Atropatenlilər — Atropatena ərazisində yaşamış və Azərbaycanlıların formalaşmasında mühüm rol oynamış tayfalardan biri. Atropatenilər özlərindən əvvəl Azərbaycan ərazisində yaşamış digər etnoslar – madaylar, mannalar, kutilər, kassilər və digərlərinin etnik varisləri olmuşlar.
Ümumi sayı | |||
---|---|---|---|
? | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Tarixi
E.ə. II minilliyin ortalarında Midiyanın bir hissəsi – məhz indiki Güney Azərbaycan ərazisini əhatə edən, mənbələrdə Kiçik Midiya adı ilə adlanan hissəsi əhalinin etnik mənsubiyyətinə görə Böyük Midiyadan ayrılır. Q. Qeybullayev qeyd edir ki, bu Azərbaycan ərazisində qabaqkı əsrlərdə getmiş etnik prosesin nəticəsi idi: mannalar, madaylar, kaslar və b. qədim etnoslar əsasında Azərbaycanda yeni etnos formalaşmışdı. Er. əv. IV əsrdən sonra Kiçik Midiya ölkəsi və xalqı Atropatena adlandırılır. VI əsrə aid Dərbənd qala divarında epiqrafik abidədə Aturpatkan adının yazılması özlüyündə göstərir ki, Atarpatkan bu ölkənin rəsmi adı idi. Lakin yerli əhalinin bu adı necə tələffüz etdiyini bilmirik . Burası məlumdur ki, artıq VII əsrdə ərəb müəllifləri bu adı Azərbaycan kimi yazırdılar.
Bununla belə bir düyün açılmamış qalır: bir tərəfdən er. əv. III – II əsrlərdə yaşamış antik müəllif yazır ki, Atropaten çarlığı hələ farsların (yəni Əhəmənilər sülaləsinin) vaxtından qalmışdır. Digər tərəfdən tarixşünaslıqda ― Azərbaycan adı Makedoniyalı İsgəndərə qarşı Əhəməni ordusunun başçılarından biri olmuş Atropatın adı ilə əlaqələndirilir.
Madalıların işğalı, Cənubi Azərbaycan torpaqlarının uzun müddət ərzində Mada dövlətinin, sonra isə Mada satraplığının tərkibində olması, hələ Əhəməni hakimiyyətinə qədərki dövrdə burada Mada etnik elementlərinin geniş surətdə məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada – Atropatena xalqı adlandırmaq olar. Mənbələrdə onlar madalı, atropatenalı adlanırdılar.
Mada işğalından sonra Manna xarici aləm tərəfindən Madanın tərkib hissəsi, "Kiçik Mada" kimi qəbul edilirdi. Mada-Atropatena (At a/u rpatakan, Atropat Madası, Kiçik Mada, Atropatiya, Atropatena) onu əhatə edən xalqların təsəvvüründə Böyük Madanın bir qismi, ölkənin əhalisi isə madalılar kimi qavranılırdı. Mənbələrin əksəriyyətində Atropatena Madanın bir qismi hesab olunur. Məsələn, Strabon kimi məlumatlı bir müəllif Atropatenanı sadəcə olaraq "Midiya" adlandırır. Tatsit də ölkəni bu cür adlandırırdı. Görünür, "Mada" ölkənin rəsmi adı idi. Xeyli sonralar da həmin diyarı bu cür adlandırırdılar. I Daranın yazısında, antik müəlliflərdə (Strabon, Plini və bir çox başqaları) və digər mənbələrdə Cənubi Azərbaycanın əhalisi "madalılar" adlandırılırdılar.
"Mada" və "Atropatena", habelə "madalı" və "atropatenalı" istilahları əsrlər boyu çox zaman bir-birini əvəz edən istilahlar kimi işlənmişdir. Bu, erkən orta əsrlər dövründə bir sıra mənbələrdə daha əyani surətdə izlənilir. Bu baxımdan məşhur Rüstəmin nümunəsi xüsusilə maraqlıdır. VII əsrin erməni müəllifi Sebeos Rüstəmi gah Asxarh maraö-ın (madalılar ölkəsinin) sərkərdəsi, gah da Atrpatkanın (Atropatenanın) knyazı adlandırır. Əl-Məsudidə ərəblərlə döyüşdə həlak olmuş həmin Rüstəm "əl-azəri", yəni azəri adlandırılır, bu isə son nəticədə elə "azərbaycanlı" deməkdir.
Tarixşünaslıqda atropatenlilərin iran dilli olması barədə müxtəlif dövrlərdə fərqli fikirlər söylənmişdir. Lakin sonrakı araşdırmalar bütün bu fikirlərin əsassız olduğunu orta çıxarmışdır. Q. Qeybullayev Azərbaycan türklərinin təşəkkülü tarixindən adlı əsərində yazır: "... guya "kaspi", "Zaqr-Elam", "hürri" və s. dillərində danışmış mannalar İrandilli midiyalılar tərəfindən assimilyasiya adilmiş və er. əv. IV əsrdən sonra İrandilli Atropaten xalqı yaranmış, XI-XII əsrlərdən sonra isə türkləşmişlər. Lakin sonrakı araşdırmalar mannaların və madayların türkmənşəli olduğunu göstərən danılmaz sübutları ortaya çıxardı. Əgər bu belədirsə, onda türk mannaların və madayların əsasında İrandilli yox, elə türkdilli Atropaten xalqı yarana bilərdi."
Atropat İrandilli xalqa mənsub adam deyildi. Strabon açıq yazır ki, Atropat midiyalı idi . Midiyalı isə fars deyil. Deməli, Atropat əslində Atarpat, yaxud Adarbad adının qədim yunanca yazılış formasıdır. Bunu IX əsr ərəb coğrafiyaşunası həmin adı Adarbad (Adzarbadz) kimi yazması da göstərir. İbn əl Fəqihə görə Adarbadın atasının adı İran, babasının adı Asvad imiş . Müəllifin İran kimi yazdığı ad əslində Eran, yaxud Arandır . Müəllif sadəcə olaraq bu şəxs adını tanış olduğu İran adı ilə qarışdırmışdır. Türkcə erən, ərən – igid, cəsur deməkdir. Asvad şəxs adı isə türkmənşəli Asbat adının fonetik şəklidir. Bu ad türkcə as – iltifatlı, mərhəmətli, nəvazişli, əziz, yaxud as, es – ağıllı, zəkalı və bat – bahadır sözlərindən ibarətdir. Bu adın ikinci komponenti olan "bat" sözü qədim türkmənşəlidir. Orta Asiyada Eftalit (Ağhun) dövlətinin IV əsrdə başçısı Qrumbat, VI əsrdə bolqar xanı Kurbat (əslində Kurbat, türkcə kur – səbatlı, məğrur və bat sözlərindən) və başqa şəxs adlarında bu söz vardır. Deməli, Atropatın mənsub olduğu nəsil Midiyanın adqoyma ənənələrini davam etdirirdi. X əsr ərəb coğrafiyaşunası Əl Müqəddəsi Atropatın atasının adını Beyvarasif babasının adını isə Əsvad (yəni Aspad) kimi qeyd edir . Q. Qeybullayev qeyd edir ki, Bəyvarasif kimi yazılmış ad Əfrasiab adının təhrifidir. İbn Xordadbeh Cənzə – Əbərvizin şəhəri ifadəsini işlədir . Ehtimal ki, bu ifadədə bəzi tədqiqatçıların yazdığı kimi farsmənşəli Pərviz yox, türkmənşəli Bəyvarasif şəxs adının təhrifi olan Əbərviz adını görmək lazımdır. Orta fars dilinə aid bir mənbədə deyilir ki, Atropatakanın paytaxtını Eran Quşnasp tikmişdir . Bu qiymətli fakt Atropatın atası İranın əslində Erən, Ərən, Eran olması haqqında yuxarıdakı alimlər tərəfindən rəli sürülən fikri təsdiqləyir. Mənbələrdən məlumdur ki, Atropatenanın paytaxtı Gəncək şəhəri idi. Fars dilindəki mənbədə isə göstərilir ki, Adurbadaqan tərəfdə Qənzək şəhərini turanlı Əfrasiab tikmişdir . Buradan belə nəticə alınır ki, Gəncək şəhərini Atropatın dədə – babası paytaxt etmişdir və bu nəsil türkmənşəli idi. Ola bilər ki, Bəyvarasif həqiqətən tarixi şəxsiyyətdir ki, bu da türklərdə Bərbays (bəy və bars – bəbir sözlərindən) və türkcə ip – bacarıqlı, mahir, fərasətli sözlərindən ibarətdir.
İbn Xordadbeh Od məbədini Azərcuşnas kimi qeyd edir . Q. Qeybullayev isə qeyd edir ki, bu ad əslində Erançuşnas olmalıdır, çünki bu məlumatda katiblərin səhvi üzündən Eran sözü Azər kimi getmişdir. Gəncə toponiminin isə saklarla bağlı Gəncək etnonimindən yaranmışdır. Atropatenanın baş Od məbədi bu şəhərdə yerləşirdi və onu 623 – cü ildə Bizans imperatoru İrakli dağıtmışdır. Deyilənlərdən aydın olur ki, Cənubi Azərbaycanda Gəncə şəhərini Atropatın atası Ərən paytaxt etmişdir. Bu adın ikinci hissəsi olan Quşnasp sözünü tədqiqatçılar fars sözü sayırlar. Amma mütəxəssislər qeyd edirlər ki, bu adın "asb" hissəsinin Midiyada er. əv. VIII əsrə aid olan Kundaşpi və Kuştaşpi şəxs adlarının sonlarındakı "aşpi" komponenti ilə eyniliyi göz qabağındadır. N.V.Piqulevskaya Quşnasb sözünü hərbi adamlar kimi mənalandırmışdır.
Atropat şəxs adı ehtimal ki, İranmənşəlidir, Hindistanda atəşpərəstlərdə ruhani şəxslərin aturpat adlanması məlumdur. Görünür, bu adın yaranması Qazakadakı Od məbədi ilə əlaqədardır, çünki yuxarıdakı məlumatdan göründü ki, Gəncə şəhərini Atropatın atası, ya babası paytaxt etmişdir. Bəlkə də Atropatın dədə – babaları bu od məbədinin baş kahinləri idilər. Ona görə də uşağa Atarpat adı qoya bilərdilər. Lakin nəzərə alınmalıdır ki, mənşəcə atəşpərəstlik farsların yox, türklərin dini idi . Od məbədinin Atropatlarda yerləşməsi də bunu göstərir.
Atropatenanın şəxs adları və toponimləri haqqında məlumat cüzidir. Lakin dövrümüzə çatan cuzi nümunələri də məhz qədim türk dili vasitəsiylə zah etmək mümkün olmuşdur.
Atropatenlilərin şəxs adları
Əfrasiab – Cənubi Azərbaycan ərazisində yarım əfsanəvi Turan hakiminin adıdır. Bəzi mütəxəssislər İranmənşəli ad sayırlar. Türkcə abra – xilaskar sözü, -si şəkilçisi və ən (əb) – bacarıqlı, fərasətli, mahir, işcil sözündəndir. Bu adın "abra" komponenti Xarəzmdə sülaləsinin banisi Afraq (Abraq, Abriq) şəxs adında da vardır.
Bariaks – e. ə. 324 – cü ildə Makedoniyalı İskəndərin ağalığına qarşı üsyan qaldırmış midiyalının adı . Buy – Arik şəxs adının (sondakı "s" yunan dilində əlavə olunma şəkilçidir) yunanca yazılışı nəticəsində təhrif olunmuşdur. Türkcə buy və ariq, arik sözlərindəndir. Türk sabirlərdə Boyariks şəxs adı ilə müqayisə olunur.
Artabazan – III əsrin 20-ci illərində Atropatenanın çarı . Bütün tədqiqatçılar bu adı farsca saymışlar. Lakin Q. Qeybullayev göstərir ki, türkcə arba – şux, oynaq, gumrah, cəld, itiqaçan (Midiyada bu sözdən düzəlmiş Artasirar, Artasar, Munsuarta, Artember şəxs adları var idi) və "bacan" (yunan dilində "c" səsi olmadığına görə Bazan) komponentindən ibarətdir. Bazan komponentinin mənası məlum deyil. Lakin V əsrdə Şimali Qafqazda türk bolqarların xanı Buzan (yazılışı yunancadır, əslində Bucan), qədim türk runi yazılarında Baçan, Kitabi Dədə Qorqud da Bay – Bican, Qurbani dastanında Dəli Becan, Ağqoyunlu dövləti vaxtında sərkərdə Bican və s. şəxs adları məlumdur. "Bican", "Becan" adının mənası məlum deyil. Güman ki, qazaxlarda bayşan, başqırdlarda buysan – ucaboylu, boy- buxunlu, qədd- qamətli sözü vasitəsilə izah etmək olar.
Orontobat – e. ə. IV əsrin sonlarında Atropatena hakiminin adı. Orusbat, yaxud Oruzbat şəxs adının yunanca yazılış formasıdır və şübhəsiz ki, təhrif olunmuşdur. Müqayisə üçün deyək ki, Alban çarı Oruzun adını da antik müəlliflər Orod, Oront kimi yazmışlar. Orontobat türkcə orıs, orus və bat – mətin, möhkəm, bahadır sözlərindən ibarətdir.
Artaşes – e. ə. III əsrin axırı, II əsrin əvvəllərində Ermənistanda əslən midiyalı çarın adı. Qədim yunan dilində yazılışı Artaksiy (Ar-Taş və yunanca ―es adlıq hal şəkilçisindən). Türkcə ər – kişi, igid, döyüşçü və taş sözlərindəndir. Yaxud türkcə arda – şux, oynaq, gümrah, cəld, itiqaçan və şumer dilindən maday dilinə keçmiş "şes" qardaş sözlərindəndir.
Ariobarzan – Əslən midiyalı (atropatenli), er. əv. I əsrin sonlarında Atropaten çarının adı . Türkcə və monqolca ərə – igid, cəsur, döyüşçü və barsan – varsan, özüsən sözlərindəndir. VIII əsrdə Altayda Turkəş xaqanlığının bir xanı Tukvarsen adlanırdı. Bu ad tuk – ilkin, birinci, əvvəlinci) sırada, döyüşdə və varsan sözlərindən ibarətdir. Antik müəllif yazır ki, əslən midiyalı olan Ariobarzanı ermənilərə başçı təyin etmişdi .
Artavaz – eramızın I əsrinin əvvəllərində Atropatena və Ermənistan çarının adı, Ariobarzanın oğlu. Antik müəlliflər onu midiyalı (yəni atropatenalı) adlandırırlar. Türkcə arda (Artabazan adında olduğu kimi) və bas – başçı sözlərindəndir.
İotab – Artavazın qızının adı. Türkcə yot, yaxud ot – dava – dərman, yaxud ud – həyalı, abırlı (Əbu Həyyanın lüğətində ud sözünün mənası belədir) və çox mənalı əbə (qadın, ana) sözlərindəndir. Quruluşca Nizaminin İskəndərnamə poemasındakı Nüşabə adı ilə eynidir.
Atropatenlilərin toponimləri
Atropatenalıların türk olduğunu göstərən faktlardan biri onların toponimləridir. IX – XIII əsrlərə aid ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində çoxlu şəhər və kənd adları çəkilir. Lakin onlar indiyədək tədqiq olunmamışdır. Bir səbəbi də odur ki, bu adların çoxu ərəb dilinin qrafikasına uyğun qeyd olunmuş və sonralar katiblərin tanış olmayan adları səhv yazmaları nəticəsində fonetik dəyişikliyə və təhrifə məruz qalmışlar. Məsələn, ərəb mənbələrində Şimali Azərbaycan ərazisində qeyd olunan Saysavan, Cuzbuk, Dərman, Ər-rub, Həndan yaşayış məntəqəsi adlarının əslində Sadakban, Xurus (Xorus), Yunan, Harov və Xanotaq, Cənubi Azərbaycan ərazisində qeyd olunan Abraştavim, Azərcuşnasb, Parsis və Dav-ər Rud adlarının Abraştavim, Eranquşnasb, Parsin və Dadirutu olduğunu müəyyən edilmişdir .
Antik müəlliflər Atropatenada Fraata şəhərini qeyd edirlər (Plutarxda Fraata, Dion Kassidə Praaspa kimidir). Araşdırmalar nəticəsində məlum olmuşdur ki, düzü Fraatadır, çünki çox sonra IX əsr ərəb müəllifi Bəlazuri bu adı Afrahrud kimi yazmışdır. Əslində bu ad Fratay, dəqiqi Fraçaydır. Əfrahrud Fraatay adının sonundakı tay (çay) sözü farsca rud – çay sözü ilə əvəz edilməsidir. Həmin çay indi Urmiya gölünə tökülən , qədim Fraata da bu çayın kənarında yerləşirdi. Deməli, Fraata (əsli Fraatay) Fraaçaydır. Türk dillərində t-ç əvəzlənməsi vardır. Məsələn tanq, həm də çanq – dan yeri deməkdir . Fraatay isə əslində Abratay (Abraçay) adının təhrifidir. (Tatarıstanda Karatay və Aktay adlı çaylar vardır ). Sonra çay sözü farsca rud – çay sözü ilə əvəz edilmiş və ona görə ərəb mənbələrində Əfrahrud kimi qeyd olunmuşdur. Türkcə abra ―xeyir verən, xidmət edən mənalarındadır. Deməli, xalqın təsərrüfat həyatında rolu ilə əlaqədar olaraq çaya belə ad vermişlər. Şəhər isə çayın adı ilə adlanmışdır. Urmiya gölünə tökülən Tatayu (Həmdullah Qəzvininin əsərində Tatatu) və Çaqatu çaylarının adlarındakı "tu" komponenti isə türkcə su sözünün fonetik şəklidir. Məsələn, Çaqatu (XIV əsrə aid mənbədə Çaqtu ) çayının adı qədim türkcə saq (türk dillərində s-ç əvəzlənməsinə görə "çaq") təmiz, içmək üçün yararlı və su sözlərindən ibarətdir. Qırğızıstanda tu – çay, su sözü ilə düzəlmiş Marçattu, Turuşkan-tuu və İrbis-tuu çay adları vardır . Çayın təmiz, içməyə yararlı adlandırılması onunla əlaqədardır ki, həqiqətən də Urmiyaya tökülən Acıçaya (farsca Təlhərud) nisbətən Cağatu şirinsuludur, içməli sudur.
Astabeke – Türkcə ast – aşağı tərəf, alt tərəf və tapan – dağ ətəyi sözlərindəndir. Hazırda Cənubi Azərbaycanın Qaradağ mahalında, Araz çayının sağ sahilində türk azərbaycanlıların yaşadığı Uştibin kəndinin adıdır.
Azərbad – IX əsrin əvvəllərində bir yaşayış məntəqəsinin adıdır. Azar formasında ilk dəfə Ptolemey tərəfindən qeyd olunmuşdur . Türkcə ozar – əks tərəfdə yerləşən (Araz çayının sağ sahilində yerləşdiyini ifadə edir) mənasındadır. Türkcə ozar – o biri sahildə yerləşən və məskən mənasında bad sözlərindən.
Q. Qeybullayev qeyd edir ki, "Atropatenada əhalinin türkmənşəli dildə (lakin əhali bu dili ― türk dili adlandırmayıb, Manna və Midiya tayfaları türkmənşəli ellər idi, lakin onlarda türk etnonimi yox idi) danışdığını sübut edən ən tutarlı fakt budur ki, mannalar er. əv. VIII – VII əsrlərdə iranlılaşmamışdır. Midiya xalqı İranmənşəli olmadığına görə, mannaları assimilyasiya edib iranlılaşdıra bilməzdi. Atropaten xalqı Manna və Maday etnoslarının birbaşa varisi, atropatenlilərin dili isə əsrlər boyu davam etmiş etnik prosesin nəticəsində təşəkkül tapmış türktipli dil idi. Eradan əvvəl IV əsrdən sonra isə bu türkdilli etnos İrandilli ola bilməzdi. Əgər belə proses getsəydi, onda atropatenlilər elə farsdilli olardılar. Madayların dili İrantipli deyildi və onların türkdilli olmasını anlamaq üçün madaylardan qalmış şəxs adları və toponimlərə baxmaq kifayətdir. Deməli, Manna ərazisində ənənəvi dil heç bir assimilyasiyaya məruz qalmamışdır. VII əsr ərəb mənbəsində Azərbaycan "türklər ölkəsi" adlanırsa, bu türklərin dili İranmənşəli ola bilməzdi. İran tədqiqatçıları və Əhməd Kəsrəvi yazırlar ki, azəri dili talışların və kürdlərin dili idi . Əgər talışlar erkən orta əsrlərdə Atropatenanın əhalisinin əksəriyyətini təşkil etməmişsə, məntiqi nəticə aydındır: onda bu azəri dili bütün atropatenlilərin dili ola bilməzdi. Ona görə də Cənubi Azərbaycanın böyük hissəsində əhalinin azəri dilində danışması haqqında A. P.Novoseltsevin fikri yanlışdır.
XI əsr Azərbaycan şairi Qətran Təbrizinin poeziyasındakı çoxlu Azərbaycan – türk sözləri səlcuq – oğuzlarına qədər formalaşmış ümumxalq türk dilinin mövcud olduğunu göstərir. Deyilənlərdən başqa nəticə də alınır: əgər azəri dili Atropatenanın şimalında yaşayan talışların, kürdlərin, tatların və b. dilidirsə, və əgər bu tayfalar azlıq təşkil edirdisə, onda Atropatenada İrandilli Atropaten xalqı mövcud ola bilməzdi. Beləliklə, İ. H.Əliyev, E. A.Qrantovski və A.P.Novoseltsev Atropatenxalqını İrandilli saymaqda haqlı deyillər . Əgər Atropaten xalqı İranmənşəli idisə, deməli, İran ərazisində iki İrandilli xalq varmış: farslar və atropatenlilər. Bəs necə oldu ki, səlcuq – oğuz işğalı nəticəsində farslara nisbətən çoxsaylı olan atropatenlilər türkləşdilər, farslar, kürdlər, talışlar yox? Axı bütün İran səlcuqların işğalı altında idi?
Həmçinin bax
İstinadlar
- Касумова С. Ю. Азербайджан в III—VII вв. Баку, 1992
- Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
- Polibiy, V, 55
- Strabon, XI, 13, I
- İbn əl Fəqih, I, 36
- Qiyasəddin Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994, səh, 213
- Abdulla Fazili – Atropatena, Bakı, 1993
- Əl Müqəddəsi, I, 130
- İbn Xordadbeh, I, 16
- Касумова С. Ю. Азербайджан в III—VII вв. Баку, 1992, səh 17
- Касумова С. Ю. Азербайджан в III—VII вв. Баку, 1992, səh 119
- Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I cild, səh 287
- Ibn Xordadbeh, I, 16
- Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994, səh 213
- Abdulla Fazili – Qədim və erkən orta əsrlər Azərbaycan tarixi İran tarixşünaslığında, Bakı, 1972
- Arrian, VI, 293
- Polibi, V, 55
- İ. M. Dyakonov. Люди города Ура. М., 1990, səh 130
- Tatsit, Annallar, II, 4
- Annallar, II, 4
- Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994, səh 215
- Древнетюркский словарь, М., 1969 , səh 139
- Гарипова Ф. Г. Исследования по гидронимии Татарстана. М., 1991
- Якут аль-Хамави. Муджам ал-Булдан (сведение об Азербайджане). Хамдаллах Казвини. Нузхат ал Кулуб (сведение об Азербайджане). Баку, 1983, səh 59
- Древнетюркский словарь, М., 1969 , səh 480
- О. Т. Молчанова.Переносные и повторяющиеся топонимы; Onomastika Kirqizii, vıp. I Frunze, 1985, s 47
- Ptolomey, VI, 9,7
- Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I cild, səh 195
- Мурзаев Э. М. Словарь народных географических терминов. М., 1985 , səh 537
- Ptolemey, V, 8, 2
- Радлов В. В. Опыт словаря тюркских наречий, т. I—IV, I cild, səh 444
- Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991
- Новосельцев А. П., Пашуто В. Т., Черепнин А. В. Пути развития феодализма. М, 1962 , səh 41
- Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 2004
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Atropatenliler Atropatena erazisinde yasamis ve Azerbaycanlilarin formalasmasinda muhum rol oynamis tayfalardan biri Atropateniler ozlerinden evvel Azerbaycan erazisinde yasamis diger etnoslar madaylar mannalar kutiler kassiler ve digerlerinin etnik varisleri olmuslar Atropatenler Umumi sayi Yasadigi erazilerAzerbaycanDiliAtropaten diliDiniZerdustlukQohum xalqlarMannalar Madaylar Maqlar Qafqaz albanlariTarixiE e II minilliyin ortalarinda Midiyanin bir hissesi mehz indiki Guney Azerbaycan erazisini ehate eden menbelerde Kicik Midiya adi ile adlanan hissesi ehalinin etnik mensubiyyetine gore Boyuk Midiyadan ayrilir Q Qeybullayev qeyd edir ki bu Azerbaycan erazisinde qabaqki esrlerde getmis etnik prosesin neticesi idi mannalar madaylar kaslar ve b qedim etnoslar esasinda Azerbaycanda yeni etnos formalasmisdi Er ev IV esrden sonra Kicik Midiya olkesi ve xalqi Atropatena adlandirilir VI esre aid Derbend qala divarinda epiqrafik abidede Aturpatkan adinin yazilmasi ozluyunde gosterir ki Atarpatkan bu olkenin resmi adi idi Lakin yerli ehalinin bu adi nece teleffuz etdiyini bilmirik Burasi melumdur ki artiq VII esrde ereb muellifleri bu adi Azerbaycan kimi yazirdilar Bununla bele bir duyun acilmamis qalir bir terefden er ev III II esrlerde yasamis antik muellif yazir ki Atropaten carligi hele farslarin yeni Ehemeniler sulalesinin vaxtindan qalmisdir Diger terefden tarixsunasliqda Azerbaycan adi Makedoniyali Isgendere qarsi Ehemeni ordusunun bascilarindan biri olmus Atropatin adi ile elaqelendirilir Madalilarin isgali Cenubi Azerbaycan torpaqlarinin uzun muddet erzinde Mada dovletinin sonra ise Mada satrapliginin terkibinde olmasi hele Ehemeni hakimiyyetine qederki dovrde burada Mada etnik elementlerinin genis suretde meskunlasmasi sayesinde bu erazide tedricen yeni etnik birliyin esaslari tesekkul tapmaga basladi Bu etnik birliyi Mada Atropatena xalqi adlandirmaq olar Menbelerde onlar madali atropatenali adlanirdilar Mada isgalindan sonra Manna xarici alem terefinden Madanin terkib hissesi Kicik Mada kimi qebul edilirdi Mada Atropatena At a u rpatakan Atropat Madasi Kicik Mada Atropatiya Atropatena onu ehate eden xalqlarin tesevvurunde Boyuk Madanin bir qismi olkenin ehalisi ise madalilar kimi qavranilirdi Menbelerin ekseriyyetinde Atropatena Madanin bir qismi hesab olunur Meselen Strabon kimi melumatli bir muellif Atropatenani sadece olaraq Midiya adlandirir Tatsit de olkeni bu cur adlandirirdi Gorunur Mada olkenin resmi adi idi Xeyli sonralar da hemin diyari bu cur adlandirirdilar I Daranin yazisinda antik muelliflerde Strabon Plini ve bir cox basqalari ve diger menbelerde Cenubi Azerbaycanin ehalisi madalilar adlandirilirdilar Mada ve Atropatena habele madali ve atropatenali istilahlari esrler boyu cox zaman bir birini evez eden istilahlar kimi islenmisdir Bu erken orta esrler dovrunde bir sira menbelerde daha eyani suretde izlenilir Bu baximdan meshur Rustemin numunesi xususile maraqlidir VII esrin ermeni muellifi Sebeos Rustemi gah Asxarh marao in madalilar olkesinin serkerdesi gah da Atrpatkanin Atropatenanin knyazi adlandirir El Mesudide ereblerle doyusde helak olmus hemin Rustem el azeri yeni azeri adlandirilir bu ise son neticede ele azerbaycanli demekdir Tarixsunasliqda atropatenlilerin iran dilli olmasi barede muxtelif dovrlerde ferqli fikirler soylenmisdir Lakin sonraki arasdirmalar butun bu fikirlerin esassiz oldugunu orta cixarmisdir Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden adli eserinde yazir guya kaspi Zaqr Elam hurri ve s dillerinde danismis mannalar Irandilli midiyalilar terefinden assimilyasiya adilmis ve er ev IV esrden sonra Irandilli Atropaten xalqi yaranmis XI XII esrlerden sonra ise turklesmisler Lakin sonraki arasdirmalar mannalarin ve madaylarin turkmenseli oldugunu gosteren danilmaz subutlari ortaya cixardi Eger bu beledirse onda turk mannalarin ve madaylarin esasinda Irandilli yox ele turkdilli Atropaten xalqi yarana bilerdi Atropat Irandilli xalqa mensub adam deyildi Strabon aciq yazir ki Atropat midiyali idi Midiyali ise fars deyil Demeli Atropat eslinde Atarpat yaxud Adarbad adinin qedim yunanca yazilis formasidir Bunu IX esr ereb cografiyasunasi hemin adi Adarbad Adzarbadz kimi yazmasi da gosterir Ibn el Feqihe gore Adarbadin atasinin adi Iran babasinin adi Asvad imis Muellifin Iran kimi yazdigi ad eslinde Eran yaxud Arandir Muellif sadece olaraq bu sexs adini tanis oldugu Iran adi ile qarisdirmisdir Turkce eren eren igid cesur demekdir Asvad sexs adi ise turkmenseli Asbat adinin fonetik seklidir Bu ad turkce as iltifatli merhemetli nevazisli eziz yaxud as es agilli zekali ve bat bahadir sozlerinden ibaretdir Bu adin ikinci komponenti olan bat sozu qedim turkmenselidir Orta Asiyada Eftalit Aghun dovletinin IV esrde bascisi Qrumbat VI esrde bolqar xani Kurbat eslinde Kurbat turkce kur sebatli megrur ve bat sozlerinden ve basqa sexs adlarinda bu soz vardir Demeli Atropatin mensub oldugu nesil Midiyanin adqoyma enenelerini davam etdirirdi X esr ereb cografiyasunasi El Muqeddesi Atropatin atasinin adini Beyvarasif babasinin adini ise Esvad yeni Aspad kimi qeyd edir Q Qeybullayev qeyd edir ki Beyvarasif kimi yazilmis ad Efrasiab adinin tehrifidir Ibn Xordadbeh Cenze Ebervizin seheri ifadesini isledir Ehtimal ki bu ifadede bezi tedqiqatcilarin yazdigi kimi farsmenseli Perviz yox turkmenseli Beyvarasif sexs adinin tehrifi olan Eberviz adini gormek lazimdir Orta fars diline aid bir menbede deyilir ki Atropatakanin paytaxtini Eran Qusnasp tikmisdir Bu qiymetli fakt Atropatin atasi Iranin eslinde Eren Eren Eran olmasi haqqinda yuxaridaki alimler terefinden reli surulen fikri tesdiqleyir Menbelerden melumdur ki Atropatenanin paytaxti Gencek seheri idi Fars dilindeki menbede ise gosterilir ki Adurbadaqan terefde Qenzek seherini turanli Efrasiab tikmisdir Buradan bele netice alinir ki Gencek seherini Atropatin dede babasi paytaxt etmisdir ve bu nesil turkmenseli idi Ola biler ki Beyvarasif heqiqeten tarixi sexsiyyetdir ki bu da turklerde Berbays bey ve bars bebir sozlerinden ve turkce ip bacariqli mahir ferasetli sozlerinden ibaretdir Ibn Xordadbeh Od mebedini Azercusnas kimi qeyd edir Q Qeybullayev ise qeyd edir ki bu ad eslinde Erancusnas olmalidir cunki bu melumatda katiblerin sehvi uzunden Eran sozu Azer kimi getmisdir Gence toponiminin ise saklarla bagli Gencek etnoniminden yaranmisdir Atropatenanin bas Od mebedi bu seherde yerlesirdi ve onu 623 cu ilde Bizans imperatoru Irakli dagitmisdir Deyilenlerden aydin olur ki Cenubi Azerbaycanda Gence seherini Atropatin atasi Eren paytaxt etmisdir Bu adin ikinci hissesi olan Qusnasp sozunu tedqiqatcilar fars sozu sayirlar Amma mutexessisler qeyd edirler ki bu adin asb hissesinin Midiyada er ev VIII esre aid olan Kundaspi ve Kustaspi sexs adlarinin sonlarindaki aspi komponenti ile eyniliyi goz qabagindadir N V Piqulevskaya Qusnasb sozunu herbi adamlar kimi menalandirmisdir Atropat sexs adi ehtimal ki Iranmenselidir Hindistanda atesperestlerde ruhani sexslerin aturpat adlanmasi melumdur Gorunur bu adin yaranmasi Qazakadaki Od mebedi ile elaqedardir cunki yuxaridaki melumatdan gorundu ki Gence seherini Atropatin atasi ya babasi paytaxt etmisdir Belke de Atropatin dede babalari bu od mebedinin bas kahinleri idiler Ona gore de usaga Atarpat adi qoya bilerdiler Lakin nezere alinmalidir ki mensece atesperestlik farslarin yox turklerin dini idi Od mebedinin Atropatlarda yerlesmesi de bunu gosterir Atropatenanin sexs adlari ve toponimleri haqqinda melumat cuzidir Lakin dovrumuze catan cuzi numuneleri de mehz qedim turk dili vasitesiyle zah etmek mumkun olmusdur Atropatenlilerin sexs adlariEfrasiab Cenubi Azerbaycan erazisinde yarim efsanevi Turan hakiminin adidir Bezi mutexessisler Iranmenseli ad sayirlar Turkce abra xilaskar sozu si sekilcisi ve en eb bacariqli ferasetli mahir iscil sozundendir Bu adin abra komponenti Xarezmde sulalesinin banisi Afraq Abraq Abriq sexs adinda da vardir Bariaks e e 324 cu ilde Makedoniyali Iskenderin agaligina qarsi usyan qaldirmis midiyalinin adi Buy Arik sexs adinin sondaki s yunan dilinde elave olunma sekilcidir yunanca yazilisi neticesinde tehrif olunmusdur Turkce buy ve ariq arik sozlerindendir Turk sabirlerde Boyariks sexs adi ile muqayise olunur Artabazan III esrin 20 ci illerinde Atropatenanin cari Butun tedqiqatcilar bu adi farsca saymislar Lakin Q Qeybullayev gosterir ki turkce arba sux oynaq gumrah celd itiqacan Midiyada bu sozden duzelmis Artasirar Artasar Munsuarta Artember sexs adlari var idi ve bacan yunan dilinde c sesi olmadigina gore Bazan komponentinden ibaretdir Bazan komponentinin menasi melum deyil Lakin V esrde Simali Qafqazda turk bolqarlarin xani Buzan yazilisi yunancadir eslinde Bucan qedim turk runi yazilarinda Bacan Kitabi Dede Qorqud da Bay Bican Qurbani dastaninda Deli Becan Agqoyunlu dovleti vaxtinda serkerde Bican ve s sexs adlari melumdur Bican Becan adinin menasi melum deyil Guman ki qazaxlarda baysan basqirdlarda buysan ucaboylu boy buxunlu qedd qametli sozu vasitesile izah etmek olar Orontobat e e IV esrin sonlarinda Atropatena hakiminin adi Orusbat yaxud Oruzbat sexs adinin yunanca yazilis formasidir ve subhesiz ki tehrif olunmusdur Muqayise ucun deyek ki Alban cari Oruzun adini da antik muellifler Orod Oront kimi yazmislar Orontobat turkce oris orus ve bat metin mohkem bahadir sozlerinden ibaretdir Artases e e III esrin axiri II esrin evvellerinde Ermenistanda eslen midiyali carin adi Qedim yunan dilinde yazilisi Artaksiy Ar Tas ve yunanca es adliq hal sekilcisinden Turkce er kisi igid doyuscu ve tas sozlerindendir Yaxud turkce arda sux oynaq gumrah celd itiqacan ve sumer dilinden maday diline kecmis ses qardas sozlerindendir Ariobarzan Eslen midiyali atropatenli er ev I esrin sonlarinda Atropaten carinin adi Turkce ve monqolca ere igid cesur doyuscu ve barsan varsan ozusen sozlerindendir VIII esrde Altayda Turkes xaqanliginin bir xani Tukvarsen adlanirdi Bu ad tuk ilkin birinci evvelinci sirada doyusde ve varsan sozlerinden ibaretdir Antik muellif yazir ki eslen midiyali olan Ariobarzani ermenilere basci teyin etmisdi Artavaz eramizin I esrinin evvellerinde Atropatena ve Ermenistan carinin adi Ariobarzanin oglu Antik muellifler onu midiyali yeni atropatenali adlandirirlar Turkce arda Artabazan adinda oldugu kimi ve bas basci sozlerindendir Iotab Artavazin qizinin adi Turkce yot yaxud ot dava derman yaxud ud heyali abirli Ebu Heyyanin lugetinde ud sozunun menasi beledir ve cox menali ebe qadin ana sozlerindendir Qurulusca Nizaminin Iskendername poemasindaki Nusabe adi ile eynidir Atropatenlilerin toponimleriAtropatenalilarin turk oldugunu gosteren faktlardan biri onlarin toponimleridir IX XIII esrlere aid ereb menbelerinde Cenubi Azerbaycan erazisinde coxlu seher ve kend adlari cekilir Lakin onlar indiyedek tedqiq olunmamisdir Bir sebebi de odur ki bu adlarin coxu ereb dilinin qrafikasina uygun qeyd olunmus ve sonralar katiblerin tanis olmayan adlari sehv yazmalari neticesinde fonetik deyisikliye ve tehrife meruz qalmislar Meselen ereb menbelerinde Simali Azerbaycan erazisinde qeyd olunan Saysavan Cuzbuk Derman Er rub Hendan yasayis menteqesi adlarinin eslinde Sadakban Xurus Xorus Yunan Harov ve Xanotaq Cenubi Azerbaycan erazisinde qeyd olunan Abrastavim Azercusnasb Parsis ve Dav er Rud adlarinin Abrastavim Eranqusnasb Parsin ve Dadirutu oldugunu mueyyen edilmisdir Antik muellifler Atropatenada Fraata seherini qeyd edirler Plutarxda Fraata Dion Kasside Praaspa kimidir Arasdirmalar neticesinde melum olmusdur ki duzu Fraatadir cunki cox sonra IX esr ereb muellifi Belazuri bu adi Afrahrud kimi yazmisdir Eslinde bu ad Fratay deqiqi Fracaydir Efrahrud Fraatay adinin sonundaki tay cay sozu farsca rud cay sozu ile evez edilmesidir Hemin cay indi Urmiya golune tokulen qedim Fraata da bu cayin kenarinda yerlesirdi Demeli Fraata esli Fraatay Fraacaydir Turk dillerinde t c evezlenmesi vardir Meselen tanq hem de canq dan yeri demekdir Fraatay ise eslinde Abratay Abracay adinin tehrifidir Tataristanda Karatay ve Aktay adli caylar vardir Sonra cay sozu farsca rud cay sozu ile evez edilmis ve ona gore ereb menbelerinde Efrahrud kimi qeyd olunmusdur Turkce abra xeyir veren xidmet eden menalarindadir Demeli xalqin teserrufat heyatinda rolu ile elaqedar olaraq caya bele ad vermisler Seher ise cayin adi ile adlanmisdir Urmiya golune tokulen Tatayu Hemdullah Qezvininin eserinde Tatatu ve Caqatu caylarinin adlarindaki tu komponenti ise turkce su sozunun fonetik seklidir Meselen Caqatu XIV esre aid menbede Caqtu cayinin adi qedim turkce saq turk dillerinde s c evezlenmesine gore caq temiz icmek ucun yararli ve su sozlerinden ibaretdir Qirgizistanda tu cay su sozu ile duzelmis Marcattu Turuskan tuu ve Irbis tuu cay adlari vardir Cayin temiz icmeye yararli adlandirilmasi onunla elaqedardir ki heqiqeten de Urmiyaya tokulen Acicaya farsca Telherud nisbeten Cagatu sirinsuludur icmeli sudur Astabeke Turkce ast asagi teref alt teref ve tapan dag eteyi sozlerindendir Hazirda Cenubi Azerbaycanin Qaradag mahalinda Araz cayinin sag sahilinde turk azerbaycanlilarin yasadigi Ustibin kendinin adidir Azerbad IX esrin evvellerinde bir yasayis menteqesinin adidir Azar formasinda ilk defe Ptolemey terefinden qeyd olunmusdur Turkce ozar eks terefde yerlesen Araz cayinin sag sahilinde yerlesdiyini ifade edir menasindadir Turkce ozar o biri sahilde yerlesen ve mesken menasinda bad sozlerinden Q Qeybullayev qeyd edir ki Atropatenada ehalinin turkmenseli dilde lakin ehali bu dili turk dili adlandirmayib Manna ve Midiya tayfalari turkmenseli eller idi lakin onlarda turk etnonimi yox idi danisdigini subut eden en tutarli fakt budur ki mannalar er ev VIII VII esrlerde iranlilasmamisdir Midiya xalqi Iranmenseli olmadigina gore mannalari assimilyasiya edib iranlilasdira bilmezdi Atropaten xalqi Manna ve Maday etnoslarinin birbasa varisi atropatenlilerin dili ise esrler boyu davam etmis etnik prosesin neticesinde tesekkul tapmis turktipli dil idi Eradan evvel IV esrden sonra ise bu turkdilli etnos Irandilli ola bilmezdi Eger bele proses getseydi onda atropatenliler ele farsdilli olardilar Madaylarin dili Irantipli deyildi ve onlarin turkdilli olmasini anlamaq ucun madaylardan qalmis sexs adlari ve toponimlere baxmaq kifayetdir Demeli Manna erazisinde enenevi dil hec bir assimilyasiyaya meruz qalmamisdir VII esr ereb menbesinde Azerbaycan turkler olkesi adlanirsa bu turklerin dili Iranmenseli ola bilmezdi Iran tedqiqatcilari ve Ehmed Kesrevi yazirlar ki azeri dili talislarin ve kurdlerin dili idi Eger talislar erken orta esrlerde Atropatenanin ehalisinin ekseriyyetini teskil etmemisse mentiqi netice aydindir onda bu azeri dili butun atropatenlilerin dili ola bilmezdi Ona gore de Cenubi Azerbaycanin boyuk hissesinde ehalinin azeri dilinde danismasi haqqinda A P Novoseltsevin fikri yanlisdir XI esr Azerbaycan sairi Qetran Tebrizinin poeziyasindaki coxlu Azerbaycan turk sozleri selcuq oguzlarina qeder formalasmis umumxalq turk dilinin movcud oldugunu gosterir Deyilenlerden basqa netice de alinir eger azeri dili Atropatenanin simalinda yasayan talislarin kurdlerin tatlarin ve b dilidirse ve eger bu tayfalar azliq teskil edirdise onda Atropatenada Irandilli Atropaten xalqi movcud ola bilmezdi Belelikle I H Eliyev E A Qrantovski ve A P Novoseltsev Atropatenxalqini Irandilli saymaqda haqli deyiller Eger Atropaten xalqi Iranmenseli idise demeli Iran erazisinde iki Irandilli xalq varmis farslar ve atropatenliler Bes nece oldu ki selcuq oguz isgali neticesinde farslara nisbeten coxsayli olan atropatenliler turklesdiler farslar kurdler talislar yox Axi butun Iran selcuqlarin isgali altinda idi Hemcinin baxAtropatena Atropatidler Atropatena ArsakileriIstinadlarKasumova S Yu Azerbajdzhan v III VII vv Baku 1992 Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 1994 Polibiy V 55 Strabon XI 13 I Ibn el Feqih I 36 Qiyaseddin Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 1994 seh 213 Abdulla Fazili Atropatena Baki 1993 El Muqeddesi I 130 Ibn Xordadbeh I 16 Kasumova S Yu Azerbajdzhan v III VII vv Baku 1992 seh 17 Kasumova S Yu Azerbajdzhan v III VII vv Baku 1992 seh 119 Sevortyan E V Etimologicheskij slovao tyurkskih yazykov Tom I M 1974 tom II M 1978 tom III M 1982 I cild seh 287 Ibn Xordadbeh I 16 Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 1994 seh 213 Abdulla Fazili Qedim ve erken orta esrler Azerbaycan tarixi Iran tarixsunasliginda Baki 1972 Arrian VI 293 Polibi V 55 I M Dyakonov Lyudi goroda Ura M 1990 seh 130 Tatsit Annallar II 4 Annallar II 4 Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 1994 seh 215 Drevnetyurkskij slovar M 1969 seh 139 Garipova F G Issledovaniya po gidronimii Tatarstana M 1991 Yakut al Hamavi Mudzham al Buldan svedenie ob Azerbajdzhane Hamdallah Kazvini Nuzhat al Kulub svedenie ob Azerbajdzhane Baku 1983 seh 59 Drevnetyurkskij slovar M 1969 seh 480 O T Molchanova Perenosnye i povtoryayushiesya toponimy Onomastika Kirqizii vip I Frunze 1985 s 47 Ptolomey VI 9 7 Sevortyan E V Etimologicheskij slovao tyurkskih yazykov Tom I M 1974 tom II M 1978 tom III M 1982 I cild seh 195 Murzaev E M Slovar narodnyh geograficheskih terminov M 1985 seh 537 Ptolemey V 8 2 Radlov V V Opyt slovarya tyurkskih narechij t I IV I cild seh 444 Gejbullaev G A K etnogenezu azerbajdzhancev tom 1 Baku 1991 Novoselcev A P Pashuto V T Cherepnin A V Puti razvitiya feodalizma M 1962 seh 41 Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 2004