İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir.
Birinci mərhələdə İndeks Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr (cəmi 37 ölkə) üçün hesablanmışdır.
İndeks haqqında
Hansı siyasi-iqtisadi məfkurəni rəhbər tutmalarından asılı olmayaraq, bütün dövlətlər və siyasi qruplar ictimai rifahın yüksəlməsini özlərinin son məqsədi elan edirlər. Solçu siyasi-iqtisadi məfkurəyə görə, həmin məqsədə çatmağın ən "qısa" və düzgün yolu dövlətin fəal tənzimləmə tədbirləri həyata keçirməsindən, sağçı məfkurəyə görə isə, iqtisadiyyatın "sərbəst buraxılması"ndan keçir. Bu iki fəlsəfə (solçuluq və sağçılıq) arasındakı rəqabət müasir dünyada siyasi-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindəndir.
Dövlətin iqtisadiyyata müdaxilə formaları arasında modelyaradıcı müdaxilə formalarını ayrıca təsnifləşdirilir. Bunlar elə müdaxilə formalarıdır ki:
- iqtisadi modellər, ilk növbədə, belə müdaxilələrin səviyyəsinə görə fərqlənir. Məsələn, daxili bazarın qorunması məqsədilə idxalın məhdudlaşdırılması xarici ticarət rejiminin liberallıq səviyyəsini və dolayısı ilə həm də iqtisadi sistemin ümumi liberallıq səviyyəsini aşağı salır. Bu o deməkdir ki, xarici ticarətin tənzimlənməsi modelyaradıcı müdaxilədir. Maliyyə bazarında dövlətin həyata keçirdiyi valyuta intervensiyaları isə iqtisadiyyata liberallıq və ya inzibatilik xüsusiyyətləri vermir və deməli, modelyaradıcı müdaxilə deyil;
- ikiqütblüdür. Məsələn, xarici ticarətin tənzimlənməsi qarşısında dayanan və mahiyyətcə bir-birinə əks olan hədəflərin hər ikisi – idxalın sərbəstliyi və daxili bazarın qorunması – "yaşamaq haqqına" sahibdir. Bunlar cəmi vahidə bərabər olan toplananlardır (biri artdıqda digəri azalır). Eyni zamanda eyni məhsul və xidmətlər üzrə (yaxud bütövlükdə ölkə üzrə) həm idxalın sərbəstliyini yüksəltmək, həm də daxili bazarın qorunmasını gücləndirmək mümkün deyil;
- siyasi rəqabət predmetinə çevrilir. Məsələn, solçular üçün daxili bazarın qorunması, sağçılar üçünsə xarici ticarətin liberallığı, bir qayda olaraq, daha yüksək prioritetdir.
Solçuluq və sağçılıq təkcə dünyagörüşlərini deyil, real iqtisadiyyatları da səciyyələndirir. Hər konkret zaman kəsiyində hər bir ölkənin iqtisadiyyatı dövlətin ona müdaxiləsinin modelyaradıcı formalarının səviyyəsindən asılı olaraq solluq və ya sağlıq əlamətləri alır. Belə formalarda dövlətin iqtisadiyyata müdaxiləsi nə qədər yuksəkdirsə, iqtisadiyyat bir o qədər daha soldadır və əksinə, nə qədər aşağıdırsa, bir o qədər daha sağdadır.
İqtisadiyyatın solluğu-sağlığı ölçüyəgələndir və İS(S)İ vasitəsilə ölçülə bilər. Hər bir konkret ölkə (və ya ölkələr qrupu) üçün İS(S)İ bunu ifadə edir ki, onun iqtisadiyyatı hansısa başqa bir ölkənin (ölkələrin) iqtisadiyyatına nəzərən daha solçu, digərinin (digərlərinin) iqtisadiyyatına nəzərən daha sağçı iqtisadiyyatdır. İndeks həm də iqtisadiyyatın solluq-sağlıq dərəcəsini ölçür, yəni onu qiymətləndirməyə imkan verir ki, "A" ölkəsinin iqtisadiyyatı "B" ölkəsinin iqtisadiyyatına nisbətənnə qədər solda və ya sağdadır.
İqtisadiyyatın solluğu (sağlığı) indeksinin bütün dövlətlər üçün optimal sayıla biləcək bir qiyməti mövcud deyil. Liberal və dirijist iqtisadiyyatlara sahib olan müxtəlif dövlətlər istər iqtisadi inkişaf sahəsində, istərsə də sosial rifahın yüksəldilməsi sahəsində eyni dərəcədə uğur qazana bilir. Bir ölkəyə sağçılıq uğur gətirirsə, digərinin müvəffəqiyyətə doğru yolu solçuluqdan keçir. Üstəlik, İndeksin optimallıq sərhədləri həm də zaman içində dəyişir. Lakin bu və ya digər ölkədə İndeksin optimallığa nə dərəcədə yaxın olduğunu indikativ metodla, ilk növbədə iqtisadi artım tempi əsasında müəyyənləşdirmək mümkündür. İndikativ üsulla iqtisadiyyatın ayrı-ayrı sahələrinin solluq-sağlıq optimallığı da qiymətləndirilə bilər. Ölkə öz iqtisadiyyatının hansısa sahəsində idarəetməni liberallaşdırdıqda (və ya sərt tənzimləmə tədbirləri həyata keçirdikdə) onun inkişaf tempi digər sahələrlə müqayisədə yüksəlirsə, deməli, bu tədbirlər düzgün seçilmişdir və davam etdirilməlidir. Bununla belə, İqtisadiyyat İnstitutunun bəzi mütəxəssisləri hesab edirlər ki, hər bir ölkə üzrə İS(S)İ-nin ayrı-ayrı sub-indekslərinin optimallıq səviyyəsini (həndəsi ifadədə – "optimallıq sahəsini") nəzəri üsullarla da müəyyənləşdirmək mümkündür. Bunun üçün çoxmeyarlı riyazi modellər qurulmalıdır. Ayrı-ayrı ölkələrdə İS(S)İ-nin hər hansı konkret zaman kəsiyində (məsələn, illər üzrə) dəyişmələrinin təhlili iqtisadiyyatın liberallaşmasının (sağlaşmasının), yaxud dirijistləşməsinin (sollaşmasının) yaratdığı makroiqtisadi və sosial-iqtisadi nəticələri qiymətləndirməyə imkan verir. Bu, həmin ölkələr üçün optimal liberallıq həddinin müəyyənləşdirilməsinə (optimal inkişaf modelinin seçilməsinə) imkan verə bilər. Bu yöndə tədqiqatlar davam etməkdədir.
Metodologiya
İqtisadiyyatın solluğu (sağlığı) indeksi, onun bütün sub-indeksləri və bunların alt-indeksləri 0–1 aralığında dəyişir. "0" – iqtisadiyyatın "mütləq sağlığını" (dövlətin iqtisadiyyata heç bir müdaxilə etməməsini), "1" – "mütləq solluğunu" (iqtisadiyyatın tamamən dövlət tərəfindən tənzimlənməsini) göstərir. Bütün göstəricilər 0–1 aralığına (Vi — Vmin) / (Vmax — Vmin) düsturu ilə gətirilmiş və bəzi hallarda 1-dən çıxılmışdır.
2015-ci il üçün İqtisadiyyatın solluğu (sağlığı) indeksi aşağıdakı altı sub-indeks əsasında hesablanmışdır (2014-cü ilin İndeksləri iki variantda hesablanmış, birinci varianta Sosial xərclər sub-indeksi də daxil edilmişdi):
- Dövlət maliyyəsi sub-indeksi (DM),
- Qiymətlərin tənzimlənməsi sub-indeksi (QT),
- Xarici ticarət sub-indeksi (XT),
- Lisenziyalaşdırma sub-indeksi (L),
- Məşğulluğun tənzimlənməsi sub-indeksi (MT)
- Minimum əmək haqqı sub-indeksi (MƏH)
İqtisadiyyatın solluğu (sağlığı) indeksi, onun bütün sub-indeksləri və bunların alt-indeksləri 0–1 aralığında dəyişir. "0" – iqtisadiyyatın "mütlə́q sağlığını" (dövlətin iqtisadiyyata heç bir müdaxilə etməməsini), "1" – "mütlə́q solluğunu" (iqtisadiyyatın bütünlükdə dövlət tərəfindən idarə edilməsini) göstərir. Xarici ticarət sub-indeksinin hər üç alt-indeksi və Məşğulluğun tənzimlənməsi sub-indeksinin Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi istisna olmaqla, bütün göstəricilər 0–1 aralığına (Vi — Vmin) / (Vmax — Vmin) düsturu ilə gətirilmişdir. Adı çəkilən alt-indekslər isə baza göstəricinin mahiyyətinə uyğun olaraq, (Vi — Vmax) / (Vmin — Vmax) düsturu ilə indeksləşdirilmişdir. Bəzi ölkələrdə iqtisadi tənzimləmənin ayrı-ayrı formaları üzrə (yəni ayrı-ayrı sub-indekslər üzrə) mütlə́q sağlıq və ya mütləq solluq halları olsa da, ümumən, hər hansı bir ölkə iqtisadiyyatının "mütlə́q sağ" və ya "mütləq sol" nöqtəyə düşməsi mümkünsüzdür. Odur ki, bütün ölkələr üzrə İS(S)İ 0 və 1 nöqtələrindən müəyyən kənarlaşmada yerləşir. 2015-ci ildə olduğu kimi, 2016-cı il üzrə hesablamalarda da sub-indeksləri formalaşdıran alt-indekslərin hər biri üzrə mümkün (və ya ehtimal edilən) minimal göstərici "Vmin", mümkün (və ya ehtimal edilən) maksimal göstərici "Vmax" olaraq qəbul edilmişdir. Qiymətlərin tənzimləməsi sub-indeksi istisna olmaqla, digər sub-indekslərin hesablanması metodologiyasında əsaslı dəyişiklik edilməmişdir.
Dövlət maliyyəsi sub-indeksi gəlirlərin vergilər vasitəsilə yenidən bölünməsinin səviyyəsini ifadə edir və öz növbəsində iki alt-indeksin – Büdcə xərcləri alt-indeksinin və Müəssisələrin vergi yükü alt-indeksinin cəbri ortası kimi hesablanmışdır. Büdcə xərcləri alt-indeksi büdcə xərclərinin ÜDM-də faizlə ifadə edilən pay göstəriciləri əsasında hesablanmışdır. Faktik informasiya BVF-in statistik bazasından əldə edilmişdir (ing. World Economic Outlook Database). Vergi yükü alt-indeksi, modelləşdirilmiş özəl şirkətin bir il ərzində ödədiyi vergilərin onun illik mənfəətinə nisbəti göstəricilərinin əsasında sayılmışdır. Statistik məlumatlar Dünya Bankının "Biznes mühiti" hesabatından götürülmüşdür.
Əgər təhlil olunan ölkələr arasında resurs ixracatçıları olmasaydı, büdcə ÜDM-ə nisbəti müəssisələrin vergi yükünü (və ümumiyyətlə vergi yükünü) də adekvat əks etdirərdi. Büdcə vəsaitlərinin mühüm bir qismi neft-qaz fondlarından trasfertlərlə formalaşanda vergi yükü göstəricilərinin ayrıca nəzərə alınmasına ehtiyac yaranır. Bəzi araşdırma mərkəzləri vergi yükünü gəlir və mənfəət vergilərinin yuxarı həddi əsasında hesablayır, lakin yuxarı hədlə vergi ödənməsi əksər ölkələr üçün tipik deyil. Buna görə də Vergi yükü alt-indeksinin hesablanması üçün hipotetik şirkətin vergi yükü göstəricilərindən istifadə olunmuşdur. Nəzəri baxımdan, Dövlət maliyyəsi sub-indeksi gəlir vergisi vasitəsilə yenidən bölünən milli gəliri də əks etdirməlidir, amma bəzi ölkələrdə proporsional, digərlərində isə proqressiv vergi sistemi tətbiq edilir və onları vahid bir ölçüyə gətirmək yanlışdır. Hər iki alt indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.
Qiymətlərin tənzimlənməsi sub-indeksi qiymətlərin nə dərəcədə sərbəst əmələgəlməsini (sağ qütb) və eyni zamanda, dövlətin qiymətlərin formalaşmasına nə dərəcədə müdaxilə etməsini (sol qütb) ifadə edir. Sub-indeksin sıfıra yaxınlaşması qiymətqoymada liberallığın artmasını, birə yaxınlaşması isə qiymət tənzimlənməsinin güclənməsini ifadə edir. 2014-cü və 2015-ci illər üzrə tədqiqatlarda bu Sub-indeks iki alt-indeksin – Qiymət azadlığı alt-indeksinin və Monetar azadlıq alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdı. 2016-cı il hesabatında isə nisbətən daha geniş anlamda həm monetar, həm qeyri-monetar, həm formal, həm də qeyri-formal qiymət tənzimləmələrini özündə əks etdirən alıcılıq qabiliyyəti pariteti (AQP) əmsallarından istifadə olunmuşdur. Hər bir ölkə üçün bu əmsal AQP ilə hesablanmış (beynəlxalq dollarla ifadə olunmuş) ÜDM həcminin cari ABŞ dollar ilə ifadə olunmuş ÜDM həcminə nisbəti kimi müəyyən edilmişdir. Hər iki göstərici sırası BVF-in statistik bazasından götürülmüşdür. AQP əmsalları, ölkələr üzrə qiymətlərin ümumi səviyyəsi ilə ABŞ-dakı qiymət səviyyəsinin müqayisəsini ifadə etməklə, həm də ölkələr arasındakı qiymət səviyyəsi fərqlərini müəyyənləşdirməyə imkan verir. Ölkələr arasında qiymət səviyyəsi fərqlərinin determinantları sırasında monetar qiymət tənzimləməsi (ən ümumi şəkildə iqtisadiyyatın monetizasiya səviyyəsi – milli valyuta ilə pul kütləsinin ÜDM nisbəti) və bəzi strateji məhsullar (məsələn, enerji) üzrə qiymətlərə yuxarı hədd məhdudiyyətlərinin tətbiqi ilk sıralarda dayanır. Hansı ölkələrdə monetizasiya səviyyəsi daha aşağı (bu, monetar qiymət tənzimləməsinin sərtliyini ifadə edir), eyni zamanda dövlət tərəfindən bir sıra məhsullar üçün rəsmi qaydada müəyyən olunmuş "tavan qiymət məhdudiyyətləri" həmin məhsulların real bazar qiymətindən daha aşağıdırsa (bu qeyri-monetar qiymət tənzimləməsinin sərtliyini ifadə edir), həmin ölkələrdə qiymətlərin səviyyəsi daha aşağıdır, başqa ifadə ilə, AQP əmsalı daha yüksəkdir. Bu baxımdan AQP əmsalı qiymət tənzimlənməsinin səviyyəsi üzrə beynəlxalq müqayisələr aparmaq üçün hazırda əlçatan olan göstəricilər arasında mənzərəni nisbətən daha dəqiq ifadə edənidir. AQP əmsallarının indeksləşdirməsi zamanı Vmin = 0,1, Vmax = 10 götürülmüşdür.
Xarici ticarət sub-indeksi xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir. Üç konseptual müddəa üzərində qurulmuşdur. Birincisi, xarici ticarət azadlığını ixracın yox, idxalın sərbəstliyi ilə ölçmək lazımdır. İkincisi, idxalın sərbəstliyi yüksəldikdə daxili bazarın qorunması, bir qayda olaraq, zəifləyir. Üçüncüsü, təbii resurs ixracının iqtisadiyyatda əhəmiyyətli paya malik olduğu ölkələrdə xarici ticarət azadlığını ixrac-idxal əməliyyatlarının mütləq və nisbi həcm göstəriciləri ilə (məsələn, ixrac və idxal həcminin ÜDM-ə nisbəti ilə) ölçmək olmaz. Xarici ticarət sub-indeksi üç alt-indeksin – Xarici ticarət azadlığı alt-indeksinin, İdxalın iqtisadi qiyməti alt-indeksinin və Ticarətin azadlığı alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi Freyzer İnstitutunun eyniadlı göstəriciləri əsasında (Economic Freedom of the World 2016), İdxalın iqtisadi qiyməti alt-indeksi Dünya İqtisadi Forumunun (İsveçrə) "Beynəlxalq ticarətdə iştirak" hesabatının materialları əsasında (ing. World Economic Forum – The Global Enabling Trade Report 2016), Ticarətin azadlığı alt-indeksi isə Heritage Fondu ilə The Wall Street Journal’ın birlikdə hazırladığı "İqtisadi Azadlıq İndeksi" hesabatındakı eyniadlı göstəricilər əsasında (ing. 2016 İndex of Economic Freedom) hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 10, İdxalın iqtisadi qiyməti alt-indeksi üçün Vmin = 0, Vmax = 7, Ticarətin azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür. Alt-indekslərin sayılmasında istifadə olunan statistik mənbələrdə daha yüksək ballar daha məhdud dövlət müdaxiləsini ifadə etdiyinə görə sub-indeksin yekun qiymətləri 1-dən çıxılmaqla hesablanmışdır.
Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil. Ona görə də lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (ing. Doing Business 2016: Dealing with Construction Permits) , bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır. Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin =0, Vmax =100 götürülmüşdür.
Məşğulluğun tənzimlənməsi sub-indeksi indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir.
İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. 2015-ci il hesabatında Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyivə işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında hesablanmış, birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, İşdənçıxarma xərcləri alt-indeksinə isə 0,25 çəkiləri verilmişdi. 2016-cı il hesabatı hazırlanərkən iş vaxtının tənzimlənməsi ilə bağlı məlumatlar əlçatan olmadığından Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi işəgötürmə və işdənçıxarmanın asanlığı (çətinliyi) göstəricisi əsasında hesablanmış, yekun sub-indeksin hesablanmasında isə Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksinə, uyğun olaraq 2/3 və 1/3 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2015-ci il üçün məlumat bazasıdır.
Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ "yaxşıdan pisə" doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə "pis" və "yaxşı" ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir.
Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi üçün Vmin = 0, Vmax = 7, İşdənçıxarma xərcləri alt-indeksi üçün isə Vmin = 0, Vmax = 78 götürülmüşdür. İşdənçıxarma xərcləri alt-indeksinin baza göstəricisi işçinin işdən çıxarılma xərclərinin həmin işçinin neçə həftəlik əmək haqqına bərabər olduğunu ifadə edir. Ölkələr üzrə bu göstəricinin maksimum səviyyəsinin 58,5 olduğunu nəzərə alaraq şərti olaraq 78 həftə (1,5 ildəki həftələrin sayı) bu göstərici üçün maksimum (mütlə́q sol qütb nöqtəsi) kimi qəbul edilmişdir.
Minimum əmək haqqı sub-indeksi dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının adambaşına ÜDM-ə nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosialyönlüyünün güclənməsini ifadə edir.
Minimum əmək haqqının nə qanunvericiliklə, nə də kollektiv müqavilələrlə tənzimlənmədiyi ölkələrin iqtisadiyyatı bu sub-indeksə görə mütlə́q sağ qütbdə (sıfır nöqtəsində) yerləşir. Minimum əmək haqqı yalnız kollektiv müqavilələrlə tənzimləndikdə ölkənin iqtisadiyyatı şərti olaraq 0,050 nöqtəsinə, dövlət tərəfindən, amma məhdud sayda işçilər üçün müəyyənləşdirildikdə isə 0,080 nöqtəsinə qoyulmuşdur.
İllik minimum əmək haqqı üzrə statistik baza Wage Indicator və Minimum-wage saytlarının məlumatlarıdır. Vmin = 0, Vmax = 100 götürülmüşdür.
İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İnteqral indeksin) hesablanması zamanı Dövlət maliyyəsi sub-indeksi digərlərindən fərqləndirilmiş və ona daha böyük xüsusi çəki verilmişdir: İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi.
İS(S)İ ilə bağlı bəzi nəşrlər
- İS(S)İ – 2015: İqtisadiyyatın liberallıq potensialı (Red. – N. Müzəffərli). – Bakı, "Elm və Bilik" nəşriyyatı, 2017.
- Y. Məmmədov. İqtisadyyatın sosialyönlüyünə sağçı və solçu baxışlarla bağlı müasir araşdırma və nəticələr // AMEA-nın Xəbərləri, İqtisadiyyat seriyası, 2015, № 3.
- М.Гюльалиев, Ш.Ибрагимов, Ф.Газиев. Определение уровня государственного вмешательства в аграрный сектор: сравнительный анализ Азербайджана с некоторыми странами // Crossref DOI: 10.18551/rjoas.2016–04.08.
- M. Gulaliyev, N. Ok, F. Musayeva, R. Efendiyev, J. Musayeva, S. Agayeva. Economic liberalization and its impact on human development: A Comparative analysis of Turkey and Azerbaijan // International Journal of Environmental & Science Education, 2016, Volume 11 Issue 17.
- M. Gülalıyev. Dövlət maliyyəsi sub-indeksinin iqtisadi artımla əlaqəsinin qiymətləndirilməsi (Azərbaycan və Gürcüstan üzrə müqayisəli təhlil) // AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" Toplusu, 2016, № 2.
- М.Гюльалиев, С.Абасова. О нижнем и верхнем пределах экономически эффективного государственного вмешательства во внешнюю торговлю // ПОЛИТЭКС (Санкт-Петербургский государственный университет), 2016, том 12, № 3.
- М.Гюльалиев. Оценка зависимости экономического роста от государственных финансов (сравнительный анализ Азербайджана и Грузии) // "Інноваційна економіка" (Украина), 2017, № 1–2.
- M. Gulaliyev, S. Abasova, Sh. Huseynova, R. Azizova, T. Yadigarov. Assessment of Impacts of the State Intervention in Foreign Trade on Economic Growth // Revista Espacios, 2017, No. 51, Vol. 38.
Xarici keçidlər
- NAZİM MÜZƏFFƏRLİ, İQTİSADİYYATIN SOSİALYÖNLÜYÜ SAĞÇI VƏ SOLÇU SİSTEMLƏRDƏ, Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2014,
- M. Gülalıyev, F. Musayeva. Azərbaycan və Türkiyədə iqtisadiyyatın solluq (sağlıq) indeksi (Müqayisəli qiymətləndirmə). // AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" Toplusu, 2015, № 3.
- M. Gülalıyev, F. Musayeva. Iqtisadi liberallaşma və iqtisadiyyatın solluq (sağlıq) indeksi. // AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" Toplusu, 2015, № 4.
- M. Gülalıyev, H. Kərimov. Qloballaşma şəraitində səhiyyə sisteminin liberallaşması. // AMEA-nın Xəbərləri, İqtisadiyyat seriyası, 2015, № 3.
- İQTİSADİ LİBERALLAŞMA VƏ İQTİSADİYYATIN SOLLUQ (SAĞLIQ) İNDEKSİ "ELMİ ƏSƏRLƏR" — № 3–2015 7
- İqtisadyyatın sosialyönlüyünə sağçı və solçu baxışlarla bağlı müasir araşdırma və nəticələr. AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası 2015 (3)
- Mayis Gülalıyev, Xarici Ticarətə Dövlət Müdaxiləsi Dərəcəsi və Onun Makroiqtisadi Təsirləri. Elmi Əsərlər Jurnalı N1–2016
- ÖLKƏVİ NƏTİCƏLƏR — 2014-cü il üzrə
- ОПРЕДЕЛЕНИЕ УРОВНЯ ГОСУДАРСТВЕННОГО ВМЕШАТЕЛЬСТВА В АГРАРНЫЙ СЕКТОР: СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ АЗЕРБАЙДЖАНА С НЕКОТОРЫМИ СТРАНАМИ. RJOAS, 4(52), April 2016
- Solculuk
- Правые (политика)
- Политический спектр
- Индекс (базы данных)
- Индекс
İstinadlar
- "AMEA İqtisadiyyat İnstitutu, İQTISADİYYATIN SOLLUĞU (SAĞLIĞI) İNDEKSİ, İNDEKS HAQQINDA". 2022-01-03 tarixində . İstifadə tarixi: 2017-06-09.
- "World Economic and Financial Surveys World Economic Outlook Database". 2021-10-06 tarixində . İstifadə tarixi: 2018-07-11.
- "Paying Taxes". 2018-09-10 tarixində . İstifadə tarixi: 2017-06-09.
- "Economic Freedom of the World 2016 Annual Report" (PDF). 2021-03-30 tarixində (PDF). İstifadə tarixi: 2018-07-12.
- "The Global Enabling Trade Report 2016" (PDF). 2022-09-01 tarixində (PDF). İstifadə tarixi: 2018-07-22.
- "2016 Index of Economic Freedom" (PDF). 2022-08-09 tarixində (PDF). İstifadə tarixi: 2018-07-22.
- "Dealing with Construction Permits". 2018-09-06 tarixində . İstifadə tarixi: 2017-06-09.
- "The Global Competitiveness Report 2015–2016" (PDF). 2019-05-03 tarixində (PDF). İstifadə tarixi: 2018-07-16.
- "WageIndicator.org". 2022-09-01 tarixində . İstifadə tarixi: 2018-07-17.
- "International Minimum Wage Rates 2018". 2022-09-29 tarixində . İstifadə tarixi: 2018-07-22.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Iqtisadiyyatin sollugu sagligi indeksi IS S I Azerbaycan Milli Elmler Akademiyasi Iqtisadiyyat Institutunun 2014 cu ilden baslayaraq derc etdiyi illik gostericidir Birinci merhelede Indeks Serqi Avropa ve Merkezi Asiya SAMA regionu dovletleri ve bir sira inkisaf etmis olkeler cemi 37 olke ucun hesablanmisdir 2015 ci ilin Hesabatina muxtelif inkisaf seviyyesine malik ve dunyanin ferqli regionlarini ehate eden daha 25 dovlet uzre hesablamalar elave edilmis ve tehlil olunan olkelerin sayi 62 ye catdirilmisdir 2016 ci ilde tedqiq olunan olkelerin sayi 99 a catmisdir Indeks haqqindaHansi siyasi iqtisadi mefkureni rehber tutmalarindan asili olmayaraq butun dovletler ve siyasi qruplar ictimai rifahin yukselmesini ozlerinin son meqsedi elan edirler Solcu siyasi iqtisadi mefkureye gore hemin meqsede catmagin en qisa ve duzgun yolu dovletin feal tenzimleme tedbirleri heyata kecirmesinden sagci mefkureye gore ise iqtisadiyyatin serbest buraxilmasi ndan kecir Bu iki felsefe solculuq ve sagciliq arasindaki reqabet muasir dunyada siyasi iqtisadi inkisafin esas tekanverici quvvelerindendir Dovletin iqtisadiyyata mudaxile formalari arasinda modelyaradici mudaxile formalarini ayrica tesniflesdirilir Bunlar ele mudaxile formalaridir ki iqtisadi modeller ilk novbede bele mudaxilelerin seviyyesine gore ferqlenir Meselen daxili bazarin qorunmasi meqsedile idxalin mehdudlasdirilmasi xarici ticaret rejiminin liberalliq seviyyesini ve dolayisi ile hem de iqtisadi sistemin umumi liberalliq seviyyesini asagi salir Bu o demekdir ki xarici ticaretin tenzimlenmesi modelyaradici mudaxiledir Maliyye bazarinda dovletin heyata kecirdiyi valyuta intervensiyalari ise iqtisadiyyata liberalliq ve ya inzibatilik xususiyyetleri vermir ve demeli modelyaradici mudaxile deyil ikiqutbludur Meselen xarici ticaretin tenzimlenmesi qarsisinda dayanan ve mahiyyetce bir birine eks olan hedeflerin her ikisi idxalin serbestliyi ve daxili bazarin qorunmasi yasamaq haqqina sahibdir Bunlar cemi vahide beraber olan toplananlardir biri artdiqda digeri azalir Eyni zamanda eyni mehsul ve xidmetler uzre yaxud butovlukde olke uzre hem idxalin serbestliyini yukseltmek hem de daxili bazarin qorunmasini guclendirmek mumkun deyil siyasi reqabet predmetine cevrilir Meselen solcular ucun daxili bazarin qorunmasi sagcilar ucunse xarici ticaretin liberalligi bir qayda olaraq daha yuksek prioritetdir Solculuq ve sagciliq tekce dunyagoruslerini deyil real iqtisadiyyatlari da seciyyelendirir Her konkret zaman kesiyinde her bir olkenin iqtisadiyyati dovletin ona mudaxilesinin modelyaradici formalarinin seviyyesinden asili olaraq solluq ve ya sagliq elametleri alir Bele formalarda dovletin iqtisadiyyata mudaxilesi ne qeder yuksekdirse iqtisadiyyat bir o qeder daha soldadir ve eksine ne qeder asagidirsa bir o qeder daha sagdadir Iqtisadiyyatin sollugu sagligi olcuyegelendir ve IS S I vasitesile olcule biler Her bir konkret olke ve ya olkeler qrupu ucun IS S I bunu ifade edir ki onun iqtisadiyyati hansisa basqa bir olkenin olkelerin iqtisadiyyatina nezeren daha solcu digerinin digerlerinin iqtisadiyyatina nezeren daha sagci iqtisadiyyatdir Indeks hem de iqtisadiyyatin solluq sagliq derecesini olcur yeni onu qiymetlendirmeye imkan verir ki A olkesinin iqtisadiyyati B olkesinin iqtisadiyyatina nisbetenne qeder solda ve ya sagdadir Iqtisadiyyatin sollugu sagligi indeksinin butun dovletler ucun optimal sayila bilecek bir qiymeti movcud deyil Liberal ve dirijist iqtisadiyyatlara sahib olan muxtelif dovletler ister iqtisadi inkisaf sahesinde isterse de sosial rifahin yukseldilmesi sahesinde eyni derecede ugur qazana bilir Bir olkeye sagciliq ugur getirirse digerinin muveffeqiyyete dogru yolu solculuqdan kecir Ustelik Indeksin optimalliq serhedleri hem de zaman icinde deyisir Lakin bu ve ya diger olkede Indeksin optimalliga ne derecede yaxin oldugunu indikativ metodla ilk novbede iqtisadi artim tempi esasinda mueyyenlesdirmek mumkundur Indikativ usulla iqtisadiyyatin ayri ayri sahelerinin solluq sagliq optimalligi da qiymetlendirile biler Olke oz iqtisadiyyatinin hansisa sahesinde idareetmeni liberallasdirdiqda ve ya sert tenzimleme tedbirleri heyata kecirdikde onun inkisaf tempi diger sahelerle muqayisede yukselirse demeli bu tedbirler duzgun secilmisdir ve davam etdirilmelidir Bununla bele Iqtisadiyyat Institutunun bezi mutexessisleri hesab edirler ki her bir olke uzre IS S I nin ayri ayri sub indekslerinin optimalliq seviyyesini hendesi ifadede optimalliq sahesini nezeri usullarla da mueyyenlesdirmek mumkundur Bunun ucun coxmeyarli riyazi modeller qurulmalidir Ayri ayri olkelerde IS S I nin her hansi konkret zaman kesiyinde meselen iller uzre deyismelerinin tehlili iqtisadiyyatin liberallasmasinin saglasmasinin yaxud dirijistlesmesinin sollasmasinin yaratdigi makroiqtisadi ve sosial iqtisadi neticeleri qiymetlendirmeye imkan verir Bu hemin olkeler ucun optimal liberalliq heddinin mueyyenlesdirilmesine optimal inkisaf modelinin secilmesine imkan vere biler Bu yonde tedqiqatlar davam etmekdedir MetodologiyaIqtisadiyyatin sollugu sagligi indeksi onun butun sub indeksleri ve bunlarin alt indeksleri 0 1 araliginda deyisir 0 iqtisadiyyatin mutleq sagligini dovletin iqtisadiyyata hec bir mudaxile etmemesini 1 mutleq sollugunu iqtisadiyyatin tamamen dovlet terefinden tenzimlenmesini gosterir Butun gostericiler 0 1 araligina Vi Vmin Vmax Vmin dusturu ile getirilmis ve bezi hallarda 1 den cixilmisdir 2015 ci il ucun Iqtisadiyyatin sollugu sagligi indeksi asagidaki alti sub indeks esasinda hesablanmisdir 2014 cu ilin Indeksleri iki variantda hesablanmis birinci varianta Sosial xercler sub indeksi de daxil edilmisdi Dovlet maliyyesi sub indeksi DM Qiymetlerin tenzimlenmesi sub indeksi QT Xarici ticaret sub indeksi XT Lisenziyalasdirma sub indeksi L Mesgullugun tenzimlenmesi sub indeksi MT Minimum emek haqqi sub indeksi MEH Iqtisadiyyatin sollugu sagligi indeksi onun butun sub indeksleri ve bunlarin alt indeksleri 0 1 araliginda deyisir 0 iqtisadiyyatin mutle q sagligini dovletin iqtisadiyyata hec bir mudaxile etmemesini 1 mutle q sollugunu iqtisadiyyatin butunlukde dovlet terefinden idare edilmesini gosterir Xarici ticaret sub indeksinin her uc alt indeksi ve Mesgullugun tenzimlenmesi sub indeksinin Mesgullugun tenzimlenmesinin sertliyi alt indeksi istisna olmaqla butun gostericiler 0 1 araligina Vi Vmin Vmax Vmin dusturu ile getirilmisdir Adi cekilen alt indeksler ise baza gostericinin mahiyyetine uygun olaraq Vi Vmax Vmin Vmax dusturu ile indekslesdirilmisdir Bezi olkelerde iqtisadi tenzimlemenin ayri ayri formalari uzre yeni ayri ayri sub indeksler uzre mutle q sagliq ve ya mutleq solluq hallari olsa da umumen her hansi bir olke iqtisadiyyatinin mutle q sag ve ya mutleq sol noqteye dusmesi mumkunsuzdur Odur ki butun olkeler uzre IS S I 0 ve 1 noqtelerinden mueyyen kenarlasmada yerlesir 2015 ci ilde oldugu kimi 2016 ci il uzre hesablamalarda da sub indeksleri formalasdiran alt indekslerin her biri uzre mumkun ve ya ehtimal edilen minimal gosterici Vmin mumkun ve ya ehtimal edilen maksimal gosterici Vmax olaraq qebul edilmisdir Qiymetlerin tenzimlemesi sub indeksi istisna olmaqla diger sub indekslerin hesablanmasi metodologiyasinda esasli deyisiklik edilmemisdir Dovlet maliyyesi sub indeksi gelirlerin vergiler vasitesile yeniden bolunmesinin seviyyesini ifade edir ve oz novbesinde iki alt indeksin Budce xercleri alt indeksinin ve Muessiselerin vergi yuku alt indeksinin cebri ortasi kimi hesablanmisdir Budce xercleri alt indeksi budce xerclerinin UDM de faizle ifade edilen pay gostericileri esasinda hesablanmisdir Faktik informasiya BVF in statistik bazasindan elde edilmisdir ing World Economic Outlook Database Vergi yuku alt indeksi modellesdirilmis ozel sirketin bir il erzinde odediyi vergilerin onun illik menfeetine nisbeti gostericilerinin esasinda sayilmisdir Statistik melumatlar Dunya Bankinin Biznes muhiti hesabatindan goturulmusdur Eger tehlil olunan olkeler arasinda resurs ixracatcilari olmasaydi budce UDM e nisbeti muessiselerin vergi yukunu ve umumiyyetle vergi yukunu de adekvat eks etdirerdi Budce vesaitlerinin muhum bir qismi neft qaz fondlarindan trasfertlerle formalasanda vergi yuku gostericilerinin ayrica nezere alinmasina ehtiyac yaranir Bezi arasdirma merkezleri vergi yukunu gelir ve menfeet vergilerinin yuxari heddi esasinda hesablayir lakin yuxari hedle vergi odenmesi ekser olkeler ucun tipik deyil Buna gore de Vergi yuku alt indeksinin hesablanmasi ucun hipotetik sirketin vergi yuku gostericilerinden istifade olunmusdur Nezeri baximdan Dovlet maliyyesi sub indeksi gelir vergisi vasitesile yeniden bolunen milli geliri de eks etdirmelidir amma bezi olkelerde proporsional digerlerinde ise proqressiv vergi sistemi tetbiq edilir ve onlari vahid bir olcuye getirmek yanlisdir Her iki alt indeks ucun Vmin 0 Vmax 100 goturulmusdur Qiymetlerin tenzimlenmesi sub indeksi qiymetlerin ne derecede serbest emelegelmesini sag qutb ve eyni zamanda dovletin qiymetlerin formalasmasina ne derecede mudaxile etmesini sol qutb ifade edir Sub indeksin sifira yaxinlasmasi qiymetqoymada liberalligin artmasini bire yaxinlasmasi ise qiymet tenzimlenmesinin guclenmesini ifade edir 2014 cu ve 2015 ci iller uzre tedqiqatlarda bu Sub indeks iki alt indeksin Qiymet azadligi alt indeksinin ve Monetar azadliq alt indeksinin sade hesabi ortasi kimi hesablanmisdi 2016 ci il hesabatinda ise nisbeten daha genis anlamda hem monetar hem qeyri monetar hem formal hem de qeyri formal qiymet tenzimlemelerini ozunde eks etdiren aliciliq qabiliyyeti pariteti AQP emsallarindan istifade olunmusdur Her bir olke ucun bu emsal AQP ile hesablanmis beynelxalq dollarla ifade olunmus UDM hecminin cari ABS dollar ile ifade olunmus UDM hecmine nisbeti kimi mueyyen edilmisdir Her iki gosterici sirasi BVF in statistik bazasindan goturulmusdur AQP emsallari olkeler uzre qiymetlerin umumi seviyyesi ile ABS daki qiymet seviyyesinin muqayisesini ifade etmekle hem de olkeler arasindaki qiymet seviyyesi ferqlerini mueyyenlesdirmeye imkan verir Olkeler arasinda qiymet seviyyesi ferqlerinin determinantlari sirasinda monetar qiymet tenzimlemesi en umumi sekilde iqtisadiyyatin monetizasiya seviyyesi milli valyuta ile pul kutlesinin UDM nisbeti ve bezi strateji mehsullar meselen enerji uzre qiymetlere yuxari hedd mehdudiyyetlerinin tetbiqi ilk siralarda dayanir Hansi olkelerde monetizasiya seviyyesi daha asagi bu monetar qiymet tenzimlemesinin sertliyini ifade edir eyni zamanda dovlet terefinden bir sira mehsullar ucun resmi qaydada mueyyen olunmus tavan qiymet mehdudiyyetleri hemin mehsullarin real bazar qiymetinden daha asagidirsa bu qeyri monetar qiymet tenzimlemesinin sertliyini ifade edir hemin olkelerde qiymetlerin seviyyesi daha asagidir basqa ifade ile AQP emsali daha yuksekdir Bu baximdan AQP emsali qiymet tenzimlenmesinin seviyyesi uzre beynelxalq muqayiseler aparmaq ucun hazirda elcatan olan gostericiler arasinda menzereni nisbeten daha deqiq ifade edenidir AQP emsallarinin indekslesdirmesi zamani Vmin 0 1 Vmax 10 goturulmusdur Xarici ticaret sub indeksi xarici ticaretin liberalliq seviyyesini sag qutb ve dovletin bu sahedeki tenzimleme tedbirlerinin sertliyini sol qutb olcur Sub indeksin sifira yaxinlasmasi sirketlerin xarici ticaret serbestliyinin artmasini bire yaxinlasmasi ise bu sahede dovlet tenzimlenmesinin sertlesmesini ifade edir Uc konseptual muddea uzerinde qurulmusdur Birincisi xarici ticaret azadligini ixracin yox idxalin serbestliyi ile olcmek lazimdir Ikincisi idxalin serbestliyi yukseldikde daxili bazarin qorunmasi bir qayda olaraq zeifleyir Ucuncusu tebii resurs ixracinin iqtisadiyyatda ehemiyyetli paya malik oldugu olkelerde xarici ticaret azadligini ixrac idxal emeliyyatlarinin mutleq ve nisbi hecm gostericileri ile meselen ixrac ve idxal hecminin UDM e nisbeti ile olcmek olmaz Xarici ticaret sub indeksi uc alt indeksin Xarici ticaret azadligi alt indeksinin Idxalin iqtisadi qiymeti alt indeksinin ve Ticaretin azadligi alt indeksinin sade hesabi ortasi kimi hesablanmisdir Xarici ticaret azadligi alt indeksi Freyzer Institutunun eyniadli gostericileri esasinda Economic Freedom of the World 2016 Idxalin iqtisadi qiymeti alt indeksi Dunya Iqtisadi Forumunun Isvecre Beynelxalq ticaretde istirak hesabatinin materiallari esasinda ing World Economic Forum The Global Enabling Trade Report 2016 Ticaretin azadligi alt indeksi ise Heritage Fondu ile The Wall Street Journal in birlikde hazirladigi Iqtisadi Azadliq Indeksi hesabatindaki eyniadli gostericiler esasinda ing 2016 Index of Economic Freedom hesablanmisdir Xarici ticaret azadligi alt indeksi ucun Vmin 0 Vmax 10 Idxalin iqtisadi qiymeti alt indeksi ucun Vmin 0 Vmax 7 Ticaretin azadligi alt indeksi ucun Vmin 0 Vmax 100 goturulmusdur Alt indekslerin sayilmasinda istifade olunan statistik menbelerde daha yuksek ballar daha mehdud dovlet mudaxilesini ifade etdiyine gore sub indeksin yekun qiymetleri 1 den cixilmaqla hesablanmisdir Lisenziyalasdirma sub indeksinin hesablanmasi zamani dord parametri nezere almaq lazimdir a lisenziyalasdirilan fealiyyet novlerinin sayi b lisenziyalasdirilan fealiyyet novlerinin cesidi c lisenziyalarin kecerlilik muddeti c lisenziyalarin verilme qaydalari Bu gostericiler is sahibleri ucun ne qeder elverislidirse yeni say azdirsa cesid mehduddursa muddet uzundursa ve qaydalar sadedirse iqtisadiyyat bir o qeder daha sagdadir Lakin bu gostericilerin hec biri uzre elmi tutarliligi subhe dogurmayan dovletlerarasi muqayise aparmaq mumkun deyil Ona gore de lisenziyalasdirma sub indeksi Dunya Bankinin metodologiyasi esasinda modellesdirilmis muessisenin hipotetik bir tikinti ucun aldigi lisenziyalara serf etdiyi vaxt ve xerc gostericilerinin indekslesdirilmesi esasinda ing Doing Business 2016 Dealing with Construction Permits bu alt indekslerin hesabi ortasi kimi hesablanmisdir Dunya Bankinin istifade etdiyi ucuncu gosterici prosedurlarin sayi umumi menzereni tehrif etdiyi ucun nezere alinmamisdir Vaxt alt indeksi ucun Vmin 0 Vmax 1000 Xerc alt indeksi ucun ise Vmin 0 Vmax 100 goturulmusdur Mesgullugun tenzimlenmesi sub indeksi indeksi is sahibi ile muzdlu isci arasinda emek prosesinin teskili ile bagli munasibetlere dovletin ne derecede mudaxile etmesini olcur Enenevi sosial proqramlardan ferqli olaraq bu mudaxile birbasa sosial mudafie meqsedleri gudur Iscinin birbasa sosial mudafiesinin guclendirilmesi bir qayda olaraq is sahibinin serbestliyini mehdudlasdirmaq hesabina basa gelir Iki alt indeks Mesgullugun tenzimlenmesinin sertliyi alt indeksi ve Isdencixarma xercleri alt indeksi esasinda hesablanmisdir 2015 ci il hesabatinda Mesgullugun tenzimlenmesinin sertliyi alt indeksi uc gosterici isegoturmenin asanligi cetinliyi is vaxtinin tenzimlenmesinin sertliyive isdencixarmanin asanligi cetinliyi esasinda hesablanmis birinci alt indeksin 3 komponentden ibaret oldugu ve mesgullugun tenzimlenmesinde bunlarin toplam rolunun daha yuksek oldugu nezere alinaraq ona 0 75 Isdencixarma xercleri alt indeksine ise 0 25 cekileri verilmisdi 2016 ci il hesabati hazirlanerken is vaxtinin tenzimlenmesi ile bagli melumatlar elcatan olmadigindan Mesgullugun tenzimlenmesinin sertliyi alt indeksi isegoturme ve isdencixarmanin asanligi cetinliyi gostericisi esasinda hesablanmis yekun sub indeksin hesablanmasinda ise Mesgullugun tenzimlenmesinin sertliyi alt indeksi ve Isdencixarma xercleri alt indeksine uygun olaraq 2 3 ve 1 3 cekileri verilmisdir Statistik menbe Dunya Iqtisadi Forumunun 2015 ci il ucun melumat bazasidir Dunya Banki biznes muhitini qiymetlendirerken olkeleri bir nov yaxsidan pise dogru is adamlarina daha rahat serait yaradanlardan onun isini tenzimleyici qaydalarla cetinlesdirenlere dogru siralayir Iqtisadiyyatin sagligi sollugu uzre tehlillerde pis ve yaxsi olkeler yoxdur sagci ve solcu iqtisadiyyata malik olan olkeler var Birinciler ucun sirketlerin operativ serbestliyi ikinciler ucunse iscilerin sosial mudafiesi daha yuksek prioritetdir Mesgullugun tenzimlenmesinin sertliyi alt indeksi ucun Vmin 0 Vmax 7 Isdencixarma xercleri alt indeksi ucun ise Vmin 0 Vmax 78 goturulmusdur Isdencixarma xercleri alt indeksinin baza gostericisi iscinin isden cixarilma xerclerinin hemin iscinin nece heftelik emek haqqina beraber oldugunu ifade edir Olkeler uzre bu gostericinin maksimum seviyyesinin 58 5 oldugunu nezere alaraq serti olaraq 78 hefte 1 5 ildeki heftelerin sayi bu gosterici ucun maksimum mutle q sol qutb noqtesi kimi qebul edilmisdir Minimum emek haqqi sub indeksi dovlet terefinden mueyyenlesdirilen illik minimum emek haqqinin adambasina UDM e nisbetinin indekslesdirilmis variantidir Minimum emek haqqinin seviyyesi iqtisadiyyatin solluguna sagligina bilavasite tesir edir cunki bezi basqa gostericiler kimi onun da yukseldilmesi eyni vaxtda iqtisadiyyatin hem sollasmasini hem de sosialyonluyunun guclenmesini ifade edir Minimum emek haqqinin ne qanunvericilikle ne de kollektiv muqavilelerle tenzimlenmediyi olkelerin iqtisadiyyati bu sub indekse gore mutle q sag qutbde sifir noqtesinde yerlesir Minimum emek haqqi yalniz kollektiv muqavilelerle tenzimlendikde olkenin iqtisadiyyati serti olaraq 0 050 noqtesine dovlet terefinden amma mehdud sayda isciler ucun mueyyenlesdirildikde ise 0 080 noqtesine qoyulmusdur Illik minimum emek haqqi uzre statistik baza Wage Indicator ve Minimum wage saytlarinin melumatlaridir Vmin 0 Vmax 100 goturulmusdur Iqtisadiyyatin sollugu sagligi indeksinin Inteqral indeksin hesablanmasi zamani Dovlet maliyyesi sub indeksi digerlerinden ferqlendirilmis ve ona daha boyuk xususi ceki verilmisdir IS S Ii 0 30 DMi 0 14 QTi 0 14 XTi 0 14 Li 0 14 MTi 0 14 MEHi IS S I ile bagli bezi nesrlerIS S I 2015 Iqtisadiyyatin liberalliq potensiali Red N Muzefferli Baki Elm ve Bilik nesriyyati 2017 Y Memmedov Iqtisadyyatin sosialyonluyune sagci ve solcu baxislarla bagli muasir arasdirma ve neticeler AMEA nin Xeberleri Iqtisadiyyat seriyasi 2015 3 M Gyulaliev Sh Ibragimov F Gaziev Opredelenie urovnya gosudarstvennogo vmeshatelstva v agrarnyj sektor sravnitelnyj analiz Azerbajdzhana s nekotorymi stranami Crossref DOI 10 18551 rjoas 2016 04 08 M Gulaliyev N Ok F Musayeva R Efendiyev J Musayeva S Agayeva Economic liberalization and its impact on human development A Comparative analysis of Turkey and Azerbaijan International Journal of Environmental amp Science Education 2016 Volume 11 Issue 17 M Gulaliyev Dovlet maliyyesi sub indeksinin iqtisadi artimla elaqesinin qiymetlendirilmesi Azerbaycan ve Gurcustan uzre muqayiseli tehlil AMEA Iqtisadiyyat Institutunun Elmi Eserler Toplusu 2016 2 M Gyulaliev S Abasova O nizhnem i verhnem predelah ekonomicheski effektivnogo gosudarstvennogo vmeshatelstva vo vneshnyuyu torgovlyu POLITEKS Sankt Peterburgskij gosudarstvennyj universitet 2016 tom 12 3 M Gyulaliev Ocenka zavisimosti ekonomicheskogo rosta ot gosudarstvennyh finansov sravnitelnyj analiz Azerbajdzhana i Gruzii Innovacijna ekonomika Ukraina 2017 1 2 M Gulaliyev S Abasova Sh Huseynova R Azizova T Yadigarov Assessment of Impacts of the State Intervention in Foreign Trade on Economic Growth Revista Espacios 2017 No 51 Vol 38 Xarici kecidlerNAZIM MUZEFFERLI IQTISADIYYATIN SOSIALYONLUYU SAGCI VE SOLCU SISTEMLERDE Baki Serq Qerb Nesriyyat Evi 2014 M Gulaliyev F Musayeva Azerbaycan ve Turkiyede iqtisadiyyatin solluq sagliq indeksi Muqayiseli qiymetlendirme AMEA Iqtisadiyyat Institutunun Elmi Eserler Toplusu 2015 3 M Gulaliyev F Musayeva Iqtisadi liberallasma ve iqtisadiyyatin solluq sagliq indeksi AMEA Iqtisadiyyat Institutunun Elmi Eserler Toplusu 2015 4 M Gulaliyev H Kerimov Qloballasma seraitinde sehiyye sisteminin liberallasmasi AMEA nin Xeberleri Iqtisadiyyat seriyasi 2015 3 IQTISADI LIBERALLASMA VE IQTISADIYYATIN SOLLUQ SAGLIQ INDEKSI ELMI ESERLER 3 2015 7 Iqtisadyyatin sosialyonluyune sagci ve solcu baxislarla bagli muasir arasdirma ve neticeler AMEA nin Xeberleri Iqtisadiyyat seriyasi 2015 3 Mayis Gulaliyev Xarici Ticarete Dovlet Mudaxilesi Derecesi ve Onun Makroiqtisadi Tesirleri Elmi Eserler Jurnali N1 2016 OLKEVI NETICELER 2014 cu il uzre OPREDELENIE UROVNYa GOSUDARSTVENNOGO VMEShATELSTVA V AGRARNYJ SEKTOR SRAVNITELNYJ ANALIZ AZERBAJDZhANA S NEKOTORYMI STRANAMI RJOAS 4 52 April 2016 Solculuk Pravye politika Politicheskij spektr Indeks bazy dannyh IndeksIstinadlar AMEA Iqtisadiyyat Institutu IQTISADIYYATIN SOLLUGU SAGLIGI INDEKSI INDEKS HAQQINDA 2022 01 03 tarixinde Istifade tarixi 2017 06 09 World Economic and Financial Surveys World Economic Outlook Database 2021 10 06 tarixinde Istifade tarixi 2018 07 11 Paying Taxes 2018 09 10 tarixinde Istifade tarixi 2017 06 09 Economic Freedom of the World 2016 Annual Report PDF 2021 03 30 tarixinde PDF Istifade tarixi 2018 07 12 The Global Enabling Trade Report 2016 PDF 2022 09 01 tarixinde PDF Istifade tarixi 2018 07 22 2016 Index of Economic Freedom PDF 2022 08 09 tarixinde PDF Istifade tarixi 2018 07 22 Dealing with Construction Permits 2018 09 06 tarixinde Istifade tarixi 2017 06 09 The Global Competitiveness Report 2015 2016 PDF 2019 05 03 tarixinde PDF Istifade tarixi 2018 07 16 WageIndicator org 2022 09 01 tarixinde Istifade tarixi 2018 07 17 International Minimum Wage Rates 2018 2022 09 29 tarixinde Istifade tarixi 2018 07 22