Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir.
Əsas fiqurlar Dini mətnlər İdarə mərkəzi Tarix Şəxslər Digər |
Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb.Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır.Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.
Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan — Musa (peyğəmbər), İsa, Məhəmməd, Hind soyundan — Krişna, Budda, Zərdüşt. Bəhailərin fikrincə bizim dövrün son peyğəmbərləri Bab və Bəhaullahdır. Bəhai inancına görə, hər peyğəmbər mütləq özündən sonrakı peyğəmbər haqqında nəbilik etmiş (xəbər vermiş) və Ən Böyük Xəbər Bəhaullahın zühuru ilə gerçəkləşmişdir. İnsanlıq təkamülün növbəti mərhələsinə yetişmişdir və indi vacib olan ədalət, sülh və birliyi qlobal səviyyədə təmin etməkdir.
Etimologiyası
Bəhai sözünün kökü ərəbcədən "bəha" (BHA) (بهاء), sözündən gəlir və azərbaycan dilində birbaşa hərfi tərcüməsi yoxdur, dilimizdəki bir neçə sözü istifadə edərək bu sözə tərif verə bilərik: cəlal, şərəf, izzət, nur. Bəhai kəlməsi bir sifət olaraq Bəhaullahın ardıcılı mənasına gəlir.
Yaranması və inkişafı
XIX əsrin 40–50-ci illərində İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən son yaranandır. Tam müstəqil dini təlim olmasına baxmayaraq, onu bəzən yanlış olaraq "İslam təriqəti" və yaxud "İslam daxilində reformasiya hərəkatı" kimi təqdim edirlər.
XIX əsrin əvvəllərində İran ölkəsinin insanları min il əvvəl qeybə çəkilmiş on ikinci İmam Mehdinin tezliklə zühur edəcəyini gözləyirdilər. İnanırdılar ki, O, əvvəlki görkəmində qayıdacaq, özünü Ali hökmdar elan edəcək, Yerdə zülmün kökünü kəsib, ədaləti bərpa edəcəkdir. Mehdinin yaxın günlərdə zühur etməsinə inam Şeyxi təriqətində daha güclü idi. Təriqətin lideri Şeyx Əhməd Əhsainin nəzərincə, Mehdinin hakimiyyəti mistik xarakterli olacaqdır. Onun şöhrəti dünyəvi deyil, ruhani səciyyə daşıyacaqdır. Onun qələbələri insan qəlblərinin qalalarını fəth etməkdən ibarət olacaqdır. Şeyx Əhməddən sonra onun varisi Seyid Kazım Rəşti müsəlmanlara İlahi Zühurun onun ölümündən dərhal sonra, hicri 1260-cı ildə (yəni 1844-cü il) baş verəcəyini bildirir. Çünki Əlinin (ə.s.) dilindən nəql olunan hədisdə deyilirdi ki, "Ağac ilində (60) İlahinin doğru yol göstərən ağacı dünyaya gələcəkdir". Cəfər Sadiq (ə.s.) də Mehdi barədə demişdir: "60-cı illərdə Onun fəaliyyəti üzə çıxacaq və adı tez-tez xatırlanacaq".
Həmin illər Xristian dünyasında da insanlar həyəcan içində idi: Asiyada Yozef Volf, İngiltərədə Edvard İrvinq, Pensilvaniyada Uilyam Miller, Almaniyada Leonard Kolber bir-birilərindən xəbərsiz – Tövrat və İncil yazılarının tədqiqi əsasında 1844-cü ildə (hicri 1260) İsa Məsihin ikinci zühurunun baş verəcəyini söyləyirdilər.
U. A. Spayser "Müasirlik peyğəmbərliklər işığında" kitabında yazırdı: "Müqəddəs Yazıların tədqiqatçıları ümumi bir rəyə gəliblər ki, Daniyel Peyğəmbərin bəşəriyyət üçün təyin etdiyi 2300 il sona çatır və orada 1844-cü il Qiyamət Günü kimi göstərilmişdir".
1844-cü il 23 mayında Bab (ərəbcə "qapı" deməkdir) İranın Şiraz şəhərində Öz İlahi Missiyasını elan etdiyi gün Bəhai dininin quruluş tarixi hesab olunur. O bildirir ki, gəlişində əsas məqsəd insanları Müqəddəs Kitablarda vəd olunmuş və zamanın sonunda Zühür edəcək kəsin gəlişilə müjdələmək və onları bu fövqaladə hadisəyə hazırlamaqdır. O yazırdı: "Mən ancaq bu Qüdrətli kitabın hərfiyəm və bu hüdüdsuz dəryanın damlasıyam. O zühur edəndə Mənim əsl təbiətim, Mənim sirlərim, müammalarım və eyhamlarım aşkar və anlaşılan olacaqdır…"
Şeyxi təriqətinin 18 nəfər üzvü Baba iman gətirərək, yeni dinin müjdəsini insanlara çatdırmaq üçün İranın şəhər və kəndlərinə səpələnirlər. Babın, öz görüşünə görə, mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, ədalətə və qardaşlığa, qadınların əsarətdən azad edilməsinə dair alovlu çağırışları İranda Yaxın və Orta Şərqi lərzəyə gətirən babilər hərəkatına səbəb olur. Bir sıra Qərb tədqiqatçılarının fikrinə görə Babın sosial ideyaları öz qabaqcıllığına görə XIX əsr Avropa ictimai fikrini dəfələrlə arxada qoyurdu (bax: Fransa səfirliyinin məmuru L. M. Nikola və Avstriyanın hərbi atteşesi Alfred fon Qumensin əsərləri). Babilər hərəkatının geniş vüsət almasından qorxuya düşmüş şah hökuməti və ruhanilər Babı məhv etmək qərarını verirlər. Bab Təbrizə gətirilir və 1850-ci il 9 iyulda camaat qarşısında edam edilir. — əlavə -
Bəhailərin Beynəlxalq Birliyi – planetdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – , YUNİSEF, , Ümumdünya Səhiyyə Təşkilatı, ilə əməkdaşlıq edir. Birlik hər il dünyanın müxtəlif yerlərində təhsil, səhiyyə, ekologiya, insan hüquqları sahəsində minlərlə layihə həyata keçirir. ABŞ, Kanada, Avstraliya və bəzi Avropa, Asiya və Afrika ölkələrində Bəhai İcmaları nüfuzlu dini azlıq sayılırlar.
Əsas prinsipləri
Allahın birliyi – Allah – mütləq başlanğıc və mütləq ilkin səbəbdir, əzəli varlıq, insan şüuruna sığmayan, Kainatın Öz-özünə var olan və Özü özünə kifayət olan Yaradanı, bu dünyanın məkan və zaman çərçivələrindən azad olan bir Varlıqdır.
Dinlərin birliyi – Bu dünyanı yaradarkən, Allah insan nəzərinə tam açıqlana bilməyən bir məqsəd qoymuşdur, lakin Öz məqsədlərini həyata keçirmək üçün Allah vaxtaşırı Elçiləri vasitəsilə bəşəriyyətə Öz idarə edici prinsiplərini – Vəhyini çatdırır ki, mədəni-tarixi xüsusiyyətlərlə məhdudlaşan insan qavrama qabiliyyəti dairəsində Allahın məqsədinin pərdələrini açsın. Əslində bütün İlahi dinlər eyni İlahi Həqiqəti gətirmişlər, onlar arasında olan fərq isə bəşəriyyətin müxtəlif səviyyə hazırlığında və mədəniyyət ənənələrinin müxtəlifliyindən irəli gəlmişdir. Bəhailər bütün əvvəlki İlahi Zühurları – Musa (peyğəmbər)i, Krişnanı, Buddanı, Zərdüştü, İsanı, Məhəmmədi – və eləcə də onların gətirdiyi Müqəddəs Yazıları qəbul edir və onların hər birinə ehtiramla yanaşırlar, lakin bəhailər müxtəlif dinləri eklektik birləşdirmək fikrindən uzaqdırlar. Bəhailər müxtəlif dinlərə eyni İlahi həqiqətin tədrici açılışı kimi baxırlar. Bəhailər eləcə də hesab edir ki, Babın gəlişilə Adəm dövrü və ya Peyğəmbərlik dövrü sona yetmişdir və bu müddət ərzində bəşəriyyət öz inkişafının müəyyən mərhələsinin sonuna çatmışdır, və həmin dövrün sonuncu Peyğəmbəri Məhəmməddir. Bəhaullahın isə gəlişi ilə əvvəlki Yazılarda "Qiyamət Günü", "Gecəsiz Gündüz" kimi qeyd edilən yeni dövr başlanmışdır. Bu dövrdə bəşəriyyət üçün topladığı imkanlarını reallaşdırmaq və bundan sonra müharibə və münaqişələri uşaq xəstəlikləri kimi unudaraq daha da inkişaf etmək və təkmilləşmək təyin olunmuşdur.
Bəşəriyyətin birliyi – Öncə göstərilən imkanları əldə etmək üçün bəşəriyyətin indiki inkişaf mərhələsində onu vahid, harmonik fəaliyyət göstərən orqanizm kimi birləşdirmək vaxtıdır. Bu məqsədin həyata keçirilmə proqramı, bəhailərin fikrincə, bəşəriyyətə Bəhaullahın Vəhyi vasitəsilə gətirilmişdir. Bəhaullahın əli ilə yazılmış, sonralar Yazıların yeganə səlahiyyətli şərhçisi olanƏbdül-Bəhanın şərh etdiyi Bəhai Dininin Müqəddəs Yazılarında bu İlahi Planın bir çox təfsilatları və idarəedici prinsipləri göstərilmişdir.
Müxtəliflikdə birlik – Bütün insanların anadangəlmə bərabər olmasını qəbul etmək və bütün irqi, milli, sinfi, siyasi, dini, cinsi və s. mövhumatlardan qəti imtina etmək və bununla insanları qarşı-qarşıya duran qruplara ayıran səbəbləri aradan götürmək.
– Allahın gözündə qadın və kişi bərabər olduğu kimi, dünya həyatında yaradılan şərait də funksional fərqləri nəzərə almaq kişi və qadın arasında eyni olmalıdır.
Mövhumatın, xurafatın, təəssübün bütün formalarından imtina
Dünya sülhü və dünyanın yeni nizama ehtiyacı – Bununla dünyada ümumbəşəri sülh və razılığa nail olmaq və onu qorumaq olar.
Din və elmin ziddiyətdə yox, harmoniyada olması – Bəhai Yazılarına görə elm və din təməldə ziddiyət təşkil etmir. Elmsiz din – mövhumatdan başqa heç bir şey deyildir. Dinsiz elm – bir korluqdur ki, bəşəriyyətin imkanlarını boşa xərcləməklə onu birlik əvəzinə çarpışma vasitələrinin istehsalına və qarşılıqlı tələfat uçurumuna aparır. Din bir yerdə qalmamalıdır, əksinə, elmlə birlikdə və onun qabaqcıl nailiyyətləri ilə harmoniyada inkişaf etməlidir.
Həqiqətin müstəqil axtarışı – hər bir bəhainin haqqı və borcudur. Yalan çoxüzlüdür, həqiqət isə tək və bölünməzdir. Ona görə də insanlar həqiqəti axtarsalar, onlar mütləq birliyə gələcəklər. Bəhai dövrünün gəlişi ilə ruhanilər təbəqəsinin (mollalığın, keşişliyin) bir təsisat kimi ləğv olunması bu prinsiplə əlaqədardır.
Sivilizasiyanın daimi inkişaf prinsipi – Bəşər həyatı Allahın Planına uyğun olaraq sosial-ictimai təkamül prosesindən keçir və Bəhaullahın da dediyi kimi "bütün insanlar daim inkişaf edən sivilizasiyanı irəlilətmək üçün yaradılmışlar".
Ümumi icbari təhsil – Ümumi təhsilin vacibliyi və zəruriliyi hər bir insana ayrıca olaraq və ümumilikdə bütün bəşəriyyətə verilən qiymətsiz istedadların və imkanların təzahürünün əsas vasitəsidir. Bəşəriyyəti birləşdirmək məsələsi hər bir insan tərəfindən bəşəri biliklərin toplusuna qovuşmağı və öz imkanlarını və insan hüquqlarını dərk etməyi nəzərdə tutur.
Vahid beynəlxalq köməkçi dilin labüdlüyü – Dünyanın bütün məktəblərində şagirdlərə öz ana dilindən əlavə beynəlxalq səviyyədə qəbul olunmuş köməkçi dilin öyrədilməsi. Beləliklə, hər bir insan özünü hara getsə öz vətənində kimi hiss edə bilər.
Siyasətə qarışmamaq prinsipi – Siyasi fəaliyyət hər zaman bir qrupun digər qrupa qarşı mübarizəsini nəzərdə tutur. Ona görə də siyasətə qarışmaq istər-istəməz qarşıdurmaya gətirib çıxarır və birlik işinə mane olur.
İqtisadi problemlərin ruhani həlli – Bütün insanların müəyyən minimum xoş güzarana malik olmağa haqqları var. Əlbəttə, söhbət bərabərləşdirmədən yox, ifrat fərqlərin məhdudlaşdırılmasından gedir.
Bəhailərin sayları
Bəhailər iddia edirlər ki, 1963-cü ilin statistikasına görə, onların dünyada 6151 Yerli Ruhani Məclisi və 56 Milli Ruhani Məclisi var və 253 ölkə, bölgə və ya adada Bəhailər var. Belə əhatəli və bənzərsiz bir təşkilata malik olan bəhailər Bab Mirzənin irəli sürdüyü fikirləri tam qəbul etməklə yanaşı, ona bəzi yeni əlavələr də etmişlər.
Bəhailər bu inanc və baxışları hələ də dünyanın yeddi hissədə olan Məşriku'l-əzkar adlı doqquz cəbhəli məbədləri ətrafında qurduqları məktəblər, xəstəxanalar, uşaq evləri, uşaq bağçaları, turizm dərnəkləri və bu kimi sosial yardım qurumları vasitəsilə yaymağa çalışırlar.
Bizim dövrümüzdə bəhailərin ən çox rast gəlindiyi yer İrandır. Burada onların sayı ilə bağlı irəli sürülən rəqəmlər 300.000 ilə 1.000.000 arasında dəyişir. Onların ikinci ən böyük mərkəzi ABŞ-də təxminən 10.000 bəhai, Avropada bir neçə yüz, Pakistanda isə bir neçə min bəhai vardır. İraq, Suriya, Livan və İsraildə bəhailərin sayı cüzidir. Bəzi Afrika ölkələrində, xüsusən də Uqandada nəzərəçarpacaq irəliləyiş əldə etmişlər. 1986-cı ildə Hayfadakı Bəhai Dünya Mərkəzinin dərc etdiyi statistikada dünyada bəhailərin sayı 4 milyon 739 min nəfər göstərilib.
Azərbaycanda Bəhai dininin tarixi
Azərbaycanda bu hərəkata Babın ən yaxın ardıcılı, azərbaycanlı şairə-qadın Tahirə Qürrətüleyn başçılıq edirdi. Tahirə Babın gətirdiyi yeni qanunlara uyğun olaraq İslam şərqində çadrasını atmış ilk müsəlman qadını idi. Hərəkat yatırılarkən Tahirə Qürrətüleyn öldürülmüşdür.
Zəncanda 1850-ci il babi üsyanı zamanı üsyançılar arasında Zeynəb adlı gənc azərbaycanlı qız da olmuşdur. Tarix elmləri doktoru, professor Zülfəli İbrahimov bu qız haqqında yazmışdır: "Son dərəcə şücaətli olduğuna görə zəncanlılar bu qıza "Şahnamə"nin qəhrəmanı Rüstəmin adını vermişdi. Xalq ona Rüstəmə deyirdi". Başqa tədqiqatçı, tarix elmləri doktoru, professor Sabir Gəncəli yazır: "Şah qoşunları dəfələrlə hücum edib, Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə cəsus əliylə öldürülmüşdür".
Həmin vaxtlarda babilik hərəkatı Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Bab öz missiyasını elan etdiyi vaxt onun şagirdlərindən biri Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər onun tərəfdarı yaranır. Rus hökuməti general beş min nəfərlik ordu ilə Molla Sadiq Vənəndliyə qarşı göndərir. O zaman artıq həkimiyyətdən salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin tərəfdarlarından idilər.
XIX əsrin ikinci yarısında Bəhai İcmaları Şimali Azərbaycanın Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki və digər yerlərində fəaliyyət göstərirdi. Qeyd edək Bakı və Balaxanı İcmaları, ümumiyyətlə, dünyanın ən qədim Bəhai İcmalarından hesab olunurlar. 1860–70-ci illərdə Bakı İcmasının yaradılmasında Azərbaycanın xalq şairi Mikayıl Müşfiqin babası böyük rol oynamışdır. Artıq 80-ci illərin əvvəllərində bu icmalarda yüzlərlə insan var idi. Bakı İcmasının arxivində həmin İcmanın adına 1887-ci ildə alınmış Çadrovu küçəsi (indiki Mirzağa Əliyev) 216 nömrəli evin mülkiyyət hüququna dair sənəd vardır.
Bəhai İcmaları Azərbaycanda dini fanatizmi, mövhumat və cəhaləti pisləmiş, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlər və xalqlar arası dialoq və əməkdaşlığa can atmışlar. İlk dəfə azərbaycanlı qızlara təhsil verilməsində bəhailərin rolu böyük olmuşdur. Bu cür fəaliyyətlər ruhanilərin xoşuna gəlməmiş, nəticədə Bakı, Mərdəkan, Balaxanı, Bərdə və Şamaxıda bəhailərə qarşı ciddi təzyiqlər olmuşdur. Mərdəkan məscidinin axundu İbrahimxəlil biləndə ki, yeganə oğlu Molla Sadiq Bəhai dinini qəbul edib və onun ən fəal təbliğatçısı olub, qəzəblənərək onun ölümünə fətva verir. 1901-ci ildə Bakı qoçuları Molla Sadiqi neft quyusuna ataraq qətlə yetirirlər. Hazırda Molla Sadiqin qəbri Mərdəkan qəbirstanlığındadır.
Həmçinin bax
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Hutter, Manfred (2005). "Bahā'īs". In Jones, Lindsay. Encyclopedia of Religion 2 (2nd ed.). Detroit, Michigan: Macmillan Reference US. pp. 737–740.
- "The Life of Bahá'u'lláh: Banishment from Iran". 2022-08-15 tarixində . İstifadə tarixi: 2015-11-21.
- "'Abdu'l-Bahá's travel to west". 2022-02-13 tarixində . İstifadə tarixi: 2015-11-21.
- (PDF). 2012-07-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- "Bahá'í statistics". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. Cambridge: 2022-03-21 at the Wayback Machine Cambridge University Press.
- "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation, CHAPTER I: THE MISSION OF SHAYKH AHMAD-I-AHSÁ'Í". 2017-05-26 tarixində . İstifadə tarixi: 2015-11-21.
- "Individualism and the Spiritual Path in Shaykh Ahmad al-Ahsa'i by Juan R. I. Cole". 2021-07-29 tarixində . İstifadə tarixi: 2015-11-21.
- "The World as Text: Cosmologies of Shaykh Ahmad al-Ahsa'i by Juan R.I. Cole, Department of History, University of Michigan Studia Islamica 80 (1994):1-23". 2022-03-21 tarixində . İstifadə tarixi: 2015-11-21.
- "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation, CHAPTER II: THE MISSION OF SIYYID KÁZIM-I-RASHTÍ, page 45". 2021-10-19 tarixində . İstifadə tarixi: 2015-11-21.
- "Wikipedia:Joseph Wolff". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- "Wikipedia: Edward Irving". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- "Wikipedia: William Miller (preacher)". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation, CHAPTER III: THE DECLARATION OF THE BÁB'S MISSION". 2017-12-31 tarixində . İstifadə tarixi: 2015-11-21.
- "'Abdu'l-Bahá and Mírzá Ghaffár Zanúzí: ALM Nicolas's 'Abdoul-Béha et la situation', 1912". 2021-11-19 tarixində . İstifadə tarixi: 2015-11-21.
- "Hatcher, William; Martin, Douglas (1985). The Bahá'í Faith". 2022-03-21 tarixində . İstifadə tarixi: 2015-11-26.
- "Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. Cambridge: Cambridge University Press". 2022-03-21 tarixində . İstifadə tarixi: 2015-11-26.
- "Tablets of Bahá'u'lláh: Kitáb-i-'Ahd (Book of the Covenant)". 2022-08-14 tarixində . İstifadə tarixi: 2015-11-26.
- "Roxanne Lalonde, Unity in Diversity: Acceptance and Integration in an Era of Intolerance and Fragmentation, 2004". 2014-01-10 tarixində . İstifadə tarixi: 2015-11-26.
- "Buck, Christopher (1999). Paradise and Paradigm: Key Symbols in Persian Christianity and the Baha'i Faith". 2022-03-21 tarixində . İstifadə tarixi: 2015-11-26.
- [Hatcher, W. S.; Martin, J. D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. San Francisco: Harper & Row.]
- "Stockman, Robert (2000). "The Baha'i Faith". In Beversluis, Joel. Sourcebook of the World's Religions". 2022-03-21 tarixində . İstifadə tarixi: 2015-11-26.
- [Smith, P. (1999). A Concise Encyclopedia of the Bahá'í Faith. Oxford, UK: Oneworld Publications. pp. 363–364.]
- "Letter written on behalf of the Universal House of Justice. Research Department of the Universal House of Justice, Bahá'í World Centre (published December 1995). Retrieved 2007-12-01". 2022-04-22 tarixində . İstifadə tarixi: 2015-11-26.
- [For an annotated compilation of excerpts from the Bahá'í writings regarding the principle of International or Universal Auxiliary Language, see "The Greatest Instrument for Promoting Harmony and Civilization: Excerpts from the Bahá'í Writings and Related Sources on the Question of an International Auxiliary Language." Oxford: George Ronald Publisher. 2015. ]
- "See for example: Political Non-involvement and Obedience to Government – A compilation of some of the Messages of the Guardian and the Universal House of Justice (compiled by Dr. Peter J. Khan)". 2021-05-17 tarixində . İstifadə tarixi: 2015-11-26.
- "Bryan Graham, Baha'i Faith and economics: a review and synthesis". 2021-04-13 tarixində . İstifadə tarixi: 2015-11-26.
- "Bahailik". islamansiklopedisi.org.tr. 1991. 3 may 2023 tarixində arxivləşdirilib.
- Ə. Cəfərzadə "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik" nəşriyyatı, 1991; Ə. Cəfərzadə "Zərintac Tahirə", Bakı, Göytürk, 1996
- "Martha L. Root "Tahirih, The Pure, Iran's Greatest Woman" Copyright, 1938". 2022-08-15 tarixində . İstifadə tarixi: 2015-12-07.
- bahai.az — İcmanın tarixi [ölü keçid]
- "M. S. Ordubadi "Həyatım və mühitim", Əcəmi nəşriyyat-poliqrafiya birliyi, Naxçıvan, 2012". 2022-06-16 tarixində . İstifadə tarixi: 2015-12-07.
- "The Baha'is of the Caucasus: From Russian Tolerance to Soviet Repression {2/3}". 2011-05-24 tarixində . İstifadə tarixi: 2011-05-24.
- "Səlahəddin Əyyubov, Bəhai Dini Azərbaycanda və ya bütün dinlərdə Vəd Olunmuş Kəsin zühuru. Bakı, "Elm və təhsil", 2013" (PDF). 2022-06-16 tarixində (PDF). İstifadə tarixi: 2015-12-07.
- [Əzizə Cəfərzadə, "İşığa doru", Bakı, Şirvannəşr, 1998]
Xarici keçidlər
- bahai.az 2016-10-25 at the Wayback Machine
- Türk dillerinde Bəhai duaları
- Bahá’í International Community
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Behai Dini butun beseriyyetin birliyi prinsipini vurgulayan musteqil monoteist dindir Bu dinin temelini uc esas prinsip teskil edir Allahin birliyi Allah butun yaradilisin yegane menbeyi ve ilkin sebebidir Ilahi dinlerin birliyi tek Allahin tek bir dini var ve o minillikler erzinde tekamul etmisdir beseriyyetin birliyi butun insanlar eyni Allah terefinden beraber yaradilmisdir insanlar arasindaki irqi milli medeni muxteliflikler beseriyyetin zenginliyidir ve muxteliflikde birlik teqdirelayiq ve alqislanandir Behai dini telimlerine gore insanin meqsedi Allahi tek yaradani Heqiqi dostu tanimaq ve Ona sevgi beslemekdir hansi ki bu ozunu gundelik fealiyyetde insanliga xidmetde ve ferdi ibadetde gostermelidir Behailik Behai ulduzu Esas fiqurlar Behaullah Bab Ebdul Beha Abbas Dini metnler Idare merkezi Umumdunya Edalet Evi Tarix Seyx Ehmed Ehsai Babilik Sexsler Sovqi Efendi Tahire Qurretuleyn Marta Rot Diger Behailikde zevvarliq Behai teqvimi baxredakte Behai dini 19 cu esrde Iranda meydana gelib bu dinin peygemberi Behaullahdir Behaullah oz fikirlerine ve yaydigi telime gore Irandan Osmanliya surgun olunub ve demek olar ki heyatinin sonunadek burada mehbus heyati yasayib Behaullahin vefatindan sonra onun boyuk oglu Ebdul Beha bu telimleri inkisaf etdirmekde davam edir onun dovrunde Behai dini Iran ve Osmanlinin serhedlerini asir Avropa ve Amerikaya yayilmaga baslayir hemcinin Iranda getdikce daha da mohkemlenir ve eyni zamanda guclu teqiblere meruz qalir Ebdul Behanin vefatindan sonra Behai dininin inkisafi yeni merheleye qedem qoyur Behai dini tarixinde Sehadet dovru basa catir ve Quruculuq esri 1921 2021 baslayir hansi ki son neticede Behaullahin ongorduyu Umumdunya Edalet Evinin yaranmasi ve Dinin dunyanin butun menteqelerine yayilmasi ile neticelenmeli idi Hal hazirda dunyanin 200 olke ve vilayetinde teqriben 5 milyonadek behai var Bu dini qebul etmis sexslerin numeyendesi oldugu milletlerin xalqlarin ve etnik qruplarin sayi 2100 u kecmis Behai dini edebiyyati 800 den cox dile tercume edilmisdir Behai dinine gore ruhani tarixi silsile Allah Elcilerinin gelisi ile formalasir bu Peygemberlerin dini telimi zamanin telebine ve insanligin qabiliyyetine uygun vehy olunur Son dovrlerin bilinen Peygemberleri 2 soydan gelmisler Ibrahim peygemberin soyundan Musa peygember Isa Mehemmed Hind soyundan Krisna Budda Zerdust Behailerin fikrince bizim dovrun son peygemberleri Bab ve Behaullahdir Behai inancina gore her peygember mutleq ozunden sonraki peygember haqqinda nebilik etmis xeber vermis ve En Boyuk Xeber Behaullahin zuhuru ile gerceklesmisdir Insanliq tekamulun novbeti merhelesine yetismisdir ve indi vacib olan edalet sulh ve birliyi qlobal seviyyede temin etmekdir EtimologiyasiBehai sozunun koku erebceden beha BHA بهاء sozunden gelir ve azerbaycan dilinde birbasa herfi tercumesi yoxdur dilimizdeki bir nece sozu istifade ederek bu soze terif vere bilerik celal seref izzet nur Behai kelmesi bir sifet olaraq Behaullahin ardicili menasina gelir Yaranmasi ve inkisafiHayfa seherinde Babin meqberesi XIX esrin 40 50 ci illerinde Iranda yaranmis Behai dini dunya dinleri arasinda en son yaranandir Tam musteqil dini telim olmasina baxmayaraq onu bezen yanlis olaraq Islam teriqeti ve yaxud Islam daxilinde reformasiya herekati kimi teqdim edirler XIX esrin evvellerinde Iran olkesinin insanlari min il evvel qeybe cekilmis on ikinci Imam Mehdinin tezlikle zuhur edeceyini gozleyirdiler Inanirdilar ki O evvelki gorkeminde qayidacaq ozunu Ali hokmdar elan edecek Yerde zulmun kokunu kesib edaleti berpa edecekdir Mehdinin yaxin gunlerde zuhur etmesine inam Seyxi teriqetinde daha guclu idi Teriqetin lideri Seyx Ehmed Ehsainin nezerince Mehdinin hakimiyyeti mistik xarakterli olacaqdir Onun sohreti dunyevi deyil ruhani seciyye dasiyacaqdir Onun qelebeleri insan qelblerinin qalalarini feth etmekden ibaret olacaqdir Seyx Ehmedden sonra onun varisi Seyid Kazim Resti muselmanlara Ilahi Zuhurun onun olumunden derhal sonra hicri 1260 ci ilde yeni 1844 cu il bas vereceyini bildirir Cunki Elinin e s dilinden neql olunan hedisde deyilirdi ki Agac ilinde 60 Ilahinin dogru yol gosteren agaci dunyaya gelecekdir Cefer Sadiq e s de Mehdi barede demisdir 60 ci illerde Onun fealiyyeti uze cixacaq ve adi tez tez xatirlanacaq Hemin iller Xristian dunyasinda da insanlar heyecan icinde idi Asiyada Yozef Volf Ingilterede Edvard Irvinq Pensilvaniyada Uilyam Miller Almaniyada Leonard Kolber bir birilerinden xebersiz Tovrat ve Incil yazilarinin tedqiqi esasinda 1844 cu ilde hicri 1260 Isa Mesihin ikinci zuhurunun bas vereceyini soyleyirdiler U A Spayser Muasirlik peygemberlikler isiginda kitabinda yazirdi Muqeddes Yazilarin tedqiqatcilari umumi bir reye gelibler ki Daniyel Peygemberin beseriyyet ucun teyin etdiyi 2300 il sona catir ve orada 1844 cu il Qiyamet Gunu kimi gosterilmisdir 1844 cu il 23 mayinda Bab erebce qapi demekdir Iranin Siraz seherinde Oz Ilahi Missiyasini elan etdiyi gun Behai dininin qurulus tarixi hesab olunur O bildirir ki gelisinde esas meqsed insanlari Muqeddes Kitablarda ved olunmus ve zamanin sonunda Zuhur edecek kesin gelisile mujdelemek ve onlari bu fovqalade hadiseye hazirlamaqdir O yazirdi Men ancaq bu Qudretli kitabin herfiyem ve bu hududsuz deryanin damlasiyam O zuhur edende Menim esl tebietim Menim sirlerim muammalarim ve eyhamlarim askar ve anlasilan olacaqdir Seyxi teriqetinin 18 nefer uzvu Baba iman getirerek yeni dinin mujdesini insanlara catdirmaq ucun Iranin seher ve kendlerine sepelenirler Babin oz gorusune gore menevi dircelise xurafatdan movhumatdan uzaqlasmaga edalete ve qardasliga qadinlarin esaretden azad edilmesine dair alovlu cagirislari Iranda Yaxin ve Orta Serqi lerzeye getiren babiler herekatina sebeb olur Bir sira Qerb tedqiqatcilarinin fikrine gore Babin sosial ideyalari oz qabaqcilligina gore XIX esr Avropa ictimai fikrini defelerle arxada qoyurdu bax Fransa sefirliyinin memuru L M Nikola ve Avstriyanin herbi attesesi Alfred fon Qumensin eserleri Babiler herekatinin genis vuset almasindan qorxuya dusmus sah hokumeti ve ruhaniler Babi mehv etmek qerarini verirler Bab Tebrize getirilir ve 1850 ci il 9 iyulda camaat qarsisinda edam edilir elave Behailerin Beynelxalq Birliyi planetde sulhu qlobal ekologiyani ve insan haqlarini qorumaq xalqlarin iqtisadi sosial ve medeni inkisafina nail olmaq yollarinda BMT nin bir sira orqanlari YUNISEF Umumdunya Sehiyye Teskilati ile emekdasliq edir Birlik her il dunyanin muxtelif yerlerinde tehsil sehiyye ekologiya insan huquqlari sahesinde minlerle layihe heyata kecirir ABS Kanada Avstraliya ve bezi Avropa Asiya ve Afrika olkelerinde Behai Icmalari nufuzlu dini azliq sayilirlar Esas prinsipleriAllahin birliyi Allah mutleq baslangic ve mutleq ilkin sebebdir ezeli varliq insan suuruna sigmayan Kainatin Oz ozune var olan ve Ozu ozune kifayet olan Yaradani bu dunyanin mekan ve zaman cercivelerinden azad olan bir Varliqdir Dinlerin birliyi Bu dunyani yaradarken Allah insan nezerine tam aciqlana bilmeyen bir meqsed qoymusdur lakin Oz meqsedlerini heyata kecirmek ucun Allah vaxtasiri Elcileri vasitesile beseriyyete Oz idare edici prinsiplerini Vehyini catdirir ki medeni tarixi xususiyyetlerle mehdudlasan insan qavrama qabiliyyeti dairesinde Allahin meqsedinin perdelerini acsin Eslinde butun Ilahi dinler eyni Ilahi Heqiqeti getirmisler onlar arasinda olan ferq ise beseriyyetin muxtelif seviyye hazirliginda ve medeniyyet enenelerinin muxtelifliyinden ireli gelmisdir Behailer butun evvelki Ilahi Zuhurlari Musa peygember i Krisnani Buddani Zerdustu Isani Mehemmedi ve elece de onlarin getirdiyi Muqeddes Yazilari qebul edir ve onlarin her birine ehtiramla yanasirlar lakin behailer muxtelif dinleri eklektik birlesdirmek fikrinden uzaqdirlar Behailer muxtelif dinlere eyni Ilahi heqiqetin tedrici acilisi kimi baxirlar Behailer elece de hesab edir ki Babin gelisile Adem dovru ve ya Peygemberlik dovru sona yetmisdir ve bu muddet erzinde beseriyyet oz inkisafinin mueyyen merhelesinin sonuna catmisdir ve hemin dovrun sonuncu Peygemberi Mehemmeddir Behaullahin ise gelisi ile evvelki Yazilarda Qiyamet Gunu Gecesiz Gunduz kimi qeyd edilen yeni dovr baslanmisdir Bu dovrde beseriyyet ucun topladigi imkanlarini reallasdirmaq ve bundan sonra muharibe ve munaqiseleri usaq xestelikleri kimi unudaraq daha da inkisaf etmek ve tekmillesmek teyin olunmusdur Beseriyyetin birliyi Once gosterilen imkanlari elde etmek ucun beseriyyetin indiki inkisaf merhelesinde onu vahid harmonik fealiyyet gosteren orqanizm kimi birlesdirmek vaxtidir Bu meqsedin heyata kecirilme proqrami behailerin fikrince beseriyyete Behaullahin Vehyi vasitesile getirilmisdir Behaullahin eli ile yazilmis sonralar Yazilarin yegane selahiyyetli serhcisi olanEbdul Behanin serh etdiyi Behai Dininin Muqeddes Yazilarinda bu Ilahi Planin bir cox tefsilatlari ve idareedici prinsipleri gosterilmisdir Muxteliflikde birlik Butun insanlarin anadangelme beraber olmasini qebul etmek ve butun irqi milli sinfi siyasi dini cinsi ve s movhumatlardan qeti imtina etmek ve bununla insanlari qarsi qarsiya duran qruplara ayiran sebebleri aradan goturmek Allahin gozunde qadin ve kisi beraber oldugu kimi dunya heyatinda yaradilan serait de funksional ferqleri nezere almaq kisi ve qadin arasinda eyni olmalidir Movhumatin xurafatin teessubun butun formalarindan imtina Dunya sulhu ve dunyanin yeni nizama ehtiyaci Bununla dunyada umumbeseri sulh ve raziliga nail olmaq ve onu qorumaq olar Din ve elmin ziddiyetde yox harmoniyada olmasi Behai Yazilarina gore elm ve din temelde ziddiyet teskil etmir Elmsiz din movhumatdan basqa hec bir sey deyildir Dinsiz elm bir korluqdur ki beseriyyetin imkanlarini bosa xerclemekle onu birlik evezine carpisma vasitelerinin istehsalina ve qarsiliqli telefat ucurumuna aparir Din bir yerde qalmamalidir eksine elmle birlikde ve onun qabaqcil nailiyyetleri ile harmoniyada inkisaf etmelidir Heqiqetin musteqil axtarisi her bir behainin haqqi ve borcudur Yalan coxuzludur heqiqet ise tek ve bolunmezdir Ona gore de insanlar heqiqeti axtarsalar onlar mutleq birliye gelecekler Behai dovrunun gelisi ile ruhaniler tebeqesinin mollaligin kesisliyin bir tesisat kimi legv olunmasi bu prinsiple elaqedardir Sivilizasiyanin daimi inkisaf prinsipi Beser heyati Allahin Planina uygun olaraq sosial ictimai tekamul prosesinden kecir ve Behaullahin da dediyi kimi butun insanlar daim inkisaf eden sivilizasiyani ireliletmek ucun yaradilmislar Umumi icbari tehsil Umumi tehsilin vacibliyi ve zeruriliyi her bir insana ayrica olaraq ve umumilikde butun beseriyyete verilen qiymetsiz istedadlarin ve imkanlarin tezahurunun esas vasitesidir Beseriyyeti birlesdirmek meselesi her bir insan terefinden beseri biliklerin toplusuna qovusmagi ve oz imkanlarini ve insan huquqlarini derk etmeyi nezerde tutur Vahid beynelxalq komekci dilin labudluyu Dunyanin butun mekteblerinde sagirdlere oz ana dilinden elave beynelxalq seviyyede qebul olunmus komekci dilin oyredilmesi Belelikle her bir insan ozunu hara getse oz veteninde kimi hiss ede biler Siyasete qarismamaq prinsipi Siyasi fealiyyet her zaman bir qrupun diger qrupa qarsi mubarizesini nezerde tutur Ona gore de siyasete qarismaq ister istemez qarsidurmaya getirib cixarir ve birlik isine mane olur Iqtisadi problemlerin ruhani helli Butun insanlarin mueyyen minimum xos guzarana malik olmaga haqqlari var Elbette sohbet beraberlesdirmeden yox ifrat ferqlerin mehdudlasdirilmasindan gedir Behailerin saylariBehailer iddia edirler ki 1963 cu ilin statistikasina gore onlarin dunyada 6151 Yerli Ruhani Meclisi ve 56 Milli Ruhani Meclisi var ve 253 olke bolge ve ya adada Behailer var Bele ehateli ve benzersiz bir teskilata malik olan behailer Bab Mirzenin ireli surduyu fikirleri tam qebul etmekle yanasi ona bezi yeni elaveler de etmisler Behailer bu inanc ve baxislari hele de dunyanin yeddi hissede olan Mesriku l ezkar adli doqquz cebheli mebedleri etrafinda qurduqlari mektebler xestexanalar usaq evleri usaq bagcalari turizm dernekleri ve bu kimi sosial yardim qurumlari vasitesile yaymaga calisirlar Bizim dovrumuzde behailerin en cox rast gelindiyi yer Irandir Burada onlarin sayi ile bagli ireli surulen reqemler 300 000 ile 1 000 000 arasinda deyisir Onlarin ikinci en boyuk merkezi ABS de texminen 10 000 behai Avropada bir nece yuz Pakistanda ise bir nece min behai vardir Iraq Suriya Livan ve Israilde behailerin sayi cuzidir Bezi Afrika olkelerinde xususen de Uqandada nezerecarpacaq irelileyis elde etmisler 1986 ci ilde Hayfadaki Behai Dunya Merkezinin derc etdiyi statistikada dunyada behailerin sayi 4 milyon 739 min nefer gosterilib Azerbaycanda Behai dininin tarixiAzerbaycanda bu herekata Babin en yaxin ardicili azerbaycanli saire qadin Tahire Qurretuleyn basciliq edirdi Tahire Babin getirdiyi yeni qanunlara uygun olaraq Islam serqinde cadrasini atmis ilk muselman qadini idi Herekat yatirilarken Tahire Qurretuleyn oldurulmusdur Zencanda 1850 ci il babi usyani zamani usyancilar arasinda Zeyneb adli genc azerbaycanli qiz da olmusdur Tarix elmleri doktoru professor Zulfeli Ibrahimov bu qiz haqqinda yazmisdir Son derece sucaetli olduguna gore zencanlilar bu qiza Sahname nin qehremani Rustemin adini vermisdi Xalq ona Rusteme deyirdi Basqa tedqiqatci tarix elmleri doktoru professor Sabir Genceli yazir Sah qosunlari defelerle hucum edib Rustemenin mudafie etdiyi istehkami tutmaga cehd gostermisdilerse de buna muveffeq ola bilmemisdiler Rusteme doyusde deyil yatdigi yerde cesus eliyle oldurulmusdur Hemin vaxtlarda babilik herekati Simali Azerbaycanda da oz ardicillarini tapirdi Bab oz missiyasini elan etdiyi vaxt onun sagirdlerinden biri Ordubadin Venend kendinin ve etraf kendlerin adamlarini oz etrafina toplayaraq bu telimi onlara catdirir Qisa vaxt erzinde butun Naxcivan ve Zengezur mahalinda on min nefere qeder onun terefdari yaranir Rus hokumeti general bes min neferlik ordu ile Molla Sadiq Venendliye qarsi gonderir O zaman artiq hekimiyyetden salinmis Naxcivan xani ve onun naibi Seyxeli bey de bu telimin terefdarlarindan idiler XIX esrin ikinci yarisinda Behai Icmalari Simali Azerbaycanin Baki Balaxani Gence Berde Seki ve diger yerlerinde fealiyyet gosterirdi Qeyd edek Baki ve Balaxani Icmalari umumiyyetle dunyanin en qedim Behai Icmalarindan hesab olunurlar 1860 70 ci illerde Baki Icmasinin yaradilmasinda Azerbaycanin xalq sairi Mikayil Musfiqin babasi boyuk rol oynamisdir Artiq 80 ci illerin evvellerinde bu icmalarda yuzlerle insan var idi Baki Icmasinin arxivinde hemin Icmanin adina 1887 ci ilde alinmis Cadrovu kucesi indiki Mirzaga Eliyev 216 nomreli evin mulkiyyet huququna dair sened vardir Behai Icmalari Azerbaycanda dini fanatizmi movhumat ve cehaleti pislemis maarifciliyi usaqlara xususen de qizlara dunyevi tehsilin verilmesini qadinlarin cemiyyetde ve ailede huquqlarinin qorunmasini teblig etmis dinler ve xalqlar arasi dialoq ve emekdasliga can atmislar Ilk defe azerbaycanli qizlara tehsil verilmesinde behailerin rolu boyuk olmusdur Bu cur fealiyyetler ruhanilerin xosuna gelmemis neticede Baki Merdekan Balaxani Berde ve Samaxida behailere qarsi ciddi tezyiqler olmusdur Merdekan mescidinin axundu Ibrahimxelil bilende ki yegane oglu Molla Sadiq Behai dinini qebul edib ve onun en feal tebligatcisi olub qezeblenerek onun olumune fetva verir 1901 ci ilde Baki qoculari Molla Sadiqi neft quyusuna ataraq qetle yetirirler Hazirda Molla Sadiqin qebri Merdekan qebirstanligindadir Hemcinin baxBabilik Behaullah Behai qanunlariIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Hutter Manfred 2005 Baha is In Jones Lindsay Encyclopedia of Religion 2 2nd ed Detroit Michigan Macmillan Reference US pp 737 740 The Life of Baha u llah Banishment from Iran 2022 08 15 tarixinde Istifade tarixi 2015 11 21 Abdu l Baha s travel to west 2022 02 13 tarixinde Istifade tarixi 2015 11 21 PDF 2012 07 22 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2015 11 21 Baha i statistics 2022 03 31 tarixinde arxivlesdirilib Istifade tarixi 2015 11 21 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 21 Smith Peter 2008 An Introduction to the Baha i Faith Cambridge 2022 03 21 at the Wayback Machine Cambridge University Press The Dawn Breakers Nabil s Narrative of the Early Days of the Baha i Revelation CHAPTER I THE MISSION OF SHAYKH AHMAD I AHSA I 2017 05 26 tarixinde Istifade tarixi 2015 11 21 Individualism and the Spiritual Path in Shaykh Ahmad al Ahsa i by Juan R I Cole 2021 07 29 tarixinde Istifade tarixi 2015 11 21 The World as Text Cosmologies of Shaykh Ahmad al Ahsa i by Juan R I Cole Department of History University of Michigan Studia Islamica 80 1994 1 23 2022 03 21 tarixinde Istifade tarixi 2015 11 21 The Dawn Breakers Nabil s Narrative of the Early Days of the Baha i Revelation CHAPTER II THE MISSION OF SIYYID KAZIM I RASHTI page 45 2021 10 19 tarixinde Istifade tarixi 2015 11 21 Wikipedia Joseph Wolff 2022 05 30 tarixinde arxivlesdirilib Istifade tarixi 2015 11 21 Wikipedia Edward Irving 2022 03 09 tarixinde arxivlesdirilib Istifade tarixi 2015 11 21 Wikipedia William Miller preacher 2022 08 28 tarixinde arxivlesdirilib Istifade tarixi 2015 11 21 The Dawn Breakers Nabil s Narrative of the Early Days of the Baha i Revelation CHAPTER III THE DECLARATION OF THE BAB S MISSION 2017 12 31 tarixinde Istifade tarixi 2015 11 21 Abdu l Baha and Mirza Ghaffar Zanuzi ALM Nicolas s Abdoul Beha et la situation 1912 2021 11 19 tarixinde Istifade tarixi 2015 11 21 Hatcher William Martin Douglas 1985 The Baha i Faith 2022 03 21 tarixinde Istifade tarixi 2015 11 26 Smith Peter 2008 An Introduction to the Baha i Faith Cambridge Cambridge University Press 2022 03 21 tarixinde Istifade tarixi 2015 11 26 Tablets of Baha u llah Kitab i Ahd Book of the Covenant 2022 08 14 tarixinde Istifade tarixi 2015 11 26 Roxanne Lalonde Unity in Diversity Acceptance and Integration in an Era of Intolerance and Fragmentation 2004 2014 01 10 tarixinde Istifade tarixi 2015 11 26 Buck Christopher 1999 Paradise and Paradigm Key Symbols in Persian Christianity and the Baha i Faith 2022 03 21 tarixinde Istifade tarixi 2015 11 26 Hatcher W S Martin J D 1998 The Baha i Faith The Emerging Global Religion San Francisco Harper amp Row Stockman Robert 2000 The Baha i Faith In Beversluis Joel Sourcebook of the World s Religions 2022 03 21 tarixinde Istifade tarixi 2015 11 26 Smith P 1999 A Concise Encyclopedia of the Baha i Faith Oxford UK Oneworld Publications pp 363 364 Letter written on behalf of the Universal House of Justice Research Department of the Universal House of Justice Baha i World Centre published December 1995 Retrieved 2007 12 01 2022 04 22 tarixinde Istifade tarixi 2015 11 26 For an annotated compilation of excerpts from the Baha i writings regarding the principle of International or Universal Auxiliary Language see The Greatest Instrument for Promoting Harmony and Civilization Excerpts from the Baha i Writings and Related Sources on the Question of an International Auxiliary Language Oxford George Ronald Publisher 2015 See for example Political Non involvement and Obedience to Government A compilation of some of the Messages of the Guardian and the Universal House of Justice compiled by Dr Peter J Khan 2021 05 17 tarixinde Istifade tarixi 2015 11 26 Bryan Graham Baha i Faith and economics a review and synthesis 2021 04 13 tarixinde Istifade tarixi 2015 11 26 Bahailik islamansiklopedisi org tr 1991 3 may 2023 tarixinde arxivlesdirilib E Ceferzade Azerbaycanin asiq ve sair qadinlari Baki Genclik nesriyyati 1991 E Ceferzade Zerintac Tahire Baki Goyturk 1996 Martha L Root Tahirih The Pure Iran s Greatest Woman Copyright 1938 2022 08 15 tarixinde Istifade tarixi 2015 12 07 bahai az Icmanin tarixi olu kecid M S Ordubadi Heyatim ve muhitim Ecemi nesriyyat poliqrafiya birliyi Naxcivan 2012 2022 06 16 tarixinde Istifade tarixi 2015 12 07 The Baha is of the Caucasus From Russian Tolerance to Soviet Repression 2 3 2011 05 24 tarixinde Istifade tarixi 2011 05 24 Selaheddin Eyyubov Behai Dini Azerbaycanda ve ya butun dinlerde Ved Olunmus Kesin zuhuru Baki Elm ve tehsil 2013 PDF 2022 06 16 tarixinde PDF Istifade tarixi 2015 12 07 Ezize Ceferzade Isiga doru Baki Sirvannesr 1998 Xarici kecidlerbahai az 2016 10 25 at the Wayback Machine Turk dillerinde Behai dualari Baha i International Community Din ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin