Sultan Əbdülməcid (Osmanlı türkcəsi: عبد المجيد اول — Abdülmecîd-i evvel; 25 aprel 1823, Konstantinopol – 25 iyun 1861[…], Konstantinopol) — 31-ci Osmanlı sultanı və 110-cu İslam xəlifəsi. Səltənəti dövründə Tənzimat fərmanı elan edilmiş, bu səbəblə Osmanlı tarixində Tənzimat padşahı olaraq anılır. Son 4 Osmanlı sultanının (Sultan Murad, Sultan Əbdülhəmid, Sultan Rəşad və Sultan Vahidəddin) atasıdır.
I Əbdülməcid | |
---|---|
2 iyul 1839 – 26 iyun 1861 | |
Əvvəlki | II Mahmud |
Sonrakı | Əbdüləziz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1823 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 1861[…](38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | II Mahmud |
Anası | Bəzmi-aləm Sultan |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri və taxta çıxışı
25 aprel 1823-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası II Mahmud, anası isə Bəzmialəm Sultandır. Təhsil və tərbiyəsinə önəm verilmiş, əsl Avropa şahzadələri kimi böyüdülmüşdür. Mükəmməl səviyyədə fransızca öyrəndi. 1836-cı ildə qardaşı Şahzadə Əbdüləzizlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır.
1 iyul 1839-cu ildə atası Sultan Mahmudun vəfatının ardından 17 yaşında taxta çıxdı. Dövlət idarəsindəki təcrübəsizliyi səbəbilə davam edən siyasi problemlərin həllində çətinlik çəkdi. Bu səbəblə daim ətrafındakı nüfuzlu və təcrübəli dövlət adamlarının məsləhətlərini dinlədi. Əcnəbi səfirliklərə isə Sultan Mahmud səltənətində başlayan yenilik və islahatların davam ediləcəyi barədə fərmanlar göndərildi. Bu əsnada Misir probleminin ikinci mərhələsi Nizip məğlubiyyəti (24 iyun 1839) ilə olduqca çətin hal almış, dövlət adamları arasındakı rəqabət nəticəsində rüşvət və siyasi özbaşınalıq artmışdı. Hətta tarixi mənbələrə görə, Sultan Mahmudun cənazə mərasimi əsnasında Qoca Hüsrəv Paşa sədrəzəm Mehmed Rauf Paşaya, gənc sultanın onu vəzifədən aldığını deyərək zorla sədarət möhrünü almış, beləliklə sədarətə yüksəlmişdir (2 iyul 1839).
Misir problemi
Hələ Nizip məğlubiyyətindən xəbərsiz olan Sultan Əbdülməcid Misir hakimi Mehmed Əli Paşanı bağışlayaraq məsələni həll etmək niyyətində idi. Bu məqsədlə ordu və donanmaya fərman göndərrəək dərhal döyüşün dayandırılmasını buyurdu. Saray məmurlarından Kösə Akif Əfəndi dərhal Çanaqqala boğazı sahillərində olan Osmanlı donanmasına xəbəri bildirərək oradan Misirə yollandı və Mehmed Əli Paşaya sultanın onu bağışladığını bildirdi. Kaptan-ı dərya Əhməd Fövzi Paşa isə rəqibi olan Hüsrəv Paşanın sədarətə gəlişindən qorxaraq donanmayla birlikdə Misirə qayıtdı və Mehmed Əli Paşaya təslim etdi (3 iyul 1839). Çox keçmədən Nizip məğlubiyyəti barədə xəbərlər İstanbula gəlib çatdı. Osmanlıların həm ordusuz, həm də donanmasız qalmasından istifadə edən Mehmed Əli Paşa sultanla razılığa gəlməkdən imtina etdi. Digər tərəfdən İngiltərə, Fransa, Rusiya, Avstriya və Prusiya nota göndərərək Misir probleminin həllində söz sahibi olduqlarını bildirdilər (27 iyul 1839). Bu notanın qəbul edilməsiylə Osmanlı tarixində yeni bir mərhələ başladı və Osmanlı dövləti bir baxıma Avropa dövlətlərinin nəzarəti altına düşdü.
Tənzimat dövrü
Bu əsnada London və Parisdə Osmanlı dövlətindəki islahat işləriylə bağlı danışıqlar aparan dövrün xarici işlər naziri Mustafa Rəşid Paşa dərhal İstanbula gəldi. Misir problemində Avropanın dəstəyini almaq məqsədilə onları məmnun edəcək bir reform proqramının qəbul edilməsi barədə gənc sultanı razı saldı. Mustafa Rəşid Paşa bütün əcnəbi dövlət səfirləri və nüfuzlu dövlət adamlarının önündə çıxış edərək, şəxsən hazırladığı və Tənzimat fərmanı adı verilən reform proqramının başladığını bildirdi (3 noyabr 1839).
Bu fərmanın elanıyla birlikdə, qlobal hal almış Misir probleminin həlli asanlaşdı. İngiltərənin təklifi ilə 5 böyük dövlət Londonda təşkil edilən konfransda bir araya gəldi. Konfrans əsnasında Misir hakimini dəstəkləyən Fransa kənarda tutularaq, İngiltərə, Rusiya, Avstriya və Prusiya arasında London müqaviləsi imzalandı (15 iyul 1840). Misir hakimliyi vərasət yoluyla Mehmed Əli Paşaya verilərək, işğal edilən torpaqlar və Osmanlı donanması geri alındı. 13 iyul 1841-ci ildə yenə eyni dövlətlər Londonda bir araya gələrək Osmanlı dövlətinin boğazlar üzərindəki hakimiyyətini müəyyənləşdirən Boğazlar sözləşməsini imzaladı. Dövlətin islahat işləriylə məşğul olduğu bu əsnada, İngiltərə və Fransanın Yaxın şərqdə davam edən nüfuz mübarizəsi nəticəsində Suriya və Livan bölgəsində iğtişaşlar başladı (1845). Yeni xarici işlər naziri Şakib Əfəndi hadisələrin yatırılması məqsədilə Beyruta göndərildi. Avropada başlayan 1848 inqilabları əsnasında Avstriyaya qarşı mübarizə aparan macar milliyyətçiləri Osmanlıya sığındı. Avstriya və Rusiyanın müharibə notaları göndərmələrinə baxmayaraq, Sultan Əbdülməcidin mühacirləri təslim etməməsi Avropada Osmanlıların lehinə güclü əks-səda doğurdu. Bu inqilablar Valaxiya-Boğdan bölgəsinə də yayıldı və məsələ ruslarla bağlanan Baltalimanı müqaviləsiylə (1 may 1849) müvəqqəti olaraq həll edildi. Ancaq çox keçmədən meydana çıxan "qeyri-müsəlman əhali problemi" ruslarla olan münasibətləri yenidən pisləşdirdi. Belə ki, Qüds bölgəsində yaşayan katolikləri himayə etmək məqsədilə müraciət edən Fransaya qarşı, Rusiya da pravoslavların haqlarının qorunması üçün haqq iddia etdi. Belə ki, Bab-ı Əliyə göndərilən notayla ruslar bölgədə yaşayan pravoslavlara muxtariyyət hüququnun verilməsi ilə yanaşı, xristianların himayə edilmə hüququnun da özlərinə verilməsini tələb etdilər. Bu təklifinin rədd edilməsinin ardından Valaxiya-Boğdan bölgəsini işğal edən ruslara qarşı müharibə elan edildi (4 oktyabr 1853). Tarixə Krım müharibəsi olaraq düşən və 30 mart 1856 tarixli Paris sülhüylə başa çatan müharibədə Fransa və Pyemont Osmanlıların tərəfini tutdu. Avstriya və Prusiya isə bitərəf olaraq qaldı.
Müharibədə ordularıyla birlikdə iştirak edən müttəfiqlər, Sultan Əbdülməciddən Tənzimat fərmanını tamamlayan bir islahat fərmanı almağa müvəffəq oldular. Fransız və ingilis elçiləriylə sədrəzəm və şeyxülislamla birlikdə hazırladığı İslahat fərmanı Paris konqresindən dərhal öncə Sultan Əbdülməcid tərəfindən elan edildi (18 fevral 1856). Osmanlı tabeliyindəki qeyri-müsəlmanlara rusların vəd etdiklərindən daha çox hüquq verən İslahat fərmanı Paris konqresində də təsdiq edildi. Beləliklə, qərb dövlətlərinə ölkəyə müdaxilə hüququ da verilmiş oldu.
Sultan Əbdülməcid səltənəti islahat tarixi baxımından olduqca önəm daşıyır. Belə ki, gənc sultan qəbul etdiyi qərarlara sadiq qalaraq fərqli milli ünsürlərə bərabər hüquqluluq prinsipiylə bəzi hüquq və azadlıqlar verdi. Ancaq bununla da ölkədə yaşayan milli azlıqlarda, xüsusilə də qeyri-müsəlman əhalidə olan muxtariyyət və milliyyətçilik duyğuları oyandı. Bununla da Tənzimat fərmanının əsasını təşkil edən vahidlik və birlik qurula bilmədi.
Sultan Əbdülməcid bütün islahat işlərini, özündən əvvəlki Osmanlı padşahları kimi şəriət qanunları çərçivəsində həyata keçirirdi. Bu məqsədlə islahatçı və yenilikçi düşüncəli dövlət adamlarını dəstəkləməkdə idi. Digər yandan sultanların sarayda qapalı qalma ənənəsinə zidd olaraq tez-tez əhali arasına çıxır, onların dərdləri ilə maraqlanırdı. Ordu iqamətgahlarını və donanma tərsanələrini ziyarət edir, ölkə daxilində səyahətlərə çıxırdı. 25 iyun 1844-cü ildə İzmit, Mudanya, Bursa, Gəlibolu, Çanaqqala və adaları ziyarət etdi. 29 aprel 1846-cı ildə isə Rumeliyə səyahətə çıxdı. Həmin ilin iyulunda isə Misir hakimi Mehmed Əli Paşanın bir ay davam edən İstanbul səyahətinə ev sahibliyi etdi. 1847-ci ildə böyük oğulları Şahzadə Murad və Şahzadə Əbdülhəmid üçün möhtəşəm sünnət mərasimi keçirmişdir. 1858-ci ildə qızları Münirə Sultan və Cəmilə Sultanı evləndirmişdir. Yenə o günə qədərki Osmanlı sultanları nişan və hədiyyələr təqdim edir, lakin almazlardı. Bu ənənəyə zidd olaraq Osmanlı tarixində ilk dəfə Fransa imperatoru III Napolyonun "Légion d’Honneur" nişanını qəbul etdi. Bu münasibətlə 4 fevral 1856-cı ildə fransız elçisinin tərtiblədiyi şənliyi qatılmışdır.
Sultan Əbdülməcid atasının təsis etdiyi baş vəkillik rütbəsini ləğv edərək sədrəzəmliyi yenidən bərpa etdi. Belə ki, 20 illik səltənəti boyunca 22 sədrəzəm dəyişdirdi. Olduqca incə və mülayim xarakterli olan sultan özünə zidd olan nüfzulu sədrəzəmləri vəzifədən alırdı. Bununla yanaşı, ətrafındakı insanların, qadınlarının, qızlarının və kürəkənlərinin təlkinləriylə hərəkət edirdi. Sultanı sədrəzəm dəyişməyə vadar edən digər meyar isə xarici müdaxilələr idi. Belə ki, Tənzimatdan sonra xarici müdaxilələr artmışdı. İngiltərə və Fransa elçiləri sultan üzərindəki nüfuzlarını artırmaq uğrunda mübarizəyə başlamışdı. Digər yandan Osmanlı dövlət adamları da ingilis və fransız olaraq 2 qrupa ayrılmışdı. Əcnəbi elçilərin dövlət məsələlərinə, xüsusilə də sədrəzəm təyinlərinə olan müdaxilələri o qədər artmışdı ki, nəticədə İngiltərə və Fransaya rəsmi şikayət ərizələri göndərildi. Ancaq bütün bunlar heç bir nəticə vermədi.
Sultan Əbdülməcid səltənətində şeyxülislamlar vəkil məclislərinə qatılsalar da, siyasi nüfuzları olduqca azalmışdı. Bu səbəblə tez-tez sədrəzəm dəyişikliyi olsa da, bu dövrdə yalnız 4 dəfə şeyxülislam dəyişmişdi. Dövlət bürokratiyasında ən yüksək maaşı şeyxülislamlar alırdı (100 min quruş). Sədrəzəmlərin "sərdar-ı əkrəm" ünvanıyla səfərə qatılma ənənəsi aradan qaldırıldı. Sərdarlıq rütbəsi isə sədrəzəm və şeyxülislamla eyni səviyyəyə gətirildi.
Maliyyə sahəsində də önəmli islahatlar aparıldı. İltizam sistemi ləğv edilərək vergilərin toplanması mərkəzi idarəyə həvalə edildi. Ancaq heç bir hazırlıq görülmədən başladılan bu islahatlar uğurlu olmadı. 1848-ci ildən etibarən Osmanlı maliyyəsi davamlı iqtisadi böhranlarla çalxalandı. Krım müharibəsinin səbəb olduğu ağır maliyyə böhranını aradan qaldırmaq məqsədilə ilk dəfə xarici borc alındı (24 avqust 1854). Ardından 1855, 1858 və 1860-cı illərdə yenə xarici borclanmaya gedildi. Buna baxmayaraq alınan borclarla müxtəlif saray və köşklər inşa edilirdi. Dolmabağça sarayı (1853), Beykoz qəsri (1855), Küçüksu qəsri (1857), Kiçik Məcidiyə məscidi (1848), Təşvikiyə məscidi (1854) o dövrə aid məşhur tikililərdir.
Bütün bu yeniliklərə baxmayaraq Sultan Əbdülməcidə qarşı da bir saray çevrilişi tərtib edildi. 14 sentyabr 1859-cu ildə baş tutan və Kuleli hadisəsi olaraq bilinən bu çevrilişin baş tutmadan qarşısı alındı. 1840-cı illərdə İrlandiyada başlayan və minlərlər insanın ölümünə səbəb olan qıtlıq dövründə syasız gəmilərlə bölgəyə ərzaq göndərmiş, bu səbəblə irlandiyalılar arasında bu günədək sevilmişdir.
Sultan Əbdülməcid də atası kimi tüberküloz xəstəsi idi və 25 iyun 1861-ci ildə İhlamur köşkündə 38 yaşında vəfat etdi. Cənazəsi Yavuz Sultan Səlim türbəsi yaxınlığında dəfn edildi. Məzarı üzərində öz adını daşıyan Sultan Əbdülməcid türbəsi inşa edildmişdir.
Ailəsi
Hərəmxanası
- Sərvətsəza Qadınəfəndi
- Hoşyar xanım (d. 1825 — ö. 1849) — Əslən gürcü olub, Zöhrab bəyin qızıdır. 1839-cu ildə Topqapı sarayında evlənmişdir. Hələ 24 yaşında ikən vərəmdən vəfat etdi. Mevhibə Sultanın anasıdır.
- Şövqəfza Sultan
- Tirimüjgan Sultan
- Verdicanan Qadınəfəndi
- Gülcamal Qadınəfəndi
- Zərrin-mələk xanım
- Düzdidil xanım
- Nəsrin xanım
- Şayan Qadınəfəndi
- Ceylanyar xanım
- Gülüstü Qadınəfəndi
- Rəhimə Pərəstu Sultan
- Nükət-səza Qadınəfəndi
- Mehtab Qadınəfəndi
- Nərgiz xanım (d. 1830, Anapa — ö. 26 oktyabr 1858) — Albora bəy Natuhay və Dadusə xanımın qızı olub, 1847-ci ildə Sultan Əbdülməcidlə evləndi. Mehmed Fuad Əfəndinin anasıdır. Vərəmdən vəfat etmiş, Yeni məsciddə dəfn olunmuşdur.
- Bəzmi Qadınəfəndi
- Nalandil xanım (d. 1829, Anapa — ö. 23 oktyabr 1863) — Əslən ubix olan Natiq bəyin qızı olub, 1850-ci ildə Sultan Əbdülməcidlə evləndi. Səniha Sultan və Mehmed Əbdüssəməd Əfəndinin anasıdır.
- Sərfinaz xanım (d. 1837, Abxaziya — ö. 9 iyun 1905) — Əslən abxaz olub, Osman bəyin və Zəliha xanımın qızıdır. 1851-ci ildə Sultan Əbdülməcidlə evləndi. Osman Səfiyəddin, Bədiha Sultan və Səlim Süleyman Əfəndinin anasıdır. Saray intriqaları səbəbilə saraydan qovulmuş və ömrünün sonuna qədər ona təsis edilən Ortaköy sarayında yaşamışdır.
- Şayəstə Qadınəfəndi
- Navəkmisal xanım
- Nevəsər xanım (d. 1841 — ö. 12 sentyabr 1889) — Əslən abxaz olan Misost bəy Eşba və Tulu xanımın qızı olub, əsl adı Əsmadır. 1858-ci ildə Sultan Əbdülməcidlə evləndi. Övladı olmamış, ancaq yetim qalan Mehmed Burhanəddin Əfəndiyə analıq etmişdir.
- Hüsnücanan xanım (d. 1818 — ö. 1843) — Əslən çərkəz olub, 1835-ci ildə hələ şahzadə olan Əbdülməcidlə evlənmişdir. Övladı olmamışdır.
- Şəhimə xanım (ö. 1857) — Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib.
- Şərəfnaz xanım — Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib.
- Safdərun xanım (d. 1845 — ö. 1893) — Əslən çərkəz olub, 1859-cu ildə Sultan Əbdülməcidlə evləndi. Övladı olmamışdır.
- Ulduz xanım (d. 1832 — ö. 1880) — Əslən çərkəz olub, 1846-cı ildə Sultan Əbdülməcidlə evləndi. Övladı olmamışdır.
Oğlan uşaqları
- V Murad
- II Əbdülhəmid
- Mehmed Ziyayəddin Əfəndi (d. 10 dekabr 1842 — ö. 7 iyun 1845) — Nəsrin xanımdan dünyaya gəlib.
- V Mehmed Rəşad
- Əhməd Əfəndi (d. 5 iyun 1846 — ö. 6 iyun 1846) — Nükət-səza xanımdan dünyaya gəlib.
- Mehmed Abid Əfəndi (d. 22 aprel 1848 — ö. 7 may 1848) — Tirimüjgan xanımdan dünyaya gəlib.
- Mehmed Fuad Əfəndi (d. 7 iyul 1848 — ö. 28 sentyabr 1848) — Nərgiz xanımdan dünyaya gəlib.
- Əhməd Kəmaləddin Əfəndi
- Mehmed Burhanəddin Əfəndi
- Mehmed Vamik Əfəndi (d. 19 aprel 1850 — ö. 6 avqust 1850)
- Mehmed Nizaməddin Əfəndi (d. 24 iyun 1850 — ö. 28 may 1853) — Nəsrin xanımdan dünyaya gəlib.
- Mehmed Bahəddin Əfəndi (d. 24 iyun 1850 — ö. 9 noyabr 1852) — Nəsrin xanımdan dünyaya gəlib.
- Mehmed Rüşdü Əfəndi (d. 31 mart 1852 — ö. 5 avqust 1852) — Ceylanyar xanımdan dünyaya gəlib.
- Əhməd Nurəddin Əfəndi
- Osman Səfiyəddin Əfəndi (d. 9 iyun 1852 — ö. 2 iyul 1855) — Sərfinaz xanımdan dünyaya gəlib. Məzarı atası Sultan Əbdülməcidin türbəsindədir.
- Abdullah Əfəndi (d. 3 fevral 1853 — ö. 1862) — Şayəstə xanımdan dünyaya gəlib.
- Mehmed Əbdüssəməd Əfəndi (d. 20 mart 1853 — ö. 5 may 1855) — Nalandil xanımdan dünyaya gəlib. Məzarı atası Sultan Əbdülməcidin türbəsindədir.
- Səlim Süleyman Əfəndi
- VI Mehmed Vahidəddin
Qız uşaqları
- Mevhibə Sultan (d. 31 may 1840 — ö. 9 fevral 1841) — Hoşyar xanımdan dünyaya gəlib.
- Naimə Sultan (d. 11 oktyabr 1840 — ö. 1 may 1843) — Tirimüjgan xanımdan dünyaya gəlib.
- Fatma Sultan
- Behiyə Sultan (d. 22 fevral 1841 — ö. 3 iyun 1847) — Zərrin-mələk xanımdan dünyaya gəlib.
- Nəyirə Sultan (d. 14 oktyabr 1841 — ö. 19 dekabr 1843) — Düzdidil xanımdan dünyaya gəlib.
- Rəfiyə Sultan
- Aliyə Sultan (d. 20 oktyabr 1842 — ö. 10 iyul 1845) — Şevkəfza xanımdan dünyaya gəlib.
- Xədicə Sultan (d. 1842) — Gülcamal xanımdan dünyaya gəlib. Ölü doğulub.
- Cəmilə Sultan
- Münirə Sultan
- Səmiyə Sultan (d. 23 fevral 1845 — ö. 18 aprel 1845) — Düzdidil xanımdan dünyaya gəlib.
- Fatma Nazimə Sultan (d. 26 noyabr 1847 — ö. 1 dekabr 1847) — Nükət-səza xanımdan dünyaya gəlib.
- Sabiha Sultan (d. 15 aprel 1848 — ö. 27 aprel 1849) — Mehtab xanımdan dünyaya gəlib.
- Behicə Sultan
- Mukbilə Sultan (d. 22 fevral 1850 — ö. 6 avqust 1850) — Bəzmi xanımdan dünyaya gəlib.
- Ruqiyə Sultan (d. 1850) — Gülcamal xanımdan dünyaya gəlib. Ölü doğulub.
- Səniha Sultan
- Zəkiyə Sultan (d. 24 fevral 1855 — ö. 18 fevral 1856) — Gülüstü xanımdan dünyaya gəlib. Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib.
- Fəhimə Sultan (d. 24 fevral 1855 — ö. 10 dekabr 1856) — Gülüstü xanımdan dünyaya gəlib. Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib.
- Nailə Sultan
- Mədiha Sultan
- Bədiha Sultan (d. 1 oktyabr 1857 — ö. 12 iyul 1858) — Sərfinaz xanımdan dünyaya gəlib.
İstinadlar
- Deutsche Nationalbibliothek Record #118893106 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Abdulmecid I // Encyclopædia Britannica (ing.).
- Abd ül-Medjid (Abd ül-Medjid I.) // Brockhauz Ensiklopediyası (alm.).
- Union List of Artist Names (ing.).
Mənbə
- Seyahatnâme-i Hümâyun [Abdülmecid’in Rumeli Seyahati], İstanbul 1261;
- Selâhaddin, Bir Türk Diplomatın Evrâk-ı Siyâsiyyesi, İstanbul 1306;
- Cevdet Paşa, Tezâkir (nşr. M. Cavid Baysun), Ankara 1986, II, IV;
- a.mlf., Ma‘rûzât (nşr. Yusuf Halaçoğlu), İstanbul 1980, s. 4-32;
- Kâmil Paşa, Târîh-i Siyâsî-i Devlet-i Aliyye-i Osmâniyye, İstanbul 1325-27, III, 180-233;
- Lütfî, Târih, İstanbul 1303, VI;
- Ahmed Refik, Türkiye’de Mülteciler Meselesi, İstanbul 1926;
- a.mlf., “Sultan Abdülmecid Han’ın Sarayında (Dr. Spitzer’in Hatıratı)”, TOEM, VI (34), (1333), s. 599-622;
- Hayreddin, Vesâik-i Târîhiyye ve Siyâsiyye Tetebbuâtı, İstanbul 1326, I, 1-104;
- Mahmud Cevad, Maârif-i Umûmiyye Nezâreti Târihçe-i Teşkîlât ve İcrâatı, İstanbul 1328;
- Ed. Engelhardt, Türkiye ve Tanzimat (trc. Ali Reşâd), İstanbul 1328, s. 38-168;
- E. Driault, Şark Meselesi (trc. Nâfiz), İstanbul 1328, s. 215-247;
- Serge Goryanov, Devlet-i Osmâniyye ve Rusya Siyâseti (trc. Ali Reşâd-Macar İskender), İstanbul 1331;
- Uluğ İğdemir, Kuleli Vak‘ası Hakkında Bir Araştırma, Ankara 1937;
- İbnülemin, Son Sadrıazamlar, İstanbul 1940, I-III;
- M. Çağatay Uluçay, Abdülmecid, İstanbul 1956;
- Ali Fuat Türkgeldi, Mesâil-i Mühimme-i Siyâsiyye (nşr. Bekir Sıtkı Baykal), Ankara 1960, I, 1-336;
- İ. H. Danişmend, Kronoloji, İstanbul 1961, IV, 121-196;
- Karal, Osmanlı Tarihi, V, 169-264;
- A. H. Ongunsu, “Abdülmecid”, İA, I, 92-94;
- J. Deny, “Abd al-Madjıd I”, EI2 (İng.), I, 74-75.
I Əbdülməcid Doğum: 25 aprel 1823 Vəfat: 25 iyun 1861 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri II Mahmud | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 2 iyul 1839-26 iyun 1861 | Xələfləri Əbdüləziz |
Sünni İslam titulları | ||
Sələfləri II Mahmud | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri Əbdüləziz |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sultan Ebdulmecid Osmanli turkcesi عبد المجيد اول Abdulmecid i evvel 25 aprel 1823 Konstantinopol 25 iyun 1861 Konstantinopol 31 ci Osmanli sultani ve 110 cu Islam xelifesi Selteneti dovrunde Tenzimat fermani elan edilmis bu sebeble Osmanli tarixinde Tenzimat padsahi olaraq anilir Son 4 Osmanli sultaninin Sultan Murad Sultan Ebdulhemid Sultan Resad ve Sultan Vahideddin atasidir I Ebdulmecid31 ci Osmanli sultani Padsah 2 iyul 1839 26 iyun 1861EvvelkiII MahmudSonrakiEbdulezizSexsi melumatlarDogum tarixi 25 aprel 1823 1823 04 25 Dogum yeri Konstantinopol Osmanli imperiyasiVefat tarixi 25 iyun 1861 1861 06 25 38 yasinda Vefat yeri Konstantinopol Osmanli imperiyasiVefat sebebi veremDefn yeri Sultan Ebdulmecid turbesiFealiyyeti rehber d Atasi II MahmudAnasi Bezmi alem SultanHeyat yoldaslari Sovqefza Sultan Tirimujgan Sultan Gulcamal Qadin Efendi Sayeste Qadinefendi Verdicanan Qadinefendi Rehime Perestu Sultan Fatma Servasidze 1854 1861 Duzdidil xanim Bezmi Qadinefendi Mehtab Qadinefendi Nuket seza Qadinefendi Navekmisal xanim Zerrin melek xanim Ceylanyar xanim Nesrin xanimUsaqlari V Mehmed II Ebdulhemid VI Mehmed V Murad Mehmed Burhaneddin Efendi Ehmed Kemaleddin Efendi Nadile Sultan Cemile Sultan Senihe Sultan Mediha Sultan Refiye Sultan Fatma Sultan Munire Sultan Behice Sultan Selim Suleyman EfendiAilesi Osmanli xanedaniDini islam Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri ve taxta cixisi 25 aprel 1823 cu ilde Istanbulda dunyaya gelmisdir Atasi II Mahmud anasi ise Bezmialem Sultandir Tehsil ve terbiyesine onem verilmis esl Avropa sahzadeleri kimi boyudulmusdur Mukemmel seviyyede fransizca oyrendi 1836 ci ilde qardasi Sahzade Ebdulezizle birlikde mohtesem bir merasimle sunnet edilmisdir Merasim esnasinda bacisi Mihrimah Sultan da Mehmed Seid Pasayla nigahlanmisdir 1 iyul 1839 cu ilde atasi Sultan Mahmudun vefatinin ardindan 17 yasinda taxta cixdi Dovlet idaresindeki tecrubesizliyi sebebile davam eden siyasi problemlerin hellinde cetinlik cekdi Bu sebeble daim etrafindaki nufuzlu ve tecrubeli dovlet adamlarinin meslehetlerini dinledi Ecnebi sefirliklere ise Sultan Mahmud seltenetinde baslayan yenilik ve islahatlarin davam edileceyi barede fermanlar gonderildi Bu esnada Misir probleminin ikinci merhelesi Nizip meglubiyyeti 24 iyun 1839 ile olduqca cetin hal almis dovlet adamlari arasindaki reqabet neticesinde rusvet ve siyasi ozbasinaliq artmisdi Hetta tarixi menbelere gore Sultan Mahmudun cenaze merasimi esnasinda Qoca Husrev Pasa sedrezem Mehmed Rauf Pasaya genc sultanin onu vezifeden aldigini deyerek zorla sedaret mohrunu almis belelikle sedarete yukselmisdir 2 iyul 1839 Misir problemi Hele Nizip meglubiyyetinden xebersiz olan Sultan Ebdulmecid Misir hakimi Mehmed Eli Pasani bagislayaraq meseleni hell etmek niyyetinde idi Bu meqsedle ordu ve donanmaya ferman gonderreek derhal doyusun dayandirilmasini buyurdu Saray memurlarindan Kose Akif Efendi derhal Canaqqala bogazi sahillerinde olan Osmanli donanmasina xeberi bildirerek oradan Misire yollandi ve Mehmed Eli Pasaya sultanin onu bagisladigini bildirdi Kaptan i derya Ehmed Fovzi Pasa ise reqibi olan Husrev Pasanin sedarete gelisinden qorxaraq donanmayla birlikde Misire qayitdi ve Mehmed Eli Pasaya teslim etdi 3 iyul 1839 Cox kecmeden Nizip meglubiyyeti barede xeberler Istanbula gelib catdi Osmanlilarin hem ordusuz hem de donanmasiz qalmasindan istifade eden Mehmed Eli Pasa sultanla raziliga gelmekden imtina etdi Diger terefden Ingiltere Fransa Rusiya Avstriya ve Prusiya nota gondererek Misir probleminin hellinde soz sahibi olduqlarini bildirdiler 27 iyul 1839 Bu notanin qebul edilmesiyle Osmanli tarixinde yeni bir merhele basladi ve Osmanli dovleti bir baxima Avropa dovletlerinin nezareti altina dusdu Tenzimat dovru Bu esnada London ve Parisde Osmanli dovletindeki islahat isleriyle bagli danisiqlar aparan dovrun xarici isler naziri Mustafa Resid Pasa derhal Istanbula geldi Misir probleminde Avropanin desteyini almaq meqsedile onlari memnun edecek bir reform proqraminin qebul edilmesi barede genc sultani razi saldi Mustafa Resid Pasa butun ecnebi dovlet sefirleri ve nufuzlu dovlet adamlarinin onunde cixis ederek sexsen hazirladigi ve Tenzimat fermani adi verilen reform proqraminin basladigini bildirdi 3 noyabr 1839 Bu fermanin elaniyla birlikde qlobal hal almis Misir probleminin helli asanlasdi Ingilterenin teklifi ile 5 boyuk dovlet Londonda teskil edilen konfransda bir araya geldi Konfrans esnasinda Misir hakimini destekleyen Fransa kenarda tutularaq Ingiltere Rusiya Avstriya ve Prusiya arasinda London muqavilesi imzalandi 15 iyul 1840 Misir hakimliyi veraset yoluyla Mehmed Eli Pasaya verilerek isgal edilen torpaqlar ve Osmanli donanmasi geri alindi 13 iyul 1841 ci ilde yene eyni dovletler Londonda bir araya gelerek Osmanli dovletinin bogazlar uzerindeki hakimiyyetini mueyyenlesdiren Bogazlar sozlesmesini imzaladi Dovletin islahat isleriyle mesgul oldugu bu esnada Ingiltere ve Fransanin Yaxin serqde davam eden nufuz mubarizesi neticesinde Suriya ve Livan bolgesinde igtisaslar basladi 1845 Yeni xarici isler naziri Sakib Efendi hadiselerin yatirilmasi meqsedile Beyruta gonderildi Avropada baslayan 1848 inqilablari esnasinda Avstriyaya qarsi mubarize aparan macar milliyyetcileri Osmanliya sigindi Avstriya ve Rusiyanin muharibe notalari gondermelerine baxmayaraq Sultan Ebdulmecidin muhacirleri teslim etmemesi Avropada Osmanlilarin lehine guclu eks seda dogurdu Bu inqilablar Valaxiya Bogdan bolgesine de yayildi ve mesele ruslarla baglanan Baltalimani muqavilesiyle 1 may 1849 muveqqeti olaraq hell edildi Ancaq cox kecmeden meydana cixan qeyri muselman ehali problemi ruslarla olan munasibetleri yeniden pislesdirdi Bele ki Quds bolgesinde yasayan katolikleri himaye etmek meqsedile muraciet eden Fransaya qarsi Rusiya da pravoslavlarin haqlarinin qorunmasi ucun haqq iddia etdi Bele ki Bab i Eliye gonderilen notayla ruslar bolgede yasayan pravoslavlara muxtariyyet huququnun verilmesi ile yanasi xristianlarin himaye edilme huququnun da ozlerine verilmesini teleb etdiler Bu teklifinin redd edilmesinin ardindan Valaxiya Bogdan bolgesini isgal eden ruslara qarsi muharibe elan edildi 4 oktyabr 1853 Tarixe Krim muharibesi olaraq dusen ve 30 mart 1856 tarixli Paris sulhuyle basa catan muharibede Fransa ve Pyemont Osmanlilarin terefini tutdu Avstriya ve Prusiya ise biteref olaraq qaldi Muharibede ordulariyla birlikde istirak eden muttefiqler Sultan Ebdulmecidden Tenzimat fermanini tamamlayan bir islahat fermani almaga muveffeq oldular Fransiz ve ingilis elcileriyle sedrezem ve seyxulislamla birlikde hazirladigi Islahat fermani Paris konqresinden derhal once Sultan Ebdulmecid terefinden elan edildi 18 fevral 1856 Osmanli tabeliyindeki qeyri muselmanlara ruslarin ved etdiklerinden daha cox huquq veren Islahat fermani Paris konqresinde de tesdiq edildi Belelikle qerb dovletlerine olkeye mudaxile huququ da verilmis oldu Sultan Ebdulmecid selteneti islahat tarixi baximindan olduqca onem dasiyir Bele ki genc sultan qebul etdiyi qerarlara sadiq qalaraq ferqli milli unsurlere beraber huquqluluq prinsipiyle bezi huquq ve azadliqlar verdi Ancaq bununla da olkede yasayan milli azliqlarda xususile de qeyri muselman ehalide olan muxtariyyet ve milliyyetcilik duygulari oyandi Bununla da Tenzimat fermaninin esasini teskil eden vahidlik ve birlik qurula bilmedi Sultan Ebdulmecid butun islahat islerini ozunden evvelki Osmanli padsahlari kimi seriet qanunlari cercivesinde heyata kecirirdi Bu meqsedle islahatci ve yenilikci dusunceli dovlet adamlarini desteklemekde idi Diger yandan sultanlarin sarayda qapali qalma enenesine zidd olaraq tez tez ehali arasina cixir onlarin derdleri ile maraqlanirdi Ordu iqametgahlarini ve donanma tersanelerini ziyaret edir olke daxilinde seyahetlere cixirdi 25 iyun 1844 cu ilde Izmit Mudanya Bursa Gelibolu Canaqqala ve adalari ziyaret etdi 29 aprel 1846 ci ilde ise Rumeliye seyahete cixdi Hemin ilin iyulunda ise Misir hakimi Mehmed Eli Pasanin bir ay davam eden Istanbul seyahetine ev sahibliyi etdi 1847 ci ilde boyuk ogullari Sahzade Murad ve Sahzade Ebdulhemid ucun mohtesem sunnet merasimi kecirmisdir 1858 ci ilde qizlari Munire Sultan ve Cemile Sultani evlendirmisdir Yene o gune qederki Osmanli sultanlari nisan ve hediyyeler teqdim edir lakin almazlardi Bu eneneye zidd olaraq Osmanli tarixinde ilk defe Fransa imperatoru III Napolyonun Legion d Honneur nisanini qebul etdi Bu munasibetle 4 fevral 1856 ci ilde fransiz elcisinin tertiblediyi senliyi qatilmisdir Sultan Ebdulmecidin 1859 cu ilde cekilmis sekli Sultan Ebdulmecid atasinin tesis etdiyi bas vekillik rutbesini legv ederek sedrezemliyi yeniden berpa etdi Bele ki 20 illik selteneti boyunca 22 sedrezem deyisdirdi Olduqca ince ve mulayim xarakterli olan sultan ozune zidd olan nufzulu sedrezemleri vezifeden alirdi Bununla yanasi etrafindaki insanlarin qadinlarinin qizlarinin ve kurekenlerinin telkinleriyle hereket edirdi Sultani sedrezem deyismeye vadar eden diger meyar ise xarici mudaxileler idi Bele ki Tenzimatdan sonra xarici mudaxileler artmisdi Ingiltere ve Fransa elcileri sultan uzerindeki nufuzlarini artirmaq ugrunda mubarizeye baslamisdi Diger yandan Osmanli dovlet adamlari da ingilis ve fransiz olaraq 2 qrupa ayrilmisdi Ecnebi elcilerin dovlet meselelerine xususile de sedrezem teyinlerine olan mudaxileleri o qeder artmisdi ki neticede Ingiltere ve Fransaya resmi sikayet erizeleri gonderildi Ancaq butun bunlar hec bir netice vermedi Sultan Ebdulmecid seltenetinde seyxulislamlar vekil meclislerine qatilsalar da siyasi nufuzlari olduqca azalmisdi Bu sebeble tez tez sedrezem deyisikliyi olsa da bu dovrde yalniz 4 defe seyxulislam deyismisdi Dovlet burokratiyasinda en yuksek maasi seyxulislamlar alirdi 100 min qurus Sedrezemlerin serdar i ekrem unvaniyla sefere qatilma enenesi aradan qaldirildi Serdarliq rutbesi ise sedrezem ve seyxulislamla eyni seviyyeye getirildi Maliyye sahesinde de onemli islahatlar aparildi Iltizam sistemi legv edilerek vergilerin toplanmasi merkezi idareye hevale edildi Ancaq hec bir hazirliq gorulmeden basladilan bu islahatlar ugurlu olmadi 1848 ci ilden etibaren Osmanli maliyyesi davamli iqtisadi bohranlarla calxalandi Krim muharibesinin sebeb oldugu agir maliyye bohranini aradan qaldirmaq meqsedile ilk defe xarici borc alindi 24 avqust 1854 Ardindan 1855 1858 ve 1860 ci illerde yene xarici borclanmaya gedildi Buna baxmayaraq alinan borclarla muxtelif saray ve koskler insa edilirdi Dolmabagca sarayi 1853 Beykoz qesri 1855 Kucuksu qesri 1857 Kicik Mecidiye mescidi 1848 Tesvikiye mescidi 1854 o dovre aid meshur tikililerdir Butun bu yeniliklere baxmayaraq Sultan Ebdulmecide qarsi da bir saray cevrilisi tertib edildi 14 sentyabr 1859 cu ilde bas tutan ve Kuleli hadisesi olaraq bilinen bu cevrilisin bas tutmadan qarsisi alindi 1840 ci illerde Irlandiyada baslayan ve minlerler insanin olumune sebeb olan qitliq dovrunde syasiz gemilerle bolgeye erzaq gondermis bu sebeble irlandiyalilar arasinda bu gunedek sevilmisdir Sultan Ebdulmecid de atasi kimi tuberkuloz xestesi idi ve 25 iyun 1861 ci ilde Ihlamur koskunde 38 yasinda vefat etdi Cenazesi Yavuz Sultan Selim turbesi yaxinliginda defn edildi Mezari uzerinde oz adini dasiyan Sultan Ebdulmecid turbesi insa edildmisdir AilesiHeremxanasi Servetseza Qadinefendi Hosyar xanim d 1825 o 1849 Eslen gurcu olub Zohrab beyin qizidir 1839 cu ilde Topqapi sarayinda evlenmisdir Hele 24 yasinda iken veremden vefat etdi Mevhibe Sultanin anasidir Sovqefza Sultan Tirimujgan Sultan Verdicanan Qadinefendi Gulcamal Qadinefendi Zerrin melek xanim Duzdidil xanim Nesrin xanim Sayan Qadinefendi Ceylanyar xanim Gulustu Qadinefendi Rehime Perestu Sultan Nuket seza Qadinefendi Mehtab Qadinefendi Nergiz xanim d 1830 Anapa o 26 oktyabr 1858 Albora bey Natuhay ve Daduse xanimin qizi olub 1847 ci ilde Sultan Ebdulmecidle evlendi Mehmed Fuad Efendinin anasidir Veremden vefat etmis Yeni mescidde defn olunmusdur Bezmi Qadinefendi Nalandil xanim d 1829 Anapa o 23 oktyabr 1863 Eslen ubix olan Natiq beyin qizi olub 1850 ci ilde Sultan Ebdulmecidle evlendi Seniha Sultan ve Mehmed Ebdussemed Efendinin anasidir Serfinaz xanim d 1837 Abxaziya o 9 iyun 1905 Eslen abxaz olub Osman beyin ve Zeliha xanimin qizidir 1851 ci ilde Sultan Ebdulmecidle evlendi Osman Sefiyeddin Bediha Sultan ve Selim Suleyman Efendinin anasidir Saray intriqalari sebebile saraydan qovulmus ve omrunun sonuna qeder ona tesis edilen Ortakoy sarayinda yasamisdir Sayeste Qadinefendi Navekmisal xanim Neveser xanim d 1841 o 12 sentyabr 1889 Eslen abxaz olan Misost bey Esba ve Tulu xanimin qizi olub esl adi Esmadir 1858 ci ilde Sultan Ebdulmecidle evlendi Ovladi olmamis ancaq yetim qalan Mehmed Burhaneddin Efendiye analiq etmisdir Husnucanan xanim d 1818 o 1843 Eslen cerkez olub 1835 ci ilde hele sahzade olan Ebdulmecidle evlenmisdir Ovladi olmamisdir Sehime xanim o 1857 Gulustu Qadinefendi turbesine defn edilib Serefnaz xanim Gulustu Qadinefendi turbesine defn edilib Safderun xanim d 1845 o 1893 Eslen cerkez olub 1859 cu ilde Sultan Ebdulmecidle evlendi Ovladi olmamisdir Ulduz xanim d 1832 o 1880 Eslen cerkez olub 1846 ci ilde Sultan Ebdulmecidle evlendi Ovladi olmamisdir Oglan usaqlari V Murad II Ebdulhemid Mehmed Ziyayeddin Efendi d 10 dekabr 1842 o 7 iyun 1845 Nesrin xanimdan dunyaya gelib V Mehmed Resad Ehmed Efendi d 5 iyun 1846 o 6 iyun 1846 Nuket seza xanimdan dunyaya gelib Mehmed Abid Efendi d 22 aprel 1848 o 7 may 1848 Tirimujgan xanimdan dunyaya gelib Mehmed Fuad Efendi d 7 iyul 1848 o 28 sentyabr 1848 Nergiz xanimdan dunyaya gelib Ehmed Kemaleddin Efendi Mehmed Burhaneddin Efendi Mehmed Vamik Efendi d 19 aprel 1850 o 6 avqust 1850 Mehmed Nizameddin Efendi d 24 iyun 1850 o 28 may 1853 Nesrin xanimdan dunyaya gelib Mehmed Baheddin Efendi d 24 iyun 1850 o 9 noyabr 1852 Nesrin xanimdan dunyaya gelib Mehmed Rusdu Efendi d 31 mart 1852 o 5 avqust 1852 Ceylanyar xanimdan dunyaya gelib Ehmed Nureddin Efendi Osman Sefiyeddin Efendi d 9 iyun 1852 o 2 iyul 1855 Serfinaz xanimdan dunyaya gelib Mezari atasi Sultan Ebdulmecidin turbesindedir Abdullah Efendi d 3 fevral 1853 o 1862 Sayeste xanimdan dunyaya gelib Mehmed Ebdussemed Efendi d 20 mart 1853 o 5 may 1855 Nalandil xanimdan dunyaya gelib Mezari atasi Sultan Ebdulmecidin turbesindedir Selim Suleyman Efendi VI Mehmed VahideddinQiz usaqlari Mevhibe Sultan d 31 may 1840 o 9 fevral 1841 Hosyar xanimdan dunyaya gelib Naime Sultan d 11 oktyabr 1840 o 1 may 1843 Tirimujgan xanimdan dunyaya gelib Fatma Sultan Behiye Sultan d 22 fevral 1841 o 3 iyun 1847 Zerrin melek xanimdan dunyaya gelib Neyire Sultan d 14 oktyabr 1841 o 19 dekabr 1843 Duzdidil xanimdan dunyaya gelib Refiye Sultan Aliye Sultan d 20 oktyabr 1842 o 10 iyul 1845 Sevkefza xanimdan dunyaya gelib Xedice Sultan d 1842 Gulcamal xanimdan dunyaya gelib Olu dogulub Cemile Sultan Munire Sultan Semiye Sultan d 23 fevral 1845 o 18 aprel 1845 Duzdidil xanimdan dunyaya gelib Fatma Nazime Sultan d 26 noyabr 1847 o 1 dekabr 1847 Nuket seza xanimdan dunyaya gelib Sabiha Sultan d 15 aprel 1848 o 27 aprel 1849 Mehtab xanimdan dunyaya gelib Behice Sultan Mukbile Sultan d 22 fevral 1850 o 6 avqust 1850 Bezmi xanimdan dunyaya gelib Ruqiye Sultan d 1850 Gulcamal xanimdan dunyaya gelib Olu dogulub Seniha Sultan Zekiye Sultan d 24 fevral 1855 o 18 fevral 1856 Gulustu xanimdan dunyaya gelib Gulustu Qadinefendi turbesine defn edilib Fehime Sultan d 24 fevral 1855 o 10 dekabr 1856 Gulustu xanimdan dunyaya gelib Gulustu Qadinefendi turbesine defn edilib Naile Sultan Mediha Sultan Bediha Sultan d 1 oktyabr 1857 o 12 iyul 1858 Serfinaz xanimdan dunyaya gelib IstinadlarDeutsche Nationalbibliothek Record 118893106 Umumi tenzimleme nezareti GND alm 2012 2016 Abdulmecid I Encyclopaedia Britannica ing Abd ul Medjid Abd ul Medjid I Brockhauz Ensiklopediyasi alm Union List of Artist Names ing MenbeSeyahatname i Humayun Abdulmecid in Rumeli Seyahati Istanbul 1261 Selahaddin Bir Turk Diplomatin Evrak i Siyasiyyesi Istanbul 1306 Cevdet Pasa Tezakir nsr M Cavid Baysun Ankara 1986 II IV a mlf Ma ruzat nsr Yusuf Halacoglu Istanbul 1980 s 4 32 Kamil Pasa Tarih i Siyasi i Devlet i Aliyye i Osmaniyye Istanbul 1325 27 III 180 233 Lutfi Tarih Istanbul 1303 VI Ahmed Refik Turkiye de Multeciler Meselesi Istanbul 1926 a mlf Sultan Abdulmecid Han in Sarayinda Dr Spitzer in Hatirati TOEM VI 34 1333 s 599 622 Hayreddin Vesaik i Tarihiyye ve Siyasiyye Tetebbuati Istanbul 1326 I 1 104 Mahmud Cevad Maarif i Umumiyye Nezareti Tarihce i Teskilat ve Icraati Istanbul 1328 Ed Engelhardt Turkiye ve Tanzimat trc Ali Resad Istanbul 1328 s 38 168 E Driault Sark Meselesi trc Nafiz Istanbul 1328 s 215 247 Serge Goryanov Devlet i Osmaniyye ve Rusya Siyaseti trc Ali Resad Macar Iskender Istanbul 1331 Ulug Igdemir Kuleli Vak asi Hakkinda Bir Arastirma Ankara 1937 Ibnulemin Son Sadriazamlar Istanbul 1940 I III M Cagatay Ulucay Abdulmecid Istanbul 1956 Ali Fuat Turkgeldi Mesail i Muhimme i Siyasiyye nsr Bekir Sitki Baykal Ankara 1960 I 1 336 I H Danismend Kronoloji Istanbul 1961 IV 121 196 Karal Osmanli Tarihi V 169 264 A H Ongunsu Abdulmecid IA I 92 94 J Deny Abd al Madjid I EI2 Ing I 74 75 I EbdulmecidOsmanli sulalesiDogum 25 aprel 1823 Vefat 25 iyun 1861Hakimiyyet titullariSelefleri II Mahmud Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 2 iyul 1839 26 iyun 1861 Xelefleri EbdulezizSunni Islam titullariSelefleri II Mahmud Islam Xelifesi خلافة إسلامية Xelefleri Ebduleziz