Dəlilər (türk. deli, osman. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb.
Dəlilər | |
---|---|
türk. Deli | |
Növü | piyada, süvari |
Yaranma tarixi | XV əsrin sonları XVI əsr - XIX əsrin əvvəlləri |
Ölkə | Osmanlı İmperiyası |
Tabedir | Osmanlı ordusu |
Vəzifəsi | Düşmən ordusuna çaxnaşma salmaq |
Hissə | bayraqlar |
Qərargah | Anadolu və Rumeli |
Himayədarı | Osmanlı Sultanları |
Müharibələr | Səfəvi-Osmanlı müharibələri Konstantinopolun fəthi Rusiya-Osmanlı müharibəsi (1828-1829) |
Tarixi
İlk vaxtlar
XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı:
"Axıncılar kimi hökmdarlarının ordusunun irəli cərgəsində gedirlər, müharibə zamanı döyüş meydanında yer tuturlar, öz dəstələrinə təlim keçirlər, canlı əsirlər götürüb düşmən haqqında məlumat alırlar. |
İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi. Onların əksəriyyəti İslamı yeni qəbul edirdilər və fanatik olaraq kafirlərlə müharibəyə hazır olurdular.Xəlifə Ömər onların ocaqlarının himayədarı sayılırdı. Sonradan dəlilərin rəsmi adı kimi dəlil (türk. Delil — bələdçilər) qoyulsa da, son vaxtlara qədər onlar adlarının ilk variantı ilə tanınırdılar. Ənənəvi olaraq hesab edilir ki, ilk zamanlar əslən serblərdən toplanan Polşa "qanadlı qussarları" görünüşlərini dəlilərdən götürüblər.
XVI əsrin birinci yarısında Balkanlarda Malkoçoğlu Bali bəyin, Mehmet bəyin və Bosniya sancaqbəyi Qazi Xosrov Paşanın dəli dəstələri var idi. Mohaç döyüşünə Qazi Xosrov Paşa digər qoşunlarla birlikdə 10.000 dəli gətirmişdi. Xosrov Paşa bu qədər böyük dəli korpusu yaratan ilk şəxs idi. Onun yaratdığı dəli dəstəsinin effektivliyi digər bəylərbəylərin də Xosrov Paşanı təqlid etməyə məcbur etdi. XVII əsrdə Tiryaki Həsən Paşa və Lalə Mehmet Paşanın dəliləri Avstriyaya qarşı yürüşlərdə fərqləndilər. Dəli süvarilərin təşkili Anadoluya da yayıldı. Burada dəlilər vəzirlər və bəylərbəylərə tabe idilər. Fransa kralının elçisi Markiz de Nuanteli IV Mehmedlə görüşdə müşayiət edən Antuan Qallan Sultan sarayını 3000 dəlinin qoruduğunu bildirir. Lakin bu, digər mənbələr tərəfindən təsdiqlənmir. İstanbulda bir səfir missiyası ilə olan Paul Rikonun hesabatına görə, IV Mehmed dövründə, 100–400 dehli böyük vəzirin gözətçisi kimi xidmət etdi. İstanbulda bir səfir missiyası ilə olan Paul Rikonun hesabatına görə, IV Mehmed dövründə, 100–400 dəli sədrəzəmin gözətçisi kimi xidmət edirdi.
Dəlilər xidmət etdikləri bəylərbəy və ya bəydən sabit olaraq məvacib alırdılar. Paul Rikoya görə, XVII əsrin ortalarında bir dəlinin gündəlik maaşı 12 və ya 15 akça təşkil edirdi. Daha sonralar yazan italyan Luici Marsilya dəlilərin yalnız aktiv döyüş əməliyyatları zamanı ödəniş aldıqlarını qeyd edirdi.
Ləğv edilməsi
XVI və XVII əsrlərdə Dəlilər dövlətə sədaqətlə xidmət etmişdilər, Lakin sonradan digər hərbi birliklər kimi nizam intizamı itirərək idarə olunmaz hala gəldilər. Əsas problem, dəlilərin bu və ya digər valinin şəxsi mühafizəsinin bir hissəsi olması idi. Valinin vəzifədən alınması ilə isə dəlilərdə işdən çıxarılırdılar. Bununla da onlar başqa bir ağa axtarmalı və ya başqa bir iş tapmaq məcburiyyətində qalırdılar. Ümumilikdə isə bu dəlilər üçün problem deyildi, çünki yüngül müntəzəm süvarilərə daim ehtiyac olurdu. Beləliklə, iş imkanlarının yüksək olduğu klassik (yüksəliş) dövrdə bu elə də çox problem yaratmırdı. Lakin, sonrakı əsrlərdə bu muzdluların daha böyük problemə çevrilməsinə səbəb oldu.
II Süleymanın əyalət valilərinin (bəylərbəy, sancaqbəy, mütəsəllim) mühafizəsindəki dəlilərin sayını məhdudlaşdırmaq barədə fərmanından sonra çox sayda dəli işsiz-gücsüz qaldılar. Xidmət etdikləri validən sonra və ya ödəmə almadıqları təqdirdə sahibindən məhrum olan Dəlilər, yeni ağa axtarışına çıxır, bu zaman isə kəndlərə hücum edib talan məşğul olurdular. Dəlilərin yenidən təşkili üçün ciddi tədbirlər görülmədi. Əyalət bölgələrinin rəhbərləri quldurluqla məşğul olanlar ilə öz qüvvələri hesabına mübarizə aparmaq barədə fərman aldılar. Nəticədə quldur basqınları Kütahya və Konya bölgələrində cəmləşdi. XVIII əsrin sonunda Kütahyada, böyük bir dəstənin başında Qoca-başı adlı bir dəlibaşı dururdu. 1801-ci ildə dəlibaşı İsmayıl Konya bölgəsini qorxu altında saxlayırdı. 1803-cü ildə Konyada "yeni ordu"ya (Nizami-cədid) qarşı başlayan qiyamda İsmayıl üsyançılara kömək etdi və Konyanı ələ keçirərək şəhər qazisi Əddürrəhman Paşanı vurmuşdu.
Dəlilərin nəzarətdən çıxmasının yaratdığı təhlükə XVIII sonu XIX əsrin əvvəllərində ən yüksək həddinə çatdı. Belə ki, onların pozucu fəaliyyəti Anadolu əhalisi üçün ciddi bir problemə çevrilmişdi. Bunlar II Mahmudun sədrəzəmı Yusif Ziya Paşanı Misir səfərindən Hələbə qayıtdığı zaman dəlilərin yenidən təşkili barədə qərar verməyə sövq etdi. O, onlardan bəzilərini Bağdada göndərdi, yanında qalanları tərxis etmədi, üzü ilə bərabər İstanbula apardı və Üsküdardakı kazarmalara yerləşdirdi. Rumelindəki gürcüəsilli Osman Paşanın çoxsaylı fanatik dəliləri də İstanbula gətirildi və Davud Paşanın kazarmalarında yerləşdirildi. Bir müddət sonra İstanbulda olan 200 bayrak dəli Bağdada göndərildi.
Dəlilər sonuncu dəfə 1828–1829-cu illər Rusiya-Osmanlı müharibəsində fərqlənməklə, XVI əsrdəki öz sələflərini xatırlatdılar. Bu haqda ətraflı müharibəni türklər tərəfdən izləyən Ser Adolfus Sleyde yazmışdı. O, dəlilərin cəsarətinə və atlarına heyran qalmışdı. Onun sözlərinə görə, dəlilərdən biri hətta sədrəzəmin həyatını xilas etmişdi:
Dəlilər onları mükəmməl bir üslubda məğlub etdilər. Bir xətt boyunca təqib edib, sıra düzülüşlərini pərən-pərən saldılar, onları qılıncdan keçirdilər və iki top və dörd kesson qənimət götürdülər. Ruslar qələbə çaldılar - başqa cür ola bilərdimi? - ancaq döyüşdəki şöhrət bir ay ərzində ikinci dəfə düşmən sıralarını pərən-pərən edən Dəlilərə çatdı. Bu Rusiya piyada qoşununun tərif edildiyi qədər yaxşı olmadığını göstərən bir həqiqət idi. |
1829-cu ildə Rus-Osmanlı müharibəsindən sonra, 2000 dəli, 18 dəlibaşı və bir haitabaşının (dəstənin lideri) komandanlığı altında Anadoluya doğru hərəkət etdilər və Konya bölgəsinə toplaşaraq yenidən soyğunçuluq etməyə çalışdılar. Orduda islahatlar aparmağa qərar verən Sultan II Mahmud, Asakiri Mənsurəyi Məhəmmədiyyə süvari hissələrini yaradandan sonra Dəliləri hərbi birlik kimi ləğv etdi. Silahlarını yerə qoyub, dinc həyata keçmək əmrini yerinə yetirməyənlər darmadağın edildilər.Karaman valisi Əsəd Paşa, Konya valisi Süleyman Paşanı, Dəlilər üzərinə göndərdi. Ağşəhər yaxınlığındakı döyüşdə Dəlilər məğlub edildi, Dəlibaşı öldürüldü.. Sağ qalanlar Misir və Suriyaya qaçdılar. Məsələni uğurlu həll etdiyi üçün Süleyman bəyə qiymətli müşket hədiyyə edildi.
Görünüşləri
Dəlilər vahimə yaradan geyimlər geyinirdilər, silahları da qorxulu idi və müxtəlif ölçülü aksesuarları ilə dəhşətli xarici görünüşə malik olurdular. Bütün bunlar əsas məqsədə — düşməni qorxutmağa xidmət edirdi. Bəzən yalnız görünüşləri düşmən ordusunu dəhşətə gətirirdi.Antuan Qallan 1672-ci ildə osmanlıların Polşa üzərinə yürüşə getməsini müşahidə etmiş və Dəlilərin xarici görünüşünün ətraflı təsvirini vermişdir:
Paltarları təmiz, lakin qəribə idi. Hamısı gənc, gözəl, hərəkətli və demək olar ki, eyni yaşda idi. <...> Çoxu pələng dərisi ilə örtülmüşdü. Bəziləri onu şərf şəklində geyinmişdi, bəziləri isə kaftan kimi bir şey düzəldərək sinəsinə bağlamışdı. |
Cəlalzadə Mustafa Çələbi özünün "Tabakat əl-Məməlik fidarcat əl-Məsəlik" əsərin Səməndər bəyi Malkoçoğlu Bali Bəyin xidmətində olan dəlilərdən bəhs etmiş və onların görünüşlərini təsvir etmişdir. Dəlilər əyri xənçərlərlə, içibükük qalxanlarla və yəhərlərinə bağlanmış nizələrlə və ya süngülərlə silahlanmışdı. Sonrakı dövrlərdə tapança və ya tüfənglə silahlanmış Tüfəngçilər (türk. Tüfekçi) Dəlilərdən ayrıldılar. Dəlilər kaftar və ya bəbir kimi vəhşi heyvanların dərisindən hazırlanmış üzərində qartal lələkləri olan qalpaq taxırdılar. Həmçinin onların qalxanları da lələklərlə bəzədilmişdi. Atların üzərində olan yəhər və sərilən parça aslan, pələng və tülkü dərilərindən, şalvarları isə canavar və ya ayı dərilərindən hazırlanırdı. Çəkmələri şiş uclu və hündürdaban olub dana dərisindən hazırlanmışdı. Bu çəkmələr sərhədlik (türk. Serhadlik) və ya sərhəd çəkmələri kimi tanınırdı. Bellərində iki qanad, bir yay və oxlar asılmışdı. Dəlilərin atları gücü və dözümlülüyü ilə fərqlənirdi.
XVIII əsrdə Dəlilərin paltarları dəyişdi: onlar qara quzu dərisindən hazırlanmış 26 santimetr uzunluğu malik çalmaya bükülmüş uzunsov qalpaqlar taxmağa başladılar.
Quruluşu
Əlli altmış dəlinin daxil olduğu bayraqlar (türk. bayrak sözündən) təşkil edilirdi. Bir neçə bayraqdan ibarət qruplara dəlibaşı rəhbərlik edirdi. Ağanın (zabit) dəstəsinə cəlb edilən çağrışçı ocağın (bölük) qaydalarını öyrəndikdən və xidmət etmək arzusunu təsdiqlədikdən sonra, iman (dini) və dövlətə xidmət və döyüşdə əzmkarlıq andı içirdi. Duaetmə daxil andiçmə mərasiminin sonunda, xidmətə qəbul olunan şəxs aga-çırağı (ağanın şagirdi) rütbəsini alırdı və dəli papağı xüsusi mərasimlə onun başına qoyulurdu. Andını pozan, qaydalara tabe olmayan və ya döyüş meydanından qaçan dəli qovulurdu və papağından məhrum edilirdi.
İstinadlar
- Erickson, 2009. səh. 59
- Özcan, 1994
- Uzunçarşılı, 1991
- Brzezinski, 2006. səh. 6
- Slade, 1854. səh. 212
- Slade, 1854. səh. 216
Ədəbiyyat
- Brzezinski R. Polish winged hussar, 1576-1775. Osprey Publishing Ltd. 2006. ISBN .
- Houtsma, Martijn Theodoor, redaktorDeli // First Encyclopaedia of Islam. E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume II: Bābā Fighānī–Dwīn. Leiden: BRILL. 1987. ISBN .
- Erickson E.J., Uyar M. A Military History of the Ottomans: From Osman to Atatürk (PDF). Pleager Security International. 2009. ISBN .
- Özcan A. DELİ (PDF). . 9 (Islamansiklopedisi). 1994.
- Uzunçarşılı I.H. Deli. E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936. II (4). Leiden: BRILL. In Houtsma, Martijn Theodoor. 1991. 201–202.
- Slade A. sir. Records of travels in Turkey, Greece, &c. and of a cruise in the Black sea, with the capitan pasha, in the years 1829,1830, and 1831. Leiden: Saunders anr Otley. 1854.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Deliler turk deli osman دلی Delu cesaretli deli qorxmaz cesur cem halinda deliler turk deliler XV esrin sonlarinda XVI esrin evvellerinde Osmanli Imperiyasi qosunlarinin terkibinde yaradilmis xususi yungul nizami suvari birlesmelerin umumi adi Qarsi terefle doyuslerde qorxmaz sucaet ve cesaretleri ile yanasi qeyri adi geyimleri ile de taninirdilar Daha sonra nezaretden cixdilar ve ehalini soyub talan eden destelere cevrildiler Bu sebebden de XIX esrde legv edildiler Enenevi olaraq hesab edilir ki Polsa Qanadli qussarlar inin gorunusu delilerden goturulub Delilerturk DeliNovu piyada suvariYaranma tarixi XV esrin sonlari XVI esr XIX esrin evvelleriOlke Osmanli ImperiyasiTabedir Osmanli ordusuVezifesi Dusmen ordusuna caxnasma salmaqHisse bayraqlarQerargah Anadolu ve RumeliHimayedari Osmanli SultanlariMuharibeler Sefevi Osmanli muharibeleri Konstantinopolun fethi Rusiya Osmanli muharibesi 1828 1829 TarixiDeliler I Turchi Codex Vindobonensis 8626 1590 ci ilIlk vaxtlar XVI esr Osmanli tarixcisi alimi ve seyxulislami Kamalpasazade Ehmed Semseddin Efendi deliler haqda bele yazirdi Axincilar kimi hokmdarlarinin ordusunun ireli cergesinde gedirler muharibe zamani doyus meydaninda yer tuturlar oz destelerine telim kecirler canli esirler goturub dusmen haqqinda melumat alirlar Ilk deliler XV esrin sonu ve ya XVI esrin evvellerinde Bosniya ve Semender beylerbeyleri sancaqbeyleri ve ucbeylerinin sexsi muhafizesinde ve etrafinda meydana cixmisdilar Deliler qismen turklerden ancaq esasen bosniyalilar xorvatlar ve serbler kimi Balkan xalqlari sirasindan secilirdi Onlarin ekseriyyeti Islami yeni qebul edirdiler ve fanatik olaraq kafirlerle muharibeye hazir olurdular Xelife Omer onlarin ocaqlarinin himayedari sayilirdi Sonradan delilerin resmi adi kimi delil turk Delil beledciler qoyulsa da son vaxtlara qeder onlar adlarinin ilk varianti ile taninirdilar Enenevi olaraq hesab edilir ki ilk zamanlar eslen serblerden toplanan Polsa qanadli qussarlari gorunuslerini delilerden goturubler XVI esrin birinci yarisinda Balkanlarda Malkocoglu Bali beyin Mehmet beyin ve Bosniya sancaqbeyi Qazi Xosrov Pasanin deli desteleri var idi Mohac doyusune Qazi Xosrov Pasa diger qosunlarla birlikde 10 000 deli getirmisdi Xosrov Pasa bu qeder boyuk deli korpusu yaratan ilk sexs idi Onun yaratdigi deli destesinin effektivliyi diger beylerbeylerin de Xosrov Pasani teqlid etmeye mecbur etdi XVII esrde Tiryaki Hesen Pasa ve Lale Mehmet Pasanin delileri Avstriyaya qarsi yuruslerde ferqlendiler Deli suvarilerin teskili Anadoluya da yayildi Burada deliler vezirler ve beylerbeylere tabe idiler Fransa kralinin elcisi Markiz de Nuanteli IV Mehmedle gorusde musayiet eden Antuan Qallan Sultan sarayini 3000 delinin qorudugunu bildirir Lakin bu diger menbeler terefinden tesdiqlenmir Istanbulda bir sefir missiyasi ile olan Paul Rikonun hesabatina gore IV Mehmed dovrunde 100 400 dehli boyuk vezirin gozetcisi kimi xidmet etdi Istanbulda bir sefir missiyasi ile olan Paul Rikonun hesabatina gore IV Mehmed dovrunde 100 400 deli sedrezemin gozetcisi kimi xidmet edirdi Deliler xidmet etdikleri beylerbey ve ya beyden sabit olaraq mevacib alirdilar Paul Rikoya gore XVII esrin ortalarinda bir delinin gundelik maasi 12 ve ya 15 akca teskil edirdi Daha sonralar yazan italyan Luici Marsilya delilerin yalniz aktiv doyus emeliyyatlari zamani odenis aldiqlarini qeyd edirdi Legv edilmesi Suleyman nameden miniatur Ciynine heyvan derisi salmis Deli 1579 cu il XVI ve XVII esrlerde Deliler dovlete sedaqetle xidmet etmisdiler Lakin sonradan diger herbi birlikler kimi nizam intizami itirerek idare olunmaz hala geldiler Esas problem delilerin bu ve ya diger valinin sexsi muhafizesinin bir hissesi olmasi idi Valinin vezifeden alinmasi ile ise delilerde isden cixarilirdilar Bununla da onlar basqa bir aga axtarmali ve ya basqa bir is tapmaq mecburiyyetinde qalirdilar Umumilikde ise bu deliler ucun problem deyildi cunki yungul muntezem suvarilere daim ehtiyac olurdu Belelikle is imkanlarinin yuksek oldugu klassik yukselis dovrde bu ele de cox problem yaratmirdi Lakin sonraki esrlerde bu muzdlularin daha boyuk probleme cevrilmesine sebeb oldu II Suleymanin eyalet valilerinin beylerbey sancaqbey mutesellim muhafizesindeki delilerin sayini mehdudlasdirmaq barede fermanindan sonra cox sayda deli issiz gucsuz qaldilar Xidmet etdikleri validen sonra ve ya odeme almadiqlari teqdirde sahibinden mehrum olan Deliler yeni aga axtarisina cixir bu zaman ise kendlere hucum edib talan mesgul olurdular Delilerin yeniden teskili ucun ciddi tedbirler gorulmedi Eyalet bolgelerinin rehberleri quldurluqla mesgul olanlar ile oz quvveleri hesabina mubarize aparmaq barede ferman aldilar Neticede quldur basqinlari Kutahya ve Konya bolgelerinde cemlesdi XVIII esrin sonunda Kutahyada boyuk bir destenin basinda Qoca basi adli bir delibasi dururdu 1801 ci ilde delibasi Ismayil Konya bolgesini qorxu altinda saxlayirdi 1803 cu ilde Konyada yeni ordu ya Nizami cedid qarsi baslayan qiyamda Ismayil usyancilara komek etdi ve Konyani ele kecirerek seher qazisi Eddurrehman Pasani vurmusdu Delilerin nezaretden cixmasinin yaratdigi tehluke XVIII sonu XIX esrin evvellerinde en yuksek heddine catdi Bele ki onlarin pozucu fealiyyeti Anadolu ehalisi ucun ciddi bir probleme cevrilmisdi Bunlar II Mahmudun sedrezemi Yusif Ziya Pasani Misir seferinden Helebe qayitdigi zaman delilerin yeniden teskili barede qerar vermeye sovq etdi O onlardan bezilerini Bagdada gonderdi yaninda qalanlari terxis etmedi uzu ile beraber Istanbula apardi ve Uskudardaki kazarmalara yerlesdirdi Rumelindeki gurcuesilli Osman Pasanin coxsayli fanatik delileri de Istanbula getirildi ve Davud Pasanin kazarmalarinda yerlesdirildi Bir muddet sonra Istanbulda olan 200 bayrak deli Bagdada gonderildi Deliler sonuncu defe 1828 1829 cu iller Rusiya Osmanli muharibesinde ferqlenmekle XVI esrdeki oz seleflerini xatirlatdilar Bu haqda etrafli muharibeni turkler terefden izleyen Ser Adolfus Sleyde yazmisdi O delilerin cesaretine ve atlarina heyran qalmisdi Onun sozlerine gore delilerden biri hetta sedrezemin heyatini xilas etmisdi Deliler onlari mukemmel bir uslubda meglub etdiler Bir xett boyunca teqib edib sira duzuluslerini peren peren saldilar onlari qilincdan kecirdiler ve iki top ve dord kesson qenimet goturduler Ruslar qelebe caldilar basqa cur ola bilerdimi ancaq doyusdeki sohret bir ay erzinde ikinci defe dusmen siralarini peren peren eden Delilere catdi Bu Rusiya piyada qosununun terif edildiyi qeder yaxsi olmadigini gosteren bir heqiqet idi 1829 cu ilde Rus Osmanli muharibesinden sonra 2000 deli 18 delibasi ve bir haitabasinin destenin lideri komandanligi altinda Anadoluya dogru hereket etdiler ve Konya bolgesine toplasaraq yeniden soygunculuq etmeye calisdilar Orduda islahatlar aparmaga qerar veren Sultan II Mahmud Asakiri Mensureyi Mehemmediyye suvari hisselerini yaradandan sonra Delileri herbi birlik kimi legv etdi Silahlarini yere qoyub dinc heyata kecmek emrini yerine yetirmeyenler darmadagin edildiler Karaman valisi Esed Pasa Konya valisi Suleyman Pasani Deliler uzerine gonderdi Agseher yaxinligindaki doyusde Deliler meglub edildi Delibasi olduruldu Sag qalanlar Misir ve Suriyaya qacdilar Meseleni ugurlu hell etdiyi ucun Suleyman beye qiymetli musket hediyye edildi GorunusleriNikola Nikolanin Les Navigations peregrinations et voyages faicts en Turquie qravurasinda eks olunmus Deli 1579 cu il Deliler vahime yaradan geyimler geyinirdiler silahlari da qorxulu idi ve muxtelif olculu aksesuarlari ile dehsetli xarici gorunuse malik olurdular Butun bunlar esas meqsede dusmeni qorxutmaga xidmet edirdi Bezen yalniz gorunusleri dusmen ordusunu dehsete getirirdi Antuan Qallan 1672 ci ilde osmanlilarin Polsa uzerine yuruse getmesini musahide etmis ve Delilerin xarici gorunusunun etrafli tesvirini vermisdir Paltarlari temiz lakin qeribe idi Hamisi genc gozel hereketli ve demek olar ki eyni yasda idi lt gt Coxu peleng derisi ile ortulmusdu Bezileri onu serf seklinde geyinmisdi bezileri ise kaftan kimi bir sey duzelderek sinesine baglamisdi Celalzade Mustafa Celebi ozunun Tabakat el Memelik fidarcat el Meselik eserin Semender beyi Malkocoglu Bali Beyin xidmetinde olan delilerden behs etmis ve onlarin gorunuslerini tesvir etmisdir Deliler eyri xencerlerle icibukuk qalxanlarla ve yeherlerine baglanmis nizelerle ve ya sungulerle silahlanmisdi Sonraki dovrlerde tapanca ve ya tufengle silahlanmis Tufengciler turk Tufekci Delilerden ayrildilar Deliler kaftar ve ya bebir kimi vehsi heyvanlarin derisinden hazirlanmis uzerinde qartal lelekleri olan qalpaq taxirdilar Hemcinin onlarin qalxanlari da leleklerle bezedilmisdi Atlarin uzerinde olan yeher ve serilen parca aslan peleng ve tulku derilerinden salvarlari ise canavar ve ya ayi derilerinden hazirlanirdi Cekmeleri sis uclu ve hundurdaban olub dana derisinden hazirlanmisdi Bu cekmeler serhedlik turk Serhadlik ve ya serhed cekmeleri kimi taninirdi Bellerinde iki qanad bir yay ve oxlar asilmisdi Delilerin atlari gucu ve dozumluluyu ile ferqlenirdi XVIII esrde Delilerin paltarlari deyisdi onlar qara quzu derisinden hazirlanmis 26 santimetr uzunlugu malik calmaya bukulmus uzunsov qalpaqlar taxmaga basladilar QurulusuElli altmis delinin daxil oldugu bayraqlar turk bayrak sozunden teskil edilirdi Bir nece bayraqdan ibaret qruplara delibasi rehberlik edirdi Aganin zabit destesine celb edilen cagrisci ocagin boluk qaydalarini oyrendikden ve xidmet etmek arzusunu tesdiqledikden sonra iman dini ve dovlete xidmet ve doyusde ezmkarliq andi icirdi Duaetme daxil andicme merasiminin sonunda xidmete qebul olunan sexs aga ciragi aganin sagirdi rutbesini alirdi ve deli papagi xususi merasimle onun basina qoyulurdu Andini pozan qaydalara tabe olmayan ve ya doyus meydanindan qacan deli qovulurdu ve papagindan mehrum edilirdi IstinadlarErickson 2009 seh 59 Ozcan 1994 Uzuncarsili 1991 Brzezinski 2006 seh 6 Slade 1854 seh 212 Slade 1854 seh 216EdebiyyatBrzezinski R Polish winged hussar 1576 1775 Osprey Publishing Ltd 2006 ISBN 1 84176 650 X Houtsma Martijn Theodoor redaktorDeli First Encyclopaedia of Islam E J Brill s first encyclopaedia of Islam 1913 1936 Volume II Baba Fighani Dwin Leiden BRILL 1987 ISBN 90 04 08265 4 Erickson E J Uyar M A Military History of the Ottomans From Osman to Ataturk PDF Pleager Security International 2009 ISBN 978 0 275 98876 0 Ozcan A DELI PDF 9 Islamansiklopedisi 1994 Uzuncarsili I H Deli E J Brill s first encyclopaedia of Islam 1913 1936 II 4 Leiden BRILL In Houtsma Martijn Theodoor 1991 201 202 Slade A sir Records of travels in Turkey Greece amp c and of a cruise in the Black sea with the capitan pasha in the years 1829 1830 and 1831 Leiden Saunders anr Otley 1854