Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir.
Burhan Şəhidi | |
---|---|
Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri | |
dekabr 1949 – sentyabr 1955 | |
Əvvəlki | Vəzifə yeni yaradılmış; özü koalisiya hökumətinin sədri kimi |
Sonrakı | Vəzifə ləğv edildi; Seyfuddin Əzizi, Sintszyan-Uyğur Muxtar Rayonunun hökumətinin sədri oldu |
Sincan Koalisiya Hökumətinin 3-cü sədri | |
dekabr 1948 – dekabr 1949 | |
Əvvəlki | Məsud Səbri |
Sonrakı | Vəzifə ləğv edildi; özü xalq hakimiyyətinin sədri kimi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 oktyabr 1894 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 avqust 1989 (94 yaşında) |
Vəfat yeri | |
Partiya | Çin Kommunist Partiyası |
Təhsili | Berlin Humboldt Universiteti |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Çin ÇXR |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi. 1908–1911-ci illərdə Kazanda Məhəmmədiyyə mədrəsəsində oxumuş, "Magarif" nəşriyyatının kitab evində işləmişdir. 1911-ci ildən etibarən Semipalatinskdə Yapparov tacirlərinin "Tyan Şan" ticarət şirkətində mühasib işləmişdir.
1912-ci ildə Sin sülaləsi devrildikdən sonra tatar tacirlərini Sincandakı Dihuaya (indiki Urumçi) müşayiət etdi. Orada o, 1912-ci ilin sentyabrından 1922-ci ilədək — şirkətin Qərbi Çindəki filialında, usta köməkçisi və dükan yardımçısı olaraq, sonra — gömrükdə çalışmışdır. 1914-cü il tarixində, ailəsinin mənşəyini göstərərək Çin Xalq Respublikasının vətəndaşı olmaq üçün müraciət etdi. 1925–1929-cu illərdə Sincan vilayətinin nəqliyyat şöbəsinin müdiri vəzifəsində xidmət etmişdir. O, uyğur, çin, rus, türk və bəzi ərəb dillərini bilirdi və o zaman Sincanın qubernatoru olan Yanq Zenqxinin tərcüməçisi kimi çalışırdı. Burhan Şəhidi cədid lideri İsmayıl Qasprinskini mənəvi atası sayırdı.
1929-cu ildə Sincanın növbəti qubernatoru Şin Şuren tərəfindən Berlində siyasi-iqtisad təhsil almaq üçün Veymar Almaniyasına göndərildi. 1933-cü ildə Sincana döndü və ərazi inkişaf komisiyasında mütəxəssis də daxil olmaqla əyalət rəhbərliyində bir sıra vəzifələrdə çalışdı. 1934-cü il Sincan Millətlər Konqresinin işində iştirak edən əsas fəallardan biri oldu. Bu konqresdə Tarım hövzəsinin vahələrindəki əksər türk müsəlmanlarını təsvir etmək üçün Uyğur etnonimi qəbul edildi.
Çin Respublikasında
1933–1937-ci illrədə Şəhidi Sincan vilayətinin qubernatoru Şen Şitsainin müavini işləmişdir. 1937-ci ildə o, qubernator Şen Şitsai tərəfindən Sovet İttifaqına konsul göndərilmişdir. Hazırkı Qazaxıstanın sərhəddə yerləşən Zaysan şəhərində çalışmışdır. Növbəti il Sen tərəfindən geri çağrılmış və "trotskiçilik"də ittiham edilərək həbsə atılmışdır. 1938–1944-cü illər ərzində həbsdə qalmışdır. Həbsxanada olduğu müddətdə Borhan uyğur-çin-rus dili lüğətini hazırlamış və Sun Yatsenin "Üç xalq prinsipi"ni uyğur dilinə tərcümə etmişdir.
Sen Şitsainin yerinə gələn yeni qubernator Çin Milliyyətçisi Vu Zonqxin tərəfindən sərbəst buraxıldı. 1946-cı ildə Burhan Şəhidi Çin Milliyyətçiləri ilə "Üç Bölgə" də İkinci Şərqi Türkistan Respublikasını quran inqilabçılar arasında yaradılan vilayət koalisiya hökumətinin sədr müavini oldu. O, milliyyətçi çinlilərlə İkinci Şərqi Türkistan Respublikasını quran inqilabçılar arasında siyasi cəhətdən mülayim şəxs sayılırdı.
1947-ci ildə Burhan Nankinə köçdü və Çan Kayşinin rəhbərliyi altında mərkəzi hökumətdə yer aldı. İlin sonunda o, Sincandan Tayvana gedən qrupa rəhbərlik etdi və Kiilunq, Taybey, Taycjun və Qaosyunu gəzdi. Onların səyahəti "28 Fevral hadisəsi"ndən qısa müddət sonra baş tutmuşdu. Bu hadisələrdə hökumət qüvvələri monopolistlərə qarşı üsyan edən yerli əhaliyə divan tutduğundan, materik Çindən gələnlərə qarşı nifrət var idi. Burhan burda milli birliyə xitab edən çıxışlar etdi.
1948-ci ildə Sincana qayıtdı və Sincan Universitetinin sələfi olan Sincan Akademiyasının prezidenti seçildi. O, Çin millətçiliyini dəstəkləyir və Məhəmməd Əmin Bugranın türk millətçi mövqeləri ilə razılaşmırdı. 1949-cu ilin yanvarında Sincan Əyalət Hökumətinin sədri Məsud Səbrini bu vəzifədə əvəz etdi. Səbri antisovet mövqe tuturdu və əyalət hökumətinin sədr müavini olan SSRİ tərəfindən dəstəklənən Əhmədcan Qasimiyə qarşı çıxırdı. O, qısa müddətdə bütün Çini əhatə edən və Sincana da çatan inflyasiyanı buxovlamaqla, vilayətin maliyyə işlərini qaydaya saldı.İsa Yusif Alptəkin Sovetləşmənin əleyhinə idisə, Burhan SSRİ-yə meyilliyi dəstəkləyirdi. SSRİ İsanın ona qarşı olması səbəbindən hiddətli idi.
Həmin ilin sentyabr ayında Çin vətəndaş müharibəsinin səngidiyi günlərdə Mao Tsedunun əyalətə göndərdiyi Çin Kommunist nümayəndəsi Den Liçyun ilə danışıqlar apardı. Burhan sentyabrın 26-da Milliyyətçi general Tao Siyu ilə birlikdə Sincanın "dinc azadlığa" yolunu açaraq vilayətin Xalq Azadlıq Ordusuna təslim olduğunu elan etdi. Bir həftə sonra Pekində Çin Xalq Respublikası (ÇXR) quruldu.
Çin Xalq Respublikasında
17 dekabr 1949-cu il tarixində Sincan əyalət Xalq Hökuməti quruldu və Burhan onun sədri oldu. Seyfuddin Əzizi sədr müavini idi. İlin sonunda Çin Kommunist Partiyasına üzv qəbul edildi. Bu illərdə ÇXR-in Şimal-qərbi Hərbi İdarə Komitəsinin üzvü, 1951–1954 — ÇXR SUMR Xalq Məşvərət Şurasının (Parlamentinin) sədri seçilmişdir. 1952-ci ildə Sintszyan-Uyğur Muxtar Rayonu (SUMR) yaratmaq üçün hazırlıq komitəsinə rəhbərlik etdi. 1955-ci ildə Əzizi SUMR-ın ilk sədri oldu və Burhanın Sincan hökumətindəki rolu azaldı.
1955–1966-cı illərdə — Burhan Şəhidi Çin İslam Birliyinin sədri olmuşdur. Bu vəzifədə o, ÇXR-in İslam dünyası ilə əlaqələrinin qurulmasında bacarıqlı bir diplomat kimi özünü göstərmişdir. 1956-cı ilin fevralında Misir, Sudan, Efiopiya, Suriya və Livan səfərlərində mədəni və dini nümayəndə heyətinə rəhbərlik etmişdir. Diplomatik işinin birbaşa nəticəsi olaraq, 1956-cı ilin mayında Prezident Camal Əbdül Nasir rəhbərliyindəki Misir, Yaxın Şərqdə ÇXR-i tanıyan və Tayvandakı Çin Respublikası ilə əlaqələrini kəsən ilk ölkə oldu. Bu ÇXR-nın yarandığı altı ildə onu tanıyan ilk ölkə oldu və bu Qərbin tətbiq etdiyi diplomatik blokadanı qırdı. İyul ayında Çindən Səudiyyə Ərəbistanına həcc ziyarətinə gedən zəvarlara rəhbər qismində bölgəyə qayıtdı. Bu zaman o, Kral Səudla görüşdü və İordaniya Kralı Hüseyni ziyarət etdi. Baxmayaraq ki, hər iki ölkənin ÇXR ilə diplomatik əlaqələri mövcud deyildi. Eyni səfərdə Suriyanın Prezidenti Nazim əl-Qudsi və Şimali Yəmən Əmiri Məhəmməd əl-Bədr ilə də görüşdü. Hər iki ölkə 1956-cı ildə Tayvandakı hökumət əvəzinə ÇXR-i rəsmən tanıdı.
1956-cı il noyabrın 4-də Burhan və Hu Yaobanq, Quo Moruo, Pekində Tyananmen meydanında Misiri dəstəkləmək və Süveyş böhranında İngilis-Fransız imperializmini pisləmək üçün 400.000-dən çox adamın iştirakı ilə kütləvi mitinq və parad keçirməyə nail oldular. 1959-cu ilin yazında, bir il əvvəl İraqda monarxiyanı devirmiş və sosialist yönümlü bir respublika quran Baş nazir Əbdülkərim Qasımini dəstəkləmək üçün İraqa gedən nümayəndə heyətinə rəhbərlik etdi.
Burhan, çinli müsəlmanların həcc ziyarətinə getməsinə Mədəni İnqilaba qədər nəzarət etdi, lakin Mədəni inqilab zamanı o, xaricilərə kömək və onlarla iş birliyində günahlandırılaraq səkkiz il həbs cəzası aldı. Şəhidi 1966–1976-cı illərdə həbsdə qaldı. Sonradan reabilitasiya edildi və Çin Xalq Siyasi Məşvərət Konfransının ikinci, üçüncü, beşinci, altıncı və yeddinci milli komitəsinin sədr müavini vəzifələrini icra etdi. 1984-cü ildə "Sincanda əlli il" adlı xatirəsini nəşr etdirdi.
1985-ci ildə nəsli kəsilməkdə olan "Per David" maral növünün Çinə qaytarılmasını dəstəkləmək üçün Burhan, indi Çin Biyoloji Müxtəliflik və Yaşıl İnkişaf Fondu olaraq bilinən "Milu" Fondunu qurmağa və idarə etməyə kömək etdi.
Burhan Şəhidi 1989-cu ildə vəfat etmişdir. Sincanda Tyan-Şan dağlarının ətəklərində dəfn olunmuşdur.
Əsərləri
- "Уйгурско-русско-китайский словарь" (1953)
- "50 лет в Синьцзяне" (1984)
Həmçinin bax
İstinadlar
- (Chinese) "包尔汉率新疆省政府起义始末" 《青年参考》 2009–09–01 noyabr 29, 2010, at the Wayback Machine
- (Chinese) "新疆风云人物 数朝元老包尔汉" 2018-08-23 at the Wayback Machine 2010–11–01
- James A. Millward. Eurasian Crossroads: A History of Xinjiang. Columbia University Press. 2007. 174. ISBN . 2022-03-15 tarixində . İstifadə tarixi: 2021-02-16.
- (Chinese) "包尔汉是怎样维护祖国统一的" [daimi ölü keçid] 2010–06–03
- Gladney 2004: 217
- Benson 1990: 63, 70
- Benson 1990: 63
- Benson 1990: 155
- Howard L. Boorman. Howard L. Boorman; Richard C. Howard (redaktorlar ). Biographical Dictionary of Republican China, Volume 1. Columbia University Press. 1967. səh. 4. ISBN . 2021-07-18 tarixində . İstifadə tarixi: 2011-06-06.
- Starr 2004: 85
- Jeremy Brown; Paul Pickowicz. Dilemmas of Victory: The Early Years of the People's Republic of China. Harvard University Press. 2007. 188–. ISBN . 2017-01-09 tarixində . İstifadə tarixi: 2021-02-16.
- Shichor 1979: 19, 20 & 59
- Gladney 1999: 138
- Shichor 1979: 44–45
- (Chinese) "1956年11月4日 胡耀邦出席首都各界支援埃及反抗英法侵略大会" [daimi ölü keçid] Last Accessed 2010–11–13
- (Chinese) "在首都各界人民支援埃及反抗英法侵略大会上 中国伊斯兰教协会主任 包尔汉的讲话" [daimi ölü keçid] Last Accessed 2010–11–13
- (Chinese with photographs) Chinainsights.com 2016-11-11 at the Wayback Machine Last Accessed 2010–11–13
- Shichor 1979: 87
- About CBCGDF, China Biodiversity Conservation and Green Development Foundation 2013-08-27 at the Wayback Machine Accessed 2013–04–25
- (Chinese)商晓达, 麋鹿与名人 2015-09-10 at the Wayback Machine 2007–12–17
Ədəbiyyat
- Benson, Linda. The Ili Rebellion: the Moslem challenge to Chinese authority in Xinjiang, 1944–1949. M.E. Sharpe. 1990. ISBN .
- Gladney, Dru C. The Salafiyya Movement in Northwest China: Islamic Fundamentalism among the Muslim Chinese? // Leif Manger (redaktor). (PDF). Nordic Institute of Asian Studies. Surrey: Curzon Press. 1999. 102–149. ISBN . 2006-07-20 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- Gladney, Dru C. Dislocating China: reflections on Muslims, minorities, and other subaltern subjects. University of Chicago Press. 2004. ISBN .
- Shichor, Yitzhak. The Middle East in China's Foreign Policy, 1949–1977d. Cambridge: Cambridge University Press. 1979. ISBN .
- Starr, Frederick. Chapter 3. Political History and Strategies of Control, 1884–1978 James A. Millward and Nabijan Tursun // Xinjiang: China's Muslim borderland. Armonk: M.E. Sharpe. 1985. ISBN .
Xarici keçidlər
- Халиуллин Ю. Кто вы, Бурхан Шахиди?. (rus.)
- http://tatmsk.tatarstan.ru/kto-vi-burhan-shahidi.htm Siz kimsiniz Burhan Şəhidi? (rus.)
- Улица Шахиди Бурхана 2018-07-17 at the Wayback Machine (rus.)
- Халиуллин Ю. Бурхан Шахиди 2020-02-18 at the Wayback Machine (rus.)
- Дилетант.ru: Талейран из Туркестана [ölü keçid] (rus.)
- Как понаехать в Китай: рецепт от Бао Эрханя (rus.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Burhan Sehidi uyg بۇرھان شەھىدى برهان شهيدي cin 包尔汉 沙希迪 pinyin Bao erhan Shaxidi rus Burhan Shahidi tatar Borhan Sahidi hemcinin Bao Erhan 3 oktyabr 1894 Agsu d Bua rayonu 27 avqust 1989 Pekin XX esrde Cinde siyasi lider ve siyasetci Sehidinin siyasi fealiyyeti esasen Sincan vilayeti ile bagli olmusdur O 1948 1949 cu illerde Koalisiya Hokumetinin 3 cu sedri 1949 1953 cu illerde Sintszyan Uygur Muxtar Rayonunun Xalq hokumetinin 1 ci sedri vezifelerinde islemisdir Burhan SehidiSintszyan Uygur Muxtar Rayonunun Xalq hokumetinin 1 ci sedridekabr 1949 sentyabr 1955EvvelkiVezife yeni yaradilmis ozu koalisiya hokumetinin sedri kimiSonrakiVezife legv edildi Seyfuddin Ezizi Sintszyan Uygur Muxtar Rayonunun hokumetinin sedri olduSincan Koalisiya Hokumetinin 3 cu sedridekabr 1948 dekabr 1949EvvelkiMesud SebriSonrakiVezife legv edildi ozu xalq hakimiyyetinin sedri kimiSexsi melumatlarDogum tarixi 3 oktyabr 1894 1894 10 03 Dogum yeri Agsu d Bua rayonu Tataristan MSSRVefat tarixi 27 avqust 1989 1989 08 27 94 yasinda Vefat yeri Pekin CinPartiya Cin Kommunist PartiyasiTehsili Berlin Humboldt UniversitetiFealiyyeti siyasetciHerbi xidmetMensubiyyeti Cin CXR Vikianbarda elaqeli mediafayllarHeyatiBohan Sehidi 1929 cu ilde Burhan Sehidi 1894 cu ilde Rusiya Imperiyasinin Kazan quberniyasinda anadan olmusdur Onun ecdadlari Sin sulalesi dovrunde ugursuz kendli usyanindan sonra Cenubi Sincanin Aksu seherinden Tataristana penah getirmisdiler Ailesi kasib oldugundan usaqliginin ilk illerinde mektebe az gedirdi 1908 1911 ci illerde Kazanda Mehemmediyye medresesinde oxumus Magarif nesriyyatinin kitab evinde islemisdir 1911 ci ilden etibaren Semipalatinskde Yapparov tacirlerinin Tyan San ticaret sirketinde muhasib islemisdir 1912 ci ilde Sin sulalesi devrildikden sonra tatar tacirlerini Sincandaki Dihuaya indiki Urumci musayiet etdi Orada o 1912 ci ilin sentyabrindan 1922 ci iledek sirketin Qerbi Cindeki filialinda usta komekcisi ve dukan yardimcisi olaraq sonra gomrukde calismisdir 1914 cu il tarixinde ailesinin menseyini gostererek Cin Xalq Respublikasinin vetendasi olmaq ucun muraciet etdi 1925 1929 cu illerde Sincan vilayetinin neqliyyat sobesinin mudiri vezifesinde xidmet etmisdir O uygur cin rus turk ve bezi ereb dillerini bilirdi ve o zaman Sincanin qubernatoru olan Yanq Zenqxinin tercumecisi kimi calisirdi Burhan Sehidi cedid lideri Ismayil Qasprinskini menevi atasi sayirdi 1929 cu ilde Sincanin novbeti qubernatoru Sin Suren terefinden Berlinde siyasi iqtisad tehsil almaq ucun Veymar Almaniyasina gonderildi 1933 cu ilde Sincana dondu ve erazi inkisaf komisiyasinda mutexessis de daxil olmaqla eyalet rehberliyinde bir sira vezifelerde calisdi 1934 cu il Sincan Milletler Konqresinin isinde istirak eden esas feallardan biri oldu Bu konqresde Tarim hovzesinin vahelerindeki ekser turk muselmanlarini tesvir etmek ucun Uygur etnonimi qebul edildi Cin RespublikasindaBurhan Sehidi sagda Xi Zhonqxun ortada ve Seyfuddin Ezizi ile solda Osman Batur usyanini yatirdiqdan sonra 1952 ci ilde Burhan Sehidi 2 ci sira soldan 2 ci 1937 ci ilde Sincanda qubernator Sen Sitsainin sedrliyi ile 1 ci sira soldan 3 cu Han Medeniyyetinin Inkisafi Derneyinin qurulmasinda 1950 ci ilin iyun ayinda Cin Kommunist liderlerinin Pekinde toplanmasi Soldan Zu De Liu Saoqi Seyfuddin Ezizi Mao Tszedun Burhan Sehidi Zou Enlai Denq Liqun ve Delin 1933 1937 ci illrede Sehidi Sincan vilayetinin qubernatoru Sen Sitsainin muavini islemisdir 1937 ci ilde o qubernator Sen Sitsai terefinden Sovet Ittifaqina konsul gonderilmisdir Hazirki Qazaxistanin serhedde yerlesen Zaysan seherinde calismisdir Novbeti il Sen terefinden geri cagrilmis ve trotskicilik de ittiham edilerek hebse atilmisdir 1938 1944 cu iller erzinde hebsde qalmisdir Hebsxanada oldugu muddetde Borhan uygur cin rus dili lugetini hazirlamis ve Sun Yatsenin Uc xalq prinsipi ni uygur diline tercume etmisdir Sen Sitsainin yerine gelen yeni qubernator Cin Milliyyetcisi Vu Zonqxin terefinden serbest buraxildi 1946 ci ilde Burhan Sehidi Cin Milliyyetcileri ile Uc Bolge de Ikinci Serqi Turkistan Respublikasini quran inqilabcilar arasinda yaradilan vilayet koalisiya hokumetinin sedr muavini oldu O milliyyetci cinlilerle Ikinci Serqi Turkistan Respublikasini quran inqilabcilar arasinda siyasi cehetden mulayim sexs sayilirdi 1947 ci ilde Burhan Nankine kocdu ve Can Kaysinin rehberliyi altinda merkezi hokumetde yer aldi Ilin sonunda o Sincandan Tayvana geden qrupa rehberlik etdi ve Kiilunq Taybey Taycjun ve Qaosyunu gezdi Onlarin seyaheti 28 Fevral hadisesi nden qisa muddet sonra bas tutmusdu Bu hadiselerde hokumet quvveleri monopolistlere qarsi usyan eden yerli ehaliye divan tutdugundan materik Cinden gelenlere qarsi nifret var idi Burhan burda milli birliye xitab eden cixislar etdi 1948 ci ilde Sincana qayitdi ve Sincan Universitetinin selefi olan Sincan Akademiyasinin prezidenti secildi O Cin milletciliyini destekleyir ve Mehemmed Emin Bugranin turk milletci movqeleri ile razilasmirdi 1949 cu ilin yanvarinda Sincan Eyalet Hokumetinin sedri Mesud Sebrini bu vezifede evez etdi Sebri antisovet movqe tuturdu ve eyalet hokumetinin sedr muavini olan SSRI terefinden desteklenen Ehmedcan Qasimiye qarsi cixirdi O qisa muddetde butun Cini ehate eden ve Sincana da catan inflyasiyani buxovlamaqla vilayetin maliyye islerini qaydaya saldi Isa Yusif Alptekin Sovetlesmenin eleyhine idise Burhan SSRI ye meyilliyi destekleyirdi SSRI Isanin ona qarsi olmasi sebebinden hiddetli idi Hemin ilin sentyabr ayinda Cin vetendas muharibesinin sengidiyi gunlerde Mao Tsedunun eyalete gonderdiyi Cin Kommunist numayendesi Den Licyun ile danisiqlar apardi Burhan sentyabrin 26 da Milliyyetci general Tao Siyu ile birlikde Sincanin dinc azadliga yolunu acaraq vilayetin Xalq Azadliq Ordusuna teslim oldugunu elan etdi Bir hefte sonra Pekinde Cin Xalq Respublikasi CXR quruldu Cin Xalq Respublikasinda17 dekabr 1949 cu il tarixinde Sincan eyalet Xalq Hokumeti quruldu ve Burhan onun sedri oldu Seyfuddin Ezizi sedr muavini idi Ilin sonunda Cin Kommunist Partiyasina uzv qebul edildi Bu illerde CXR in Simal qerbi Herbi Idare Komitesinin uzvu 1951 1954 CXR SUMR Xalq Mesveret Surasinin Parlamentinin sedri secilmisdir 1952 ci ilde Sintszyan Uygur Muxtar Rayonu SUMR yaratmaq ucun hazirliq komitesine rehberlik etdi 1955 ci ilde Ezizi SUMR in ilk sedri oldu ve Burhanin Sincan hokumetindeki rolu azaldi 1955 1966 ci illerde Burhan Sehidi Cin Islam Birliyinin sedri olmusdur Bu vezifede o CXR in Islam dunyasi ile elaqelerinin qurulmasinda bacariqli bir diplomat kimi ozunu gostermisdir 1956 ci ilin fevralinda Misir Sudan Efiopiya Suriya ve Livan seferlerinde medeni ve dini numayende heyetine rehberlik etmisdir Diplomatik isinin birbasa neticesi olaraq 1956 ci ilin mayinda Prezident Camal Ebdul Nasir rehberliyindeki Misir Yaxin Serqde CXR i taniyan ve Tayvandaki Cin Respublikasi ile elaqelerini kesen ilk olke oldu Bu CXR nin yarandigi alti ilde onu taniyan ilk olke oldu ve bu Qerbin tetbiq etdiyi diplomatik blokadani qirdi Iyul ayinda Cinden Seudiyye Erebistanina hecc ziyaretine geden zevarlara rehber qisminde bolgeye qayitdi Bu zaman o Kral Seudla gorusdu ve Iordaniya Krali Huseyni ziyaret etdi Baxmayaraq ki her iki olkenin CXR ile diplomatik elaqeleri movcud deyildi Eyni seferde Suriyanin Prezidenti Nazim el Qudsi ve Simali Yemen Emiri Mehemmed el Bedr ile de gorusdu Her iki olke 1956 ci ilde Tayvandaki hokumet evezine CXR i resmen tanidi 1956 ci il noyabrin 4 de Burhan ve Hu Yaobanq Quo Moruo Pekinde Tyananmen meydaninda Misiri desteklemek ve Suveys bohraninda Ingilis Fransiz imperializmini pislemek ucun 400 000 den cox adamin istiraki ile kutlevi mitinq ve parad kecirmeye nail oldular 1959 cu ilin yazinda bir il evvel Iraqda monarxiyani devirmis ve sosialist yonumlu bir respublika quran Bas nazir Ebdulkerim Qasimini desteklemek ucun Iraqa geden numayende heyetine rehberlik etdi Burhan cinli muselmanlarin hecc ziyaretine getmesine Medeni Inqilaba qeder nezaret etdi lakin Medeni inqilab zamani o xaricilere komek ve onlarla is birliyinde gunahlandirilaraq sekkiz il hebs cezasi aldi Sehidi 1966 1976 ci illerde hebsde qaldi Sonradan reabilitasiya edildi ve Cin Xalq Siyasi Mesveret Konfransinin ikinci ucuncu besinci altinci ve yeddinci milli komitesinin sedr muavini vezifelerini icra etdi 1984 cu ilde Sincanda elli il adli xatiresini nesr etdirdi 1985 ci ilde nesli kesilmekde olan Per David maral novunun Cine qaytarilmasini desteklemek ucun Burhan indi Cin Biyoloji Muxteliflik ve Yasil Inkisaf Fondu olaraq bilinen Milu Fondunu qurmaga ve idare etmeye komek etdi Burhan Sehidi 1989 cu ilde vefat etmisdir Sincanda Tyan San daglarinin eteklerinde defn olunmusdur Eserleri Ujgursko russko kitajskij slovar 1953 50 let v Sinczyane 1984 Hemcinin baxCin tatarlariIstinadlar Chinese 包尔汉率新疆省政府起义始末 青年参考 2009 09 01 noyabr 29 2010 at the Wayback Machine Chinese 新疆风云人物 数朝元老包尔汉 2018 08 23 at the Wayback Machine 2010 11 01 James A Millward Eurasian Crossroads A History of Xinjiang Columbia University Press 2007 174 ISBN 978 0 231 13924 3 2022 03 15 tarixinde Istifade tarixi 2021 02 16 Chinese 包尔汉是怎样维护祖国统一的 daimi olu kecid 2010 06 03 Gladney 2004 217 Benson 1990 63 70 Benson 1990 63 Benson 1990 155 Howard L Boorman Howard L Boorman Richard C Howard redaktorlar Biographical Dictionary of Republican China Volume 1 Columbia University Press 1967 seh 4 ISBN 9780231089555 2021 07 18 tarixinde Istifade tarixi 2011 06 06 Starr 2004 85 Jeremy Brown Paul Pickowicz Dilemmas of Victory The Early Years of the People s Republic of China Harvard University Press 2007 188 ISBN 978 0 674 02616 2 2017 01 09 tarixinde Istifade tarixi 2021 02 16 Shichor 1979 19 20 amp 59 Gladney 1999 138 Shichor 1979 44 45 Chinese 1956年11月4日 胡耀邦出席首都各界支援埃及反抗英法侵略大会 daimi olu kecid Last Accessed 2010 11 13 Chinese 在首都各界人民支援埃及反抗英法侵略大会上 中国伊斯兰教协会主任 包尔汉的讲话 daimi olu kecid Last Accessed 2010 11 13 Chinese with photographs Chinainsights com 2016 11 11 at the Wayback Machine Last Accessed 2010 11 13 Shichor 1979 87 About CBCGDF China Biodiversity Conservation and Green Development Foundation 2013 08 27 at the Wayback Machine Accessed 2013 04 25 Chinese 商晓达 麋鹿与名人 2015 09 10 at the Wayback Machine 2007 12 17EdebiyyatBenson Linda The Ili Rebellion the Moslem challenge to Chinese authority in Xinjiang 1944 1949 M E Sharpe 1990 ISBN 0 87332 509 5 Gladney Dru C The Salafiyya Movement in Northwest China Islamic Fundamentalism among the Muslim Chinese Leif Manger redaktor PDF Nordic Institute of Asian Studies Surrey Curzon Press 1999 102 149 ISBN 0 7007 1104 X 2006 07 20 tarixinde orijinalindan PDF arxivlesdirilib Gladney Dru C Dislocating China reflections on Muslims minorities and other subaltern subjects University of Chicago Press 2004 ISBN 0 226 29775 6 Shichor Yitzhak The Middle East in China s Foreign Policy 1949 1977d Cambridge Cambridge University Press 1979 ISBN 978 0 521 22214 3 Starr Frederick Chapter 3 Political History and Strategies of Control 1884 1978 James A Millward and Nabijan Tursun Xinjiang China s Muslim borderland Armonk M E Sharpe 1985 ISBN 978 0 7656 1317 2 Xarici kecidlerHaliullin Yu Kto vy Burhan Shahidi rus http tatmsk tatarstan ru kto vi burhan shahidi htm Siz kimsiniz Burhan Sehidi rus Ulica Shahidi Burhana 2018 07 17 at the Wayback Machine rus Haliullin Yu Burhan Shahidi 2020 02 18 at the Wayback Machine rus Diletant ru Talejran iz Turkestana olu kecid rus Kak ponaehat v Kitaj recept ot Bao Erhanya rus