, şərəflə ölək". Onlar həmin gecəni möhkəm durdular. Meyitlər qoxumağa və dağılmağa başladığından tatarlar şəhərə yenidən həmlə etdilər. Şamaxı alınaraq qarət edildi və əhalisinin çoxu qırıldı.
Ə.Ə.Əlizadə yazır: "...Şirvanşah Şamaxının müdafiəsində və monqollarla vuruşmada iştirak etmirdi. Yəqin ki, Şamaxı mühasirəyə alınarkən o, şəhərdə deyildi. Düşünmək olardı ki, monqollar yaxınlaşarkən Şirvanşah paytaxtı taleyin ümidinə buraxaraq əlçatmaz qalalara çəkilmişdi". S. Aşurbəyli qeyd edir ki, Ə.Ə.Əlizadənin bu fikri həqiqətə uyğun deyil. "Şirvanşah Şamaxını tərk edə bilməzdi. Belə ki, təqribən 1192-ci ildə Şamaxı zəlzələdən dağıldıqdan sonra Axsitan öz iqamətgahını Bakıya köçürmüşdü; və monqollar şəhəri mühasirəyə alarkən Şirvanşah Gərşəsb orada idi."
Ərəb müəlliflərinin məlumatına görə, əhali inadlı müqavimət göstərdiyindən monqollar Bakını uzun müddət ala bilməmişdilər. Yalnız bütün ölkə işğal edildikdən sonra şəhər təslim olmaq məcburiyyətində qaldı. İbn əl-Əsir yazır: "Monqollar Azərbaycan və Arranı dağıtdıqdan sonra Dərbəndə – Şirvana yollandılar və onların hökmdarının yaşadığı qala istisna olmaqla onun şəhərini ələ keçirdilər". Daha sonrakı dövrün müəllifi Bakuvi (1403-cü ildə yazmışdır) Bakıdakı iki möhkəmləndirilmiş qaladan bəhs edir: "Onlardan böyüyü dənizin yaxınlığındadır. Dənizin dalğaları onun divarlarını döyəcləyir. Bu, tatarların (monqolların) ala bilmədikləri qala idi". Monqollar Şamaxını tutub qarət etdikdən sonra Dərbənd keçidindən keçib Monqolustana qayıtmaq üçün Dərbəndə yönəldilər. Lakin Dərbənd son dərəcə möhkəmləndirildiyindən onlar buna müvəffəq ola bilmədilər. Onda monqol sərkərdələri hiyləyə əl atdılar. Onlar Şirvanşah Gərşəsbə müraciət edərək, sülh sazişi bağlamaq üçün elçi göndərməyi təklif etdilər. Şirvanşah monqollara inanıb, Cəbə və Sabutayın ordugahına on nəfər əyan göndərdi. Monqollar onların birini öldürüb, qalanlarını ölümlə hədələyərək Dərbəndin yanından keçən dağ yolunu göstərməyi tələb etdilər. Onlar yolu göstərdilər.
Təsvir edilən hadisələrin müasiri və şahidi olan Kirakos Gəncəliyə görə monqollar "Dərbənd qapısından keçib öz ölkələrinə qayıtmaq istəyirdilər. Lakin Dərbənddəki müsəlman qoşunları onlan buraxmadı. Onda monqolar uçurumları ağac və daşlarla, öz əmlakları, atlar və hərbi sursatla dolduraraq, Qafqaz dağlarının keçilməz yerlərindən aşıb öz ölkələrinə döndülər".
1222-ci ildə monqollar alan, ləkz və digər xalqların ölkələrinə yönəldilər, onları darmadağın etdilər, sonra qıpçaq çölünə keçərək onu tutdular və qıpçaqları oradan qovdular. Qıpçaqlar dağlara səpələndi, bəziləri rusların ölkəsinə getdi, əksəriyyəti isə Dərbəndə yollandı. Faciəli hadisələrlə dolu olan bu ağır zamanda, monqol qoşunları Şirvandan, Arrandan, Gürcüstandan və Zaqafqaziyanın digər ölkələrindən çıxıb getdikdən sonra 1222-ci ildə, həmin ölkələrin vaxtilə çiçəklənən şəhərlərinin, digər yaşayış yerlərinin dağıdılaraq talan edildiyi, əhalisinin qırıldığı bir vaxtda yerli feodallar və hakimlər qorxunc düşmənə – monqollara, habelə onlara yenidən hücum edə biləcək başqa yadelli işğalçılara qarşı ittifaq yaratmaq üçün tədbirlər görürdülər.
Gürcü şahzadəsi ilə evlilik
Gürcü salnaməsi gürcü hökmdarı Laşanın bacısı Rusudan ilə Şirvanşahın kəbinkəsmə və toy mərasimində iştirak etmək üçün 1222-ci ildə Şirvanşahın iqamətgahı və Şirvanın ikinci paytaxtı olan Baqavana – Bakıya gəldiyini xəbər verir. Lakin Georgi burada xəstələnib 1222-ci il yanvarın 18-də öldüyündən toy baş tutmadı. Rusudana Gürcüstana qayıtdı və həmin il hökmdar elan olundu. Bu vaxt Rusudananın yaşı 32-yə yaxın idi, bir neçə dəfə ərə getmişdi və iki uşağı vardı. Mənbədə Şirvanşahın adı çəkilmir. Ola bilər ki, Rusudana ya I Gərşəsibn oğlu III Fəribürzə, ya da Şirvanşah Gərşəsbin özünə ərə getməli idi. Rusudan Cəlaləddinə qarşı mübarizə üçün Səlcuq sultanının qardaşı ilə evlənməli olur.
Qıpçaqların yürüşü
Monqollar Şirvandan gedəndən sonra darmadağın edilmiş qıpçaqlar bir yerə toplaşaraq Dərbəndə yollandılar. Bu vaxt oranın hakimi İbn əl-Əsirin Şirvanşah adlandırdığı Rəşid idi.Yaqut Həməvinin verdiyi məlumata görə Şirvanın paytaxtı Şamaxının hakimi "Dərbənd əmirinin qardaşı – Şirvanşah" idi. XI əsr mənbələri yerli Haşimilər sülaləsindən olan əmirlər tərəfindən idarə olunan bu müstəqil şəhər-dövlətə sahiblik iddialarından əl çəkməyən Dərbəndi zəbt etdiklərini xəbər verirlər. Mənbələr və numizmatik dəlillər XI əsrin üçüncü rübündə Dərbəndin Şirvanşahlar dövlətinin tərkibinə daxil edildiyini təsdiqləyirlər. XII əsrin əvvəllərində Dərbəndi öz müstəqilliklərini yüz ilə yaxın qoruyub saxlamış yerli ərəb nəslindən olan Suləmi əmirləri idarə edirdilər. Şirvanşahların Dərbəndi ələ keçirmək üçün göstərdikləri bir neçə cəhd uğursuzluqla qurtarmışdı.
Dərbənd əmirliyinə yalnız 1239-cu ildə Dərbənd və bütün ölkə monqollar tərəfındən istila edildikdən sonra son qoyuldu. İbn əl-Əsirin adını çəkdiyi Şirvanşah Rəşid görünür Şirvanşahlar sülaləsinə mənsub Dərbənd məliki olmuşdur. Yuxarıda göstərildiyi kimi, Axsitan Dərbənd əmiri Müzəffər ibn Məhəmmədin qızına və Bəybars ibn Müzəffərin bacısına evlənmişdi. Ehtimal ki, Rəşid və Dərbənd əmiri ilə qohumluqdan dolayı I Gərşəsibn qardaşı olmuşdur. Qıpçaqlar Dərbəndə yaxınlaşarkən onun hakimi Şirvanşah Gərşəsibn qardaşı Rəşid idi. Qıpçaqlar ona aşağıdakı sözlərlə müraciət etdilər: "Tatarlar ölkəmizi tutub, əmlakımızı qarət etmişlər. Biz sənin ölkəndə yaşamağa gəlmişik. Biz sənin qulunuq, sənin üçün vilayətlər fəth edəcəyik və sən bizim sultanımızsan". Lakin Rəşid razılıq vermədi və onların xahişini rədd etdi. Qıpçaqlar həmin xahişlə yenidən onun yanına elçi göndərdilər. Onların müsəlman olan başçılarından biri tərəfindən Dərbəndi hiylə yolu ilə tutmaq niyyətində olan qıpçaqların məkrindən xəbərdar edilən Rəşid həmin başçıya qoşun və silah verməyə razı oldu. Bu başçı qıpçaqların üzərinə yeridi, bir neçə dəfə hücum edərək onların bir hissəsini qırdı və qarət etdi. Lakin qıpçaqlar hiylə ilə Rəşidi aldadıb Dərbəndə girdilər, onu həbs edib bütün ölkəni ələ keçirmək istədilər. Lakin Rəşid qalanın gizli qapısından Şirvana qaçdı. Qıpçaqlar qaladakı bütün silahları və Rəşidin əmlakını götürüb tərk etdilər, sonra isə vaxtilə gürcülərin əlində olan Qəbələyə tərəf yönəldilər və onu mühasirəyə aldılar. Bundan xəbər tutan Rəşid Dərbəndə qayıtdı, qalanı ələ keçirərək orada qalmış bütün qıpçaqları qırdı. Bütün Qəbələ vilayətini qarət edən qıpçaqlar Gəncəyə doğru hərəkət edərək orda yerləşdilər. Gürcülərlə döyüşdə məğlubiyyətə uğrayan və onlara qarşı üsyan qaldıran yerli Gəncə əhalisindən qorxuya düşən qıpçaqlar Şirvan istiqamətində hərəkət edərək, sonra ləkzlər ölkəsinə keçdilər.Şirvan əhalisi gürcü, ləzgi və digər xalqlarla birləşərək qıpçaqları darmadağın etdi, bir hissəsini qırdı, bir hissəsini isə əsir aldı. İbn əl-Əsirin sözlərinə görə "qıpçaq əsiri (məmlük) Dərbənd-Şirvanda (ən) ucuz qiymətə satılırdı". Monqollar Beyləqanı dağıdaraq qarət etdikdən və qıpçaqlar ölkəsinə getdikdən sonra şəhərin canını qurtara bilmiş sakinləri geri qayıtdılar və şəhərin divarlarını yenidən bərpa etdilər.
Gürcülərin yürüşü
H.619-cu ilin səfər ayında (fevral, 1222) Beyləqan gürcülərin hücumlarına məruz qaldı. Şəhəri tutarkən, adətən, əhalidən müəyyən məbləğdə pul alıb gedən gürcülər bu dəfə əhalinin üstünə düşərək "tatarların özlərinə etdikləri qətl-qarəti onların başına gətirdilər". Bu dövrdə çiçəklənən şəhər və kəndləri viran qoyan, əhalisini qırıb çatan monqolların hücumları ilə əlaqədar Şirvanın, Qafqazın və bütünlükdə Yaxın Şərq ölkələrinin ağır siyasi vəziyyəti, gürcülərin və digər yadelli işğalçıların Şirvana təcavüzkar basqınları, eləcə də Xarəzmşahın hücum təhlükəsi Şirvanşahlar dövlətinin zəifləməsinə səbəb oldu. Gürcülərin Şirvana arasıkəsilməz təcavüzkar basqınlarının qarşısını almaq üçün Şirvanşah Gərşəsb "oğlu Cəlal əd-Din Sultanşahı (girov kimi) gürcülərə verdi. Gürcülər isə onu Tamarın qızı hökmdar Rusudana ilə evləndirmək məqsədilə xaç suyuna saldılar".
Cəlaləddin Məngburninin yürüşü
1225-ci ildə Şirvanı və bütün Zaqafqaziyanı Xarəzmşah Cəlal əd-Din Məngburninin hücum təhlükəsi təhdid etdiyi bir zamanda Şirvanşahlar dövlətinin daxilində Şirvanşah Gərşəsibn hakimiyyətindən böyük narazılıqlarla bağlı hadisələr baş verirdi. Şirvanşahın oğlu Fəribürzün başçılığı ilə qalxan üsyan nəticəsində Gərşəsb taxtdan salındı və onun yerinə oğlu keçdi. İbn əl-Əsir yazır: "H.622 (1225)-ci ildə Şirvanşaha qarşı onun oğlu üsyan qaldırdı, onu şahlıqdan məhrum etdi və ölkədən qovdu, özü şahlıq etməyə başladı. Üsyana səbəb bu idi ki, Şirvanşah iyrənc həyat tərzi keçirirdi, çox qəbahətli və ədalətsiz adam idi. O, tez-tez təbəələrinin var-dövlətinə və mülklərinə əl uzadır, həmçinin, deyirlər ki, hətta qadınların və oğlan uşaqlarının namusuna təcavüz edirdi. Onun xalqa zülmü çoxalmışdı və ona görə də qoşunun bir hissəsi onun oğlu ilə əlbir olaraq, atasını ölkədən qovdu". Beləliklə, Şirvanşah I Gərşəsibn hökmranlığı h.622 (1225)-ci ildə sona çatdı.
Ailəsi
- Atası I Fərruxzad. Şirvanşah
- Qardaşı Rəşid ibn Fərruxzad. Dərbənd hakimi (1221-1239)
- Oğlu III Fəribürz. Atası Güştaspı taxtdan salaraq hakimiyyətə gəlmişdir.
- Oğlu Cəlaləddin Sultanşah. Güştəsbi hakimi (1226-?)
SƏLƏF I Fərruxzad | I Güştasp Kəsranilər | XƏLƏF III Fəribürz |
Həmçinin bax
İstinadlar
- Пaxoмoв. Caбиpaбaдcкий клaд, 1926 г., "Изв. Aзкoмcтapиc", вып.III, Бaкy, 1927, c.55-58
- Шapaф-xaн Бидлиcи, т.II, M., 1976, c.82
- Aмин Axмeд ap- Paзи. Xaфт иклим. HAИИ AH Aзepб. CCP, Д.№2175, c.390
- Hadi Həsən. Fələki Şirvani, s.17
- aн-Hacaви, c.222
- Həmdullah Qəzvini. Nüzhət əl-qülub, h.I, s.92, h.II, s.94.
- S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006
- K. A.Бocвopт. Mycaльмaнcкиe динacтии. Пepeв. П.A.Гpязнeвичa, M., 1971, c.141
- Həmdullah Qəzvini. Nüzhət əl-qülub, s.92, ing. tərc. s.94
- Aлecкepзaдe. Haдпиcи... c.380
- İbn əl-Əsir, s.135
- bn əl-Əsir, s.134-142
- Paшид aд-Дин. Иcтopия Чингиз xaнa. Пepeв. И.H.Бepeзинa. Tpyды Bocт. Oтд. Имп. Pyccк. Apxeoл- oб-вa ч.15, CПб., 1888, c.136
- C.d'Ohsson. Historie des Monqols, t.I, La Haye et Amsterdam, 1834, c.326 327
- A. A. Aли-зaдe. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. 2023-05-06 at the Wayback Machine, Бaкy, 1956, c. 89-101, 357-360
- İbn əl-Əsir, c.140-141
- Paшид aд-Дин. Иcтopия Чингиз xaнa, C.138;Д'OCCOH. Иcтopия мoнгoлoв,"c.333-334
- B.B.Бapтoльд. Mecтo пpикacпийcкиx oблacтeй, c.706
- Aлизaдe, s.93-99
- B.Spuler. Die Monqolen in İran. Berlin. 1955
- İbn əl-Əsir, s.141
- Aлизaдe, s.359
- Иcтopия и вocxвaлeниe вeнцe-нocцeв, c.57
- Aшypбeйли.O дaтиpoвкe и нaзнaчeнии Гыз- Гaлacы, c.42.
- İbn əl-Əsir. Tarix-əl-kamil, s.135-136.
- Aл-Бaкyви Aбд ap-Paшид. Kитaб тaлxиc aл-acap вa aджaиб aл-мaлик aл-кaxxap. Изд. тeкcтa, пepeв. З.M.Бyниятoвa. M., 1971, apaб. тeкcт, л.55a, pyccк. пepeв., c.89.
- İbn əl-Əsir, s. 141-142
- Paшид aд-Дин, s. 138-139
- д'Occoн, s.336
- Бapтoльд, s.706.
- Kиpaкoc Гaндзaкeци. Иcтopия Apмeнии. Пepeв. Л.A.Xaнлapян. M., 1976, c.138.
- İbn-əl-Əsir, s.145.
- Kapтлиc цxoвpeбa, т.I, c.371,т.II, c.166
- E. A.Пaxoмoв. Moнeты Гpyзии. Tбилиcи, 1970, c.101-102.
- İbn əl-Əsir, s.145
- Yaqut Həməvi,Mücəməl-Buldan. Beyrut, V, s.291
- Бapтoльд. Шиpвaншax, II/I, c.877
- Бapтoльд , Дepбeнд, III, c.426.
- E.A.Пaxoмoв. O дepбeндcкoм княжecтвe. XII-XIII в. "Изв. Aз ГHИИ", вып.II, Бaкy, 1930, c. 1-11
- İbn əl-Əsir,s.l45-149.
- Ən-Nəsəvi, s.222.
- İbn əl-Əsir,s.l51-152.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
I Gustasp ve ya I Gersesb Samaxi 1226 Samaxi Sirvansahlar dovletinin iyirmi besinci hokmdari Sirvansah I Ferruxzadin oglu I Gustasp ibn FerruxzadSirvansahlar Dovletinin XXV hokmdari1204 1225EvvelkiI FerruxzadSonrakiIII FeriburzSexsi melumatlarDogum yeri SamaxiVefat tarixi 1226Vefat yeri NamelumAtasi I FerruxzadUsagi III FeriburzDini Sunni IslamFealiyyetiDairevi Merdekan qalasinin kitabesi I Ferruxzad ibn Menucohrun qisamuddetli hokmranligindan sonra hakimiyyete onun oglu Gersesb ibn Ferruxzad kecmisdir Onun adindan kesilmis bir nece variantli lakin eyni mezmunlu asagi eyarli xeyli esasen mis sikkeler qalmisdir Uz terefinde hemiseki kimi dini remz ve mominlerin hokmdari xelife en Nasir lidin Allahin h 575 622 1180 1225 ci iller adi durur Eks terefinde eyni dini remz tekrar olunmus onun altinda ise el melik el muezzem Gersesb ibn Ferruxzad ibn Menucohr Sirvansah sozleri hekk edilmisdir Gersesb ibn adi ile kesilmis kulli miqdarda sikkenin hamisinda xelife en Nasirin adi cekilir Lakin Gersesibn oglu ve varisi III Feriburz de hemin xelifenin hakimiyyetinin sonlarina dogru onun adi ile sikke zerb etdirmisdir Gersesibn sikkeleri uzerindeki el melik el muezzem leqebleri ve Sirvansah titullu Sirvansahlar dovletinin en yuksek inkisaf dovrunde onun musteqil hakimiyyet surduyunu gosterir Gersesibn adini Kur ve Araz caylari arasinda yerlesen ve Xezer denizinin sahillerine qeder uzanan Gustesbi Gustesfi vilayetinin adi ile baglayirlar S Asurbeyli qeyd edir ki yeqin onun adinin en duzgun yazilisi sikkelerinde ve abidelerindeki kitabelerde rast gelindiyi kimi Gersesb yaxud Gersespdir Gersesb adi Sirvansahlarin cox guman ki qohum olduqlari deylemi Kakuyiler sulalesi hokmdarlari arasinda melumdur Sirvanda Gustesbi vilayetinin ve seherinin adina XIII esrden evvelki menbelerde rast gelinmir Ola biler ki onun koku Gersesb adindandir Bele ki Gersesb Sirvansah olana qeder atasi Ferruxzad ibn Menucohr zamaninda bu yerin hakimi olmusdu Gersesbden toreyen Gustesbi adi Iranin esatiri hokmdarinin adi ile bagli xalq etimalogizasiyasina meruz qalmisdir Merdekan kendindeki dairevi qalanin kitabesine gore Gersesb h 600 1204 cu ilde hakimiyyete baslamisdir Kitabede deyilir I Bu qala heqiqeten uca mudrik edaletli Allahin himaye etdiyi muzeffer qalib dinin doyuscusu dunyanin dinin ve muselmanlarin ezemeti dinin qoruyucusu Gersesb ibn Ferruxzad ibn Menucohrun zamaninda tikilmisdir II Sahibi sipahsalar serkerde mohterem mudrik Allahin himaye etdiyi hormetli dovletin ve dinin ulduzu Ishaq ibn Kakuyidir Allah onun qudretini ebedi etsin Tarix mordad ayi altiyuzuncu il h 600 avqust 1204 Qalanin cenub qerb terefinde qapidan soldaki kitabede deyilir Memar Ebd ul Mecid ibn Mesud Kitabede adi cekilen sipahsalar qalani tikdirmis serkerde ehtimal ki aralarindan Sirvansahlarin vezirlerinin cixdigi adli sanli deylem nesli Kakuyinlerin numayendelerinden olmusdur Bu kitabede Gersesibn hakimiyyeti dovrunde gurculerin olkeye tez tez basqinlari ile elaqedar olaraq XII esrin sonlarindan Sirvansahlarin iqametgahi Bakiya kecirildikden sonra Abseronda ve Sirvanin diger yerlerinde istehkamlar tikildiyi gosterilir Monqollarin Azerbaycana yurusu Gersesibn hakimiyyeti dovrunde XIII esrin 20 ci illerinedek seher heyati senetkarliq ticaret ve tikinti inkisaf edir Lakin 1220 ci ilden baslayaraq Sirvan ve butun Yaxin Serqin ustunu yadelli isgalcilarin monqollarin soxulmaq tehlukesi aldi Monqol yuruslerinin muasiri olan Ibn el Esir bu basqinin dehsetlerinden sarsilaraq yazirdi gece gunduz buna benzer boyuk hadise ve boyuk bedbextlik gormemisdi Bu bedbextlik butun insanlara xususile muselmanlara uz verdi Kim Allah ademi yaradandan bu gune qeder dunyanin bele musibete ducar olmadigini dese haqli olar cunki salnamelerde buna oxsar yaxud yaxin hec bir sey yoxdur Monqollar Azerbaycan ve Sirvan erazisinde ilk defe h 617 1220 l ci ilde I Gersesb ibn I Ferruxzadin hakimiyyeti dovrunde zahir oldular Cebe Noyonun ve Sabutay Bahadurun basciligi ile otuz minlik monqol ordusu 1221 ci ilde gurcu qosunlarini meglub edib qisi Muganda qisladi sonra ise Erdebile qayitdi seheri dagidaraq zebt etdi I Bundan sonra monqollar ucuncu defe Tebrize yaxinlasdilar Seherin ehalisi pul ve parca vermekle xilas oldular Monqollar Serab seherini dagitdiqdan sonra h 618 1221 ci ilin ramazan ayinda Beyleqana geldiler onu muhasireye alaraq tutdular demek olar ki butun ehalini qilincdan kecirdiler ve emlaklarini qaret etdiler Daha sonra onlar Arranin paytaxti Genceni muhasireye alaraq ehaliden pul ve bahali parcalar teleb etdiler Coxlu fidye alan monqollar Genceden el cekib Gurcustana soxuldular Bu vaxt oranin hokmdari Tamarin oglu idi Monqollar gurcu qosunlarini darmadagin edib olkeni taladiqdan sonra tezlikle Gurcustani terk ederek Sirvana qayitdilar Samaxini muhasireye alib ele kecirdiler onu dagidaraq ehalisini qirdilar Ibn el Esir 1160 1234 monqollarin seheri almasinin ve onun sakinlerinin qehremanliqla mudafie olunmasinin teferruatini xeber verir tatarlar nerdivanlarla seherin divarlarina cixdilar basqalarinin sozlerine gore ise onlar coxlu deve inek davar ve s yigdilar habele hem ozlerinden hem de dusmen terefden oldurulenleri bir birinin ustune qalayaraq tepeye benzer bir sey duzeltdiler onun ustune cixaraq seher uzerinde hakim movqe qazandilar ve seher ehalisi ile doyuse girdiler Seher sakinleri uc gun erzinde en agir vurusmaya tab getirdiler ve nehayet bir defe az qala meglub olduqda oz ozlerine dediler Onsuz da qilincdan xilas ola bilmeyeceyik ele ise yaxsisi budur mohkem dayanib hec olmasa serefle olek Onlar hemin geceni mohkem durdular Meyitler qoxumaga ve dagilmaga basladigindan tatarlar sehere yeniden hemle etdiler Samaxi alinaraq qaret edildi ve ehalisinin coxu qirildi E E Elizade yazir Sirvansah Samaxinin mudafiesinde ve monqollarla vurusmada istirak etmirdi Yeqin ki Samaxi muhasireye alinarken o seherde deyildi Dusunmek olardi ki monqollar yaxinlasarken Sirvansah paytaxti taleyin umidine buraxaraq elcatmaz qalalara cekilmisdi S Asurbeyli qeyd edir ki E E Elizadenin bu fikri heqiqete uygun deyil Sirvansah Samaxini terk ede bilmezdi Bele ki teqriben 1192 ci ilde Samaxi zelzeleden dagildiqdan sonra Axsitan oz iqametgahini Bakiya kocurmusdu ve monqollar seheri muhasireye alarken Sirvansah Gersesb orada idi Ereb muelliflerinin melumatina gore ehali inadli muqavimet gosterdiyinden monqollar Bakini uzun muddet ala bilmemisdiler Yalniz butun olke isgal edildikden sonra seher teslim olmaq mecburiyyetinde qaldi Ibn el Esir yazir Monqollar Azerbaycan ve Arrani dagitdiqdan sonra Derbende Sirvana yollandilar ve onlarin hokmdarinin yasadigi qala istisna olmaqla onun seherini ele kecirdiler Daha sonraki dovrun muellifi Bakuvi 1403 cu ilde yazmisdir Bakidaki iki mohkemlendirilmis qaladan behs edir Onlardan boyuyu denizin yaxinligindadir Denizin dalgalari onun divarlarini doyecleyir Bu tatarlarin monqollarin ala bilmedikleri qala idi Monqollar Samaxini tutub qaret etdikden sonra Derbend kecidinden kecib Monqolustana qayitmaq ucun Derbende yoneldiler Lakin Derbend son derece mohkemlendirildiyinden onlar buna muveffeq ola bilmediler Onda monqol serkerdeleri hiyleye el atdilar Onlar Sirvansah Gersesbe muraciet ederek sulh sazisi baglamaq ucun elci gondermeyi teklif etdiler Sirvansah monqollara inanib Cebe ve Sabutayin ordugahina on nefer eyan gonderdi Monqollar onlarin birini oldurub qalanlarini olumle hedeleyerek Derbendin yanindan kecen dag yolunu gostermeyi teleb etdiler Onlar yolu gosterdiler Tesvir edilen hadiselerin muasiri ve sahidi olan Kirakos Genceliye gore monqollar Derbend qapisindan kecib oz olkelerine qayitmaq isteyirdiler Lakin Derbenddeki muselman qosunlari onlan buraxmadi Onda monqolar ucurumlari agac ve daslarla oz emlaklari atlar ve herbi sursatla dolduraraq Qafqaz daglarinin kecilmez yerlerinden asib oz olkelerine donduler 1222 ci ilde monqollar alan lekz ve diger xalqlarin olkelerine yoneldiler onlari darmadagin etdiler sonra qipcaq colune kecerek onu tutdular ve qipcaqlari oradan qovdular Qipcaqlar daglara sepelendi bezileri ruslarin olkesine getdi ekseriyyeti ise Derbende yollandi Facieli hadiselerle dolu olan bu agir zamanda monqol qosunlari Sirvandan Arrandan Gurcustandan ve Zaqafqaziyanin diger olkelerinden cixib getdikden sonra 1222 ci ilde hemin olkelerin vaxtile ciceklenen seherlerinin diger yasayis yerlerinin dagidilaraq talan edildiyi ehalisinin qirildigi bir vaxtda yerli feodallar ve hakimler qorxunc dusmene monqollara habele onlara yeniden hucum ede bilecek basqa yadelli isgalcilara qarsi ittifaq yaratmaq ucun tedbirler gorurduler Gurcu sahzadesi ile evlilik Gurcu salnamesi gurcu hokmdari Lasanin bacisi Rusudan ile Sirvansahin kebinkesme ve toy merasiminde istirak etmek ucun 1222 ci ilde Sirvansahin iqametgahi ve Sirvanin ikinci paytaxti olan Baqavana Bakiya geldiyini xeber verir Lakin Georgi burada xestelenib 1222 ci il yanvarin 18 de olduyunden toy bas tutmadi Rusudana Gurcustana qayitdi ve hemin il hokmdar elan olundu Bu vaxt Rusudananin yasi 32 ye yaxin idi bir nece defe ere getmisdi ve iki usagi vardi Menbede Sirvansahin adi cekilmir Ola biler ki Rusudana ya I Gersesibn oglu III Feriburze ya da Sirvansah Gersesbin ozune ere getmeli idi Rusudan Celaleddine qarsi mubarize ucun Selcuq sultaninin qardasi ile evlenmeli olur Qipcaqlarin yurusu Monqollar Sirvandan gedenden sonra darmadagin edilmis qipcaqlar bir yere toplasaraq Derbende yollandilar Bu vaxt oranin hakimi Ibn el Esirin Sirvansah adlandirdigi Resid idi Yaqut Hemevinin verdiyi melumata gore Sirvanin paytaxti Samaxinin hakimi Derbend emirinin qardasi Sirvansah idi XI esr menbeleri yerli Hasimiler sulalesinden olan emirler terefinden idare olunan bu musteqil seher dovlete sahiblik iddialarindan el cekmeyen Derbendi zebt etdiklerini xeber verirler Menbeler ve numizmatik deliller XI esrin ucuncu rubunde Derbendin Sirvansahlar dovletinin terkibine daxil edildiyini tesdiqleyirler XII esrin evvellerinde Derbendi oz musteqilliklerini yuz ile yaxin qoruyub saxlamis yerli ereb neslinden olan Sulemi emirleri idare edirdiler Sirvansahlarin Derbendi ele kecirmek ucun gosterdikleri bir nece cehd ugursuzluqla qurtarmisdi Derbend emirliyine yalniz 1239 cu ilde Derbend ve butun olke monqollar terefinden istila edildikden sonra son qoyuldu Ibn el Esirin adini cekdiyi Sirvansah Resid gorunur Sirvansahlar sulalesine mensub Derbend meliki olmusdur Yuxarida gosterildiyi kimi Axsitan Derbend emiri Muzeffer ibn Mehemmedin qizina ve Beybars ibn Muzefferin bacisina evlenmisdi Ehtimal ki Resid ve Derbend emiri ile qohumluqdan dolayi I Gersesibn qardasi olmusdur Qipcaqlar Derbende yaxinlasarken onun hakimi Sirvansah Gersesibn qardasi Resid idi Qipcaqlar ona asagidaki sozlerle muraciet etdiler Tatarlar olkemizi tutub emlakimizi qaret etmisler Biz senin olkende yasamaga gelmisik Biz senin qulunuq senin ucun vilayetler feth edeceyik ve sen bizim sultanimizsan Lakin Resid raziliq vermedi ve onlarin xahisini redd etdi Qipcaqlar hemin xahisle yeniden onun yanina elci gonderdiler Onlarin muselman olan bascilarindan biri terefinden Derbendi hiyle yolu ile tutmaq niyyetinde olan qipcaqlarin mekrinden xeberdar edilen Resid hemin basciya qosun ve silah vermeye razi oldu Bu basci qipcaqlarin uzerine yeridi bir nece defe hucum ederek onlarin bir hissesini qirdi ve qaret etdi Lakin qipcaqlar hiyle ile Residi aldadib Derbende girdiler onu hebs edib butun olkeni ele kecirmek istediler Lakin Resid qalanin gizli qapisindan Sirvana qacdi Qipcaqlar qaladaki butun silahlari ve Residin emlakini goturub terk etdiler sonra ise vaxtile gurculerin elinde olan Qebeleye teref yoneldiler ve onu muhasireye aldilar Bundan xeber tutan Resid Derbende qayitdi qalani ele kecirerek orada qalmis butun qipcaqlari qirdi Butun Qebele vilayetini qaret eden qipcaqlar Genceye dogru hereket ederek orda yerlesdiler Gurculerle doyusde meglubiyyete ugrayan ve onlara qarsi usyan qaldiran yerli Gence ehalisinden qorxuya dusen qipcaqlar Sirvan istiqametinde hereket ederek sonra lekzler olkesine kecdiler Sirvan ehalisi gurcu lezgi ve diger xalqlarla birleserek qipcaqlari darmadagin etdi bir hissesini qirdi bir hissesini ise esir aldi Ibn el Esirin sozlerine gore qipcaq esiri memluk Derbend Sirvanda en ucuz qiymete satilirdi Monqollar Beyleqani dagidaraq qaret etdikden ve qipcaqlar olkesine getdikden sonra seherin canini qurtara bilmis sakinleri geri qayitdilar ve seherin divarlarini yeniden berpa etdiler Gurculerin yurusu H 619 cu ilin sefer ayinda fevral 1222 Beyleqan gurculerin hucumlarina meruz qaldi Seheri tutarken adeten ehaliden mueyyen meblegde pul alib geden gurculer bu defe ehalinin ustune duserek tatarlarin ozlerine etdikleri qetl qareti onlarin basina getirdiler Bu dovrde ciceklenen seher ve kendleri viran qoyan ehalisini qirib catan monqollarin hucumlari ile elaqedar Sirvanin Qafqazin ve butunlukde Yaxin Serq olkelerinin agir siyasi veziyyeti gurculerin ve diger yadelli isgalcilarin Sirvana tecavuzkar basqinlari elece de Xarezmsahin hucum tehlukesi Sirvansahlar dovletinin zeiflemesine sebeb oldu Gurculerin Sirvana arasikesilmez tecavuzkar basqinlarinin qarsisini almaq ucun Sirvansah Gersesb oglu Celal ed Din Sultansahi girov kimi gurculere verdi Gurculer ise onu Tamarin qizi hokmdar Rusudana ile evlendirmek meqsedile xac suyuna saldilar Celaleddin Mengburninin yurusu 1225 ci ilde Sirvani ve butun Zaqafqaziyani Xarezmsah Celal ed Din Mengburninin hucum tehlukesi tehdid etdiyi bir zamanda Sirvansahlar dovletinin daxilinde Sirvansah Gersesibn hakimiyyetinden boyuk naraziliqlarla bagli hadiseler bas verirdi Sirvansahin oglu Feriburzun basciligi ile qalxan usyan neticesinde Gersesb taxtdan salindi ve onun yerine oglu kecdi Ibn el Esir yazir H 622 1225 ci ilde Sirvansaha qarsi onun oglu usyan qaldirdi onu sahliqdan mehrum etdi ve olkeden qovdu ozu sahliq etmeye basladi Usyana sebeb bu idi ki Sirvansah iyrenc heyat terzi kecirirdi cox qebahetli ve edaletsiz adam idi O tez tez tebeelerinin var dovletine ve mulklerine el uzadir hemcinin deyirler ki hetta qadinlarin ve oglan usaqlarinin namusuna tecavuz edirdi Onun xalqa zulmu coxalmisdi ve ona gore de qosunun bir hissesi onun oglu ile elbir olaraq atasini olkeden qovdu Belelikle Sirvansah I Gersesibn hokmranligi h 622 1225 ci ilde sona catdi AilesiAtasi I Ferruxzad Sirvansah Qardasi Resid ibn Ferruxzad Derbend hakimi 1221 1239 Oglu III Feriburz Atasi Gustaspi taxtdan salaraq hakimiyyete gelmisdir Oglu Celaleddin Sultansah Gustesbi hakimi 1226 SELEF I Ferruxzad I Gustasp Kesraniler XELEF III FeriburzHemcinin bax Sirvansahlar dovleti portaliKesraniler Azerbaycan tarixiIstinadlar Paxomov Cabipabadckij klad 1926 g Izv Azkomctapic vyp III Baky 1927 c 55 58 Shapaf xan Bidlici t II M 1976 c 82 Amin Axmed ap Pazi Xaft iklim HAII AH Azepb CCP D 2175 c 390 Hadi Hesen Feleki Sirvani s 17 an Hacavi c 222 Hemdullah Qezvini Nuzhet el qulub h I s 92 h II s 94 S Asurbeyli Sirvansahlar dovleti Baki 2006 K A Bocvopt Mycalmanckie dinactii Pepev P A Gpyaznevicha M 1971 c 141 Hemdullah Qezvini Nuzhet el qulub s 92 ing terc s 94 Aleckepzade Hadpici c 380 Ibn el Esir s 135 bn el Esir s 134 142 Pashid ad Din Ictopiya Chingiz xana Pepev I H Bepezina Tpydy Boct Otd Imp Pycck Apxeol ob va ch 15 CPb 1888 c 136 C d Ohsson Historie des Monqols t I La Haye et Amsterdam 1834 c 326 327 A A Ali zade Socialno ekonomicheskaya i politicheskaya istoriya Azerbajdzhana XIII XIV vv 2023 05 06 at the Wayback Machine Baky 1956 c 89 101 357 360 Ibn el Esir c 140 141 Pashid ad Din Ictopiya Chingiz xana C 138 D OCCOH Ictopiya mongolov c 333 334 B B Baptold Mecto ppikacpijckix oblactej c 706 Alizade s 93 99 B Spuler Die Monqolen in Iran Berlin 1955 Ibn el Esir s 141 Alizade s 359 Ictopiya i vocxvalenie vence noccev c 57 Ashypbejli O datipovke i naznachenii Gyz Galacy c 42 Ibn el Esir Tarix el kamil s 135 136 Al Bakyvi Abd ap Pashid Kitab talxic al acap va adzhaib al malik al kaxxap Izd tekcta pepev Z M Byniyatova M 1971 apab tekct l 55a pycck pepev c 89 Ibn el Esir s 141 142 Pashid ad Din s 138 139 d Occon s 336 Baptold s 706 Kipakoc Gandzakeci Ictopiya Apmenii Pepev L A Xanlapyan M 1976 c 138 Ibn el Esir s 145 Kaptlic cxovpeba t I c 371 t II c 166 E A Paxomov Monety Gpyzii Tbilici 1970 c 101 102 Ibn el Esir s 145 Yaqut Hemevi Mucemel Buldan Beyrut V s 291 Baptold Shipvanshax II I c 877 Baptold Depbend III c 426 E A Paxomov O depbendckom knyazhectve XII XIII v Izv Az GHII vyp II Baky 1930 c 1 11 Ibn el Esir s l45 149 En Nesevi s 222 Ibn el Esir s l51 152