BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi — 1994-cü il noyabrın 8-də Ruanda ilə bağlı bütün qətnamələrin bir daha təsdiq edilməsi ilə ölkədə baş vermiş beynəlxalq humanitar hüququn ciddi dərəcədə pozulması barədə narahatlığın ifadə olunduğu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT-nin) yaradıldığı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3453-cü iclasında qəbul edilmiş qərar.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
955 saylı qətnamə | |
---|---|
| |
Tarixi | 8 noyabr 1994 |
Sessiya | № 3453 |
Kod | S/RES/955 |
Səsvermə |
|
Mövzu | Ruanda soyqırımı |
Nəticə | Qəbul edildi |
Təhlükəsizlik Şurasının tərkibi 1994-cü ildə | |
Daimi üzvlər | |
Qeyri-daimi üzvlər | |
Sənəd |
Təhlükəsizlik Şurası 935 (1994) saylı qətnamə əsasında yaradılmış Ekspertlər Komissiyasının işini yüksək qiymətləndirmiş və Ruandada baş vermiş soyqırım və beynəlxalq humanitar hüququn digər geniş şəkildə pozulması xəbərlərindən narahatlığını bildirmişdi. Qurum bu vəziyyətin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid təşkil etdiyini və sülhün bərqərar olması üçün bu cür cinayətlərə son qoymaq və təqsirkarları məsuliyyətə cəlb etmək əzmində olduğunu qeyd etmişdi. Şura hesab edirdi ki, beynəlxalq tribunalın yaradılması bu cür pozuntuların dayandırılmasını və aradan qaldırılmasını təmin edəcək. Bu baxımdan Ruandada məhkəmə sisteminin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğu vurğulanmışdı.
RBCT və onun Nizamnaməsi Ruanda hökumətinin 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada beynəlxalq humanitar hüququn ciddi pozuntularının təqibi üçün beynəlxalq tribunal yaratmaqla bağlı tələb irəli sürməsindən sonra yaradılmışdı. Bütün ölkələr RBCT və onun orqanları ilə əməkdaşlığa və hazırkı qətnamənin həyata keçirilməsi üçün daxili qanunvericiliyə uyğun tədbirlər görməyə çağırılmışdı. Prosesi dəstəkləmək üçün tribunalın vəsait, avadanlıq və xidmətlərlə təminatı da istənilmişdi. RBCT-nin Nizamnaməsinin 26 və 27-ci maddələrinə əsasən cəzaların icrası və ya yüngülləşdirilməsi ilə bağlı qərarlar qəbul edilməzdən əvvəl Ruanda hökuməti məlumatlandırılacaqdı.
Baş katib Butros Butros-Qalidən cari qətnamənin dərhal həyata keçirilməsini təmin etmək və RBCT-nin yeri ilə bağlı tövsiyələr də daxil olmaqla, tribunalın fəaliyyəti üçün tədbirlər görmək tələb olunmuşdu. Bu cür tədbirlər haqq-ədalət prinsipləri, eləcə də inzibati səmərəlilik, şahidlərə çatımlılıq və iqtisadi səmərəlilik baxımından müəyyən ediləcəkdi. Qətnamədə həmçinin qeyd olunur ki, RBCT öz funksiyalarını müzakirə etmək üçün qərargahından kənarda toplaşa bilər. Şura zərurət yarandıqda hakimlərin və məhkəmə palatalarının sayının artırıla biləcəyini bildirərək qətnaməni yekunlaşdırır.
955 saylı qətnamə 13 lehinə səslə qəbul olunmuşdur; Ruanda əleyhinə səs vermiş, Çin isə soyqırımı Ruandanın daxili məsələsi kimi qiymətləndirərək səsvermədə bitərəf qalmışdır.
Ruandanın etirazları
Ruanda rəsmi olaraq Təhlükəsizlik Şurasından beynəlxalq tribunal yaratmağı xahiş etsə də, Ruanda hökuməti 955 saylı qətnaməyə qarşı çıxmışdı. Bununla bağlı Ruanda nümayəndə heyəti bir neçə səbəb göstərirdi:
- Tribunalın 1 yanvar 1994-cü ildən 31 dekabr 1994-cü ilə qədərki müddəti əhatə edən zaman yurisdiksiyası qeyri-adekvat idi və hökumətin yanaşmasına görə 1 oktyabr 1990-cı ildən 17 iyul 1994-cü ilə qədər davam etmiş dövrünə dəyişdirilməli idi. Hökumət hesab edirdi ki, bu, soyqırımın iddia olunan planlanma dövrünü daxil etmək üçün zəruridir.
- Məhkəmə Palatasının hakimlərinin sayı çox az idi və tribunal Apellyasiya Palatasını və Prokurorluğu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı ilə bölüşmək əvəzinə özünün müstəqil belə qurumlarını yaratmalı idi.
- Tribunal "daxili tribunalların yurisdiksiyasına daxil olan cinayətləri təqib etməklə enerjisini sərf etmək" əvəzinə, soyqırım cinayətinə diqqət yetirməlidir.
- "Adlarının burada çəkilməsinə ehtiyac olmayan" və "vətəndaş müharibəsində çox fəal iştirak edən" bəzi ölkələrə "hakimliyə namizədlər irəli sürməyə və onların seçilməsində iştirak etməyə" icazə verilməməlidir.
- Tribunal tərəfindən mühakimə olunanlar "məhbuslar haqqında qərar qəbul etmək səlahiyyəti veriləcək" üçüncü ölkələrdə azadlıqdan məhrum edilə bilərdi; lakin bu, "Beynəlxalq Tribunalın və ya ən azından Ruanda xalqının qərar verməli olduğu" bir məsələ olmalıdır.
- RBCT Ruanda cinayət məcəlləsində nəzərdə tutulan ölüm cəzasını istisna edir və bununla da "cəzalarda uyğunsuzluq" yaradır.
- Tribunalın qərargahı Ruandada yerləşməli idi. Ruanda nümayəndə heyəti "qətnamə layihəsinin müəlliflərinin hələ də tribunalın gələcək yerinin harada olacağını göstərməkdən çəkinmələrini görüb təəccüblənirdi".
Bütün bu etirazlara baxmayaraq, Ruanda nümayəndə heyəti "ölkənin Ruanda üçün beynəlxalq tribunal istədiyini və buna inandığını" qeyd etmişdi.
İstinadlar
- Heyns, Christof. Human rights law in Africa. Martinus Nijhoff Publishers. 1999. səh. 8. ISBN .
- Klip, André; Sluiter, Göran. Annotated leading cases of International Criminal Tribunals: The International Criminal Tribunal for Rwanda. Intersentia nv. 2003. səh. 239. ISBN .
- Schabas, William. The UN international criminal tribunals: the former Yugoslavia, Rwanda and Sierra Leone. Cambridge University Press. 2006. səh. 29. ISBN .
- Boot, Machteld. Genocide, crimes against humanity, war crimes: nullum crimen sine lege and the subject matter jurisdiction of the International Criminal Court. Intersentia nv. 2002. səh. 227. ISBN .
- Bakuramutsa, Manzi. "LETTER DATED 28 SEPTEMBER 1994 FROM THE PERMANENT REPRESENTATIVE OF RWANDA TO THE UNITED NATIONS ADDRESSED TO THE PRESIDENT OF THE SECURITY COUNCIL". United Nations. 29 September 1994. S/1994/1115. 17 January 2019 tarixində . İstifadə tarixi: 20 June 2023.
We request the international community to reinforce government efforts by [...] Setting up as soon as possible an international tribunal to try the criminals;
- "3453rd Meeting, 8 November 1994". United Nations Security Council (ingilis). 8 November 1994. 13–16. S/PV.3453. 14 November 2018 tarixində . İstifadə tarixi: 20 June 2023.
- T.M.C. Asser Instituut. Yearbook of international humanitarian law, Volume 1. Cambridge University Press. 1998. 163–164. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
BMT Tehlukesizlik Surasinin 955 sayli qetnamesi 1994 cu il noyabrin 8 de Ruanda ile bagli butun qetnamelerin bir daha tesdiq edilmesi ile olkede bas vermis beynelxalq humanitar huququn ciddi derecede pozulmasi barede narahatligin ifade olundugu Birlesmis Milletler Teskilatinin Nizamnamesinin VII Fesline esasen Ruanda Beynelxalq Cinayet Tribunalinin RBCT nin yaradildigi Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasi terefinden qurumun 3453 cu iclasinda qebul edilmis qerar Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasi955 sayli qetnameRuandanin paytaxti Kiqalide yerlesen RBCT nin binasiTarixi 8 noyabr 1994Sessiya 3453Kod S RES 955Sesverme Lehine 13 Eleyhine 1 Biteref 1Movzu Ruanda soyqirimiNetice Qebul edildiTehlukesizlik Surasinin terkibi 1994 cu ildeDaimi uzvler CXR Fransa Rusiya Boyuk Britaniya ABSQeyri daimi uzvler Argentina Braziliya Cexiya Cibuti Ispaniya Nigeriya Yeni Zelandiya Oman Pakistan RuandaSened Tehlukesizlik Surasi 935 1994 sayli qetname esasinda yaradilmis Ekspertler Komissiyasinin isini yuksek qiymetlendirmis ve Ruandada bas vermis soyqirim ve beynelxalq humanitar huququn diger genis sekilde pozulmasi xeberlerinden narahatligini bildirmisdi Qurum bu veziyyetin beynelxalq sulhe ve tehlukesizliye tehdid teskil etdiyini ve sulhun berqerar olmasi ucun bu cur cinayetlere son qoymaq ve teqsirkarlari mesuliyyete celb etmek ezminde oldugunu qeyd etmisdi Sura hesab edirdi ki beynelxalq tribunalin yaradilmasi bu cur pozuntularin dayandirilmasini ve aradan qaldirilmasini temin edecek Bu baximdan Ruandada mehkeme sisteminin guclendirilmesi ucun beynelxalq emekdasliga ehtiyac oldugu vurgulanmisdi RBCT ve onun Nizamnamesi Ruanda hokumetinin 1994 cu il yanvarin 1 den dekabrin 31 dek Ruandada beynelxalq humanitar huququn ciddi pozuntularinin teqibi ucun beynelxalq tribunal yaratmaqla bagli teleb ireli surmesinden sonra yaradilmisdi Butun olkeler RBCT ve onun orqanlari ile emekdasliga ve hazirki qetnamenin heyata kecirilmesi ucun daxili qanunvericiliye uygun tedbirler gormeye cagirilmisdi Prosesi desteklemek ucun tribunalin vesait avadanliq ve xidmetlerle teminati da istenilmisdi RBCT nin Nizamnamesinin 26 ve 27 ci maddelerine esasen cezalarin icrasi ve ya yungullesdirilmesi ile bagli qerarlar qebul edilmezden evvel Ruanda hokumeti melumatlandirilacaqdi Bas katib Butros Butros Qaliden cari qetnamenin derhal heyata kecirilmesini temin etmek ve RBCT nin yeri ile bagli tovsiyeler de daxil olmaqla tribunalin fealiyyeti ucun tedbirler gormek teleb olunmusdu Bu cur tedbirler haqq edalet prinsipleri elece de inzibati semerelilik sahidlere catimliliq ve iqtisadi semerelilik baximindan mueyyen edilecekdi Qetnamede hemcinin qeyd olunur ki RBCT oz funksiyalarini muzakire etmek ucun qerargahindan kenarda toplasa biler Sura zeruret yarandiqda hakimlerin ve mehkeme palatalarinin sayinin artirila bileceyini bildirerek qetnameni yekunlasdirir 955 sayli qetname 13 lehine sesle qebul olunmusdur Ruanda eleyhine ses vermis Cin ise soyqirimi Ruandanin daxili meselesi kimi qiymetlendirerek sesvermede biteref qalmisdir Ruandanin etirazlariRuanda resmi olaraq Tehlukesizlik Surasindan beynelxalq tribunal yaratmagi xahis etse de Ruanda hokumeti 955 sayli qetnameye qarsi cixmisdi Bununla bagli Ruanda numayende heyeti bir nece sebeb gosterirdi Tribunalin 1 yanvar 1994 cu ilden 31 dekabr 1994 cu ile qederki muddeti ehate eden zaman yurisdiksiyasi qeyri adekvat idi ve hokumetin yanasmasina gore 1 oktyabr 1990 ci ilden 17 iyul 1994 cu ile qeder davam etmis dovrune deyisdirilmeli idi Hokumet hesab edirdi ki bu soyqirimin iddia olunan planlanma dovrunu daxil etmek ucun zeruridir Mehkeme Palatasinin hakimlerinin sayi cox az idi ve tribunal Apellyasiya Palatasini ve Prokurorlugu Kecmis Yuqoslaviya Beynelxalq Cinayet Tribunali ile bolusmek evezine ozunun musteqil bele qurumlarini yaratmali idi Tribunal daxili tribunallarin yurisdiksiyasina daxil olan cinayetleri teqib etmekle enerjisini serf etmek evezine soyqirim cinayetine diqqet yetirmelidir Adlarinin burada cekilmesine ehtiyac olmayan ve vetendas muharibesinde cox feal istirak eden bezi olkelere hakimliye namizedler ireli surmeye ve onlarin secilmesinde istirak etmeye icaze verilmemelidir Tribunal terefinden muhakime olunanlar mehbuslar haqqinda qerar qebul etmek selahiyyeti verilecek ucuncu olkelerde azadliqdan mehrum edile bilerdi lakin bu Beynelxalq Tribunalin ve ya en azindan Ruanda xalqinin qerar vermeli oldugu bir mesele olmalidir RBCT Ruanda cinayet mecellesinde nezerde tutulan olum cezasini istisna edir ve bununla da cezalarda uygunsuzluq yaradir Tribunalin qerargahi Ruandada yerlesmeli idi Ruanda numayende heyeti qetname layihesinin muelliflerinin hele de tribunalin gelecek yerinin harada olacagini gostermekden cekinmelerini gorub teeccublenirdi Butun bu etirazlara baxmayaraq Ruanda numayende heyeti olkenin Ruanda ucun beynelxalq tribunal istediyini ve buna inandigini qeyd etmisdi IstinadlarHeyns Christof Human rights law in Africa Martinus Nijhoff Publishers 1999 seh 8 ISBN 978 90 411 1849 3 Klip Andre Sluiter Goran Annotated leading cases of International Criminal Tribunals The International Criminal Tribunal for Rwanda Intersentia nv 2003 seh 239 ISBN 978 90 5095 319 1 Schabas William The UN international criminal tribunals the former Yugoslavia Rwanda and Sierra Leone Cambridge University Press 2006 seh 29 ISBN 978 0 521 84657 8 Boot Machteld Genocide crimes against humanity war crimes nullum crimen sine lege and the subject matter jurisdiction of the International Criminal Court Intersentia nv 2002 seh 227 ISBN 978 90 5095 216 3 Bakuramutsa Manzi LETTER DATED 28 SEPTEMBER 1994 FROM THE PERMANENT REPRESENTATIVE OF RWANDA TO THE UNITED NATIONS ADDRESSED TO THE PRESIDENT OF THE SECURITY COUNCIL United Nations 29 September 1994 S 1994 1115 17 January 2019 tarixinde Istifade tarixi 20 June 2023 We request the international community to reinforce government efforts by Setting up as soon as possible an international tribunal to try the criminals 3453rd Meeting 8 November 1994 United Nations Security Council ingilis 8 November 1994 13 16 S PV 3453 14 November 2018 tarixinde Istifade tarixi 20 June 2023 T M C Asser Instituut Yearbook of international humanitarian law Volume 1 Cambridge University Press 1998 163 164 ISBN 978 90 6704 107 2