Daş kömür — bitki mənşəli çökmə süxur olub, təbii yanacaq növüdür.
Daş kömür | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Daş kömür çox kövrəkdir, qara, boz və parlaqdır. Suda batır və həll olmur. Daş kömür əsasən , Orta Asiya, Zaqafqaziya və Sibirdə çıxarılır. Ondan yaşayış evlərini qızdırmada, fabrik və zavodlarda, polad və çuqun əridilməsində, eləcə də yanacaq, sabun, yağ, spirt, benzol, plastik maddələr, ətriyyat, dərman, boyaq, turşular və s. istehsalında istifadə olunur. Daş kömür — üzvi mənşəli bərk yanacaqdır. Təbiətdə daş kömürün ehtiyatları neft ehtiyatından çoxdur. Daş kömürdən karbohidrogenlərin əsas alınma üsullarından biri daş kömürün kokslaşdırılmasıdır. Bu zaman 1000–1200 °C-də daş kömürün pirolizi həyata keçirilir. Daş kömürün kokslaşdırılması zamanı bir sıra məhsullar alınır. Daş kömürün kokslaşdırılması koks sobalarında həyata keçirilir. Koks sobası içərisi odadavamlı materialdan tikilmiş metal kameradır. Sobaya 20 ton daş kömür doldurulur və 14–15 saat müddətində kamera qızdırılır. 1 ton kömürdən 750–800 kq koks alınır.
Kokslaşma zamanı ilkin və təkrar çevrilmə prosesi baş verir. İlkin çevrilmə zamanı əvvəlcə qaz qarışığı alınır. Sonra isə daş kömür qatranının buxarı və koks əmələ gəlir. Təkrar çevrilmə zamanı aşağıdakı proseslər baş verir: — alkanların krekinqi;
— alkenlərin polimerləşməsi;
— tsikloalkanların dehidrogenləşməsi;
— tsikloalkanların dehidrogenləşməsi;
Alınan koks ayrıldıqdan sonra əmələ gələn uçucu komponentlər (koks qazı) soyudulur. Kondensləşmə nəticəsində daş kömür qatranı alınır. Bu prosesdə bir sıra maddələr — ammonyak, benzol və onun homoloqları, hidrogen, karbon oksidləri, metan, etilen və s. kondensləşmir.
Qaz qarışığını sulfat turşusu məhlulundan keçirdikdə ammonyak udulur. Reaksiya zamanı alınan ammonium-sulfat gübrə kimi istifadə olunur. Sonra daş kömür qatranından benzol ayrılır.
Koks qazının tərkibinə hidrogen, metan, karbon oksidləri və müxtəlif qazşəkilli karbohidrogenlər daxildir. Koks qazından yanacaq kimi və kimya sənayesində xammal kimi istifadə olunur.
Daş kömürün emalı üsullarından biri də onun hidrogenləşdirilməsidir. Daş kömürün hidrogenləşdirilməsi zamanı yanacağın tərkibindəki üzvi maddələr maye məhsullara çevrilir. Bu proses katalizator iştirakında yüksək temperaturda və təzyiqdə aparılır. Prosesdən alınan karbohidrogenlər qarışığı motor yanacağı kimi istifadə olunur.
Daş kömür planetimizdə ən geniş yayılmış qazıntı yanacağıdır. Mütəxəssislərin fikrinə görə onun ehtiyatı 500 ilə çatar. Həmçinin, daş kömürdən sintetik maye yanacaq da almaq olar. Lakin belə məhsulların dəyəri baha başa gəlir.
Daş kömür ehtiyatları
Ənənəvi enerji mənbələrinin bir növü olan daş kömür ekoloji cəhətdən əlverişli olmasa da dünyada hələ də mühüm enerji mənbəyi olaraq qalmaqdadır. Yalnız hasilatın yüksək xərc tələb etməsi digər enerji mənbələrindən geniş istifadəni zəruri edir. Tarixi statistik məlumatlara əsasən, hələ 1910-cu ildə dünya üzrə ümumi yanacaq-enerji balansında daş kömürdən istifadə 65%, biokütlədən istifadə 32% idisə, neftin ümumi balansda payı cəmi 3% təşkil edirdi. Təbii qazdan istifadə isə demək olar ki, yox səviyyəsində idi. Lakin 1930-cu ildən sonra bu vəziyyət bir qədər dəyişdi. Belə ki, ümumi balansda daş kömürün payı 55%-ə, biokütlənin payı isə 27%-ə endiyi halda neftin payı 15%-ə, təbii qazın payı isə 3%-ə qədər yüksəldi. Ancaq 1970-ci ildən başlayaraq neft tədricən daş kömür və biokütləni əvəzləyərək insanların istifadə etdiyi əsas enerji mənbəyinə çevrildi. Belə ki, həmin dövr üçün neftin energetik balansa olan qatqısı öz tarixi maksimumuna təxminən 47%-ə qədər yüksəldi və beləliklə daş kömürün nisbi payı 25%-ə, biokütlənin nisbi payı isə 12%-ə qədər azaldı. Balansın yerdə qalan (təxminən 16%) hissəsi isə tədricən geniş istifadə olunmağa başlayan təbii qazın və yeni enerji mənbəyi kimi nüvə enerjisinin hesabına təmin edilməyə başladı.
Yalnız bir faktı da nəzərə almaq lazımdır ki, təkcə XX əsrin əvvəllərindən 1980-ci illərə qədərki dövr ərzində hasil edilən təbii yanacağın miqdarı, bəşəriyyətin bütün tarixi dövr ərzində istehsal etdiyi təbii yanacağın həcmindən yüksək olmuşdur. Xüsusilə 1960-1980-ci illər ərzində hasil edilən təbii yanacaq, əsrin əvvəlindən hasil edilən kömürün 40%-ni, neftin 75%-ni, təbii qazın isə 80%-ni təşkil etmişdir.
Daş kömür yer kürəsinin əsasən şimal hissəsində geniş yataqlara malikdir. Belə ki, dünya üzrə daş kömür ehtiyatlarının ümumi həcmi 1 074 108 mln.t təşkil edir ki, bunun da 42,8%-i (459 750 mln.t) Avstraliya və Şərqi Asiyanın, 23,9%-i (256 734 mln.t) Şimali Amerikanın, 17,7%-i (190 655 mln.t) Qərbi və Mərkəzi Asiyanın (Müstəqil Dövlətlər Birliyi (MDB)), 12,8%-i (137 240 mln.t) Avropanın, 1,5%-i (16 040 mln.t) Orta Şərq və Afrikanın, 1,3%-i isə (13 689 mln.t) Cənubi və Mərkəzi Amerikanın payına düşür.
Ümumilikdə isə dünyanın 80-ə yaxın ölkəsində daş kömür yataqları mövcuddur. Bu ölkələr arasında Amerika Birləşmiş Ştatları (ABŞ) əsas daş kömür ehtiyatlarına malikdir. Belə ki, ABŞ üzrə daş kömür ehtiyatları 248 941 mln.ton olmaqla, ümumdünya üzrə təsdiq edilmiş daş kömür ehtiyatlarının (1 074 108 mln.t) təqribən 1/4 hissəsini təşkil edir. Sonrakı ilk beşliyi isə Rusiya Federasiyası (162 166 mln.t), Avstraliya (150 227 mln.t), Çin Xalq Respublikası (143 197 mln.t) və Hindistan (111 052 mln.t) bölüşür.
Statistik göstəricilərə əsasən, 2021-ci ildə ümumdünya üzrə daş kömür istehsalı 8 172,6 mln.t təşkil etmişdir. Mövcud daş kömür istehsalında Çin Xalq Respublikası liderlik edir. Belə ki, Çinin istehsal göstəricisi (4 126 ml.t) bu sahə üzrə digər ölkələrin istehsal göstəricilərinin təqribən cəminə bərabərdir. Sonrakı ilk beşliyi isə Hindistan (811,3 mln.t), İndoneziya (614 mln.t), ABŞ (524,4 mln.t) və Avstraliya (478,6 mln.t) bölüşür. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə dünya üzrə daş kömür hasilatı 6% artmışdır. Ən böyük artım Bolqariya (26,8%) və Zimbabvedə (20%), ən böyük azalma isə Venesuela (-44,5%) və Böyük Britaniyada (36,8%) baş vermişdir.
2021-ci ildə ümumi daş kömür istehlakı isə 3 823,9 mln.t olmuşdur. Mövcud daş kömür istehlakında da Çin Xalq Respublikası 2 058,1 mln.t göstərici ilə liderlik edir. Belə ki, Çinin istehlak etdiyi daş kömür ümumi dünya üzrə istehlak edilən kömürün təqribən yarısına bərabərdir. Sonrakı ilk beşliyi isə Hindistan (479,8 mln.t), ABŞ (252,5 mln.t), Yaponiya (114,6 mln.t) və Cənubi Afrika (84,3 mln.t) bölüşür. 2020-ci il ilə müqayisədə daş kömür istehlakında 6,3% həcmində artım müşahidə edilmişdir. Ən böyük artım Cənubi Kipr (196,9%) və Küveytin (110,4%), ən böyük azalma isə Portuqaliya (-54,6%) və Venesuelanın (-44,5%) payına düşür.
Xarici keçid
- Daş kömür belə yığılır — FOTOSESSİYA
İstinadlar
- Təbiətşünaslığın əsasları [ölü keçid]
- Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Komur Das komur bitki menseli cokme suxur olub tebii yanacaq novudur Das komur Vikianbarda elaqeli mediafayllarUmumi melumatDas komur cox kovrekdir qara boz ve parlaqdir Suda batir ve hell olmur Das komur esasen Orta Asiya Zaqafqaziya ve Sibirde cixarilir Ondan yasayis evlerini qizdirmada fabrik ve zavodlarda polad ve cuqun eridilmesinde elece de yanacaq sabun yag spirt benzol plastik maddeler etriyyat derman boyaq tursular ve s istehsalinda istifade olunur Das komur uzvi menseli berk yanacaqdir Tebietde das komurun ehtiyatlari neft ehtiyatindan coxdur Das komurden karbohidrogenlerin esas alinma usullarindan biri das komurun kokslasdirilmasidir Bu zaman 1000 1200 C de das komurun pirolizi heyata kecirilir Das komurun kokslasdirilmasi zamani bir sira mehsullar alinir Das komurun kokslasdirilmasi koks sobalarinda heyata kecirilir Koks sobasi icerisi odadavamli materialdan tikilmis metal kameradir Sobaya 20 ton das komur doldurulur ve 14 15 saat muddetinde kamera qizdirilir 1 ton komurden 750 800 kq koks alinir Kokslasma zamani ilkin ve tekrar cevrilme prosesi bas verir Ilkin cevrilme zamani evvelce qaz qarisigi alinir Sonra ise das komur qatraninin buxari ve koks emele gelir Tekrar cevrilme zamani asagidaki prosesler bas verir alkanlarin krekinqi alkenlerin polimerlesmesi tsikloalkanlarin dehidrogenlesmesi tsikloalkanlarin dehidrogenlesmesi Alinan koks ayrildiqdan sonra emele gelen ucucu komponentler koks qazi soyudulur Kondenslesme neticesinde das komur qatrani alinir Bu prosesde bir sira maddeler ammonyak benzol ve onun homoloqlari hidrogen karbon oksidleri metan etilen ve s kondenslesmir Qaz qarisigini sulfat tursusu mehlulundan kecirdikde ammonyak udulur Reaksiya zamani alinan ammonium sulfat gubre kimi istifade olunur Sonra das komur qatranindan benzol ayrilir Koks qazinin terkibine hidrogen metan karbon oksidleri ve muxtelif qazsekilli karbohidrogenler daxildir Koks qazindan yanacaq kimi ve kimya senayesinde xammal kimi istifade olunur Das komurun emali usullarindan biri de onun hidrogenlesdirilmesidir Das komurun hidrogenlesdirilmesi zamani yanacagin terkibindeki uzvi maddeler maye mehsullara cevrilir Bu proses katalizator istirakinda yuksek temperaturda ve tezyiqde aparilir Prosesden alinan karbohidrogenler qarisigi motor yanacagi kimi istifade olunur Das komur planetimizde en genis yayilmis qazinti yanacagidir Mutexessislerin fikrine gore onun ehtiyati 500 ile catar Hemcinin das komurden sintetik maye yanacaq da almaq olar Lakin bele mehsullarin deyeri baha basa gelir Das komur ehtiyatlariEnenevi enerji menbelerinin bir novu olan das komur ekoloji cehetden elverisli olmasa da dunyada hele de muhum enerji menbeyi olaraq qalmaqdadir Yalniz hasilatin yuksek xerc teleb etmesi diger enerji menbelerinden genis istifadeni zeruri edir Tarixi statistik melumatlara esasen hele 1910 cu ilde dunya uzre umumi yanacaq enerji balansinda das komurden istifade 65 biokutleden istifade 32 idise neftin umumi balansda payi cemi 3 teskil edirdi Tebii qazdan istifade ise demek olar ki yox seviyyesinde idi Lakin 1930 cu ilden sonra bu veziyyet bir qeder deyisdi Bele ki umumi balansda das komurun payi 55 e biokutlenin payi ise 27 e endiyi halda neftin payi 15 e tebii qazin payi ise 3 e qeder yukseldi Ancaq 1970 ci ilden baslayaraq neft tedricen das komur ve biokutleni evezleyerek insanlarin istifade etdiyi esas enerji menbeyine cevrildi Bele ki hemin dovr ucun neftin energetik balansa olan qatqisi oz tarixi maksimumuna texminen 47 e qeder yukseldi ve belelikle das komurun nisbi payi 25 e biokutlenin nisbi payi ise 12 e qeder azaldi Balansin yerde qalan texminen 16 hissesi ise tedricen genis istifade olunmaga baslayan tebii qazin ve yeni enerji menbeyi kimi nuve enerjisinin hesabina temin edilmeye basladi Yalniz bir fakti da nezere almaq lazimdir ki tekce XX esrin evvellerinden 1980 ci illere qederki dovr erzinde hasil edilen tebii yanacagin miqdari beseriyyetin butun tarixi dovr erzinde istehsal etdiyi tebii yanacagin hecminden yuksek olmusdur Xususile 1960 1980 ci iller erzinde hasil edilen tebii yanacaq esrin evvelinden hasil edilen komurun 40 ni neftin 75 ni tebii qazin ise 80 ni teskil etmisdir Das komur yer kuresinin esasen simal hissesinde genis yataqlara malikdir Bele ki dunya uzre das komur ehtiyatlarinin umumi hecmi 1 074 108 mln t teskil edir ki bunun da 42 8 i 459 750 mln t Avstraliya ve Serqi Asiyanin 23 9 i 256 734 mln t Simali Amerikanin 17 7 i 190 655 mln t Qerbi ve Merkezi Asiyanin Musteqil Dovletler Birliyi MDB 12 8 i 137 240 mln t Avropanin 1 5 i 16 040 mln t Orta Serq ve Afrikanin 1 3 i ise 13 689 mln t Cenubi ve Merkezi Amerikanin payina dusur Umumilikde ise dunyanin 80 e yaxin olkesinde das komur yataqlari movcuddur Bu olkeler arasinda Amerika Birlesmis Statlari ABS esas das komur ehtiyatlarina malikdir Bele ki ABS uzre das komur ehtiyatlari 248 941 mln ton olmaqla umumdunya uzre tesdiq edilmis das komur ehtiyatlarinin 1 074 108 mln t teqriben 1 4 hissesini teskil edir Sonraki ilk besliyi ise Rusiya Federasiyasi 162 166 mln t Avstraliya 150 227 mln t Cin Xalq Respublikasi 143 197 mln t ve Hindistan 111 052 mln t bolusur Statistik gostericilere esasen 2021 ci ilde umumdunya uzre das komur istehsali 8 172 6 mln t teskil etmisdir Movcud das komur istehsalinda Cin Xalq Respublikasi liderlik edir Bele ki Cinin istehsal gostericisi 4 126 ml t bu sahe uzre diger olkelerin istehsal gostericilerinin teqriben cemine beraberdir Sonraki ilk besliyi ise Hindistan 811 3 mln t Indoneziya 614 mln t ABS 524 4 mln t ve Avstraliya 478 6 mln t bolusur Umumilikde ise 2020 ci il ile muqayisede 2021 ci ilde dunya uzre das komur hasilati 6 artmisdir En boyuk artim Bolqariya 26 8 ve Zimbabvede 20 en boyuk azalma ise Venesuela 44 5 ve Boyuk Britaniyada 36 8 bas vermisdir 2021 ci ilde umumi das komur istehlaki ise 3 823 9 mln t olmusdur Movcud das komur istehlakinda da Cin Xalq Respublikasi 2 058 1 mln t gosterici ile liderlik edir Bele ki Cinin istehlak etdiyi das komur umumi dunya uzre istehlak edilen komurun teqriben yarisina beraberdir Sonraki ilk besliyi ise Hindistan 479 8 mln t ABS 252 5 mln t Yaponiya 114 6 mln t ve Cenubi Afrika 84 3 mln t bolusur 2020 ci il ile muqayisede das komur istehlakinda 6 3 hecminde artim musahide edilmisdir En boyuk artim Cenubi Kipr 196 9 ve Kuveytin 110 4 en boyuk azalma ise Portuqaliya 54 6 ve Venesuelanin 44 5 payina dusur Xarici kecidDas komur bele yigilir FOTOSESSIYAVikianbarda Das komur ile elaqeli mediafayllar var IstinadlarTebietsunasligin esaslari olu kecid Qerib Memmedov Mahmud Xelilov Ensiklopedik ekoloji luget Baki Elm 2008