İkinci Məşrutiyyət — Osmanlı Konstitusiyasının 29 il fasilədən sonra, 23 iyun 1908-ci ildə yenidən elan edilməsiylə başlayan və "Məbuslar Məclisi"nin Sultan Vahidəddin tərəfindən 11 aprel 1920-ci ildə ləğv edilməsi ilə sona çatan dövrü əhatə edir. Bu dövr parlament sistemi, seçki, siyasi partiya, hərbi çevriliş və diktarorluğa şahidlik etmişdi. İki böyük müharibə (Balkan müharibələri və I Dünya Müharibəsi) və İmperiyanın dağılması da bu dövrdə baş vermişdi.
Birinci Məşrutiyyət rəsmi olaraq sona çatmadığından və konstitusiya dəyişmədiyindən, bəzi tarixçilər bu dövrü vahid Məşrutiyyət dövrünün ikinci hissəsi adlandırırlar.
Bərpaolunma
İkinci Məşrutiyyətin elanından dərhal sonra seçkilər keçirildi. Seçkilərdə əsas iki partiya, İttihad və Tərəqqi ilə liberal yönlü Əhrar Firqəsi idi. Seçkini ittihadçılar qazandı. Seçkinin ardından yaranan yeni Məclis-i Məbusan 17 dekabr 1908-ci ildə fəaliyyətə başladı.
Osmanlı İmperiyasının son dövrünə öz damğasını vuran əsas ünsürlərdən olan İkinci Məşrutiyyət, həm də Türkiyə Cümhuriyyətinin quruluş illərinə də güclü təsir etmişdir.
Birinci dövr, 1908
Bu zaman ölkəni pərdə arxasından idarə edən İttihad və Tərəqqi rəhbərliyinə qarşı bəzi çevrələrdə qeyri-məmnunluq getdikcə artdı. 6 aprel 1909 günü müxalif jurnalist bir İttihad və Tərəqqi fədaisi tərəfindən öldürülməsi İstanbulda böyük etirazlara yol açdı. Sonda 13 aprel 1909-cu ildə hərbi birliklərin və mədrəsə şagirdlərinin qatıldığı qiyam başladı; bəzi zabitlər və millət vəkilləri linç edildi və ittihadçı kimi tanınan qəzetlər talan edildi. Köhnə təqvimlə yeni təqvim arasındakı 13 günlük fərqə görə 31 mart hadisəsi kimi anılan bu qiyam, Selanikdən gələn Hərəkət Ordusu tərəfindən 24 apreldə yatırdıldı. 27 apreldə məclis yenidən toplandı və II Əbdülhəmidi bu qiyamda məsul şəxs kimi görərək taxtdan endirilməsinə və yaşlı şahzadə Mehmed Rəşad Əfəndinin V Mehmed adı ilə onun yerinə keçirilməsinə qərar verdi.
8 avqust 1909-cu ildə Qanun-i Əsasidə edilən bir sıra köklü dəyişikliklərlə padşahın səlahiyyətləri "simvolik" bir səviyyəyə endirildi. Artıq vəkillər heyəti (nazirlər şurası) məclisə görə məsuliyyət daşıyırdı. Məclisdən etimad votumu almayan vəkillərin və hökumətin vəzifəsi sona çatırdı. Spikeri padşah deyil, məclis özü seçirdi. Padşaha məclisi buraxma səlahiyyəti verilirdi, bununla yanaşı bu səlahiyyət müəyyən şəraitə bağlı idi və üç ay ərzində yeni seçkilərin həyata keçirilməsi məcbur idi. Bu dəyişikliklərlə ilk dəfə parlament sistemi tətbiq olunmağa başlandı. Sərbəst toplaşma hüququ kimi fundamental hüquq və azadlıqların bəziləri konstitusiyaya əlavə edildi.
Ancaq II Əbdülhəmid həm Məşrutiyyətə sahib çıxan xalq kütlələri, həm də ordudakı zabitlər tərəfindən devrildi. Bundan sonrakı müddətdə Osmanlıda padşahlıq sadəcə simvolik xarakter daşıyırdı.
Hüseyn Hilmi Paşa (may 1909 — yanvar 1910), İbrahim Haqqı Paşa (yanvar- sentyabr 1910) və Mehmed Səid Paşa (sentyabr 1910 — iyun 1912) zamanında İttihad və Tərəqqi rəsmi olaraq vəzifəsi olmamaqla yanaşı, həqiqətən ölkə siyasətinin hərəkərverici qüvvəsi oldu.
İkinci dövr, 1912
1912-ci il seçkiləri İttihad və Tərəqqinin iqtidarı altında reallaşdı. İyun ayında Albaniya üsyanının başlaması və Balkanlardakı siyasi vəziyyətin pisləşməsi ilə yaranan Halaskar Zabitan (Xilaskar Zabitlər), 16 iyunda bir memorandum ilə İttihad və Tərəqqi tərəfdarı Mehmed Səid Paşa hökumətini istefaya göndərdi. Əhməd Muxtar Paşa rəhbərliyi zamanı partiya hökuməti quruldu. Millət vəkili seçkiləri etibarsız hesab edilərək yenidən keçirildi. Bir müddət sonra Əhməd Muxtar Paşanın istefasıyla aşkar şəkildə İttihada qarşı olan Kamil Paşa hökuməti quruldu.
8 oktyabr 1912-ci ildə başlayan Balkan müharibəsi qısa zamanda bir fəlakətə çevrildi. Bir-birinin ardınca Albaniya, Makedoniya, Selanik və Qərbi Frakiya itirildi.
Bab-ı Ali Basqını, 1913
Əsas maddə: Bab-ı Ali Basqını
23 yanvar 1913-cü ildə Ənvər Bəyin rəhbərliyi ilə bir qrup İttihad və Tərəqqi fədaisi tərəfindən Bab-ı Alidə keçirilən Nazirlər Şurasının iclası basıldı. Tarixdə Bab-ı Ali basqını adıyla anılan bu hərbi çevrilişdə Hərbi Nazir Nazım Paşa davada öldürüldü, baş nazir Kamil Paşa silah təhdidi ilə istefaya göndərildi. Erkan-ı Harbiye Rəisi (heyət başçısı) Mahmud Şövkət Paşa sədrəzəm elan olundu.
Bab-ı Ali basqınının ictimaiyyətə təqdim edilən əsaslandırılması bu olduki, məqsəd Bolqarıstan mühasirəsində olan Ədirnənin azad edilməsi idi. Buna baxmayaraq, 30 mayda imzalanan London müqaviləsi ilə Ədirnə Bolqarıstana verildi. Lakin Balkan dövlətləri öz aralarında anlaşa bilmədilər və bunu fürsət bilən rəhbərlik Ədirnəni geri aldı və yeni sərhəd Maritsa çayı təyin olundu.
11 iyunda sədrəzəm Mahmud Şövkət Paşa avtomobilinin içində sui-qəsd nəticəsində öldürüldü. Bu hadisə səbəbindən tədbirlər sərtləşdirildi və ölkə idarəetməsi repressiv bir mərhələyə keçdi. Mahmud Şövkət Paşa cinayəti ilə əlaqədar 15 adam edam edildi, bir çox yazıçı və aydın Sinop qalasına sürgün olundu. Səid Həlim Paşanın sədrəzəmliyi altında ölkə Tələt Paşa, Ənvər Paşa və Camal Paşadan ibarət bir üçlük tərəfindən idarə edildi. Osmanlı Dövləti I Dünya Müharibəsinə Almaniya tərəfdən qatıldı. İttihad və Tərəqqi rəhbərliyi bu zaman bir çox cəbhələrdə itirilən torpaqların geri alınması üçün cəhd etmiş, ancaq etdikləri ilə də daha çox torpaq itkisinə səbəb olmuşdular.
Üçüncü dövr, 1914–1918
I Dünya Müharibəsindəki məğlubiyyətdən sonra, İkinci Məşrutiyyətin altı il davam edən üçüncü Məclis-i Məbusanı 21 dekabr 1918-ci ildə ləğv edildi.
Dördüncü dövr, yanvar 1920
Lakin, ölkənin düşdüyü işğal vəziyyətinə uyğun olaraq Konstitusiyanın əmri ilə yeni seçkilər təqribən bir il müddətinə keçirilmədi. Ərəb vilayətlərinin qatılmadığı bir seçki, torpaq itkisinin rəsmi olaraq qəbulu demək idi. Bundan başqa, yeni məclisə İttihad və Tərəqqi tərəfdarlarının girməsindən də ehtiyat edilirdi. Ancaq partiya özünü ləğv etmiş və İngilis təzyiqləri ilə üst səviyyə idarə heyəti ölkəni tərk etmişdi.
Sivas Konqresinin seçki keçirilməsində israrı ilə istefa edən Kürəkən Fərid Paşa kabineti yerinə 2 oktyabr 1919-cu ildə qurulan sədrəzəm Əli Rza Paşa hökuməti həmin gün seçki qərarı verdi. Bu seçkilər Anadoluda başlayan azadlıq hərəkatı, İstanbul rəhbərliyi və işğalçı dövlətlər tərəfindən istənilirdi. İşğalçı dövlətlər istədikləri qərarları qəbul elətdirmək, İstanbul rəhbərliyinin etdiklərinə qanunilik qazandırmaq, Anadolu hərəkatında isə milli mübarizə üçün daha çox qüvvə tapmaq üçün seçkiləri istəyirdilər. Dekabr ayında keçirilən seçkilərə İstanbul xaricində hər yerdən sadəcə Müdafaa-i Hüquq tərəfdarları üzvlər seçildi. Mustafa Kamal Paşa iki ayrı bölgədən seçildiyi halda, İstanbulda yığılan məclisə güvənlik səbəbindən qatılmadı.
Tasfiye, aprel 1920
11 apreldə padşah Mehmed Vahidəddin məsclisi rəsmən ləğv elədi. Bu tarixdən Osmanlı Dövlətinin həqiqətən tarixə qovuşduğu 1 noyabr 1922-ci ilə qədər Osmanlı hökuməti yalnız kağız üzərində mövcud idi.
Həmçinin bax
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ikinci Mesrutiyyet Osmanli Konstitusiyasinin 29 il fasileden sonra 23 iyun 1908 ci ilde yeniden elan edilmesiyle baslayan ve Mebuslar Meclisi nin Sultan Vahideddin terefinden 11 aprel 1920 ci ilde legv edilmesi ile sona catan dovru ehate edir Bu dovr parlament sistemi secki siyasi partiya herbi cevrilis ve diktarorluga sahidlik etmisdi Iki boyuk muharibe Balkan muharibeleri ve I Dunya Muharibesi ve Imperiyanin dagilmasi da bu dovrde bas vermisdi Birinci Mesrutiyyet resmi olaraq sona catmadigindan ve konstitusiya deyismediyinden bezi tarixciler bu dovru vahid Mesrutiyyet dovrunun ikinci hissesi adlandirirlar BerpaolunmaIkinci Mesrutiyyetin elanindan derhal sonra seckiler kecirildi Seckilerde esas iki partiya Ittihad ve Tereqqi ile liberal yonlu Ehrar Firqesi idi Seckini ittihadcilar qazandi Seckinin ardindan yaranan yeni Meclis i Mebusan 17 dekabr 1908 ci ilde fealiyyete basladi Osmanli Imperiyasinin son dovrune oz damgasini vuran esas unsurlerden olan Ikinci Mesrutiyyet hem de Turkiye Cumhuriyyetinin qurulus illerine de guclu tesir etmisdir Birinci dovr 1908Bu zaman olkeni perde arxasindan idare eden Ittihad ve Tereqqi rehberliyine qarsi bezi cevrelerde qeyri memnunluq getdikce artdi 6 aprel 1909 gunu muxalif jurnalist bir Ittihad ve Tereqqi fedaisi terefinden oldurulmesi Istanbulda boyuk etirazlara yol acdi Sonda 13 aprel 1909 cu ilde herbi birliklerin ve medrese sagirdlerinin qatildigi qiyam basladi bezi zabitler ve millet vekilleri linc edildi ve ittihadci kimi taninan qezetler talan edildi Kohne teqvimle yeni teqvim arasindaki 13 gunluk ferqe gore 31 mart hadisesi kimi anilan bu qiyam Selanikden gelen Hereket Ordusu terefinden 24 aprelde yatirdildi 27 aprelde meclis yeniden toplandi ve II Ebdulhemidi bu qiyamda mesul sexs kimi gorerek taxtdan endirilmesine ve yasli sahzade Mehmed Resad Efendinin V Mehmed adi ile onun yerine kecirilmesine qerar verdi 8 avqust 1909 cu ilde Qanun i Esaside edilen bir sira koklu deyisikliklerle padsahin selahiyyetleri simvolik bir seviyyeye endirildi Artiq vekiller heyeti nazirler surasi meclise gore mesuliyyet dasiyirdi Meclisden etimad votumu almayan vekillerin ve hokumetin vezifesi sona catirdi Spikeri padsah deyil meclis ozu secirdi Padsaha meclisi buraxma selahiyyeti verilirdi bununla yanasi bu selahiyyet mueyyen seraite bagli idi ve uc ay erzinde yeni seckilerin heyata kecirilmesi mecbur idi Bu deyisikliklerle ilk defe parlament sistemi tetbiq olunmaga baslandi Serbest toplasma huququ kimi fundamental huquq ve azadliqlarin bezileri konstitusiyaya elave edildi Ancaq II Ebdulhemid hem Mesrutiyyete sahib cixan xalq kutleleri hem de ordudaki zabitler terefinden devrildi Bundan sonraki muddetde Osmanlida padsahliq sadece simvolik xarakter dasiyirdi Huseyn Hilmi Pasa may 1909 yanvar 1910 Ibrahim Haqqi Pasa yanvar sentyabr 1910 ve Mehmed Seid Pasa sentyabr 1910 iyun 1912 zamaninda Ittihad ve Tereqqi resmi olaraq vezifesi olmamaqla yanasi heqiqeten olke siyasetinin herekerverici quvvesi oldu Ikinci dovr 19121912 ci il seckileri Ittihad ve Tereqqinin iqtidari altinda reallasdi Iyun ayinda Albaniya usyaninin baslamasi ve Balkanlardaki siyasi veziyyetin pislesmesi ile yaranan Halaskar Zabitan Xilaskar Zabitler 16 iyunda bir memorandum ile Ittihad ve Tereqqi terefdari Mehmed Seid Pasa hokumetini istefaya gonderdi Ehmed Muxtar Pasa rehberliyi zamani partiya hokumeti quruldu Millet vekili seckileri etibarsiz hesab edilerek yeniden kecirildi Bir muddet sonra Ehmed Muxtar Pasanin istefasiyla askar sekilde Ittihada qarsi olan Kamil Pasa hokumeti quruldu 8 oktyabr 1912 ci ilde baslayan Balkan muharibesi qisa zamanda bir felakete cevrildi Bir birinin ardinca Albaniya Makedoniya Selanik ve Qerbi Frakiya itirildi Bab i Ali Basqini 1913 Esas madde Bab i Ali Basqini 23 yanvar 1913 cu ilde Enver Beyin rehberliyi ile bir qrup Ittihad ve Tereqqi fedaisi terefinden Bab i Alide kecirilen Nazirler Surasinin iclasi basildi Tarixde Bab i Ali basqini adiyla anilan bu herbi cevrilisde Herbi Nazir Nazim Pasa davada olduruldu bas nazir Kamil Pasa silah tehdidi ile istefaya gonderildi Erkan i Harbiye Reisi heyet bascisi Mahmud Sovket Pasa sedrezem elan olundu Bab i Ali basqininin ictimaiyyete teqdim edilen esaslandirilmasi bu olduki meqsed Bolqaristan muhasiresinde olan Edirnenin azad edilmesi idi Buna baxmayaraq 30 mayda imzalanan London muqavilesi ile Edirne Bolqaristana verildi Lakin Balkan dovletleri oz aralarinda anlasa bilmediler ve bunu furset bilen rehberlik Edirneni geri aldi ve yeni serhed Maritsa cayi teyin olundu 11 iyunda sedrezem Mahmud Sovket Pasa avtomobilinin icinde sui qesd neticesinde olduruldu Bu hadise sebebinden tedbirler sertlesdirildi ve olke idareetmesi repressiv bir merheleye kecdi Mahmud Sovket Pasa cinayeti ile elaqedar 15 adam edam edildi bir cox yazici ve aydin Sinop qalasina surgun olundu Seid Helim Pasanin sedrezemliyi altinda olke Telet Pasa Enver Pasa ve Camal Pasadan ibaret bir ucluk terefinden idare edildi Osmanli Dovleti I Dunya Muharibesine Almaniya terefden qatildi Ittihad ve Tereqqi rehberliyi bu zaman bir cox cebhelerde itirilen torpaqlarin geri alinmasi ucun cehd etmis ancaq etdikleri ile de daha cox torpaq itkisine sebeb olmusdular Ucuncu dovr 1914 1918I Dunya Muharibesindeki meglubiyyetden sonra Ikinci Mesrutiyyetin alti il davam eden ucuncu Meclis i Mebusani 21 dekabr 1918 ci ilde legv edildi Dorduncu dovr yanvar 1920Lakin olkenin dusduyu isgal veziyyetine uygun olaraq Konstitusiyanin emri ile yeni seckiler teqriben bir il muddetine kecirilmedi Ereb vilayetlerinin qatilmadigi bir secki torpaq itkisinin resmi olaraq qebulu demek idi Bundan basqa yeni meclise Ittihad ve Tereqqi terefdarlarinin girmesinden de ehtiyat edilirdi Ancaq partiya ozunu legv etmis ve Ingilis tezyiqleri ile ust seviyye idare heyeti olkeni terk etmisdi Sivas Konqresinin secki kecirilmesinde israri ile istefa eden Kureken Ferid Pasa kabineti yerine 2 oktyabr 1919 cu ilde qurulan sedrezem Eli Rza Pasa hokumeti hemin gun secki qerari verdi Bu seckiler Anadoluda baslayan azadliq herekati Istanbul rehberliyi ve isgalci dovletler terefinden istenilirdi Isgalci dovletler istedikleri qerarlari qebul eletdirmek Istanbul rehberliyinin etdiklerine qanunilik qazandirmaq Anadolu herekatinda ise milli mubarize ucun daha cox quvve tapmaq ucun seckileri isteyirdiler Dekabr ayinda kecirilen seckilere Istanbul xaricinde her yerden sadece Mudafaa i Huquq terefdarlari uzvler secildi Mustafa Kamal Pasa iki ayri bolgeden secildiyi halda Istanbulda yigilan meclise guvenlik sebebinden qatilmadi Tasfiye aprel 192011 aprelde padsah Mehmed Vahideddin mesclisi resmen legv eledi Bu tarixden Osmanli Dovletinin heqiqeten tarixe qovusdugu 1 noyabr 1922 ci ile qeder Osmanli hokumeti yalniz kagiz uzerinde movcud idi Hemcinin baxIstinadlar turk turkiyeegitim com 04 dekabr 2008 2021 06 18 tarixinde orijinalindan arxivlesdirilib Mete Tuncay II Mesrutiyet in Ilk Yili 23 Temmuz 1908 23 Temmuz 1909 1 Yapi Kredi Yayinlari 2018 496 ISBN 9750841439 Cem Uzun Resmi Tarih Tartismalari Ozgur Universite Yayinlari 2005