İsmayıl Haqqı Paşa və ya İsmayıl Haqqı Oktay (29 oktyabr 1881, Afina, Yunanıstan Krallığı – 11 oktyabr 1977, İstanbul, Türkiyə) — son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu, Osmanlı hərbçisi, diplomatı və filatelisti.
İsmayıl Haqqı Oktay | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 oktyabr 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 11 oktyabr 1977 (95 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Əhməd Tofiq Paşa |
Anası | Elizabet Tschumi |
Həyat yoldaşları | Ülviyə Sultan (1916-1922) Fərxundə Oktay (1925-1977) |
Uşağı | |
Hərbi xidmət | |
Rütbəsi | Kaymakam |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
29 oktyabr 1881-ci ildə Afinada dünyaya gəldi. Atası o əsnada Osmanlı imperiyasının Afina səfiri olan Əhməd Tofiq Paşa, anası isə onun isveç əsilli xanım Elizabet Tschumidir. Cütlüyün 4 övladından ən böyüyü olan İsmayıl Haqqı bəyin ilk uşaqlıq illəri Afinada keçdi. Afinadakı yunan əsilli dayəsindən yunanca, atasının Berlin səfirliyi dövründə isə (1881-1895) təhsil aldığı məktəblərdə alman və fransız dillərini öyrəndi. Beləliklə, hələ 14 yaşında ikən 3 əcnəbi dil bilən intellektual bir gənc olmuşdu.
Atası Əhməd Tofiq Paşanın 1895-ci ildə İstanbula çağırılaraq Xariciyyə Nəzarətinə təyin edilməsi ilə digər ailə üzvləri kimi İsmayıl Haqqı bəyin də həyatı tamamilə dəyişdi. İlk dəfə İstanbula gələn İsmayıl Haqqı bəy, kiçik qardaşı Əli Ülvi bəylə birlikdə xüsusi müəllimlərdən bir ilə yaxın türkcə, ərəbcə və farsca dərsləri aldı. Ardından 1896-cı ildə Qalatasaray litseyinə daxil oldu. Ardından hərbi məktəbə daxil olan İsmayıl Haqqı bəy burada Sultan Əbdülhəmidin yavərlik sinifinə seçildi və 4 il sonra məzun oldu. Qısa zamanda rütbəsi yüksələn İsmayıl Haqqı bəy 20 yanvar 1899-cu ildə leytenant, 20 yanvar 1901-ci ildə kapitan, 2 yanvar 1902-ci ildə qolağası, 19 oktyabr 1903-cü ildə mayor, 3 oktyabr 1904-cü ildə kaymakam və 26 oktyabr 1907-ci ildə miralay rütbəsinə təyin olundu. Hərb məktəbindən məzun olduqdan sonrakı 6 il boyunca hər hansı bir hərbi vəzifəyə təyin olunmayan İsmayıl Haqqı bəy bu illər ərzində bir çox mühüm açılışlara, Almaniya və İspaniyadakı bəzi monarxial tədbirlərə göndərildi və çox sayıda nişanla təltif olundu. Ancaq İkinci Məşrutiyyətin elan edilməsinin ardından 25 iyul 1908-ci ildə qəbul edilən qərarla rütbəsi aşağı salınaraq baş leytenant təyin olundu.
31 mart hadisəsinin ardından sədrəzəmliyə yüksələn atası Əhməd Tofiq Paşa dövrün çalxantılı siyasi mühitinin təsiriylə qısa zaman sonra vəzifədən alındı və London səfiri təyin olunaraq paytaxtdan uzaqlaşdırıldı. Bu çalxantılı zamanda həm hərbi karyerasını davam etdirmək, həm də İstanbuldakı siyasi mühitdən uzaqlaşdırmaq məqsədilə atası tərəfindən 1910-cu ilin sonlarında Almaniyaya göndərildi və burada Berlin Hərb Akademiyasında təhsil almağa başladı. Alman dilinin ana dili olmasına baxmayaraq, bu dövr olduqca çətin keçdi. Təhsiliylə yanaşı Alman imperatorunun tabeliyindəki xüsusi alayda da xidmət edən İsmayıl Haqqı bəy tutduğu rütbəylə müqayisədə xeyli mükafat və nişana layiq görülmüşdü. Bu isə alman hərbçiləri arasında narazılığa səbəb olmuşdu. Nəhayət, Balkan yarımadasında baş verən siyasi və hərbi iğtişaşları bəhanə edən İsmayıl Haqqı bəy 5 oktyabr 1912-ci ildə İstanbula qayıtdı.
Balkan Müharibəsi illəri
İstanbula döndükdən sonra Yanya vilayətindəki birliklərdə yavərliyə təyin olunan İsmayıl Haqqı bəy, Əsad Paşa rəhbərliyindəki ordunun tərkibində 5 ay boyunca bir çox döyüşlərdə iştirak etdi. Bu ordu yunanlar qarşısında ağır məğlubiyyətə uğramasa da, sərt hava şəraiti, təchizat yetərsizliyi, alban əsgərlərinin ordudan qaçmaları və mərkəzdən dəstək verilməməsi səbəbiylə yetərli müqaviməti də göstərə bilmədi. Yunan birliklərinə rəhbərlik edən Şahzadə Konstantinin Yanya birliklərinin təslim olması üzrə verdiyi təklifin 30 yanvar 1913-cü ildə geri çevrilməsi ilə tərəflər arasındakı mübarizə daha da alovlandı.4 mart 1913-cü ildə aldığı tapşırıq əsasında yola çıxan İsmayıl Haqqı bəy yolda ikən Yanya qalasının yunanlar tərəfindən işğalı xəbərini aldı (6 mart 1913). Əmrindəki kiçik birliklə İstanbula gələn İsmayıl Haqqı bəy şifrəli raportu sədrəzəm Mahmud Paşaya çatdırdı.
Birinci Dünya Müharibəsi illəri
Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frans Ferdinandın Sarayevoda sui-qəsd nəticəsində öldürülməsiylə başlayan və 4 il boyunca Avropanın bir çox dövlətlərində tüğyan edən Birinci Dünya Müharibəsi Osmanlı imperiyasından da yan keçmədi. O illərdə müttəfiqi olan Almaniya imperiyasının yanında müharibəyə daxil olan Osmanlı imperiyası bu səbəblə 2 avqust 1914-cü ildə ümumi səfərbərlik etdi. Eyni gün Almaniya ilə bağlanan gizli sazişə əsasən, bir çox mühüm alman zabiti və hərbçisi Osmanlı torpaqlarına göndərildi. Bu səbəblə, alman dili bilən hərbçilər ön plana çıxdı. Bunlardan biri olan İsmayıl Haqqı bəy bu istiqamətdə göstərdiyi xidmətlər səbəbilə 4 iyun 1915-ci ildə Alman imperatoru tərəfindən Dəmir Səlib nişanıyla təltif edildi.
Bir müddət müharibənin İraq cəbhəsinə göndərilən İsmayıl Haqqı bəy burada göstərdiyi xidmətlər səbəbilə 16 dekabr 1915-ci ildə Müharibə Gümüş Mükafat medalı, 20 dekabr 1915-ci ildə Hərb medalı və 26 mart 1916-cı ildə dördüncü dərəcəli Qırmızı Qartal Nişan Qılıncı ilə təltif edildi.
Vəliəhd Vahidəddin Əfəndinin böyük qızı Ülviyə Sultanla evlənməsi müzakirə edilən İsmayıl Haqqı bəy 1916-cı ilin aprelində cəbhədən İstanbula çağırıldı və 5 ay boyunca hansısa vəzifəyə tyəin olunmadı. Toy mərasimi 19 avqust 1916-cı ildə baş tutan cütlüyün nigahı dövrün şeyxülislamı Ürgüplü Mustafa Əfəndi tərəfindən bağlandı və mərasimin ardından cütlük Beşiktaş sarayında yaşamağa başladı. Çox keçmədən 1916-cı ilin sentyabrında bolqar cəbhəsinə göndərilən İsmayıl Haqqı bəy bu vəzifədə ikən yaralandı və Sofiya hərbi hospitalında bir müddət müalicə aldıqdan sonra İstanbula qayıtdı.
İstanbulda 21 noyabr 1916-cı ildə Ümumi Qərargahın birinci şöbəsində xidmətə başlayan İsmayıl Haqqı bəy qısa müddət sonra, ilk dəfə Birinci Dünya Müharibəsində istifadə olunacaq kimyəvi silahlarla bağlı araşdırma səbəbilə Berlinə göndərildi. Təxminən 4 aylıq araşdırmanın sonunda 12 mart 1917-ci ildə qayıdan İsmayıl Haqqı bəy 8 may 1917-ci ildə birinci orduya təyin edildi və 23 sentyabr 1917-ci ildə ikinci dərəcəli yla təltif olundu. 8 oktyabr 1917-ci ildə son vəzifə yeri olan Fələstinə göndərilən İsmayıl haqqı bəy 21 yanvar 1918-ci ildə qaynatası olan vəliəhd Vahidəddin Əfəndinin yavərliyinə təyin olunaraq İstanbula çağırıldı. Bu vəzifədə ikən bir çox rəsmi mərasimdə iştirak edən İsmayıl Haqqı bəy müxtəlif dövlət nişanı və mükafatı ilə təltif edildi. Qaynatasının taxta çıxmasının ardından 14 iyul 1918-ci ildə padşah yavərliyinə yüksəldi. Həmin ayın sonlarında yenidən mayor rütbəsinə yüksələn İsmayıl Haqqı bəy Osmanlı imperiyasındakı taxt dəyişikliyi səbəbilə xarici dövlətlərə göndərilən heyətə üzv təyin edildi və Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan üzrə 3 aylıq səyahətin ardından sentyabrın sonlarında İstanbula qayıtdı.
Milli Mübarizə Hərəkatı illəri
Osmanlı imperiyası, müttəfiqləriylə birlikdə məğlub olduğu Birinci Dünya Müharibəsinin ardından 30 oktyabr 1918-ci ildə Mudros sülhünü imzaladı. Ancaq bu sülhün imzalanması ilə müharibənin izləri silinməyərək daha da dərinləşdi. Britaniya, Fransa və İtaliya birlikləri Osmanlı imperiyasını işğal etdi. Britaniyanın təhrikiylə ayaqlanan yunanların 15 may 1919-cu ildə İzmiri işğal etməsi və ardından Mustafa Kamal Paşanın ordu müfəttişi ünvanıyla Samsuna getməsi Milli hərəkatın tək mərkəzdən idarə edilməsi ilə nəticələndi. İstiqlaliyyət müharibəsi adlanan və 3 ildən çox davam edən bu hərəkat boyunca İsmayıl Haqqı bəy, 1922-ci ilin əvvəllərinə qədər Osmanlı sarayında Sultan Vahidəddinin xidmətində fəaliyyət göstərdi. Buna baxmayaraq Milli Mübarizə tərəfdarı olduğunu gizlətməyən və bu istiqamətdə mühüm addımlar atan İsmayıl Haqqı bəy sarayla Ankaradakı Milli Mübarizə tərəfdarları arasında vasitəçi rolu oynadı. Bir tərəfdən də Sultan Vahidəddinin birinci yavəri və kürəkəni olan İsmayıl Haqqı bəyin bu davranışı saray əyanları və İstanbul hökuməti tərəfindən xoş qarşılanmırdı. Ən qısa zamanda Ankara gedərək Milli Mübarizəyə qatılmaq istəyən İsmayıl Haqqı bəyin qarşısındakı tək əngəl bu deyildi. Digər yandan atası Əhməd Tofiq Paşa da buna qarşı çıxırdı. Bu səbəblə, Ankaraya getdikdən yalnız bir neçə gün sonra ailəsinə məktub yazaraq bu barədə məlumat verdi. Onu düşündürən bir digər məsələ isə Osmanlı sultanının yavəri və kürəkəni olan birinin Ankarada necə qarşılanacağı idi. Belə ki, daha əvvəl Sultan Vahidəddinin digər kürəkəni və özü də Osmanlı sülaləsinə mənsub olan Ömər Fərrux Əfəndinin Ankaraya gedərək Milli Mübarizəyə qatılma istəyi Mustafa Kamal Paşa tərəfindən geri çevrilmişdi. Nəhayət, ın vasitəçiliyi ilə 1922-ci ilin əvvəlində Ankaradan aldığı dəvətlə İstanbuldan ayrıldı.
25 yanvar 1922-ci ildə səhər saatlarında İstanbuldan ayrılan İsmayıl Haqqı bəy saxta vəsiqəylə öncə İzmitə yollandı. İki gün burda qaldıqdan sonra Adapazarı istiqamətində hərəkət edərək 6 fevralda Ankaraya gəldi. İlk öncə passiv vəzifəyə təyin edilsə də, öz etirazı nəticəsində 22 fevralda qərb cəbhəsinə təyin olundu. Buna baxmayaraq, həm Sultan Vahidəddinin kürəkəni, həm də sədrəzəmin oğlu olması səbəbilə bir müddət etimad göstərilmədi. Mustafa Kamal Paşayla görüşən və vəziyyətini yenidən izah edən İsmayıl Haqqı bəy, nəhayət 22 apreldə ilk hərbi vəzifəsinə təyin olundu.
Milli Mübarizə illərində atası Əhməd Tofiq Paşayla məktublaşan İsmayıl Haqqı bəy bu yolla İstanbuldakı hadisələrdən də xəbərdar oldu. Digər tərəfdən Sultan Vahidəddin onun İstanbuldan gizlicə qaçaraq Milli Mübarizə hərəkatına qatılmasını bağışlamadı və qızı Ülviyə Sultanı 19 sentyabr 1922-ci ildə zorla boşandırdı. Buna baxmayaraq, Milli Mübarizə Hərəkatının son günlərinə qədər fəaliyyətini davam etdirən İsmayıl Haqqı bəy 13 yanvar 1923-cü ildə polkovnik-leytenant rütbəsinə təyin edildi.
Milli Mübarizə Hərəkatının başa çatmasının ardından 29 noyabr 1925-ci ildə öz istəyilə hərbi fəaliyyətini sonlandırdı və təqaüdə ayrıldı. Ardından 19 dekabr 1925-ci ildə vaxtilə özü kimi Sultan Əbdülhəmidin yavərlərindən olan Əli Qırat Paşanın ən kiçik qızı Fərxundə xanımla (1897 - 22 oktyabr 1991) evləndi. Bu xanım eyni zamanda gələcəkdə Türkiyə Cümhuriyyəti baş naziri olan Bülent Ecevitin anasının xalası idi.
Türkiyə Cümhuriyyəti illəri
Təqaüddə olduğu halda 1927-ci ildə Türkiyənin Bekçikadakı Antverpen konsulluğuna təyin olundu. İki illik fəaliyyətinin ardından 23 iyun 1928-ci ildə Ankaraya çağırıldı. Antverpendə yürütdüyü siyasi, iqtisadi və sosial siyasət səbəbilə 5 iyul 1928-ci ildə Türkiyə hökuməti tərəfindən mükafatlandırıldı. Ardından 7 sentyabr 1929-cu ildə Mərkəzi Mətbuat Şöbəsinin Tərcümə bürosuna müdür təyin olundu və 4 illik fəaliyyəti boyunca xarici mətbuatda Türkiyə haqqında əcnəbi dillərdə nəşr olunan yazıların tərcüməsi və nəşriyyatı ilə məşğul oldu.
Macarıstan baş naziri Qyula Qombosun 20 oktyabr 1933-cü ildə baş tutan və beş gün davam edən Türkiyə səfəri boyunca mehmandar olaraq xidmət edən İsmayıl Haqqı bəy bu vəzifəsinin ardından Moskva səfirliyində müdür təyin olundu. Bu vəzifədə ikən uzun illərdir sürgün həyatı yaşayan və ən son 5 yaşında ikən gördüyü qızı Hümeyra xanım Sultanı gizli yollarla Moskvaya gətirdi. Ancaq keçmiş xanımı Ülviyə Sultan o əsnada Misirdə idi və qızının Qahirə-Moskva istiqamətində tez-tez hərəkət etməsi o dönəmki kəşfiyyatın gözündən qaçmadı. Nəticədə çox keçmədən Hümeyra xanım Sultan Moskvadan deportasiya edildi. İsmayıl Haqqı bəy isə 19 noyabr 1934-cü ildə Türkiyənin Bolqarıstandakı Plovdiv konsulluğuna təyin edildi. O əsnada qüvvəyə minən Soyadı qanunu ilə Oktay soyadını aldı. Bu vəzifədə ikən atası Əhməd Tofiq Paşanın 8 oktyabr 1936-cı ildə vəfatı xəbərini aldı və bundan 7 ay sonra Ankaraya çağırıldı. Ardından 24 sentyabr 1938-ci ildə Türkiyənin İtaliyadakı Bari konsulluğuna təyin edildi.
Bu vəzifədə ikən siyasi fəaliyyəti ilə yanaşı bəzi şəxsi problemləriylə də məşğul oldu. Qızının Türkiyə vətəndaşlığına qəbul edilməsi yolunda yeni prezident və keçmiş döyüş yoldaşı İsmət İnönüyə dəfələrlə müraciət etsə də, bu müraciətləri bir nəticə vermədi. Nəhayət, TBMM-nin 5 iyul 1939-cu ildə qəbul etdiyi 3662 saylı qanunla qızının Türkiyə Cümhuriyyəti vətəndaşı olmasını təmin etdi.
Baridəki fəaliyyətinin ardından 28 iyun 1940-cı ildə geri çağırılan İsamyıl Haqqı Oktay çox keçmədən 17 sentyabr 1940-cı ildə İraqdakı Bəsrə konsulluğuna, daha sonra isə 20 avqust 1943-cü ildə Avstriyadakı Vyana konsulluğuna təyin olundu. Ancaq davam edən İkinci Dünya Müharibəsi səbəbilə, digər diplomatlarla birlikdə 20 sentyabr 1944-cü ildə öncə Polşaya, 25 aprel 1945-ci ildə isə Türkiyəyə qayıtdı.
İsmayıl Haqqı Oktayın son diplomatik vəzifəsi isə 29 mart 1946-cı ildə təyin edildiyi Yunanıstandakı Pirey konsulluğu oldu. Burada bir illik fəaliyyətinin ardından 13 iyul 1947-ci ildə təqaüdə ayrılan İsmayıl Haqqı Oktay 11 oktyabr 1977-cii ildə İstanbulda vəfat etdi. Cənazəsi Ədirnəqapı şəhidliyinə dəfn olundu.
Ailəsi
İlk evliliyi Sultan Vahidəddinin böyük qızı Ülviyə Sultanla 19 avqust 1916-cı ildə baş tutdu və bu nigahdan bir qızı dünyaya gəldi. Ancaq onun Milli Mübarizə Hərəkatına qatılmasının ardından, Sultan Vahidəddinin əmriylə cütlük 19 sentyabr 1922-ci ildə boşandı.
İkinci evliliyi isə 19 dekabr 1925-ci ildə özündən 16 yaş kiçik Fərxundə xanımla (1897 - 22 oktyabr 1991) baş tutdu. Fərxundə xanım, vaxtilə Sultan Əbdlühəmidin yavəri olan Əli Qırat Paşanın ən kiçik qızı idi. Eyni zamanda gələcəkdə Türkiyə Cümhuriyyəti baş naziri olan Bülent Ecevitin anası Nazlı xanımın da xalası idi. Ancaq cütlüyün bu nigahdan övladı olmamışdır.
İstinadlar
- İsmail Hakkı Okday // Faceted Application of Subject Terminology.
- İsmail Hakki Tevfik Okday // CONOR.BG.
- Orhan Koloğlu, Son Sadrazam Millî Mücadele Taraftarı Ahmet Tevfik Paşa, Doğan Kitap, İstanbul 2007, s.11-12
- Şefik Okday, Büyükbabam Son Sadrazam Ahmet Tevfik Paşa, Ata Ofset, İstanbul 1986, s.13
- Sinan Yıldırım, Asâkir-i Mansûre-i Muhammediyye Ordusu’ndan Günümüze Rütbe Terfi Sistemi, T.C. Harp Akademileri Stratejik Araştırmalar Enstitüsü, Strateji ve Stratejik Araştırmalar Ana Bilim Dalı Harp Tarihi ve Strateji Programı Yüksek Lisans Tezi, İstanbul 2016, s.56-61
- Balkan Harbi Kronolojisi, Genelkurmay Askerî Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, Ankara 1999, s.9
- Balkan Savaşı’na Katılan Komutanların Yaşam Öyküleri, Genelkurmay Askerî Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, Ankara 2004, s.63-66
- Balkan Harbi’nde Yanya Savunması ve Esat Paşa, Genelkurmay Basımevi, Ankara 1983, s.32
- Kemal Arı, Birinci Dünya Savaşı Kronolojisi, Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, Ankara 1997, s.18
- Falih Rıfkı Atay, Atatürk’ün Bana Anlattıkları, Yeni Gün Haber Ajansı Basın ve Yayıncılık AŞ, İstanbul 1998, s.140-142
- Ümit Özkan, Millî Mücadele’de Kırım Türkler (1919-1922), Gece Kitaplığı, Ankara 2022, s.138
- Ekrem Baydar, Mustafa Kemal’in Gizli Teşkilatı, Haz. Sami Karaören, Destek Yayınevi, İstanbul 2010
- Ekrem Baydar, Atatürk’ün Emniyet Müdürü, Haz. Orhan Erinç, Destek Yayınevi, İstanbul 2010
- Türk İstiklâl Harbi II. Cilt Batı Cephesi 6. Kısım 1. Kitap Büyük Taarruza Hazırlık ve Büyük Taarruz, Genelkurmay Basımevi, Ankara 1994, s.131-132
- Türk İstiklâl Harbi II. Cilt 6. Kısım 3. Kitap Büyük Taarruz’da Takip Harekâtı (31 Ağustos-18 Eylül 1922), Genelkurmay Basımevi, Ankara 995, s.77-78
- Yasemin Zahide Erol, “Şehbender Raporlarına Göre Osmanlı-Bulgaristan Ticari İlişkileri (1910-1914)”, Tarih Araştırmaları Dergisi, C 34, S 57, 2015, s.224-226.
- Libya’dan Üsküdar’a Bir Padişah Yaveri: Ali Kırat Paşa (1840-1903) ve Ailesi. Arxivləşdirilib 2024-06-01 at the Wayback Machine Orhan Murat Çolak. İstanbul 2007.
Mənbə
- Bir Asker ve Diplomat Olarak İsmail Hakkı Okday. Ümit Özkan. Atatürk Araştırma Merkezi Dergisi 2024.
- Bal, Rıdvan, Türk Kara Kuvvetlerinde Süvari Birlikleri (1920-1965), Ankara Üniversitesi Türk İnkılap Tarihi Enstitüsü, Ankara 2006
- Bostan Zeynep, Modern Osmanlı Hariciyesinin İnşası ve II. Abdülhamit Döneminde Diplomasi, İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü, Yayımlanmamış Doktora Tezi, İstanbul 2019
- Libya’dan Üsküdar’a Bir Padişah Yaveri: Ali Kırat Paşa (1840-1903) ve Ailesi. Orhan Murat Çolak. İstanbul 2007.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Ismayil Haqqi deqiqlesdirme Ismayil Haqqi Pasa ve ya Ismayil Haqqi Oktay 29 oktyabr 1881 Afina Yunanistan Kralligi 11 oktyabr 1977 Istanbul Turkiye son Osmanli sedrezemi Ehmed Tofiq Pasanin oglu Osmanli herbcisi diplomati ve filatelisti Ismayil Haqqi OktaySexsi melumatlarDogum tarixi 29 oktyabr 1881 1881 10 29 Dogum yeri Afina Yunanistan KralligiVefat tarixi 11 oktyabr 1977 1977 10 11 95 yasinda Vefat yeri Istanbul TurkiyeDefn yeri Edirneqapi SehidliyiAtasi Ehmed Tofiq PasaAnasi Elizabet TschumiHeyat yoldaslari Ulviye Sultan 1916 1922 Ferxunde Oktay 1925 1977 Usagi Humeyra xanim SultanHerbi xidmetRutbesi KaymakamDoyusler Birinci Balkan muharibesi Ikinci Balkan muharibesi Birinci Dunya muharibesi Turkiye Istiqlaliyyet muharibesi Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri 29 oktyabr 1881 ci ilde Afinada dunyaya geldi Atasi o esnada Osmanli imperiyasinin Afina sefiri olan Ehmed Tofiq Pasa anasi ise onun isvec esilli xanim Elizabet Tschumidir Cutluyun 4 ovladindan en boyuyu olan Ismayil Haqqi beyin ilk usaqliq illeri Afinada kecdi Afinadaki yunan esilli dayesinden yunanca atasinin Berlin sefirliyi dovrunde ise 1881 1895 tehsil aldigi mekteblerde alman ve fransiz dillerini oyrendi Belelikle hele 14 yasinda iken 3 ecnebi dil bilen intellektual bir genc olmusdu Son Osmanli sedrezemi olan atasi Ehmed Tofiq Pasa Atasi Ehmed Tofiq Pasanin 1895 ci ilde Istanbula cagirilaraq Xariciyye Nezaretine teyin edilmesi ile diger aile uzvleri kimi Ismayil Haqqi beyin de heyati tamamile deyisdi Ilk defe Istanbula gelen Ismayil Haqqi bey kicik qardasi Eli Ulvi beyle birlikde xususi muellimlerden bir ile yaxin turkce erebce ve farsca dersleri aldi Ardindan 1896 ci ilde Qalatasaray litseyine daxil oldu Ardindan herbi mektebe daxil olan Ismayil Haqqi bey burada Sultan Ebdulhemidin yaverlik sinifine secildi ve 4 il sonra mezun oldu Qisa zamanda rutbesi yukselen Ismayil Haqqi bey 20 yanvar 1899 cu ilde leytenant 20 yanvar 1901 ci ilde kapitan 2 yanvar 1902 ci ilde qolagasi 19 oktyabr 1903 cu ilde mayor 3 oktyabr 1904 cu ilde kaymakam ve 26 oktyabr 1907 ci ilde miralay rutbesine teyin olundu Herb mektebinden mezun olduqdan sonraki 6 il boyunca her hansi bir herbi vezifeye teyin olunmayan Ismayil Haqqi bey bu iller erzinde bir cox muhum acilislara Almaniya ve Ispaniyadaki bezi monarxial tedbirlere gonderildi ve cox sayida nisanla teltif olundu Ancaq Ikinci Mesrutiyyetin elan edilmesinin ardindan 25 iyul 1908 ci ilde qebul edilen qerarla rutbesi asagi salinaraq bas leytenant teyin olundu 31 mart hadisesinin ardindan sedrezemliye yukselen atasi Ehmed Tofiq Pasa dovrun calxantili siyasi muhitinin tesiriyle qisa zaman sonra vezifeden alindi ve London sefiri teyin olunaraq paytaxtdan uzaqlasdirildi Bu calxantili zamanda hem herbi karyerasini davam etdirmek hem de Istanbuldaki siyasi muhitden uzaqlasdirmaq meqsedile atasi terefinden 1910 cu ilin sonlarinda Almaniyaya gonderildi ve burada Berlin Herb Akademiyasinda tehsil almaga basladi Alman dilinin ana dili olmasina baxmayaraq bu dovr olduqca cetin kecdi Tehsiliyle yanasi Alman imperatorunun tabeliyindeki xususi alayda da xidmet eden Ismayil Haqqi bey tutdugu rutbeyle muqayisede xeyli mukafat ve nisana layiq gorulmusdu Bu ise alman herbcileri arasinda naraziliga sebeb olmusdu Nehayet Balkan yarimadasinda bas veren siyasi ve herbi igtisaslari behane eden Ismayil Haqqi bey 5 oktyabr 1912 ci ilde Istanbula qayitdi Balkan Muharibesi illeri Istanbula dondukden sonra Yanya vilayetindeki birliklerde yaverliye teyin olunan Ismayil Haqqi bey Esad Pasa rehberliyindeki ordunun terkibinde 5 ay boyunca bir cox doyuslerde istirak etdi Bu ordu yunanlar qarsisinda agir meglubiyyete ugramasa da sert hava seraiti techizat yetersizliyi alban esgerlerinin ordudan qacmalari ve merkezden destek verilmemesi sebebiyle yeterli muqavimeti de gostere bilmedi Yunan birliklerine rehberlik eden Sahzade Konstantinin Yanya birliklerinin teslim olmasi uzre verdiyi teklifin 30 yanvar 1913 cu ilde geri cevrilmesi ile terefler arasindaki mubarize daha da alovlandi 4 mart 1913 cu ilde aldigi tapsiriq esasinda yola cixan Ismayil Haqqi bey yolda iken Yanya qalasinin yunanlar terefinden isgali xeberini aldi 6 mart 1913 Emrindeki kicik birlikle Istanbula gelen Ismayil Haqqi bey sifreli raportu sedrezem Mahmud Pasaya catdirdi Birinci Dunya Muharibesi illeri Avstriya Macaristan imperiyasinin veliehdi Frans Ferdinandin Sarayevoda sui qesd neticesinde oldurulmesiyle baslayan ve 4 il boyunca Avropanin bir cox dovletlerinde tugyan eden Birinci Dunya Muharibesi Osmanli imperiyasindan da yan kecmedi O illerde muttefiqi olan Almaniya imperiyasinin yaninda muharibeye daxil olan Osmanli imperiyasi bu sebeble 2 avqust 1914 cu ilde umumi seferberlik etdi Eyni gun Almaniya ile baglanan gizli sazise esasen bir cox muhum alman zabiti ve herbcisi Osmanli torpaqlarina gonderildi Bu sebeble alman dili bilen herbciler on plana cixdi Bunlardan biri olan Ismayil Haqqi bey bu istiqametde gosterdiyi xidmetler sebebile 4 iyun 1915 ci ilde Alman imperatoru terefinden Demir Selib nisaniyla teltif edildi Bir muddet muharibenin Iraq cebhesine gonderilen Ismayil Haqqi bey burada gosterdiyi xidmetler sebebile 16 dekabr 1915 ci ilde Muharibe Gumus Mukafat medali 20 dekabr 1915 ci ilde Herb medali ve 26 mart 1916 ci ilde dorduncu dereceli Qirmizi Qartal Nisan Qilinci ile teltif edildi Veliehd Vahideddin Efendinin boyuk qizi Ulviye Sultanla evlenmesi muzakire edilen Ismayil Haqqi bey 1916 ci ilin aprelinde cebheden Istanbula cagirildi ve 5 ay boyunca hansisa vezifeye tyein olunmadi Toy merasimi 19 avqust 1916 ci ilde bas tutan cutluyun nigahi dovrun seyxulislami Urguplu Mustafa Efendi terefinden baglandi ve merasimin ardindan cutluk Besiktas sarayinda yasamaga basladi Cox kecmeden 1916 ci ilin sentyabrinda bolqar cebhesine gonderilen Ismayil Haqqi bey bu vezifede iken yaralandi ve Sofiya herbi hospitalinda bir muddet mualice aldiqdan sonra Istanbula qayitdi Istanbulda 21 noyabr 1916 ci ilde Umumi Qerargahin birinci sobesinde xidmete baslayan Ismayil Haqqi bey qisa muddet sonra ilk defe Birinci Dunya Muharibesinde istifade olunacaq kimyevi silahlarla bagli arasdirma sebebile Berline gonderildi Texminen 4 ayliq arasdirmanin sonunda 12 mart 1917 ci ilde qayidan Ismayil Haqqi bey 8 may 1917 ci ilde birinci orduya teyin edildi ve 23 sentyabr 1917 ci ilde ikinci dereceli Osmanli nisaniyla teltif olundu 8 oktyabr 1917 ci ilde son vezife yeri olan Felestine gonderilen Ismayil haqqi bey 21 yanvar 1918 ci ilde qaynatasi olan veliehd Vahideddin Efendinin yaverliyine teyin olunaraq Istanbula cagirildi Bu vezifede iken bir cox resmi merasimde istirak eden Ismayil Haqqi bey muxtelif dovlet nisani ve mukafati ile teltif edildi Qaynatasinin taxta cixmasinin ardindan 14 iyul 1918 ci ilde padsah yaverliyine yukseldi Hemin ayin sonlarinda yeniden mayor rutbesine yukselen Ismayil Haqqi bey Osmanli imperiyasindaki taxt deyisikliyi sebebile xarici dovletlere gonderilen heyete uzv teyin edildi ve Almaniya Avstriya Macaristan ve Bolqaristan uzre 3 ayliq seyahetin ardindan sentyabrin sonlarinda Istanbula qayitdi Milli Mubarize Herekati illeri Osmanli imperiyasi muttefiqleriyle birlikde meglub oldugu Birinci Dunya Muharibesinin ardindan 30 oktyabr 1918 ci ilde Mudros sulhunu imzaladi Ancaq bu sulhun imzalanmasi ile muharibenin izleri silinmeyerek daha da derinlesdi Britaniya Fransa ve Italiya birlikleri Osmanli imperiyasini isgal etdi Britaniyanin tehrikiyle ayaqlanan yunanlarin 15 may 1919 cu ilde Izmiri isgal etmesi ve ardindan Mustafa Kamal Pasanin ordu mufettisi unvaniyla Samsuna getmesi Milli herekatin tek merkezden idare edilmesi ile neticelendi Istiqlaliyyet muharibesi adlanan ve 3 ilden cox davam eden bu herekat boyunca Ismayil Haqqi bey 1922 ci ilin evvellerine qeder Osmanli sarayinda Sultan Vahideddinin xidmetinde fealiyyet gosterdi Buna baxmayaraq Milli Mubarize terefdari oldugunu gizletmeyen ve bu istiqametde muhum addimlar atan Ismayil Haqqi bey sarayla Ankaradaki Milli Mubarize terefdarlari arasinda vasiteci rolu oynadi Bir terefden de Sultan Vahideddinin birinci yaveri ve kurekeni olan Ismayil Haqqi beyin bu davranisi saray eyanlari ve Istanbul hokumeti terefinden xos qarsilanmirdi En qisa zamanda Ankara gederek Milli Mubarizeye qatilmaq isteyen Ismayil Haqqi beyin qarsisindaki tek engel bu deyildi Diger yandan atasi Ehmed Tofiq Pasa da buna qarsi cixirdi Bu sebeble Ankaraya getdikden yalniz bir nece gun sonra ailesine mektub yazaraq bu barede melumat verdi Onu dusunduren bir diger mesele ise Osmanli sultaninin yaveri ve kurekeni olan birinin Ankarada nece qarsilanacagi idi Bele ki daha evvel Sultan Vahideddinin diger kurekeni ve ozu de Osmanli sulalesine mensub olan Omer Ferrux Efendinin Ankaraya gederek Milli Mubarizeye qatilma isteyi Mustafa Kamal Pasa terefinden geri cevrilmisdi Nehayet in vasiteciliyi ile 1922 ci ilin evvelinde Ankaradan aldigi devetle Istanbuldan ayrildi 25 yanvar 1922 ci ilde seher saatlarinda Istanbuldan ayrilan Ismayil Haqqi bey saxta vesiqeyle once Izmite yollandi Iki gun burda qaldiqdan sonra Adapazari istiqametinde hereket ederek 6 fevralda Ankaraya geldi Ilk once passiv vezifeye teyin edilse de oz etirazi neticesinde 22 fevralda qerb cebhesine teyin olundu Buna baxmayaraq hem Sultan Vahideddinin kurekeni hem de sedrezemin oglu olmasi sebebile bir muddet etimad gosterilmedi Mustafa Kamal Pasayla gorusen ve veziyyetini yeniden izah eden Ismayil Haqqi bey nehayet 22 aprelde ilk herbi vezifesine teyin olundu Edirneqapi sehidliyindeki mezari Milli Mubarize illerinde atasi Ehmed Tofiq Pasayla mektublasan Ismayil Haqqi bey bu yolla Istanbuldaki hadiselerden de xeberdar oldu Diger terefden Sultan Vahideddin onun Istanbuldan gizlice qacaraq Milli Mubarize herekatina qatilmasini bagislamadi ve qizi Ulviye Sultani 19 sentyabr 1922 ci ilde zorla bosandirdi Buna baxmayaraq Milli Mubarize Herekatinin son gunlerine qeder fealiyyetini davam etdiren Ismayil Haqqi bey 13 yanvar 1923 cu ilde polkovnik leytenant rutbesine teyin edildi Milli Mubarize Herekatinin basa catmasinin ardindan 29 noyabr 1925 ci ilde oz isteyile herbi fealiyyetini sonlandirdi ve teqaude ayrildi Ardindan 19 dekabr 1925 ci ilde vaxtile ozu kimi Sultan Ebdulhemidin yaverlerinden olan Eli Qirat Pasanin en kicik qizi Ferxunde xanimla 1897 22 oktyabr 1991 evlendi Bu xanim eyni zamanda gelecekde Turkiye Cumhuriyyeti bas naziri olan Bulent Ecevitin anasinin xalasi idi Turkiye Cumhuriyyeti illeri Teqaudde oldugu halda 1927 ci ilde Turkiyenin Bekcikadaki Antverpen konsulluguna teyin olundu Iki illik fealiyyetinin ardindan 23 iyun 1928 ci ilde Ankaraya cagirildi Antverpende yurutduyu siyasi iqtisadi ve sosial siyaset sebebile 5 iyul 1928 ci ilde Turkiye hokumeti terefinden mukafatlandirildi Ardindan 7 sentyabr 1929 cu ilde Merkezi Metbuat Sobesinin Tercume burosuna mudur teyin olundu ve 4 illik fealiyyeti boyunca xarici metbuatda Turkiye haqqinda ecnebi dillerde nesr olunan yazilarin tercumesi ve nesriyyati ile mesgul oldu Macaristan bas naziri Qyula Qombosun 20 oktyabr 1933 cu ilde bas tutan ve bes gun davam eden Turkiye seferi boyunca mehmandar olaraq xidmet eden Ismayil Haqqi bey bu vezifesinin ardindan Moskva sefirliyinde mudur teyin olundu Bu vezifede iken uzun illerdir surgun heyati yasayan ve en son 5 yasinda iken gorduyu qizi Humeyra xanim Sultani gizli yollarla Moskvaya getirdi Ancaq kecmis xanimi Ulviye Sultan o esnada Misirde idi ve qizinin Qahire Moskva istiqametinde tez tez hereket etmesi o donemki kesfiyyatin gozunden qacmadi Neticede cox kecmeden Humeyra xanim Sultan Moskvadan deportasiya edildi Ismayil Haqqi bey ise 19 noyabr 1934 cu ilde Turkiyenin Bolqaristandaki Plovdiv konsulluguna teyin edildi O esnada quvveye minen Soyadi qanunu ile Oktay soyadini aldi Bu vezifede iken atasi Ehmed Tofiq Pasanin 8 oktyabr 1936 ci ilde vefati xeberini aldi ve bundan 7 ay sonra Ankaraya cagirildi Ardindan 24 sentyabr 1938 ci ilde Turkiyenin Italiyadaki Bari konsulluguna teyin edildi Bu vezifede iken siyasi fealiyyeti ile yanasi bezi sexsi problemleriyle de mesgul oldu Qizinin Turkiye vetendasligina qebul edilmesi yolunda yeni prezident ve kecmis doyus yoldasi Ismet Inonuye defelerle muraciet etse de bu muracietleri bir netice vermedi Nehayet TBMM nin 5 iyul 1939 cu ilde qebul etdiyi 3662 sayli qanunla qizinin Turkiye Cumhuriyyeti vetendasi olmasini temin etdi Yegane ovladi Humeyra Ozbas Barideki fealiyyetinin ardindan 28 iyun 1940 ci ilde geri cagirilan Isamyil Haqqi Oktay cox kecmeden 17 sentyabr 1940 ci ilde Iraqdaki Besre konsulluguna daha sonra ise 20 avqust 1943 cu ilde Avstriyadaki Vyana konsulluguna teyin olundu Ancaq davam eden Ikinci Dunya Muharibesi sebebile diger diplomatlarla birlikde 20 sentyabr 1944 cu ilde once Polsaya 25 aprel 1945 ci ilde ise Turkiyeye qayitdi Ismayil Haqqi Oktayin son diplomatik vezifesi ise 29 mart 1946 ci ilde teyin edildiyi Yunanistandaki Pirey konsullugu oldu Burada bir illik fealiyyetinin ardindan 13 iyul 1947 ci ilde teqaude ayrilan Ismayil Haqqi Oktay 11 oktyabr 1977 cii ilde Istanbulda vefat etdi Cenazesi Edirneqapi sehidliyine defn olundu AilesiIlk evliliyi Sultan Vahideddinin boyuk qizi Ulviye Sultanla 19 avqust 1916 ci ilde bas tutdu ve bu nigahdan bir qizi dunyaya geldi Ancaq onun Milli Mubarize Herekatina qatilmasinin ardindan Sultan Vahideddinin emriyle cutluk 19 sentyabr 1922 ci ilde bosandi Humeyra xanim Sultan Ozbas Ikinci evliliyi ise 19 dekabr 1925 ci ilde ozunden 16 yas kicik Ferxunde xanimla 1897 22 oktyabr 1991 bas tutdu Ferxunde xanim vaxtile Sultan Ebdluhemidin yaveri olan Eli Qirat Pasanin en kicik qizi idi Eyni zamanda gelecekde Turkiye Cumhuriyyeti bas naziri olan Bulent Ecevitin anasi Nazli xanimin da xalasi idi Ancaq cutluyun bu nigahdan ovladi olmamisdir IstinadlarIsmail Hakki Okday Faceted Application of Subject Terminology Ismail Hakki Tevfik Okday CONOR BG Orhan Kologlu Son Sadrazam Milli Mucadele Taraftari Ahmet Tevfik Pasa Dogan Kitap Istanbul 2007 s 11 12 Sefik Okday Buyukbabam Son Sadrazam Ahmet Tevfik Pasa Ata Ofset Istanbul 1986 s 13 Sinan Yildirim Asakir i Mansure i Muhammediyye Ordusu ndan Gunumuze Rutbe Terfi Sistemi T C Harp Akademileri Stratejik Arastirmalar Enstitusu Strateji ve Stratejik Arastirmalar Ana Bilim Dali Harp Tarihi ve Strateji Programi Yuksek Lisans Tezi Istanbul 2016 s 56 61 Balkan Harbi Kronolojisi Genelkurmay Askeri Tarih ve Stratejik Etut Baskanligi Yayinlari Ankara 1999 s 9 Balkan Savasi na Katilan Komutanlarin Yasam Oykuleri Genelkurmay Askeri Tarih ve Stratejik Etut Baskanligi Yayinlari Ankara 2004 s 63 66 Balkan Harbi nde Yanya Savunmasi ve Esat Pasa Genelkurmay Basimevi Ankara 1983 s 32 Kemal Ari Birinci Dunya Savasi Kronolojisi Genelkurmay Askeri Tarih ve Stratejik Etut Baskanligi Yayinlari Ankara 1997 s 18 Falih Rifki Atay Ataturk un Bana Anlattiklari Yeni Gun Haber Ajansi Basin ve Yayincilik AS Istanbul 1998 s 140 142 Umit Ozkan Milli Mucadele de Kirim Turkler 1919 1922 Gece Kitapligi Ankara 2022 s 138 Ekrem Baydar Mustafa Kemal in Gizli Teskilati Haz Sami Karaoren Destek Yayinevi Istanbul 2010 Ekrem Baydar Ataturk un Emniyet Muduru Haz Orhan Erinc Destek Yayinevi Istanbul 2010 Turk Istiklal Harbi II Cilt Bati Cephesi 6 Kisim 1 Kitap Buyuk Taarruza Hazirlik ve Buyuk Taarruz Genelkurmay Basimevi Ankara 1994 s 131 132 Turk Istiklal Harbi II Cilt 6 Kisim 3 Kitap Buyuk Taarruz da Takip Harekati 31 Agustos 18 Eylul 1922 Genelkurmay Basimevi Ankara 995 s 77 78 Yasemin Zahide Erol Sehbender Raporlarina Gore Osmanli Bulgaristan Ticari Iliskileri 1910 1914 Tarih Arastirmalari Dergisi C 34 S 57 2015 s 224 226 Libya dan Uskudar a Bir Padisah Yaveri Ali Kirat Pasa 1840 1903 ve Ailesi Arxivlesdirilib 2024 06 01 at the Wayback Machine Orhan Murat Colak Istanbul 2007 ISBN 978 9944 5807 3 1MenbeBir Asker ve Diplomat Olarak Ismail Hakki Okday Umit Ozkan Ataturk Arastirma Merkezi Dergisi 2024 Bal Ridvan Turk Kara Kuvvetlerinde Suvari Birlikleri 1920 1965 Ankara Universitesi Turk Inkilap Tarihi Enstitusu Ankara 2006 Bostan Zeynep Modern Osmanli Hariciyesinin Insasi ve II Abdulhamit Doneminde Diplomasi Istanbul Universitesi Sosyal Bilimler Enstitusu Yayimlanmamis Doktora Tezi Istanbul 2019 Libya dan Uskudar a Bir Padisah Yaveri Ali Kirat Pasa 1840 1903 ve Ailesi Orhan Murat Colak Istanbul 2007 ISBN 978 9944 5807 3 1