Damnatio ad bestias (latın dilindən sözbəsöz olaraq "heyvanlara verilmə", ad bestias, ad bestie, tez-tez sadəcə şirlər tərəfindən yeyilmə, şirlərin parçalaması; daha dəqiq isə vəhşi heyvanların parçalaması) — Qədim Romada ölüm cəzası növü. Edam növü sirk arenasında məhkumların parçalanması üçün heyvanların (çox vaxtı şirlərin) önünə atılmasından ibarət idi. Romalılar tərəfindən Qədim Şərqdən götürülərək bu cəzalandırma üsulu Romada e.ə. II əsrdən tətbiq edilməyə başlanmışdır, Qədim Şərq ölkələrində analoji cəza ən azı e.ə. VI əsrdən mövcud idi.
Eramızın I—III əsrlərində edam əsasən xristianlığı qəbul edən ilkin nümayəndələrə qarşı tətbiq olunurdu (lat. christianos ad leones — "xristianları şirlərə"), buna görə bu cəza çarmıxa çəkmə ilə yanaşı xristian müqəddəslərinin ən məşhur səbəblərindən birinə çevrildi. Xristianlığın imperiya tərəfindən qəbul edilməsi ilə bu təcrübə digər cinayətkarlara qarşı yönəldildi yalnız 681-ci ildə tamamilə ləğv edildi.
Məcazi mənada, "şirlərin önünə atmaq" fiziki və ya (daha çox hallarda) mənəvi zərərdən qaçınmaq praktiki olaraq mümkünsüz olan aqressiv rəqiblər arasında kimsəni tamamilə hazırlıqsız tək buraxmaq deməkdir.
Tarixi
Qabaqkı vaxtlar
Bibliyada bəhs olunan Daniyal peyğəmbərin (e.ə. VI əsr) Babil kralı I Daranın fərmanına tabe olmamaqda günahlandırılmasına baxmayaraq, möcüzəvi şəkildə vəhşi heyvanlardan xilas olunması əfsanəsi bir insanın şirlər tərəfindən parçalanması haqqında ən məşhur hekayədir.
Bunu eşitdikdə padşah əmr etdi və Danieli gətirib şirlər olan quyuya atdılar. Padşah Danielə belə dedi: «Daim qulluq etdiyin Allahın səni qurtarsın!» Sonra bir daş gətirilib quyunun ağzına qoyuldu. Danielin hökmündə heç nə dəyişməsin deyə padşah özünün möhür üzüyü və əyanlarının üzükləri ilə daşı möhürlədi. Sonra padşah öz sarayına qayıtdı. Gecəni yemək yemədən və əylənmədən keçirdi, yuxusu da qaçdı. Səhər açılanda padşah yerindən qalxıb tələsik şirlərin olduğu quyuya getdi. Oraya yaxınlaşanda kədərli səslə Danieli çağırıb dedi: «Ey Daniel, var olan Allahın qulu! Daim qulluq etdiyin Allahın səni şirlərdən qurtara bildimi?» Onda Daniel padşaha dedi: «Qoy padşah həmişə sağ olsun! Allahım Öz mələyini göndərib şirlərin ağzını bağladı və onlar mənə toxunmadı, çünki mənim Allahın önündə təqsirsiz olduğum bilindi. Ey padşah, sənə qarşı da heç bir cinayət etməmişəm». Onda padşah çox sevindi və Danieli quyudan çıxarmağı əmr etdi. Daniel quyudan çıxarılanda onun bədənində heç bir zədə yox idi, çünki öz Allahına güvənmişdi. Padşah əmr etdi və Danieli ittiham edən adamlar gətirildi. Onları uşaqları və arvadları ilə birlikdə şirlərin olduğu quyuya atdılar. Quyunun dibinə çatmamış şirlər onları qapıb sümüklərini qırdı.— , 6:16—24
Belə bir fərziyyə var ki, arenada bu cür ölümlər qanuni yox mərasim mahiyyəti daşıyırdı. yəni ayin qətlindən ibarət idi, məsələn məbəd heyvanlarını qidalandırmaq kimi, amma sonradan bu məna itirildi (müqayisə kimi aid olan adlanan öküzlərlə rəqsləri göstərmək olar, bəzi tədqiqatçıların fərziyyələrinə görə bu ritual öncə qurban vermə məqsədi daşısa da sonradan oyuna çevrildi). Belə olan halda, söhbət şirlərin təbii mühitində yaşadığı və ibtidai dövrlərdən bəri ehtiram edildiyi ərazilərdən gedir (ilk növbədə, buraya Afrika daxildir, halbuki onlara Asiya və Avropada da rast gəlmək mümkün idi). Belə ki, məsələn, Qədim Misir mifologiyasında insan ruhlarını yeyən adlı şirə bənzər tanrı və şir görünüşündə olan digər bir sıra tanrı mövcuddur. Bundan əlavə, Qədim Misir və Qədim Liviyada şirlərin (timsahların da) canlı insanlardan və meyitlərdən ibarət daha "məişət yönümlü" bəslənməsi haqqında qeydlər mövcuddur.
İsgəndərin yürüşüləri haqqında yazan tarixçilər də əsərlərində bu edam növü haqqında bəhs edirlər. Məsələn, Orta Asiyada bir makedoniyalı ölümə məhkum edilmiş birinə görə Makedoniyalı İskəndərin qarşısında havadar çıxdı, buna görə şirlərin önünə atılmış, amma əliyalın aslana qalib gələrək İskəndərin sevimlisinə çevrildi (həmin şəxs idi).
Qeyd olunmalıdır ki, insanların qurban verilməsi ənənəsi, məsələn, Karfagendə eramızdan əvvəl IV əsrin sonu - II əsrin ortalarınadək, yəni demək olar ki, dövlətin dağılmasına qədər mövcud olmuşdur (Siciliyalı Diodorun verdiyi məlumata əsasən, Aqafokla qarşı qarşıdurmadan və sonrakı hərbi uğursuzluqlar zamanı karfagenlilər qədim amansız inancların qaydalarını tətbiq etməyə başlayırdılar) və bənzər insan qurbanları, xüsusən də uşaq qurbanları (arxeoloji tapıntılar iddianı təsdiq edir) romalıların Karfagen mədəniyyətinə nifrət doğuran mühüm amillərdən biri olmuşdur. (Maraqlıdır ki, Herodota əsasən, Karfagen hökmdarı döyüşdə məğlub olarkən özünü qurban verərək intihar etmişdir).
Qeyd olunur ki, əsirləri heyvanların önünə ataraq öldürürdü.Hannibal əsir düşən romalıları bir-biri ilə vuruşmağa məcbur edirdi, sağ qalan isə filə qarşı döyüşməli olurdu.
O vaxta qədər Romada bu cür ənənələr unudulmuşdu: orada insan qurbanları, əfsanəyə görə, e.ə. 7-ci əsrdə Numa Pompili tərəfindən qadağan edilmişdir. Bundan əlavə, İtaliya ərazilərində şirlərə rast gəlinmirdi və romalılar onlara qarşı afrikalılar kimi ehtiram göstərmirdilər.
Qədim Romada
Qədim Romada edam cəzalarında heyvanların istifadə olunması qladiator döyüşləri ilə birlikdə sirk tamaşaların proqramına daxil edilmişdir, heyvanlar arasında bu məqsəd üçün birinci növbədə şirləri cəlb edirdilər, amma bundan başqa ayıların, bəbirlərin, panterlərin,irbislərin və həmçinin vəhşi öküz və inəklərin (onlardan az istifadə etsələr də) tətbiq olunduğu hallar da məlumdur. Pələnglər nadir heyvanlardan idilər və görünən odur ki, onları insanlara qarşı heç vaxt qızışdırmırdılar. Erkən xristianlar tez-tez bu cür edama məhkum edilirdilər.
Termin
Günümüzdə Damnatio ad bestias termini geniş mənada işlənilir, lakin yenə də antikşünas mütəxəssisləri bu edamı iki növə bölürlər:
- Objicēre bestiis (latıncadan "heyavnlar tərəfindən parçalanmaq" deməkdir) — sözün həqiqi mənasında müdafiəsiz bir insanı parçalanmağa atmaq. (Termin adətən daha ümumi ilə əvəz olunur). "İxtisaslaşdırılmış edamlar" qrupuna aid idi.
- Damnatio ad bestias — vəhşi heyvanlarla döyüşməyə məcbur edən divan tutma. “Mülayim edamlar" qrupuna aid idi.
Bundan əlavə, təqribən eyni prinsipə uyğun olaraq seçilən və (vəhşi heyvan güləşçisi) adlanan peşəkar qladiator döyüşçüləri var idi. Onların hazırlığı üçün xüsusi məktəblər açılmışdır, onlardan ən məşhuru Romada yerləşən Səhər məktəbi idi, məktəbin bu adı məşqlərin başladığı saatlara görə verilmişdir. "Məcburi təlim kursu” silahla davranmaqdan əlavə heyvanı təlim etmək, onun vərdişlərinin və xarakterinin öyrənilməsini əhatə edirdi. Döyüşçülər arenaya yalnız nizə ilə, nadir hallarda da qılıncla silahlanmış çıxırdılar və əyinlərində təkçə tunika olurdu. Tamaşalarda venatorlar (“ovçular”) da iştirak edirdilər, hansılar kı bestiarilərdan daha aşağı rütbəli idilər və , , nizə və ilə antilop və lanları ovlayırdılar. Bunlar artıq edamlar deyil, “heyvan döyüşləri” və “təqib etmə”, səhnələşdirilmiş ovlar idi. Bundan əlavə, arenaya kaftarları, filləri, çöldonuzları, kəllər, vaşaqlar buraxırdılar; zürafə, dəvəquşu, cüyür, maral və dovşanları ovlanmasını təşkil edirdilər, kütləyə antiloplar, zebrlar və qunduzları nümayiş edirdilər.
İlk dəfə (lat. venatio) adlanan belə peşəkar "şir və panterlər ovu" e.ə. 186-cı ildə Mark Fulvi Nobilior tərəfindən təşkil edilmişdir, tədbir Etoliya adlanan yunan bölgəsinin fəthinə həsr olunmuşdur və cıdır meydanında keçirilmişdir.
Tarixi və təsviri
Cinayətkarların heyvanlar tərəfindən parçalanması adətini Qədim Romaya iki sərkərdə gətirdi: e.ə. 168-ci ildə makedoniyalıları məğlub edən və e.ə. 146-cı ildə Afrika şəhəri olan Karfageni darmadağın edən onun oğlu Ssipion Emilian. Hər ikisi Romada xalqı qorxuzmaq üçün yeni (açıq-aşkardır ki, karfagenlilərdən götürülmüşdür) üsul yeritdilər, ona əsasən hər kəsin gözü qabağında satqınları və fərariləri vəhşi heyvanların olduğu bir yerə atırdılar. Romalılar bunu "son dərəcə faydalı" kimi qiymətləndirdilər və o, tezliklə Roma cinayət məcəlləsinin normasına çevrildi. Qeydlərə əsasən, əvvəlcə bu edam müstəsna olaraq əcnəbilərə və fərarilərə qarşı yönəldilmişdir və birinci halda Pun müharibələrinin vəhşiliyinə görə qisas xarakterli idisə, ikinci halda üsul intizam təsiri bağışlamalı idi.
Heyvanlar tərəfindən yeyilərək ölümə məhkum edilənlər sütunlara bağlanırdı, sonra üstlərinə buraxılan heyvanlard onları parçalayırdılar.
Bundan əlavə, qeyd olunur ki, ikinci konsulluğu dövründə (e.ə. 55-ci il) Pompey romalılara arenada bütöv bir döyüş nümayiş etdirdi, döyüşdə 18 fil ağır silahlanmış bir dəstə qladiatorla qarşılaşdı.
Tədqiqatçıların yazdığı kimi, bu edamın qəddarlığı onun teatrlaşdırılmış tərtibatı ilə daha da ağırlaşmışdır. Məsələn, Strabon üsyankar qulların başçısı, “Etnanın oğlu” adlandırılan Selurun Romada onun gözləri qarşısında necə edam edildiyi barədə yazır ki, bunun üçün hündür edam meydançası qurulmuşdur və onun üzərinə sanki Etna dağının zirvəsiymiş kimi Seluru qaldırdılar; meydança birdən çökdü və bədbəxt meydançanın altına yerləşdirilmiş vəhşi heyvanların olduğu qəfəsə düşdü.
Şair "Tamaşalar kitabı"nda yazdığı kimi, dövrümüzə qədər gəlib çatmamış qəhrəman Roma quldur çarmıxa çəkdilər və üzərinə bir ayını salışdırdılar, qartal isə onun içalatını dimdikləyirdi.
Senekanın ("Qəzəb haqqında", III 3), Apuleyusun ("Qızıl eşşək", IV, 13), Tit Lukresi Karın ("Əşyaların təbiəti haqqında") əsərlərində də oxşar hekayələrə rast gəlmək mümkündür. "Satirikon" romanında müəyyən bir xəzinədarın heyvanların önünə atıldığını qeyd edir. Siseron isə yazır ki, xəzinə oğrusu Balbın əmri ilə alver zamanı müəyyən bir bədbəxt möhtəkir yalnız çirkin olduğu üçün yırtıcıların önünə atılmıdşır. Bu qanlı əyləncəni məzəmmət edən Siseron həm də hiddətlənirdi: "... istər qüdrətli heyvanın zəif insanı parçalaması, istər də gözəl bir heyvanın ov nizəsi ilə dəlinməsi bir oxumuş insana üçün necə zövq verə bilər?".
Məhkumların adamyeyən oyunlar başlamazdan əvvəl parçalanmaq üçün düz yırtıcıların qəfəslərinə atıldığı da olurdu. Belə ki məsələn Svetoni yazır ki, "tamaşa üçün vəhşi heyvanları yemləmək üçün istifadə edilən mal-qara bahalaşdıqda, Kaliqula onların önünə cinayətkarları atmağı əmr etdi; və bunun üçün həbsxanaları gəzərək kimin nədə günahkar olduğuna baxmırdı, ancaq qapıda dayanaraq birbaşa hamını "keçəldən keçələ" aparılmasını əmr edirdi".
Şirlər, bir qayda olaraq, Afrikadan gətirilirdi, özdə kifayət qədər çox sayda [“Bu idxalı qadağan edən Senatın köhnə hər-hansı fərmanı var idi, lakin gəmişdirmə (hansı ki amfiteatrın tikintisindən əvvəl sirkdə təşkil olunurdu) istisna hal sayılırdı]. (Daha az populyar olan ayılar Qalliya və Almaniyadan gətirirdilər). Baş olan Mark Emili Skavr (e.ə. 58-ci il) arenaya 150 panter və ya bəbir çıxarmışdır, bu say Pompeyin dövründə 410 olduğu halda, Oktavian Avqustun zamanı 420-yə çatmışdır, eyni zamanda Sulla 120 "yallı şir", yəni erkək çıxarmışdır. Çatdırılmanın təşkili və oyunların qaydaları haqqında çox az məlumat qalmışdır: sonra gələn mənbədən məlumdur ki, imperatorun təşkil etdiyi oyunlar üçün nəzərdə tutulan heyvanların daşındığı şəhərlər bu heyvanlara yemək çatdırmalı idilər və şəhərdə nəqliyyat bir həftədən çox qalmamalı idi. Tarixçilər ekoloji nöqteyi-nəzəri qeyd edirlər: "Roma amfiteatrlarında xaricdən gətirilən saysız-hesabsız heyvanların məhv edilməsi Şimali Afrikanın faunasına böyük ziyan vurdu”.
Xristianların edamı
Bu praktikanın xristianlara qarşı yönəldilməsi I əsrdən başlandı: Tasit yazır ki, imperator Neronun dövründə (64-cü ildə Roma yanğınından sonra) xristianların ilk təqibləri zamanı onun bağlarında insanları heyvan dərisinə yamaqlayırdılar və itlərə atırdılar: "xristianların öldürülməsi istehza ilə müşayiət olunurdu, çünki onlar vəhşi heyvanların dərisinə bürüyürdülər ki, itlər onları ölümcül parçalasınlar, çarmıxa çəkilirdilər və ya yanğında ölümə düçar edilmişləri gecə işıqlandırılması üçün qaranlıq düşəndə yandırırdılar" (digər adla desək tunica molesta).
Beləliklə, şirlərin tam ixtiyarına atılmaq xristianlar üçün şəhid olmaq üsullarından biri oldu. Ölüm cəzasının tədqiqatçılarının qeyd etdiyi kimi, parçalanmağa məhz xristianları atırdılar, çünki "bu üsul ilə qulları, provinsialları və ümumən aşağı təbəqə insanları edam edirdilər".
Roma hüquq sisteminin nöqteyi-nəzərindən, xristianlar aşağıdakı qanunları pozmuş sayılırdılar:
- əlahəzrəti təhqir edənlər (majestatis rei)
- xristianlar qadağan edilmiş yığıncaqlar təşkil edərək ibadət etmək üçün gizli və gecə toplaşırdılar, belə "collegium illicitum"-da və ya "coetus nocturni"-də iştirak isə qiyama bərabər idi
- imperator təsvirlərinə şərab nəziri vermə və tərif etmə ayinlərindən imtina etmək
- dövlət tanrılarından üz döndərmişlər (άθεοι, sacrilegi)
- qeyri-qanuni magiya davamçıları (magi, malefici)
- qeyri-qanuni dinə tövbə edənlər (religio nova, peregrina et illicita) (12 cədvəl qanunlarına əsasən)
Bu qanunların pozulması ilə yanaşı, 104-cü ildən qanun pozuntusunu konkretləşdirmədən, sadəcə olaraq özünü xristian adlandıran hər kəsə qarşı xüsusi dövlət fərmanları çıxarılırdı (daha ətraflı bax ).
Buna görə də, hökmün bu qədər sərt olması təəccüblü deyil, sonralar isə ümumiyyətlə ənənəvi hala gələrək kütlənin gərginliyini aradan qaldırmaq üçün "qoruyucu qapaq" vasitəsinin klassik nümunəsinə çevrildi. Bütün bəlaların səbəbkarı kimi xristianları görmək romalılar arasında yayılmış bir praktika idi. Hətta quraqlıq, aclıq, azar, zəlzələ,Tiber çayının daşması kimi təbii fəlakətlər zamanı üçün qışqıraraq deyilən "Tanrılar yağış vermirsə, gedək xristianların üzərinə", "Xristianları şirlərə" kimi məsəllər yaranmışdır. (Bu cür hadisələrin miqyası və xalq arasında mövhumatlarının yayılması nəhəng idi və xristianlığın Qərbi Avropada antik bütpərəstlik əvəzinə rəsmi din yerini tutan növbəti dövrlə müqayisə oluna bilərdi, o dövrdə xristianlar öz növbəsində "daimi günahkarlar"ın axtarışnda idi. Məsələn, Qara ölümün peydə olunmasında yəhudilər günahlandırılırdı, lakin bu dəfə onları şirlərə atmaq əvəzinə ).
Heyvanlar tərəfindən parçalanma edam üsulunun ətraflı təsviri müqəddəs "" əsərində verilmişdir:
Şənlik gününün başlaması ilə sağ qalan bütün məzlumlar sirkə aparılmalı idi. O vaxtı mövcud olmuş ənənəyə görə, kişilərin əyninə Saturn kahinlərinin geyimi, qadınların əyninə isə . Amma məzlumlar buna etiraz edirdilər. Onlar dedilər: "Biz bura könüllü gəldik, buna oxşayan heç nəyi etməmək üçün canımızdan keçməyə qərar verdik, o zaman azadlığımızı qoruyun". Bu xahiş yerinə yetirildi. Orada olan xristianlar məzlumların hər birinin onlar üçün xüsusilə xoşagəlməz olan bu cür ölümdən xilas olmalarını xüsusi bir mərhəmət sayırlar. Belə ki, məsələn, Satur istənilən heyvanın pəncələrindən keçməyə hazır idi, lakin onun üçün ayıdan daha iyrənc bir varlıq yox idi. Buna baxmayaraq, o, leoparın pəncələrindən sağ çıxandan sonra, onun üzərinə ayı buraxmaq əmri verildi. Amma elə oldu ki, ayını yuvasından qova bilmədilər.
Felisitat ilə Perpetuya birlikdə qeyzli bir inəyin (ferocissima vacca) öhdəsinə buraxıldı və xristian məzlum qadın burada da qadınlığın qeyri-adi ideal təmizliyini özündə nümayiş etdirdi. Perpetuya klassik poeziyanın ən yüksək qadın obrazlarının öldüyü ləyaqətlə ölürdü. Bu inək bir müddət Perpetuyanı buynuzları ilə atırdı və nəhayət o, arenada yıxıldı. Amma yaralı olsa da və qanı axsa da, onun ilk fikri o idi ki, inəyin buynuzları onun alt köynəyi cırdı və bədəni çılpaq qaldı və buna görə o, qeyri-adi iradə səyi ilə cırıq paltarını düzəltdi və üstünü örtdü. Sonra saçlarının dağınıq olduğunu da xatırladı. Dağılmış saçlar matəm rəmzi olduğundan, o isə məzlum ölümünün xüsusilə sevindirici saydığından o qədər güc topladı ki, saçlarını düzəldərək onları sancaqladı.
Təcrübə o qədər geniş yayıldı ki, xristian yazıçı Tertullian (III əsr) yazırdı ki, xristianların teatrlara və sirklərə getməməsi ədadır, "çünki insanlar məhz orada bizi şirlərin önünə atırlar, bizə qarşı təqiblərin təşkili barədə məsləhətləşirlər, xristianları tapmaq və onlara əzab vermək üçün casus seçirlər".
IV əsrdə xristianlara qarşı yönəlmiş təqiblər bitdi, çünki Milan fərmanı (313-cü il) ilə xristianlar qazandılar.
Xristian mənbələrinin etibarlılığı
Bu edam növü barədə məlumat verən mənbələr müəyyən dərəcədə ehtiyatla qəbul edilməlidir, o cümlədən möcüzəvi və hünər mühiti yaratmaq, habelə Roma İmperiyasının qəddar adətlərini ləkələməyə yönələn çoxsaylı jitiye əsərlərinə. Xüsusən də, guya şirlərin önünə atılan xristianların həqiqi insanlar, yoxsa əfsanəvi personajlar olub-olmadığını öyrənmək mümkün deyil (nümunə kimi IV əsrin sonlarında "Martiri pərdələri" əsərini yazmış müqəddəs göstərmək olar). Bununla belə, xristianlığın bəzi əleyhdarlarının etdiyi kimi, xristianlara qarşı olan bütün təqiblərin və onların şirlər tərəfindən yeyilməsinin sırf uydurma olduğunu iddia etmək də ədalətli görsənmir, çünki antik bütpərəst müəlliflərin çoxsaylı dolayı istinadları, eləcə də tapılmış təsviri incəsənət abidələri əksini sübut edir.
İstinadlar
- Damnatio — "lənət, insanı nəyəsə görə ittiham etmə".
- Feli formalar: dare ad bestias, bestiis obiicere, condemnare ad bestias, tradere ad bestias depugnandas (William Wardlaw Ramsay. A manual of Roman antiquities).
- Alison Futrell. Blood in the Arena 2016-04-03 at the Wayback Machine. 2000.
- Джеймс Фрейзер. Золотая ветвь 2008-09-28 at the Wayback Machine.
- Семья в Древнем Египте 2012-03-19 at the Wayback Machine
- Гарама (из истории ливийской цивилизации) 2014-10-06 at the Wayback Machine.
- Занимательная Греция 2008-09-28 at the Wayback Machine.
- Диодор Сицилийский. Историческая библиотека XX 14, 4; XXIII 13.
- Joyce E. Salisbury. Perpetua’s passion 2014-09-01 at the Wayback Machine.
- Frank William Walbank. The Cambridge ancient history 2015-11-05 at the Wayback Machine.
- . Всеобщая история I 82, 2.
- Böyük Plini. Təbii tarix. VIII, fəsil VII.
- Bu halda "qara panter" nəzərdə tutulur, hansı ki adi növdən ancaq mövcudluğu ilə fərqlənir.
- Это слово обозначает либо тех же леопардов, либо особый вид — . Скорее всего, речь снова идёт о леопардах.
- Bu heyvanlar arasında təkçə hirsli mal-qaranın və ya əsl vəhşi öküzlərin (turların) olub-olmamasını söyləmək çətindir
- Тираспольский Г. И. Беседы с палачом. Казни, пытки и суровые наказания в Древнем Риме. — М., 2003.
- .
- Обзорная статья о гладиаторских боях 2008-09-16 at the Wayback Machine.
- Venantio. 2011-03-05 at the Wayback Machine
- Tit Livi. Şəhərin yarandığı gündən Romanın tarixi XXXIX 22, 2.
- Жизнь в Древнем Риме 2008-09-28 at the Wayback Machine.
- Тит Ливий Эпитома кн. LI «Истории Рима от основания города».
- Совершение казни с помощью хищников 2008-09-19 at the Wayback Machine.
- Игры в амфитеатре. 2008-09-28 at the Wayback Machine
- . Римская история XXXIX 38, 2.
- . Помпей, 52.
- Strabon, VI, II, 6.
- . Книга зрелищ. 7. 5—6. 2011-07-23 at the Wayback Machine
- Цицерон. Письма. Т. 3. С. 461. Письмо (Ad) Fam., VII, 1. (DCCCXCV, 3).
- Цицерон. Письма. Т. 1. С. 258. Письмо (Ad) Fam., VII, 1. (CXXVII, 3).
- Yəni fərq qoymadan, hamısını bir anda (Roma xalq ifadəsi).
- Светоний. Жизнь двенадцати цезарей. С. 118 (IV Гай Калигула, 27, 1).
- Плиний Старший. Естественная история VIII 64.
- Плиний Старший. Естественная история. VIII, 53.
- Cod. Theod. XV; tit. XI. 1—2.
- Немировский. История древнего мира. Ч. 1. С. 86 // Тираспольский Г. И. Беседы с палачом…
- Тацит. Анналы, XV, 44.
- Кистяковский А. Ф. Исследование о смертной казни 2023-07-06 at the Wayback Machine.
- Гонения на христиан в Римской империи 2008-09-28 at the Wayback Machine. Энциклопедический словарь Брокгауза и Ефрона.
- "Qoruyucu qapaq" anlayışı ümumişlək hala çevrildi, məsələn bax.: "Bəzən qəsdən cəmiyyəti birləşməsi üçün “düşmən obrazı” yaradılır, cəmiyyətin bütün üzvlərinin diqqəti ona yönəldilir ki, bu da qoruyucu qapaq kimi işləyir, kütlənin narazılığını və aqressiyasını xarici düşmənə yönəldir" // Видяпина В. И. Хрестоматия «Бакалавр экономики» 2008-12-26 at the Wayback Machine.
- "ROMAN EMPIRE AND CHRISTIANITY, 2 — III. Attitude of the Roman Empire to Religions". 2008-09-27 tarixində . İstifadə tarixi: 2008-08-27.
- Болотов В. В. Лекции по истории древней Церкви 2008-10-25 at the Wayback Machine.
- Növbəti mühazirədən rus dilindən tərcümə olunmuşdur: Болотов В. В. Лекции по истории древней Церкви с конца I по начало IV вв. 2008-10-25 at the Wayback Machine
- О прескрипции против еретиков 2016-03-04 at the Wayback Machine.
- Early Christian Hagiography and Roman History 2018-11-17 at the Wayback Machine. 2010.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Damnatio ad bestias latin dilinden sozbesoz olaraq heyvanlara verilme ad bestias ad bestie tez tez sadece sirler terefinden yeyilme sirlerin parcalamasi daha deqiq ise vehsi heyvanlarin parcalamasi Qedim Romada olum cezasi novu Edam novu sirk arenasinda mehkumlarin parcalanmasi ucun heyvanlarin cox vaxti sirlerin onune atilmasindan ibaret idi Romalilar terefinden Qedim Serqden goturulerek bu cezalandirma usulu Romada e e II esrden tetbiq edilmeye baslanmisdir Qedim Serq olkelerinde analoji ceza en azi e e VI esrden movcud idi Eramizin I III esrlerinde edam esasen xristianligi qebul eden ilkin numayendelere qarsi tetbiq olunurdu lat christianos ad leones xristianlari sirlere buna gore bu ceza carmixa cekme ile yanasi xristian muqeddeslerinin en meshur sebeblerinden birine cevrildi Xristianligin imperiya terefinden qebul edilmesi ile bu tecrube diger cinayetkarlara qarsi yoneldildi yalniz 681 ci ilde tamamile legv edildi Mecazi menada sirlerin onune atmaq fiziki ve ya daha cox hallarda menevi zererden qacinmaq praktiki olaraq mumkunsuz olan aqressiv reqibler arasinda kimseni tamamile hazirliqsiz tek buraxmaq demekdir TarixiQabaqki vaxtlar Bibliyada behs olunan Daniyal peygemberin e e VI esr Babil krali I Daranin fermanina tabe olmamaqda gunahlandirilmasina baxmayaraq mocuzevi sekilde vehsi heyvanlardan xilas olunmasi efsanesi bir insanin sirler terefinden parcalanmasi haqqinda en meshur hekayedir Bunu esitdikde padsah emr etdi ve Danieli getirib sirler olan quyuya atdilar Padsah Daniele bele dedi Daim qulluq etdiyin Allahin seni qurtarsin Sonra bir das getirilib quyunun agzina qoyuldu Danielin hokmunde hec ne deyismesin deye padsah ozunun mohur uzuyu ve eyanlarinin uzukleri ile dasi mohurledi Sonra padsah oz sarayina qayitdi Geceni yemek yemeden ve eylenmeden kecirdi yuxusu da qacdi Seher acilanda padsah yerinden qalxib telesik sirlerin oldugu quyuya getdi Oraya yaxinlasanda kederli sesle Danieli cagirib dedi Ey Daniel var olan Allahin qulu Daim qulluq etdiyin Allahin seni sirlerden qurtara bildimi Onda Daniel padsaha dedi Qoy padsah hemise sag olsun Allahim Oz meleyini gonderib sirlerin agzini bagladi ve onlar mene toxunmadi cunki menim Allahin onunde teqsirsiz oldugum bilindi Ey padsah sene qarsi da hec bir cinayet etmemisem Onda padsah cox sevindi ve Danieli quyudan cixarmagi emr etdi Daniel quyudan cixarilanda onun bedeninde hec bir zede yox idi cunki oz Allahina guvenmisdi Padsah emr etdi ve Danieli ittiham eden adamlar getirildi Onlari usaqlari ve arvadlari ile birlikde sirlerin oldugu quyuya atdilar Quyunun dibine catmamis sirler onlari qapib sumuklerini qirdi 6 16 24 Bele bir ferziyye var ki arenada bu cur olumler qanuni yox merasim mahiyyeti dasiyirdi yeni ayin qetlinden ibaret idi meselen mebed heyvanlarini qidalandirmaq kimi amma sonradan bu mena itirildi muqayise kimi aid olan adlanan okuzlerle reqsleri gostermek olar bezi tedqiqatcilarin ferziyyelerine gore bu ritual once qurban verme meqsedi dasisa da sonradan oyuna cevrildi Bele olan halda sohbet sirlerin tebii muhitinde yasadigi ve ibtidai dovrlerden beri ehtiram edildiyi erazilerden gedir ilk novbede buraya Afrika daxildir halbuki onlara Asiya ve Avropada da rast gelmek mumkun idi Bele ki meselen Qedim Misir mifologiyasinda insan ruhlarini yeyen adli sire benzer tanri ve sir gorunusunde olan diger bir sira tanri movcuddur Bundan elave Qedim Misir ve Qedim Liviyada sirlerin timsahlarin da canli insanlardan ve meyitlerden ibaret daha meiset yonumlu beslenmesi haqqinda qeydler movcuddur Isgenderin yurusuleri haqqinda yazan tarixciler de eserlerinde bu edam novu haqqinda behs edirler Meselen Orta Asiyada bir makedoniyali olume mehkum edilmis birine gore Makedoniyali Iskenderin qarsisinda havadar cixdi buna gore sirlerin onune atilmis amma eliyalin aslana qalib gelerek Iskenderin sevimlisine cevrildi hemin sexs idi Qeyd olunmalidir ki insanlarin qurban verilmesi enenesi meselen Karfagende eramizdan evvel IV esrin sonu II esrin ortalarinadek yeni demek olar ki dovletin dagilmasina qeder movcud olmusdur Siciliyali Diodorun verdiyi melumata esasen Aqafokla qarsi qarsidurmadan ve sonraki herbi ugursuzluqlar zamani karfagenliler qedim amansiz inanclarin qaydalarini tetbiq etmeye baslayirdilar ve benzer insan qurbanlari xususen de usaq qurbanlari arxeoloji tapintilar iddiani tesdiq edir romalilarin Karfagen medeniyyetine nifret doguran muhum amillerden biri olmusdur Maraqlidir ki Herodota esasen Karfagen hokmdari doyusde meglub olarken ozunu qurban vererek intihar etmisdir Qeyd olunur ki esirleri heyvanlarin onune ataraq oldururdu Hannibal esir dusen romalilari bir biri ile vurusmaga mecbur edirdi sag qalan ise file qarsi doyusmeli olurdu O vaxta qeder Romada bu cur eneneler unudulmusdu orada insan qurbanlari efsaneye gore e e 7 ci esrde Numa Pompili terefinden qadagan edilmisdir Bundan elave Italiya erazilerinde sirlere rast gelinmirdi ve romalilar onlara qarsi afrikalilar kimi ehtiram gostermirdiler Qedim Romada Qedim Romada edam cezalarinda heyvanlarin istifade olunmasi qladiator doyusleri ile birlikde sirk tamasalarin proqramina daxil edilmisdir heyvanlar arasinda bu meqsed ucun birinci novbede sirleri celb edirdiler amma bundan basqa ayilarin bebirlerin panterlerin irbislerin ve hemcinin vehsi okuz ve ineklerin onlardan az istifade etseler de tetbiq olundugu hallar da melumdur Pelengler nadir heyvanlardan idiler ve gorunen odur ki onlari insanlara qarsi hec vaxt qizisdirmirdilar Erken xristianlar tez tez bu cur edama mehkum edilirdiler Termin Gunumuzde Damnatio ad bestias termini genis menada islenilir lakin yene de antiksunas mutexessisleri bu edami iki nove bolurler Objicere bestiis latincadan heyavnlar terefinden parcalanmaq demekdir sozun heqiqi menasinda mudafiesiz bir insani parcalanmaga atmaq Termin adeten daha umumi ile evez olunur Ixtisaslasdirilmis edamlar qrupuna aid idi Damnatio ad bestias vehsi heyvanlarla doyusmeye mecbur eden divan tutma Mulayim edamlar qrupuna aid idi Bundan elave teqriben eyni prinsipe uygun olaraq secilen ve vehsi heyvan gulescisi adlanan pesekar qladiator doyusculeri var idi Onlarin hazirligi ucun xususi mektebler acilmisdir onlardan en meshuru Romada yerlesen Seher mektebi idi mektebin bu adi mesqlerin basladigi saatlara gore verilmisdir Mecburi telim kursu silahla davranmaqdan elave heyvani telim etmek onun verdislerinin ve xarakterinin oyrenilmesini ehate edirdi Doyusculer arenaya yalniz nize ile nadir hallarda da qilincla silahlanmis cixirdilar ve eyinlerinde tekce tunika olurdu Tamasalarda venatorlar ovcular da istirak edirdiler hansilar ki bestiarilerdan daha asagi rutbeli idiler ve nize ve ile antilop ve lanlari ovlayirdilar Bunlar artiq edamlar deyil heyvan doyusleri ve teqib etme sehnelesdirilmis ovlar idi Bundan elave arenaya kaftarlari filleri coldonuzlari keller vasaqlar buraxirdilar zurafe devequsu cuyur maral ve dovsanlari ovlanmasini teskil edirdiler kutleye antiloplar zebrlar ve qunduzlari numayis edirdiler Ilk defe lat venatio adlanan bele pesekar sir ve panterler ovu e e 186 ci ilde Mark Fulvi Nobilior terefinden teskil edilmisdir tedbir Etoliya adlanan yunan bolgesinin fethine hesr olunmusdur ve cidir meydaninda kecirilmisdir Tarixi ve tesviri Cinayetkarlarin heyvanlar terefinden parcalanmasi adetini Qedim Romaya iki serkerde getirdi e e 168 ci ilde makedoniyalilari meglub eden ve e e 146 ci ilde Afrika seheri olan Karfageni darmadagin eden onun oglu Ssipion Emilian Her ikisi Romada xalqi qorxuzmaq ucun yeni aciq askardir ki karfagenlilerden goturulmusdur usul yeritdiler ona esasen her kesin gozu qabaginda satqinlari ve ferarileri vehsi heyvanlarin oldugu bir yere atirdilar Romalilar bunu son derece faydali kimi qiymetlendirdiler ve o tezlikle Roma cinayet mecellesinin normasina cevrildi Qeydlere esasen evvelce bu edam mustesna olaraq ecnebilere ve ferarilere qarsi yoneldilmisdir ve birinci halda Pun muharibelerinin vehsiliyine gore qisas xarakterli idise ikinci halda usul intizam tesiri bagislamali idi Heyvanlar terefinden yeyilerek olume mehkum edilenler sutunlara baglanirdi sonra ustlerine buraxilan heyvanlard onlari parcalayirdilar Bundan elave qeyd olunur ki ikinci konsullugu dovrunde e e 55 ci il Pompey romalilara arenada butov bir doyus numayis etdirdi doyusde 18 fil agir silahlanmis bir deste qladiatorla qarsilasdi Tedqiqatcilarin yazdigi kimi bu edamin qeddarligi onun teatrlasdirilmis tertibati ile daha da agirlasmisdir Meselen Strabon usyankar qullarin bascisi Etnanin oglu adlandirilan Selurun Romada onun gozleri qarsisinda nece edam edildiyi barede yazir ki bunun ucun hundur edam meydancasi qurulmusdur ve onun uzerine sanki Etna daginin zirvesiymis kimi Seluru qaldirdilar meydanca birden cokdu ve bedbext meydancanin altina yerlesdirilmis vehsi heyvanlarin oldugu qefese dusdu Sair Tamasalar kitabi nda yazdigi kimi dovrumuze qeder gelib catmamis qehreman Roma quldur carmixa cekdiler ve uzerine bir ayini salisdirdilar qartal ise onun icalatini dimdikleyirdi Senekanin Qezeb haqqinda III 3 Apuleyusun Qizil essek IV 13 Tit Lukresi Karin Esyalarin tebieti haqqinda eserlerinde de oxsar hekayelere rast gelmek mumkundur Satirikon romaninda mueyyen bir xezinedarin heyvanlarin onune atildigini qeyd edir Siseron ise yazir ki xezine ogrusu Balbin emri ile alver zamani mueyyen bir bedbext mohtekir yalniz cirkin oldugu ucun yirticilarin onune atilmidsir Bu qanli eylenceni mezemmet eden Siseron hem de hiddetlenirdi ister qudretli heyvanin zeif insani parcalamasi ister de gozel bir heyvanin ov nizesi ile delinmesi bir oxumus insana ucun nece zovq vere biler Mehkumlarin adamyeyen oyunlar baslamazdan evvel parcalanmaq ucun duz yirticilarin qefeslerine atildigi da olurdu Bele ki meselen Svetoni yazir ki tamasa ucun vehsi heyvanlari yemlemek ucun istifade edilen mal qara bahalasdiqda Kaliqula onlarin onune cinayetkarlari atmagi emr etdi ve bunun ucun hebsxanalari gezerek kimin nede gunahkar olduguna baxmirdi ancaq qapida dayanaraq birbasa hamini kecelden kecele aparilmasini emr edirdi Sirler bir qayda olaraq Afrikadan getirilirdi ozde kifayet qeder cox sayda Bu idxali qadagan eden Senatin kohne her hansi fermani var idi lakin gemisdirme hansi ki amfiteatrin tikintisinden evvel sirkde teskil olunurdu istisna hal sayilirdi Daha az populyar olan ayilar Qalliya ve Almaniyadan getirirdiler Bas olan Mark Emili Skavr e e 58 ci il arenaya 150 panter ve ya bebir cixarmisdir bu say Pompeyin dovrunde 410 oldugu halda Oktavian Avqustun zamani 420 ye catmisdir eyni zamanda Sulla 120 yalli sir yeni erkek cixarmisdir Catdirilmanin teskili ve oyunlarin qaydalari haqqinda cox az melumat qalmisdir sonra gelen menbeden melumdur ki imperatorun teskil etdiyi oyunlar ucun nezerde tutulan heyvanlarin dasindigi seherler bu heyvanlara yemek catdirmali idiler ve seherde neqliyyat bir hefteden cox qalmamali idi Tarixciler ekoloji noqteyi nezeri qeyd edirler Roma amfiteatrlarinda xaricden getirilen saysiz hesabsiz heyvanlarin mehv edilmesi Simali Afrikanin faunasina boyuk ziyan vurdu Xristianlarin edami Bu praktikanin xristianlara qarsi yoneldilmesi I esrden baslandi Tasit yazir ki imperator Neronun dovrunde 64 cu ilde Roma yanginindan sonra xristianlarin ilk teqibleri zamani onun baglarinda insanlari heyvan derisine yamaqlayirdilar ve itlere atirdilar xristianlarin oldurulmesi istehza ile musayiet olunurdu cunki onlar vehsi heyvanlarin derisine buruyurduler ki itler onlari olumcul parcalasinlar carmixa cekilirdiler ve ya yanginda olume ducar edilmisleri gece isiqlandirilmasi ucun qaranliq dusende yandirirdilar diger adla desek tunica molesta Belelikle sirlerin tam ixtiyarina atilmaq xristianlar ucun sehid olmaq usullarindan biri oldu Olum cezasinin tedqiqatcilarinin qeyd etdiyi kimi parcalanmaga mehz xristianlari atirdilar cunki bu usul ile qullari provinsiallari ve umumen asagi tebeqe insanlari edam edirdiler Roma huquq sisteminin noqteyi nezerinden xristianlar asagidaki qanunlari pozmus sayilirdilar elahezreti tehqir edenler majestatis rei xristianlar qadagan edilmis yigincaqlar teskil ederek ibadet etmek ucun gizli ve gece toplasirdilar bele collegium illicitum da ve ya coetus nocturni de istirak ise qiyama beraber idi imperator tesvirlerine serab neziri verme ve terif etme ayinlerinden imtina etmek dovlet tanrilarindan uz dondermisler a8eoi sacrilegi qeyri qanuni magiya davamcilari magi malefici qeyri qanuni dine tovbe edenler religio nova peregrina et illicita 12 cedvel qanunlarina esasen Bu qanunlarin pozulmasi ile yanasi 104 cu ilden qanun pozuntusunu konkretlesdirmeden sadece olaraq ozunu xristian adlandiran her kese qarsi xususi dovlet fermanlari cixarilirdi daha etrafli bax Buna gore de hokmun bu qeder sert olmasi teeccublu deyil sonralar ise umumiyyetle enenevi hala gelerek kutlenin gerginliyini aradan qaldirmaq ucun qoruyucu qapaq vasitesinin klassik numunesine cevrildi Butun belalarin sebebkari kimi xristianlari gormek romalilar arasinda yayilmis bir praktika idi Hetta quraqliq acliq azar zelzele Tiber cayinin dasmasi kimi tebii felaketler zamani ucun qisqiraraq deyilen Tanrilar yagis vermirse gedek xristianlarin uzerine Xristianlari sirlere kimi meseller yaranmisdir Bu cur hadiselerin miqyasi ve xalq arasinda movhumatlarinin yayilmasi neheng idi ve xristianligin Qerbi Avropada antik butperestlik evezine resmi din yerini tutan novbeti dovrle muqayise oluna bilerdi o dovrde xristianlar oz novbesinde daimi gunahkarlar in axtarisnda idi Meselen Qara olumun peyde olunmasinda yehudiler gunahlandirilirdi lakin bu defe onlari sirlere atmaq evezine Heyvanlar terefinden parcalanma edam usulunun etrafli tesviri muqeddes eserinde verilmisdir Senlik gununun baslamasi ile sag qalan butun mezlumlar sirke aparilmali idi O vaxti movcud olmus eneneye gore kisilerin eynine Saturn kahinlerinin geyimi qadinlarin eynine ise Amma mezlumlar buna etiraz edirdiler Onlar dediler Biz bura konullu geldik buna oxsayan hec neyi etmemek ucun canimizdan kecmeye qerar verdik o zaman azadligimizi qoruyun Bu xahis yerine yetirildi Orada olan xristianlar mezlumlarin her birinin onlar ucun xususile xosagelmez olan bu cur olumden xilas olmalarini xususi bir merhemet sayirlar Bele ki meselen Satur istenilen heyvanin pencelerinden kecmeye hazir idi lakin onun ucun ayidan daha iyrenc bir varliq yox idi Buna baxmayaraq o leoparin pencelerinden sag cixandan sonra onun uzerine ayi buraxmaq emri verildi Amma ele oldu ki ayini yuvasindan qova bilmediler Felisitat ile Perpetuya birlikde qeyzli bir ineyin ferocissima vacca ohdesine buraxildi ve xristian mezlum qadin burada da qadinligin qeyri adi ideal temizliyini ozunde numayis etdirdi Perpetuya klassik poeziyanin en yuksek qadin obrazlarinin olduyu leyaqetle olurdu Bu inek bir muddet Perpetuyani buynuzlari ile atirdi ve nehayet o arenada yixildi Amma yarali olsa da ve qani axsa da onun ilk fikri o idi ki ineyin buynuzlari onun alt koyneyi cirdi ve bedeni cilpaq qaldi ve buna gore o qeyri adi irade seyi ile ciriq paltarini duzeltdi ve ustunu ortdu Sonra saclarinin daginiq oldugunu da xatirladi Dagilmis saclar matem remzi oldugundan o ise mezlum olumunun xususile sevindirici saydigindan o qeder guc topladi ki saclarini duzelderek onlari sancaqladi Tecrube o qeder genis yayildi ki xristian yazici Tertullian III esr yazirdi ki xristianlarin teatrlara ve sirklere getmemesi edadir cunki insanlar mehz orada bizi sirlerin onune atirlar bize qarsi teqiblerin teskili barede meslehetlesirler xristianlari tapmaq ve onlara ezab vermek ucun casus secirler IV esrde xristianlara qarsi yonelmis teqibler bitdi cunki Milan fermani 313 cu il ile xristianlar qazandilar Xristian menbelerinin etibarliligi Bu edam novu barede melumat veren menbeler mueyyen derecede ehtiyatla qebul edilmelidir o cumleden mocuzevi ve huner muhiti yaratmaq habele Roma Imperiyasinin qeddar adetlerini lekelemeye yonelen coxsayli jitiye eserlerine Xususen de guya sirlerin onune atilan xristianlarin heqiqi insanlar yoxsa efsanevi personajlar olub olmadigini oyrenmek mumkun deyil numune kimi IV esrin sonlarinda Martiri perdeleri eserini yazmis muqeddes gostermek olar Bununla bele xristianligin bezi eleyhdarlarinin etdiyi kimi xristianlara qarsi olan butun teqiblerin ve onlarin sirler terefinden yeyilmesinin sirf uydurma oldugunu iddia etmek de edaletli gorsenmir cunki antik butperest muelliflerin coxsayli dolayi istinadlari elece de tapilmis tesviri incesenet abideleri eksini subut edir IstinadlarDamnatio lenet insani neyese gore ittiham etme Feli formalar dare ad bestias bestiis obiicere condemnare ad bestias tradere ad bestias depugnandas William Wardlaw Ramsay A manual of Roman antiquities Alison Futrell Blood in the Arena 2016 04 03 at the Wayback Machine 2000 Dzhejms Frejzer Zolotaya vetv 2008 09 28 at the Wayback Machine Semya v Drevnem Egipte 2012 03 19 at the Wayback Machine Garama iz istorii livijskoj civilizacii 2014 10 06 at the Wayback Machine Zanimatelnaya Greciya 2008 09 28 at the Wayback Machine Diodor Sicilijskij Istoricheskaya biblioteka XX 14 4 XXIII 13 Joyce E Salisbury Perpetua s passion 2014 09 01 at the Wayback Machine Frank William Walbank The Cambridge ancient history 2015 11 05 at the Wayback Machine Vseobshaya istoriya I 82 2 Boyuk Plini Tebii tarix VIII fesil VII Bu halda qara panter nezerde tutulur hansi ki adi novden ancaq movcudlugu ile ferqlenir Eto slovo oboznachaet libo teh zhe leopardov libo osobyj vid Skoree vsego rech snova idyot o leopardah Bu heyvanlar arasinda tekce hirsli mal qaranin ve ya esl vehsi okuzlerin turlarin olub olmamasini soylemek cetindir Tiraspolskij G I Besedy s palachom Kazni pytki i surovye nakazaniya v Drevnem Rime M 2003 Obzornaya statya o gladiatorskih boyah 2008 09 16 at the Wayback Machine Venantio 2011 03 05 at the Wayback Machine Tit Livi Seherin yarandigi gunden Romanin tarixi XXXIX 22 2 Zhizn v Drevnem Rime 2008 09 28 at the Wayback Machine Tit Livij Epitoma kn LI Istorii Rima ot osnovaniya goroda Sovershenie kazni s pomoshyu hishnikov 2008 09 19 at the Wayback Machine Igry v amfiteatre 2008 09 28 at the Wayback Machine Rimskaya istoriya XXXIX 38 2 Pompej 52 Strabon VI II 6 Kniga zrelish 7 5 6 2011 07 23 at the Wayback Machine Ciceron Pisma T 3 S 461 Pismo Ad Fam VII 1 DCCCXCV 3 Ciceron Pisma T 1 S 258 Pismo Ad Fam VII 1 CXXVII 3 Yeni ferq qoymadan hamisini bir anda Roma xalq ifadesi Svetonij Zhizn dvenadcati cezarej S 118 IV Gaj Kaligula 27 1 Plinij Starshij Estestvennaya istoriya VIII 64 Plinij Starshij Estestvennaya istoriya VIII 53 Cod Theod XV tit XI 1 2 Nemirovskij Istoriya drevnego mira Ch 1 S 86 Tiraspolskij G I Besedy s palachom Tacit Annaly XV 44 Kistyakovskij A F Issledovanie o smertnoj kazni 2023 07 06 at the Wayback Machine Goneniya na hristian v Rimskoj imperii 2008 09 28 at the Wayback Machine Enciklopedicheskij slovar Brokgauza i Efrona Qoruyucu qapaq anlayisi umumislek hala cevrildi meselen bax Bezen qesden cemiyyeti birlesmesi ucun dusmen obrazi yaradilir cemiyyetin butun uzvlerinin diqqeti ona yoneldilir ki bu da qoruyucu qapaq kimi isleyir kutlenin naraziligini ve aqressiyasini xarici dusmene yoneldir Vidyapina V I Hrestomatiya Bakalavr ekonomiki 2008 12 26 at the Wayback Machine ROMAN EMPIRE AND CHRISTIANITY 2 III Attitude of the Roman Empire to Religions 2008 09 27 tarixinde Istifade tarixi 2008 08 27 Bolotov V V Lekcii po istorii drevnej Cerkvi 2008 10 25 at the Wayback Machine Novbeti muhazireden rus dilinden tercume olunmusdur Bolotov V V Lekcii po istorii drevnej Cerkvi s konca I po nachalo IV vv 2008 10 25 at the Wayback Machine O preskripcii protiv eretikov 2016 03 04 at the Wayback Machine Early Christian Hagiography and Roman History 2018 11 17 at the Wayback Machine 2010