Klassik musiqi — klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir.
Klassik musiqi incəsənətin bir növü olub Qərb ənənələrinə söykənir. Bu XI əsrdən bu günə qədər böyük bir dövrü əhatə edir. Bu ənənənin mərkəzi normaları ümumi təcrübə dövrü kimi sayılan 1550 və 1900-cü illəri bir-birinə bağlayır. Klassik musiqinin böyük vaxt bölmələri erkən musiqi dövrü sayılır. Buna daxildir- Medival və Renesans; Barokko və Romantik; Klassik; və XX əsrdən müasir dövrə qədər olan dövr.
Avropa və rus klassik musiqisi
Avropa dünyaya Vivaldi, İohann Bax, Hendel, Motsart, Mendelson, Şopen, Rixard Vaqner, Cüzeppe Verdi, İohann Ştrauss, Yohans Brams, Jorj Bize və başqa dahi bəstəkarları bəxş edib. Xüsusilə iki dahi bəstəkarı-Volfqanq Amadey Motsart və Lüdviq van Bethoven- i qeyd etmək lazımdır ki, onlar klassik musiqi sahəsində özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında mühüm rol oynamışdır. Motsart artıq 6 yaşı olanda musiqi bəstələməyə, konsertlər verməyə, Avropanı gəzməyə başlamışdı. Londonda 10 yaşında ilk simfoniyasını, 11 yaşında ilk operasını yazmışdı. 18 yaşına qədər bu vunderkind artıq 25 simfoniya bəstələmişdi. O, çox qısa (cəmi 35 yaş) ömrü boyu "Sehrli fleyta", "Don Juan", "Fiqaronun toyu" kimi əsrlər boyu dünyanın ən məşhur səhnələrinin repertuarından düşməyən operalar, 41 simfoniya, fortepiano və orkestr üçün konsertlər, skripka, fleyta və orkestr üçün konsertlər, divertismentlər, sonatalar, serenada və fortepiano pyesləri yazıb. Şedevr musiqi yaradıcılığının həcminə görə Motsartın tayıbərabəri yoxdur. Motsart musiqiyə işıq gətirdi, öz musiqisi ilə insanlara sevinc, nikbinlik, insanların ən çətin məqamlarında onlara həyat, yaşamaq eşqi, ümidi bəxş elədi. Neçə əsrlərdir ki, Motsart musiqisi insanları sevgiyə, həyatdan həzz almağa çağırır. Təəssüf ki, bu dahinin şəxsi həyatı onun işıqlı musiqisi ilə uzlaşmadı. O, ömrünün sonlarını səfalət içərisində keçirdi. Xəstəlik, tənhalıq, cəmiyyətdən təcrid olunmaq, heç kimə lazım olmamaq, unudulmaq fikri onun ömrünün sonu gəldiyindən xəbər verirdi. O, bu hisslərin təsiri altında dahiyanə, lakin onun optimist ruhuna uyğun gəlməyən "Rekviyem"i yazır (ölümünə az qalmış). "Rekviyem" onun ölüm himni idi. Bax beləcə, ədalətsiz cəmiyyət, onun fantastik yaradıcılıq uğurlarını gözü götürməyənlər, onu ölüm ayağına gətirdilər, öldürdülər. Öz musiqisi ilə milyonlarla insana sevinc gətirən bir dahinin dəfnində cəmi bir neçə iştirak etdi. Bəzən fikirləşirəm ki, təki Motsart "Rekviyem"i yazmayaydı. Gözümdə nikbin, optimist, həyatı, insanları sevən Motsart kimi qalaydı. Lakin "Rekviyem"in ədalətsiz, riyakar cəmiyyətə, insanlara, haqsızlığa, layiq olmadığı səfalətə, unutqanlığa etiraz himni kimi səsləndiyini qəbul etdikdə, nə yaxşı ki, "Rekviyem" yazılıb qənaətinə gəlirəm. Lüdviq Van Bethoven musiqiyə əzəmət, möhtəşəmlik, qəhrəmanlıq gətirdi. Onun 9cu, 6-cı simfoniyaları, "Eqmont" simfonik süitası simfonizmə yeni səslər gətirdi, simfonik orkestrin bütün imkanlarından necə istifadə etməyin nümunələri oldu. Bethoven simfoniyaları, opera musiqisi, fortepiano və simfonik orkestr üçün konsertləri ilə ciddi, əzmkar, pafoslu, təntənəli göründüyü halda sonataları ilə, "Elizaya" şedevri ilə necə bir incə qəlbə, mərhəmətə, coşqun sevgiyə malik olduğunu göstərdi. Bu musiqi əsərləri Bethovenin nəhəng istedadının ifadəsi kimi səslənir. Nəzərə alsaq ki, bu dahi bəstəkar bu möcüzə əsərlərinin çoxunu eşitməkdən məhrum olandan sonra yazıb, insan heyrətlənməyə bilmir. Motsart və Bethoven Haydnı öz müəllimləri hesab edirdilər. Doğrudur, Haydnın təsiri Motsarta daha çox olmuşdu, lakin hər iki istedadlı şagirdlər birbirindən fərqli, öz yolları ilə getmişdilər. Hətta adi musiqisevər Motsartla Bethovenin musiqisini qarışdırmaz. Memarlıqda olduğu kimi, musiqidə də barokko üslubu var. Bu üslubun ən görkəmli simaları Antoni Vivaldi, Fredrik Hendel, İohan Sebastyan Baxdır.
Vivaldinin "İlin fəsilləri" orkestrlərimizin, musiqiçilərimizin ifasında gözəl səslənir. Hendel təbiət vurğunu idi. Bu, onun musiqisində (Xüsusilə "Water music" ("Su musiqisi") əsərində) qırmızı xətlə keçir. Bax öz orqan musiqisi ilə (xüsusilə "Toqatta") məşhurlaşıb. Musiqidə intibah dövrünün ən parlaq simalarından biri Josef Haydndır. O, yüzdən çox simfoniyanın müəllifidir. Haydnın, qeyd etdiyim kimi, Motsartın, Bethovenin yaradıcılığına böyük təsiri olub. Alman bəstəkarı Riçard Vaqnerin musiqisini sevə bilmirəm. Onun musiqisində bir sərtlik, qorxu, vahimə, hətta, amansızlıq hiss edirəm. Vaqner Hitlerin sevimli bəstəkarı idi. Bəlkə elə bu fakt da mənə təsir edib. Bəstəkar nə qədər məşhur olsa da, onu daha da məşhurlaşdıran, tanınmış orkestrlərin repertuarından düşməyən, konsertlərdə mütəmadi səslənən əsərləri olur. Məsələn, Bramsın "Macar rəqsləri", Listin "Macar rapsodiyası", Dvorjakın "Slavyan rəqsləri", Ştrausun valsları, polkaları, marşları belə əsərlərdəndir. Fortepianonun Allahı sayılan Fredrik Şopen insanın ruhuna oxşayan valsları (mənim üçün, ən sevimlisi "Valsfantaziya", Vals № 7), etüdləri, noktürnləri ilə məşhurlaşıb. İtalyan xalqının fəxri Cüzeppe Verdi çoxsaylı operaları içərisində "Nabukko", "Otello", "Aida", "Trubadur", "Traviata", "Riqoletto" operaları ilə dünya şöhrəti qazanıb. Neçə əsrlərdir, bu operalar dünyanın ən məşhur səhnələrindən düşmür. Puççininin "Toska", "Turandod", "Bohema", "Madam Batterflyay (ÇioÇioSan)" operaları əsrlər keçsə də, şöhrəti azalmayan əsərlərdir. Feliks Mendelsonun "Toy marşı" (bizdə "Vağzalı" ilə yanaşı) toyların yaraşığıdır. Leonkavallo çoxsaylı operettaların müəllifi olsa da, Azərbaycanda daha çox "Məzhəkəçilər (Payatsı)" operası ilə tanınır. İoqan Ştrausun "Yarasa", "İndiqo və qırx quldur", Leqarın "Şən dul qadın", "Qaraçı sevgisi" operettaları keçmiş sovet xalqlarına, o cümlədən azərbaycanlılara yaxşı məlumdur. Rus klassikləri içərisində P. Çaykovski xüsusi yer tutur. O, yaradıcılığının genişliyi ilə bütün bəstəkarları geridə qoyur. Musiqinin elə bir janrı yoxdur ki, o, orada dərin iz qoymasın. "Yevgeni Onegin", "Qaratoxmaq qadın", "İolanta", "Mazepa", "Çarodeyka" operaları, "Yatmış gözəl", "Qu gölü","Şelkunçik" baletləri, fortepiano və orkestr üçün konsertləri, simfoniyaları, "İtalyan kapriççiosu", "Motsartiana" simfonik əsərləri, "İlin fəsilləri" əsərləri, romansları onu dünya musiqisinin dahiləri sırasına daxil edib. M. Qlinkanın da rus klassik musiqisinin inkişafında misilsiz xidmətləri olub. "İvan Susanin", "Ruslan və Lyudmila" operaları, "İspan kapriççiousu", "Araqon xotası" simfonik əsərləri, romansları müəllifə əbədi şöhrət gətirib. İspan mövzusunda yazılmış əsərlər o dərəcədə ispan ruhludur ki, onların müəllifinin rus olması inanılmaz görünür. S. Raxmaninov həm dahi pianoçu kimi, həm də fortepiano və orkestr üçün konsertləri ilə dünyada məşhurdur. A. Borodin "Knyaz İqor", M. Musorqski "Xovanşına" operaları və simfonik əsərləri ilə, RimskiKorsakov "Şəhrizad" simfonik süitası və başqa simfonik əsərləri ilə tanınır.
Azərbaycanda klassik musiqisinin yaranması
Klassik musiqi anlayışı baxımından XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya peşəkar musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar. Peşəkar klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur. 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918–1982), Fikrət Əmirov (1922–1984) və Niyazinin (1912–1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. "Cəvahirləl Nehru", "Bela Bartok adına medal" və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir. 30–40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907–1983) və Tofiq Quliyev (1917–2000) kimi mahir klassik musiqi bstəkarları yetişmişdir. S. Rüstəmov "Alagöz", "Qurban adına", "Gəlmədin", "Sürəyya", "Oxu tar" və s., T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış "Sənə də qalmaz", "Qızıl üzük", "Bəxtəvər oldum", "Bakı haqqında mahnı", "Zübeydə" və s. mahnıları Azərbaycan klassik musiqisinin gözəl nümunələrdir.
Həmçinin bax
Xarici keçidlər
- Historical classical recordings from the British Library Sound Archive (ing.)
- Chronological list of recorded classical composers (ing.)
- Music World, timeline, composers, instruments (ing.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Klassik musiqi klassik musiqi o eserlere deyilir ki hemin eserler artiq tarix olub zamanin sinagindan cixib Buna baxmayaraq hele de muasir cemiyyetde auditoriyasini qoruyub saxlayib sevilir ve dinlenilir Klassik musiqinin meshur bestekarlari soldan saga yuxari sira Antonio Vivaldi Iohann Sebastyan Bax Georq Fridrix Hendel Volfqanq Amadey Motsart ikinci sira Coakkino Rossini Feliks Mendelson Bartoldi Frederik Sopen Rixard Vaqner Cuzeppe Verdi ucuncu sira Iohann Strauss Yohans Brams Jorj Bize Pyotr Caykovski Antonin Dvorjak asagi sirada Edvard Qriq Eduard Elqar Sergey Raxmaninov Corc Gersvin Aram Xacaturyan Klassik musiqi incesenetin bir novu olub Qerb enenelerine soykenir Bu XI esrden bu gune qeder boyuk bir dovru ehate edir Bu enenenin merkezi normalari umumi tecrube dovru kimi sayilan 1550 ve 1900 cu illeri bir birine baglayir Klassik musiqinin boyuk vaxt bolmeleri erken musiqi dovru sayilir Buna daxildir Medival ve Renesans Barokko ve Romantik Klassik ve XX esrden muasir dovre qeder olan dovr Avropa ve rus klassik musiqisiAvropa dunyaya Vivaldi Iohann Bax Hendel Motsart Mendelson Sopen Rixard Vaqner Cuzeppe Verdi Iohann Strauss Yohans Brams Jorj Bize ve basqa dahi bestekarlari bexs edib Xususile iki dahi bestekari Volfqanq Amadey Motsart ve Ludviq van Bethoven i qeyd etmek lazimdir ki onlar klassik musiqi sahesinde ozunden sonra gelen bestekarlar neslinin formalasmasinda muhum rol oynamisdir Motsart artiq 6 yasi olanda musiqi bestelemeye konsertler vermeye Avropani gezmeye baslamisdi Londonda 10 yasinda ilk simfoniyasini 11 yasinda ilk operasini yazmisdi 18 yasina qeder bu vunderkind artiq 25 simfoniya bestelemisdi O cox qisa cemi 35 yas omru boyu Sehrli fleyta Don Juan Fiqaronun toyu kimi esrler boyu dunyanin en meshur sehnelerinin repertuarindan dusmeyen operalar 41 simfoniya fortepiano ve orkestr ucun konsertler skripka fleyta ve orkestr ucun konsertler divertismentler sonatalar serenada ve fortepiano pyesleri yazib Sedevr musiqi yaradiciliginin hecmine gore Motsartin tayiberaberi yoxdur Motsart musiqiye isiq getirdi oz musiqisi ile insanlara sevinc nikbinlik insanlarin en cetin meqamlarinda onlara heyat yasamaq esqi umidi bexs eledi Nece esrlerdir ki Motsart musiqisi insanlari sevgiye heyatdan hezz almaga cagirir Teessuf ki bu dahinin sexsi heyati onun isiqli musiqisi ile uzlasmadi O omrunun sonlarini sefalet icerisinde kecirdi Xestelik tenhaliq cemiyyetden tecrid olunmaq hec kime lazim olmamaq unudulmaq fikri onun omrunun sonu geldiyinden xeber verirdi O bu hisslerin tesiri altinda dahiyane lakin onun optimist ruhuna uygun gelmeyen Rekviyem i yazir olumune az qalmis Rekviyem onun olum himni idi Bax belece edaletsiz cemiyyet onun fantastik yaradiciliq ugurlarini gozu goturmeyenler onu olum ayagina getirdiler oldurduler Oz musiqisi ile milyonlarla insana sevinc getiren bir dahinin defninde cemi bir nece istirak etdi Bezen fikirlesirem ki teki Motsart Rekviyem i yazmayaydi Gozumde nikbin optimist heyati insanlari seven Motsart kimi qalaydi Lakin Rekviyem in edaletsiz riyakar cemiyyete insanlara haqsizliga layiq olmadigi sefalete unutqanliga etiraz himni kimi seslendiyini qebul etdikde ne yaxsi ki Rekviyem yazilib qenaetine gelirem Ludviq Van Bethoven musiqiye ezemet mohtesemlik qehremanliq getirdi Onun 9cu 6 ci simfoniyalari Eqmont simfonik suitasi simfonizme yeni sesler getirdi simfonik orkestrin butun imkanlarindan nece istifade etmeyin numuneleri oldu Bethoven simfoniyalari opera musiqisi fortepiano ve simfonik orkestr ucun konsertleri ile ciddi ezmkar pafoslu tenteneli gorunduyu halda sonatalari ile Elizaya sedevri ile nece bir ince qelbe merhemete cosqun sevgiye malik oldugunu gosterdi Bu musiqi eserleri Bethovenin neheng istedadinin ifadesi kimi seslenir Nezere alsaq ki bu dahi bestekar bu mocuze eserlerinin coxunu esitmekden mehrum olandan sonra yazib insan heyretlenmeye bilmir Motsart ve Bethoven Haydni oz muellimleri hesab edirdiler Dogrudur Haydnin tesiri Motsarta daha cox olmusdu lakin her iki istedadli sagirdler birbirinden ferqli oz yollari ile getmisdiler Hetta adi musiqisever Motsartla Bethovenin musiqisini qarisdirmaz Memarliqda oldugu kimi musiqide de barokko uslubu var Bu uslubun en gorkemli simalari Antoni Vivaldi Fredrik Hendel Iohan Sebastyan Baxdir Simfonik orkestr Vivaldinin Ilin fesilleri orkestrlerimizin musiqicilerimizin ifasinda gozel seslenir Hendel tebiet vurgunu idi Bu onun musiqisinde Xususile Water music Su musiqisi eserinde qirmizi xetle kecir Bax oz orqan musiqisi ile xususile Toqatta meshurlasib Musiqide intibah dovrunun en parlaq simalarindan biri Josef Haydndir O yuzden cox simfoniyanin muellifidir Haydnin qeyd etdiyim kimi Motsartin Bethovenin yaradiciligina boyuk tesiri olub Alman bestekari Ricard Vaqnerin musiqisini seve bilmirem Onun musiqisinde bir sertlik qorxu vahime hetta amansizliq hiss edirem Vaqner Hitlerin sevimli bestekari idi Belke ele bu fakt da mene tesir edib Bestekar ne qeder meshur olsa da onu daha da meshurlasdiran taninmis orkestrlerin repertuarindan dusmeyen konsertlerde mutemadi seslenen eserleri olur Meselen Bramsin Macar reqsleri Listin Macar rapsodiyasi Dvorjakin Slavyan reqsleri Strausun valslari polkalari marslari bele eserlerdendir Fortepianonun Allahi sayilan Fredrik Sopen insanin ruhuna oxsayan valslari menim ucun en sevimlisi Valsfantaziya Vals 7 etudleri nokturnleri ile meshurlasib Italyan xalqinin fexri Cuzeppe Verdi coxsayli operalari icerisinde Nabukko Otello Aida Trubadur Traviata Riqoletto operalari ile dunya sohreti qazanib Nece esrlerdir bu operalar dunyanin en meshur sehnelerinden dusmur Puccininin Toska Turandod Bohema Madam Batterflyay CioCioSan operalari esrler kecse de sohreti azalmayan eserlerdir Feliks Mendelsonun Toy marsi bizde Vagzali ile yanasi toylarin yarasigidir Leonkavallo coxsayli operettalarin muellifi olsa da Azerbaycanda daha cox Mezhekeciler Payatsi operasi ile taninir Ioqan Strausun Yarasa Indiqo ve qirx quldur Leqarin Sen dul qadin Qaraci sevgisi operettalari kecmis sovet xalqlarina o cumleden azerbaycanlilara yaxsi melumdur Rus klassikleri icerisinde P Caykovski xususi yer tutur O yaradiciliginin genisliyi ile butun bestekarlari geride qoyur Musiqinin ele bir janri yoxdur ki o orada derin iz qoymasin Yevgeni Onegin Qaratoxmaq qadin Iolanta Mazepa Carodeyka operalari Yatmis gozel Qu golu Selkuncik baletleri fortepiano ve orkestr ucun konsertleri simfoniyalari Italyan kapricciosu Motsartiana simfonik eserleri Ilin fesilleri eserleri romanslari onu dunya musiqisinin dahileri sirasina daxil edib M Qlinkanin da rus klassik musiqisinin inkisafinda misilsiz xidmetleri olub Ivan Susanin Ruslan ve Lyudmila operalari Ispan kapricciousu Araqon xotasi simfonik eserleri romanslari muellife ebedi sohret getirib Ispan movzusunda yazilmis eserler o derecede ispan ruhludur ki onlarin muellifinin rus olmasi inanilmaz gorunur S Raxmaninov hem dahi pianocu kimi hem de fortepiano ve orkestr ucun konsertleri ile dunyada meshurdur A Borodin Knyaz Iqor M Musorqski Xovansina operalari ve simfonik eserleri ile RimskiKorsakov Sehrizad simfonik suitasi ve basqa simfonik eserleri ile taninir Azerbaycanda klassik musiqisinin yaranmasiKlassik musiqi anlayisi baximindan XX esr Azerbaycan musiqisinin tarixinde muhum elametdar bir merheledir Mehz bu dovrde olkede yuksek pesekarligi ile orijinal musiqi uslubu ile secilen bestekarliq mektebi yaranmisdir Azerbaycan musiqisi dunya pesekar musiqi medeniyyetinin umumi sistemine qovusur Azerbaycan bestekarlari ve ifacilari dunya musiqisinin seviyyesine qalxmislar Pesekar klassik musiqinin banisi dahi bestekar Uzeyir Hacibeyov hesab olunur 30 cu illerin sonu 40 ci illerin evvellerinde Azerbaycan musiqisinde yeni bestekarlar nesli yetisir Yaradiciliq axtarislarinin diapazonu genislenir yeni janrlar yeni temayuller meydana gelir Avropa musiqisinin aparici temayulleri neoklassizm dodekafoniya seriya texnikasi milli zeminde islenmesi maraqli senet tapintilari ile neticelenir En baslicasi ise odur ki Azerbaycan musiqisi artiq olke hududlarindan cox cox kenarlarda beynelxalq miqyasda da genis sohret qazanir Bele boyuk ugurlar ilk novbede uc dahi senetkarin Qara Qarayev 1918 1982 Fikret Emirov 1922 1984 ve Niyazinin 1912 1984 yaradiciliq axtarislari ile baglidir Onlarin eserleri dunyanin bir cox olkelerinde seslendirilmis disklere yazilmis ve mukafatlara layiq gorulmusler Cevahirlel Nehru Bela Bartok adina medal ve bir sira beynelxalq mukafatlara layiq gorulen Niyazi dovrumuzun boyuk dirijorlari sirasina daxildir 30 40 ci illerde Azerbaycan musiqisinde Seid Rustemov 1907 1983 ve Tofiq Quliyev 1917 2000 kimi mahir klassik musiqi bstekarlari yetismisdir S Rustemov Alagoz Qurban adina Gelmedin Sureyya Oxu tar ve s T Quliyevin Azerbaycan xalq musiqisi enenelerinden habele Avropanin estrada ve caz musiqisinden qidalanmis Sene de qalmaz Qizil uzuk Bextever oldum Baki haqqinda mahni Zubeyde ve s mahnilari Azerbaycan klassik musiqisinin gozel numunelerdir Hemcinin baxKlassizmXarici kecidlerVikianbarda Klassik musiqi ile elaqeli mediafayllar var Historical classical recordings from the British Library Sound Archive ing Chronological list of recorded classical composers ing Music World timeline composers instruments ing