Qayrayqo (外来語, azərb. "alınma söz") – yapon dilindəki alınma sözləri bildirən termin. Müasir yapon dilində alınma sözlər geniş istifadə olunur və katakanadan istifadə edilərək yazılır.Çin dilindən götürülmüş sözlər qayraqo hesab olunmur; onların sayı həm çoxdur, həm də kancilərlə yazıldığı üçün yerli sözlərdən çətin fərqləndirilir.
Yapon dilindəki qayrayqoların böyük hissəsi ABŞ və Avropa mənşəlidir.İngilis, holland, portuqal, ispan, rus, fransız dillərindən alınma sözlər müasir dövrdə yapon dilinə keçdiyi halda, qədim dövrlərdə sanskrit, koreya və aynu kimi dillərdən yapon dilinə sözlər keçmişdir. 1956-cı ildə tərəfindən aparılmış tədqiqata görə yapon dilinin 10%-ini qayrayqolar təşkil edir və bu göstərici artmağa davam edir. tərəfindən yazılmış "Alınma sözlər lüğəti"ndə 25 mindən çox söz yer almışdır.
Bəzilərinin fikrincə qayrayqolar yapon dilini zənginləşdirir və xarici dillərlə tanışlığı asanlaşdırır. Bəziləri isə düşünür ki, alınma sözləri "mədəni gerilik" simvoludur və dili qəlizləşdirir.
Xüsusiyyətlər
Yapon dilində qayraqoların sayının artması bir neçə faktorla bağlıdır. Birincisi, alınma sözlər xarici mədəniyyətlər vasitəsilə gələn yeni ideyalar və yeni şeylər vasitəsilə gəlir və onların yapon dilində birbaşa qarşılığı olmur. Xüsusilə, texnika ilə bağlı qayrayqoların sayı çoxdur. İkincisi, qayrayqonun yapon dilində qarşılığı olsa da, danışıq dilində daha müasir və rahat səsləndiyi üçün geniş istifadə olunmağa başlayır. Məsələn, yapon dilində "gənc" sözünün qarşılığı olan söz olsa da, ingilis dilindəki "young" sözü daha müasir səsləndiyi üçün dəb dünyasında "yanqu" (ヤング) sözü geniş istifadə olunur. Üçüncüsü, bəzi qayrayqolar yapon dilindəki bəzi sözlərin evfemizmləri kimi dilə daxil olur. Məsələn, "tualet" sözü işlədilən "toire" (トイレ) sözü buna nümunədir.
Alınma sözlərin çoxu yapon dilinə isim kimi keçir. Onları fel halına salmaq üçün sonlarına -suru ("etmək") hissəciyi əlavə olunur. Bəzi alınma sözlər yapon dilinə keçəndə tələffüzləri dəyişir. Məsələn, ingilis dilindəki "bus", "bath" və "bass" sözlərinin üçü də yapon dilinə "basu" kimi keçib. Digər tərəfdən, "gesture" (jest) sözü yapon dilində həm "zesuçua", həm də "cesuça" formasında işlənir. Yapon dili açıq sillabik dil olduğu üçün "strike" sözü ingilis dilində təkhecalı olmasına baxmayaraq, yapon dilində "sutoraiku" və "sutoraiki" (birincisi beyzbol termini, ikincisi iş terminidir) formalarında olan beşhecalı sözlərə çevrilib.
Bəzən ingilis dilindən keçən sözlərdə birinci və ya sonuncu tərəfin ixtisarı müşahidə olunur. Məsələn, "mayto" sözü ingilis dilindəki "dynamite" (dinamit) sözündən yaranıb və bu zaman ilk heca ixtisar olunub. "Toire" (tualet; "toilet" sözündən), "demo" (nümayiş; "demonstration" sözündən) kimi sözlərdə isə sözün ikinci tərəfi atılıb. Bəzən isə ingilis dilindəki müəyyən ifadələr ixtisar olunaraq bir söz şəklində yapon dilinə keçir. "Mobo" (müasir oğlan; "modern boy" ifadəsindən), "hansuto" (aclıq aksiyası; "hunger strike" ifadəsindən), "torepan" (məşq şalvarı; "training pants" ifadəsindən) sözləri buna nümunədir. İngilis dilindən keçən sözlərdə müşahidə olunan digər hal isə -s, -ed, -ing kimi şəkilçilərin ixtisarıdır: "sanqurasu" (gün eynəyi; "sunglasses" sözündən), "kondensu miruku" (qatılaşdırılmış süd; "condensed milk" ifadəsindən), "vommu appu" (qızışma; "warming up" ifadəsindən) və s. Hətta bəzi hallarda bütöv söz ixtisar olunur: "hamu eqqu" (; "ham and eggs" ifadəsindən).
Bəzi sözlər yapon dilinə keçərkən orijinal mənalarını itirb başqa mənaya keçə bilir. Məsələn, "ofisu" ("office" sözü) sözü ofisi yox, şirkətdəki istənilən otağı bildirmək üçün işlədilir. "Bosu" ("boss" sözündən) sözü isə müdir yox, dəstə başçısı mənasındadır.
Mənşə dillər
Edo dövrünə qədər
Yapon dilindəki ilk alınma sözlər müasir yapon dili danışanları tərəfindən sezilmir, çünki çoxu katakana əvəzinə kancilərlə yazılır və ya Yaponiya tarixində çox qədim zamanlardan gündəlik həyatda istifadə olunur. Məsələn, "kavara" (dam örtüyü) sanskrit dilindən, "sake" (qızılbalıq) aynu dilindən, "miso" (lobya əriştəsi) koreya dilindən qədim zamanlardan yapon dilinə keçmişdir.Portuqalların 1543-cü ildə Yaponiyaya gəlişindən sonra yapon dili portuqal dilindən xristianlıq və ticarətlə bağlı bir çox söz götürmüşdür: "kirişitan" (xristian; "Christao" sözündən), "kurusu" (xaç; "cruz" sözündən), "pan" (çörək; "pao" sözündən), "tabako" (tütün; "tabaco" sözündən), "raşa" (yunlu paltar; "raxa" sözündən) və s. Xristianlığın Yaponiyada qadağan olunmasından və 1639-cu ildə qəbul olunan izolyasiya şəraitindən sonra portuqalmənşəli sözlərin alınması dayanmış və bir çox portuqalmənşəli söz köhnəlmişdir. Hal-hazırda yapon dilində istifadə olunan portuqalmənşəli alınma sözlər sırasına "kappa" (gödəkçə; "capa" sözündən), "cuban" (altpaltarı; "gibao" sözündən), "tempura" (yağda qızardılmış yemək; "tempero" sözündən) kimi sözlər daxildir. Bu sözlər kanci ilə yazılır və bir çox yapon onların əsl yapon sözləri olduğunu düşünürlər.
İspanmənşəli sözlər də portuqalmənşəli sözlərlə eyni zamanda yapon dilinə daxil olsa da, onların sayı məhdudur. "Meriyasu" (hörmə parça; "medias" sözündən), "şabon" (sabun; "jabon" sözündən) ispanmənşəli sözlərdir.
Edo dövründən sonra
1600-cü ildə Yaponiyaya gələn holland tacirlər izolyasiya şəraitinə baxmayaraq Yaponiyada məhdud fəaliyyət göstərməyə davam etmiş və holland dilindən bir çox söz yapon dilinə keçmişdir. Ticarət, elm, dənizçiliklə bağlı bu cür sözlərin çoxu hələ də geniş istifadə olunur: "qomu" (; "qomu" sözündən), "qasu" (qaz; "gas" sözündən), "qarasu" (şüşə; "glass" sözündən), "koppu" (fincan; "kop" sözündən), "kohi" (kofe; "koffie" sözündən), "biru" (pivə; "bier" sözündən), "arukoru" (alkoqol), "renzu" (linza), "mesu" (bıçaq; "mes" sözündən), "korera" (xolera), "dekki" (göyərtə, "dek" sözündən), "masuto" (dor ağacı), "dokku" (dok; "dock" sözündən) və s.
Edo dövrünün növbəti illərində fransız, ingilis və rus dillərindən yeni alınma sözlər keçmişdir. "Qetoru" (dizbağı), "şappo" (şapka) və "zubon" (şalvar) sözləri fransız dilindəki "guetres", "chapeau" və "jubon" sözlərindən götürülüb. Fransızmənşəli alınma sözlər incəsənət, aşbazlıq, dəb, xarici əlaqələr, siyasət mövzusunda olan sözlərdə üstünlük təşkil edir.Rus dilindən alınma sözlər isə yemək – "ikura" (kürü; "икра" sözündən), "votoka" (vodka; "водка" sözündən), "piroşiki" (pirojki; "пирожки" sözündən) – və ya rus əşyaları ilə – "peçika" (soba; "печка" sözündən), "matoryoşika" (matroşka; "матрёшка" sözündən) – bağlı sözlərdir. "Kombinato" (kombinat; "комбинат" sözündən), "kolhozu" (kolxoz; "колхо́з" sözündən) kimi müasir sözlər də rus dilindən keçmişdir.
XIX əsrin ikinci yarısında yapon dilinə almanmənşəli bir çox söz daxil olmağa başlamışdır. Onlar əsasən tibb, dağçılıq və xizəkçiliklə bağlı sözlərdir: "areruqi" (allergiya; "allergie" sözündən), "tsuberukurin" (; "tuberkulin" sözündən), "noiroze" (nevroz; "neurose" sözündən), "rentogen" (; "rontgen" sözündən), "karute" (kartıçka; "karte" sözündən), "teze" (tezis; "these" sözündən), "zayru" (kəndir; "seil" sözündən), "hyutte" (koma; "hütte" sözündən), "qerende" (yamac xizəkçiliyi; "gelande" sözündən) və s.Meyci dövrünün əvvəllərində italyanmənşəli sözlər yapon dilinə daxil olmağa başlamışdır. "Soprano", "tenpo" (tempo), "finaru" (finale) kimi musiqi terminləri ilə yanaşı "supaqetti" (spaghetti), "makaroni" (macaroni), "qondoru" (gondola) kimi gündəlik sözlər də italyan dilindən yapon dilinə keçmişdir. Bu dillərdən əlavə, polyak, norveç, yunan, latın dillərindən də yapon dilinə bəzi sözlər keçmişdir.
İstinadlar
- Kodansha Encyclopedia of Japan. səh. 61
- Kodansha Encyclopedia of Japan. səh. 62
Ədəbiyyat
- Kodansha Encyclopedia of Japan. V cild. Tokio: Kodansha. 1983. səh. 61-62. ISBN . İstifadə tarixi: 3 aprel 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qayrayqo 外来語 azerb alinma soz yapon dilindeki alinma sozleri bildiren termin Muasir yapon dilinde alinma sozler genis istifade olunur ve katakanadan istifade edilerek yazilir Cin dilinden goturulmus sozler qayraqo hesab olunmur onlarin sayi hem coxdur hem de kancilerle yazildigi ucun yerli sozlerden cetin ferqlendirilir Aysu アイス dondurma Kohi コーヒー kofe Yapon dilindeki qayrayqolarin boyuk hissesi ABS ve Avropa menselidir Ingilis holland portuqal ispan rus fransiz dillerinden alinma sozler muasir dovrde yapon diline kecdiyi halda qedim dovrlerde sanskrit koreya ve aynu kimi dillerden yapon diline sozler kecmisdir 1956 ci ilde terefinden aparilmis tedqiqata gore yapon dilinin 10 ini qayrayqolar teskil edir ve bu gosterici artmaga davam edir terefinden yazilmis Alinma sozler lugeti nde 25 minden cox soz yer almisdir Bezilerinin fikrince qayrayqolar yapon dilini zenginlesdirir ve xarici dillerle tanisligi asanlasdirir Bezileri ise dusunur ki alinma sozleri medeni gerilik simvoludur ve dili qelizlesdirir XususiyyetlerYapon dilinde qayraqolarin sayinin artmasi bir nece faktorla baglidir Birincisi alinma sozler xarici medeniyyetler vasitesile gelen yeni ideyalar ve yeni seyler vasitesile gelir ve onlarin yapon dilinde birbasa qarsiligi olmur Xususile texnika ile bagli qayrayqolarin sayi coxdur Ikincisi qayrayqonun yapon dilinde qarsiligi olsa da danisiq dilinde daha muasir ve rahat seslendiyi ucun genis istifade olunmaga baslayir Meselen yapon dilinde genc sozunun qarsiligi olan soz olsa da ingilis dilindeki young sozu daha muasir seslendiyi ucun deb dunyasinda yanqu ヤング sozu genis istifade olunur Ucuncusu bezi qayrayqolar yapon dilindeki bezi sozlerin evfemizmleri kimi dile daxil olur Meselen tualet sozu isledilen toire トイレ sozu buna numunedir Alinma sozlerin coxu yapon diline isim kimi kecir Onlari fel halina salmaq ucun sonlarina suru etmek hisseciyi elave olunur Bezi alinma sozler yapon diline kecende teleffuzleri deyisir Meselen ingilis dilindeki bus bath ve bass sozlerinin ucu de yapon diline basu kimi kecib Diger terefden gesture jest sozu yapon dilinde hem zesucua hem de cesuca formasinda islenir Yapon dili aciq sillabik dil oldugu ucun strike sozu ingilis dilinde tekhecali olmasina baxmayaraq yapon dilinde sutoraiku ve sutoraiki birincisi beyzbol termini ikincisi is terminidir formalarinda olan beshecali sozlere cevrilib Bezen ingilis dilinden kecen sozlerde birinci ve ya sonuncu terefin ixtisari musahide olunur Meselen mayto sozu ingilis dilindeki dynamite dinamit sozunden yaranib ve bu zaman ilk heca ixtisar olunub Toire tualet toilet sozunden demo numayis demonstration sozunden kimi sozlerde ise sozun ikinci terefi atilib Bezen ise ingilis dilindeki mueyyen ifadeler ixtisar olunaraq bir soz seklinde yapon diline kecir Mobo muasir oglan modern boy ifadesinden hansuto acliq aksiyasi hunger strike ifadesinden torepan mesq salvari training pants ifadesinden sozleri buna numunedir Ingilis dilinden kecen sozlerde musahide olunan diger hal ise s ed ing kimi sekilcilerin ixtisaridir sanqurasu gun eyneyi sunglasses sozunden kondensu miruku qatilasdirilmis sud condensed milk ifadesinden vommu appu qizisma warming up ifadesinden ve s Hetta bezi hallarda butov soz ixtisar olunur hamu eqqu ham and eggs ifadesinden Bezi sozler yapon diline kecerken orijinal menalarini itirb basqa menaya kece bilir Meselen ofisu office sozu sozu ofisi yox sirketdeki istenilen otagi bildirmek ucun isledilir Bosu boss sozunden sozu ise mudir yox deste bascisi menasindadir Mense dillerEdo dovrune qeder Yapon dilindeki ilk alinma sozler muasir yapon dili danisanlari terefinden sezilmir cunki coxu katakana evezine kancilerle yazilir ve ya Yaponiya tarixinde cox qedim zamanlardan gundelik heyatda istifade olunur Meselen kavara dam ortuyu sanskrit dilinden sake qizilbaliq aynu dilinden miso lobya eristesi koreya dilinden qedim zamanlardan yapon diline kecmisdir Portuqallarin 1543 cu ilde Yaponiyaya gelisinden sonra yapon dili portuqal dilinden xristianliq ve ticaretle bagli bir cox soz goturmusdur kirisitan xristian Christao sozunden kurusu xac cruz sozunden pan corek pao sozunden tabako tutun tabaco sozunden rasa yunlu paltar raxa sozunden ve s Xristianligin Yaponiyada qadagan olunmasindan ve 1639 cu ilde qebul olunan izolyasiya seraitinden sonra portuqalmenseli sozlerin alinmasi dayanmis ve bir cox portuqalmenseli soz kohnelmisdir Hal hazirda yapon dilinde istifade olunan portuqalmenseli alinma sozler sirasina kappa godekce capa sozunden cuban altpaltari gibao sozunden tempura yagda qizardilmis yemek tempero sozunden kimi sozler daxildir Bu sozler kanci ile yazilir ve bir cox yapon onlarin esl yapon sozleri oldugunu dusunurler Ispanmenseli sozler de portuqalmenseli sozlerle eyni zamanda yapon diline daxil olsa da onlarin sayi mehdudur Meriyasu horme parca medias sozunden sabon sabun jabon sozunden ispanmenseli sozlerdir Edo dovrunden sonra 1600 cu ilde Yaponiyaya gelen holland tacirler izolyasiya seraitine baxmayaraq Yaponiyada mehdud fealiyyet gostermeye davam etmis ve holland dilinden bir cox soz yapon diline kecmisdir Ticaret elm denizcilikle bagli bu cur sozlerin coxu hele de genis istifade olunur qomu qomu sozunden qasu qaz gas sozunden qarasu suse glass sozunden koppu fincan kop sozunden kohi kofe koffie sozunden biru pive bier sozunden arukoru alkoqol renzu linza mesu bicaq mes sozunden korera xolera dekki goyerte dek sozunden masuto dor agaci dokku dok dock sozunden ve s Edo dovrunun novbeti illerinde fransiz ingilis ve rus dillerinden yeni alinma sozler kecmisdir Qetoru dizbagi sappo sapka ve zubon salvar sozleri fransiz dilindeki guetres chapeau ve jubon sozlerinden goturulub Fransizmenseli alinma sozler incesenet asbazliq deb xarici elaqeler siyaset movzusunda olan sozlerde ustunluk teskil edir Rus dilinden alinma sozler ise yemek ikura kuru ikra sozunden votoka vodka vodka sozunden pirosiki pirojki pirozhki sozunden ve ya rus esyalari ile pecika soba pechka sozunden matoryosika matroska matryoshka sozunden bagli sozlerdir Kombinato kombinat kombinat sozunden kolhozu kolxoz kolho z sozunden kimi muasir sozler de rus dilinden kecmisdir XIX esrin ikinci yarisinda yapon diline almanmenseli bir cox soz daxil olmaga baslamisdir Onlar esasen tibb dagciliq ve xizekcilikle bagli sozlerdir areruqi allergiya allergie sozunden tsuberukurin tuberkulin sozunden noiroze nevroz neurose sozunden rentogen rontgen sozunden karute karticka karte sozunden teze tezis these sozunden zayru kendir seil sozunden hyutte koma hutte sozunden qerende yamac xizekciliyi gelande sozunden ve s Meyci dovrunun evvellerinde italyanmenseli sozler yapon diline daxil olmaga baslamisdir Soprano tenpo tempo finaru finale kimi musiqi terminleri ile yanasi supaqetti spaghetti makaroni macaroni qondoru gondola kimi gundelik sozler de italyan dilinden yapon diline kecmisdir Bu dillerden elave polyak norvec yunan latin dillerinden de yapon diline bezi sozler kecmisdir IstinadlarKodansha Encyclopedia of Japan seh 61 Kodansha Encyclopedia of Japan seh 62EdebiyyatKodansha Encyclopedia of Japan V cild Tokio Kodansha 1983 seh 61 62 ISBN 0 87011 625 8 Istifade tarixi 3 aprel 2022