Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Mətbuat AXC dövründə — Azərbaycan mətbuatı tarixində 1918–20 illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi.
İdeya istiqaməti
1918–20 illər mətbuatın ideya isitiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar. Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi.
Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi.
Yaradılması
Azərbaycan Xalq Cümhuriyyətinin bütün digər ictimai-siyasi qurumları kimi onun dövri mətbuatı da birdən-birə yaranmamışdı. Hələ XIX əsrin 1-ci yarısında Azərbaycanda milli və ümumbəşəri idealların məfkurəçiləri və təbliğatçıları olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875 ildə "Əkinçi" qəzetinin timsalında ilk milli mətbuatı yaratmışdır. "Əkinçi" qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq, XIX əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının "Ziya" (1879–80), "Ziyayi-Qafqaziyyə" (1880–84) və "Kəşkül" (1883–91), XX əsrin ilk illərində isə Məhəmməd ağa Şahtaxtlının "Şərqi-rus" (1903–05) qəzetləri meydana çıxmışdır. Rusiyada 1905 il inqilabından sonra Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin "Həyat" (1905–06) jurnalı milli idealları yeni tarixi mərhələdə davam etdirmişdir.
Cümhuriyyətə gələn yolda Azərbaycan mətbuatının inkişafında "Molla Nəsrəddin"-in təbliğ etdiyi dərin demokratizm və azalıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynadı. Beləliklə, XIX əsrin sonları — XX əsrin əvvəllərinin bütün bu dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb etmişdir.
Azərbaycan və ümumtürk milli məfkurəsinin formalaşmasında və inkişafında mühüm rol oynayan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralı və digərləri milli mətbuatın tərəqqisinə də güclü təsir göstərdilər.
Mətbuat haqqında nizamnamə
Azərbaycan Hökuməti və Parlamenti mətbuatın və nəşriyyatların işini dövrün tələbləri səviyyəsində qurmaq üçün bir sıra qərarlar qəbul etmişdir. Parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi "Mətbuat haqqında nizamnamə"də göstərilir ki, "Mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılması üçün habelə çap məhsulunun nəşri və satılması üçün Hökumət idarələrinin heç bir icazəsi tələb olunmur". Dövri nəşrlərin təsis olunması üçün ancaq öz məqsədləri barədə mətbuat işləri üzrə baş müfəttişə ərizə təqdim edilməsi kifayət idi. Nizamnaməyə əsasən, mətbuat orqanı ancaq qüvvədə olan qanunları pozub cinayət törətdikdə məhkəmənin qərarı ilə məsuliyyətə cəlb edilə bilərdi. Cümhuriyyət Hökuməti mətbuat azadlığını milli şüurun, milli mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər çar Rusiyası tərkibində olan Azərbaycanda mərtbuat azadlığı yox idi. Ana dilində yazıb oxumaq böyük maneələrlə qarşılaşır, qəzet və lurnallar ciddi senzuraya məruz qalırdı. Çarizmin Azərbaycan xalqını uzun müddət milli müstəmləkə əsarətində saxlaması milli şüurun, milli mədəniyyətin inkişafına ağır zərbə vurmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdur.
Azərbaycanın 1918–20 illərdəki dövri mətbuatı əhalinin müxtəlif zümrələrinin maraqlarını əks etdirirdi. Belə ki, gənclərə məxsus "Gənclər Yurdu", tələbə və müəllimlərə aid "Əfkari-mütəəllimin", elm və incəsənət xadimlərinin "Mədəniyyət" kimi qəzet və jurnalları nəşr olunurdu. Onların səhifələrində milli dirçəliş naminə təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr dərc olunurdu.
1919-cu il martın 11-də nəşrə başlayan "Övraqi-nəfisə" jurnalı Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919-cu ilin mart-avqust aylarında Bakıda cəmi 6 nömrəsi nəşr edilmiş həmin jurnalın redaktoru Əlabbas Müzhib, naşiri bəstəkar Zülfüqar bəy Hacıbəyli, rəssamı Əzim Əzimzadə idi. Jurnalın səhifələrində Firidun bəy Köçərli, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Zülfüqar Hacıbəyli, Əlabbas Müzhib, Əmin Abid, Məhəmməd Hadi və başqa müəlliflər çıxış edirdilər. Jurnalda musiqi, teatr, memarlıq abidələri haqqında məqalələr və fotoşəkillər dərc olunur, aktyorların həyatı və səhnə fəaliyyət barədə yazılar verilirdi. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, qanlı daşnak irticasına dair yazılar da topluda geniş yer tuturdu. "Övraqi-nəfisə"də milli özünüdərkin, milli ruhun aşılanması, türkləşmək, islamlaşmaq, müasirləşmək ideyalarının təbliği məsələləri böyük əhəmiyyət kəsb edirdi. Jurnalın 5-ci sayında yazıldığına görə, "Övraqi-nəfisə" kağız qıtlığı üzündən bağlanmışdır.
AXC dövründə mətbuat orqanları
Azərbaycan Xalq Cümhuriyyəti dövründə aşağıdakı milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur:
- "İstiqlal" (1918–20),
- "Azərbaycan" (1918–20),
- "Övraqi-nəfisə" (1919),
- "İttihad" (1917–19),
- "Qurtuluş" (1920),
- "Gənclər yurdu" (1918),
- "Şeypur" (1918–19),
- "Zənbur" (1919) və b.
İqbal qəzeti
Azərbaycan Xalq Cümhuriyyəti mətbuatının həqiqi sələfləri 1911-ci ildən sonra meydana gəlmişdilər. Hələ 1912-ci il martın 6-da bir qrup ziyalı Bakıda Orucov qardaşlarının mətbəəsində gələcək Xalq Cümhuriyyətinin ictimai-siyasi məramlarını ilk dəfə konsepsiya şəklində təbliğ edən "İqbal" (1912–15) gündəlik qəzetinin nəşrinə başlamışdılar. 1915-ci il aprelin 27-nə kimi davam edən 923 sayı çıxmış bu qəzeti müxtəlif vaxtlarda Sənətulla Eynullayev (İbrahimov), Seyid Hüseyn Sadıq (Kazımoğlu), Məhəmməd Əmin Rəsulzadə və M.Ə.Əbdüləzizzadə redaktə etmişdlər. "İqbal" qəzetinin fəaliyyətində Azərbaycan milli fikrinin Əlabbas Müzhib, Üzeyir Hacıbəyli, Əli Razi, Səməd Mənsur, Əlipaşa Səbur, Hüseyn Cavid və b. görkəmli xadimləri yaxından iştirak etmişdir.
Dirilik jurnalı
1914-cü il oktyabrın 15-də Ə.Müzhibin redaktorluğu ilə digər bir milli mətbuat nümunəsi — "Dirilik" jurnalı nəşrə başlayır. Burada Ə.Müzhibin və Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqını özünüdərkə hazırlayan poetik və publisist əsərləri dərc edilmişdir.
Açıq söz qəzeti
1915-ci il oktyabrın 2-də Bakıda ilk dəfə olaraq milli proqramlı "Açıq söz" qəzetinin nəşrinə başlanır. "Açıq söz" əslində qeyri-leqal şəkildə fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi. Bu qəzetin də rəhbərləri və yazarları "İqbal" və "Dirilik" qəzetlərinin əsas müəllifləri idilər. "Açıq söz" qəzeti İsa bəy Aşurbəyovun keçmiş "Kaspi" mətbəəsində, Məmmədəli Rəzulzadənin müdirliyi və Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə çıxırdı. "Açıq söz" qəzeti Azərbaycanın ictimai-siyasi fikir tarixində, ilk dəfə olaraq, xalqın istiqlal uğrunda gələcək mübarizə konsepsiyası olan "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını açıq şəkildə təbliğ edirdi. "Açıq söz"ün səhifələrində XX əsr Azərbaycan milli fikrinin ən görkəmli xadimləri — Seyid Hüseyn, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Həsən bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Əlabbas Müzhib, gənc şair və dramaturqlar — Cəfər Cabbarlı və Mirzəbala Məmmədzadə çıxış edirdilər. "Açıq söz" Cümhuriyyət dövrü ərəfəsində Azərbaycan həyatının mühüm ictimai-siyasi hadisələrinin canlı salnaməsi idi. Bu qəzet xüsusilə Rusiyada 1917-ci il inqilabı dövründə Azərbaycan xalqının milli müstəqilliyi yolunda başlıca maneələr olan rus-bolşevik və erməni-daşnak irticasına qarşı fikir mübarizəsinin başında dururdu. Məhəmməd Əmin Rəsulzadə "Açıq söz"ün ilk sayında dərc olunmuş proqram məqaləsində yazırdı: "'Müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və böylə bir silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitdirməyəcəklər'" ("Açıq söz", 1915, 2 oktyabr).
Bu dövrün "İqbal", "Dirilik", "Təkamül", "Açıq söz", "İstiqlal" və s. mətbuat orqanları Azərbaycanın mədəni həyatına böyük təsir göstərir, xalqı milli mədəniyyətə, milli şüura yiyələnməyə çağırır, beləliklə milli məfkurənin formalaşmasına əvəzsiz yardım edirdilər. Milli-siyasi birliyə çağırış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində bütün Azərbaycan milli mətbuatının başlıca şüarına çevrildi. Sənətulla Eynullayev "Açıq söz" qəzetinin 1915-ci il 15 mart tarixli sayında Bakıda yaxınlaşmaqda olan rus-bolşevik və erməni-daşnak təcavüzü barədə yazırdı: "Baş kəsildikdə saqqalla bərabər gedəcəkdir".
Müsavat və İstiqlal qəzetləri
"Müsavat" partiyası Azərbaycan xalqını milli mübarizələrə hazırlamaq üçün 1917-ci il iyulun 10-da "Müsavat" adlı qəzetin nəşrinə başladı. Cəmi 6 sayı işıq üzü görmüş bu qəzet siyasi proqramında dəyişiklik edilərək "milli muxtariyyət" tələbi "milli müstəqillik"lə əvəz olunduqda "Müsavat" qəzetinin nəşri dayandırılır və 1918-ci il fevralın 4-dən "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" firqəsinin nəşri-əfkarı" başlığı ilə "İstiqlal" qəzeti çıxmağa başlayır.
1918-ci ilin əvvəllərində Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə özünün ən yüksək həddinə çatır. Rus-bolşevik və erməni-daşnak irticası "Müsavat"ın hakimiyyətə gəlməsinə mane olmaq üçün dəridən-qabıqdan çıxır, ölkədə hərc-mərclik, fitnə-fəsadlar, soyqırımları törətməyə başlayır. 1918-ci il martın 31-də Bakıda, habelə Azərbaycanın müxtəlif bölgələrində erməni-daşnak və rus-bolşevikləri qaragüruhçuları tərəfindən türk müsəlman əhaliyə qarşı törədilən kütləvi soyqırımları bu dövr Azərbaycan milli mətbuatnın başlıca mövzusu idi. Milli mətbuatın şüurları oyatmaq fəaliyyəti, apardığı maarifçilik təbliğatı yaxınlaşmaqda olan döşmən təxribatlarının ifşasında böyük rol oynayırdı. "İstiqlal" qəzetinin məramı onun başlığında verilən məşhur epiqrafda aydın ifadə edilirdi:
Millət yoludur, haqq yoludur tutduğumuz yol.
Ey haqq! Yaşa, ey sevgili millət, yaşa var ol!
(Tofiq Fikrət)
"İstiqlal"da Əhməd Cavad, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Abdulla Şaiq, Hüseyn Mirzəcamalov, Fərhad Ağazadə, Əli Yusif, Xəlil İbrahim və başqa müəlliflər çıxış edirdilər. Beləliklə, yeni dövrdə Azərbaycan xalqının özünüdərkində Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadədən başlamış, Mirzə Cəlil və Mirzə Ələkbər Sabirə qədər yaradıcı ziyalılar böyük rol oynamışlar. Artıq Cümhuriyyət qurularkən millət özünü, soykökünü, görkəmli adamlarını tanıyır, milli idarəçiliyi, milli məfkurənin təzahürü kimi qəbul edirdi.
Azərbaycanda milli istiqlal elan edildikdən sonra milli mətbuatın qarşısında yeni vəzifələr durdu. Əsas vəzifə Xalq Cümhuriyyətinin qorunub saxlanmasında daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi. Yeni tarixi vəzifələri həyata keçirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin aprelindən "Azərbaycan" qəzetini nəşr etməyə başladı. Qəzetin müxtəlif vaxtlarda redaktorları Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim olmuşlar.
Azərbaycan qəzeti
Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin başlıca məramı yenicə qurulmuş milli Hökuməti müdafiə etmək idi. Cümhuriyyətin bütün siyasi-ictimai, iqtisadi və mədəni təsisatlarının tarixi mənzərəsi bu qəzetdə öz əksini tapmışdır. "Azərbaycan"ın ilk 4 sayı Gəncədə çıxmış, sonralar isə Bakıda azərbaycan və rus dillərində nəşr olunmuşdur. Dörd səhifəlik qəzetin iki səhifəsi azərbaycan, iki səhifəsi isə rus dilində buraxılmışdır. Qəzetin ilk nömrəsində Bakının azad edilməsi (1918, 15 sentyabr) ilə bağlı xəbərlər, Məhəmməd Hadinin türk əsgərinin şücaətini vəsf edən "Türk nəğməsi" şeiri də dərc edilmişdir.
"Azərbaycan" qəzetinin sentyabrın 19-da rus dilində çapdan çıxmış sayında Şəfi bəy Rüstəmbəyli "Düşünmək vaxtıdır" məqaləsində "Daşnaksutyun" partiyasının Azərbaycan xalqına qarşı düşmənçilik siyasətini ifşa edir və ermənilərə xəbərdarlıqla yazırdı: "…hələ nə qədər ki gec deyil, erməni xalqı öz qonşuları ilə səmimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim fəlakətli olacaqdır".
Paris sülh konfransında (1919–20) iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin tərkibinə müşavir qismində "Azərbaycan" qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyli də daxil edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərar, sərəncam, fərman və digər normatik sənədlərinin xüsusi nəşrlərdə verilməsi "Azərbaycan" qəzetinin səhifələrində daha çox nəzəri məqalələrin, Azərbaycana həmçinin dünya və region ölkələrinə aid xəbərlərin, oxucuları maraqlandıran başqa yazıların dərc edilməsinə imkan yaradırdı.
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının xüsusilə onun Azərbaycan Parlamentinin çağırılması sahəsindəki fəaliyyəti "Azərbaycan" qəzetinin səhifələrində geniş əks olunmuşdur. Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də işə başladıqdan sonra isə qəzet onun fəaliyyətini daha geniş işıqlandırmış, Parlamentin mühüm iclaslarında stenoqrafik hesabatları "Azərbaycan Məclisi-Məbusanında" rubrikası altında dərc etmişdir. Bundan başqa, qəzetdə "Rəsmi xəbərlər", "Teleqraf xəbərləri", "Rusiyada", "Ermənistanda", "Gürcüstanda", "Türkiyədə", "İrəvan müsəlmanlarının halı", "Teatr və müsiqi" və s. kimi daimi rubrikalar da var idi.
Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmməd ağa Şahtaxtlı, Adil xan Ziyadxanov, Əlabbas Müzhib, Şəfiqə Əfəndizadə, İstanbulda təhsil alan Əmin Ahid və b. "Azərbaycan" qəzetinin səhifələrində dərc olunan məqalələri, əsərləri Azərbaycan tarixinin, mədəniyyətinin, maarifinin inkişafına, milli şüurun oyanmasına, milli özünüdərkin təşəkkülünə yardım etmiş azərbaycançılıq, istiqlalçılıq, türkçülük, islamçılıq, müasirlik məfkurəsinin təbliğində mühüm rol oynamışdır. Qəzet səhifələrində Məhəmməd Hadi, Əhməd Cavad, Seyid Hüseyn, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli və b. vətənpərvər, yurdsevər şair və ədiblərin milli müstəqillik hissləri aşılayan, "vətən qayğısı və millət duyğusunu hər şeydən üstün tutmağa" çağıran əsərlərinə geniş yer verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ideologiyanın təşəkkülündə və inkişafında Üzeyir bəy Hacıbəylinin böyük xidməti olmuşdur. İctimai-siyasi həyatda gedən proseslərin fəal iştirakçısı olan peşəkar jurnalist kimi o dövri mətbuatda milli mədəniyyətimizin bu və ya digər sahələrinə dair məqalələrlə çıxış etmiş, milli azadlıq və istiqlalçılıq konsepsiyasını yaradıcılığının başlıca məramı saymışdır.
Ü.Hacıbəyli öz yazılarında erməni-daşnak quldurlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının, Qarabağ ermənilərinin Azərbaycan Hökumətinə tabe olmaq istəməmələrinin siyasi mahiyyətini açır, bütün bunların əsl səbəbkarı olan rus-bolşevik-daşnak qüvvələrini ifşa edirdi.
Qəzet Azərbaycan Xalq Cümhuriyyətinin dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirirdi. Azərbaycanın 1918–20 illər tarixinin öyrənilməsində bu qəzetin müstəsna əhəmiyyəti vardır.
Qurtuluş jurnalı
İlk nömrəsi 1920-ci ilin əvvəlində çıxmış "Qurtuluş" jurnalı da ədəbi-mədəni sahədə xeyli iş görmüş, Azərbaycan xalqının milli mədəniyyətinin təbliğinə çalımışdır. Vətənpərvər və milliyətçi ziyalılardan Abdulla Şaiq, Hüseyn Cavid, Salman Mümtaz, Feyzulla Sacid, Əli Yusif, Əbdürrəhman Dai və başqaları topluda əməkdaşlıq etmişlər.
1918–20 illərdə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə müxalifətdə olan mətbuat içərisində ən fəalı və güclüsü bolşevik mətbuatı idi. Bu mətbuat həmin illərdə Şimali Azərbaycanın Sovet Rusiyası tərkibinə qatılması uğrunda mübarizə aparırdı. Rusiyadan təkcə ideoloji deyil, həm də maddi-texniki cəhətdən yardım alan Azərbaycan bolşevikləri geniş mətbuat şəbəkəsi yaratmağa nail olmuşdular. Bolşeviklər 1917–20 illərdə Azərbaycanda qırxdan artıq adda qəzet və jurnal çıxarmışlar. Bolşevik mətbuatını çox hazırlıqlı siyasi qüvvələr idarə edirdi. Bolşevik mətbuatının aparıcı orqanı "Hümmət" qəzeti idi. Qəzet 1917–18 illərdə yazıçı və publisist Məmməd Səid Ordubadi və inqilabçı-publisist Dadaş Bünyadzadənin redaktorluğu ilə çıxırdı. Bolşevik mətbuatının ən fəal nümayəndəsi Əliheydər Qarayev idi. O, 1918-ci ildə bir müddət Tiflisdə Gürcüstan menşevik hökuməti daxilində "Hümmət" partiyasının millətçi fraksiyasına məxsus "Al bayraq" adlı qəzetin redaktoru olmuş, 1919 ildən Bakıya gəlib, bolşeviklərlə fəal əməkdaşlığa başlamışdı. Ə.Qarayev 1918–20 illərdə rus və Azərbaycan dillərində nəşr edilən "Al bayraq", "Zəhmət sədası", "Azərbaycan füqərası", "Bednota", "Raboçaya pravda", "Qolos truda", "Məşəl", "Oktyabr inqilabı" kimi qəzet və jurnalların redaktoru olmuşdur. Bütün bu dövri metbuat orqanları zahirən nə qədər rəngarəng olsa da, məzmunca bir o qedər yekrəng idi. Bolşevizmə xidmət edən bu mətbuat sosializm ideyalarını təbliğ edir, kütlələri sosialist inqilabı uğrunda mübarizəyə çağınr, xalqın milli birliyini, ənənəvi ideallarını sinfı qarşıdurma ideyası ilə zəhərləyirdi. 1918–20 illərdə Bakıda yerli bolşeviklərlə bir mövqedə dayanan və Azərbaycanda Milli Hökumətlə müxalifətdə olan "Bakinets" (1907–20), "Bakinskayajizn", "Bakinskiy raboçiy" (1906–20, RSDFP Bakı komitəsinin orqanı), "Bakinskoye slovo", "Bakinskoye utro", "İskra", "Nabat" (1919), "Naşa jizn" (1919), "Proletariy" və s. rus-dilli qəzet və jurnallar da çıxırdı. 1918–20 illərdə Azərbaycanda erməni dilində çıxan qəzet və jurnallar içərisində milli Hökumətə qarşı qatı düşmənçilik mövqeyindən çıxış edən "Artsax", "Aparaj" və s. qəzet və jurnallar xüsusilə fəallıq göstərirdi. Rus dilində çıxan daşnakyönlü "Znamya truda", "Yedinaya Rossiya" ("İskra"), "Naşe vremya", "Vperyod" kimi qəzetlər Milli Hökumətin əleyhinə təbliğatda heç də onlardan geri qalmırdı. Bu nəşrlərin redaksiya heyətləri Azərbaycan xalqının milli mənafelərinə xidmətdən və onu təmsil etməkdən çox uzaq idi. Onlar milli partiyalara, hər cür milli ideyaya, milli özünüdərkə qarşı qızğın mübarizə aparır, fəhlələri hər vasitə ilə milli azadlıq hərəkatından uzaqlaşdırmağa çalışır, xalqın hürriyyət və Cümhuriyyət arzularına qarşı çıxırdılar. Sosialist və bolşevik mətbuatı Bakıda və Azərbaycanın bir çox şəhər və kəndlərində erməni-bolşevik quldurlarının türk-müsəlman əhaliyə qarşı 1918 il mart qırğınını, sonrakı soyqrımları daha da qızışdırır, yeni təxribatlara əl atırdı. "Znamya truda" qəzeti yazırdı ki, "Bakıdakı mart hadisələrinin milyon izahı var". "Vperyod" qəzeti isə müsavatçıların guya rusları Azərbaycandan sıxışdırıb çıxartdığını iddia edirdi. 1918–20 illərdə Bakıda gürcü, yəhudi, polyak, fars və başqa dillərdə də, əslində, Milli Hökumətə qarşı çıxan, ayrı-ayrı xarici qüvvələrin mənafeyini müdafiə edən bir sıra dövri mətbuat orqanları nəşr edilirdi.
Satirik jurnallar
Bu illərdə Azərbaycanda milli ideyalı "Şeypur" və "Zənbur" adlı satirik jurnallar çıxırdı. İlk nömrəsi 1918 il oktyabrın 5-də çıxmış "Şeypur"un naşiri Səməd Mənsur, redaktoru Məmmədəli Sidqi idi. 1919 ilin aprelindən nəşr edilən "Zənbur"da Məmmədəli Sidqi, Əli Nəzmi, Səməd Mənsur, Balaqardaş Səttaroğlu və başqa müəlliflərin gizli imzalarla şeir və publisist yazıları dərc olunurdu. Jurnaldakı rəngli karikaturalar rəssam Əzim Əzimzadəyə məxsus idi. Həftədə bir dəfə çıxan "Zənbur"un cəmi 24 nömrəsi nəşr edilmişdir. 1918–20 illərin satirik mətbuatı mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin" ədəbi məktəbinin satira ənənələrindən faydalanaraq, azadlıq və istiqlal düşmənlərini, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, cəhaləti və xurafatı satira atəşinə tutur, xalqı elmi biliklərə yiyələnməyə, müasirləşməyə səsləyirdi. Ümumiyyətlə, 1918–20-ci illərin mətbuatı o dövrə qədərki Azərbaycan milli mətbuatının demokratik ənənələrinin yekun mərhələsi idi. Bu dövrün mətbuatında Azərbaycanın milli, ictimai-siyasi fikri, 1905-ci il inqilabından sonra çarizmin müstəmləkəçilik siyasətinə qarşı xalqın etirazı, 1911-ci ildən sonra milli muxtariyyət ideyası, Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra isə milli istiqlal idealları öz əksini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün milli mətbuatı bütün bu tarixi mübarizələrin salnaməsidir.
Həmçinin bax
Xarici keçidlər
- Milli mətbuatımız Azərbaycan Xalq Cümhuriyyəti dövründə 2018-04-07 at the Wayback Machine
- Bugünkü mətbuatımız Cümhuriyyət dövrünün xələfidir 2018-04-08 at the Wayback Machine
İstinad
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 67–72
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Metbuat AXC dovrunde Azerbaycan metbuati tarixinde 1918 20 iller butun evvelki dovrlere nisbeten en yuksek inkisaf merhelesidir Bu dovrun metbuati hem keyfiyyet hem de kemiyyet baximindan milli medeniyyetin muhum terkib hissesi kimi Azerbaycan heyatinin canli salnamesine cevrildi Iki il icerisinde olkede 100 e yaxin adda qezet ve jurnal cixmisdir Cumhuriyyet dovru metbuatinin seciyyevi xususiyyeti tekce onun say gostericisinde deyil her seyden evvel ideya mezmun zenginliyinde idi Ideya istiqameti1918 20 iller metbuatin ideya isitiqameti baximindan texminen asagidaki kimi qruplasdirmaq olar Azerbaycan Xalq Cumhuriyyeti ideyalarini teblig eden milli metbuat Cumhuriyyet Hokumetine muxalifetde olan bolsevik metbuati bolsevik metbuati ile muxalifetde olan eser mensevik metbuati ermenilerin Azerbaycana qarsi erazi iddialarina haqq qazandirmaq ucun canfesanliq eden ermeni dasnak metbuati ozunu biteref adlandiran ve hec bir siyasi partiyaya mensub olmayan informatik qezetler jurnallar Lakin onlarin icerisinde daha real heyat quvvesine ve genis oxucu auditoriyasina malik olani Azerbaycan Xalq Cumhuriyyetinin ideyalarini teblig eden ve destekleyen metbuat idi Cumhuriyyet Hokumeti dovrunde Baki Gence Susa Tiflis Irevan ve diger medeni inzibati merkezlerde cixan metbuat numuneleri tekce Azerbaycan turk dilinde deyil rus gurcu ermeni polyak fars alman ve qeyri dillerde de nesr edilirdi YaradilmasiAzerbaycan Xalq Cumhuriyyetinin butun diger ictimai siyasi qurumlari kimi onun dovri metbuati da birden bire yaranmamisdi Hele XIX esrin 1 ci yarisinda Azerbaycanda milli ve umumbeseri ideallarin mefkurecileri ve tebligatcilari olmus Abbasqulu aga Bakixanov ve Mirze Feteli Axundzade kimi yazici mutefekkir ve ictimai xadimler tereqqinin baslica yolunu milli istiqlalin tentenesini dovri metbuat nesr etmekde menevi ve exlaqi qurumlari inkisaf etdirmekde gorurduler Bu yolun davamcisi olan Hesen bey Zerdabi oz boyuk seleflerinin arzularini yerine yetirmis 1875 ilde Ekinci qezetinin timsalinda ilk milli metbuati yaratmisdir Ekinci qezetinin milli maarifcilik enenelerinin davami olaraq XIX esrin sonlarinda Tiflisde Celaleddin ve Seid Unsizade qardaslarinin Ziya 1879 80 Ziyayi Qafqaziyye 1880 84 ve Keskul 1883 91 XX esrin ilk illerinde ise Mehemmed aga Sahtaxtlinin Serqi rus 1903 05 qezetleri meydana cixmisdir Rusiyada 1905 il inqilabindan sonra Eli bey Huseynzade ve Ehmed bey Agayevin Heyat 1905 06 jurnali milli ideallari yeni tarixi merhelede davam etdirmisdir Cumhuriyyete gelen yolda Azerbaycan metbuatinin inkisafinda Molla Nesreddin in teblig etdiyi derin demokratizm ve azaliq ideyalari imperializmin mustemlekecilik siyasetine geriliye movhumata cehalete xurafata qarsi mubarizede maarif ve medeniyyetin tereqqisinde muhum rol oynadi Belelikle XIX esrin sonlari XX esrin evvellerinin butun bu dovri metbuat numuneleri Azerbaycanda milli ictimai fikrin azadliq ideyalarinin oyanisinda mustesna ehemiyyet kesb etmisdir Azerbaycan ve umumturk milli mefkuresinin formalasmasinda ve inkisafinda muhum rol oynayan Hesen bey Zerdabi Elimerdan bey Topcubasov Ismayil bey Qasprali ve digerleri milli metbuatin tereqqisine de guclu tesir gosterdiler Ismayil bey Qasprali Hesen bey Zerdabi ve Elimerdan bey Topcubasov Baki 1894Metbuat haqqinda nizamnameAzerbaycan Hokumeti ve Parlamenti metbuatin ve nesriyyatlarin isini dovrun telebleri seviyyesinde qurmaq ucun bir sira qerarlar qebul etmisdir Parlamentin 1919 cu il 30 oktyabr tarixli qerari ile qebul etdiyi Metbuat haqqinda nizamname de gosterilir ki Metbuat litoqrafiya ve buna benzer muessiselerin acilmasi ucun habele cap mehsulunun nesri ve satilmasi ucun Hokumet idarelerinin hec bir icazesi teleb olunmur Dovri nesrlerin tesis olunmasi ucun ancaq oz meqsedleri barede metbuat isleri uzre bas mufettise erize teqdim edilmesi kifayet idi Nizamnameye esasen metbuat orqani ancaq quvvede olan qanunlari pozub cinayet toretdikde mehkemenin qerari ile mesuliyyete celb edile bilerdi Cumhuriyyet Hokumeti metbuat azadligini milli suurun milli medeniyyetin inkisafi ucun muhum sertlerden biri hesab edirdi Melumdur ki Azerbaycan Xalq Cumhuriyyeti yaranana qeder car Rusiyasi terkibinde olan Azerbaycanda mertbuat azadligi yox idi Ana dilinde yazib oxumaq boyuk maneelerle qarsilasir qezet ve lurnallar ciddi senzuraya meruz qalirdi Carizmin Azerbaycan xalqini uzun muddet milli mustemleke esaretinde saxlamasi milli suurun milli medeniyyetin inkisafina agir zerbe vurmusdu Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin 1918 ci il 9 noyabr tarixli serencami ile metbuat ve kutlevi informasiya vasitelerinin mezmunu nesri ve yayilmasi uzerinde dovlet nezareti legv olunmusdur Azerbaycanin 1918 20 illerdeki dovri metbuati ehalinin muxtelif zumrelerinin maraqlarini eks etdirirdi Bele ki genclere mexsus Gencler Yurdu telebe ve muellimlere aid Efkari muteellimin elm ve incesenet xadimlerinin Medeniyyet kimi qezet ve jurnallari nesr olunurdu Onlarin sehifelerinde milli dircelis namine tehsil elm maarif ve medeniyyetin inkisafina milli ruhlu yeni neslin yetisdirilmesine eyni zamanda olkede bas veren ictimai iqtisadi siyasi hadiselere dair meqaleler derc olunurdu 1919 cu il martin 11 de nesre baslayan Ovraqi nefise jurnali Azerbaycan metbuati tarixinde edebiyyat ve incesenetden behs eden ilk dovri metbuat orqani idi 1919 cu ilin mart avqust aylarinda Bakida cemi 6 nomresi nesr edilmis hemin jurnalin redaktoru Elabbas Muzhib nasiri bestekar Zulfuqar bey Hacibeyli ressami Ezim Ezimzade idi Jurnalin sehifelerinde Firidun bey Kocerli Abdulla Saiq Camo bey Cebrayilbeyli Zulfuqar Hacibeyli Elabbas Muzhib Emin Abid Mehemmed Hadi ve basqa muellifler cixis edirdiler Jurnalda musiqi teatr memarliq abideleri haqqinda meqaleler ve fotosekiller derc olunur aktyorlarin heyati ve sehne fealiyyet barede yazilar verilirdi Ermenilerin azerbaycanlilara qarsi toretdikleri soyqirimina qanli dasnak irticasina dair yazilar da topluda genis yer tuturdu Ovraqi nefise de milli ozunuderkin milli ruhun asilanmasi turklesmek islamlasmaq muasirlesmek ideyalarinin tebligi meseleleri boyuk ehemiyyet kesb edirdi Jurnalin 5 ci sayinda yazildigina gore Ovraqi nefise kagiz qitligi uzunden baglanmisdir AXC dovrunde metbuat orqanlariAzerbaycan Xalq Cumhuriyyeti dovrunde asagidaki milli istiqlal ideyali metbuat orqanlari nesr olunmusdur Istiqlal 1918 20 Azerbaycan 1918 20 Ovraqi nefise 1919 Ittihad 1917 19 Qurtulus 1920 Gencler yurdu 1918 Seypur 1918 19 Zenbur 1919 ve b Iqbal qezeti Azerbaycan Xalq Cumhuriyyeti metbuatinin heqiqi selefleri 1911 ci ilden sonra meydana gelmisdiler Hele 1912 ci il martin 6 da bir qrup ziyali Bakida Orucov qardaslarinin metbeesinde gelecek Xalq Cumhuriyyetinin ictimai siyasi meramlarini ilk defe konsepsiya seklinde teblig eden Iqbal 1912 15 gundelik qezetinin nesrine baslamisdilar 1915 ci il aprelin 27 ne kimi davam eden 923 sayi cixmis bu qezeti muxtelif vaxtlarda Senetulla Eynullayev Ibrahimov Seyid Huseyn Sadiq Kazimoglu Mehemmed Emin Resulzade ve M E Ebdulezizzade redakte etmisdler Iqbal qezetinin fealiyyetinde Azerbaycan milli fikrinin Elabbas Muzhib Uzeyir Hacibeyli Eli Razi Semed Mensur Elipasa Sebur Huseyn Cavid ve b gorkemli xadimleri yaxindan istirak etmisdir Dirilik jurnali 1914 cu il oktyabrin 15 de E Muzhibin redaktorlugu ile diger bir milli metbuat numunesi Dirilik jurnali nesre baslayir Burada E Muzhibin ve Mehemmed Emin Resulzadenin Azerbaycan xalqini ozunuderke hazirlayan poetik ve publisist eserleri derc edilmisdir Aciq soz qezeti Esas meqale Aciq soz qezet Aciq soz qezetinin buraxilisi 1915 ci il oktyabrin 2 de Bakida ilk defe olaraq milli proqramli Aciq soz qezetinin nesrine baslanir Aciq soz eslinde qeyri leqal sekilde fealiyyet gosteren Musavat partiyasinin orqani idi Bu qezetin de rehberleri ve yazarlari Iqbal ve Dirilik qezetlerinin esas muellifleri idiler Aciq soz qezeti Isa bey Asurbeyovun kecmis Kaspi metbeesinde Memmedeli Rezulzadenin mudirliyi ve Mehemmed Emin Resulzadenin redaktorlugu ile cixirdi Aciq soz qezeti Azerbaycanin ictimai siyasi fikir tarixinde ilk defe olaraq xalqin istiqlal ugrunda gelecek mubarize konsepsiyasi olan Turklesmek islamlasmaq muasirlesmek suarini aciq sekilde teblig edirdi Aciq soz un sehifelerinde XX esr Azerbaycan milli fikrinin en gorkemli xadimleri Seyid Huseyn Neriman Nerimanov Uzeyir Hacibeyli Omer Faiq Nemanzade Hesen bey Agayev Huseyn Cavid Ehmed Cavad Abdulla Saiq Elabbas Muzhib genc sair ve dramaturqlar Cefer Cabbarli ve Mirzebala Memmedzade cixis edirdiler Aciq soz Cumhuriyyet dovru erefesinde Azerbaycan heyatinin muhum ictimai siyasi hadiselerinin canli salnamesi idi Bu qezet xususile Rusiyada 1917 ci il inqilabi dovrunde Azerbaycan xalqinin milli musteqilliyi yolunda baslica maneeler olan rus bolsevik ve ermeni dasnak irticasina qarsi fikir mubarizesinin basinda dururdu Mehemmed Emin Resulzade Aciq soz un ilk sayinda derc olunmus proqram meqalesinde yazirdi Muttehid bir ruh ve musterek bir qayeye malik olmayan milletlerle yeni esaslar uzerinde qurulacaq heyat hesablasmayacaq ve boyle bir silahdan mehrum qalan camaatlar kimseye soz esitdirmeyecekler Aciq soz 1915 2 oktyabr Bu dovrun Iqbal Dirilik Tekamul Aciq soz Istiqlal ve s metbuat orqanlari Azerbaycanin medeni heyatina boyuk tesir gosterir xalqi milli medeniyyete milli suura yiyelenmeye cagirir belelikle milli mefkurenin formalasmasina evezsiz yardim edirdiler Milli siyasi birliye cagiris Azerbaycan Xalq Cumhuriyyetinin yaranmasi erefesinde butun Azerbaycan milli metbuatinin baslica suarina cevrildi Senetulla Eynullayev Aciq soz qezetinin 1915 ci il 15 mart tarixli sayinda Bakida yaxinlasmaqda olan rus bolsevik ve ermeni dasnak tecavuzu barede yazirdi Bas kesildikde saqqalla beraber gedecekdir Musavat ve Istiqlal qezetleri Musavat partiyasi Azerbaycan xalqini milli mubarizelere hazirlamaq ucun 1917 ci il iyulun 10 da Musavat adli qezetin nesrine basladi Cemi 6 sayi isiq uzu gormus bu qezet siyasi proqraminda deyisiklik edilerek milli muxtariyyet telebi milli musteqillik le evez olunduqda Musavat qezetinin nesri dayandirilir ve 1918 ci il fevralin 4 den Turk Edemi Merkeziyyet Musavat firqesinin nesri efkari basligi ile Istiqlal qezeti cixmaga baslayir 1918 ci ilin evvellerinde Azerbaycanda siyasi hakimiyyet ugrunda mubarize ozunun en yuksek heddine catir Rus bolsevik ve ermeni dasnak irticasi Musavat in hakimiyyete gelmesine mane olmaq ucun deriden qabiqdan cixir olkede herc merclik fitne fesadlar soyqirimlari toretmeye baslayir 1918 ci il martin 31 de Bakida habele Azerbaycanin muxtelif bolgelerinde ermeni dasnak ve rus bolsevikleri qaraguruhculari terefinden turk muselman ehaliye qarsi toredilen kutlevi soyqirimlari bu dovr Azerbaycan milli metbuatnin baslica movzusu idi Milli metbuatin suurlari oyatmaq fealiyyeti apardigi maarifcilik tebligati yaxinlasmaqda olan dosmen texribatlarinin ifsasinda boyuk rol oynayirdi Istiqlal qezetinin merami onun basliginda verilen meshur epiqrafda aydin ifade edilirdi Millet yoludur haqq yoludur tutdugumuz yol Ey haqq Yasa ey sevgili millet yasa var ol Tofiq Fikret Istiqlal da Ehmed Cavad Mirzebala Memmedzade Seyid Huseyn Abdulla Saiq Huseyn Mirzecamalov Ferhad Agazade Eli Yusif Xelil Ibrahim ve basqa muellifler cixis edirdiler Belelikle yeni dovrde Azerbaycan xalqinin ozunuderkinde Abbasqulu aga Bakixanov ve Mirze Feteli Axundzadeden baslamis Mirze Celil ve Mirze Elekber Sabire qeder yaradici ziyalilar boyuk rol oynamislar Artiq Cumhuriyyet qurularken millet ozunu soykokunu gorkemli adamlarini taniyir milli idareciliyi milli mefkurenin tezahuru kimi qebul edirdi Azerbaycanda milli istiqlal elan edildikden sonra milli metbuatin qarsisinda yeni vezifeler durdu Esas vezife Xalq Cumhuriyyetinin qorunub saxlanmasinda daxili ve xarici tehlukelere qarsi ideoloji mubarize aparmaqdan ibaret idi Yeni tarixi vezifeleri heyata kecirmek ucun Azerbaycan Xalq Cumhuriyyeti 1918 ci ilin aprelinden Azerbaycan qezetini nesr etmeye basladi Qezetin muxtelif vaxtlarda redaktorlari Ceyhun bey Hacibeyli Sefi bey Rustembeyli Uzeyir bey Hacibeyli ve Xelil Ibrahim olmuslar Azerbaycan qezeti Azerbaycan Xalq Cumhuriyyetinin resmi orqani olan Azerbaycan qezetinin baslica merami yenice qurulmus milli Hokumeti mudafie etmek idi Cumhuriyyetin butun siyasi ictimai iqtisadi ve medeni tesisatlarinin tarixi menzeresi bu qezetde oz eksini tapmisdir Azerbaycan in ilk 4 sayi Gencede cixmis sonralar ise Bakida azerbaycan ve rus dillerinde nesr olunmusdur Dord sehifelik qezetin iki sehifesi azerbaycan iki sehifesi ise rus dilinde buraxilmisdir Qezetin ilk nomresinde Bakinin azad edilmesi 1918 15 sentyabr ile bagli xeberler Mehemmed Hadinin turk esgerinin sucaetini vesf eden Turk negmesi seiri de derc edilmisdir Azerbaycan qezetinin sentyabrin 19 da rus dilinde capdan cixmis sayinda Sefi bey Rustembeyli Dusunmek vaxtidir meqalesinde Dasnaksutyun partiyasinin Azerbaycan xalqina qarsi dusmencilik siyasetini ifsa edir ve ermenilere xeberdarliqla yazirdi hele ne qeder ki gec deyil ermeni xalqi oz qonsulari ile semimi ve mehriban yasamaq yoluna qedem qoysun Basqa yol onlar ucun daim felaketli olacaqdir Paris sulh konfransinda 1919 20 istirak etmek ucun Azerbaycan Cumhuriyyeti numayende heyetinin terkibine musavir qisminde Azerbaycan qezetinin redaktoru Ceyhun bey Hacibeyli de daxil edilmisdir Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin qerar serencam ferman ve diger normatik senedlerinin xususi nesrlerde verilmesi Azerbaycan qezetinin sehifelerinde daha cox nezeri meqalelerin Azerbaycana hemcinin dunya ve region olkelerine aid xeberlerin oxuculari maraqlandiran basqa yazilarin derc edilmesine imkan yaradirdi Azerbaycan Xalq Cumhuriyyeti Milli Surasinin xususile onun Azerbaycan Parlamentinin cagirilmasi sahesindeki fealiyyeti Azerbaycan qezetinin sehifelerinde genis eks olunmusdur Azerbaycan Parlamenti 1918 ci il dekabrin 7 de ise basladiqdan sonra ise qezet onun fealiyyetini daha genis isiqlandirmis Parlamentin muhum iclaslarinda stenoqrafik hesabatlari Azerbaycan Meclisi Mebusaninda rubrikasi altinda derc etmisdir Bundan basqa qezetde Resmi xeberler Teleqraf xeberleri Rusiyada Ermenistanda Gurcustanda Turkiyede Irevan muselmanlarinin hali Teatr ve musiqi ve s kimi daimi rubrikalar da var idi Mehemmed Emin Resulzade Uzeyir bey Hacibeyli Xelil Ibrahim Ferhad Agazade Haci Ibrahim Qasimov Mehemmed aga Sahtaxtli Adil xan Ziyadxanov Elabbas Muzhib Sefiqe Efendizade Istanbulda tehsil alan Emin Ahid ve b Azerbaycan qezetinin sehifelerinde derc olunan meqaleleri eserleri Azerbaycan tarixinin medeniyyetinin maarifinin inkisafina milli suurun oyanmasina milli ozunuderkin tesekkulune yardim etmis azerbaycanciliq istiqlalciliq turkculuk islamciliq muasirlik mefkuresinin tebliginde muhum rol oynamisdir Qezet sehifelerinde Mehemmed Hadi Ehmed Cavad Seyid Huseyn Cefer Cabbarli Yusif Vezir Cemenzeminli ve b vetenperver yurdsever sair ve ediblerin milli musteqillik hissleri asilayan veten qaygisi ve millet duygusunu her seyden ustun tutmaga cagiran eserlerine genis yer verilirdi Azerbaycan Xalq Cumhuriyyeti dovrunde milli ideologiyanin tesekkulunde ve inkisafinda Uzeyir bey Hacibeylinin boyuk xidmeti olmusdur Ictimai siyasi heyatda geden proseslerin feal istirakcisi olan pesekar jurnalist kimi o dovri metbuatda milli medeniyyetimizin bu ve ya diger sahelerine dair meqalelerle cixis etmis milli azadliq ve istiqlalciliq konsepsiyasini yaradiciliginin baslica merami saymisdir U Hacibeyli oz yazilarinda ermeni dasnak quldurlarinin azerbaycanlilara qarsi toretdikleri soyqirimlarinin Qarabag ermenilerinin Azerbaycan Hokumetine tabe olmaq istememelerinin siyasi mahiyyetini acir butun bunlarin esl sebebkari olan rus bolsevik dasnak quvvelerini ifsa edirdi Qezet Azerbaycan Xalq Cumhuriyyetinin dovlet ictimai siyasi iqtisadi ve medeni heyatini genis eks etdirirdi Azerbaycanin 1918 20 iller tarixinin oyrenilmesinde bu qezetin mustesna ehemiyyeti vardir Qurtulus jurnali Ilk nomresi 1920 ci ilin evvelinde cixmis Qurtulus jurnali da edebi medeni sahede xeyli is gormus Azerbaycan xalqinin milli medeniyyetinin tebligine calimisdir Vetenperver ve milliyetci ziyalilardan Abdulla Saiq Huseyn Cavid Salman Mumtaz Feyzulla Sacid Eli Yusif Ebdurrehman Dai ve basqalari topluda emekdasliq etmisler 1918 20 illerde Azerbaycan Xalq Cumhuriyyeti Hokumetine muxalifetde olan metbuat icerisinde en feali ve guclusu bolsevik metbuati idi Bu metbuat hemin illerde Simali Azerbaycanin Sovet Rusiyasi terkibine qatilmasi ugrunda mubarize aparirdi Rusiyadan tekce ideoloji deyil hem de maddi texniki cehetden yardim alan Azerbaycan bolsevikleri genis metbuat sebekesi yaratmaga nail olmusdular Bolsevikler 1917 20 illerde Azerbaycanda qirxdan artiq adda qezet ve jurnal cixarmislar Bolsevik metbuatini cox hazirliqli siyasi quvveler idare edirdi Bolsevik metbuatinin aparici orqani Hummet qezeti idi Qezet 1917 18 illerde yazici ve publisist Memmed Seid Ordubadi ve inqilabci publisist Dadas Bunyadzadenin redaktorlugu ile cixirdi Bolsevik metbuatinin en feal numayendesi Eliheyder Qarayev idi O 1918 ci ilde bir muddet Tiflisde Gurcustan mensevik hokumeti daxilinde Hummet partiyasinin milletci fraksiyasina mexsus Al bayraq adli qezetin redaktoru olmus 1919 ilden Bakiya gelib bolseviklerle feal emekdasliga baslamisdi E Qarayev 1918 20 illerde rus ve Azerbaycan dillerinde nesr edilen Al bayraq Zehmet sedasi Azerbaycan fuqerasi Bednota Rabocaya pravda Qolos truda Mesel Oktyabr inqilabi kimi qezet ve jurnallarin redaktoru olmusdur Butun bu dovri metbuat orqanlari zahiren ne qeder rengareng olsa da mezmunca bir o qeder yekreng idi Bolsevizme xidmet eden bu metbuat sosializm ideyalarini teblig edir kutleleri sosialist inqilabi ugrunda mubarizeye caginr xalqin milli birliyini enenevi ideallarini sinfi qarsidurma ideyasi ile zeherleyirdi 1918 20 illerde Bakida yerli bolseviklerle bir movqede dayanan ve Azerbaycanda Milli Hokumetle muxalifetde olan Bakinets 1907 20 Bakinskayajizn Bakinskiy rabociy 1906 20 RSDFP Baki komitesinin orqani Bakinskoye slovo Bakinskoye utro Iskra Nabat 1919 Nasa jizn 1919 Proletariy ve s rus dilli qezet ve jurnallar da cixirdi 1918 20 illerde Azerbaycanda ermeni dilinde cixan qezet ve jurnallar icerisinde milli Hokumete qarsi qati dusmencilik movqeyinden cixis eden Artsax Aparaj ve s qezet ve jurnallar xususile fealliq gosterirdi Rus dilinde cixan dasnakyonlu Znamya truda Yedinaya Rossiya Iskra Nase vremya Vperyod kimi qezetler Milli Hokumetin eleyhine tebligatda hec de onlardan geri qalmirdi Bu nesrlerin redaksiya heyetleri Azerbaycan xalqinin milli menafelerine xidmetden ve onu temsil etmekden cox uzaq idi Onlar milli partiyalara her cur milli ideyaya milli ozunuderke qarsi qizgin mubarize aparir fehleleri her vasite ile milli azadliq herekatindan uzaqlasdirmaga calisir xalqin hurriyyet ve Cumhuriyyet arzularina qarsi cixirdilar Sosialist ve bolsevik metbuati Bakida ve Azerbaycanin bir cox seher ve kendlerinde ermeni bolsevik quldurlarinin turk muselman ehaliye qarsi 1918 il mart qirginini sonraki soyqrimlari daha da qizisdirir yeni texribatlara el atirdi Znamya truda qezeti yazirdi ki Bakidaki mart hadiselerinin milyon izahi var Vperyod qezeti ise musavatcilarin guya ruslari Azerbaycandan sixisdirib cixartdigini iddia edirdi 1918 20 illerde Bakida gurcu yehudi polyak fars ve basqa dillerde de eslinde Milli Hokumete qarsi cixan ayri ayri xarici quvvelerin menafeyini mudafie eden bir sira dovri metbuat orqanlari nesr edilirdi Satirik jurnallar Seypur ve Zenbur jurnallari Bu illerde Azerbaycanda milli ideyali Seypur ve Zenbur adli satirik jurnallar cixirdi Ilk nomresi 1918 il oktyabrin 5 de cixmis Seypur un nasiri Semed Mensur redaktoru Memmedeli Sidqi idi 1919 ilin aprelinden nesr edilen Zenbur da Memmedeli Sidqi Eli Nezmi Semed Mensur Balaqardas Settaroglu ve basqa muelliflerin gizli imzalarla seir ve publisist yazilari derc olunurdu Jurnaldaki rengli karikaturalar ressam Ezim Ezimzadeye mexsus idi Heftede bir defe cixan Zenbur un cemi 24 nomresi nesr edilmisdir 1918 20 illerin satirik metbuati mutereqqi ideyalarin carcisi olan Molla Nesreddin edebi mektebinin satira enenelerinden faydalanaraq azadliq ve istiqlal dusmenlerini imperializmin mustemlekecilik siyasetini geriliyi cehaleti ve xurafati satira atesine tutur xalqi elmi biliklere yiyelenmeye muasirlesmeye sesleyirdi Umumiyyetle 1918 20 ci illerin metbuati o dovre qederki Azerbaycan milli metbuatinin demokratik enenelerinin yekun merhelesi idi Bu dovrun metbuatinda Azerbaycanin milli ictimai siyasi fikri 1905 ci il inqilabindan sonra carizmin mustemlekecilik siyasetine qarsi xalqin etirazi 1911 ci ilden sonra milli muxtariyyet ideyasi Rusiyada 1917 ci il oktyabr cevrilisinden sonra ise milli istiqlal ideallari oz eksini tapmisdir Azerbaycan Xalq Cumhuriyyeti dovrunun milli metbuati butun bu tarixi mubarizelerin salnamesidir Hemcinin baxAzerbaycan Xalq CumhuriyyetiXarici kecidlerMilli metbuatimiz Azerbaycan Xalq Cumhuriyyeti dovrunde 2018 04 07 at the Wayback Machine Bugunku metbuatimiz Cumhuriyyet dovrunun xelefidir 2018 04 08 at the Wayback MachineIstinadAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Lider nesriyyat Baki 2004 seh 67 72