Yumor — həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüşün bir növü.
Yumor gülüş və onu doğuran obrazdır, müəllifin hadisə və faktlara ironiyaya nisbətən daha sərt münasibətidir. Lakin yumor da hələ inkarçı və rəqib gülüşü deyil, daha çox məişət və yoldaş gülüşüdür. Ona görə bir çox hallarda ironiya ilə yumorun sərhədi mübahisəli olur. Yumora dost gülüşü də deyilir və qəzetlərdəki satirik səhifələrdə xüsusi rubrika kimi aparılır. Yumorun mühüm formalarından biri lətifələrdir. Bəzi qəzetlər müəllif yaradıcılığı olan lətifələri də yumor rubrikası ilə dərc edirlər. Şifahi xalq ədəbiyyatında xalq yumorundan geniş istifadə edilir. Tapmacalarda, el deyimlərində yumor mühüm yer tutur. Molla Nəsrəddinin lətifələri Azərbaycan xalqı içərisində geniş yayılmışdır. “Molla Nəsrəddin” jurnalı xalq yumoru ənənələrindən geniş istifadə etmişdir.
Azərbaycanda yumorun tarixi
Yumor Azərbaycan folklorunun demək olar ki, bütün sahələrində özünü göstərir. Azərbaycan nağıllarında döyüşdən çox məzəli oyunlarla maraqlanan "sərkərdə" Kəlniyyət, axmaq ər-arvad "Hillilimnən Güllülüm" kimi komik xarakterlərə rast gəlinir. Ayrı-ayrı tarixi şəxsiyyətlər, onların fəaliyyətləri, mübarizələri barədə söz açan Azərbaycan rəvayətləri bəzən şifahi gələnəkdə dolaşa-dolaşa satirik-yumoristik boyalara bürünmüş, beləliklə də qismən gülməcələrə doğru istiqamət götürmüşdülər. Qarabağ xanı Pənahəlinin təlxəyi, tarixən mövcudluğu sübut edilən şəxsiyyətlərdən biri olan Lotu Qulu Pənahəli xan tərəfindən insanları, hətta onun özünü yamsılamaq bacarığına görə bəyənilirdi.
Azərbaycanda lətifə janrı çox geniş yayılmışdır. Lətifədə gülüşü yaradan əsas xüsusiyyətlər zarafat, məzəlilik, sadəlövhlük və mehribanlıqdır. Bu gülüşü yaradan əsas lətifə qəhrəmanları Bəhlul Danəndə, Molla Nəsrəddin və regional xarakterli obrazlardır. Lətifələrin regionallıq xüsusiyyəti onların yayıldığı ərazilərlə bağlıdır. Regional lətifələr də özlüyündə bir neçə qrupa bölünür: Şəki lətifələri (qəhrəmanları Hacı dayı, Məşədi Abdulcabbar, İsfəndiyar, Tühü Tahir və başqaları), Qarabağ lətifələri (qəhrəmanları Abdal Qasım, Tağı-Nağı qardaşları), Cəlilabad-Masallı lətifələri (qəhrəmanı Lotu Salman), ayrım lətifələri, şirvan lətifələri, ləzgi lətifələri və digər müxtəlif məzmunlu lətifələr. Azərbaycan folklorşünaslığında lətifələr təsnif edilərkən, siyasi məzmunda olanlar, demək olar ki, nəzərə alınmamışdır, yalnız professor Azad Nəbiyev "xalq arasında sovet işçiləri, orta və yüksək çinli məmurlar, hökumət adamları" və s. ilə bağlı lətifələr olduğunu qeyd etmişdir.
Qaravəlli tamaşalarında daha çox kiçik, məzəli, gülməli məişət əhvalatları, lətifələr, "Oğru molla", "Keçəl və şeyx", "Beş-on şahıya gedərəm", "Bəhlulun yuxusu", "Molla və cavan", "Yüz arşın uzunluğunda ağac" kimi qaravəllilər tamaşaya qoyulur. Meydan aktyorları gülüşlərlə, kinayəli kəlmələr, ibarəli ifadələr, eyni kəlməni müxtəlif məna çalarlarında deməklə öz fikirlərini hədəfə dəqiq çatdıra bilirlər. Azərbaycan məsxərə tamaşalarında məsxərəçi: "boyu bir çərək, saqqalı üç çərək; gözü donbalan, danışığı yalan, geydiyi palan", – tipli baməzə sözlərlə ayrı-ayrı adamları məsxərəyə qoyub camaatı güldürür. Masxarabazı (məsxərəçini) hədələmək, döymək qadağan idi. Bu o deməkdir ki, məsxərə tamaşalarında tənqid edənlə tənqid olunan bir-birinə qaynayıb-qarışmalı və onlar arasında düşmənçilik münasibəti olmamalı idi. Kəndirbaz oyunlarında yer alan təlxəyi isə Hüseynqulu Sarabski belə təsvir edirdi: "Keçə papaq (yalançı pəhləvan) meydan sulayaraq öz ustasının hərəkətlərini gülməli bir şəkildə təqlid edir və bununla da bəd gözləri kəndirbazdan uzaqlaşdırır... Təlxək hərdən yuxarıya xitabən deyərdi: can qardaş, hünər kimin üçündür? Hünər sənin üçündür. Əgər sən ip üstündə bir qaytağı oynasan, bura yığılan ağalar bizə cibxərcliyi verərlər. Usta, balabanı kök elə!"
XX əsrin əvvəllərindən etibarən Azərbaycan satirik jurnallar geniş populyarlıq qazanmışdır. Bunlardan ilki olan "Molla Nəsrəddin" jurnalının təsiri altında Azərbaycanda "Bəhlul" (1907), "Zənbur" (1909-1910), "Mirat" (1910), "An" (1910-1911), "Kəlniyyət" (1912-1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), "Tartan-Partan" (1918), "Şeypur" (1918-1919), "Zənbur" (1919), "Məşəl" (1919-1920) kimi Azərbaycan dilində nəşr olunan satirik jurnallarla yanaşı, bu dövr Bakıda rus dilində "Cigit" (1907-1918), "Vay-vay" (1908), "Bakinskoe qore" (1908-1909), "Biç" (1909-1915), "Adskaya poçta" (1909-1910), "Bakinskiye strelı" (1910), "Baraban" (1912-1913) kimi satirik jurnallar da dərc olunurdu.
Azərbaycan teatr və kinosunda Mirzəağa Əliyev, Ələkbər Hüseynzadə, Mustafa Mərdanaov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Yaşar Nuri, Səyavuş Aslan, Münəvvər Kələntərli, Eldəniz Zeynalov kimi görkəmli gülüş ustaları fəaliyyət göstərmişdir. 1971-ci ildən buraxılışları yayımlanan Məqsəd ölkədəki neqativ halları satira diliylə xalqa çatdırırdı. Bundan başqa Azərbaycan televiziyasında bir çox yumoristik verilişlər yayımlanmışdır.
Sovet dövründə Yuli Qusman "Parni iz Baku" ("Bakılı oğlanlar") adlı Şən və Hazırcavablar Klubu komandasını yaratmışdır. 1988-ci ildə yaradılmış eyniadlı Azərbaycan komandası 1992-ci il, 1993-cü il, 1995-ci illərdə MDB çempionu, 2000-ci ildə isə ən yaxşı 10 komanda arasından XX əsr çempionu olmuşdur.
İstinadlar
- Azərbaycan ədəbiyyarı[ölü keçid]
- "Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı:Mütərcim, 2008. s. 259" (PDF). 2021-06-29 tarixində (PDF). İstifadə tarixi: 2014-11-08.
- Muxtar Kazımoğlu. Xalq gülüşünün poetikası (monoqrafiya). Bakı: “Elm” nəşriyyatı, 2006. 268 s.
- Ramil ƏLİYEV. Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər). - Bakı, 2014. – 350 s.
- AZƏRBAYCAN MÜHACİRƏT FOLKLORŞÜNASLIĞINDA LƏTİFƏ. Almaz Hüseynova. Bakı Qızlar Universiteti.
- "Azərbaycanın satira jurnalları: dünəndən bu günə". Xalq Cəbhəsi. 2014. 2022-03-21 tarixində . İstifadə tarixi: 2020-09-09.
- "40 ildir hökm edən "Qayınana"". Kaspi. 2019. 2022-03-25 tarixində . İstifadə tarixi: 2020-09-09.
- Azərbaycan KP MK-da Azərbaycan KP MK "Mozalan" satirik kinojurnalının tənqidi çıxışlarına respublikanın bəzi nazirliklərinin və baş idarələrinin yanlış münasibəti haqqında qərar qəbul etmişdir. 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- Elçin Əlibəyli. Televiziya nəzəriyyəsinin əsasları. Bakı, “ELM” nəşriyyatı, 2011
- Валентин Крапива. Парни из Баку. В игре и вне игры. — С. 16. — 110 с.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yumor heyatdaki gulunc komik hadiseleri insanlarin zeif cehetlerini ve noqsanlarini eks etdiren gulus doguran eserler edebiyyatda terbiyevi ehemiyyet dasiyan tenqidi gulusun bir novu Yumor gulus ve onu doguran obrazdir muellifin hadise ve faktlara ironiyaya nisbeten daha sert munasibetidir Lakin yumor da hele inkarci ve reqib gulusu deyil daha cox meiset ve yoldas gulusudur Ona gore bir cox hallarda ironiya ile yumorun serhedi mubahiseli olur Yumora dost gulusu de deyilir ve qezetlerdeki satirik sehifelerde xususi rubrika kimi aparilir Yumorun muhum formalarindan biri letifelerdir Bezi qezetler muellif yaradiciligi olan letifeleri de yumor rubrikasi ile derc edirler Sifahi xalq edebiyyatinda xalq yumorundan genis istifade edilir Tapmacalarda el deyimlerinde yumor muhum yer tutur Molla Nesreddinin letifeleri Azerbaycan xalqi icerisinde genis yayilmisdir Molla Nesreddin jurnali xalq yumoru enenelerinden genis istifade etmisdir Azerbaycanda yumorun tarixiMolla Nesreddinin miniatur resmi Topqapi sarayi Yumor Azerbaycan folklorunun demek olar ki butun sahelerinde ozunu gosterir Azerbaycan nagillarinda doyusden cox mezeli oyunlarla maraqlanan serkerde Kelniyyet axmaq er arvad Hillilimnen Gullulum kimi komik xarakterlere rast gelinir Ayri ayri tarixi sexsiyyetler onlarin fealiyyetleri mubarizeleri barede soz acan Azerbaycan revayetleri bezen sifahi gelenekde dolasa dolasa satirik yumoristik boyalara burunmus belelikle de qismen gulmecelere dogru istiqamet goturmusduler Qarabag xani Penahelinin telxeyi tarixen movcudlugu subut edilen sexsiyyetlerden biri olan Lotu Qulu Penaheli xan terefinden insanlari hetta onun ozunu yamsilamaq bacarigina gore beyenilirdi Azerbaycanda letife janri cox genis yayilmisdir Letifede gulusu yaradan esas xususiyyetler zarafat mezelilik sadelovhluk ve mehribanliqdir Bu gulusu yaradan esas letife qehremanlari Behlul Danende Molla Nesreddin ve regional xarakterli obrazlardir Letifelerin regionalliq xususiyyeti onlarin yayildigi erazilerle baglidir Regional letifeler de ozluyunde bir nece qrupa bolunur Seki letifeleri qehremanlari Haci dayi Mesedi Abdulcabbar Isfendiyar Tuhu Tahir ve basqalari Qarabag letifeleri qehremanlari Abdal Qasim Tagi Nagi qardaslari Celilabad Masalli letifeleri qehremani Lotu Salman ayrim letifeleri sirvan letifeleri lezgi letifeleri ve diger muxtelif mezmunlu letifeler Azerbaycan folklorsunasliginda letifeler tesnif edilerken siyasi mezmunda olanlar demek olar ki nezere alinmamisdir yalniz professor Azad Nebiyev xalq arasinda sovet iscileri orta ve yuksek cinli memurlar hokumet adamlari ve s ile bagli letifeler oldugunu qeyd etmisdir Qaravelli tamasalarinda daha cox kicik mezeli gulmeli meiset ehvalatlari letifeler Ogru molla Kecel ve seyx Bes on sahiya gederem Behlulun yuxusu Molla ve cavan Yuz arsin uzunlugunda agac kimi qaravelliler tamasaya qoyulur Meydan aktyorlari guluslerle kinayeli kelmeler ibareli ifadeler eyni kelmeni muxtelif mena calarlarinda demekle oz fikirlerini hedefe deqiq catdira bilirler Azerbaycan mesxere tamasalarinda mesxereci boyu bir cerek saqqali uc cerek gozu donbalan danisigi yalan geydiyi palan tipli bameze sozlerle ayri ayri adamlari mesxereye qoyub camaati guldurur Masxarabazi mesxerecini hedelemek doymek qadagan idi Bu o demekdir ki mesxere tamasalarinda tenqid edenle tenqid olunan bir birine qaynayib qarismali ve onlar arasinda dusmencilik munasibeti olmamali idi Kendirbaz oyunlarinda yer alan telxeyi ise Huseynqulu Sarabski bele tesvir edirdi Kece papaq yalanci pehlevan meydan sulayaraq oz ustasinin hereketlerini gulmeli bir sekilde teqlid edir ve bununla da bed gozleri kendirbazdan uzaqlasdirir Telxek herden yuxariya xitaben deyerdi can qardas huner kimin ucundur Huner senin ucundur Eger sen ip ustunde bir qaytagi oynasan bura yigilan agalar bize cibxercliyi vererler Usta balabani kok ele XX esrin evvellerinden etibaren Azerbaycan satirik jurnallar genis populyarliq qazanmisdir Bunlardan ilki olan Molla Nesreddin jurnalinin tesiri altinda Azerbaycanda Behlul 1907 Zenbur 1909 1910 Mirat 1910 An 1910 1911 Kelniyyet 1912 1913 Lek lek 1914 Tuti 1914 1917 Mezeli 1914 1915 Babayi Emir 1915 1916 Tartan Partan 1918 Seypur 1918 1919 Zenbur 1919 Mesel 1919 1920 kimi Azerbaycan dilinde nesr olunan satirik jurnallarla yanasi bu dovr Bakida rus dilinde Cigit 1907 1918 Vay vay 1908 Bakinskoe qore 1908 1909 Bic 1909 1915 Adskaya pocta 1909 1910 Bakinskiye streli 1910 Baraban 1912 1913 kimi satirik jurnallar da derc olunurdu Azerbaycan teatr ve kinosunda Mirzeaga Eliyev Elekber Huseynzade Mustafa Merdanaov Eliaga Agayev Lutfeli Abdullayev Nesibe Zeynalova Besir Seferoglu Hacibaba Bagirov Yasar Nuri Seyavus Aslan Munevver Kelenterli Eldeniz Zeynalov kimi gorkemli gulus ustalari fealiyyet gostermisdir 1971 ci ilden buraxilislari yayimlanan Mozalan Satirik Kinojurnali Meqsed olkedeki neqativ hallari satira diliyle xalqa catdirirdi Bundan basqa Azerbaycan televiziyasinda bir cox yumoristik verilisler yayimlanmisdir Sovet dovrunde Yuli Qusman Parni iz Baku Bakili oglanlar adli Sen ve Hazircavablar Klubu komandasini yaratmisdir 1988 ci ilde yaradilmis eyniadli Azerbaycan komandasi 1992 ci il 1993 cu il 1995 ci illerde MDB cempionu 2000 ci ilde ise en yaxsi 10 komanda arasindan XX esr cempionu olmusdur IstinadlarAzerbaycan edebiyyari olu kecid Eliyev R Edebiyyat nezeriyyesi Baki Mutercim 2008 s 259 PDF 2021 06 29 tarixinde PDF Istifade tarixi 2014 11 08 Muxtar Kazimoglu Xalq gulusunun poetikasi monoqrafiya Baki Elm nesriyyati 2006 268 s Ramil ELIYEV Azerbaycan sifahi xalq edebiyyati Muasir aktual problemler Baki 2014 350 s AZERBAYCAN MUHACIRET FOLKLORSUNASLIGINDA LETIFE Almaz Huseynova Baki Qizlar Universiteti Azerbaycanin satira jurnallari dunenden bu gune Xalq Cebhesi 2014 2022 03 21 tarixinde Istifade tarixi 2020 09 09 40 ildir hokm eden Qayinana Kaspi 2019 2022 03 25 tarixinde Istifade tarixi 2020 09 09 Azerbaycan KP MK da Azerbaycan KP MK Mozalan satirik kinojurnalinin tenqidi cixislarina respublikanin bezi nazirliklerinin ve bas idarelerinin yanlis munasibeti haqqinda qerar qebul etmisdir 2020 01 16 at the Wayback Machine anl az sayti Elcin Elibeyli Televiziya nezeriyyesinin esaslari Baki ELM nesriyyati 2011 Valentin Krapiva Parni iz Baku V igre i vne igry S 16 110 s Hemcinin baxKomediya Postmodernizm Letife Satira HecvVikianbarda Yumor ile elaqeli mediafayllar var