Bu məqaləni lazımdır. |
Məhsəti Gəncəvi (12 may 1089, Gəncə – təq. 1181, Gəncə) — XII əsrdə yaşamış farsdilli ədəbiyyatın ən görkəmli qadın nümayəndəsi, sufi Əxi təriqətinin üzvü. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Məhsəti Gəncəvi | |
---|---|
fars. مهستی گنجوی | |
Doğum adı | Mənicə |
Təxəllüsü | Mah-məsti |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Gəncə |
Həyat yoldaşı | Əmir Əhməd |
Fəaliyyəti | şair, müəllimə, yazıçı |
Əsərlərinin dili | fars dili |
Məhsəti Gəncəvi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur orta əsr Fars şairəsi, ilk şahmatçı qadın və çox ehtimal ki, şərqdə ilk qadın bəstəkardır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mənasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur:
Dün kaşı kuzəmi daşlara çaldım, Sərxoşdum, bilmədim əlimdən saldım, Kuzə dilə gəlib dedi ki, mən də Sənin kimi idim, bu günə qaldım. |
Həyatı
Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Bu qızın əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü və həqiqətən bu gün Taciklər arasında daha geniş yayılmış bir qadın adıdır.
.
Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (yəni, "sən hamıdan böyüksən"). Və guya "meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur. Abbasqulu ağa Bakıxanovun "Gülistani-İrəm" əsərinin "Nəticə" adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, "Məhsəti" "mah" və "səti" olmaqla iki sözdən ibərətdir və "böyük xanım" anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad "Mah" və "səti" ("Ay xanım") sözlərindən düzəlib (Nizami Gəncəvinin Məhin Banusu (Xosrov və Şirin) da bunun analoqudur).
Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, aşağıdakı şəhər və vilayətlərdə olmuşdur: Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xorasan, İraq, , Arran və s. Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və burada keçirilən ədəbi məclislərdə iştirak etmişdir. Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkmişdir: "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın." Sultan bu rübaini eşitdikdən sonra şairəni "Mə-histi" ("Ən böyük") adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul etmişdi. Məhsəti ömrünün çox hissəsini Gəncədə keçirmiş, və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından iştirak etmişdi.
Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma nüsxələri , İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən "" dastanından götürülür. Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları göstərir ki, "Dastan"ın müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi və alimi və buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və II Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir.
Qalereya
"Əmir Əhməd və Məhsəti" dastanı
Dastanın qısa məzmunu belədir: Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. O, uşağın taleyinə baxdırmaq üçün münəccimlərə müraciət edir. Ulduzlar qızın böyük gələcəyindən, xalqın rəqbət və məhəbbətini qazanacağından xəbər verir. Həmçinin məlum olur ki, qızın taleyi xərabatla (içki içilən yer, meyxana) ilə bağlı olacaqdır. Atası qızı tərbiyə olunmaq üçün məktəbə verir. On səkkiz yaşına qədər burada oxuyan qız yaxşı təhsil görür. Bundan sonra atası qızını mütəxəssislərin yanına apararaq, ona 12 muğamı və bunların 24 şöbəsini öyrətmələrini xahiş edir. O, həmçinin xahiş edir ki, musiqiçilər qıza cəng, ud və bərbəd alətlərində çalmağı öyrətsinlər. Camaat heyrətlə ondan soruşur: "Bu necə olan şeydir? Sən əvvəl qızına yaxşı təhsil verir, ona Quranı öyrədirsən, sonra isə onu rəqqasəliyə hazırlayırsan? Yoxsa sən istəyirsən ki, qızın azğın və əxlaqsız olsun?" Ata cavab verir ki, əgər onun alnında xərabata düşmək varsa, qoy buna da hazır olsun. Atasının vəfatından sonra Məhsəti Gəncəyə köçür və Xərabat məhəlləsində yaşayır.
Dastandan da göründüyü kimi, artıq 20 yaşında Məhsəti öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində nüfuz və rəğbət qazanmışdı. Xərabatda Məhsətinin səsini dinləmək üçün uzaqdan-yaxından həm əyanlar, həm də tacirlər Gəncəyə gəlirdi. Dastanda Gəncə şahı adlandırılan şəhər hakimi də Məhsətinin səsinin vurğunu idi.
Onu tez-tez saraya dəvət edirdilər. Növbəti ziyafətlərin birində şah sabahkı görüşün şərtlərini söyləyir: gecikən cərimə olaraq üç buynuz şərab içməlidir. İş elə gətirir ki, Məhsəti gecikəsi olur. O, şərtə tabe olaraq, dalbadal iki iri buynuzu doldurub içir. Sonra üçüncü buynuzu doldurur, üzünü şaha tərəf tutub bədahətən şerlə ona müraciət edir ki, ey şah, mən öküz deyiləm və buynuz mənə yaraşmaz. Ancaq əgər mən hətta öküz olsaydım belə, iki buynuz bəsim idi. Bu şer şahın o qədər xoşuna gəlir ki, qiymətli daş-qaşla bəzədilmiş bu buynuzu şairəyə bağışlayır.
Uzun illərin intizarından sonra nəhayət, Gəncə xətibinin bir oğlu olur. Uşağın adını Əmir Əhməd qoyurlar. Onu körpəliyindən tərbiyəçiyə verir, dörd yaşından isə məktəbə göndərirlər. Əmir Əhməd özünü olduqca bacarıqlı və istedadlı bir uşaq kimi özünü göstərir və doğma şəhərindən bircə addım aralanmasa da, onun kamalının şöhrəti uzaqlara yayılır. Bir dəfə Əmir Əhməd yuxusunda görür ki, cənnətə düşüb və bir huri şərab dolu piyalə ilə onu qarşılayır. Əmir Əhməd şərabı nuş edir və həmin andan o hurinin gözəlliyi ilə məst olur. Səhər atası görür ki, Əmir Əhməd pərişandır. Onun qüssəsini dağıtmaqdan ötrü 400 atlı götürüb, Gəncəni gəzməsinə icazə verir. Əmir Əhməd məhəllələrin birindən keçəndə musiqi sədaları eşidir və öyrənir ki, bura Xərabatdır. Oradakı meyxanələrdən birində dörd mütəkkənin üstündə uzanmış bir qız görür. Bu, Məhsəti Gəncəvi idi. Əmir onun yuxuda gördüyü huri olduğunu kəsdirir. Gənclər bir-birinə aşiq olur və rübailərlə şerləşirlər.
Həmin gecə yatmazdan əvvəl oğlunun Quran əvəzinə rübailər oxuduğunu görən Xətib bərk təəccüblənir. Xərabatdan qayıtmış oğlunun davranışı onu narahat edir. Xətib hətta onu həkimə də göstərir, sonra isə evləndirmək qərarına gəlir. Lakin heç nəyin xeyri yoxdur. Əmir Əhməd dediyindən dönmür və təkbaşına Xərabata, Məhsətinin yanına gedir. Məhsətinin anası onun kimin oğlu olduqunu biləndə xoşagəlməz hadisə baş verəcəyindən qorxub, onu evlərinə göndərməyi xahiş edir. Cavanlarsa, onun sözlərinə məhəl qoymurlar. Xətib oğlunu geri qaytarmaq istəyir və hətta Gəncə şahına şikayət də edir, lakin oğlan ipə-sapa yatmır. Belə olduqda atası Əmir Əhmədin ardınca öz adamlarını göndərir. Onlar onu tutub zindana atırlar. Üç gün – üç gecə atasının əxlaqa dair nəsihətlərini dinlədikdən sonra Əmir Əhməd onun dediklərinə razı olduğunu bildirir və azadlığa çıxır. Xətib sevindiyindən zəngin bir ziyafət düzəldir. Ziyafət başa çatandan və qonaqlar dağılışandan sonra isə Əmir Əhməd baş götürüb, yenə Xərabat tərəfə gedir.
Əmir Əhməd Məhsətini burada 40 incəbel qızın əhatəsində görür. Onlar ney, çəng, dəf çalır, oxuyur, rəqs edirdilər. Məhsəti musiqi dərsi keçirdi. Burada o artıq qarşımızda başqa görkəmdədir-nəinki şer yazır, oxuyur, bir çox alətlərdə çalır, həmçinin musiqi və rəqs dərsləri də keçə bilir.
O dövrün musiqi sənəti və musiqi mühiti ilə tanışlıq üçün dastanda Gəncə şahının Məhsətinin şərəfinə verdiyi ziyafətin təsviri də maraqlıdır. Burada musiqi bir qayda olaraq, cəngdə, udda, bərbəddə, əbrişimdə, neydə və tənburda ifa olunur.
Daha sonra biz dastandan Məhsətinin Gəncədə ən güclü şahmat ustası olduğunu öyrənirik. Həmin qəbulda Gəncə şahı Məhsəti ilə şahmatda da gücünü sınayır. Başqa bir yerdə şahın Əmir Əhmədlə mərc gələrək, min dinardan şahmat oynaması göstərilir. Əmir Əhməd qələbə çalır və şah borcunu qızıl pulla ödəyir. Bir dəfə Məhsətini yenə saraya, Gəncə şahının hüzuruna çağırırlar. Nəyə görəsə qəzəblənmiş hökmdar əmr edir ki, Məhsətini öküz dərisinə bürüyüb, zindana atsınlar. Ancaq altı gündən sonra yerli əyanların xahişi ilə şairəni zindandan çıxarırlar və o, qəzəblə şahı ifşa edən şerlər söyləyir.
Başqa bir yerdə qış ovu zamanı şairənin Gəncə şahına qar haqqında bədahətən şer söylədiyi göstərilir. Bu şerin məzmunu haqda yuxarıda bəhs edilib. Şerin gözəlliyindən vəcdə gələn şah şairəyə at bağışlayır. Lakin müstəbid şah tələb edir ki, sevgililər ayrılsınlar və Məhsəti köçüb biryolluq sarayda yaşasın. Məhsəti Əmir Əhmədə təklif edir ki, Bəlx şəhərinə qaçsınlar. Əvvəlcə şairə özü oraya gedir. Onun gəlişi şərəfinə Bəlxin və bütün Xorasanın şairləri buraya yığışır. Şer yarışı başlanır. Məhsəti poetik tapmaca (bağlama) söyləyir. Heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl bir şerlə söyləyir. Hamı anlayır ki, onların qarşısındakı şəxs Əmir Əhmədddir.
Dastanın sonunda bildirilir ki, sevgililər doğma Gəncəyə qayıdır, öz nigahlarını rəsmi şəkildə bağlayırlar və bu nigahdan onların iki övladı olur.
Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi olur. Sonra o özü də rəhmətə gedir. Məhsəti Əmir Əhmədin ölümünə o qədər göz yaşı tökür ki, axırda gözləri tutulur. Şairə öz sevgilisindən sonra cəmisi iki il yaşaya bilir.
Dastanda onun Nizami Gəncəvinin yanında basdırıldığı göstərilir. Doğrudan da 1923-cü ildə Nizaminin məzarı Şah Abbas məscidində basdırılmaqdan ötrü çıxarılarkən onun yanında bir qadın cəsədi də tapılmışdır. Akademik Həmid Araslı bu iki dahi şəxsin yaşadığı tarixləri uzlaşdırmaq qeyri-mümkün olsa belə, onların tanışlığını istisna etmir. O hətta Nizaminin bir şerini də misal gətirərək, bu misraların Məhsətiyə ithaf olunduğunu ehtimal edir:
Sənin sənətin musiqi çalmaqdırsa, Mən zil və bəm səsləri dinləmək istəyirəm Sürməli kipriklərini yana dartma Bir ox at, gözləyirəm Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır, Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm. Görürəm, əbəs yerə uğura ümid bağlamışam, Mən son nəfəsimlə səni çağırıram. Nizami öz canını sənə bağışlayır Qəbul et, nəcə ki, mən iztirabları qabul edirəm.
Dastan olduqca əyləndirici bir dillə yazılmışdır. Onun dildən-dilə keçən hər bir hekayəti maraqlıdır. Ancaq burada deyilənlərin hamısı inandırıcı da deyil. Oxucu sanki nəyinsə axıracan deyilmədiyini hiss edir. Belə bir təəssürat da yaranır ki, müəllif bir sıra tərcümeyi-hal faktlarını bilərəkdən gizlədir, bunun əvəzində isə yalnız həmin dövrdə yaşayanların anlayacağı işarələrlə danışır.
Doğrudan da o zaman bir ilahiyyatçının nə vaxtsa Xarabata düşərsə, hazırlıqlı olması fikri ilə öz qızını musiqi və rəqs dərslərinə göndərməsi inandırıcı səslənmir. Eyni sözləri xətib oğlu Əmir Əhməd barədə də söyləmək olar. Yüksək ilahiyyat təhsili alan bu gənc Məhsətinin ardınca meyxanaları gəzir. Sultan Səncərin sarayında hörmət-izzət yiyəsi olan məşhur bir şairənin gənc yun əyiricilərinə, papaqçılara, çörəkçilərə, dərzilərə, qəssablara, zərgərlərə və digər saysız-hesabsız sənətkarlara elani-eşq etməsinə inanmaq isə daha çətindir. Suallar bir-birini əvəz edir.
Lakin əgər Məhsətinin hansısa sufi təriqətinin üzvü olduğunu və onun tərcümeyi-halının da məcazlar örtüyünə büründüyünü qəbul etsək, hər şey aydınlaşar və öz yerini alar. Məlumdur ki, sufilər ortodoksal müsəlman xadimlərinin təqiblərindən qorunmaq məqsədilə öz sözlərini çox zaman məcazi dillə söyləmişlər.
Sufilər belə hesab edirdilər ki, insan həyatının ali məqsədi Allaha məhəbbət olmalıdır. Allaha mistik məhəbbət vasitəsilə müəyyən vəziyyətdə-ekstazda (hal) ona qovuşmaq, sonra isə onda ərimək də mümkündür. Bu hala çatmaq isə yalnız mütəmadi məşğələlər keçmiş, sufi şerlərini ritmik musiqi altında dinləmiş (bəzən rəqslərlə də müşayiət olunan bu mərasimi "səma" adlandırırdılar) təriqət nümayəndəsinə nəsib ola bilərdi. Akademik yazdığına görə, bu şerlər erotik səciyyəli dünyəvi məzmuna, habelə xüsusi terminologiya ilə qələmə alınan sırf sufi məzmuna malik ola bilərdi. Hər iki halda bu şerlər "ekstaz halına düşməyi asanlaşdıran stimul rolunu oynamalı idi". Sırf sufi şerlərində Allahın dərkinə göstərilən əhdlər məhəbbətlə eyniləşdirilir, Allahın özü dost, yar adlandırılır. Sufi ya aşiqə, yaxud rində (əyyaşa) bənzədilir. Həmin terminologiyaya görə, sufinin ekstaz vəziyyəti meylə sərməst olmaq, təriqət nümayəndələrinin cəmləşdikləri yersə xarabət, meyxanə adlandırılır. Sufilərin əksəriyyəti məscid əvəzinə öz toplantılarına gedir, hədislər oxumağı xərabatda şerlər dinləmək, şərqilər söyləmək və rəqs etməklə əvəzləyirlər. Londonda sufi Nemətullahilər cərəyanının əsasını qoymuş doktor Cavad Nurbəxş "xərabat" sözünü "Town of Ruins" şəklində tərcümə edərək, bu anlayış altında sufilərin toplandıqları yeri nəzərdə tutur. O, yazır ki, bütün bu təmizlənmə mərhələlərini keçən sufi Kamil İnsana çevrilir və həqiqətin astanasına çatır: "Həqiqət məqamına bu səyahəti "Ruhaniyyat Universiteti"ndə, Xərabatda təhsil almaqla eyniləşdirmək olar. Bu həqiqi "ali təhsil mərkəzi"ndə professorlar yoxdur və yeganə müəllim Mütləq Müqəddəs və Kamil Eşqdir. Burada yeganə ustad da Eşqdir, dərslikləri də Eşq əvəz edir, Kamil İnsanın özü də Eşqdir." Bunları bildikdən sonra anlaşılır ki, ruhani ata öz qızı Məhsətini necə bu xərabata göndərmişdir. Bunlardan xəbərdar olmayan oxucu misal üçün, sufi şairəsi (vəf. 801) ehtiraslı eşqi və şərab məclisini tərənnüm eləyən şerində Allaha müraciəti necə anlaya bilərdi?
Mən öz qəlbimdə səni həmsöhbət etmişəm, Cismimi isə istəyənlərə bəxş etmişəm. Cismim onun ixtiyarındadır Qəlbim isə Ürək həmdəmimin.
Yaxud da adlı şairin misralarını götürək:
İlahi! O gözəl dosta yetmək üçün mənə yol aç, Rəvac ver ki, iniltilərim ona çatsın. Qoy hicran günlərində əğyarla olan rəfiqim Yenidən mənə gəlsin, mən də ona qovuşum.
Xərabatın sənətkar məhəlləsi kimi təsvir olunmasına və Məhsətinin öz şerlərində Yara-Allaha deyil, müxtəlif sənət sahibi olan (dərzi, zərgər, papaqçı və s.) gənc sənətkarlara eşq elan etməsinə gəlincə, bu faktlar şairənin hansısa sənətkarlar məktəbinə mənsubluğundan və mümkündür ki, orada qəbul edilmiş məxsusi simvolikadan xəbər verir.
Belə məktəblərdən biri Nizaminin də daxil olduqu türk təşkilatı idi ki, sufilərə yaxınlığı ilə məşhurdur. Ərəb səyyahı İbn Bətutə əxilər barədə yazır: "Onlar bütün türkmən və Rum vilayətlərində, hər kənddə, hər şəhərdə yaşayırdılar. Və dünyada qəriblərə onlar qədər can yandıran, acları doyurmaq üçün onlar qədər çalışan, ehtiyac çəkənlərin dərdinə onlar qədər qalan, zalımların əllərini kəsən, hərbi rəhbərlər arasında zülmə yol verənləri öldürən adamlar tapmaq mümkün deyil. Gənclər, subaylar və tənha adamlar arasından öz adamlarını seçən şəxslərə deyirlər."
Əgər erkən sufizm əsas etibarilə binəsiblərin rəğbətini qazanmışdısa, feodal ziyalıları da bu təriqətin azad düşüncə təlqin edən fəlsəfəsi cəlb edirdi."Dastan"da həmin proses Məhsəti və Əmir Əhmədin xərabata gəlişi ilə ifadə edilir. Maraqlıdır ki, Əmir Əhmədin də xərabata gəlişi Məhsətininki kimi fövqəltəbii qüvvələr tərəfindən müəyyənləşdirilir. Onların birinə bu tale münəccim vasitəsilə bildirilirsə, o birinə yuxuda ikən mələklər tərəfindən buta (Dəhnamədə Şah İsmayılın prototipi olan obraza-aşiqə yuxuda buta verilməsi kimi) verilir. Digər bir epizodda onun xərabata gəlişi məhz taleyin hökmündən başqa bir şey olmadığını göstərir. Atası ilə mübahisə edən Əmir Əhməd onunla şərt kəsir ki, onu əli-qolu bağlı heç vaxt xərabat yolunu getməmiş, həmişə onu mədrəsə və məscidə aparmış dəvəyə mindirsinlər. Əgər dəvə məscidə tərəf getsə, Əmir Əhməd xərabatdan üz çevirəcək, yox, xərabata tərəf üz tutsa, dəvəni satacaq və bu pula xərabatda məclis quracaqdır. Dəvə xərabata tərəf yönəlir. Əmir Əhməd dəvəni satdığı qızıl pullara sufi məclisi qurur. Həmin epizodda sufilərin dindarlarla apardıqları əbədi mübahisə öz əksini tapır-əsl müsəlman hara üz tutmalıdır – məscidə, yoxsa xərabata (sufi məclisinə)?
Füzuli yazırdı: "Məscidə gedib, namaz əhlinin xəlqə etdiyi moizələrə qulaq asmaq istəmirəm. Yaxşısı budur ki, xərabata, meyxanaya gedim, orada saqini tapa bilərəm." Yaxud:
Zahid, meyi-nabdəndir ikrah qələt!
sən xah səhih tut, xah qələt. Məscidlərə girdiğim degil rəğbətdən Sərməstligimdən eylərəm rah qələt.
Digər Azərbaycan şairi, sufi fəlsəfəsi ilə məşğul olan Həbibi xərabatı özünün dostu, könül bağçasının çiçəyi, ruhu adlandırır, Xarabatdan xahiş edir ki, "bir qədəh şərabla onu sərməst etsin", "vüsala qovuşdursun". Xərabatın adi bir mey evi, sənətkar məhəlləsi deyil, sufilər məclisi olması Dastanın başqa bir epizodu ilə də təsdiq edilir. Əmir Əhmədi xərabatdan qaytarmaqdan ötrü onun əsilzadə əmisi Pir Osman gəlir. Əmir Əhməd şərt qoyur ki, əgər əmisi bir cam şərab içərsə, o, xərabatı tərk edəcək. Məcbur qalıb bir camı içən Pir Osman artıq özünü saxlaya bilmir, ikinci, üçüncünü də içir və xərabatı məst halda tərk edir. Bundan sonra onu tanımaq mümkün deyil. O, xərabatın daimi sakininə çevrilir. Şübhə yoxdur ki, burada Pir Osmanın sufi görüşləri təsvir edilir, bu, məstlik məhz mənəvi mahiyyət daşıdığından, dastanda sərməst olmaq deyildikdə ruhi ekstaz nəzərdə tutulur. Ömər Xəyyamı xatırlayaq:
Mənə elə gəlirdi ki, namaz və orucda Bütün günahlardan xilas olmaq yolunu tapmışam. Lakin təsadüfən vüzu etməyi unutdum Bir qətrə şərab içdim və orucum batil oldu.
Əmir Əhmədə bəslənən sevgi əbədi eşqin ən yüksək pilləsidir. Şairəyə görə, bu eşq əbədi məhəbbətin meyarıdır. Ancaq onun nəzərində bundan da ülvi bir sevgi mövcuddur. Bu – dost, yar, dərviş, fəqir, qəssab, yaxud əxi təriqətinə mənsub digər gənc sənətkar obrazlarının şəxsində rəmzləşən ilahi məhəbbətdir. Şairənin özünün də qeyd etdiyi kimi, bu, "xətib oğluna bəslənən məhəbbətdən iki min mərtəbə artıqdır", xüsusilə də bəndəni Allaha yaxınlaşdıran "sərməst (ekstaz) vəziyyətdə'. Dastanın sonu da tipik sufi səciyyə daşıyır. Məhsəti öz yarının ölümünə o qədər göz yaşı tökür ki, kor olur və ölür. Ehtimal olunur ki, onu zəmanəsinin dahi şairi və böyük şeyxi Nizami Gəncəvinin yanında dəfn edirlər. Məhsətinin sufi təriqətinə mənsubiyyətinə dair birbaşa mənbələr yoxdur, onun əksər şerləri isə o qədər təbii və realistcəsinə yazılmışdır ki, hətta nə qədər istəsən də onlarda hansısa gizli mənalar tapmaq mümkün deyil. Bəzən isə şairə özünün sufizmə aidliyi barədə az qala açıq işarələr vurur:
Bir əlimizdə qədəh, birində Quran Gah ayıq oluruq, gah sərxoş. Biz bu fani dünyada kimik?
Kafir deyilik, amma həqiqi müsəlman da deyilik.
Azad məhəbbətə, şərab və rəqs məclislərinə çağırış, xüsusilə də bu çağırışın qadın dilindən eşidilməsi dinin ictimai həyatın bütün sahələrində hökmranlıq sürdüyü həmin dövrlərdə hətta özünün sufi anlamında belə hakim dini ehkamlara və dövlətin şəxsiyyət azadlığına göstərdiyi təzyiq siyasətinə qarşı gizli bir etiraz da sayıla bilərdi.
Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şerləri Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynamışdır. Bir çox tədqiqatçılar Məhsətinin rübailərini Ömər Xəyyam məktəbinə aid edirlər. Buna baxmayaraq, çağdaş ədəbiyyatşünasların əksəriyyətinin fikrincə, şairə əsası Qətran Təbrizi və tərəfindən qoyulmuş Azərbaycan şeir məktəbinin ənənələrindən bəhrələnmişdir.
Məhsəti Gəncəvi incəsənətdə
- Ərtoğrul Cavid — yarımçıq qalan "Məhsəti" operası
- Kəmalə Ağayeva — "Məhsəti" pyesi (1964)
- Məmmədhüseyn Təhmasib — "Rübailər aləmində" teatr tamaşası (1968)
- Məhsəti xanımın tərcümeyi-halında qəti müəyyənləşmiş səhifələr olduqca azdır. Şairənin yaradıcılığı və həyatı ilə bağlı faktlar Rəfael Hüseynovun şairəyə böyük məhəbbətlə və yüksək peşəkar ustalıqla qələmə aldığı "Məhsəti necə varsa" kitabında toplanmışdır.
Mənbə
- Deutsche Nationalbibliothek Record #142467340 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Swartz A. Mahsatī Dabīr // Open Library (ing.). 2007.
- "PROPOSALS FOR THE CELEBRATIONS OF ANNIVERSARIES WITH WHICH UNESCO COULD BE ASSOCIATED IN 2012–2013, AND APPEALS BY MEMBER STATES CONCERNING THEIR PROPOSALS". 2013-11-14 tarixində . İstifadə tarixi: 2013-04-10.
- "Seyid Yəhya Bakuviyə həsr edilmiş tədbir keçirib". 2023-08-03 tarixində . İstifadə tarixi: 2013-04-10.
- """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində . İstifadə tarixi: 2019-05-13.
- Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu. Ə. N. Mikayılova.Onomastik vahidlərin üslubi imkanları 2010-11-19 at the Wayback Machine. (ХIХ əsrin ikinci yarısında yaranmış nəsr əsərlərinin materialları əsasında linqvistik tədqiqat). "Memar Nəşriyyat–Poliqrafiya" MMC, Bakı, 2008, 302 s.
- "Видади Гафарлы — Мехсети Гянджеви на азербайджанской сцене". 2021-08-03 tarixində . İstifadə tarixi: 2014-03-09.
Həmçinin bax
Xarici keçidlər
- Məhsəti Gəncəvi. Rübailər. Bakı: "Lider" nəşriyyat, 2004.
- Azərbaycan tarixində iz qoyan qadınlar — SİYAHI 2016-03-11 at the Wayback Machine
Video
- KəpəzTV-də Məhsəti Gəncəviyə həsr olunmuş veriliş 2014-07-03 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu adin diger istifade formalari ucun bax Gencevi Mehseti Gencevi 12 may 1089 Gence teq 1181 Gence XII esrde yasamis farsdilli edebiyyatin en gorkemli qadin numayendesi sufi Exi teriqetinin uzvu 2013 cu ilde UNESCO nun Bas Konfransinin 36 ci sessiyasinda Mehseti Gencevinin 900 illik yubileyinin dunya seviyyesinde qeyd edilmesi haqqinda qerar qebul edilib Mehseti Gencevifars مهستی گنجوی Dogum adi MeniceTexellusu Mah mestiDogum tarixi 12 may 1089Dogum yeri GenceVefat tarixi 15 iyun 1160 71 yasinda Vefat yeri GenceHeyat yoldasi Emir EhmedFealiyyeti sair muellime yaziciEserlerinin dili fars diliMehseti Gencevi Vikimenbede Vikianbarda elaqeli mediafayllar Azerbaycan Respublikasi Nazirler Kabinetinin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari ile Mehseti Gencevi Azerbaycan Respublikasinda eserleri dovlet varidati elan edilen muelliflerin siyahisina daxil edilmisdir XI esrin sonlari XII esrin evvellerinde yasamis muselman intibahinin parlaq numayendesi olmaqla oz serlerinde senetkar sair mugenni ve mutrib obrazlarini terennum eden yeni seher peziyasinin temsilcisi idi Mehseti her seyde birincilik qazanmisdir O ilk meshur orta esr Fars sairesi ilk sahmatci qadin ve cox ehtimal ki serqde ilk qadin bestekardir Onun tercumeyi hali revayetler ve muemmalar halesine burunub sairenin heyati barede melum olan faktlarsa her halda hemin dovrun muselman cemiyyetinin anlayisinda hedden artiq qeyri adiliyi ile ferqlenir Elbet ki eger bu faktlara sozun heqiqi menasinda yanasilarsa Revayetlere esasen o Gencenin Xerabat mehellesinde yasamis vaxtini qonaqliqlarda musiqi ve reqs meclislerinde kecirmisdir Onun serlerinde serab ve esq duygusu terennum olunur Sairenin eserleri icerisinde Gencenin Xerabat mehellesinde yasayan genc senetkarlara derzilere eyiricilere qizilaxtaranlara ve basqalarina hesr etdiyi serler silsilesi daha cox meshurdur Dun kasi kuzemi daslara caldim Serxosdum bilmedim elimden saldim Kuze dile gelib dedi ki men de Senin kimi idim bu gune qaldim Heyati2013 cu ilin poct markasi Mehseti Gencevi teqriben 1089 cu ilde Gence seherinde dogulmus ve omrunun sonuna qeder burada yasamisdir Bu qizin esl adi Menice idi Mehseti adini ise ozune edebi texellus kimi goturmusdu ve heqiqeten bu gun Tacikler arasinda daha genis yayilmis bir qadin adidir Hemin texellusun menseyi barede bir nece revayet vardir Bunlardan birinde deyilir ki guya Sultan Sencerle sohbetlerinden birinde Menice oz muhitinde hamidan kicik ve gorunmez oldugunu soyleyir Sultan ise onunla razilasmayib deyir ki to meh hesti yeni sen hamidan boyuksen Ve guya meh hesti mehseti ye cevrilib onun texellusu olur Abbasqulu aga Bakixanovun Gulistani Irem eserinin Netice adlanan hissesinde ireli surulmus ferziyyeye gore Mehseti mah ve seti olmaqla iki sozden iberetdir ve boyuk xanim anlamina gelir Nehayet basqa bir ehtimala esasen bu ad Mah ve seti Ay xanim sozlerinden duzelib Nizami Gencevinin Mehin Banusu Xosrov ve Sirin da bunun analoqudur Mehseti yaxsi tehsil almis ve eserlerinden de gorunduyu kimi asagidaki seher ve vilayetlerde olmusdur Rum Merv Belx Nisapur Herat Gence Xorasan Iraq Arran ve s Bir muddet o boyuk Sultan Sencerin sarayinda yasamis onun qebullarinda ve burada kecirilen edebi meclislerde istirak etmisdir Deyilenlere gore Sultan Sencerin diqqetini onun gozlenilmeden yagan qar haqqinda bedaheten soylediyi bir rubai cekmisdir Goyler sene gumusu xalca gonderib ki atinin nali bulanmasin Sultan bu rubaini esitdikden sonra saireni Me histi En boyuk adi ile mukafatlandirmis ve onu oz yaxin ehatesine qebul etmisdi Mehseti omrunun cox hissesini Gencede kecirmis ve onun oglu Sultan Mahmudun saray heyatinda yaxindan istirak etmisdi Boyuk sairenin heyati barede melumatlar esasen elyazma nusxeleri Istanbulda ve Londonda saxlanan XIII esre aid edilen dastanindan goturulur Azerbaycan edebiyyatsunaslarinin son tedqiqatlari gosterir ki Dastan in muellifi XIII esrde yasamis Azerbaycan sairi ve alimi ve buradaki qehremanlar o cumleden sair Emir Ehmed Gence sahi Sultan Mehemmed ve II Gence sahi Sultan Mahmud real sexsiyyetlerdir QalereyaGencede Mehseti Gencevi heykeliGencede Mehseti Gencevi merkezinde sergilenen triptixSairenin Gencede Mehseti Gencevi merkezinde sergilenen portretiSairenin Gencede Mehseti Gencevi merkezinde sergilenen bustuSairenin Hacikend qesebesindeki Selefler xelefler parki ndaki bustu Heykelteras Asef Hesenov Emir Ehmed ve Mehseti dastaniDastanin qisa mezmunu beledir Belx seherinde yasayan bir ilahiyyat aliminin qizi olur O usagin taleyine baxdirmaq ucun muneccimlere muraciet edir Ulduzlar qizin boyuk geleceyinden xalqin reqbet ve mehebbetini qazanacagindan xeber verir Hemcinin melum olur ki qizin taleyi xerabatla icki icilen yer meyxana ile bagli olacaqdir Atasi qizi terbiye olunmaq ucun mektebe verir On sekkiz yasina qeder burada oxuyan qiz yaxsi tehsil gorur Bundan sonra atasi qizini mutexessislerin yanina apararaq ona 12 mugami ve bunlarin 24 sobesini oyretmelerini xahis edir O hemcinin xahis edir ki musiqiciler qiza ceng ud ve berbed aletlerinde calmagi oyretsinler Camaat heyretle ondan sorusur Bu nece olan seydir Sen evvel qizina yaxsi tehsil verir ona Qurani oyredirsen sonra ise onu reqqaseliye hazirlayirsan Yoxsa sen isteyirsen ki qizin azgin ve exlaqsiz olsun Ata cavab verir ki eger onun alninda xerabata dusmek varsa qoy buna da hazir olsun Atasinin vefatindan sonra Mehseti Genceye kocur ve Xerabat mehellesinde yasayir Dastandan da gorunduyu kimi artiq 20 yasinda Mehseti oz savadi gozelliyi melahetli sesi ve poetik istedadi ile muselman dunyasinin bir cox olkelerinde nufuz ve regbet qazanmisdi Xerabatda Mehsetinin sesini dinlemek ucun uzaqdan yaxindan hem eyanlar hem de tacirler Genceye gelirdi Dastanda Gence sahi adlandirilan seher hakimi de Mehsetinin sesinin vurgunu idi Onu tez tez saraya devet edirdiler Novbeti ziyafetlerin birinde sah sabahki gorusun sertlerini soyleyir geciken cerime olaraq uc buynuz serab icmelidir Is ele getirir ki Mehseti gecikesi olur O serte tabe olaraq dalbadal iki iri buynuzu doldurub icir Sonra ucuncu buynuzu doldurur uzunu saha teref tutub bedaheten serle ona muraciet edir ki ey sah men okuz deyilem ve buynuz mene yarasmaz Ancaq eger men hetta okuz olsaydim bele iki buynuz besim idi Bu ser sahin o qeder xosuna gelir ki qiymetli das qasla bezedilmis bu buynuzu saireye bagislayir Uzun illerin intizarindan sonra nehayet Gence xetibinin bir oglu olur Usagin adini Emir Ehmed qoyurlar Onu korpeliyinden terbiyeciye verir dord yasindan ise mektebe gonderirler Emir Ehmed ozunu olduqca bacariqli ve istedadli bir usaq kimi ozunu gosterir ve dogma seherinden birce addim aralanmasa da onun kamalinin sohreti uzaqlara yayilir Bir defe Emir Ehmed yuxusunda gorur ki cennete dusub ve bir huri serab dolu piyale ile onu qarsilayir Emir Ehmed serabi nus edir ve hemin andan o hurinin gozelliyi ile mest olur Seher atasi gorur ki Emir Ehmed perisandir Onun qussesini dagitmaqdan otru 400 atli goturub Genceni gezmesine icaze verir Emir Ehmed mehellelerin birinden kecende musiqi sedalari esidir ve oyrenir ki bura Xerabatdir Oradaki meyxanelerden birinde dord mutekkenin ustunde uzanmis bir qiz gorur Bu Mehseti Gencevi idi Emir onun yuxuda gorduyu huri oldugunu kesdirir Gencler bir birine asiq olur ve rubailerle serlesirler Hemin gece yatmazdan evvel oglunun Quran evezine rubailer oxudugunu goren Xetib berk teeccublenir Xerabatdan qayitmis oglunun davranisi onu narahat edir Xetib hetta onu hekime de gosterir sonra ise evlendirmek qerarina gelir Lakin hec neyin xeyri yoxdur Emir Ehmed dediyinden donmur ve tekbasina Xerabata Mehsetinin yanina gedir Mehsetinin anasi onun kimin oglu olduqunu bilende xosagelmez hadise bas vereceyinden qorxub onu evlerine gondermeyi xahis edir Cavanlarsa onun sozlerine mehel qoymurlar Xetib oglunu geri qaytarmaq isteyir ve hetta Gence sahina sikayet de edir lakin oglan ipe sapa yatmir Bele olduqda atasi Emir Ehmedin ardinca oz adamlarini gonderir Onlar onu tutub zindana atirlar Uc gun uc gece atasinin exlaqa dair nesihetlerini dinledikden sonra Emir Ehmed onun dediklerine razi oldugunu bildirir ve azadliga cixir Xetib sevindiyinden zengin bir ziyafet duzeldir Ziyafet basa catandan ve qonaqlar dagilisandan sonra ise Emir Ehmed bas goturub yene Xerabat terefe gedir Emir Ehmed Mehsetini burada 40 incebel qizin ehatesinde gorur Onlar ney ceng def calir oxuyur reqs edirdiler Mehseti musiqi dersi kecirdi Burada o artiq qarsimizda basqa gorkemdedir neinki ser yazir oxuyur bir cox aletlerde calir hemcinin musiqi ve reqs dersleri de kece bilir O dovrun musiqi seneti ve musiqi muhiti ile tanisliq ucun dastanda Gence sahinin Mehsetinin serefine verdiyi ziyafetin tesviri de maraqlidir Burada musiqi bir qayda olaraq cengde udda berbedde ebrisimde neyde ve tenburda ifa olunur Daha sonra biz dastandan Mehsetinin Gencede en guclu sahmat ustasi oldugunu oyrenirik Hemin qebulda Gence sahi Mehseti ile sahmatda da gucunu sinayir Basqa bir yerde sahin Emir Ehmedle merc gelerek min dinardan sahmat oynamasi gosterilir Emir Ehmed qelebe calir ve sah borcunu qizil pulla odeyir Bir defe Mehsetini yene saraya Gence sahinin huzuruna cagirirlar Neye gorese qezeblenmis hokmdar emr edir ki Mehsetini okuz derisine buruyub zindana atsinlar Ancaq alti gunden sonra yerli eyanlarin xahisi ile saireni zindandan cixarirlar ve o qezeble sahi ifsa eden serler soyleyir Basqa bir yerde qis ovu zamani sairenin Gence sahina qar haqqinda bedaheten ser soylediyi gosterilir Bu serin mezmunu haqda yuxarida behs edilib Serin gozelliyinden vecde gelen sah saireye at bagislayir Lakin mustebid sah teleb edir ki sevgililer ayrilsinlar ve Mehseti kocub biryolluq sarayda yasasin Mehseti Emir Ehmede teklif edir ki Belx seherine qacsinlar Evvelce saire ozu oraya gedir Onun gelisi serefine Belxin ve butun Xorasanin sairleri buraya yigisir Ser yarisi baslanir Mehseti poetik tapmaca baglama soyleyir Hec kim onu aca bilmir Yarisin bu yerinde hec kimin tanimadigi bir sexs peyda olur ve tapmacanin cavabini gozel bir serle soyleyir Hami anlayir ki onlarin qarsisindaki sexs Emir Ehmedddir Dastanin sonunda bildirilir ki sevgililer dogma Genceye qayidir oz nigahlarini resmi sekilde baglayirlar ve bu nigahdan onlarin iki ovladi olur Atasi oldukden sonra Emir Ehmed Gencenin xetibi olur Sonra o ozu de rehmete gedir Mehseti Emir Ehmedin olumune o qeder goz yasi tokur ki axirda gozleri tutulur Saire oz sevgilisinden sonra cemisi iki il yasaya bilir Dastanda onun Nizami Gencevinin yaninda basdirildigi gosterilir Dogrudan da 1923 cu ilde Nizaminin mezari Sah Abbas mescidinde basdirilmaqdan otru cixarilarken onun yaninda bir qadin cesedi de tapilmisdir Akademik Hemid Arasli bu iki dahi sexsin yasadigi tarixleri uzlasdirmaq qeyri mumkun olsa bele onlarin tanisligini istisna etmir O hetta Nizaminin bir serini de misal getirerek bu misralarin Mehsetiye ithaf olundugunu ehtimal edir Senin senetin musiqi calmaqdirsa Men zil ve bem sesleri dinlemek isteyirem Surmeli kipriklerini yana dartma Bir ox at gozleyirem Bilirsen ki sensiz yasamaga qudretim catmir Eger heyatimi isteyirsense al sene verirem Gorurem ebes yere ugura umid baglamisam Men son nefesimle seni cagiriram Nizami oz canini sene bagislayir Qebul et nece ki men iztirablari qabul edirem Dastan olduqca eylendirici bir dille yazilmisdir Onun dilden dile kecen her bir hekayeti maraqlidir Ancaq burada deyilenlerin hamisi inandirici da deyil Oxucu sanki neyinse axiracan deyilmediyini hiss edir Bele bir teessurat da yaranir ki muellif bir sira tercumeyi hal faktlarini bilerekden gizledir bunun evezinde ise yalniz hemin dovrde yasayanlarin anlayacagi isarelerle danisir Dogrudan da o zaman bir ilahiyyatcinin ne vaxtsa Xarabata duserse hazirliqli olmasi fikri ile oz qizini musiqi ve reqs derslerine gondermesi inandirici seslenmir Eyni sozleri xetib oglu Emir Ehmed barede de soylemek olar Yuksek ilahiyyat tehsili alan bu genc Mehsetinin ardinca meyxanalari gezir Sultan Sencerin sarayinda hormet izzet yiyesi olan meshur bir sairenin genc yun eyiricilerine papaqcilara corekcilere derzilere qessablara zergerlere ve diger saysiz hesabsiz senetkarlara elani esq etmesine inanmaq ise daha cetindir Suallar bir birini evez edir Lakin eger Mehsetinin hansisa sufi teriqetinin uzvu oldugunu ve onun tercumeyi halinin da mecazlar ortuyune burunduyunu qebul etsek her sey aydinlasar ve oz yerini alar Melumdur ki sufiler ortodoksal muselman xadimlerinin teqiblerinden qorunmaq meqsedile oz sozlerini cox zaman mecazi dille soylemisler Sufiler bele hesab edirdiler ki insan heyatinin ali meqsedi Allaha mehebbet olmalidir Allaha mistik mehebbet vasitesile mueyyen veziyyetde ekstazda hal ona qovusmaq sonra ise onda erimek de mumkundur Bu hala catmaq ise yalniz mutemadi mesgeleler kecmis sufi serlerini ritmik musiqi altinda dinlemis bezen reqslerle de musayiet olunan bu merasimi sema adlandirirdilar teriqet numayendesine nesib ola bilerdi Akademik yazdigina gore bu serler erotik seciyyeli dunyevi mezmuna habele xususi terminologiya ile qeleme alinan sirf sufi mezmuna malik ola bilerdi Her iki halda bu serler ekstaz halina dusmeyi asanlasdiran stimul rolunu oynamali idi Sirf sufi serlerinde Allahin derkine gosterilen ehdler mehebbetle eynilesdirilir Allahin ozu dost yar adlandirilir Sufi ya asiqe yaxud rinde eyyasa benzedilir Hemin terminologiyaya gore sufinin ekstaz veziyyeti meyle sermest olmaq teriqet numayendelerinin cemlesdikleri yerse xarabet meyxane adlandirilir Sufilerin ekseriyyeti mescid evezine oz toplantilarina gedir hedisler oxumagi xerabatda serler dinlemek serqiler soylemek ve reqs etmekle evezleyirler Londonda sufi Nemetullahiler cereyaninin esasini qoymus doktor Cavad Nurbexs xerabat sozunu Town of Ruins seklinde tercume ederek bu anlayis altinda sufilerin toplandiqlari yeri nezerde tutur O yazir ki butun bu temizlenme merhelelerini kecen sufi Kamil Insana cevrilir ve heqiqetin astanasina catir Heqiqet meqamina bu seyaheti Ruhaniyyat Universiteti nde Xerabatda tehsil almaqla eynilesdirmek olar Bu heqiqi ali tehsil merkezi nde professorlar yoxdur ve yegane muellim Mutleq Muqeddes ve Kamil Esqdir Burada yegane ustad da Esqdir derslikleri de Esq evez edir Kamil Insanin ozu de Esqdir Bunlari bildikden sonra anlasilir ki ruhani ata oz qizi Mehsetini nece bu xerabata gondermisdir Bunlardan xeberdar olmayan oxucu misal ucun sufi sairesi vef 801 ehtirasli esqi ve serab meclisini terennum eleyen serinde Allaha muracieti nece anlaya bilerdi Men oz qelbimde seni hemsohbet etmisem Cismimi ise isteyenlere bexs etmisem Cismim onun ixtiyarindadir Qelbim ise Urek hemdemimin Yaxud da adli sairin misralarini goturek Ilahi O gozel dosta yetmek ucun mene yol ac Revac ver ki iniltilerim ona catsin Qoy hicran gunlerinde egyarla olan refiqim Yeniden mene gelsin men de ona qovusum Xerabatin senetkar mehellesi kimi tesvir olunmasina ve Mehsetinin oz serlerinde Yara Allaha deyil muxtelif senet sahibi olan derzi zerger papaqci ve s genc senetkarlara esq elan etmesine gelince bu faktlar sairenin hansisa senetkarlar mektebine mensublugundan ve mumkundur ki orada qebul edilmis mexsusi simvolikadan xeber verir Bele mekteblerden biri Nizaminin de daxil olduqu turk teskilati idi ki sufilere yaxinligi ile meshurdur Ereb seyyahi Ibn Betute exiler barede yazir Onlar butun turkmen ve Rum vilayetlerinde her kendde her seherde yasayirdilar Ve dunyada qeriblere onlar qeder can yandiran aclari doyurmaq ucun onlar qeder calisan ehtiyac cekenlerin derdine onlar qeder qalan zalimlarin ellerini kesen herbi rehberler arasinda zulme yol verenleri olduren adamlar tapmaq mumkun deyil Gencler subaylar ve tenha adamlar arasindan oz adamlarini secen sexslere deyirler Eger erken sufizm esas etibarile binesiblerin regbetini qazanmisdisa feodal ziyalilari da bu teriqetin azad dusunce telqin eden felsefesi celb edirdi Dastan da hemin proses Mehseti ve Emir Ehmedin xerabata gelisi ile ifade edilir Maraqlidir ki Emir Ehmedin de xerabata gelisi Mehsetininki kimi fovqeltebii quvveler terefinden mueyyenlesdirilir Onlarin birine bu tale muneccim vasitesile bildirilirse o birine yuxuda iken melekler terefinden buta Dehnamede Sah Ismayilin prototipi olan obraza asiqe yuxuda buta verilmesi kimi verilir Diger bir epizodda onun xerabata gelisi mehz taleyin hokmunden basqa bir sey olmadigini gosterir Atasi ile mubahise eden Emir Ehmed onunla sert kesir ki onu eli qolu bagli hec vaxt xerabat yolunu getmemis hemise onu medrese ve mescide aparmis deveye mindirsinler Eger deve mescide teref getse Emir Ehmed xerabatdan uz cevirecek yox xerabata teref uz tutsa deveni satacaq ve bu pula xerabatda meclis quracaqdir Deve xerabata teref yonelir Emir Ehmed deveni satdigi qizil pullara sufi meclisi qurur Hemin epizodda sufilerin dindarlarla apardiqlari ebedi mubahise oz eksini tapir esl muselman hara uz tutmalidir mescide yoxsa xerabata sufi meclisine Fuzuli yazirdi Mescide gedib namaz ehlinin xelqe etdiyi moizelere qulaq asmaq istemirem Yaxsisi budur ki xerabata meyxanaya gedim orada saqini tapa bilerem Yaxud Zahid meyi nabdendir ikrah qelet sen xah sehih tut xah qelet Mescidlere girdigim degil regbetden Sermestligimden eylerem rah qelet Diger Azerbaycan sairi sufi felsefesi ile mesgul olan Hebibi xerabati ozunun dostu konul bagcasinin ciceyi ruhu adlandirir Xarabatdan xahis edir ki bir qedeh serabla onu sermest etsin vusala qovusdursun Xerabatin adi bir mey evi senetkar mehellesi deyil sufiler meclisi olmasi Dastanin basqa bir epizodu ile de tesdiq edilir Emir Ehmedi xerabatdan qaytarmaqdan otru onun esilzade emisi Pir Osman gelir Emir Ehmed sert qoyur ki eger emisi bir cam serab icerse o xerabati terk edecek Mecbur qalib bir cami icen Pir Osman artiq ozunu saxlaya bilmir ikinci ucuncunu de icir ve xerabati mest halda terk edir Bundan sonra onu tanimaq mumkun deyil O xerabatin daimi sakinine cevrilir Subhe yoxdur ki burada Pir Osmanin sufi gorusleri tesvir edilir bu mestlik mehz menevi mahiyyet dasidigindan dastanda sermest olmaq deyildikde ruhi ekstaz nezerde tutulur Omer Xeyyami xatirlayaq Mene ele gelirdi ki namaz ve orucda Butun gunahlardan xilas olmaq yolunu tapmisam Lakin tesadufen vuzu etmeyi unutdum Bir qetre serab icdim ve orucum batil oldu Emir Ehmede beslenen sevgi ebedi esqin en yuksek pillesidir Saireye gore bu esq ebedi mehebbetin meyaridir Ancaq onun nezerinde bundan da ulvi bir sevgi movcuddur Bu dost yar dervis feqir qessab yaxud exi teriqetine mensub diger genc senetkar obrazlarinin sexsinde remzlesen ilahi mehebbetdir Sairenin ozunun de qeyd etdiyi kimi bu xetib ogluna beslenen mehebbetden iki min mertebe artiqdir xususile de bendeni Allaha yaxinlasdiran sermest ekstaz veziyyetde Dastanin sonu da tipik sufi seciyye dasiyir Mehseti oz yarinin olumune o qeder goz yasi tokur ki kor olur ve olur Ehtimal olunur ki onu zemanesinin dahi sairi ve boyuk seyxi Nizami Gencevinin yaninda defn edirler Mehsetinin sufi teriqetine mensubiyyetine dair birbasa menbeler yoxdur onun ekser serleri ise o qeder tebii ve realistcesine yazilmisdir ki hetta ne qeder istesen de onlarda hansisa gizli menalar tapmaq mumkun deyil Bezen ise saire ozunun sufizme aidliyi barede az qala aciq isareler vurur Bir elimizde qedeh birinde Quran Gah ayiq oluruq gah serxos Biz bu fani dunyada kimik Kafir deyilik amma heqiqi muselman da deyilik Azad mehebbete serab ve reqs meclislerine cagiris xususile de bu cagirisin qadin dilinden esidilmesi dinin ictimai heyatin butun sahelerinde hokmranliq surduyu hemin dovrlerde hetta ozunun sufi anlaminda bele hakim dini ehkamlara ve dovletin sexsiyyet azadligina gosterdiyi tezyiq siyasetine qarsi gizli bir etiraz da sayila bilerdi Mehseti Gencevinin xalq seri terzine yaxin formali rubaileri ve oz felsefi mahiyyeti etibarile derin mezmunlu serleri Azerbaycan ve umumen Serq poeziyasi tarixinde muhum rol oynamisdir Bir cox tedqiqatcilar Mehsetinin rubailerini Omer Xeyyam mektebine aid edirler Buna baxmayaraq cagdas edebiyyatsunaslarin ekseriyyetinin fikrince saire esasi Qetran Tebrizi ve terefinden qoyulmus Azerbaycan seir mektebinin enenelerinden behrelenmisdir Mehseti Gencevi incesenetdeErtogrul Cavid yarimciq qalan Mehseti operasi Kemale Agayeva Mehseti pyesi 1964 Memmedhuseyn Tehmasib Rubailer aleminde teatr tamasasi 1968 Mehseti xanimin tercumeyi halinda qeti mueyyenlesmis sehifeler olduqca azdir Sairenin yaradiciligi ve heyati ile bagli faktlar Refael Huseynovun saireye boyuk mehebbetle ve yuksek pesekar ustaliqla qeleme aldigi Mehseti nece varsa kitabinda toplanmisdir MenbeDeutsche Nationalbibliothek Record 142467340 Umumi tenzimleme nezareti GND alm 2012 2016 Swartz A Mahsati Dabir Open Library ing 2007 PROPOSALS FOR THE CELEBRATIONS OF ANNIVERSARIES WITH WHICH UNESCO COULD BE ASSOCIATED IN 2012 2013 AND APPEALS BY MEMBER STATES CONCERNING THEIR PROPOSALS 2013 11 14 tarixinde Istifade tarixi 2013 04 10 Seyid Yehya Bakuviye hesr edilmis tedbir kecirib 2023 08 03 tarixinde Istifade tarixi 2013 04 10 Eserlerin dovlet varidati elan edilmesi Qaydalari nin ve Eserleri dovlet varidati elan edilen muelliflerin ve dovlet varidati elan edilen filmlerin Siyahisi nin tesdiq edilmesi haqqinda Azerbaycan Respublikasi Nazirler Kabineti nin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari az nk gov az 2019 05 11 2020 11 24 tarixinde Istifade tarixi 2019 05 13 Azerbaycan Milli Elmler Akademiyasi Nesimi adina Dilcilik Institutu E N Mikayilova Onomastik vahidlerin uslubi imkanlari 2010 11 19 at the Wayback Machine HIH esrin ikinci yarisinda yaranmis nesr eserlerinin materiallari esasinda linqvistik tedqiqat Memar Nesriyyat Poliqrafiya MMC Baki 2008 302 s Vidadi Gafarly Mehseti Gyandzhevi na azerbajdzhanskoj scene 2021 08 03 tarixinde Istifade tarixi 2014 03 09 Hemcinin baxVikianbarda Mehseti Gencevi ile elaqeli mediafayllar var Vikimenbede Muellif Mehseti Gencevi ile elaqeli melumatlar var Vikisitatda Mehseti Gencevi ile elaqedar sitatlar var Azerbaycan sair ve yazicilariXarici kecidlerMehseti Gencevi Rubailer Baki Lider nesriyyat 2004 Azerbaycan tarixinde iz qoyan qadinlar SIYAHI 2016 03 11 at the Wayback MachineVideo KepezTV de Mehseti Genceviye hesr olunmus verilis 2014 07 03 at the Wayback Machine