Xarici ticarət sub-indeksi — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir.
Metodologiya
Xarici ticarət sub-indeksi xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir.
Üç konseptual müddəa üzərində qurulmuşdur. Birincisi, xarici ticarət azadlığını ixracın yox, idxalın sərbəstliyi ilə ölçmək lazımdır. İkincisi, idxalın sərbəstliyi yüksəldikdə daxili bazarın qorunması, bir qayda olaraq, zəifləyir. Üçüncüsü, təbii resurs ixracının iqtisadiyyatda əhəmiyyətli paya malik olduğu ölkələrdə xarici ticarət azadlığını ixrac-idxal əməliyyatlarının mütləq və nisbi həcm göstəriciləri ilə (məsələn, ixrac və idxal həcminin ÜDM-ə nisbəti ilə) ölçmək olmaz.
Xarici ticarət sub-indeksi üç alt-indeksin – Xarici ticarət azadlığı alt-indeksinin, İdxalın iqtisadi qiyməti alt-indeksinin və Ticarətin azadlığı alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi Freyzer İnstitutunun eyniadlı göstəriciləri əsasında (Economic Freedom of the World 2014), İdxalın iqtisadi qiyməti alt-indeksi Dünya İqtisadi Forumunun (İsveçrə) "Beynəlxalq ticarətdə iştirak" hesabatının materialları əsasında (World Economic Forum – The Global Enabling Trade Report 2014), Ticarətin azadlığı alt-indeksi isə Heritage Fondu ilə The Wall Street Journal’ın birlikdə hazırladığı "İqtisadi Azadlıq İndeksi" hesabatındakı eyniadlı göstəricilər əsasında (2015 Economic Freedom İndex) hesablanmışdır.
Xarici ticarət azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 10, İdxalın iqtisadi qiyməti alt-indeksi üçün Vmin = 1, Vmax = 7, Ticarətin azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür. Alt-indekslərin sayılmasında istifadə olunan statistik mənbələrdə daha yüksək ballar daha məhdud dövlət müdaxiləsini ifadə etdiyinə görə sub-indeksin yekun qiymətləri 1-dən çıxılmaqla hesablanmışdır.
Sub-indeks üzrə nəticələr
Sub-indeks üzrə cədvəli yuxarıdan aşağıya "oxuduqda" ölkələr dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru, başqa sözlə – sağdan sola, aşağıdan yuxarıya "oxuduqda" isə soldan sağa sıralanmış olur.
Xarici ticarətin tənzimlənməsi üzrə ən liberal iqtisadiyyat Sinqapurun (0,070), ən solçu iqtisadiyyat isə İranın iqtisadiyyatıdır (0,698). 62 ölkə arasında xarici ticarət əməliyyatlarının dövlət tərəfindən ən sərt tənzimləndiyi 10-cu ölkə Azərbaycandır (0,337). Median nisbi mərkəzdən sağdadır, yəni sıralanan ölkələrin çoxunda xarici ticarət nisbi mərkəz nöqtəsinin göstərdiyindən daha liberaldır. İnkişaf etmiş ölkələrdə xarici ticarət fəaliyyətinə dövlət müdaxiləsi inkişaf etməkdə olan ölkələrə nisbətən daha azdır. Bu, əlbəttə, anlaşılandır: inkişaf etmiş ölkələrdə istehsal edilən əksər məhsul və xidmətlərin rəqabət qabiliyyəti, bir qayda olaraq, daha yüksəkdir və həmin ölkələr beynəlxalq ticarətin liberallaşmasında daha dərindən maraqlıdır. İnkişaf etməkdə olan ölkələr isə öz daxili bazarlarını daha sərt qorumağa çalışır, lakin daxili bazarın qorunması üzrə tədbirlər iqtisadi inkişafı yalnız müəyyən şərtlər daxilində stimullaşdıra bilir.
Həmçinin bax
Xarici keçidlər
- N. Muzəffərli. Iqtisadiyyat sosialyönlüyü sağçı və solçu sistemlərdə.- Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2014
- M. Gülalıyev, F. Musayeva. Azərbaycan və Türkiyədə iqtisadiyyatın solluq (sağlıq) indeksi (Müqayisəli qiymətləndirmə) // AMEA Iqtisadiyyat Institutunun "Elmi Əsərlər" Toplusu, 2015 № 4
- M. Gülalıyev, F. Musayeva. İqtisadi liberallaşma və iqtisadiyyatın solluq (sağlıq) indeksi // AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" Toplusu, 2015 № 3
- M. Gülalıyev. Xarici ticarətə dövlət müdaxiləsi dərəcəsi və onun makroiqtisadi təsirləri // AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" Toplusu, 2016 № 1
İstinadlar
- (PDF). 2016-10-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
- "World Economic Forum – The Global Enabling Trade Report 2014". 2020-09-18 tarixində . İstifadə tarixi: 2017-06-22.
- "2015 Economic Freedom İndex" (PDF). 2022-09-01 tarixində (PDF). İstifadə tarixi: 2017-06-22.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xarici ticaret sub indeksi Azerbaycan Milli Elmler Akademiyasi Iqtisadiyyat Institutunun 2014 cu ilden baslayaraq derc etdiyi Iqtisadiyyatin sollugu sagligi indeksinin IS S I daxil etdiyi sub indekslerden biridir MetodologiyaXarici ticaret sub indeksi xarici ticaretin liberalliq seviyyesini sag qutb ve dovletin bu sahedeki tenzimleme tedbirlerinin sertliyini sol qutb olcur Sub indeksin sifira yaxinlasmasi sirketlerin xarici ticaret serbestliyinin artmasini bire yaxinlasmasi ise bu sahede dovlet tenzimlenmesinin sertlesmesini ifade edir Uc konseptual muddea uzerinde qurulmusdur Birincisi xarici ticaret azadligini ixracin yox idxalin serbestliyi ile olcmek lazimdir Ikincisi idxalin serbestliyi yukseldikde daxili bazarin qorunmasi bir qayda olaraq zeifleyir Ucuncusu tebii resurs ixracinin iqtisadiyyatda ehemiyyetli paya malik oldugu olkelerde xarici ticaret azadligini ixrac idxal emeliyyatlarinin mutleq ve nisbi hecm gostericileri ile meselen ixrac ve idxal hecminin UDM e nisbeti ile olcmek olmaz Xarici ticaret sub indeksi uc alt indeksin Xarici ticaret azadligi alt indeksinin Idxalin iqtisadi qiymeti alt indeksinin ve Ticaretin azadligi alt indeksinin sade hesabi ortasi kimi hesablanmisdir Xarici ticaret azadligi alt indeksi Freyzer Institutunun eyniadli gostericileri esasinda Economic Freedom of the World 2014 Idxalin iqtisadi qiymeti alt indeksi Dunya Iqtisadi Forumunun Isvecre Beynelxalq ticaretde istirak hesabatinin materiallari esasinda World Economic Forum The Global Enabling Trade Report 2014 Ticaretin azadligi alt indeksi ise Heritage Fondu ile The Wall Street Journal in birlikde hazirladigi Iqtisadi Azadliq Indeksi hesabatindaki eyniadli gostericiler esasinda 2015 Economic Freedom Index hesablanmisdir Xarici ticaret azadligi alt indeksi ucun Vmin 0 Vmax 10 Idxalin iqtisadi qiymeti alt indeksi ucun Vmin 1 Vmax 7 Ticaretin azadligi alt indeksi ucun Vmin 0 Vmax 100 goturulmusdur Alt indekslerin sayilmasinda istifade olunan statistik menbelerde daha yuksek ballar daha mehdud dovlet mudaxilesini ifade etdiyine gore sub indeksin yekun qiymetleri 1 den cixilmaqla hesablanmisdir Sub indeks uzre neticelerSub indeks uzre cedveli yuxaridan asagiya oxuduqda olkeler dovlet tenzimlemesinin az oldugu olkelerden daha sert oldugu olkelere dogru basqa sozle sagdan sola asagidan yuxariya oxuduqda ise soldan saga siralanmis olur Xarici ticaret sub indeksi uzre cedvel 2015Xarici ticaret sub indeksi uzre skala 2015 Xarici ticaretin tenzimlenmesi uzre en liberal iqtisadiyyat Sinqapurun 0 070 en solcu iqtisadiyyat ise Iranin iqtisadiyyatidir 0 698 62 olke arasinda xarici ticaret emeliyyatlarinin dovlet terefinden en sert tenzimlendiyi 10 cu olke Azerbaycandir 0 337 Median nisbi merkezden sagdadir yeni siralanan olkelerin coxunda xarici ticaret nisbi merkez noqtesinin gosterdiyinden daha liberaldir Inkisaf etmis olkelerde xarici ticaret fealiyyetine dovlet mudaxilesi inkisaf etmekde olan olkelere nisbeten daha azdir Bu elbette anlasilandir inkisaf etmis olkelerde istehsal edilen ekser mehsul ve xidmetlerin reqabet qabiliyyeti bir qayda olaraq daha yuksekdir ve hemin olkeler beynelxalq ticaretin liberallasmasinda daha derinden maraqlidir Inkisaf etmekde olan olkeler ise oz daxili bazarlarini daha sert qorumaga calisir lakin daxili bazarin qorunmasi uzre tedbirler iqtisadi inkisafi yalniz mueyyen sertler daxilinde stimullasdira bilir Hemcinin baxIqtisadiyyatin sollugu sagligi indeksi IS S I MEH sub indeksi Sosial xercler sub indeksi Lisenziyalasdirma sub indeksiXarici kecidlerN Muzefferli Iqtisadiyyat sosialyonluyu sagci ve solcu sistemlerde Baki Serq Qerb Nesriyyat evi 2014 M Gulaliyev F Musayeva Azerbaycan ve Turkiyede iqtisadiyyatin solluq sagliq indeksi Muqayiseli qiymetlendirme AMEA Iqtisadiyyat Institutunun Elmi Eserler Toplusu 2015 4 M Gulaliyev F Musayeva Iqtisadi liberallasma ve iqtisadiyyatin solluq sagliq indeksi AMEA Iqtisadiyyat Institutunun Elmi Eserler Toplusu 2015 3 M Gulaliyev Xarici ticarete dovlet mudaxilesi derecesi ve onun makroiqtisadi tesirleri AMEA Iqtisadiyyat Institutunun Elmi Eserler Toplusu 2016 1Istinadlar PDF 2016 10 24 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2017 06 22 World Economic Forum The Global Enabling Trade Report 2014 2020 09 18 tarixinde Istifade tarixi 2017 06 22 2015 Economic Freedom Index PDF 2022 09 01 tarixinde PDF Istifade tarixi 2017 06 22