Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli — BMT Təhlükəsizlik Şurasının sülhü qorumaq səlahiyyətlərini müəyyən edir. Nizamnamənin bu fəsli "barışıq üçün hər hansı bir təhdidin, sülhün pozulması və ya təcavüz aktının mövcudluğunu müəyyənləşdirməyə" və "beynəlxalq sülhü və təhlükəsizliyi bərpa etmək" üçün hərbi və hərbi olmayan tədbirlər görməyə imkan verir.
VII fəsil, həmçinin Hərbi Qərargah Komitəsi üçün BMT Təhlükəsizlik Şurasının sərəncamına verilmiş qüvvələrin strateji əlaqələndirilməsinə görə məsuliyyət müəyyən edir; Komitə Şuranın beş daimi üzvünün qərargah rəhbərlərindən ibarətdir.
BMT Nizamnaməsinin BMT üzv dövlətlərinin digər BMT üzv ölkələrinə hücum etməsini qadağan etməsi, BMT-nin İkinci Dünya müharibəsi bitdikdən sonra yaradılmasının əsas məqsədinə, yəni müharibənin qarşısını almağa xidmət edir. Həddindən artıq narahatlıq yaradan bu hal Nürnberq prosesində "bir dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya suverenliyinə qarşı müharibə aparmaq, ya da beynəlxalq müqavilələri və ya razılaşmaları pozmaq" kimi qeyd olunan sülh əleyhinə cinayət konsepsiyasında da əks olunur.
Tarixi inkişaf
Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən və Birinci və İkinci Dünya müharibəsi arasındakı illərdə Millətlər Liqasının mövcud olmasına baxmayaraq, diplomatiyanın son uğursuzluğundan sonra qurulmuşdur. Buna görə də Liqanın uğursuzluğuna reaksiya olaraq, Təhlükəsizlik Şurasına VII Fəsil vasitəsilə geniş səlahiyyətlər verilmişdir. Beləliklə, bu geniş səlahiyyətlər Təhlükəsizlik Şurasına tarix ərzində mövcud olan digər beynəlxalq təşkilatlarla müqayisədə daha çox funksiyanı yerinə yetirməyə imkan vermişdir. Belə bir mübahisə mövcuddur ki, Şuraya verilmiş bu geniş səlahiyyətlər onu "beynəlxalq birliyin icraçısı" və ya hətta "beynəlxalq hökumət" edir.
Millətlər Liqasının Razılaşması tarixdə ilk dəfə iqtisadi və hərbi sanksiyalar yolu ilə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etdi. Üzv dövlətlər, həmçinin, Şuranın əvvəlcədən qərarı olmadan, Liqanın fikrincə qanunsuz hərəkət etmiş dövlətlərə qarşı tədbir görməyə borclu idilər. Bu, sülh prosesinin böyük ölçüdə üzv dövlətlərin istəklərindən asılı olduğu mənasını verirdi, çünki Millətlər Liqasının Razılaşması məcburi qərarlar müəyyən etmirdi. Liqa Şurası yalnız hərbi güc tövsiyə etməklə məsul idi. Bununla yanaşı, Razılaşmanın 11-ci maddəsinin 1-ci bəndində deyilirdi:
Hər hansısa müharibə və ya müharibə ilə təhdid, Liqa üzvlərinə dərhal təsir edib-etməməsindən asılı olmayaraq, bütün Liqanı narahat edən hal hesab edilir və Liqa sülhü qorumaq üçün ağlabatan və təsirli hesab edilə biləcək istənilən tədbir görəcəkdir.
Bu maddə ümumən güc tətbiq edilməsinə və digər məcburetmə tədbirlərinə icazə kimi qiymətləndirilir, bununla belə, dövlətlər dəfələrlə bunun Liqanın məcburi qərarlar qəbul etməsi mənasına gəlmədiyini iddia edirdilər.
Bu, həm güclərin, həm də iştirak edən dövlətlərin Təhlükəsizlik Şurası kimi mərkəzi quruma müraciət etməklə müşahidə olunan, daha öncə görünməmiş bir hərəkətlə nəticələndi.
BMT Nizamnaməsinin VII fəsli ilə bağlı qətnamələr
Özündə VII fəsil ilə bağlı məsələləri əks etdirən qətnamələr (1) 39-cu maddəyə uyğun olaraq sülhə təhdid, sülhün pozulması və ya təcavüz aktının mövcudluğunu müəyyənləşdirir və (2) açıq-aşkar VII fəsil əsasında qərarlar verir. Amma heç də bütün qətnamələr yuxarıda qeyd edilən qədər aydın deyil və buna görə də VII fəsil əsasında qəbul edilən az sayda qətnamələrin beynəlxalq arenada status və ya mahiyyəti barədə müəyyən mübahisələr mövcuddur. Qətnamələrdə sözü gedən qeyri-müəyyənliklərə aydınlıq gətirmək üçün bu yaxınlarda VII Fəsil qətnamələrinin rəsmi tərifi aşağıda göstərilən kimi təklif edilmişdir.
Nəzərdən keçirilən vəziyyətin sülhə təhdid, sülhün pozulması və ya təcavüz aktı olduğu və / və ya Şuranın açıq-aşkar və ya dolayısı ilə VII Fəsilə uyğun olaraq hərəkət etdiyi qeyd edildiyi təqdirdə, həmin qətnamə "VII Fəsil qətnaməsi" sayılır.
Nizamnamənin VII fəsli ilə bağlı qətnamələri çox nadir hallarda digər tədbirlərdən ayrı şəkildə tətbiq edilir. Çox vaxt böhrana ilk cavab böhranın dayandırılmasını tələb edən bir qərarın qəbul edilməsidir. Bundan sonra, ilk qətnaməyə uyğunluğu təmin etmək üçün lazımi tədbirləri izah edən faktiki BMT Nizamnəsinin VII fəsli ilə bağlı qətnamə qəbul edilir. Bəzən sonrakı illərdə vəziyyətin gedişatından asılı olaraq Nizamnamənin VII fəsli ilə bağlı ilk qətnamənin mandatının dəyişdirilməsi və genişləndirilməsi ilə əlaqədar onlarla qətnamə qəbul olunur.
VII Fəsil üzrə müdaxilələrin siyahısına aşağıdakılar daxildir:
- BMT Təhlükəsizlik Şurasının 82 saylı Qətnaməsi (Korea)
- BMT Təhlükəsizlik Şurasının 1267 saylı Qətnaməsi (Əfqanıstan)
- Birləşmiş Millətlər Təşkilatının Şərqi Timordakı Keçid İdarəsi
- Konqo Demokratik Respublikasındakı Birləşmiş Millətlər Missiyası
- Ruanda Beynəlxalq Cinayət Tribunalı
- Sierra Leone'deki Birləşmiş Millətlər Təşkilatının Missiyası
- Birləşmiş Millətlər Təşkilatının Ruanda üçün Yardım Missiyası
- Birləşmiş Millətlər Təşkilatı Anqola Təstiqləmə Missiyası II
- Birləşmiş Millətlər Təşkilatının Somalidəki II Əməliyyatı
- Birləşmiş Millətlər Təşkilatının İzləmə, Yoxlama və Təftiş Komissiyası
- Birləşmiş Millətlər Təşkilatının Müdafiə Qüvvəsi (keçmiş Yuqoslaviya)
- Neft məsulları proqramı (İraq)
- Birləşmiş Millətlər Təşkilatının Haitidəki Stabilizasiya Missiyası
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 678 saylı qətnaməsi (Körfəz müharibəsi)
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1973-cü il qətnaməsi (Liviya)
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 502 saylı qətnaməsi (Argentina)
- Livan üçün Xüsusi Məhkəmə
İstinadlar
- Krisch, Nico, and Frowein. The Charter Of The United Nations – A Commentary. New York, NY: C.H. Beck Verlag, 2002.
- Dupuy,P.-M.,'the Constitutional Dimension of the Charter of the United Nations Revisited',Max Planck UNYB 1 (1997), pp.21–4.
- Morgenthau, H., Politics among nations (1948), p.380.
- Schükling, W./Wehberg, H., Die Satzung des Völkerbundes (2nd edn., 1924), Art. 16, pp. 623–7; Ruzié, pp. 63–5; Cavaré RGDIP, p. 650.
- Schückling/Wehberg, supra, fn. 3, p. 469; Yepes, J.M./da Silva, P. Commentaire théorique et pratique du Pacte de la Société des Nations et des statuts de l'Union Panaméricaine, ii (1935), Art. XI, pp. 9, 41–5.
- Johansson, Patrik. The Humdrum Use of Ultimate Authority: Defining and Analysing Chapter VII Resolutions, Nordic Journal of International Law 78:3 (2009), pp. 309–342. An appendix lists all Chapter VII resolutions 1946–2008.
- Johansson, Patrik. (PDF). Uppsala: Department of Peace and Conflict Research. 21 September 2005. 2005-12-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2006-08-02.
Xarici keçidlər
- Beynəlxalq Hüquq — Lətif Hüseynov 2018-12-22 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Birlesmis Milletler Teskilatinin Nizamnamesinin VII Fesli BMT Tehlukesizlik Surasinin sulhu qorumaq selahiyyetlerini mueyyen edir Nizamnamenin bu fesli barisiq ucun her hansi bir tehdidin sulhun pozulmasi ve ya tecavuz aktinin movcudlugunu mueyyenlesdirmeye ve beynelxalq sulhu ve tehlukesizliyi berpa etmek ucun herbi ve herbi olmayan tedbirler gormeye imkan verir VII fesil hemcinin Herbi Qerargah Komitesi ucun BMT Tehlukesizlik Surasinin serencamina verilmis quvvelerin strateji elaqelendirilmesine gore mesuliyyet mueyyen edir Komite Suranin bes daimi uzvunun qerargah rehberlerinden ibaretdir BMT Nizamnamesinin BMT uzv dovletlerinin diger BMT uzv olkelerine hucum etmesini qadagan etmesi BMT nin Ikinci Dunya muharibesi bitdikden sonra yaradilmasinin esas meqsedine yeni muharibenin qarsisini almaga xidmet edir Heddinden artiq narahatliq yaradan bu hal Nurnberq prosesinde bir dovletin erazi butovluyune siyasi musteqilliyine ve ya suverenliyine qarsi muharibe aparmaq ya da beynelxalq muqavileleri ve ya razilasmalari pozmaq kimi qeyd olunan sulh eleyhine cinayet konsepsiyasinda da eks olunur Tarixi inkisafBirlesmis Milletler Teskilati Ikinci Dunya muharibesinden ve Birinci ve Ikinci Dunya muharibesi arasindaki illerde Milletler Liqasinin movcud olmasina baxmayaraq diplomatiyanin son ugursuzlugundan sonra qurulmusdur Buna gore de Liqanin ugursuzluguna reaksiya olaraq Tehlukesizlik Surasina VII Fesil vasitesile genis selahiyyetler verilmisdir Belelikle bu genis selahiyyetler Tehlukesizlik Surasina tarix erzinde movcud olan diger beynelxalq teskilatlarla muqayisede daha cox funksiyani yerine yetirmeye imkan vermisdir Bele bir mubahise movcuddur ki Suraya verilmis bu genis selahiyyetler onu beynelxalq birliyin icracisi ve ya hetta beynelxalq hokumet edir Milletler Liqasinin Razilasmasi tarixde ilk defe iqtisadi ve herbi sanksiyalar yolu ile beynelxalq ohdeliklerin yerine yetirilmesini temin etdi Uzv dovletler hemcinin Suranin evvelceden qerari olmadan Liqanin fikrince qanunsuz hereket etmis dovletlere qarsi tedbir gormeye borclu idiler Bu sulh prosesinin boyuk olcude uzv dovletlerin isteklerinden asili oldugu menasini verirdi cunki Milletler Liqasinin Razilasmasi mecburi qerarlar mueyyen etmirdi Liqa Surasi yalniz herbi guc tovsiye etmekle mesul idi Bununla yanasi Razilasmanin 11 ci maddesinin 1 ci bendinde deyilirdi Her hansisa muharibe ve ya muharibe ile tehdid Liqa uzvlerine derhal tesir edib etmemesinden asili olmayaraq butun Liqani narahat eden hal hesab edilir ve Liqa sulhu qorumaq ucun aglabatan ve tesirli hesab edile bilecek istenilen tedbir gorecekdir Bu madde umumen guc tetbiq edilmesine ve diger mecburetme tedbirlerine icaze kimi qiymetlendirilir bununla bele dovletler defelerle bunun Liqanin mecburi qerarlar qebul etmesi menasina gelmediyini iddia edirdiler Bu hem guclerin hem de istirak eden dovletlerin Tehlukesizlik Surasi kimi merkezi quruma muraciet etmekle musahide olunan daha once gorunmemis bir hereketle neticelendi BMT Nizamnamesinin VII fesli ile bagli qetnamelerOzunde VII fesil ile bagli meseleleri eks etdiren qetnameler 1 39 cu maddeye uygun olaraq sulhe tehdid sulhun pozulmasi ve ya tecavuz aktinin movcudlugunu mueyyenlesdirir ve 2 aciq askar VII fesil esasinda qerarlar verir Amma hec de butun qetnameler yuxarida qeyd edilen qeder aydin deyil ve buna gore de VII fesil esasinda qebul edilen az sayda qetnamelerin beynelxalq arenada status ve ya mahiyyeti barede mueyyen mubahiseler movcuddur Qetnamelerde sozu geden qeyri mueyyenliklere aydinliq getirmek ucun bu yaxinlarda VII Fesil qetnamelerinin resmi terifi asagida gosterilen kimi teklif edilmisdir Nezerden kecirilen veziyyetin sulhe tehdid sulhun pozulmasi ve ya tecavuz akti oldugu ve ve ya Suranin aciq askar ve ya dolayisi ile VII Fesile uygun olaraq hereket etdiyi qeyd edildiyi teqdirde hemin qetname VII Fesil qetnamesi sayilir Nizamnamenin VII fesli ile bagli qetnameleri cox nadir hallarda diger tedbirlerden ayri sekilde tetbiq edilir Cox vaxt bohrana ilk cavab bohranin dayandirilmasini teleb eden bir qerarin qebul edilmesidir Bundan sonra ilk qetnameye uygunlugu temin etmek ucun lazimi tedbirleri izah eden faktiki BMT Nizamnesinin VII fesli ile bagli qetname qebul edilir Bezen sonraki illerde veziyyetin gedisatindan asili olaraq Nizamnamenin VII fesli ile bagli ilk qetnamenin mandatinin deyisdirilmesi ve genislendirilmesi ile elaqedar onlarla qetname qebul olunur VII Fesil uzre mudaxilelerin siyahisina asagidakilar daxildir BMT Tehlukesizlik Surasinin 82 sayli Qetnamesi Korea BMT Tehlukesizlik Surasinin 1267 sayli Qetnamesi Efqanistan Birlesmis Milletler Teskilatinin Serqi Timordaki Kecid Idaresi Konqo Demokratik Respublikasindaki Birlesmis Milletler Missiyasi Ruanda Beynelxalq Cinayet Tribunali Sierra Leone deki Birlesmis Milletler Teskilatinin Missiyasi Birlesmis Milletler Teskilatinin Ruanda ucun Yardim Missiyasi Birlesmis Milletler Teskilati Anqola Testiqleme Missiyasi II Birlesmis Milletler Teskilatinin Somalideki II Emeliyyati Birlesmis Milletler Teskilatinin Izleme Yoxlama ve Teftis Komissiyasi Birlesmis Milletler Teskilatinin Mudafie Quvvesi kecmis Yuqoslaviya Neft mesullari proqrami Iraq Birlesmis Milletler Teskilatinin Haitideki Stabilizasiya Missiyasi Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasinin 678 sayli qetnamesi Korfez muharibesi Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasinin 1973 cu il qetnamesi Liviya Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasinin 502 sayli qetnamesi Argentina Livan ucun Xususi MehkemeIstinadlarKrisch Nico and Frowein The Charter Of The United Nations A Commentary New York NY C H Beck Verlag 2002 Dupuy P M the Constitutional Dimension of the Charter of the United Nations Revisited Max Planck UNYB 1 1997 pp 21 4 Morgenthau H Politics among nations 1948 p 380 Schukling W Wehberg H Die Satzung des Volkerbundes 2nd edn 1924 Art 16 pp 623 7 Ruzie pp 63 5 Cavare RGDIP p 650 Schuckling Wehberg supra fn 3 p 469 Yepes J M da Silva P Commentaire theorique et pratique du Pacte de la Societe des Nations et des statuts de l Union Panamericaine ii 1935 Art XI pp 9 41 5 Johansson Patrik The Humdrum Use of Ultimate Authority Defining and Analysing Chapter VII Resolutions Nordic Journal of International Law 78 3 2009 pp 309 342 An appendix lists all Chapter VII resolutions 1946 2008 Johansson Patrik PDF Uppsala Department of Peace and Conflict Research 21 September 2005 2005 12 16 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2006 08 02 Xarici kecidlerBeynelxalq Huquq Letif Huseynov 2018 12 22 at the Wayback Machine