Vaqif Məmməd oğlu Şıxəliyev (6 sentyabr 1978, Şəki) — Azərbaycan müğənnisi, (Abşeron rayon Mədəniyyət Mərkəzinin) bədii rəhbəri
Vaqif Şıxəliyev | |
---|---|
azərb. Şıxəliyev Vaqif Məmməd oğlu | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Vaqif Məmməd oğlu Şıxəliyev |
Ləqəbi | AzəriStar Vaqif |
Doğum tarixi | 6 sentyabr 1978 (45 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Fəaliyyət illəri | 1993-cü ildən |
Janrlar | pop musiqisi, muğam, klassik musiqi, xalq musiqisi |
Musiqi aləti | tar |
Səs tembri | tenor |
Əlaqələri | Əlibaba Məmmədov, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Teymur Əmrah |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | "Azəri Star 2005" qalibi (I yer)
|
![]() |
Həyatı
Vaqif Şıxəliyev 1978-ci il sentyabr ayının 6-da Şəki şəhərində anadan olmuşdur. 1985–1994-cü illərdə Şəki şəhəri 5 saylı orta məktəbdə, eyni zamanda 1989–1994-cü illərdə Şəki şəhəri 2 saylı uşaq musiqi məktəbinin Xanəndəlik sinfində təhsil almışdır.
1994–1997-ci illərdə Bakı şəhəri Bülbül adına orta ixtisas Musiqi Məktəbinin Xanəndəlik sinfində Xalq artisti Əlibaba Məmmədovdan dərs almışdır. 1997–2001]]-ci illərdə Bakı Musiqi Akademiyasının Xanəndəlik fakültəsində Xalq artisti Arif Babayevdən təhsil almışdır. Musiqi Akademiyasında təhsil aldığı 1997–2001-ci illərdə Əməkdar artist Teymur Əmrahdan klassik mahnı janrı üzrə vokal dərsləri almışdır.
1999–2005-ci illərdə Mirzəağa Əliyev adına Mədəniyyət Evində xalq çalğı alətləri ansamblının rəhbəri, 2005–2014-cü illərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1-ci dərəcəli vokalist artist, 2014–2015-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində klub metodisti vəzifələrində çalışmışdır. 2016-cı ildən (Abşeron rayon Mədəniyyət Mərkəzində) bədii rəhbər vəzifəsində fəaliyyət göstərir.
Ailəsi
- Atası Şıxəliyev Məmməd Fərrux oğlu 1956-cı ildə Şəki şəhərində anadan olmuşdur. Uzun illər Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə maşinisti vəzifəsində çalışmışdır. 2012-ci ildə dünyasını dəyişib.
- Anası Abdullayeva Zinyət Ziyəddin qızı 1953-cü ildə Şəki şəhərində anadan olmuşdur. Evdar qadındır.
Şəxsi həyatı
Karyerası
1993–1994-cü illər Şəki şəhərində "Xəzinə" adlı instrumental ansamblının solisti olmuşdur. Həmin illər bir neçə mahnı lentə aldırmışdır.
İlk dəfə professional fəaliyyətini 2000-ci ildə bəstəsi Emin Sabitoğluya məxsus "Baladadaşın ilk məhəbbəti" filmindən "Sevgi" adlı mahnını ifa edərək, səsyazma ilə solo karyerasına başlamışdır və bu mahnı Azərbaycan Televiziyasınin "Qızıl Fond"una daxil edilmişdir. İfa etdiyi 20-dэn çox mahnı əsərləri "Qızıl Fond"da yer almışdır.
2003-cü ildə "Gözüm səni axtarır", 2008-ci ildə "Yar gəlmədi",2015-ci ildə "Ah çəksəm" adlı musiqi albomları çıxmışdır. 2007-ci ildə ifa etdiyi "Yar gəlmədi" mahnısı müğənniyə ən çox uğur gətirən mahnılardan hesab olunur. Bundan başqa 2005-ci ildə "Sevirəm səni", 2006-cı ildə "Nə var ki?" 2012-ci ildə "Ah çəksəm", 2016-cı ildə "De vəfasızım", 2018-ci ildə "Sevgi nəğməsi" və vətənpərvərlik mövzularında ifa etdiyi [[2019]-cu ildə "Qardaşlıq Himni — Azərbaycan-Türkiyə", 2021-ci ildə "Qarabağ Kompozisiyası" mahnılarını ifa edərək populyarlıq qazanmışdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı keçirilmiş, AZTV-nin Qızıl Fonduna daxil olmuş bir sıra tədbir və konsertlərdə — 2000-ci və 2003-cü illərdə Xalq artisti Oqtay Ağayevin yaradıcılığına həsr olunmuş gecələrdə, 2004-cü ildə Xalq artisti Mirzə Babayevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramında, 2015-ci ildə Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin, Xalq artisti Rəşid Behbudovun, tanınmış bəstəkarlar Emin Sabitoğlu, Ramiz Mirişli, İmruzə Hüseynova kimi görkəmli şəxslərin yaradıcılıq gecələrinə həsr olunmuş konsert proqramlarında, çoxsaylı bədii tədbirlərdə çıxış etmişdir. Eyni zamanda müxtəlif dövrlərdə yüksək səviyyəli dövlət tədbirlərində və Prezident seçkilərinə həsr olunmuş konsert proqramlarında, eləcə də 2005-ci ildə "Bakı-Tbilisi-Ceyhan neft kəməri" layihəsinin açılışı münasibətilə təşkil olunmuş Prezidentlərin açılış etdiyi konsert-tədbirində çıxış etmişdir.
2005-ci ildə Şəki və Gəncə şəhərlərində, 2009-cu ildə Bakı şəhərində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında solo konsertləri keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə ölkədaxili və ölkəxarici bir sıra şəhərlərdə — Rusiyanın Dağıstan, Osetiya, Mahaçqala bölgələrində, Türkiyənin İstanbul, Qars, Ərzurum, Bayburt şəhərlərində və digər ölkələrdə qastrol səfərləri çərçivəsində konsert proqramları ilə çıxış etmişdir.
Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Bakı gecələri — 2010" Estrada Mahnı Festivalında iştirak etmişdir.
Azərbaycanın tanınmış bəstəkarları ilə birgə fəaliyyət göstərərək, Tahir Əkbər, Ramiz Mirişli, Faiq Sücəddinov, Nadir Əzimov, Ruhəngiz Qasımova, İmruzə Hüseynova, Sevda Məmmədli kimi incəsənət xadimlarinin ona yazılmış yeni mahnılarını ifa etmişdir. Eyni zamanda Azərbaycanın görkəmli klassik estrada mahnılarının müəllifləri olan Emin Sabitoğlu, Tofiq Quliyev, Oqtay Kazımi, Elza İbrahimova, Cahangir Cahangirov, Rauf Hacıyev, Əlibaba Məmmədov, Şəfiqə Axundova, Cavanşir Quliyev kimi dahi bəstəkarların əsərlərinə müraciət edərək, yeni aranjımanda ifa etmiş və lentə aldırmışdır.
Respublikanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları ilə işbirlikləri, duetləri olmuşdur.
Hal-hazırda solo karyerasını davam etdirməkdədir.
İncəsənətə xələl gətirdikləri üçün həmkarlarını tənqid edən azsaylı ifaçılardandır.
Mükafatları
- 1993-cü ildə keçirilən Respublika Muğam Müsabiqəsinin laureatı olmuşdur.
- 2003-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Bakı payızı" estrada müsabiqəsinin laureatı diplomuna layiq görülmüşdür.
- 2005-ci ildə Space TV-də yayımlanan "Azəri Star" mahnı müsabiqəsində qalib gələrək, 1-ci yerə — "Qran-Pri" mükafatına layiq görülmüşdür.
Diskoqrafiyası
Albomlar
- "Gözüm səni axtarır" (2003-cü il)
- "Yar gəlmədi" (2008-ci il)
- "Ah çəksəm" (2015-ci il)
Sinqllar
- "O körpəmin anasıdır" (2001-ci il, mus: Əbülfət Əliyev)
- "Gözüm səni axtarır" (2003-cü il, mus: Rəhim Rəhimli, söz: Zahir Abbas)
- "Sevirəm səni" (2005-ci il, mus: Faiq Sücəddinov, söz: Novruz Cabbarov)
- "Bağışlamaram səni" (2005-ci il, mus: Nadir Əzimov, söz: İftixar Piriyev)
- "Nə var ki?" (2006-cı il, mus: İlhamə Adilqızı, söz: Gülağa Tənha)
- "Tellərin" (2006-cı il, söz-mus: Aşıq Ələsgər)
- "Dərdin alım" (2006-cı il, mus: Tahir Əkbər, söz: Osman Sarıvəlli)
- "Yar gəlmədi" (2007-ci il, mus: Sevda Məmmədli, söz: Vahid Əlioğlu)
- "Bakı" (2007-ci il, mus: İlham Kazımov, söz: Ramiz Fərəcoğlu)
- "Uça- uça qollarına" (2007-ci il, mus: Tunar Rəhmanoğlu, söz: Mehman Əhmədli)
- "Gəncədən gəlirəm" (2007-ci il, mus: Emin Sabitoğlu, söz: Əhməd Cavad)
- "Bir sevgi sənsiz" (2008-ci il, mus: Tahir Əkbər, söz: Hilal Həsənoğlu)
- "İndi bildim qədrini" (2008-ci il, mus: Gülnarə Seyidova)
- "Aşiq olmuşam" (2008-ci il, mus: Tahir Əkbər, söz: Rəna Mirzoyeva)
- "Ah çəksəm" (2012-ci il, mus: Hacı Nazim, söz: Altay Yaşar)
- "Anam Qocalır" (2013-cü il, mus: Sevinc Mansurova, söz: Əminə Seyidova)
- "Qızılgülüm" (2014-cü il, mus: Sevinc Mansurova, söz: Əminə Seyidova)
- "Bu yaşıl ağacın altı bizimdir" (2014-cü il, Aşıq musiqisi , söz: Zəlimxan Yaqub)
- "Nazlı Mələk" (2014-cü il, söz-mus: Bəhram Nəsibov)
- "Fərəh qızım" (2015-ci il, söz-mus: İlkin Valehoğlu)
- "De vəfasızım" (2016-cı il, söz- mus: Hacı Nazim)
- "Bağışla" (2017-ci il, mus: Cabbar Musayev, söz: Şahin Nəcəfov)
- "Ay ana, dostum evlənir" (2017-ci il, mus: Ruhəngiz Qasımova, söz: Fikrət Qoca)
- "Sevgi nəğməsi" (2018-ci il, söz- mus: Murad Zeynal)
- "Kimsən sən" (2018-ci il, mus: Tofiq Quliyev)
- "Qaytar eşqimi" (2019-cu il, mus: Oqtay Kazımi, söz: Fikrət Qoca)
- "Neylərsən" (2019-cu il, mus: Faiq Sücəddinov, söz: Nuridə Atəşi)
- "Qardaşlıq Himni — Azərbaycan-Türkiyə" (2019-cu il, mus: Aytən Oqtayqızı, söz: Qabil Ədalət)
- "Həkimlər" (2020-ci il, mus: Emin Sabitoğlu, söz: İslam Səfərli)
- "Qarabağ Kompozisiyası" (2021-ci il, mus: Aytən Oqtayqızı, söz: Cəlil Əliyev)
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- ""Vaqif Şıxəliyevin özünməxsus musiqi zövqü və sənəti var" – Azərbaycanın əməkdar artisti Nisə Qasımova" (az.). trend.az. 2008-01-11. 2022-01-19 tarixində . İstifadə tarixi: 2022-01-19.
- "Azəri Star 2005 müsabiqəsi" (az.). artist.az. 2022-01-28 tarixində . İstifadə tarixi: 2022-01-19.
- "Müğənni Vaqif Şıxəliyev öz bioqrafiyası haqqında danışdı" (az.). azertimes.az. 2021-10-11. 2022-06-15 tarixində . İstifadə tarixi: =2022-01-19.
- "Vaqif Şıxəliyev - Azərbaycan artistləri" (az.). artist.az. 2022-01-19 tarixində . İstifadə tarixi: 2022-01-19.
- "Vaqif Şıxsəliyev - Bioqrafiya" (az.). shaki.info. 2021-02-08. 2022-01-19 tarixində . İstifadə tarixi: 2022-01-19.
- "Müğənni Vaqif Şıxəliyevin oğlu oldu" (az.). lent.az. 2009-11-03. 2022-01-19 tarixində . İstifadə tarixi: =2022-01-19.
- ""Bakı gecələri - 2010" Estrada Mahnı Festivalında kimlər yarışacaq?" (az.). medeniyyat.az. 2010-09-03. 2022-01-19 tarixində . İstifadə tarixi: 2022-01-19.
- "Müğənnilər əlil uşaqları sevindirdi" (az.). axsam.az. 2013-05-20. 2022-01-19 tarixində . İstifadə tarixi: 2022-01-19.
- "Vaqif Şıxəlıyev: "Mən bayağı, toy mahnılarını oxuyan ifaçı deyiləm"" (az.). sonxeber.az. 2020-02-03. 2022-01-19 tarixində . İstifadə tarixi: 2022-01-19.
- "Vaqif bu müğənniləri "topa tutdu": "Musiqili meyxana ciddi sənət deyil"" (az.). sherg.az. 2022-01-19 tarixində . İstifadə tarixi: 2022-01-19.
- "Dostlarından paxıllıq görən müğənni Vaqif Şıxəliyev keçmişi xatırlatdı" (az.). muz-tv.az. 2018-04-01. 2022-01-19 tarixində . İstifadə tarixi: 2022-01-19.
- "Vaqif Sixaliyev on Amazon Music" (ingilis). music.amazon.com. 2022-01-19 tarixində . İstifadə tarixi: 2022-01-19.
Xarici keçidlər
- Rəsmi Instagram səhifəsi
- Rəsmi Facebook səhifəsi
- Rəsmi YouTube kanalı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vaqif Memmed oglu Sixeliyev 6 sentyabr 1978 Seki Azerbaycan mugennisi Abseron rayon Medeniyyet Merkezinin bedii rehberiVaqif Sixeliyevazerb Sixeliyev Vaqif Memmed oglu Umumi melumatlarDogum adi Vaqif Memmed oglu SixeliyevLeqebi AzeriStar VaqifDogum tarixi 6 sentyabr 1978 1978 09 06 45 yas Dogum yeri Seki Seki rayonu Azerbaycan SSR SSRIVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliMusiqici melumatlariFealiyyeti xanendeFealiyyet illeri 1993 cu ildenJanrlar pop musiqisi mugam klassik musiqi xalq musiqisiMusiqi aleti tarSes tembri tenorElaqeleri Elibaba Memmedov Gulyaz Memmedova Gulyanaq Memmedova Teymur EmrahTehsili Bulbul adina Orta Ixtisas Musiqi Mektebi d Baki Musiqi AkademiyasiUzvluyu Yeni Azerbaycan PartiyasiMukafatlari Azeri Star 2005 qalibi I yer Baki payizi 2003 laureati III yer Respublika Mugam Musabiqesi 1993 laureati II yer Vikianbarda elaqeli mediafayllarHeyatiVaqif Sixeliyev 1978 ci il sentyabr ayinin 6 da Seki seherinde anadan olmusdur 1985 1994 cu illerde Seki seheri 5 sayli orta mektebde eyni zamanda 1989 1994 cu illerde Seki seheri 2 sayli usaq musiqi mektebinin Xanendelik sinfinde tehsil almisdir 1994 1997 ci illerde Baki seheri Bulbul adina orta ixtisas Musiqi Mektebinin Xanendelik sinfinde Xalq artisti Elibaba Memmedovdan ders almisdir 1997 2001 ci illerde Baki Musiqi Akademiyasinin Xanendelik fakultesinde Xalq artisti Arif Babayevden tehsil almisdir Musiqi Akademiyasinda tehsil aldigi 1997 2001 ci illerde Emekdar artist Teymur Emrahdan klassik mahni janri uzre vokal dersleri almisdir 1999 2005 ci illerde Mirzeaga Eliyev adina Medeniyyet Evinde xalq calgi aletleri ansamblinin rehberi 2005 2014 cu illerde Resid Behbudov adina Azerbaycan Dovlet Mahni Teatrinda 1 ci dereceli vokalist artist 2014 2015 ci illerde Sumqayit seher Medeniyyet ve Turizm Idaresinde klub metodisti vezifelerinde calismisdir 2016 ci ilden Abseron rayon Medeniyyet Merkezinde bedii rehber vezifesinde fealiyyet gosterir Ailesi Atasi Sixeliyev Memmed Ferrux oglu 1956 ci ilde Seki seherinde anadan olmusdur Uzun iller Sabit Rehman adina Seki Dovlet Dram Teatrinda sehne masinisti vezifesinde calismisdir 2012 ci ilde dunyasini deyisib Anasi Abdullayeva Zinyet Ziyeddin qizi 1953 cu ilde Seki seherinde anadan olmusdur Evdar qadindir Sexsi heyati Evlidir 2 ovladi Elcan adli oglu ve Ayan adli qizi var Karyerasi1993 1994 cu iller Seki seherinde Xezine adli instrumental ansamblinin solisti olmusdur Hemin iller bir nece mahni lente aldirmisdir Ilk defe professional fealiyyetini 2000 ci ilde bestesi Emin Sabitogluya mexsus Baladadasin ilk mehebbeti filminden Sevgi adli mahnini ifa ederek sesyazma ile solo karyerasina baslamisdir ve bu mahni Azerbaycan Televiziyasinin Qizil Fond una daxil edilmisdir Ifa etdiyi 20 den cox mahni eserleri Qizil Fond da yer almisdir 2003 cu ilde Gozum seni axtarir 2008 ci ilde Yar gelmedi 2015 ci ilde Ah ceksem adli musiqi albomlari cixmisdir 2007 ci ilde ifa etdiyi Yar gelmedi mahnisi mugenniye en cox ugur getiren mahnilardan hesab olunur Bundan basqa 2005 ci ilde Sevirem seni 2006 ci ilde Ne var ki 2012 ci ilde Ah ceksem 2016 ci ilde De vefasizim 2018 ci ilde Sevgi negmesi ve vetenperverlik movzularinda ifa etdiyi 2019 cu ilde Qardasliq Himni Azerbaycan Turkiye 2021 ci ilde Qarabag Kompozisiyasi mahnilarini ifa ederek populyarliq qazanmisdir Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi ve Azerbaycan Dovlet Televiziyasinin teskilatciligi kecirilmis AZTV nin Qizil Fonduna daxil olmus bir sira tedbir ve konsertlerde 2000 ci ve 2003 cu illerde Xalq artisti Oqtay Agayevin yaradiciligina hesr olunmus gecelerde 2004 cu ilde Xalq artisti Mirze Babayevin 90 illik yubileyine hesr olunmus konsert proqraminda 2015 ci ilde Emekdar incesenet xadimi bestekar Tahir Ekberin Xalq artisti Resid Behbudovun taninmis bestekarlar Emin Sabitoglu Ramiz Mirisli Imruze Huseynova kimi gorkemli sexslerin yaradiciliq gecelerine hesr olunmus konsert proqramlarinda coxsayli bedii tedbirlerde cixis etmisdir Eyni zamanda muxtelif dovrlerde yuksek seviyyeli dovlet tedbirlerinde ve Prezident seckilerine hesr olunmus konsert proqramlarinda elece de 2005 ci ilde Baki Tbilisi Ceyhan neft kemeri layihesinin acilisi munasibetile teskil olunmus Prezidentlerin acilis etdiyi konsert tedbirinde cixis etmisdir 2005 ci ilde Seki ve Gence seherlerinde 2009 cu ilde Baki seherinde Resid Behbudov adina Azerbaycan Dovlet Mahni Teatrinda solo konsertleri kecirilmisdir Azerbaycan Respublikasi Medeniyyet Nazirliyinin xetti ile olkedaxili ve olkexarici bir sira seherlerde Rusiyanin Dagistan Osetiya Mahacqala bolgelerinde Turkiyenin Istanbul Qars Erzurum Bayburt seherlerinde ve diger olkelerde qastrol seferleri cercivesinde konsert proqramlari ile cixis etmisdir Medeniyyet ve Turizm Nazirliyi ve Baki Seher Icra Hakimiyyetinin desteyi Baki seher Medeniyyet ve Turizm Idaresinin teskilatciligi ile Baki geceleri 2010 Estrada Mahni Festivalinda istirak etmisdir Azerbaycanin taninmis bestekarlari ile birge fealiyyet gostererek Tahir Ekber Ramiz Mirisli Faiq Suceddinov Nadir Ezimov Ruhengiz Qasimova Imruze Huseynova Sevda Memmedli kimi incesenet xadimlarinin ona yazilmis yeni mahnilarini ifa etmisdir Eyni zamanda Azerbaycanin gorkemli klassik estrada mahnilarinin muellifleri olan Emin Sabitoglu Tofiq Quliyev Oqtay Kazimi Elza Ibrahimova Cahangir Cahangirov Rauf Haciyev Elibaba Memmedov Sefiqe Axundova Cavansir Quliyev kimi dahi bestekarlarin eserlerine muraciet ederek yeni aranjimanda ifa etmis ve lente aldirmisdir Respublikanin Xalq artistleri Gulyaz ve Gulyanaq Memmedova bacilari ile isbirlikleri duetleri olmusdur Hal hazirda solo karyerasini davam etdirmekdedir Incesenete xelel getirdikleri ucun hemkarlarini tenqid eden azsayli ifacilardandir Mukafatlari1993 cu ilde kecirilen Respublika Mugam Musabiqesinin laureati olmusdur 2003 cu ilde Azerbaycan Respublikasi Medeniyyet Nazirliyinin teskilatciligi ile kecirilen Baki payizi estrada musabiqesinin laureati diplomuna layiq gorulmusdur 2005 ci ilde Space TV de yayimlanan Azeri Star mahni musabiqesinde qalib gelerek 1 ci yere Qran Pri mukafatina layiq gorulmusdur DiskoqrafiyasiAlbomlar Gozum seni axtarir 2003 cu il Yar gelmedi 2008 ci il Ah ceksem 2015 ci il Sinqllar O korpemin anasidir 2001 ci il mus Ebulfet Eliyev Gozum seni axtarir 2003 cu il mus Rehim Rehimli soz Zahir Abbas Sevirem seni 2005 ci il mus Faiq Suceddinov soz Novruz Cabbarov Bagislamaram seni 2005 ci il mus Nadir Ezimov soz Iftixar Piriyev Ne var ki 2006 ci il mus Ilhame Adilqizi soz Gulaga Tenha Tellerin 2006 ci il soz mus Asiq Elesger Derdin alim 2006 ci il mus Tahir Ekber soz Osman Sarivelli Yar gelmedi 2007 ci il mus Sevda Memmedli soz Vahid Elioglu Baki 2007 ci il mus Ilham Kazimov soz Ramiz Ferecoglu Uca uca qollarina 2007 ci il mus Tunar Rehmanoglu soz Mehman Ehmedli Genceden gelirem 2007 ci il mus Emin Sabitoglu soz Ehmed Cavad Bir sevgi sensiz 2008 ci il mus Tahir Ekber soz Hilal Hesenoglu Indi bildim qedrini 2008 ci il mus Gulnare Seyidova Asiq olmusam 2008 ci il mus Tahir Ekber soz Rena Mirzoyeva Ah ceksem 2012 ci il mus Haci Nazim soz Altay Yasar Anam Qocalir 2013 cu il mus Sevinc Mansurova soz Emine Seyidova Qizilgulum 2014 cu il mus Sevinc Mansurova soz Emine Seyidova Bu yasil agacin alti bizimdir 2014 cu il Asiq musiqisi soz Zelimxan Yaqub Nazli Melek 2014 cu il soz mus Behram Nesibov Fereh qizim 2015 ci il soz mus Ilkin Valehoglu De vefasizim 2016 ci il soz mus Haci Nazim Bagisla 2017 ci il mus Cabbar Musayev soz Sahin Necefov Ay ana dostum evlenir 2017 ci il mus Ruhengiz Qasimova soz Fikret Qoca Sevgi negmesi 2018 ci il soz mus Murad Zeynal Kimsen sen 2018 ci il mus Tofiq Quliyev Qaytar esqimi 2019 cu il mus Oqtay Kazimi soz Fikret Qoca Neylersen 2019 cu il mus Faiq Suceddinov soz Nuride Atesi Qardasliq Himni Azerbaycan Turkiye 2019 cu il mus Ayten Oqtayqizi soz Qabil Edalet Hekimler 2020 ci il mus Emin Sabitoglu soz Islam Seferli Qarabag Kompozisiyasi 2021 ci il mus Ayten Oqtayqizi soz Celil Eliyev IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Vaqif Sixeliyevin ozunmexsus musiqi zovqu ve seneti var Azerbaycanin emekdar artisti Nise Qasimova az trend az 2008 01 11 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Azeri Star 2005 musabiqesi az artist az 2022 01 28 tarixinde Istifade tarixi 2022 01 19 Mugenni Vaqif Sixeliyev oz bioqrafiyasi haqqinda danisdi az azertimes az 2021 10 11 2022 06 15 tarixinde Istifade tarixi 2022 01 19 Vaqif Sixeliyev Azerbaycan artistleri az artist az 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Vaqif Sixseliyev Bioqrafiya az shaki info 2021 02 08 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Mugenni Vaqif Sixeliyevin oglu oldu az lent az 2009 11 03 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Baki geceleri 2010 Estrada Mahni Festivalinda kimler yarisacaq az medeniyyat az 2010 09 03 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Mugenniler elil usaqlari sevindirdi az axsam az 2013 05 20 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Vaqif Sixeliyev Men bayagi toy mahnilarini oxuyan ifaci deyilem az sonxeber az 2020 02 03 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Vaqif bu mugennileri topa tutdu Musiqili meyxana ciddi senet deyil az sherg az 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Dostlarindan paxilliq goren mugenni Vaqif Sixeliyev kecmisi xatirlatdi az muz tv az 2018 04 01 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Vaqif Sixaliyev on Amazon Music ingilis music amazon com 2022 01 19 tarixinde Istifade tarixi 2022 01 19 Xarici kecidlerResmi Instagram sehifesi Resmi Facebook sehifesi Resmi YouTube kanali