İnsanın təkamülü — İnsanın əmələ gəlməsi haqqında təzadlı fikirlər mövcuddur.
İnsanın heyvan mənşəli olması haqqında da çoxlu faktlar vardır. İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır. İnsan məməlilər sinfinə daxil olaraq diafraqmaya, süd vəzilərinə, qulaq seyvanına, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşən dişlərə, plasentaya, üç cüt eşitmə sümüyünə, yeddi boyun fəqərəsinə malikdir. Hisləri ifadə edən mimiki əzələlər yalnız insanabənzər meymunlar və insana məxsusdur.
İnsana morfoloji və anatomik cəhətdən ən yaxın olan heyvanlar insanabənzər meymunlardır. Onların bədən quruluşu, reduksiya olmuş quyruğu, yastı dırnaqları, kəsici, köpək, azı dişlərinin sayı, əldəki baş barmağın digər barmaqlarla qarşılaşması, 12-13 cüt qabırğası, 5-6 oma fəqərəsinin olması insanlara oxşardır. Onlar da vəba, vərəm, qarın yatalağı, çiçək, qrip kimi xəstəliklərə tutulur və dörd qan qrupuna malikdirlər. Xromosom aparatında da oxşarlıq mövcuddur. Məsələn, şimpanzenin xromosom aparatındaki nukleotid ardıcıllıqları 91% insanınkına oxşardır. Lakin bütün insanabənzər meymunların fizioloji xüsusiyyətlərində insana oxşarlıq eyni deyil.
- Şimpanze - kəllənin quruluşu və ətrafların ölçüləri
- Hibbon- yastı döş qəfəsi və kəllənin hamar olması
- Qorilla- ümumi bədən nisbətləri, çanaq, bilək, pəncənin quruluşu
- Oranqutan-12 cüt qabrığa
Meymunlardan insana fizioloji xüsusiyyətləri ilə ən yaxın olanını demək nisbətən çətindir. Lakin alimlər belə qənaətə gəlirlər ki, bu şimpanze meymunudur. Ancaq bu meymunların heç biri insanın bilavasitə əcdadı sayılmır. İnsanla insanabənzər meymunlar arasında mühüm fərqlər vardır. İnsan meymunlardan fərqli olaraq, kollektiv əmək fəaliyyətinə malikdir. İnsan mücərrəd təfəkkürə malik olub yeni əmək alətləri yaradır və onları tətbiq edir. İnsan təkamülünü təsnifat da əks etdirir.
Aləm | Heyvanlar |
---|---|
Tip | Xordalılar |
Sinif | Məməlilər |
Dəstə | Primatlar |
Fəsilə | İnsanlar |
Cins | İnsan |
Növ | Dərrakəli insan |
İnsan təkamülü. Embrioloji və müqayisəli anatomiya dəlilləri
İnsanla məməli heyvan arasında olan oxşar morfoloji, anatomik, fizioloji və embrioloji xüsusiyyətlər var.
Atavizm
Atavizmlər insanın heyvanlardan əmələ gəldiyini göstərir. Bəzən quyruqlu, çoxməməli, bütün bədəni sıx tüklərlə örtülü, qulaq seyvanını hərəkət etdirə bilən insanlar doğulur. Bu onların əcdadlarının əlamətlərini təkrar etməsidir.
Rudimentlər
İnsan təkamülündə əcdadlarda olan bəzi orqanlar öz əhəmiyyətini itirmiş və qalıq halında qalmışdır. Müəyyən olunmuşdur ki, insanda rudimentlərin sayı çoxdur. İnsanın onurğalı heyvanlarla müqayisəsi göstərir ki, o, uzun sürən tarixi inkişaf yolu keçmiş və formalaşmışdır. İnsanın məməli heyvanlara daha çox oxşadığını bilirsiniz. İnsan və heyvan rüşeymlərinin inkişafını nəzərdən keçirdikdə onların oxşar xüsusiyyətlərinin olduğu müəyyən edilmişdir. İnsan da öz inkişafına mayalanmış yumurtahüceyrədən - ziqotdan başlayır. Ziqotun bölünməsi nəticəsində blastomerlər yaranır, çoxhüceyrəli rüşeym formalaşır. Rüşeymin inkişafı zamanı bir aylığında ikikameralı ürək, üç cüt qəlsəmə qövsü görünür. Barmaqlarının arasında pərdə, kloakası, balıqlarda olduğu kimi, qovuqcuqlardan ibarət baş beyinolur. Rüşeym inkişaf etdikcə onun baş beyninin yarımkürələri formalaşır, üzərini qırışlı qabıq örtür. Onurğa sütununun quyruq şöbəsi də inkişaf zamanı formalaşır. Onun fəqərələrinin bir qismi reduksiyaya uğrayır, bir qismi isə birləşib büzdüm sümüyünü əmələ gətirir. Dölün 3-4 aylığında bədənin üzəri tüklərlə örtülü olur. Ancaq inkişaf etdikcə tüklər tökülür, yalnız başda uzun tüklər qalır. Hətta 6 həftəlik rüşeymdə çoxlu süd vəzilərinə rast gəlinir. Onun ürəyi döyünən borudan ibarət olur. Rüşeym inkişaf etdikcə onda insana məxsus əlamətlər formalaşır. Driopiteklər. Paleogen dövründə iqlimin soyuması ilə əlaqədar olaraq cənuba doğru uzanan buzlaqlar meşələri məhv etməyə başlamışdı. Meşələr çöllərlə əvəz olunduğu üçün insanabənzər meymunlar ağacdan düşməyə və yerdə gəzməyə məcbur qalmışdılar. Neogen dövründə yaşayan driopiteklərdə gözlər və eşitmə orqanları yaxşı inkişaf etmişdir. Əlləri formalaşdığı əşyaları daha yaxşı tutur və tullayırdılar.Bədən ölçüləri dəyişmiş, beyinləri daha yaxşı inkişaf etmiş driopiteklər səmti təyin edə bilirdilər. Güman olunur ki, onlar şimpanze, qorilla və avstrolopiteklərə başlanğıc vermişlər.
İnsanın təkamülü paleontoloji dəlillər
İnsanın təkamülünü (antropogenez) bir sıra dəlillər sübut edir. İnsanabənzər meymunların və insanın əcdadının mezozoy erasında kiçik həşəratyeyənlərdən başlanğıc götürməsi ehtimalı vardır. Onların qidası qarışıq olmuşdur. Ancaq ən çox cücülərlə qidalanırdılar. Sonralar bu heyvanlar bir çox şaxələrə başlanğıc vermişlər. Onlardan biri də parapiteklərə başlanğıc verən şaxə olmuşdur.
Parapiteklər
Qədim insanabənzər meymunlar olmuş, Afrika, Asiya və Avropada geniş ərazilərdə yaşamışlar. Qazıntılar nəticəsində onlara məxsus qalıqlar tapılmışdır. Onlar üç şaxəyə - oranqutanlara, hibbonlara və nəsli kəsilmiş driopiteklərə başlanğıc vermişlər.
Driopiteklər
Paleogen dövründə iqlimin soyuması ilə əlaqədar olaraq cənuba doğru uzanan buzlaqlar meşələri məhv etməyə başlamışdı. Meşələr çöllərlə əvəz olunduğu üçün insanabənzər meymunlar ağacdan düşməyə və yerdə gəzməyə məcbur qalmışdılar. Neogen dövründə yaşayan driopiteklərdə gözlər və eşitmə orqanları yaxşı inkişaf etmişdir. Əlləri formalaşdığı əşyaları daha yaxşı tutur və tullayırdılar.Bədən ölçüləri dəyişmiş, beyinləri daha yaxşı inkişaf etmiş driopiteklər səmti təyin edə bilirdilər. Güman olunur ki, onlar şimpanze, qorilla və avstrolopiteklərə başlanğıc vermişlər.
Avstralopiteklər
Onlar sürü halında düzənliklərdə yaşamağa başlamış, yırtıcı olmuşlar. Bu heyvanlarda ənsə dəliyi kəllə qutusunun mərkəzinə doğru çəkilmişdi. Beyinlərinin həcmi müasir insanabənzər meymunlara nisbətən daha böyük olmuşdu. Tapılan sümüklərə əsasən məlum olur ki, onlarda arxa ətraflar daha yaxşı inkişaf etmişdir. Avstralopitekləri digər meymunlardan fərqləndirən xüsusiyyətləri göstərin. Ətraf sümüklərindən, əsasən, çanaq və bud sümükləri insan sümüklərinə daha çox oxşayırdı. Çanağın geniş olması onların dik gəzdiklərini göstərir. Yuxarı ətraflarında baş barmağın quruluşu isə əllərin tutmaq qabiliyyətinin güclü olduğunu və onların daşdan və sümükdən alət kimi istifadə etdiklərini bildirir. Avstralopiteklərin dişlərinin quruluşu da insanın dişinə daha çox oxşayırdı. Müxtəlif ərazilərdə tapılan qalıqlar avstralopiteklərin çoxlu növlərinin olduğunu sübut edir. Şimal və cənub dairələrindən başlayan soyuqlar insanabənzər meymunların yaşayışını daha da çətinləşdirdi. Onlar özlərini həm ətraf mühit amillərindən, həm də digər heyvanlardan qorumaq üçün bir sıra uyğunlaşmalar qazandılar. Avstralopiteklərin bir qismi özlərini müdafiə etmək üçün əmək alətləri düzəltməyə başladılar. Alimlər bu şaxəni “bacarıqlı insan” adlandırdılar. Avstralopitek - australis (latınca) - cənublu, (yunanca) - meymun. Alimlərin bir qismi “bacarıqlı insan”ı ən qədim insanlar hesab edirlər. Onlar çay daşlarından kəsən və doğrayan alətlər hazırlamışlar. Barmaq falanqaları yastılaşmışdır. Sonrakı inkişaflarında təkmilləşmiş və ən qədim insanlara başlanğıc vermişlər.
Ən qədim insanlar
İnsanın yaranması prosesini 3 mərhələyə bölürlər: ən qədim, qədim və ilk müasir insanlar.
Pitekantroplar
Pitekantroplar - meymunlarla insanlar arasında aralıq mövqe tutan qruplar olmuşlar. Qalıqları ilk dəfə 1891-ci ildə Asiyada İndoneziyanın Yava adasında Ejen Dübua tərəfindən tapılmışdır. Sonralar Asiyanın digər ərazilərində, Afrikada və Avropada da onların qalıqlarına rast gəlindi. Pitekantroplar iki ətrafüzərində dayağa söykənərək gəzirdilər. Onlar düz qamətli idilər. Beyinlərinin həcmi 900-1100 sm3, boyları 170 sm olmuşdur. Gözlərinin üstündə qaşüstü yastıqcıqlar var idi. Çənəaltı çıxıntıları nitq qabiliyyətləri olmadığı üçün yox idi. Ancaq beyinlərinin alın və gicgah payları insanabənzər meymunlara nisbətən yaxşı inkişaf etmişdir. Sürü halında yaşamışlar. Oddan və daş alətlərdən (ərsin, burğu) istifadə edirmişlər. Paltar geyinmirdilər. Yaşayış məskənləri yox idi.
Sinantroplar
Sinantroplar - bunları Çin adamı adlandırırlar. Çünki qalıqları 1927-1937-ci illərdə ilk dəfə Çində, Pekin yaxınlığında tapılmışdır. Onların morfoloji xüsusiyyətləri pitekantroplara bənzəyir. Ancaq beyinlərinin həcmi onlarınkından daha iri olub 1220 sm3-ə çatırdı. Bəzi araşdırmalar onların baş beyinlərinin daha iri olduğuna əsas verir. Beyinlərinin sol payı sağ payından daha yaxşı inkişaf etmişdir. Bu da onların sağaxay olduğunu sübut edir. Alt çənələri və dişləri iri olmuşdur. Çənəaltı çıxıntıları yox idi. Deməli, onlarda nitq qabiliyyəti olmamışdır. Qaşüstü yastıqcıqları var idi. Oddan istifadə edir, onu qoruyub saxlayır, dəri paltarlar geyinirdilər. Mağaralardan tapılan kül qatları Çin adamlarının oradan sığınacaq kimi istifadə etdiklərini göstərir. Onların daş, buynuz və sümükdən hazırlanmış əmək alətləri (ərsin, tiyə, iti ucluq) olmuşdur.
Heydelberq adamı
Heydelberq adamı - qalıqları ilk dəfə 1907-ci ildə Almaniyanın Heydelberq şəhəri yaxınlığında tapılmışdır. Bundan başqa qalıqlara Asiya və Afrikada da rast gəlinmişdir. Aşkar edilmiş alt çənə sümüyündə çənəaltı çıxıntı yox idi. Dişlər iri olsa da, insan dişlərinə oxşar idi. Onlar da oddan istifadə etmiş, sürü halında yaşamışlar. Ən qədim insanlar hannibal idilər. Öz sürülərindən olan insanların belə əti ilə qidalana bilirdilər.
Azıxantrop
Azıxantrop - Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında bu insanların qalıqları - alt çənə sümüyü tapılmışdır. Onlar da sürü halında yaşamış, oddan istifadə etmiş, dəri paltar geyinmişdilər. Daşdan, sümükdən müxtəlif alətlər hazırlamışdılar. Tapılan qazıntılar azıxantropların qazma üsulu ilə yerdə ocaq qurduqlarını göstərir. Neandertallar qədim insanlardır. Onların qalıqları ilk dəfə İspaniyada tapılmışdır. 1856-cı ildə Almaniyanın Ne- ander çayı vadisi ərazisində onların tam skeleti aşkar edilmişdir. Qalıqlara Avropa ilə yanaşı, Asiyada da rast gəlinmişdir. Boyları 155-165 sm olan bu insanlarda onurğa əyrilikləri zəif inkişaf etmişdir. Onlar nisbətən əyilərək hərəkət edirdilər. 50-100 nəfərlik qruplarla yaşayır, dəri paltarlar geyinir, oddan istifadə edir və onu əldə etməyi bacarırdılar. Beyinlərinin həcmi təqribən 1400 sm3 idi. Beyin qabığında qırışlar müasir insanalara nisbətən az idi. Alınları maili idi, qaşüstü yastıqcıqları yaxşı inkişaf etmişdi. Çənəaltı çıxıntıları bəzilərində yox idi. Ancaq qazıntılar zamanı tapılan bəzi çənə sümüklərində çənəaltı çıxıntıya təsadüf olunur. Bu da onu göstərir ki, neandertallarda aydın olmayan, bəzilərində isə aydın nitq var imiş. Hannibal idilər. Əmək bölgüləri var idi. Əmək alətlərini daşdan, sümükdən, ağacdan (daş ucluq, ağac dəsti olan ucluq, qarpun, nizə) hazırlayırdılar. Kişilər ov edir, qadınlar və uşaqlar isə bitki mənşəli məhsullar toplayırdılar. Onlar müxtəlif sığınacaqlardan istifadə edir, ən çox isə mağaralarda yaşayırdılar. Mitoxondri DNT-si müasir insanlara çox yaxın olmuşdur. İlk dini rüşeymlər onlarda yaranmışdır. Ancaq onlar müasir insanın birbaşa əcdadı deyillər.
Qədim və ilk müasir insanlar
Neandertallar
Neandertallar qədim insanlardır. Onların qalıqları ilk dəfə İspaniyada tapılmışdır. 1856-cı ildə Almaniyanın Ne- ander çayı vadisi ərazisində onların tam skeleti aşkar edilmişdir. Qalıqlara Avropa ilə yanaşı, Asiyada da rast gəlinmişdir. Boyları 155-165 sm olan bu insanlarda onurğa əyrilikləri zəif inkişaf etmişdir. Onlar nisbətən əyilərək hərəkət edirdilər. 50-100 nəfərlik qruplarla yaşayır, dəri paltarlar geyinir, oddan istifadə edir və onu əldə etməyi bacarırdılar. Beyinlərinin həcmi təqribən 1400 sm³ idi. Beyin qabığında qırışlar müasir insanalara nisbətən az idi. Alınları maili idi, qaşüstü yastıqcıqları yaxşı inkişaf etmişdi. Çənəaltı çıxıntıları bəzilərində yox idi. Ancaq qazıntılar zamanı tapılan bəzi çənə sümüklərində çənəaltı çıxıntıya təsadüf olunur. Bu da onu göstərir ki, neandertallarda aydın olmayan, bəzilərində isə aydın nitq var imiş. Hannibal idilər. Əmək bölgüləri var idi. Əmək alətlərini daşdan, sümükdən, ağacdan (daş ucluq, ağac dəsti olan ucluq, qarpun, nizə) hazırlayırdılar. Kişilər ov edir, qadınlar və uşaqlar isə bitki mənşəli məhsullar toplayırdılar. Onlar müxtəlif sığınacaqlardan istifadə edir, ən çox isə mağaralarda yaşayırdılar. Mitoxondri DNT-si müasir insanlara çox yaxın olmuşdur. İlk dini rüşeymlər onlarda yaranmışdır. Ancaq onlar müasir insanın birbaşa əcdadı deyillər.
Kromanyonlar
Kromanyonlar - ilk müasir insanlar olmuşlar. Qalıqları ilk dəfə Fransanın Kromanyon kəndi yaxınlığında tapıldığı üçün onları belə adlandırmışlar. Sonralar bu qalıqlara Asiya, Afrika, hətta Avstraliya qitələrində də təsadüf edilmişdir. Tapılan qalıqlara əsasən onların boylarının 180 sm-ə çatdığı, alınlarının enli və düz olduğu, qaşüstü yastıqcıqlarının olmadığı müəyyən edilmişdir. Kromanyonlar aydın nitqə malik olmuşlar. Onlar özlərinə sığınacaq düzəldir, paltarlarını tikmək üçün sümük iynələrdən istifadə edirdilər. Qayaüstü rəsmlər çəkir, öz əmək alətlərini bəzəyir, saxsıdan müxtəlif qablar düzəldirdilər. Dini rüşeymlər kromanyonlarda daha da inkişaf etməyə başlamışdı. Onlar heyvanları əhliləşdirmiş, əkinçiliklə məşğul olmuşdular. Kromanyonlarda hannibalizm xeyli azalmışdır. Güman edilir ki, onlar özlərini ailəyə qurban vermişlər. Qadınların, uşaqların, qocaların, xəstələrin qayğısına qalmışlar. Onların təkamülündə sosial amillər daha üstün olmuşdur.
Homo sapiens
Planetimizdə yaşayan bütün insanlar dərrakəli insan növünə (Homo sapiens) aiddir. İnsanlar yaşadıqları ərazilərə, mühitə uyğunlaşaraq irqlərə ayrılmışlar. Hazırda alimlər insanları 3 əsas irqə - avropoid, monqoloid və ekvatorial irqlərə ayırırlar. Ancaq bu irqlərin içərisində qarışıq və kiçik irqlərə də rast gəlinir.
Avropoid
Avropa, Cənubi Asiya və Şimali Afrika əhalisi bu irqə aiddir. Dəriləri açıq rəngli olduğundan, bunlara ağ irq də deyirlər. Onların nazik, dar burunları, düz, yumşaq saçları, ensiz üzləri olur. Şimalda yaşayanların dəriləri daha açıq rəngdədir.
Monqoloid
Amerikanın yerli əhalisi, Sibirdə yaşayanlar, Mərkəzi və Cənubi Asiya əhalisi bu irqə aiddir. Sarı irq də adlandırılır. Üzləri iri və yastı, saçları düz və sərtdir. Gözlərinin ətrafları büküşlüdür.
Ekvatorial
Bunlar iki - Afrika və Avstraliya şaxələrinə ayrılır. Bu irqə mənsub olanların dəriləri, gözləri qara, burunları isə yastı və enli olur. Saçları qara və qıvrımdır (Avstraliyalılarda dalğalı). İrqlərin bu cür qruplaşdırılması onların yaşadıqları mühitə uyğunlaşması hesab olunur. Məsələn, dar burun ora daxil olan havanı isidir, enli yastı burun isə onun qızmasına mane olur. Qıvrım saçlar başı Günəşin zərərli şüalarının təsirindən qoruyur. Açıq rəngli dəri Günəş şüalarını udur, qara dəri isə bədəni şüalaradan qoruyur. Dikyerimə nəticəsində insanda ağırlıq mərkəzi arxa ətraf üzərinə keçərək orqanların nisbətini kəskin surətdə dəyişmişdir. Bununla əlaqədar döş qəfəsi yanlara doğru genişlənmiş, onurğa S-varı əyilmiş, oma sümüyü möhkəmlənmişdir. Ön ətrafların yerimə funksiyasından azad olması əllərin müxtəlif hərəkətlilik qazanmasına gətirib çıxarmış, əmək fəaliyyətinin artması sosial amillərin güclənməsi ilə nəticələnmişdir.
İctimai həyat tərzi. Əmək fəaliyyəti nəticəsində insanların ictimai həyat tərzinə keçdiyi güman olunur. Belə ki, cəmiyyət halında yaşamaq onların düşməndən birgə qorunmasına və heyvanların asan ovlanmasına şərait yaradırdı. Onlar vulkan püskürməsi zamanı meşə yanğınlarından od əldə edərək bişmiş qida ilə qidalanmağa başlamışlar. Odda bişirilmiş qida ilə qidalanma meymunabənzər əcdadlarda iri çeynəmə əzələlərinin bitişdiyi əmgək çıxıntısının öz bioloji əhəmiyyətini itirməsi və çeynəmə aparatının yüngülləşməsi, bitki qidasından qarışıq qidaya keçmək isə bağırsağın qısalması ilə nəticələnmişdir.
1843-cü ildə Hindistanda, canavar yuvasının yaxınlığında bir uşaq tapıldı. Uşağa insan kimi qida qəbul etməyi, danışmağı öyrətmək mümkün olmadı. O, həmişə insan cəmiyyətindən qaçmağa çalışırdı. Nəhayət, 1851-ci ildə buna müvəffəq oldu. O, cəngəllikdə itərək bir daha insanların arasına qayıtmadı.
Nitqin yaranması
Cəmiyyət halında yaşamaq onun üzvlərinin birgə fəaliyyət, səs vasitəsilə ünsiyyət zərurətini doğurmuş, nəticədə nitq yaranmışdır. Getdikcə mürəkkəbləşən əmək prosesləri aydın nitqin və hiss orqanlarının inkişafına kömək edirdi. Nəticədə insan onu əhatə edən aləmdən siqnalları həm hiss orqanları (birinci siqnal sistemi), həm də nitq vasitəsilə (ikinci siqnal sistemi) almağa başladı. Nitqin yaranması ilə əlaqədar qırtlaq və ağız aparatı dəyişərək nitq orqanına çevrildi.
Təfəkkürün yaranması
Nitq şüurun daha da inkişaf etməsinə və təfəkkürün yaranmasına səbəb oldu. Əmək, nitq və şüurun qarşılıqlı təsiri cəmiyyəti inkişaf etdirdi. Əgər birinci siqnal sistemi obyektiv təfəkkürün yaranmasına səbəb olmuşdursa, ikinci siqnal sistemi mücərrəd təfəkkürün yaranması ilə nəticələndi. Mücərrəd təfəkkürün olmasına görə insan digər heyvanlardan fərqlənir. İnsan mücərrəd təfəkkür sayəsində real olmayan şeylər barədə mühakimə yürüdə bilir.
İnsanın formalaşmasına sosial amillərin təsiri
Bir neçə minillik ərzində ilk insanlardan müasir insanlar formalaşmışdır. İnsanın formalaşmasında bioloji amillərlə yanaşı, sosial amillər də böyük rol oynamışdır. Sosial amillərə əmək, ictimai həyat tərzi, nitq və təfəkkür aiddir.
Meyarlar | Meyarlar |
---|---|
Avstralopitek | həcmi650 sm3 |
Pitekantrop | 900-1100 sm3 |
Neandertal | 1400 sm3 |
Kromanyon | 1600 sm3 |
Müasir insan | 1600 sm3 |
Əmək
İnsanın formalaşmasında başlıca rol oynayan əməkdir. Əmək, əmək alətlərinin yaradılması ilə başlayır. Meymunlardan fərqli olaraq yalnız insan əmək alətləri yarada bilir. Əmək alətlərini təkmilləşdirməsi nəticəsində insanda bir çox dəyişikliklər meydana gəlmiş və onun təbiətə təsiri güclənmişdir. Əməyin təsiri ilə insanlarda morfofizioloji dəyişikliklər baş vermişdir. Belə dəyişikliklər antropomorfozlar (yun. “antropos” – insan) adlanır. Antropomorfozların bir çoxu dikyerimə sayəsində meydana gəlmişdir. Dikyerimənin meydana çıxmasının insanın inkişafında mühüm əhəmiyyəti olmuşdur.
İstinadlar
- "TƏKAMÜL TƏLİMİ HİPOTEZƏ VƏ ELMİ NƏZƏRİYYƏ KİMİ". www.elibrary.ru. İstifadə tarixi: 2023.11.30.
- (az.). www.e-derslik.edu.az. 09.02.2021. Archived from the original on 2022-01-22. İstifadə tarixi: 2021-02-04.
- Brian K. Hall; Benedikt Hallgrímsson. Strickberger's Evolution. Jones & Bartlett Publishers. 2011. səh. 488. ISBN . 2021-11-22 tarixində . İstifadə tarixi: 2021-02-09.
- Yong, Ed. "Mosaic humans, the hybrid species". New Scientist. 211 (2823). July 2011: 34–38. Bibcode:2011NewSc.211...34Y. doi:10.1016/S0262-4079(11)61839-3.
- Tyson, Peter. "Meet Your Ancestors". Nova ScienceNow. PBS; WGBH Educational Foundation. July 1, 2008. March 8, 2021 tarixində . İstifadə tarixi: April 18, 2015.
- Planck, 2012
- Gibbons, Ann. "Bonobos Join Chimps as Closest Human Relatives". TimeTree. June 13, 2012. April 9, 2016 tarixində . İstifadə tarixi: May 19, 2018.
- Kondo, 1985
- Plummer, Thomas. "Flaked stones and old bones: Biological and cultural evolution at the dawn of technology". American Journal of Physical Anthropology. Supplement 39 (Yearbook of Physical Anthropology). 2004: 118–164. doi:10.1002/ajpa.20157. ISSN 0002-9483. PMID 15605391.
- Courtiol, Alexandre; Tropf, Felix C.; Mills, Melinda C. "When genes and environment disagree: Making sense of trends in recent human evolution". Proceedings of the National Academy of Sciences (ingilis). 113 (28). July 12, 2016: 7693–7695. doi:10.1073/pnas.1608532113. ISSN 0027-8424. PMC 4948334. PMID 27402758.[ölü keçid]
- Strickberger, 2000. səh. 475–476
- Schlebusch, Carina M; Malmström, Helena; Günther, Torsten; Sjödin, Per; Coutinho, Alexandra; Edlund, Hanna; Munters, Arielle R; Vicente, Mário; Steyn, Maryna; Soodyall, Himla; Lombard, Marlize; Jakobsson, Mattias. "Southern African ancient genomes estimate modern human divergence to 350,000 to 260,000 years ago". Science. 358 (6363). 2017: 652–655. Bibcode:2017Sci...358..652S. doi:10.1126/science.aao6266. PMID 28971970.
- Bown, Rose, 1987
- Byars, S.G.; Ewbank, D.; Govindaraju, D.R.; Stearns, S.C. "Natural selection in a contemporary human population". Proceedings of the National Academy of Sciences. 107 (suppl_1). 2009: 1787–1792. Bibcode:2010PNAS..107.1787B. doi:10.1073/pnas.0906199106. PMC 2868295. PMID 19858476.
- Darwin, 1981
- Wade, Nicholas. "Two Splits Between Human and Chimp Lines Suggested". The New York Times. May 18, 2006. May 18, 2022 tarixində . İstifadə tarixi: April 20, 2015.
- (az.) https://e-derslik.edu.az/player/index3.php?book_id=144#books/144/units/unit-1/page121.xhtml (#bare_url_missing_title). 2021-04-22 tarixində . İstifadə tarixi: 2021-02-04.
- Stout, Dietrich. "Stone toolmaking and the evolution of human culture and cognition". Philosophical Transactions of the Royal Society B: Biological Sciences (ingilis). 366 (1567). April 12, 2011: 1050–1059. doi:10.1098/rstb.2010.0369. ISSN 0962-8436. PMC 3049103. PMID 21357227. August 13, 2022 tarixində . İstifadə tarixi: February 12, 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Insanin tekamulu Insanin emele gelmesi haqqinda tezadli fikirler movcuddur Insanin heyvan menseli olmasi haqqinda da coxlu faktlar vardir Insanin heyvan menseli olmasina dair ilk fikirler XVII esrde meydana cixmaga baslamisdir Ilk defe Karl Linney insani primatlar destesinde yerlesdirmisdir Jan Batist Lamark insan ecdadinin agacdan yere dusub suru halinda yasayan meymunabenzer heyvanlar oldugunu soylemisdi Insanin menseyi ve cinsi secme eserinde 1871 C Darvin insani tekamul zencirinin son halqasi hesab etmis ve muxtelif delillerle bunu subut etmeye calismisdir Onun fikirlerini Fridrix Engels Meymunun insana cevrilmesinde emeyin rolu eserinde 1896 subut etmisdir Insanin tekamulunde ictimai amillerin helledici rol oynadigi sonralar oz tesdiqini tapmaga baslamisdir Insan memeliler sinfine daxil olaraq diafraqmaya sud vezilerine qulaq seyvanina ixtisaslasmis ve xususi yuvalarda yerlesen dislere plasentaya uc cut esitme sumuyune yeddi boyun feqeresine malikdir Hisleri ifade eden mimiki ezeleler yalniz insanabenzer meymunlar ve insana mexsusdur Insana morfoloji ve anatomik cehetden en yaxin olan heyvanlar insanabenzer meymunlardir Onlarin beden qurulusu reduksiya olmus quyrugu yasti dirnaqlari kesici kopek azi dislerinin sayi eldeki bas barmagin diger barmaqlarla qarsilasmasi 12 13 cut qabirgasi 5 6 oma feqeresinin olmasi insanlara oxsardir Onlar da veba verem qarin yatalagi cicek qrip kimi xesteliklere tutulur ve dord qan qrupuna malikdirler Xromosom aparatinda da oxsarliq movcuddur Meselen simpanzenin xromosom aparatindaki nukleotid ardicilliqlari 91 insaninkina oxsardir Lakin butun insanabenzer meymunlarin fizioloji xususiyyetlerinde insana oxsarliq eyni deyil Simpanze kellenin qurulusu ve etraflarin olculeri Hibbon yasti dos qefesi ve kellenin hamar olmasi Qorilla umumi beden nisbetleri canaq bilek pencenin qurulusu Oranqutan 12 cut qabriga Meymunlardan insana fizioloji xususiyyetleri ile en yaxin olanini demek nisbeten cetindir Lakin alimler bele qenaete gelirler ki bu simpanze meymunudur Ancaq bu meymunlarin hec biri insanin bilavasite ecdadi sayilmir Insanla insanabenzer meymunlar arasinda muhum ferqler vardir Insan meymunlardan ferqli olaraq kollektiv emek fealiyyetine malikdir Insan mucerred tefekkure malik olub yeni emek aletleri yaradir ve onlari tetbiq edir Insan tekamulunu tesnifat da eks etdirir Muasir insanin tesnifatda yeri Alem HeyvanlarTip XordalilarSinif MemelilerDeste PrimatlarFesile InsanlarCins InsanNov Derrakeli insanInsan tekamulu Embrioloji ve muqayiseli anatomiya delilleriInsanla memeli heyvan arasinda olan oxsar morfoloji anatomik fizioloji ve embrioloji xususiyyetler var Atavizm Atavizmler insanin heyvanlardan emele geldiyini gosterir Bezen quyruqlu coxmemeli butun bedeni six tuklerle ortulu qulaq seyvanini hereket etdire bilen insanlar dogulur Bu onlarin ecdadlarinin elametlerini tekrar etmesidir Rudimentler Insan tekamulunde ecdadlarda olan bezi orqanlar oz ehemiyyetini itirmis ve qaliq halinda qalmisdir Mueyyen olunmusdur ki insanda rudimentlerin sayi coxdur Insanin onurgali heyvanlarla muqayisesi gosterir ki o uzun suren tarixi inkisaf yolu kecmis ve formalasmisdir Insanin memeli heyvanlara daha cox oxsadigini bilirsiniz Insan ve heyvan ruseymlerinin inkisafini nezerden kecirdikde onlarin oxsar xususiyyetlerinin oldugu mueyyen edilmisdir Insan da oz inkisafina mayalanmis yumurtahuceyreden ziqotdan baslayir Ziqotun bolunmesi neticesinde blastomerler yaranir coxhuceyreli ruseym formalasir Ruseymin inkisafi zamani bir ayliginda ikikamerali urek uc cut qelseme qovsu gorunur Barmaqlarinin arasinda perde kloakasi baliqlarda oldugu kimi qovuqcuqlardan ibaret bas beyinolur Ruseym inkisaf etdikce onun bas beyninin yarimkureleri formalasir uzerini qirisli qabiq ortur Onurga sutununun quyruq sobesi de inkisaf zamani formalasir Onun feqerelerinin bir qismi reduksiyaya ugrayir bir qismi ise birlesib buzdum sumuyunu emele getirir Dolun 3 4 ayliginda bedenin uzeri tuklerle ortulu olur Ancaq inkisaf etdikce tukler tokulur yalniz basda uzun tukler qalir Hetta 6 heftelik ruseymde coxlu sud vezilerine rast gelinir Onun ureyi doyunen borudan ibaret olur Ruseym inkisaf etdikce onda insana mexsus elametler formalasir Driopitekler Paleogen dovrunde iqlimin soyumasi ile elaqedar olaraq cenuba dogru uzanan buzlaqlar meseleri mehv etmeye baslamisdi Meseler collerle evez olundugu ucun insanabenzer meymunlar agacdan dusmeye ve yerde gezmeye mecbur qalmisdilar Neogen dovrunde yasayan driopiteklerde gozler ve esitme orqanlari yaxsi inkisaf etmisdir Elleri formalasdigi esyalari daha yaxsi tutur ve tullayirdilar Beden olculeri deyismis beyinleri daha yaxsi inkisaf etmis driopitekler semti teyin ede bilirdiler Guman olunur ki onlar simpanze qorilla ve avstrolopiteklere baslangic vermisler Insanin tekamulu paleontoloji delillerInsanin tekamulunu antropogenez bir sira deliller subut edir Insanabenzer meymunlarin ve insanin ecdadinin mezozoy erasinda kicik heseratyeyenlerden baslangic goturmesi ehtimali vardir Onlarin qidasi qarisiq olmusdur Ancaq en cox cuculerle qidalanirdilar Sonralar bu heyvanlar bir cox saxelere baslangic vermisler Onlardan biri de parapiteklere baslangic veren saxe olmusdur Parapitekler Qedim insanabenzer meymunlar olmus Afrika Asiya ve Avropada genis erazilerde yasamislar Qazintilar neticesinde onlara mexsus qaliqlar tapilmisdir Onlar uc saxeye oranqutanlara hibbonlara ve nesli kesilmis driopiteklere baslangic vermisler Driopitekler Paleogen dovrunde iqlimin soyumasi ile elaqedar olaraq cenuba dogru uzanan buzlaqlar meseleri mehv etmeye baslamisdi Meseler collerle evez olundugu ucun insanabenzer meymunlar agacdan dusmeye ve yerde gezmeye mecbur qalmisdilar Neogen dovrunde yasayan driopiteklerde gozler ve esitme orqanlari yaxsi inkisaf etmisdir Elleri formalasdigi esyalari daha yaxsi tutur ve tullayirdilar Beden olculeri deyismis beyinleri daha yaxsi inkisaf etmis driopitekler semti teyin ede bilirdiler Guman olunur ki onlar simpanze qorilla ve avstrolopiteklere baslangic vermisler Avstralopitekler Onlar suru halinda duzenliklerde yasamaga baslamis yirtici olmuslar Bu heyvanlarda ense deliyi kelle qutusunun merkezine dogru cekilmisdi Beyinlerinin hecmi muasir insanabenzer meymunlara nisbeten daha boyuk olmusdu Tapilan sumuklere esasen melum olur ki onlarda arxa etraflar daha yaxsi inkisaf etmisdir Avstralopitekleri diger meymunlardan ferqlendiren xususiyyetleri gosterin Etraf sumuklerinden esasen canaq ve bud sumukleri insan sumuklerine daha cox oxsayirdi Canagin genis olmasi onlarin dik gezdiklerini gosterir Yuxari etraflarinda bas barmagin qurulusu ise ellerin tutmaq qabiliyyetinin guclu oldugunu ve onlarin dasdan ve sumukden alet kimi istifade etdiklerini bildirir Avstralopiteklerin dislerinin qurulusu da insanin disine daha cox oxsayirdi Muxtelif erazilerde tapilan qaliqlar avstralopiteklerin coxlu novlerinin oldugunu subut edir Simal ve cenub dairelerinden baslayan soyuqlar insanabenzer meymunlarin yasayisini daha da cetinlesdirdi Onlar ozlerini hem etraf muhit amillerinden hem de diger heyvanlardan qorumaq ucun bir sira uygunlasmalar qazandilar Avstralopiteklerin bir qismi ozlerini mudafie etmek ucun emek aletleri duzeltmeye basladilar Alimler bu saxeni bacariqli insan adlandirdilar Avstralopitek australis latinca cenublu yunanca meymun Alimlerin bir qismi bacariqli insan i en qedim insanlar hesab edirler Onlar cay daslarindan kesen ve dograyan aletler hazirlamislar Barmaq falanqalari yastilasmisdir Sonraki inkisaflarinda tekmillesmis ve en qedim insanlara baslangic vermisler En qedim insanlarInsanin yaranmasi prosesini 3 merheleye bolurler en qedim qedim ve ilk muasir insanlar Pitekantroplar Pitekantroplar meymunlarla insanlar arasinda araliq movqe tutan qruplar olmuslar Qaliqlari ilk defe 1891 ci ilde Asiyada Indoneziyanin Yava adasinda Ejen Dubua terefinden tapilmisdir Sonralar Asiyanin diger erazilerinde Afrikada ve Avropada da onlarin qaliqlarina rast gelindi Pitekantroplar iki etrafuzerinde dayaga soykenerek gezirdiler Onlar duz qametli idiler Beyinlerinin hecmi 900 1100 sm3 boylari 170 sm olmusdur Gozlerinin ustunde qasustu yastiqciqlar var idi Cenealti cixintilari nitq qabiliyyetleri olmadigi ucun yox idi Ancaq beyinlerinin alin ve gicgah paylari insanabenzer meymunlara nisbeten yaxsi inkisaf etmisdir Suru halinda yasamislar Oddan ve das aletlerden ersin burgu istifade edirmisler Paltar geyinmirdiler Yasayis meskenleri yox idi Sinantroplar Sinantroplar bunlari Cin adami adlandirirlar Cunki qaliqlari 1927 1937 ci illerde ilk defe Cinde Pekin yaxinliginda tapilmisdir Onlarin morfoloji xususiyyetleri pitekantroplara benzeyir Ancaq beyinlerinin hecmi onlarinkindan daha iri olub 1220 sm3 e catirdi Bezi arasdirmalar onlarin bas beyinlerinin daha iri olduguna esas verir Beyinlerinin sol payi sag payindan daha yaxsi inkisaf etmisdir Bu da onlarin sagaxay oldugunu subut edir Alt ceneleri ve disleri iri olmusdur Cenealti cixintilari yox idi Demeli onlarda nitq qabiliyyeti olmamisdir Qasustu yastiqciqlari var idi Oddan istifade edir onu qoruyub saxlayir deri paltarlar geyinirdiler Magaralardan tapilan kul qatlari Cin adamlarinin oradan siginacaq kimi istifade etdiklerini gosterir Onlarin das buynuz ve sumukden hazirlanmis emek aletleri ersin tiye iti ucluq olmusdur Heydelberq adami Heydelberq adami qaliqlari ilk defe 1907 ci ilde Almaniyanin Heydelberq seheri yaxinliginda tapilmisdir Bundan basqa qaliqlara Asiya ve Afrikada da rast gelinmisdir Askar edilmis alt cene sumuyunde cenealti cixinti yox idi Disler iri olsa da insan dislerine oxsar idi Onlar da oddan istifade etmis suru halinda yasamislar En qedim insanlar hannibal idiler Oz surulerinden olan insanlarin bele eti ile qidalana bilirdiler Azixantrop Azixantrop Azerbaycanin Xocavend rayonu erazisinde yerlesen Azix magarasinda bu insanlarin qaliqlari alt cene sumuyu tapilmisdir Onlar da suru halinda yasamis oddan istifade etmis deri paltar geyinmisdiler Dasdan sumukden muxtelif aletler hazirlamisdilar Tapilan qazintilar azixantroplarin qazma usulu ile yerde ocaq qurduqlarini gosterir Neandertallar qedim insanlardir Onlarin qaliqlari ilk defe Ispaniyada tapilmisdir 1856 ci ilde Almaniyanin Ne ander cayi vadisi erazisinde onlarin tam skeleti askar edilmisdir Qaliqlara Avropa ile yanasi Asiyada da rast gelinmisdir Boylari 155 165 sm olan bu insanlarda onurga eyrilikleri zeif inkisaf etmisdir Onlar nisbeten eyilerek hereket edirdiler 50 100 neferlik qruplarla yasayir deri paltarlar geyinir oddan istifade edir ve onu elde etmeyi bacarirdilar Beyinlerinin hecmi teqriben 1400 sm3 idi Beyin qabiginda qirislar muasir insanalara nisbeten az idi Alinlari maili idi qasustu yastiqciqlari yaxsi inkisaf etmisdi Cenealti cixintilari bezilerinde yox idi Ancaq qazintilar zamani tapilan bezi cene sumuklerinde cenealti cixintiya tesaduf olunur Bu da onu gosterir ki neandertallarda aydin olmayan bezilerinde ise aydin nitq var imis Hannibal idiler Emek bolguleri var idi Emek aletlerini dasdan sumukden agacdan das ucluq agac desti olan ucluq qarpun nize hazirlayirdilar Kisiler ov edir qadinlar ve usaqlar ise bitki menseli mehsullar toplayirdilar Onlar muxtelif siginacaqlardan istifade edir en cox ise magaralarda yasayirdilar Mitoxondri DNT si muasir insanlara cox yaxin olmusdur Ilk dini ruseymler onlarda yaranmisdir Ancaq onlar muasir insanin birbasa ecdadi deyiller Qedim ve ilk muasir insanlarNeandertallar Neandertallar qedim insanlardir Onlarin qaliqlari ilk defe Ispaniyada tapilmisdir 1856 ci ilde Almaniyanin Ne ander cayi vadisi erazisinde onlarin tam skeleti askar edilmisdir Qaliqlara Avropa ile yanasi Asiyada da rast gelinmisdir Boylari 155 165 sm olan bu insanlarda onurga eyrilikleri zeif inkisaf etmisdir Onlar nisbeten eyilerek hereket edirdiler 50 100 neferlik qruplarla yasayir deri paltarlar geyinir oddan istifade edir ve onu elde etmeyi bacarirdilar Beyinlerinin hecmi teqriben 1400 sm idi Beyin qabiginda qirislar muasir insanalara nisbeten az idi Alinlari maili idi qasustu yastiqciqlari yaxsi inkisaf etmisdi Cenealti cixintilari bezilerinde yox idi Ancaq qazintilar zamani tapilan bezi cene sumuklerinde cenealti cixintiya tesaduf olunur Bu da onu gosterir ki neandertallarda aydin olmayan bezilerinde ise aydin nitq var imis Hannibal idiler Emek bolguleri var idi Emek aletlerini dasdan sumukden agacdan das ucluq agac desti olan ucluq qarpun nize hazirlayirdilar Kisiler ov edir qadinlar ve usaqlar ise bitki menseli mehsullar toplayirdilar Onlar muxtelif siginacaqlardan istifade edir en cox ise magaralarda yasayirdilar Mitoxondri DNT si muasir insanlara cox yaxin olmusdur Ilk dini ruseymler onlarda yaranmisdir Ancaq onlar muasir insanin birbasa ecdadi deyiller Kromanyonlar Kromanyonlar ilk muasir insanlar olmuslar Qaliqlari ilk defe Fransanin Kromanyon kendi yaxinliginda tapildigi ucun onlari bele adlandirmislar Sonralar bu qaliqlara Asiya Afrika hetta Avstraliya qitelerinde de tesaduf edilmisdir Tapilan qaliqlara esasen onlarin boylarinin 180 sm e catdigi alinlarinin enli ve duz oldugu qasustu yastiqciqlarinin olmadigi mueyyen edilmisdir Kromanyonlar aydin nitqe malik olmuslar Onlar ozlerine siginacaq duzeldir paltarlarini tikmek ucun sumuk iynelerden istifade edirdiler Qayaustu resmler cekir oz emek aletlerini bezeyir saxsidan muxtelif qablar duzeldirdiler Dini ruseymler kromanyonlarda daha da inkisaf etmeye baslamisdi Onlar heyvanlari ehlilesdirmis ekincilikle mesgul olmusdular Kromanyonlarda hannibalizm xeyli azalmisdir Guman edilir ki onlar ozlerini aileye qurban vermisler Qadinlarin usaqlarin qocalarin xestelerin qaygisina qalmislar Onlarin tekamulunde sosial amiller daha ustun olmusdur Homo sapiens Planetimizde yasayan butun insanlar derrakeli insan novune Homo sapiens aiddir Insanlar yasadiqlari erazilere muhite uygunlasaraq irqlere ayrilmislar Hazirda alimler insanlari 3 esas irqe avropoid monqoloid ve ekvatorial irqlere ayirirlar Ancaq bu irqlerin icerisinde qarisiq ve kicik irqlere de rast gelinir Avropoid Avropa Cenubi Asiya ve Simali Afrika ehalisi bu irqe aiddir Derileri aciq rengli oldugundan bunlara ag irq de deyirler Onlarin nazik dar burunlari duz yumsaq saclari ensiz uzleri olur Simalda yasayanlarin derileri daha aciq rengdedir Monqoloid Amerikanin yerli ehalisi Sibirde yasayanlar Merkezi ve Cenubi Asiya ehalisi bu irqe aiddir Sari irq de adlandirilir Uzleri iri ve yasti saclari duz ve sertdir Gozlerinin etraflari bukusludur Ekvatorial Bunlar iki Afrika ve Avstraliya saxelerine ayrilir Bu irqe mensub olanlarin derileri gozleri qara burunlari ise yasti ve enli olur Saclari qara ve qivrimdir Avstraliyalilarda dalgali Irqlerin bu cur qruplasdirilmasi onlarin yasadiqlari muhite uygunlasmasi hesab olunur Meselen dar burun ora daxil olan havani isidir enli yasti burun ise onun qizmasina mane olur Qivrim saclar basi Gunesin zererli sualarinin tesirinden qoruyur Aciq rengli deri Gunes sualarini udur qara deri ise bedeni sualaradan qoruyur Dikyerime neticesinde insanda agirliq merkezi arxa etraf uzerine kecerek orqanlarin nisbetini keskin suretde deyismisdir Bununla elaqedar dos qefesi yanlara dogru genislenmis onurga S vari eyilmis oma sumuyu mohkemlenmisdir On etraflarin yerime funksiyasindan azad olmasi ellerin muxtelif hereketlilik qazanmasina getirib cixarmis emek fealiyyetinin artmasi sosial amillerin guclenmesi ile neticelenmisdir Ictimai heyat terzi Emek fealiyyeti neticesinde insanlarin ictimai heyat terzine kecdiyi guman olunur Bele ki cemiyyet halinda yasamaq onlarin dusmenden birge qorunmasina ve heyvanlarin asan ovlanmasina serait yaradirdi Onlar vulkan puskurmesi zamani mese yanginlarindan od elde ederek bismis qida ile qidalanmaga baslamislar Odda bisirilmis qida ile qidalanma meymunabenzer ecdadlarda iri ceyneme ezelelerinin bitisdiyi emgek cixintisinin oz bioloji ehemiyyetini itirmesi ve ceyneme aparatinin yungullesmesi bitki qidasindan qarisiq qidaya kecmek ise bagirsagin qisalmasi ile neticelenmisdir 1843 cu ilde Hindistanda canavar yuvasinin yaxinliginda bir usaq tapildi Usaga insan kimi qida qebul etmeyi danismagi oyretmek mumkun olmadi O hemise insan cemiyyetinden qacmaga calisirdi Nehayet 1851 ci ilde buna muveffeq oldu O cengellikde iterek bir daha insanlarin arasina qayitmadi Nitqin yaranmasi Cemiyyet halinda yasamaq onun uzvlerinin birge fealiyyet ses vasitesile unsiyyet zeruretini dogurmus neticede nitq yaranmisdir Getdikce murekkeblesen emek prosesleri aydin nitqin ve hiss orqanlarinin inkisafina komek edirdi Neticede insan onu ehate eden alemden siqnallari hem hiss orqanlari birinci siqnal sistemi hem de nitq vasitesile ikinci siqnal sistemi almaga basladi Nitqin yaranmasi ile elaqedar qirtlaq ve agiz aparati deyiserek nitq orqanina cevrildi Tefekkurun yaranmasi Nitq suurun daha da inkisaf etmesine ve tefekkurun yaranmasina sebeb oldu Emek nitq ve suurun qarsiliqli tesiri cemiyyeti inkisaf etdirdi Eger birinci siqnal sistemi obyektiv tefekkurun yaranmasina sebeb olmusdursa ikinci siqnal sistemi mucerred tefekkurun yaranmasi ile neticelendi Mucerred tefekkurun olmasina gore insan diger heyvanlardan ferqlenir Insan mucerred tefekkur sayesinde real olmayan seyler barede muhakime yurude bilir Insanin formalasmasina sosial amillerin tesiriBir nece minillik erzinde ilk insanlardan muasir insanlar formalasmisdir Insanin formalasmasinda bioloji amillerle yanasi sosial amiller de boyuk rol oynamisdir Sosial amillere emek ictimai heyat terzi nitq ve tefekkur aiddir Beyinin hecmi Meyarlar MeyarlarAvstralopitek hecmi650 sm3Pitekantrop 900 1100 sm3Neandertal 1400 sm3Kromanyon 1600 sm3Muasir insan 1600 sm3Emek Insanin formalasmasinda baslica rol oynayan emekdir Emek emek aletlerinin yaradilmasi ile baslayir Meymunlardan ferqli olaraq yalniz insan emek aletleri yarada bilir Emek aletlerini tekmillesdirmesi neticesinde insanda bir cox deyisiklikler meydana gelmis ve onun tebiete tesiri guclenmisdir Emeyin tesiri ile insanlarda morfofizioloji deyisiklikler bas vermisdir Bele deyisiklikler antropomorfozlar yun antropos insan adlanir Antropomorfozlarin bir coxu dikyerime sayesinde meydana gelmisdir Dikyerimenin meydana cixmasinin insanin inkisafinda muhum ehemiyyeti olmusdur Istinadlar TEKAMUL TELIMI HIPOTEZE VE ELMI NEZERIYYE KIMI www elibrary ru Istifade tarixi 2023 11 30 az www e derslik edu az 09 02 2021 Archived from the original on 2022 01 22 Istifade tarixi 2021 02 04 Brian K Hall Benedikt Hallgrimsson Strickberger s Evolution Jones amp Bartlett Publishers 2011 seh 488 ISBN 978 1 4496 6390 2 2021 11 22 tarixinde Istifade tarixi 2021 02 09 Yong Ed Mosaic humans the hybrid species New Scientist 211 2823 July 2011 34 38 Bibcode 2011NewSc 211 34Y doi 10 1016 S0262 4079 11 61839 3 Tyson Peter Meet Your Ancestors Nova ScienceNow PBS WGBH Educational Foundation July 1 2008 March 8 2021 tarixinde Istifade tarixi April 18 2015 Planck 2012 Gibbons Ann Bonobos Join Chimps as Closest Human Relatives TimeTree June 13 2012 April 9 2016 tarixinde Istifade tarixi May 19 2018 Kondo 1985 Plummer Thomas Flaked stones and old bones Biological and cultural evolution at the dawn of technology American Journal of Physical Anthropology Supplement 39 Yearbook of Physical Anthropology 2004 118 164 doi 10 1002 ajpa 20157 ISSN 0002 9483 PMID 15605391 Courtiol Alexandre Tropf Felix C Mills Melinda C When genes and environment disagree Making sense of trends in recent human evolution Proceedings of the National Academy of Sciences ingilis 113 28 July 12 2016 7693 7695 doi 10 1073 pnas 1608532113 ISSN 0027 8424 PMC 4948334 PMID 27402758 olu kecid Strickberger 2000 seh 475 476 Schlebusch Carina M Malmstrom Helena Gunther Torsten Sjodin Per Coutinho Alexandra Edlund Hanna Munters Arielle R Vicente Mario Steyn Maryna Soodyall Himla Lombard Marlize Jakobsson Mattias Southern African ancient genomes estimate modern human divergence to 350 000 to 260 000 years ago Science 358 6363 2017 652 655 Bibcode 2017Sci 358 652S doi 10 1126 science aao6266 PMID 28971970 Bown Rose 1987 Byars S G Ewbank D Govindaraju D R Stearns S C Natural selection in a contemporary human population Proceedings of the National Academy of Sciences 107 suppl 1 2009 1787 1792 Bibcode 2010PNAS 107 1787B doi 10 1073 pnas 0906199106 PMC 2868295 PMID 19858476 Darwin 1981 Wade Nicholas Two Splits Between Human and Chimp Lines Suggested The New York Times May 18 2006 May 18 2022 tarixinde Istifade tarixi April 20 2015 az https e derslik edu az player index3 php book id 144 books 144 units unit 1 page121 xhtml bare url missing title 2021 04 22 tarixinde Istifade tarixi 2021 02 04 Stout Dietrich Stone toolmaking and the evolution of human culture and cognition Philosophical Transactions of the Royal Society B Biological Sciences ingilis 366 1567 April 12 2011 1050 1059 doi 10 1098 rstb 2010 0369 ISSN 0962 8436 PMC 3049103 PMID 21357227 August 13 2022 tarixinde Istifade tarixi February 12 2021