Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 10 (22) yanvar 1892, Naxçıvan – 7 fevral 1922, Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı.
Bəhruz bəy Kəngərli | |
---|---|
Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli | |
Doğum tarixi | 10 (22) yanvar 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 7 fevral 1922(30 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Ciyər xəstəliyi |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Rusiya İmperiyası AXC SSRİ |
Fəaliyyəti | rəssam |
Janr | portret |
Stillər | Realizm, impressionizm |
Tanınmış işi | Qaçqın xanım (1920) |
Təsirlənib | Qiqo Qabaşvili, , Yakov Nikoladze, Oskar Şmerlinq |
Təsir edib | Hüseyn Əliyev, Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, |
Vikianbarda əlaqəli mediafayllar |
Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir.
Həyatı
Erkən illəri
Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı — Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq — Davud, Rüstəm və Gültac dünyaya gəlib.
Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir.
Atasının abunəçi olduğu "Molla Nəsrəddin" jurnalını varaqlamaq Bəhruzun mənəvi aləminə qida verir. O, jurnalda dərc olunan felyetonlarla, karikaturalarla tanış olur, məzəli şəkillərin üzünü çıxarmaqla rəsm çəkməyin sirlərini öyrənir. Bu ilk vərdişlər Bəhruzun rəssamlıq sənətinə sevgisini gücləndirir. Bu məqsədlə Bəhruz Kəngərli 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olur və 5 il ərzində orada təhsil aldıqdan sonra 1915-ci ildə Naxçıvana qayıdır.
Zaqafqaziyanın mühüm mədəni mərkəzi Tiflis şəhərində "İncəsənəti təşviq cəmiyyəti" nəzdində təşkil edilmiş rəssamlıq məktəbinin ilk azərbaycanlı məzunu Bəhruz Kəngərli orada özünün istedadının hərtərəfli inkişafı üçün əlverişli zəmin tapır. Məktəbdə təhsil rus akademik təhsili sisteminə əsaslanırdı və şəhərin qabaqcıl rəsm müəllimləri tərəfindən aparılırdı. Gürcü rəssamları Qiqo Qabaşvili, , heykəltaraş Yakov Nikoladze, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edən Oskar Şmerlinq kimi müəllimlər öz tələbələrinə peşəkar rəssamlıq prinsiplərini, Avropa mədəniyyətinin nailiyyətlərini aşılayırdılar. Bəhruz Kəngərlinin tələbəlik illərində "Molla Nəsrəddin" jurnalının təsiri altında çəkdiyi rəsm və şarjları bunu aydın sübut edir.
Bəhruz Kəngərlinin təhsil illərində çəkdiyi akademik rəsmlərinin nümunələri bizə gəlib çatmışdır. Onun karandaş, kömür, sulu və yağlı boyalarla işlədiyi bir sıra rəsmləri, o cümlədən qədim Yunan və Roma incəsənətinin şah əsərlərindən "Apollonun başı", "Laokoon", Mikelancelonun "Qandallanmış qul" kimi büst və heykəllərin rəsmləri buna misal ola bilər. Bunlar gənc rəssamın canlı naturadan işləyib sərbəst rəsm vərdişlərinə uğurla yiyələndiyini göstərir. O, cansız gips heykəllərin surətini köçürməklə kifayətlənmir, eyni zamanda canlı naturadan Öz müəllimlərinin, tələbə yoldaşlarının portretlərini də çəkir, insanın zahiri görünüşünü, bənzəyişini, psixoloji cizgilərini real tərzdə canlandırmağa müvəffəq olur.
Təhsil illərində Bəhruz Kəngərli yay tətillərini Gürcüstanın səfalı yaylaqlarında, Qara dəniz sahillərində, eləcə də doğma Naxçıvanda keçirir və görüb müşahidə etdiyi həyat lövhələrini, müasirlərinin surətlərini fırçaya alır, sevdiyi peşəsini yorulmadan təkmilləşdirməyə, rəsm qabiliyyətini cilalamağa çalışırdı. Həmyerliləri arasında bacarıqlı rəssam kimi tanınan Kəngərli sənət həvəskarları tərəfindən müəyyən sifarişlər də verilirdi. Hələ tələbə ikən 1914-cü ildə Naxçıvanda onun ilk fərdi sərgisi təşkil olunmuş, sənət həvəskarlarının diqqətini cəlb etmiş, mətbuat səhifələrində rəğbətlə işıqlandırılmışdır. Şəhərin qabaqcıl ziyalıları sərgini yüksək qiymətləndirmiş, mətbuatda verilən məqalədə "Bəhruz bəy cənablarının bundan daha gözəl, bundan daha artıq rəsmlər yaratmağa nail olmasını" arzu etmişlər.
Sərbəst yaradıcılıq fəaliyyəti
Təhsilini başa vurub Naxçıvana qayıtdıqdan sonra Bəhruz Kəngərli doğma şəhərinin mədəni həyatında faydalı rol oynamağa başlayır. O, əsərlərini öz evində nümayiş etdirir, gənclərin bədii tərbiyəsi, estetik mədəniyyəti istiqamətində ilk təşəbbüslərə xüsusi əhəmiyyət verir, müasirlərin bədii tələblərini təsviri sənətə, xalq yaradıcılığının kütləvi növlərinə cəlb etməkdən xüsusi zövq alır, bu sahədə görülən işin bəhrəsindən təsəlli tapırdı.
Akademik M. C. Cəfərovun xatirəsində Bəhruz Kəngərlinin 1919-cu ildə balaca bir otaqda nümayiş etdirdiyi sərgisi haqqında maraqlı məlumat verilir:
O, bir-bir əsərlərini göstərib həvəslə uşaqlara izahat verirdi və arabir gülümsəyib deyirdi: "Əl vurmaq olmaz, olmaz əl vurmaq". Mən həmişə üzü tutqun, qaşları çatılmış olan rəssamı birinci dəfə gülümsəyən gördüm. |
Uşaqlar, yeniyetmələr rəssamın sərgilərinə tamaşa edər, naturadan şəkil çəkərkən başına toplaşar, məharətinə heyran-heyran baxaraq zövq alardılar. Belə əyani rəsm vərdişləri sənət həvəskarları üçün canlı ibrət və təcrübə məşğələlərinə çevrilirdi. Təsadüfi deyildir ki, Naxçıvanda sonralar rəssam kimi tanınmış Hüseyn Əliyev, Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Bağır Maratlı kimi gənclər Bəhruz Kəngərlini özlərinin ilk müəllimi sayır, yüksək qiymətləndirirdilər.
Bəhruz Kəngərlinin sərbəst yaradıcılıq fəaliyyəti gərgin ictimai-siyasi təzadlı illərə, xüsusilə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz və terror əməliyyatlarının baş verdiyi dövrə təsadüf etmişdir. Rəssamın həmin mövzulara həsr etdiyi rəsmləri kəskin sənədli ittihamnamə vüsətinə malikdir. Xüsusilə "Qaçqınlar" rəsm silsiləsi zamanın ictimai ziddiyyətlərini əks etdirən realist ümumiləşdirmə qüvvəsi ilə səciyyələnir. "Qaçqın oğlan", "Qaçqın xanım", "Qaçqın uşaqlar", "Naxçıvan xərabələri" kimi rəsmlər ideya-bədii məzmununa görə həssas ürəkli, humanist rəssamın milli qırğına, ədavətə, ictimai ədalətsizliklərə qarşı etirazı kimi səslənir.
Doğma vətənində məşəqqətli və ağır sınaq illərinin baş verməsinə baxmayaraq, Bəhruz Kəngərlinin yaradıcılıq fəallığı, əməksevərliyi daha da genişlənir, sənətkarlığı kamillik mərhələsinə çatır. O, yorulmadan bədii axtarışlar aparır, rəngkarlığın portret, mənzərə, natürmort janrlarında psixoloji cizgiləri, mənəvi hiss və duyğuları ilə aşılanmış, lirik əhvali-ruhiyyəsi ilə seçilən rəsmlər, tablolar yaradır. Həyat varlığın realist mövqelərdən dərk edib canlandıran rəssam özünün estetik amalını aşkarlayıb deyirdi:
Mən gördüyüm bu qəribə aləmi rənglərlə təsvir edirəm. Ancaq yenə də o çəkdiyim şeyin eyni ola bilmir. Mən çalışıram elə rəsm çəkim ki, o həmin şeyin eyni ola bilsin. Bəhruz Kəngərli |
Kəngərli insanın, təbiətin gözəlliyini, boyaların ahəngliyini, hava-işıq effektlərinin təravətini tam və dolğun şəkildə ifadə edən realizm metoduna, xüsusilə impressionizm üslubuna meyil göstərirdi. Rəssamın bir sıra mənzərələrində, o cümlədən günün müxtəlif çağlarında fırçaya alman "İlanlı dağ" mənzərələ rində impressionizm sənət cərəyanının əks-sədası aydın duyulur.
O zaman maarif, mədəniyyət ocaqlarının təşəkkülü sahəsində ilk addımlar atan Naxçıvanın mədəni həyatına Bəhruz Kəngərlinin məhsuldar fəaliyyəti faydalı təsir göstərirdi. Rəssam rəssamlıq sənətini təbliğ etmək üçün əhəmiyyətli yollar axtarır, "Naxçıvan yadigarı" adlı rəsm albomları hazırlayır, belə albomların yerli əhali arasında yayılmasına səy göstərir, sənətsevərlər arasmda maraqlı söhbətlər aparırdı. Naxçıvanın tarixi-etnoqrafık abidələrini, milli tipajları, geyimləri, yerli mühitin əlamətdar atributlarını əks etdirən "Naxçıvan yadigarı" adlı olduqca maraqlı rəsm albomu hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə edilir.
Teatr sənətinin inkişafında rolu
Bəhruz Kəngərli Naxçıvanda teatr sənətinin inkişafı ilə əlaqədar tədbirlərin həyata keçirilməsində də yaxından iştirak etmişdir. Bəhruz Kəngərli 1912-ci ildə Naxçıvan teatrında Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının bədii tərtibatını verərək, ilk dəfə teatr rəssamı kimi fəaliyyətə başlayır. Rəssam 1912-ci ildən 1918-ci ilədək Naxçıvan teatrının səhnəsində Nəcəf bəy Vəzirovun "Pəhləvanani-zəmanə", "Hacı Qəmbər", "Müsibəti-Fəxrəddin", Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" — ümumilikdə 40-dan çox tamaşaya irihəcmli pannolar çəkmiş, səhnə tərtibatı və geyim eskizləri vermişdir. Rəssam milli xalq geyimlərinin misilsiz bilicisi idi. O, bədii tərtibat verdiyi əsərlərin personajlarını səciyyələndirən, tarixi dürüstlüyü, milli koloriti, zəngin boyaları, naxışları, bəzəkləri ilə nəzəri cəlb edən çoxlu əlbəsə eskizləri yaratmışdır.
1917-ci ildə Bəhruz Kəngərli Naxçıvan "Xeyriyyə" məktəbinin nəzdindəki "El güzgüsü" adlı teatr cəmiyyəti tərəfindən tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasının səhnə tərtibatım, dekor və geyim eskizlərini icra etmişdi. O, həmçinin 1918-ci ildə tamaşaya qoyulmuş "Ölülər", "Pəri Cadu", "Hacı Qara" kimi əsərlərin səhnə tərtibatım vermiş, bundan əlavə teatrın arxa səhnəsi üçün dağ mənzərəsini təsvir edən irihəcmli panno çəkmişdir ki, ondan müxtəlif tamaşalarda istifadə olunurdu.
Azərbaycan SSR dövründə yaradıcılığı
1920-ci ilin yayında Naxçıvan bolşeviklərin Qızıl Ordusu tə rəfindən işğal olunur, Sovet hakimiyyəti qurulur, maarif və mədəniyyət sahəsində bir sıra tədbirlər həyata keçirilir. Yeni ictimai mühitdə Bəhruz Kəngərli özünün yaradıcılıq fəaliyyətini genişləndirməyə imkan tapır. Müasirlərinin xatirələrində göstərildiyi kimi, 1920–1921-ci illərdə Bəhruz Kəngərli özünün bir sıra dolğun, bədii cəhətdən kamil əsərlərini yaratmışdır. Bunlardan Birinci dünya müharibəsində iştirak edən azərbaycanlı döyüşçülərin rəmzi obrazını — "Qızıl Əsgər" surətini xüsusilə qeyd etmək lazımdır.
1921-ci il fevralın 15-də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlini 500-ə yaxın rəsmlərindən ibarət sərgi nümayiş etdirilmiş, bəzi əsərlərin əhaliyə satılması nəticəsində əldə olunan vəsaitin müəyyən hissəsi rəssamın arzusu ilə şəhərdəki uşaq evinə bağışlanmışdır.
Ölümü
Bəhruz Kəngərlinin tərcümeyi-halı göstərir ki, bədəncə zəif, mülayim təbiətli, yumşaq xasiyyətli, çalışqan və işgüzar ziyalı qısa həyatı boyu maddi çətinliklərə, mənəvi məhrumiyyətlərə məruz qalmış, rəsmi dövlət idarələrindən, imkanlı şəxslərdən lazımi qayğı və yardım görməmiş, mədəni cəhətdən geri qalmış adam və cahil insanların laqeyd münasibətinin şahidi olmuşdur. O, 1922-ci ildə fevralın 7-də 30 yaşında ciyər xəstəliyindən vəfat etmişdir.
Portretçilik məharəti
Bəhruz Kəngərlinin yaradıcılığında aparıcı yer tutan portret əsərlərində müasirlərinin real və canlı obrazları əksini tapmışdır. Rəssam portret janrının tələblərinə hələ təhsil illərində xüsusi diqqətlə yanaşmış, insan surətini təhlil etmək vərdişlərinə xüsusi tələbkarlıqla yiyələnmişdir.
Təhsil illərində və yaradıcılığının ilk mərhələsində Bəhruz Kəngərli portret janrına müstəsna əhəmiyyət vermişdir, ilk qaralama rəsmlərindən, rəssamlıq məktəbində çəkdiyi sinif işlərindən, klassik heykəllərin surətlərindən tutmuş, təmasda olduğu yaxın adamların, tanışların, müəllimlərin surətlərinə kimi, onun erkən əsərlərinin böyük hissəsi portret janrına aid olmuşdur. Əsərlərinin xronoloji siyahısını nəzərdən keçirdikdə aydın olur ki, rəssam 1911–15-ci illərdə portret əsərlərinə xüsusi əhəmiyyət vermişdir. İlk növbədə onun "Avtoportretini" nəzərdən keçirmək maraqlıdır. O, həmin rəsmində özünü tamaşaçılara nəzərlərində müşahidəkarlığa malik, xəyala dalmış, düşüncəli, yaradıcı şəxsiyyət kimi təqdim edir. O, məktəbli libasında masa arxasında oturmuş tərzdə, düşüncələr əsnasında təsvir olunmuşdur. Uzun qara saçları ilə əhatə olunmuş enli sifəti, qalın qaşları, qabağa zillənmiş parlaq gözləri xəyalpərvər gəncin daxili aləmi, nüfuzedici şəxsiyyəti haqqında canlı təsəvvür yaradır. Portret onun yaradıcı ziyalı qrupuna mənsub olduğunu aşkara çıxarır.
Rəssamlıq məktəblərində təhsil prosesində hərəkətsiz gips heykəlləri köçürüb insan bədəninin anatomik quruluşunu, formasını işıq-kölgə təzadları vasitəsilə canlandırmaq mühüm tələblərdəndir. Naturanı qavramaq vərdişlərini asanlaşdıran bu üsul rəssamın görmə qabiliyyətini tənzimləyir, rəsm çəkmək məharətini nizama salır. Bəhruz Kəngərlinin həmin qayda ilə antik heykəllərdən çəkdiyi "Apollonun başı", "Laokoon", "Qandallanmış qul" rəsmlərində portret əlamətləri, forma kamilliyi həlledici rol oynayır. Bu cəhət onun canlı insan surətlərini birbaşa naturadan işlədiyi bir sıra əsərlərinə, o cümlədən "Qoca kişi portreti"nə də aiddir.
Sakit nəzərlərində ahıllara məxsus təmkinli ifadə oxunan bu təsvir milli tipajın konkret əlamətlərinə görə gürcü xalqına mənsubdur. Yağlı boyalarla işlənmiş həmin portretdə olduğu kimi, Kəngərlinin müəllimi Oskar Şmerlinqin karandaşla çəkilmiş profil portreti avropalılara məxsus milli cizgiləri ilə səciyyələnir. Kəngərlinin sinif yoldaşı gürcü rəssamı Lado Qudiaşvilinin portreti fərdi cizgilərinə görə canlı və təbiidir.
Kəngərlinin kiçik ölçüdə çəkilmiş portretlərinin əksəriyyəti sulu boya ilə icra olunmuşdur. Canlı müşahidələrin izi ilə fırçaya alınmış həmin rəsmlər sadə və sərbəst kompozisiyasına görə çox vaxt etüd səviyyəsindədir. Hiss olunur ki, sevimli peşəsindən ayrılmaq bilməyən rəssam hər yerdə diqqətini cəlb edən şəxsləri ani və ötəri rəsmlərində canlandırmağı xoşlayırmış. Bunların böyük hissəsi 1911–13-cü illərdə sulu boya, karandaş, kömür və qara tuşla işlənmiş albomda toplanmışdır. "Kişi portreti", "Qadın portreti" adları altında təkrar-təkrar işlənən belə rəsmlər milli tipajın rəngarəngliyini müşahidə etmək niyyəti ilə yaranırdı.
Kəngərlinin müasirləri, Naxçıvanın ziyalıları ona özlərinin portretlərini çəkməyə sifariş verərdilər. O, naturadan portret çəkməklə yanaşı bəzən qazanc məqsədilə fotodan portretləri böyütməklə də məşğul olardı. Rəssamın əmisi oğlu Hüseyn ağa Kəngərlinskinin, babası Murtuz ağanın, əmisi Rzanın, müəllim Mirzə Məhəmməd Zamanbəyovun, Əsədağa Sultanovun portretləri bu qəbildəndir.
Bu kimi xatirə mahiyyətli portretlərdən fərqli olaraq, rəssam əsl yaradıcılıq ruhu ilə səciyyələnən, məzmunca rəngarəng uşaq və qadın portretləri silsiləsini fırçaya almışdır. Əksəriyyəti 1918–21-ci illərdə çəkilən bu portretlər dərin ideya məzmunu, ictimai və psixoloji vüsəti ilə nəzəri cəlb edir. Rəssamın məşhur "Qaçqınlar" (1918–20) portret silsiləsi tarixi sənədliliyi və bədii kamilliyi baxımından Azərbaycan rəngkarlığı tarixində müstəsna hadisə kimi qiymətləndirilməlidir. Adətən sakit və xəlvəti həyat sürüb siyasətdən kənarda qalan rəssam, xalqın taleyinə, kəskin ictimai ziddiyyətlərə, milli ədavət və qırğınlara özünün vətəndaşlıq münasibətini nümayiş etdirərək irtica və erməni təcavüzü ilə bağlı faciəli hadisələrin canlı və əyani salnaməsini yaratmışdır. Milli qırğın nəticəsində doğma yurdundan didərgin düşmüş yoxsul və köməksiz uşaqların, qadınların faciəsi humanist sənətkarın diqqətini cəlb edir, günahsız qurbanların əzab və iztirablarını əks etdirən surətlər yaratmağa sövq edirdi. Müasirlərinin xatirələrindən məlum olduğu kimi, Bəhruz aclığa, ehtiyaca, maddi məhrumiyyətlərə məruz qalan qaçqınlara öz yardım əlini uzatmağa çalışarmış. Kimsəsiz uşaqları evinə dəvət edər, onlara yemək, paltar, ayaqqabı verər, həmçinin şəkillərini çəkərdi. Bu yolla qaçqınların qəlb aləmini, onların çöhrələrinə qonmuş qəmgin psixoloji çalarları daha canlı müşahidə etməyə nail olardı.
"Qaçqınlar" silsiləsinə daxil olan əsərlər arasında "Canfəda kəndindən qaçqın oğlan", "Əfşar kəndindən qaçqın qız Gümsün", "Qaçqın xanım", "Qaçqın oğlan" kimi portretlər xüsusilə yadda qalır. Onların qəmgin və ümidsiz sifətlərində səfillik, kimsəsizlik, qorxu və işgəncə nişanələri oxunur. Çöhrələri solğun, geyimləri cırılmış, taleyi acı bu zavallı insanlar qəm dəryasına batıb rəhm, əlac, qurtuluş sorağında kömək gözləyirlər.
"Canfəda kəndindən qaçqın oğlan" portretindəki xoş sifətli, səmimi gəncin daxili duyğuları, psixoloji hissləri insana məhəbbət, mənəvi saflıq fəlsəfəsinin ifadəsidir. Başını azacıq sağ çiyninə əyib nüfuzedici nəzərlərini tamaşaçıya dikmiş bu gəncin surəti Bəhruz Kəngərli humanizminin canlı təcəssümüdür.
Kəngərli bir qayda olaraq öz personaj larim canlı naturaya əsaslanıb fırçaya alar, həyat həqiqətini rəsm əsəri üçün başlıca meyar hesab edərdi. Bunu kiçik yaşlı körpə uşaqlara, yeniyetmə oğlan və qızlara həsr olunan bir sıra portretlərdə daha aydın görmək mümkündür. Uşaqları gah oyaq, gah yatmış vəziyyətdə, müxtəlif poza və hərəkətlərdə təsvir edən portret və etüdlər göstərir ki, rəssam öz kiçik qəhrəmanlarının sadəlövhlüyünü, məsum və səmimi duyğularını, psixoloji həyəcanlarını, yaş xüsusiyyətlərini, milli əlamətləri diqqətlə öyrənməyə çalışmışdır. Misal olaraq "Rəssamın qardaşının portreti"ni göstərmək olar. Uşağın həyat dolu sakit sifəti, iri qara gözləri olduqca mənalı və ifadəlidir. Eyni psixoloji əhvali-ruhiyyə "Yatmış uşaq" mövzusunda çəkilmiş bir neçə portret üçün də səciyyəvidir.
Bəhruz Kəngərlinin portret əsərlərinin başlıca məziyyəti ondadır ki, onlar bədii forma cəhətdən şərti, təxmini, stilizə yolu ilə deyil, peşəkar dəzgah rəssamlığına xas olan real və canlı həcmliyə, işıq-kölgə və rəng münasibətlərinə əsasən fırçaya çimmişdir. Azərbaycan rəngkarlıq sənətində o, ilkin akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə yeniliyə, novatorluğa yol açmış fırça ustasıdır.
İrsi
Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə 1947-ci ildə Bakıda, 1957-ci ildə Moskvada Bəhruz Kəngərlinin fərdi yaradıcılıq sərgiləri keçirilmişdir. Hal-hazırda Bəhruz Kəngərlinin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyindən başqa Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində saxlanılır. Naxçıvan şəhərində adına küçə var.
2001-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə rəssamın anadan olmasının 110 illiyi münasibətilə Naxçıvan Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin adı verilmişdir.
2002-ci ilin iyun ayında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Naxçıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə yaradılmış muzeyin açılış mərasimində iştirak etmiş və geniş nitq söyləmişdir. O, Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək "Onun əsərləri Azərbaycan dövlətinin milli sərvətidir" demişdir.
2012-ci ildə Bəhruz Kəngərlinin 120 illiyinə poçt markası həsr olunmuşdur.
2016-cı ildə mayın 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib və rəssamın abidəsi ucaldılıb.
Rəsm əsərləri
Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin nəzər-diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir.
- Möminə Xatun türbəsi (1919)
- Naxçıvan haqqında xatirələr (XX əsr)
- Qız portreti (XX əsrin əvvəli)
- Dağ mənzərəsi, 1916, Azərbaycan Milli İncəsənət Muzeyi
- Evlə peyzaj, 1919, Azərbaycan Milli İncəsənət Muzeyi
-
-
İstinadlar
- Кенгерли Бехруз Ширалибек оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- . www.today.az. 2017-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
- . www.xalqqazeti.com. 2017-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
- "Vətənə bağlı ömür". www.anl.az. 2022-03-25 tarixində . İstifadə tarixi: 2017-09-19.
- "30 yaşında ömrünü başa vurmuş ustad sənətkar". www.anl.az. 2022-03-25 tarixində . İstifadə tarixi: 19 sentyabr 2017.
- Bəhruz Kəngərli. Bakı: Çaşıoğlu. 2005. (#accessdate_missing_url)
- "Kəngərli Bəhruz Şirəli bəy oğlu". portal.azertag.az. 2022-03-25 tarixində . İstifadə tarixi: 19 sentyabr 2017.
- Aliyev, Ziyadkhan. "Bahruz Kangarli: Azerbaijan's Most Prolific Painter". www.azer.com. 2021-01-25 tarixində . İstifadə tarixi: 19 sentyabr 2017.
- . www.baki-xeber.com. 2018-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
- "Rəssamlığın Bəhruz Kəngərli zirvəsi". news.milli.az. 2022-03-25 tarixində . İstifadə tarixi: 19 sentyabr 2017.
- "İlk peşəkar teatr rəssamlarımız". medeniyyet.az. 2022-03-25 tarixində . İstifadə tarixi: 19 sentyabr 2017.
- . serqqapisi.az. 2014-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
- "Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi". www.anl.az. 2022-03-25 tarixində . İstifadə tarixi: 19 sentyabr 2017.
- "Azərbaycan rəssamının tablosundakı məchul qadın - Bir əsərin tarixçəsi". kulis.lent.az. İstifadə tarixi: 19 sentyabr 2017.[ölü keçid]
- Bağırov Adil Nəsib oğlu. Naxçıvanın urbanonimləri. Bakı, ADPU-nun nəşri, 2014, s. 65
- "Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin binası istifadəyə verilmişdir". www.anl.az. 2022-03-25 tarixində . İstifadə tarixi: 19 sentyabr 2017.
- "Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib". azpress.az. 2021-01-17 tarixində . İstifadə tarixi: 19 sentyabr 2017.
- . Azerbaïdjan 2015 Petit Futé. Petit Futé. 192. (#redundant_parameters)
Xarici keçidlər
- Bəhruz Kəngərli sənəti əsl qiymətini Heydər Əliyev dövründə aldı [ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Behruz Kengerli tam adi Behruz Samil Sirelibey oglu Kengerli 10 22 yanvar 1892 Naxcivan 7 fevral 1922 Naxcivan Naxcivan Sovet Sosialist Respublikasi Azerbaycan rengkarliq senetinde ilk akademik resm uslubunda isleyerek realist eserleri ile novatorluga yol acmis Azerbaycan ressami Behruz bey KengerliBehruz Samil Sirelibey oglu KengerliDogum tarixi 10 22 yanvar 1892Dogum yeri Naxcivan Naxcivan qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 7 fevral 1922 1922 02 07 30 yasinda Vefat yeri Naxcivan Naxcivan Sovet Sosialist Respublikasi SSRIVefat sebebi Ciyer xesteliyiDefn yeri NaxcivanMilliyyeti AzerbaycanliVetendasligi Rusiya Imperiyasi AXC SSRIFealiyyeti ressamJanr portretStiller Realizm impressionizmTaninmis isi Qacqin xanim 1920 Tesirlenib Qiqo Qabasvili Yakov Nikoladze Oskar SmerlinqTesir edib Huseyn Eliyev Adil Qaziyev Samil Qaziyev Eyyub Huseynov Vikianbarda elaqeli mediafayllar Behruz Kengerlinin 2000 e yaxin movzu ve janr etibarile muxtelif ve rengareng eserlerinden ibaret bedii irsi genis ictimaiyyetin diqqetini celb etmis ardicil olaraq toplanib sergi ve muzey ekspozisiyalarinin bezeyine cevrilmisdir HeyatiErken illeri Behruz Kengerli Behruz Kengerli 1892 ci ilin yanvar ayinin 22 de Naxcivan seherinde anadan olmusdur Ressamin dogma anasi Eziz xanim Behruzun korpeliyinde vefat edib bundan sonra atasi Sireli bey Sirin xanimla evlenib Bu izdivacdan iki qizi Tahire ve Mensure anadan olub 1910 cu illerde Sireli beyin vefatindan sonra Sirin xanim ressamin emisi Qedir agaya kebin edilib Bu evlilikden uc usaq Davud Rustem ve Gultac dunyaya gelib Atasi Sireli bey gimnaziyada tehsil almis fars ve rus dillerini oyrenmis Serq ve Avropa edebiyyati ile tanis olmus qabaqcil ziyali kimi taninmis seher mehkemesinde tercumeci vezifesinde islemisdir O oglunu Xeyriyye adli yeni tipli seher mektebinde oxumaga qoymusdu Behruz Kengerli atasinin eve getirdiyi kitab ve sekilli kitablardan faydalanir kicik yaslarindan resm cekmeye maraq gosterir sekillerin suretini cixarmaqla mesgul olur rus dilini oyrenerek ozunun bilik seviyyesini artirmaga calisir Kicik iken esitme qabiliyyetini itiren Behruz ozunun xeyal alemine qapilaraq butun vaxtini sekil cekmeye serf edir Behruz Kengerli ve atasi Sireli bey Kengerli Atasinin abuneci oldugu Molla Nesreddin jurnalini varaqlamaq Behruzun menevi alemine qida verir O jurnalda derc olunan felyetonlarla karikaturalarla tanis olur mezeli sekillerin uzunu cixarmaqla resm cekmeyin sirlerini oyrenir Bu ilk verdisler Behruzun ressamliq senetine sevgisini guclendirir Bu meqsedle Behruz Kengerli 1910 cu ilde Tiflis ressamliq mektebine daxil olur ve 5 il erzinde orada tehsil aldiqdan sonra 1915 ci ilde Naxcivana qayidir Zaqafqaziyanin muhum medeni merkezi Tiflis seherinde Inceseneti tesviq cemiyyeti nezdinde teskil edilmis ressamliq mektebinin ilk azerbaycanli mezunu Behruz Kengerli orada ozunun istedadinin herterefli inkisafi ucun elverisli zemin tapir Mektebde tehsil rus akademik tehsili sistemine esaslanirdi ve seherin qabaqcil resm muellimleri terefinden aparilirdi Gurcu ressamlari Qiqo Qabasvili heykeltaras Yakov Nikoladze Molla Nesreddin jurnali ile emekdasliq eden Oskar Smerlinq kimi muellimler oz telebelerine pesekar ressamliq prinsiplerini Avropa medeniyyetinin nailiyyetlerini asilayirdilar Behruz Kengerlinin telebelik illerinde Molla Nesreddin jurnalinin tesiri altinda cekdiyi resm ve sarjlari bunu aydin subut edir Behruz Kengerlinin tehsil illerinde cekdiyi akademik resmlerinin numuneleri bize gelib catmisdir Onun karandas komur sulu ve yagli boyalarla islediyi bir sira resmleri o cumleden qedim Yunan ve Roma incesenetinin sah eserlerinden Apollonun basi Laokoon Mikelancelonun Qandallanmis qul kimi bust ve heykellerin resmleri buna misal ola biler Bunlar genc ressamin canli naturadan isleyib serbest resm verdislerine ugurla yiyelendiyini gosterir O cansiz gips heykellerin suretini kocurmekle kifayetlenmir eyni zamanda canli naturadan Oz muellimlerinin telebe yoldaslarinin portretlerini de cekir insanin zahiri gorunusunu benzeyisini psixoloji cizgilerini real terzde canlandirmaga muveffeq olur Tehsil illerinde Behruz Kengerli yay tetillerini Gurcustanin sefali yaylaqlarinda Qara deniz sahillerinde elece de dogma Naxcivanda kecirir ve gorub musahide etdiyi heyat lovhelerini muasirlerinin suretlerini fircaya alir sevdiyi pesesini yorulmadan tekmillesdirmeye resm qabiliyyetini cilalamaga calisirdi Hemyerlileri arasinda bacariqli ressam kimi taninan Kengerli senet heveskarlari terefinden mueyyen sifarisler de verilirdi Hele telebe iken 1914 cu ilde Naxcivanda onun ilk ferdi sergisi teskil olunmus senet heveskarlarinin diqqetini celb etmis metbuat sehifelerinde regbetle isiqlandirilmisdir Seherin qabaqcil ziyalilari sergini yuksek qiymetlendirmis metbuatda verilen meqalede Behruz bey cenablarinin bundan daha gozel bundan daha artiq resmler yaratmaga nail olmasini arzu etmisler Serbest yaradiciliq fealiyyeti Tehsilini basa vurub Naxcivana qayitdiqdan sonra Behruz Kengerli dogma seherinin medeni heyatinda faydali rol oynamaga baslayir O eserlerini oz evinde numayis etdirir genclerin bedii terbiyesi estetik medeniyyeti istiqametinde ilk tesebbuslere xususi ehemiyyet verir muasirlerin bedii teleblerini tesviri senete xalq yaradiciliginin kutlevi novlerine celb etmekden xususi zovq alir bu sahede gorulen isin behresinden teselli tapirdi Akademik M C Ceferovun xatiresinde Behruz Kengerlinin 1919 cu ilde balaca bir otaqda numayis etdirdiyi sergisi haqqinda maraqli melumat verilir O bir bir eserlerini gosterib hevesle usaqlara izahat verirdi ve arabir gulumseyib deyirdi El vurmaq olmaz olmaz el vurmaq Men hemise uzu tutqun qaslari catilmis olan ressami birinci defe gulumseyen gordum Usaqlar yeniyetmeler ressamin sergilerine tamasa eder naturadan sekil cekerken basina toplasar meharetine heyran heyran baxaraq zovq alardilar Bele eyani resm verdisleri senet heveskarlari ucun canli ibret ve tecrube mesgelelerine cevrilirdi Tesadufi deyildir ki Naxcivanda sonralar ressam kimi taninmis Huseyn Eliyev Adil Qaziyev Samil Qaziyev Eyyub Huseynov Bagir Maratli kimi gencler Behruz Kengerlini ozlerinin ilk muellimi sayir yuksek qiymetlendirirdiler Behruz Kengerlinin 1920 ci ilde cekdiyi Qacqin xanim resmi Behruz Kengerlinin serbest yaradiciliq fealiyyeti gergin ictimai siyasi tezadli illere xususile ermenilerin Azerbaycan xalqina qarsi toretdiyi tecavuz ve terror emeliyyatlarinin bas verdiyi dovre tesaduf etmisdir Ressamin hemin movzulara hesr etdiyi resmleri keskin senedli ittihamname vusetine malikdir Xususile Qacqinlar resm silsilesi zamanin ictimai ziddiyyetlerini eks etdiren realist umumilesdirme quvvesi ile seciyyelenir Qacqin oglan Qacqin xanim Qacqin usaqlar Naxcivan xerabeleri kimi resmler ideya bedii mezmununa gore hessas urekli humanist ressamin milli qirgina edavete ictimai edaletsizliklere qarsi etirazi kimi seslenir Dogma veteninde meseqqetli ve agir sinaq illerinin bas vermesine baxmayaraq Behruz Kengerlinin yaradiciliq fealligi emekseverliyi daha da genislenir senetkarligi kamillik merhelesine catir O yorulmadan bedii axtarislar aparir rengkarligin portret menzere naturmort janrlarinda psixoloji cizgileri menevi hiss ve duygulari ile asilanmis lirik ehvali ruhiyyesi ile secilen resmler tablolar yaradir Heyat varligin realist movqelerden derk edib canlandiran ressam ozunun estetik amalini askarlayib deyirdi Men gorduyum bu qeribe alemi renglerle tesvir edirem Ancaq yene de o cekdiyim seyin eyni ola bilmir Men calisiram ele resm cekim ki o hemin seyin eyni ola bilsin Behruz Kengerli Kengerli insanin tebietin gozelliyini boyalarin ahengliyini hava isiq effektlerinin teravetini tam ve dolgun sekilde ifade eden realizm metoduna xususile impressionizm uslubuna meyil gosterirdi Ressamin bir sira menzerelerinde o cumleden gunun muxtelif caglarinda fircaya alman Ilanli dag menzerele rinde impressionizm senet cereyaninin eks sedasi aydin duyulur O zaman maarif medeniyyet ocaqlarinin tesekkulu sahesinde ilk addimlar atan Naxcivanin medeni heyatina Behruz Kengerlinin mehsuldar fealiyyeti faydali tesir gosterirdi Ressam ressamliq senetini teblig etmek ucun ehemiyyetli yollar axtarir Naxcivan yadigari adli resm albomlari hazirlayir bele albomlarin yerli ehali arasinda yayilmasina sey gosterir senetseverler arasmda maraqli sohbetler aparirdi Naxcivanin tarixi etnoqrafik abidelerini milli tipajlari geyimleri yerli muhitin elametdar atributlarini eks etdiren Naxcivan yadigari adli olduqca maraqli resm albomu hal hazirda Azerbaycan Milli Incesenet Muzeyinde muhafize edilir Teatr senetinin inkisafinda rolu Behruz Kengerli Naxcivanda teatr senetinin inkisafi ile elaqedar tedbirlerin heyata kecirilmesinde de yaxindan istirak etmisdir Behruz Kengerli 1912 ci ilde Naxcivan teatrinda Uzeyir Hacibeyovun O olmasin bu olsun musiqili komediyasinin bedii tertibatini vererek ilk defe teatr ressami kimi fealiyyete baslayir Ressam 1912 ci ilden 1918 ci iledek Naxcivan teatrinin sehnesinde Necef bey Vezirovun Pehlevanani zemane Haci Qember Musibeti Fexreddin Ebdurrehim bey Haqverdiyevin Ac herifler umumilikde 40 dan cox tamasaya irihecmli pannolar cekmis sehne tertibati ve geyim eskizleri vermisdir Ressam milli xalq geyimlerinin misilsiz bilicisi idi O bedii tertibat verdiyi eserlerin personajlarini seciyyelendiren tarixi durustluyu milli koloriti zengin boyalari naxislari bezekleri ile nezeri celb eden coxlu elbese eskizleri yaratmisdir 1917 ci ilde Behruz Kengerli Naxcivan Xeyriyye mektebinin nezdindeki El guzgusu adli teatr cemiyyeti terefinden tamasaya qoyulmus Celil Memmedquluzadenin Oluler komediyasinin sehne tertibatim dekor ve geyim eskizlerini icra etmisdi O hemcinin 1918 ci ilde tamasaya qoyulmus Oluler Peri Cadu Haci Qara kimi eserlerin sehne tertibatim vermis bundan elave teatrin arxa sehnesi ucun dag menzeresini tesvir eden irihecmli panno cekmisdir ki ondan muxtelif tamasalarda istifade olunurdu Azerbaycan SSR dovrunde yaradiciligi 1920 ci ilin yayinda Naxcivan bolseviklerin Qizil Ordusu te refinden isgal olunur Sovet hakimiyyeti qurulur maarif ve medeniyyet sahesinde bir sira tedbirler heyata kecirilir Yeni ictimai muhitde Behruz Kengerli ozunun yaradiciliq fealiyyetini genislendirmeye imkan tapir Muasirlerinin xatirelerinde gosterildiyi kimi 1920 1921 ci illerde Behruz Kengerli ozunun bir sira dolgun bedii cehetden kamil eserlerini yaratmisdir Bunlardan Birinci dunya muharibesinde istirak eden azerbaycanli doyusculerin remzi obrazini Qizil Esger suretini xususile qeyd etmek lazimdir 1921 ci il fevralin 15 de Naxcivan Inqilab Komitesinin tesebbusu ile Behruz Kengerlini 500 e yaxin resmlerinden ibaret sergi numayis etdirilmis bezi eserlerin ehaliye satilmasi neticesinde elde olunan vesaitin mueyyen hissesi ressamin arzusu ile seherdeki usaq evine bagislanmisdir Olumu Behruz Kengerlinin tercumeyi hali gosterir ki bedence zeif mulayim tebietli yumsaq xasiyyetli calisqan ve isguzar ziyali qisa heyati boyu maddi cetinliklere menevi mehrumiyyetlere meruz qalmis resmi dovlet idarelerinden imkanli sexslerden lazimi qaygi ve yardim gormemis medeni cehetden geri qalmis adam ve cahil insanlarin laqeyd munasibetinin sahidi olmusdur O 1922 ci ilde fevralin 7 de 30 yasinda ciyer xesteliyinden vefat etmisdir Portretcilik meharetiBehruz Kengerli is zamani Behruz Kengerlinin yaradiciliginda aparici yer tutan portret eserlerinde muasirlerinin real ve canli obrazlari eksini tapmisdir Ressam portret janrinin teleblerine hele tehsil illerinde xususi diqqetle yanasmis insan suretini tehlil etmek verdislerine xususi telebkarliqla yiyelenmisdir Tehsil illerinde ve yaradiciliginin ilk merhelesinde Behruz Kengerli portret janrina mustesna ehemiyyet vermisdir ilk qaralama resmlerinden ressamliq mektebinde cekdiyi sinif islerinden klassik heykellerin suretlerinden tutmus temasda oldugu yaxin adamlarin tanislarin muellimlerin suretlerine kimi onun erken eserlerinin boyuk hissesi portret janrina aid olmusdur Eserlerinin xronoloji siyahisini nezerden kecirdikde aydin olur ki ressam 1911 15 ci illerde portret eserlerine xususi ehemiyyet vermisdir Ilk novbede onun Avtoportretini nezerden kecirmek maraqlidir O hemin resminde ozunu tamasacilara nezerlerinde musahidekarliga malik xeyala dalmis dusunceli yaradici sexsiyyet kimi teqdim edir O mektebli libasinda masa arxasinda oturmus terzde dusunceler esnasinda tesvir olunmusdur Uzun qara saclari ile ehate olunmus enli sifeti qalin qaslari qabaga zillenmis parlaq gozleri xeyalperver gencin daxili alemi nufuzedici sexsiyyeti haqqinda canli tesevvur yaradir Portret onun yaradici ziyali qrupuna mensub oldugunu askara cixarir Ressamliq mekteblerinde tehsil prosesinde hereketsiz gips heykelleri kocurub insan bedeninin anatomik qurulusunu formasini isiq kolge tezadlari vasitesile canlandirmaq muhum teleblerdendir Naturani qavramaq verdislerini asanlasdiran bu usul ressamin gorme qabiliyyetini tenzimleyir resm cekmek meharetini nizama salir Behruz Kengerlinin hemin qayda ile antik heykellerden cekdiyi Apollonun basi Laokoon Qandallanmis qul resmlerinde portret elametleri forma kamilliyi helledici rol oynayir Bu cehet onun canli insan suretlerini birbasa naturadan islediyi bir sira eserlerine o cumleden Qoca kisi portreti ne de aiddir Sakit nezerlerinde ahillara mexsus temkinli ifade oxunan bu tesvir milli tipajin konkret elametlerine gore gurcu xalqina mensubdur Yagli boyalarla islenmis hemin portretde oldugu kimi Kengerlinin muellimi Oskar Smerlinqin karandasla cekilmis profil portreti avropalilara mexsus milli cizgileri ile seciyyelenir Kengerlinin sinif yoldasi gurcu ressami Lado Qudiasvilinin portreti ferdi cizgilerine gore canli ve tebiidir Kengerlinin kicik olcude cekilmis portretlerinin ekseriyyeti sulu boya ile icra olunmusdur Canli musahidelerin izi ile fircaya alinmis hemin resmler sade ve serbest kompozisiyasina gore cox vaxt etud seviyyesindedir Hiss olunur ki sevimli pesesinden ayrilmaq bilmeyen ressam her yerde diqqetini celb eden sexsleri ani ve oteri resmlerinde canlandirmagi xoslayirmis Bunlarin boyuk hissesi 1911 13 cu illerde sulu boya karandas komur ve qara tusla islenmis albomda toplanmisdir Kisi portreti Qadin portreti adlari altinda tekrar tekrar islenen bele resmler milli tipajin rengarengliyini musahide etmek niyyeti ile yaranirdi Kengerlinin muasirleri Naxcivanin ziyalilari ona ozlerinin portretlerini cekmeye sifaris vererdiler O naturadan portret cekmekle yanasi bezen qazanc meqsedile fotodan portretleri boyutmekle de mesgul olardi Ressamin emisi oglu Huseyn aga Kengerlinskinin babasi Murtuz aganin emisi Rzanin muellim Mirze Mehemmed Zamanbeyovun Esedaga Sultanovun portretleri bu qebildendir Bu kimi xatire mahiyyetli portretlerden ferqli olaraq ressam esl yaradiciliq ruhu ile seciyyelenen mezmunca rengareng usaq ve qadin portretleri silsilesini fircaya almisdir Ekseriyyeti 1918 21 ci illerde cekilen bu portretler derin ideya mezmunu ictimai ve psixoloji vuseti ile nezeri celb edir Ressamin meshur Qacqinlar 1918 20 portret silsilesi tarixi senedliliyi ve bedii kamilliyi baximindan Azerbaycan rengkarligi tarixinde mustesna hadise kimi qiymetlendirilmelidir Adeten sakit ve xelveti heyat surub siyasetden kenarda qalan ressam xalqin taleyine keskin ictimai ziddiyyetlere milli edavet ve qirginlara ozunun vetendasliq munasibetini numayis etdirerek irtica ve ermeni tecavuzu ile bagli facieli hadiselerin canli ve eyani salnamesini yaratmisdir Milli qirgin neticesinde dogma yurdundan didergin dusmus yoxsul ve komeksiz usaqlarin qadinlarin faciesi humanist senetkarin diqqetini celb edir gunahsiz qurbanlarin ezab ve iztirablarini eks etdiren suretler yaratmaga sovq edirdi Muasirlerinin xatirelerinden melum oldugu kimi Behruz acliga ehtiyaca maddi mehrumiyyetlere meruz qalan qacqinlara oz yardim elini uzatmaga calisarmis Kimsesiz usaqlari evine devet eder onlara yemek paltar ayaqqabi verer hemcinin sekillerini cekerdi Bu yolla qacqinlarin qelb alemini onlarin cohrelerine qonmus qemgin psixoloji calarlari daha canli musahide etmeye nail olardi Qacqinlar silsilesine daxil olan eserler arasinda Canfeda kendinden qacqin oglan Efsar kendinden qacqin qiz Gumsun Qacqin xanim Qacqin oglan kimi portretler xususile yadda qalir Onlarin qemgin ve umidsiz sifetlerinde sefillik kimsesizlik qorxu ve isgence nisaneleri oxunur Cohreleri solgun geyimleri cirilmis taleyi aci bu zavalli insanlar qem deryasina batib rehm elac qurtulus soraginda komek gozleyirler Canfeda kendinden qacqin oglan portretindeki xos sifetli semimi gencin daxili duygulari psixoloji hissleri insana mehebbet menevi safliq felsefesinin ifadesidir Basini azaciq sag ciynine eyib nufuzedici nezerlerini tamasaciya dikmis bu gencin sureti Behruz Kengerli humanizminin canli tecessumudur Kengerli bir qayda olaraq oz personaj larim canli naturaya esaslanib fircaya alar heyat heqiqetini resm eseri ucun baslica meyar hesab ederdi Bunu kicik yasli korpe usaqlara yeniyetme oglan ve qizlara hesr olunan bir sira portretlerde daha aydin gormek mumkundur Usaqlari gah oyaq gah yatmis veziyyetde muxtelif poza ve hereketlerde tesvir eden portret ve etudler gosterir ki ressam oz kicik qehremanlarinin sadelovhluyunu mesum ve semimi duygularini psixoloji heyecanlarini yas xususiyyetlerini milli elametleri diqqetle oyrenmeye calismisdir Misal olaraq Ressamin qardasinin portreti ni gostermek olar Usagin heyat dolu sakit sifeti iri qara gozleri olduqca menali ve ifadelidir Eyni psixoloji ehvali ruhiyye Yatmis usaq movzusunda cekilmis bir nece portret ucun de seciyyevidir Behruz Kengerlinin portret eserlerinin baslica meziyyeti ondadir ki onlar bedii forma cehetden serti texmini stilize yolu ile deyil pesekar dezgah ressamligina xas olan real ve canli hecmliye isiq kolge ve reng munasibetlerine esasen fircaya cimmisdir Azerbaycan rengkarliq senetinde o ilkin akademik resm uslubunda isleyerek realist eserleri ile yeniliye novatorluga yol acmis firca ustasidir IrsiAzerbaycan Milli Incesenet Muzeyinin tesebbusu ile 1947 ci ilde Bakida 1957 ci ilde Moskvada Behruz Kengerlinin ferdi yaradiciliq sergileri kecirilmisdir Hal hazirda Behruz Kengerlinin eserleri Azerbaycan Milli Incesenet Muzeyinden basqa Naxcivan Dovlet Tarix Muzeyinde Moskva Dovlet Tarix Muzeyinde saxlanilir Naxcivan seherinde adina kuce var Behruz Kengerli muzeyi 2001 ci ilin mayinda Naxcivan Muxtar Respublikasinin Ali Meclisinin qerari ile ressamin anadan olmasinin 110 illiyi munasibetile Naxcivan Ressamlar Birliyinin sergi salonuna Behruz Kengerlinin adi verilmisdir 2002 ci ilin iyun ayinda Azerbaycan Respublikasinin prezidenti Heyder Eliyev Naxcivan seherinde Behruz Kengerlinin xatiresine yaradilmis muzeyin acilis merasiminde istirak etmis ve genis nitq soylemisdir O Behruz Kengerlinin yaradiciligini yuksek qiymetlendirerek Onun eserleri Azerbaycan dovletinin milli servetidir demisdir 2012 ci ilde Behruz Kengerlinin 120 illiyine hesr olunan poct markasi2012 ci ilde Behruz Kengerlinin 120 illiyine poct markasi hesr olunmusdur Behruz Kengerlinin abidesi Naxcivan seheri 2016 ci ilde mayin 25 de Naxcivan seherinde Behruz Kengerli adina Ressamlar Parki istifadeye verilib ve ressamin abidesi ucaldilib Resm eserleriEsas meqale Behruz Kengerlinin resm eserleri Behruz Kengerlinin 2000 e yaxin movzu ve janr etibarile muxtelif ve rengareng eserlerinden ibaret bedii irsi genis ictimaiyyetin nezer diqqetini celb etmis ardicil olaraq toplanib sergi ve muzey ekspozisiyalarinin bezeyine cevrilmisdir Momine Xatun turbesi 1919 Naxcivan haqqinda xatireler XX esr Qiz portreti XX esrin evveli Dag menzeresi 1916 Azerbaycan Milli Incesenet Muzeyi Evle peyzaj 1919 Azerbaycan Milli Incesenet Muzeyi Nuh Peygember turbesi Azerbaycan Milli Incesenet Muzeyi Peyzaj Azerbaycan Milli Incesenet MuzeyiIstinadlarKengerli Behruz Shiralibek ogly Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 www today az 2017 10 09 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 19 sentyabr 2017 www xalqqazeti com 2017 10 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 19 sentyabr 2017 Vetene bagli omur www anl az 2022 03 25 tarixinde Istifade tarixi 2017 09 19 30 yasinda omrunu basa vurmus ustad senetkar www anl az 2022 03 25 tarixinde Istifade tarixi 19 sentyabr 2017 Behruz Kengerli Baki Casioglu 2005 accessdate missing url Kengerli Behruz Sireli bey oglu portal azertag az 2022 03 25 tarixinde Istifade tarixi 19 sentyabr 2017 Aliyev Ziyadkhan Bahruz Kangarli Azerbaijan s Most Prolific Painter www azer com 2021 01 25 tarixinde Istifade tarixi 19 sentyabr 2017 www baki xeber com 2018 01 16 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 19 sentyabr 2017 Ressamligin Behruz Kengerli zirvesi news milli az 2022 03 25 tarixinde Istifade tarixi 19 sentyabr 2017 Ilk pesekar teatr ressamlarimiz medeniyyet az 2022 03 25 tarixinde Istifade tarixi 19 sentyabr 2017 serqqapisi az 2014 11 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 19 sentyabr 2017 Behruz Kengerlinin 120 illiyine hesr olunmus sergi www anl az 2022 03 25 tarixinde Istifade tarixi 19 sentyabr 2017 Azerbaycan ressaminin tablosundaki mechul qadin Bir eserin tarixcesi kulis lent az Istifade tarixi 19 sentyabr 2017 olu kecid Bagirov Adil Nesib oglu Naxcivanin urbanonimleri Baki ADPU nun nesri 2014 s 65 Naxcivanda Behruz Kengerli Muzeyinin binasi istifadeye verilmisdir www anl az 2022 03 25 tarixinde Istifade tarixi 19 sentyabr 2017 Naxcivan seherinde Behruz Kengerli adina Ressamlar Parki istifadeye verilib azpress az 2021 01 17 tarixinde Istifade tarixi 19 sentyabr 2017 Azerbaidjan 2015 Petit Fute Petit Fute 192 redundant parameters Xarici kecidlerBehruz Kengerli seneti esl qiymetini Heyder Eliyev dovrunde aldi olu kecid