Epik növ (yun. έπος nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növdür. Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur.
Epik əsərlərdə , xarakterlərin ətraflı, hadisələrin geniş və tamamlanmış şəkildə təsviri üçün hər cür imkan vardır. Lakin, bunlar müəyyən - bir və ya bir neçə süjet ətrafında, sistem daxilində, müəllif tərəfindən düşünülmüş quruluşda verilməlidir. Əsərin janr xüsusiyyəti ilə əlaqədar olaraq (roman, povest, hekayə və s.) epik əsərlərin həcmi, onlardakı tiplərin sayı, həyat səhnələrinin geniş və ya yığcam şəkildə verilməsi müəyyən edilir. Bu mənada epik əsərlər şərti olaraq kiçik, orta və böyük kimi üç formaya ayrıla bilər. Kiçik formada insanın həyatından bir epizod, bir moment, orta formada bir dövr, yaxud, mərhələ, böyük formada isə onun tam təfərrüatı ilə verilən həyat yolu təsvir oluna bilər. Həmçinin, epik əsərlərin kiçik formasında çox vaxt bir tip əsas götürüldüyü halda, orta formada bir neçə, böyük formada isə bir çox tiplər və onların silsiləsi, hətta bir neçə nəsil götürülə bilər.
Epik əsərlər şəkli yazılışlarına görə üç formada - nəsr, nəzm və həm nəsr, həm də nəzmlə yazıla bilər. Məsələn, M.S.Ordubadinin romanları nəsrlə, Nizaminin poemaları nəzmlə, Abbasqulu ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsi həm nəsr, həm də nəzmlə yazılmışdır.
Epik növün janrları
Epik növün şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, əfsanə, dastan və lətifədir. Yazılı ədəbiyyatda isə aşağıdakı janrlar vardır:
Təmsil
Şeir və ya nəsr ilə yazılmış satirik xarakterli tərbiyəvi ədəbi əsər. Təmsil qısa tərbiyəvi sonluqla bitir. Təmsildə insanlardakı nöqsanlar düşündürücü və güldürücü şəkildə çatdırılır. Təmsildə insanların xüsusiyyətləri heyvanların dilindən oxuculara çatdırılır.
Hekayə
Hekayə kiçik həcmli süjetli əsərin bir növüdür. Hekayənin əsas xüsusiyyəti insan həyatının konkret bir səhnəsinin və ya müəyyən bir hadisənin yığcam şəkildə təsvir olunmasıdır. Hekayə daha çox nəsrlə olur. Nəzmlə yazılmış hekayələr də vardır. Bu cür hekayə mənzum hekayə adlanır.
Novella
Hekayə janrının gözlənilməz sonluq ilə bitən növüdür. Novella həm də gülməli, yumorlu məzmun daşıyır.
Oçerk
Kiçik həcmli, sujetli əsərlərin bir növü də oçerkdir. Oçerkdə həyatda olmuş konkret hadisə haqqında yığcam şəkildə danışılır. Oçerk daha çox əmək adamlarının qəhrəmanlığı mövzusunda olur və əsasən nəsrlə yazılır.
Povest
Həcmcə hekayədən böyük olan nəsr əsəridir. Povestdə hekayədən fərqli olaraq obrazların sayı çox, hadisələrin təsviri geniş olur. Povestdə hadisələr bir neçə xətlə inkişaf edir. Ədəbiyyatımızda povestin ilk nümunəsi M.F.Axundzadənin "Aldanmış kəvakib" əsəridir.
Roman
Epik növün həcmcə ən böyük janrlarından biri romandır. Bu janrın əsas xüsusiyyəti təsvir olunan hadisələrin genişliyi və əhatəli olmasıdır. Romanda hadisələr çoxşaxəli olur və bir neçə xətlə inkişaf edir. Hadisələrin geniş təsviri ilə bağlı romanda surətlərin sayı da çox olur. Roman əsasən nəsrlə yazılsa da, nəzmlə də olur. Nəzmlə yazılan romana mənzum roman deyilir.
Poema
İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur. Lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir. Lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş.İ.Xətainin "Dəhnamə", M.Fizulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M.F.Axundzadənin "A.S.Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S.Vurğunun "Bəsti", H.Arifin "Yolda", "Dilqəm", H.Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Xatirə
Müəllifin şəxsən şahidi olduğu hadisələri əks etdirən əsərə deyilir. Ədəbiyyatşünaslıqda xatirə ədəbiyyatına memuar da deyilir. Bu janrın əsasında yazıçının gündəlik qeydləri və ya xatırladığı hadisələr dayanır. Xatirədə çox vaxt vahid sujetxətti olmur.
İstinadlar
- Hacıyev C.X. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1958. s.137
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Epik nov yun epos neql etmek mueyyen bir hadise ve ya ehvalatin danismaq neql etmek yolu ile tesvir olundugu edebi novdur Edebiyyatsunasliqda danismaq neql etmek evezine ekser hallarda tehkiye sozu islenir Epik eserler sujetli olur ve onlarin mezmunu hadise ve ya ehvalatla bagli olur Epik eserlerde xarakterlerin etrafli hadiselerin genis ve tamamlanmis sekilde tesviri ucun her cur imkan vardir Lakin bunlar mueyyen bir ve ya bir nece sujet etrafinda sistem daxilinde muellif terefinden dusunulmus qurulusda verilmelidir Eserin janr xususiyyeti ile elaqedar olaraq roman povest hekaye ve s epik eserlerin hecmi onlardaki tiplerin sayi heyat sehnelerinin genis ve ya yigcam sekilde verilmesi mueyyen edilir Bu menada epik eserler serti olaraq kicik orta ve boyuk kimi uc formaya ayrila biler Kicik formada insanin heyatindan bir epizod bir moment orta formada bir dovr yaxud merhele boyuk formada ise onun tam teferruati ile verilen heyat yolu tesvir oluna biler Hemcinin epik eserlerin kicik formasinda cox vaxt bir tip esas goturulduyu halda orta formada bir nece boyuk formada ise bir cox tipler ve onlarin silsilesi hetta bir nece nesil goturule biler Epik eserler sekli yazilislarina gore uc formada nesr nezm ve hem nesr hem de nezmle yazila biler Meselen M S Ordubadinin romanlari nesrle Nizaminin poemalari nezmle Abbasqulu aga Bakixanovun Kitabi Esgeriyye hekayesi hem nesr hem de nezmle yazilmisdir Epik novun janrlariEpik novun sifahi xalq edebiyyatinda esas janrlari mif nagil efsane dastan ve letifedir Yazili edebiyyatda ise asagidaki janrlar vardir Temsil Esas meqale Temsil Seir ve ya nesr ile yazilmis satirik xarakterli terbiyevi edebi eser Temsil qisa terbiyevi sonluqla bitir Temsilde insanlardaki noqsanlar dusundurucu ve guldurucu sekilde catdirilir Temsilde insanlarin xususiyyetleri heyvanlarin dilinden oxuculara catdirilir Hekaye Esas meqale Hekaye Hekaye kicik hecmli sujetli eserin bir novudur Hekayenin esas xususiyyeti insan heyatinin konkret bir sehnesinin ve ya mueyyen bir hadisenin yigcam sekilde tesvir olunmasidir Hekaye daha cox nesrle olur Nezmle yazilmis hekayeler de vardir Bu cur hekaye menzum hekaye adlanir Novella Esas meqale Novella Hekaye janrinin gozlenilmez sonluq ile biten novudur Novella hem de gulmeli yumorlu mezmun dasiyir Ocerk Esas meqale Ocerk Kicik hecmli sujetli eserlerin bir novu de ocerkdir Ocerkde heyatda olmus konkret hadise haqqinda yigcam sekilde danisilir Ocerk daha cox emek adamlarinin qehremanligi movzusunda olur ve esasen nesrle yazilir Povest Esas meqale Povest Hecmce hekayeden boyuk olan nesr eseridir Povestde hekayeden ferqli olaraq obrazlarin sayi cox hadiselerin tesviri genis olur Povestde hadiseler bir nece xetle inkisaf edir Edebiyyatimizda povestin ilk numunesi M F Axundzadenin Aldanmis kevakib eseridir Roman Esas meqale Roman Epik novun hecmce en boyuk janrlarindan biri romandir Bu janrin esas xususiyyeti tesvir olunan hadiselerin genisliyi ve ehateli olmasidir Romanda hadiseler coxsaxeli olur ve bir nece xetle inkisaf edir Hadiselerin genis tesviri ile bagli romanda suretlerin sayi da cox olur Roman esasen nesrle yazilsa da nezmle de olur Nezmle yazilan romana menzum roman deyilir Poema Esas meqale Poema Iri hecmli nezm eseri poema adlanir Poemada adeten mueyyen bir hadise ve ya ehvalat tehkiye usulu ile tesvir olunur Lakin poemada tesvir olunan hadiselerin gedisinde lirik lovhelere de genis yer verilir Meselen Fuzulinin Leyli ve Mecnun poemasinda hadiseler esas qehremanlarin heyati ile bagli vahid bir sujet esasinda inkisaf edir Lakin poemada qehremanlarin daxili alemine uygun lirik seirler de verilmisdir Belelikle poemada hadisenin epik tesviri ile lirik terennum uzvu suretde birlesir Hadiselerin epik tesvirine genis yer verilen poemalar epik lirik eser adlanir Lirik dusuncelerin ustunluk teskil etdiyi eserlere ise lirik epik eser deyilir Meselen Nizaminin Xosrov ve Sirin S I Xetainin Dehname M Fizulinin Leyli ve Mecnun poemalari epik lirik M F Axundzadenin A S Puskinin olumu haqqinda Serq poemasi seiri S Vurgunun Besti H Arifin Yolda Dilqem H Cavidin Azer poemalari lirik epik nove aiddir Xatire Esas meqale Xatire Muellifin sexsen sahidi oldugu hadiseleri eks etdiren esere deyilir Edebiyyatsunasliqda xatire edebiyyatina memuar da deyilir Bu janrin esasinda yazicinin gundelik qeydleri ve ya xatirladigi hadiseler dayanir Xatirede cox vaxt vahid sujetxetti olmur IstinadlarHaciyev C X Edebiyyat nezeriyyesi Baki 1958 s 137Hemcinin baxLirik nov Dramatik nov