Nəzm — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olan bədii əsər deməkdir ("nəzm" - نظم - söz olaraq sıra, tərtib, nizam, sıralanmış və ya şeir anlamına gəlir). Nəzm əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.
Nəzm nümunələri xalq yaradıcılığı və ədəbiyyat olmaqla olduqca geniş bir arealı əhatə edir. Lap qədimdən nitq yarandığı dövürlərdən ov, əmək nəğmələri, oxşamalar, bayatılar və s. şəkildə şifahi xalq ədəbiyyatı yaranmağa başlamışdır. Sonralar nəzmin bu qolu xalq ozanları, aşıqları sayəsində daha da zənginləşmiş və öz qayda qanunları yaranmışdır. Yazılı ədəbiyyat nümunələri yarandıqdan sonra bu iş daha da təkmilləşmiş müxtəlif xalqların söz adamlarının başqa-başqa dillərdə bədii söz sənətinə verdiyi töhfələr nəticəsində ümumi nizam qnunauyğunluqlarını gözləyən bayatı, rübai, məsnəvi, qəzəl, qoşma, gəraylı və s. növlər yaranmışdır.
Bayatı
Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarənkdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir.
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür. Sarı Aşıqın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilmişdir. Bir sıra türkdilli xalqlarda da bayatıya uyğun şeirr formaları mövcuddur. Buna İraqda xoyratları misal göstərmək olar. Bayatılar forma və məzmunça müəyyən mənada, çastuşkalara yaxındır.
Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları (Bayatı Şiraz, Bayatı-kürd, Bayatı-qacar və s) bayatı sözü ilə bağlıdır.
Bayatı folklorun ən geniş yayılmış janrlarındandır. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:
Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da var. Bayatı dörd misradan və hər misrası yeddi hecadan ibarət şeir şəklidir: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. I və II misralar giriş xarakteri daşıyır, əsas fikir son iki misrada söylənilir. Bayatının qafiyə quruluşu bu şəkildədir: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, "Mən aşiq", "Mən aşiqəm", "Əzizinəm", "Eləmi" sözləri ilə başlanır.
Əzizim el yoludu,
Bu gələn el yoludu.
Başımda bulud oynar,
Gözlərim sel yoludu.
Mən aşiq sini, sini,
Doldur iç sini, sini.
Mənə öz yarım gərək,
Nəylirəm özgəsini?
Eləmi yada məni
Satdılar yada məni
Kimim, kimsənəm yox,
Bir salsın yada məni
Bayatıların bir növü cinas bayatılardır. Belə bayatıların qafiyələri cinas sözlər üzərində qurulur. Məsələn;
Əzizim yasəməni,
Dərmişəm yasəməni.
Getdin, arxaya baxdın,
Batırdın yasa məni
Burada "yasəməni" və "yasa məni" sözləri cinasdır. Birinci mənada gül, ikincidə isə qəm, kədər məzmunundadır. Yaxud:
Ordubada,
Yol gedir Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.
Bayatı janrından yazılı ədəbiyyatda da istifadə olunmuşdur. Xətai və Əmaninin yaradıcılığında bayatılar diqqəti cəlb edir. XXII əsr müəllifi Sarı Aşığın bayatıları xüsusilə məşhurdur.
Rübai
Rübai — Şərqdə yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu:
Əlimdə olsaydı əgər iqtidar,
Bu köhnə fələki kökündən yıxar,
Təzədən elə bir fələk qurardım,
Ki, hər kəs yaşardı azad, bəxtiyar.
Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Məsnəvi
Məsnəvi — Şərq, eləcə də klassik Azərbaycan epik şeirində ən geniş yayılmış formalardan biri. "Məsnəvi" ərəb sözüdür, mənası "ikilik" deməkdir.
Məsnəvi formasında yazılmış əsərlərin iki misrası bir beyt adlanır. Hər beytin misraları, müstəqil olaraq, tamamlanmış bir fikri ifadə edir.
Məsnəvinin misraları bir-biri ilə eyni qafiyəli olur: aa, bb, cc, çç, və s.
Məsnəvi formasında yazılmış əsərlərdə misraların iki-iki qafiyələnməsi şairə öz fikirlərini sərbəst və daha geniş şəkildə ifadə etməyə imkan verir. Amma bu da var ki, bu misralar, yəni beytlər arasında güclü fikir bağlılığı olur.
Məsnəvi formasında yazılmış əsərlər həcminə görə müxtəlif olur. Bu, mövzunun əhatəliyindən asılı olur.
Azərbaycan ədəbiyyatında ilk məsnəvi əsər yaradan XII əsrin qüdrətli sənətkarı Xaqani Şirvani olmuşdur. Onun "" poeması məsnəvi formalı şeirin ilk və ən gözəl nümunəsidir. Nizami Gəncəvinin "Xəmsə"si, Şah İsmayıl Xətainin "Dəhnamə"si, ("On məktub"), Məhəmməd Füzulinin "Leyli və Məcnun"u, "Bəngü-Badə"si ("Tiryək və şərab") və s. məsnəvi formasında yazılmış əsərlərdir.
Qəzəl
Qəzəl – klassik Şərq şeiri növüdür. Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan biridir. Lirik növdədir. Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. (iki misra "beyt" adlanır) Qəzəlin ən yaddaqalan beyti şah beyt və ya beytül qəzəl adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir. Məqtədə şair təxəllüs və ya adını göstərir. (Qeyd: Qazi Bürhanəddin qəzəllərində adını verməyib). Qəzəllər, əsasən, məhəbbət mövzusunda olur. Bundan başqa əxlaqi, tərbiyəvi, ictimai-siyasi, fəlsəfi, təbiət mövzusunda ola bilər. Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Həsənəli xan Qaradaği, Şah İsmayıl Xətai fars şairlərindən Sədi, Hafiz, Cami, özbək şairi Nəvai qəzəlin klassik nümunələrini yaratmışlar. Müasir Azərbaycan şeirində qəzəl ənənələrini, əsasən, Əliağa Vahid, Süleyman Rüstəm davam etdirmişdir.Qərb ədəbiyyatı nümayəndələrindən Göte, Puşkin, Bryusov və b. Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişlər.
Quruluşu barədə:
1-ci beyt: MƏTLƏ: Həmqafiyəli iki misra
- Fələyin bir belə dövrü olacağmış, nə bilim ?
- Saralıb bağü gülüstan solacağmış, nə bilim
2-ci beyt: ikinci misrası həmqafiyəli
- Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
- Gözümə qan sağılıb, yaş dolacağmış, nə bilim ?
3-cü beyt: ikinci misrası həmqafiyəli
- Bitirib, bağ salıb, bir neçə güllər yetirdim,
- Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim ?
4-cü beyt: ikinci misrası həmqafiyəli
- Əl çəkib nakəsidən çərx elə nakəs imiş,
- Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim ?
5-ci beyt: ikinci misrası həmqafiyəli
- Aşiqə naz eləmək adət olub mə’şuqə,
- Bu qədər naz eləyib can alacağmış, nə bilim ?
6-ci beyt: ikinci misrası həmqafiyəli
- Bəslədim zülfü, dedim, başıma salsın sayə,
- Dolanıb boyna ilantək çalacağmış, nə bilim ?
7-ci beyt: ikinci misrası həmqafiyəli
- Səltənət rütbəsini xar tutardım şah ikən,
- Məni başdan ayağa qəm saracağmış, nə bilim ?
Sonuncu (8-ci) beyt: MƏQTƏ: şair təxəllüs və ya adını göstərir
- Ruzigarın dolanıb haləti bir özgə hala,
- Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim ?
Qoşma
Qoşma — aşıq yaradıcılığında çox geniş yayılmış janr. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. [1] [2] Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn:
Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt,
Şahiddə iman yox, bəydə ədalət,
Alimlərin düz bazarın görmədim.
Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir.
Ayaqlı qoşma — aşıq musiqi–şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur. [3]
Yazılı ədəbiyyatda Ş. İ. Xətai, M. P. Vaqif, M. V. Vidadi, Q. Zakir, S. Ə. Nəbati, S. Vurğun, O. Sarıvəlli, S. Rüstəm, B. Vahabzadə kimi şairlər qoşma janrından istifadə etmişlər.
Gəraylı
Gəraylı aşıq şerinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şerə gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır.
Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir.
Bir gözəl keçdi qarşıdan,
Sallandı, yana yeridi.
Kirpik çaxdı, oğrun baxdı,
Od saldı cana, yeridi.
Birinci bənddə ikinci və dördüncü misralardakı "yana" və "cana" sözləri həmqafiyə təşkil edir, birinci və üçüncü misralar isə sərbəst qalır.
İkinci bənddə "durdu", "qurdu", "vurdu" sözləri bir-birilə, "qana" sözü isə ilk bəndin son misrası ilə həmqafiyə təşkil edir. Qalan bəndlərdə də bu cür qafiyələnmə davam edir. Sonuncu bənddə aşıq "Ələsgər oduna yandı", – deməklə öz təxəllüsünü bildirir.
İstinadlar
- (PDF). 2016-03-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-01-27.
- "Rəsul Rza - Uzaq ellərin yaxın töhfələri". 2019-09-04 tarixində . İstifadə tarixi: 2020-01-27.
- Asif Hacılı. Bayatı poetikası. B., 2000[ölü keçid]
- Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı,1978. səh.153-154.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nezm erebceden herfi menada vezni qafiyesi ve redifi olan bedii eser demekdir nezm نظم soz olaraq sira tertib nizam siralanmis ve ya seir anlamina gelir Nezm eserlerinin ozunun de oz murekkeb daxili ve ritmik struktur qanunauygunluqlari var Nezm numuneleri xalq yaradiciligi ve edebiyyat olmaqla olduqca genis bir areali ehate edir Lap qedimden nitq yarandigi dovurlerden ov emek negmeleri oxsamalar bayatilar ve s sekilde sifahi xalq edebiyyati yaranmaga baslamisdir Sonralar nezmin bu qolu xalq ozanlari asiqlari sayesinde daha da zenginlesmis ve oz qayda qanunlari yaranmisdir Yazili edebiyyat numuneleri yarandiqdan sonra bu is daha da tekmillesmis muxtelif xalqlarin soz adamlarinin basqa basqa dillerde bedii soz senetine verdiyi tohfeler neticesinde umumi nizam qnunauygunluqlarini gozleyen bayati rubai mesnevi qezel qosma gerayli ve s novler yaranmisdir BayatiBayatinin mensece bayatlarin adi ile bagli oldugu ehtimal edilir 7 hecali 4 misradan ibaretdir 3 cu misrasi serbest qalanlari hemqafiye olur Esas fikir son iki misrada ifade edilir Bayatilar movzuca rengarenkdir Bayatilarda xalqin kederi ictimai qurulusa zulme qarsi etirazi yadelli isgalcilara nifreti azadliq ve xosbextlik arzulari ifade edilmis mehebbete ayriliga dostluga aid tesirli bayatilar soylenmisdir Xalq edebiyyatinin basqa janrlari kimi bayatilar da nesilden nesle kecerek muxtelif variantlara dusmusdur Sari Asiqin bayatilari meshurdur Bayati janrindan klassik ve muasir yazili edebiyyatda da istifade edilmisdir Bir sira turkdilli xalqlarda da bayatiya uygun seirr formalari movcuddur Buna Iraqda xoyratlari misal gostermek olar Bayatilar forma ve mezmunca mueyyen menada castuskalara yaxindir Hezin melodiya ve havalara da bayati deyilir Bezi mugam adlari Bayati Siraz Bayati kurd Bayati qacar ve s bayati sozu ile baglidir Bayati folklorun en genis yayilmis janrlarindandir Bayatilarin coxu mezmunca qemli kederli ve hezin olur Qurbet sixintisi ayriliq Veten mehebbeti ile bagli bayatilar daha coxdur Meselen Eziziyem dilen gez Bagda gulu dilen gez Qurbetde xan olunca Veteninde dilen gez Mehebbet movzusunda olan ve ictimai mezmunlu bayatilar da var Bayati dord misradan ve her misrasi yeddi hecadan ibaret seir seklidir birinci ikinci ve dorduncu misralar qafiyelenir ucuncu misra ise serbest olur I ve II misralar giris xarakteri dasiyir esas fikir son iki misrada soylenilir Bayatinin qafiye qurulusu bu sekildedir aaba Bayatilarin ilk misralari bir qayda olaraq Men asiq Men asiqem Ezizinem Elemi sozleri ile baslanir Ezizim el yoludu Bu gelen el yoludu Basimda bulud oynar Gozlerim sel yoludu Men asiq sini sini Doldur ic sini sini Mene oz yarim gerek Neylirem ozgesini Elemi yada meni Satdilar yada meni Kimim kimsenem yox Bir salsin yada meni Bayatilarin bir novu cinas bayatilardir Bele bayatilarin qafiyeleri cinas sozler uzerinde qurulur Meselen Ezizim yasemeni Dermisem yasemeni Getdin arxaya baxdin Batirdin yasa meni Burada yasemeni ve yasa meni sozleri cinasdir Birinci menada gul ikincide ise qem keder mezmunundadir Yaxud Ordubada Yol gedir Ordubada Serkerde qocaq olsa Hec vermez ordu bada Bayati janrindan yazili edebiyyatda da istifade olunmusdur Xetai ve Emaninin yaradiciliginda bayatilar diqqeti celb edir XXII esr muellifi Sari Asigin bayatilari xususile meshurdur RubaiRubai Serqde yazili edebiyyatin genis yayilmis seir janrlarindan biri Rubai birinci ikinci ve dorduncu misralari hemqafiye ucuncu misrasi ise serbest qalan dord misraliq musteqil eserdir Bezen misralarda hemqafiye olan sozlerden sonra redif de gele biler Dord misrada bitkin hem de mena ve ideyaca muhum derin felsefi bir fikir ifade etmek rubaide esas sertdir Dunya edebiyyatinda rubainin en klassik numunelerini Serqin dahi mutefekkiri Omer Xeyyam yaratmisdir Onun felsefi derinlik ve emosional terzde yazilmis rubailerinde boyuk heyat sevgisi heqiqetperestlik dini movhumata qarsi usyankarliq ve s terennum olunurdu Elimde olsaydi eger iqtidar Bu kohne feleki kokunden yixar Tezeden ele bir felek qurardim Ki her kes yasardi azad bextiyar Azerbaycan edebiyyatinin intibah merhelesinin en qudretli senetkari Mehseti Gencevi de rubai janrinda gozel senet numuneleri yaratmisdir MesneviMesnevi Serq elece de klassik Azerbaycan epik seirinde en genis yayilmis formalardan biri Mesnevi ereb sozudur menasi ikilik demekdir Mesnevi formasinda yazilmis eserlerin iki misrasi bir beyt adlanir Her beytin misralari musteqil olaraq tamamlanmis bir fikri ifade edir Mesnevinin misralari bir biri ile eyni qafiyeli olur aa bb cc cc ve s Mesnevi formasinda yazilmis eserlerde misralarin iki iki qafiyelenmesi saire oz fikirlerini serbest ve daha genis sekilde ifade etmeye imkan verir Amma bu da var ki bu misralar yeni beytler arasinda guclu fikir bagliligi olur Mesnevi formasinda yazilmis eserler hecmine gore muxtelif olur Bu movzunun ehateliyinden asili olur Azerbaycan edebiyyatinda ilk mesnevi eser yaradan XII esrin qudretli senetkari Xaqani Sirvani olmusdur Onun poemasi mesnevi formali seirin ilk ve en gozel numunesidir Nizami Gencevinin Xemse si Sah Ismayil Xetainin Dehname si On mektub Mehemmed Fuzulinin Leyli ve Mecnun u Bengu Bade si Tiryek ve serab ve s mesnevi formasinda yazilmis eserlerdir QezelQezel klassik Serq seiri novudur Qezel ereb edebiyyatinda yaranib Yazili edebiyyatda klassik janrlardan biridir Lirik novdedir Yaxin ve Orta Serq Cenub Serqi Asiya hemcinin Azerbaycan poeziyasinin en cox islenen formasidir Eruz vezninin muxtelif behrlerinde yazilir Qezel esasen 5 12 beytden ibaret olur Qezelin ilk beyti metle son beyti meqte adlanir iki misra beyt adlanir Qezelin en yaddaqalan beyti sah beyt ve ya beytul qezel adlanir Metlenin her iki misrasi hemqafiye olur Qalan beytlerin ise sonu metle ile qafiyelenir Meqtede sair texellus ve ya adini gosterir Qeyd Qazi Burhaneddin qezellerinde adini vermeyib Qezeller esasen mehebbet movzusunda olur Bundan basqa exlaqi terbiyevi ictimai siyasi felsefi tebiet movzusunda ola biler Azerbaycan sairleri Nizami Nesimi Fuzuli Saib Tebrizi Seyid Ezim Sirvani Mir Mohsun Nevvab Natevan Heseneli xan Qaradagi Sah Ismayil Xetai fars sairlerinden Sedi Hafiz Cami ozbek sairi Nevai qezelin klassik numunelerini yaratmislar Muasir Azerbaycan seirinde qezel enenelerini esasen Eliaga Vahid Suleyman Rustem davam etdirmisdir Qerb edebiyyati numayendelerinden Gote Puskin Bryusov ve b Serq movzusundaki eserlerinde qezel formasindan istifade etmisler Qurulusu barede 1 ci beyt METLE Hemqafiyeli iki misra Feleyin bir bele dovru olacagmis ne bilim Saralib bagu gulustan solacagmis ne bilim2 ci beyt ikinci misrasi hemqafiyeli Ureyim yaralanib sineme daglar cekilib Gozume qan sagilib yas dolacagmis ne bilim 3 cu beyt ikinci misrasi hemqafiyeli Bitirib bag salib bir nece guller yetirdim Uzadib desti qeza kim yolacagmis ne bilim 4 cu beyt ikinci misrasi hemqafiyeli El cekib nakesiden cerx ele nakes imis Bir mene covru cefalar qilacagmis ne bilim 5 ci beyt ikinci misrasi hemqafiyeli Asiqe naz elemek adet olub me suqe Bu qeder naz eleyib can alacagmis ne bilim 6 ci beyt ikinci misrasi hemqafiyeli Besledim zulfu dedim basima salsin saye Dolanib boyna ilantek calacagmis ne bilim 7 ci beyt ikinci misrasi hemqafiyeli Seltenet rutbesini xar tutardim sah iken Meni basdan ayaga qem saracagmis ne bilim Sonuncu 8 ci beyt MEQTE sair texellus ve ya adini gosterir Ruzigarin dolanib haleti bir ozge hala Ey Qaradagi mene qem qalacagmis ne bilim QosmaQosma asiq yaradiciliginda cox genis yayilmis janr Her bendi dord misradan her misrasi on bir hecadan ibaret seir sekline qosma deyilir 1 2 Qosma ve geraylinin qafiye sistemi eynidir Uc bes yeddi bendden ibaret olan qosmalarin birinci bendinin I ve III misralari serbest II ve IV misralari hemqafiye olur Diger bendlerin ilk uc misrasi bir birile son misrasi ise birinci bendin son misrasi ile qafiyelenir a b c b c c c b d d d b e e e b ve s Mohurbend adlanan son bendde sair oz texellusunu soyleyir Meselen Elesger elminde olma nabeled Dogru soyle sozun cixmasin qelet Sahidde iman yox beyde edalet Alimlerin duz bazarin gormedim Qosmalar daha cox mehebbet movzusunda olsa da ictimai siyasi mezmunlu qosmalara da rast gelinir Ayaqli qosma asiq musiqi seir yaradiciliginda en genis yayilmis janrlardan biri Cox vaxt bes bendden ibaret olur 3 Yazili edebiyyatda S I Xetai M P Vaqif M V Vidadi Q Zakir S E Nebati S Vurgun O Sarivelli S Rustem B Vahabzade kimi sairler qosma janrindan istifade etmisler GerayliGerayli asiq serinin genis yayilmis novlerinden biridir Her bendi dord misradan her misrasi sekkiz hecadan ibaret olan 3 5 bendlik sere gerayli deyilir Qafiye qurulusu beledir a b c b c c c b d d d b e e e b e e e b Son bendin misralarinin birinde asiq oz texellusunu soyleyir Bu bend mohurbend adlanir Gerayli formasinda yazilmis seirlerde gozellik sevgi tebiet dostluq kimi movzular coxluq teskil edir Bir gozel kecdi qarsidan Sallandi yana yeridi Kirpik caxdi ogrun baxdi Od saldi cana yeridi Birinci bendde ikinci ve dorduncu misralardaki yana ve cana sozleri hemqafiye teskil edir birinci ve ucuncu misralar ise serbest qalir Ikinci bendde durdu qurdu vurdu sozleri bir birile qana sozu ise ilk bendin son misrasi ile hemqafiye teskil edir Qalan bendlerde de bu cur qafiyelenme davam edir Sonuncu bendde asiq Elesger oduna yandi demekle oz texellusunu bildirir Istinadlar PDF 2016 03 11 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2020 01 27 Resul Rza Uzaq ellerin yaxin tohfeleri 2019 09 04 tarixinde Istifade tarixi 2020 01 27 Asif Hacili Bayati poetikasi B 2000 olu kecid Edebiyyatsunasliq terminleri lugeti Baki 1978 seh 153 154 Edebiyyat ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin