Ələsgər Cəfər oğlu Məmmədov və ya Əli Əsgər Cəfər oğlu Məmmədov (10 oktyabr 1919, Bakı və ya Keşlə – 29 yanvar 2000, Bakı) — azərbaycanlı şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi, alman və ərəb dilləri üzrə mütəxəssis, Nürnberq prosesində tərcüməçi. Ələsgər Məmmədov ərəb dilinin tədris metodikasına gətirdiyi yeniliklərlə tanınır.
Ələsgər Məmmədov | |
---|---|
Əli Əsgər Cəfər oğlu Məmmədov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Elm sahəsi | Şərqşünas |
Elmi dərəcəsi | Pedaqoji elmlər doktoru (1994) |
Elmi adı | Professor (1967) |
İş yerləri |
|
Təhsili | |
Tanınmış yetirmələri | Vasim Məmmədəliyev Aida İmanquliyeva Gövhər Baxşəliyeva Malik Mahmudov İmamverdi Həmidov Nəriman Qasımoğlu |
|
Uşaqlıq illəri və təhsil həyatı
Ələsgər Məmmədov 10 oktyabr 1919-cu ildə Bakının Keşlə qəsəbəsində anadan olub. Erkən yaşlarında valideynlərini itirən Məmmədov əmisinin himayəsində böyüyüb.
Yeddi illik orta məktəbi bitirdikdən sonra 1933–1937-ci illərdə Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda, 1937–1941-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun alman dili şöbəsində təhsil alan Ələsgər Məmmədov eyni zamanda həmin illərdə yenicə yaradılmış Bakı Ali Hərbi Dənizçilik Məktəbində alman dilindən dərs demişdir. 1941-ci ilin iyulunda Məmmədov Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndələrlə birlikdə Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilmiş və 1944-cü ildə Moskva Şərqşünaslıq İnstitutunun ərəb dili üzrə hərbi şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Fəaliyyəti
Nürnberq prosesi
1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində baş referent kimi əmək fəaliyyətinə başlayan Məmmədov həmin ilin dekabr ayından 1946-cı ilin fevral ayına qədər alman dili mütəxəssisi kimi Nürnberq prosesinə tərcüməçi qismində cəlb edilmişdir. O, Ənvər Məmmədovla birlikdə hərbi tribunalda iştirak edən iki azərbaycanlıdan biri idi. Ələsgər Məmmədov nazirlikdə işlədiyi 2 il yarım ərzində ələ keçirilmiş diplomatik sənədlərinin böyük bir qismini, təxminən 30-dan artıq sənədi alman dilindən rus dilinə tərcümə etmişdi. 26 yaşlı Ələsgər Məmmədov Nürnberq prosesində iştirak etmək məqsədilə alman dilindən imtahan verərkən imtahanı qəbul edən alman dili mütəxəssisi Qrabor-Passak ondan razı qalmış və gənc Ələsgərin tribunalda alman dili tərcüməçisi kimi çıxış etməsini məsləhət görmüşdür.
Sonralar Ələsgər Məmmədov Nürnberq Tribunalı ilə bağlı müsahibələrində aşağıdakı xatirələrini qeyd etmişdi:
![]() | Mühakiməyə 24 nəfər baş hərbi cani cəlb edilmişdi, lakin müttəhimlər kürsüsündə yalnız 21 cani oturmuşdu. Baş canilərdən sağalmaz xəstə idi, özünü öldürmüş, Martin Bormann isə yoxa çıxmışdı. Salonda müttəhimlərin oturduqları yerlə mənim oturduğum yer çox yaxın idi. Herman Görinq 2–3 addımlığımda əyləşmişdi. O, çox vaxt çənəsini qarşıdakı söykənəcəyə söykəyərdi. Rudolf Hess əzilib-büzülərdi, Rozenberq dırnaqlarını çeynəyərdi. Müttəhimlər içərisində Keytel daim nəsə yazar, yazmayanda isə qələmin başını ağzında saxlayardı. Yulius Ştrayxer, demək olar ki, həmişə mürgüləyər, Karl Dönits, Erix Reder və isə özlərini çox ciddi aparırdılar. | ![]() |
Elmi-pedaqoji fəaliyyəti
Şövkət adlı xanımla ailə həyatı qurduqdan sonra Məmmədov 1947-ci ilin avqust ayından etibarən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində pedaqoji və elmi fəaliyyətə başlamışdır. Universitetdə fakültənin dekanı seçilən alim 1957-ci ildə fakültənin ərəb dili kafedrasının əsasını qoymuş və 29 il bu kafedraya rəhbərlik etmişdir. O, 1947–1950 illərdə universitetdə baş müəllim vəzifəsində işləmiş, 1948–1950 illərdə ərəb dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 1953-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1954-cü ildə dosent, 1967-ci ildə professor olan Məmmədov 1992-ci ildə əməkdar elm xadimi adına layiq görülmüşdür.
Ərəb dili ilə yanaşı, rus, alman, fransız, fars və ingilis dillərini də mükəmməl bilən Ələsgər Məmmədov 30-dan artıq ərəb dili dərsliyi və dərs vəsaitinin müəllifidir. Ələsgər Məmmədovun 573 səhifədən ibarət ilk "Ərəb dili" dərsliyi 1958-ci ildə Sovet İttifaqında kütləvi tirajla (5000 nüsxə) buraxılmış, təkcə Azərbaycanda deyil, Tacikistan və Özbəkistanda da istifadə edilmişdi. Onun rus dilində yazdığı "Арабский язык" ("Ərəb dili") dərsliyindən nəinki Azərbaycanda, həmçinin Dağıstan, Tatarıstan, Ukrayna, Orta Asiya respublikaları və digər postsovet ölkələrinin şərqşünaslıq mərkəzlərində istifadə olunur. Ələsgər Məmmədovun hazırladığı kitablar şərqşünaslıq fakültəsinin rus və Azərbaycan bölmələri, eləcə də ilahiyyat, tarix və filologiya fakültələrində ərəb dilini öyrənənlər və ərəb təmayüllü orta məktəblər üçün nəzərdə tutulmuşdu. 1972-ci ildə I və II kurs Azərbaycan bölməsi üçün yazdığı "Ərəb dili" kitabı sifarişə əsasən 22 ölkəyə göndərilmişdir.
1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ələsgər Məmmədova doktorluq dissertasiyası müdafiə etmədən pedaqoji elmlər doktoru alimlik dərəcəsi vermişdir.
Ələsgər Məmmədov XX əsrin 90-cı illərində Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində "Quranşünaslıq" fənni üzrə dərs deyirdi.
Ərəbşünaslığa verdiyi töhfələr
1958-ci ilin sentyabrında Məmmədovun təşəbbüsü ilə ilk dəfə Azərbaycan Radiosu nəzdində ərəb redaksiyası yaradıldı və onun ilk redaktoru özü oldu. O, 1969-cu ildən etibarən həm də SSRİ Semitoloqlar Kollegiyasının üzvü idi.
Vasim Məmmədəliyev, Aida İmanquliyeva, Gövhər Baxşəliyeva, Malik Mahmudov və İmamverdi Həmidov kimi Azərbaycanın tanınmış ərəbşünasları Məmmədovun yetirmələri hesab olunurlar. Ələsgər Məmmədovu "Azərbaycan ərəbşünaslıq elminin patriarxı" adlandıran ərəbşünas alim Nəriman Qasımoğlu yazırdı ki, "əgər Türkiyədə ərəbcəni 10–15 ilə mükəmməl öyrənmək mümkündürsə, Bakıda Ələsgər müəllimin üslubu ilə bu, 4–5 il müddətində başa gələ bilir." Ələsgər Məmmədov məktəbinin nümayəndələri ərəb ölkələrində, əsasən də İraq, Suriya, Sudan, İordaniya, Küveyt, Yəmən, Ədən, Misir, Liviya, Tunis və Əlcəzairdə tərcüməçi və diplomat kimi də fəaliyyət göstərmişlər.
Ələsgər Məmmədov 1963-cü ilin mart ayında sovet maarif işçilərinin nümayəndə heyətinin sədri kimi Misirə ezam olunmuşdu. 1973-cü ildə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri ilə birlikdə Bakı və Bəsrə şəhərləri arasında qardaşlıq müqaviləsi bağlamaq məqsədilə İraqa səfər etmişdi. İraqın rəsmi nümayəndələri "azərbaycanlı ərəb" adlandırdıqları Məmmədovu Kərbəla ziyarətinə apararaq ona qızıl suyuna çəkilmiş "Qurani Kərim" kitabını bağışlamışdılar. Misir, İraq və İordaniyanın bir sıra qəzet və jurnallarında alimin fəaliyyəti barədə geniş materiallar dərc edilmişdir.
Vəfatı
Ələsgər Məmmədov 29 yanvar 2000-ci ildə dünyasını dəyişmişdir. O, vəfatına yaxın müalicə almışdır.
Xatirəsi
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Aztelefilm" Yaradıcılıq Birliyi tərəfindən Rəfiqə Məsudun ssenarisi əsasında Ələsgər Məmmədovun həyatından bəhs edən "Ömürdən qalan izlər" adlı tammetrajlı film çəkilmişdir.
Qeydlər
- Rəsmi sənədlərdə alimin adı Əli Əsgər Məmmədov kimi qeyd olunub.
İstinadlar
- Əzizov, Elxan. "Azərbaycanda müasir ərəbşünaslığın banisi". 525-ci qəzet. 17 dekabr 2019. 21 yanvar 2023 tarixində .
- Lalə Musaqızı. ""14 yaşımda uşaqlara dedim ki, biz bu milləti azadlığa çıxarmalıyıq" – Mən gənc olarkən". kaspi.az (az.). 03 iyun 2014. 21 yanvar 2023 tarixində . İstifadə tarixi: 21 yanvar 2023.
- Smyth, Gareth. "Explaining the depth of Russia's engagement with the Arab world" (ingilis). 18 March 2018. 3 June 2022 tarixində .
- "BDU-da görkəmli ərəbşünas alim Ələsgər Məmmədovun 100 illik yubileyi qeyd edilib" (az.). AzərTAc. 18 dekabr 2019. 21 yanvar 2023 tarixində .
- Babaşova, Solmaz. . 525-ci qəzet. 17 aprel 2019: 19. Archived from the original on 2023-01-28. İstifadə tarixi: 28 yanvar 2023.
- Azərbaycan Sovet Ensiklopediyası (az.). VII. Bakı. 1983.
- "Ərəbşünas alim. Rizvan Cümşüdoğlunun Ələsgər Məmmədovla müsahibəsi". Azərbaycan qəzeti. 4 may 1990-cı il.
- "Nürnberq prosesinin tərcüməçilərindən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ələsgər Məmmədovla müsahibə". 525-ci qəzet. 30 noyabr 1995-ci il.
- Azərbaycan İlahiyyat İnstitutu. Məmmədov, Ceyhun (redaktor). "Azərbaycanda ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər" mövzusunda konfransın materialları (PDF). Bakı: Mütərcim. 2019. səh. 180. ISBN . 21 January 2023 tarixində (PDF).
- "Görkəmli şərqşünas-alim Əli Əsgər Məmmədovun xatirəsinə". Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası (2). 2002.
- Şahsevənli, Zülfüqar. "Böyük alim, bənzərsiz ziyalı". "Günay" qəzeti. 10 oktyabr 2000-ci il.
- "İƏT-in saytı Azərbaycanda ərəb dilinin tədrisinin vəziyyəti barədə məqalə dərc edib" (az.). AzərTAc. 22 dekabr 2014. 6 aprel 2019 tarixində .
- Məmmədəliyev, Vasim; Əzizov, Elxan. "Görkəmli ərəbşünas". Azərbaycan müəllimi (qəzet). 8 dekabr 1989-cu il.
- Qasımoğlu, Nəriman. "Şəhid Ələsgər Məmmədov". Azadlıq (qəzet). 1 fevral 2000-ci il.
- "Nürnberqin mütərcimi, ərəbşünaslığımızın atası Ələsgər Məmmədov". fraza.az (az.). 04 noyabr 2022. 2023-02-02 tarixində . İstifadə tarixi: 2 fevral 2023.
- Mirzəbəyli, İttifaq. "Vətənə, yurda, sözə bağlı sənətkar" (PDF). Xalq qəzeti. 58 (29323). 15 mart 2020: 8. 2020-03-31 tarixində (PDF).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elesger Cefer oglu Memmedov ve ya Eli Esger Cefer oglu Memmedov 10 oktyabr 1919 Baki ve ya Kesle 29 yanvar 2000 Baki azerbaycanli serqsunas alim pedaqoji elmler doktoru professor emekdar elm xadimi Azerbaycanda muasir erebsunasligin banisi alman ve ereb dilleri uzre mutexessis Nurnberq prosesinde tercumeci Elesger Memmedov ereb dilinin tedris metodikasina getirdiyi yeniliklerle taninir Elesger MemmedovEli Esger Cefer oglu MemmedovDogum tarixi 10 oktyabr 1919Dogum yeri BakiVefat tarixi 29 yanvar 2000 80 yasinda Vefat yeri Azerbaycan BakiVetendasligi AzerbaycanElm sahesi SerqsunasElmi derecesi Pedaqoji elmler doktoru 1994 Elmi adi Professor 1967 Is yerleri Baki Dovlet Universiteti Azerbaycan Ali Herbi Denizcilik Mektebi SSRI Xarici Isler Xalq Komissarligi d Tehsili Azerbaycan Dovlet Pedaqoji Universiteti Moskva Serqsunasliq InstitutuTaninmis yetirmeleri Vasim Memmedeliyev Aida Imanquliyeva Govher Baxseliyeva Malik Mahmudov Imamverdi Hemidov Neriman QasimogluUsaqliq illeri ve tehsil heyatiElesger Memmedov 10 oktyabr 1919 cu ilde Bakinin Kesle qesebesinde anadan olub Erken yaslarinda valideynlerini itiren Memmedov emisinin himayesinde boyuyub Yeddi illik orta mektebi bitirdikden sonra 1933 1937 ci illerde Neriman Nerimanov adina Baki Senaye Texnikumunda 1937 1941 ci illerde ise Azerbaycan Dovlet Pedaqoji Institutunun alman dili sobesinde tehsil alan Elesger Memmedov eyni zamanda hemin illerde yenice yaradilmis Baki Ali Herbi Denizcilik Mektebinde alman dilinden ders demisdir 1941 ci ilin iyulunda Memmedov Azerbaycan Gurcustan ve Ermenistandan olan numayendelerle birlikde Serq dillerini oyrenmek ucun Moskvaya gonderilmis ve 1944 cu ilde Moskva Serqsunasliq Institutunun ereb dili uzre herbi sobesini ferqlenme diplomu ile bitirmisdir FealiyyetiNurnberq prosesi 1945 46 ci illerde Nurnberq prosesinde istirak ucun Elesger Memmedova verilmis buraxilis vesiqeleri 1945 ci ilin fevral ayindan SSRI Xarici Isler Nazirliyinde bas referent kimi emek fealiyyetine baslayan Memmedov hemin ilin dekabr ayindan 1946 ci ilin fevral ayina qeder alman dili mutexessisi kimi Nurnberq prosesine tercumeci qisminde celb edilmisdir O Enver Memmedovla birlikde herbi tribunalda istirak eden iki azerbaycanlidan biri idi Elesger Memmedov nazirlikde islediyi 2 il yarim erzinde ele kecirilmis diplomatik senedlerinin boyuk bir qismini texminen 30 dan artiq senedi alman dilinden rus diline tercume etmisdi 26 yasli Elesger Memmedov Nurnberq prosesinde istirak etmek meqsedile alman dilinden imtahan vererken imtahani qebul eden alman dili mutexessisi Qrabor Passak ondan razi qalmis ve genc Elesgerin tribunalda alman dili tercumecisi kimi cixis etmesini meslehet gormusdur Sonralar Elesger Memmedov Nurnberq Tribunali ile bagli musahibelerinde asagidaki xatirelerini qeyd etmisdi Muhakimeye 24 nefer bas herbi cani celb edilmisdi lakin muttehimler kursusunde yalniz 21 cani oturmusdu Bas canilerden sagalmaz xeste idi ozunu oldurmus Martin Bormann ise yoxa cixmisdi Salonda muttehimlerin oturduqlari yerle menim oturdugum yer cox yaxin idi Herman Gorinq 2 3 addimligimda eylesmisdi O cox vaxt cenesini qarsidaki soykeneceye soykeyerdi Rudolf Hess ezilib buzulerdi Rozenberq dirnaqlarini ceyneyerdi Muttehimler icerisinde Keytel daim nese yazar yazmayanda ise qelemin basini agzinda saxlayardi Yulius Strayxer demek olar ki hemise murguleyer Karl Donits Erix Reder ve ise ozlerini cox ciddi aparirdilar Elmi pedaqoji fealiyyeti Sovket adli xanimla aile heyati qurduqdan sonra Memmedov 1947 ci ilin avqust ayindan etibaren Baki Dovlet Universitetinin Serqsunasliq fakultesinde pedaqoji ve elmi fealiyyete baslamisdir Universitetde fakultenin dekani secilen alim 1957 ci ilde fakultenin ereb dili kafedrasinin esasini qoymus ve 29 il bu kafedraya rehberlik etmisdir O 1947 1950 illerde universitetde bas muellim vezifesinde islemis 1948 1950 illerde ereb dili ixtisasi uzre aspiranturaya daxil olmus 1953 cu ilde filologiya elmleri namizedi alimlik derecesini almisdir 1954 cu ilde dosent 1967 ci ilde professor olan Memmedov 1992 ci ilde emekdar elm xadimi adina layiq gorulmusdur Ereb dili ile yanasi rus alman fransiz fars ve ingilis dillerini de mukemmel bilen Elesger Memmedov 30 dan artiq ereb dili dersliyi ve ders vesaitinin muellifidir Elesger Memmedovun 573 sehifeden ibaret ilk Ereb dili dersliyi 1958 ci ilde Sovet Ittifaqinda kutlevi tirajla 5000 nusxe buraxilmis tekce Azerbaycanda deyil Tacikistan ve Ozbekistanda da istifade edilmisdi Onun rus dilinde yazdigi Arabskij yazyk Ereb dili dersliyinden neinki Azerbaycanda hemcinin Dagistan Tataristan Ukrayna Orta Asiya respublikalari ve diger postsovet olkelerinin serqsunasliq merkezlerinde istifade olunur Elesger Memmedovun hazirladigi kitablar serqsunasliq fakultesinin rus ve Azerbaycan bolmeleri elece de ilahiyyat tarix ve filologiya fakultelerinde ereb dilini oyrenenler ve ereb temayullu orta mektebler ucun nezerde tutulmusdu 1972 ci ilde I ve II kurs Azerbaycan bolmesi ucun yazdigi Ereb dili kitabi sifarise esasen 22 olkeye gonderilmisdir 1994 cu ilde Azerbaycan Respublikasi Prezidenti yaninda Ali Attestasiya Komissiyasi Elesger Memmedova doktorluq dissertasiyasi mudafie etmeden pedaqoji elmler doktoru alimlik derecesi vermisdir Elesger Memmedov XX esrin 90 ci illerinde Baki Dovlet Universitetinin serqsunasliq fakultesinde Quransunasliq fenni uzre ders deyirdi Erebsunasliga verdiyi tohfeler 1958 ci ilin sentyabrinda Memmedovun tesebbusu ile ilk defe Azerbaycan Radiosu nezdinde ereb redaksiyasi yaradildi ve onun ilk redaktoru ozu oldu O 1969 cu ilden etibaren hem de SSRI Semitoloqlar Kollegiyasinin uzvu idi Vasim Memmedeliyev Aida Imanquliyeva Govher Baxseliyeva Malik Mahmudov ve Imamverdi Hemidov kimi Azerbaycanin taninmis erebsunaslari Memmedovun yetirmeleri hesab olunurlar Elesger Memmedovu Azerbaycan erebsunasliq elminin patriarxi adlandiran erebsunas alim Neriman Qasimoglu yazirdi ki eger Turkiyede erebceni 10 15 ile mukemmel oyrenmek mumkundurse Bakida Elesger muellimin uslubu ile bu 4 5 il muddetinde basa gele bilir Elesger Memmedov mektebinin numayendeleri ereb olkelerinde esasen de Iraq Suriya Sudan Iordaniya Kuveyt Yemen Eden Misir Liviya Tunis ve Elcezairde tercumeci ve diplomat kimi de fealiyyet gostermisler Elesger Memmedov 1963 cu ilin mart ayinda sovet maarif iscilerinin numayende heyetinin sedri kimi Misire ezam olunmusdu 1973 cu ilde ise Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin numayendeleri ile birlikde Baki ve Besre seherleri arasinda qardasliq muqavilesi baglamaq meqsedile Iraqa sefer etmisdi Iraqin resmi numayendeleri azerbaycanli ereb adlandirdiqlari Memmedovu Kerbela ziyaretine apararaq ona qizil suyuna cekilmis Qurani Kerim kitabini bagislamisdilar Misir Iraq ve Iordaniyanin bir sira qezet ve jurnallarinda alimin fealiyyeti barede genis materiallar derc edilmisdir VefatiElesger Memmedov 29 yanvar 2000 ci ilde dunyasini deyismisdir O vefatina yaxin mualice almisdir XatiresiAzerbaycan Dovlet Teleradio Verilisleri Sirketinin Aztelefilm Yaradiciliq Birliyi terefinden Refiqe Mesudun ssenarisi esasinda Elesger Memmedovun heyatindan behs eden Omurden qalan izler adli tammetrajli film cekilmisdir QeydlerResmi senedlerde alimin adi Eli Esger Memmedov kimi qeyd olunub IstinadlarEzizov Elxan Azerbaycanda muasir erebsunasligin banisi 525 ci qezet 17 dekabr 2019 21 yanvar 2023 tarixinde Lale Musaqizi 14 yasimda usaqlara dedim ki biz bu milleti azadliga cixarmaliyiq Men genc olarken kaspi az az 03 iyun 2014 21 yanvar 2023 tarixinde Istifade tarixi 21 yanvar 2023 Smyth Gareth Explaining the depth of Russia s engagement with the Arab world ingilis 18 March 2018 3 June 2022 tarixinde BDU da gorkemli erebsunas alim Elesger Memmedovun 100 illik yubileyi qeyd edilib az AzerTAc 18 dekabr 2019 21 yanvar 2023 tarixinde Babasova Solmaz 525 ci qezet 17 aprel 2019 19 Archived from the original on 2023 01 28 Istifade tarixi 28 yanvar 2023 Azerbaycan Sovet Ensiklopediyasi az VII Baki 1983 Erebsunas alim Rizvan Cumsudoglunun Elesger Memmedovla musahibesi Azerbaycan qezeti 4 may 1990 ci il Nurnberq prosesinin tercumecilerinden biri musteqil Azerbaycan Respublikasinin vetendasidir Elesger Memmedovla musahibe 525 ci qezet 30 noyabr 1995 ci il Azerbaycan Ilahiyyat Institutu Memmedov Ceyhun redaktor Azerbaycanda ereb dilinin tedrisi sahesinde movcud veziyyet ve perspektivler movzusunda konfransin materiallari PDF Baki Mutercim 2019 seh 180 ISBN 978 9952 28 460 7 21 January 2023 tarixinde PDF Gorkemli serqsunas alim Eli Esger Memmedovun xatiresine Baki Universitetinin Xeberleri Humanitar elmler seriyasi 2 2002 Sahsevenli Zulfuqar Boyuk alim benzersiz ziyali Gunay qezeti 10 oktyabr 2000 ci il IET in sayti Azerbaycanda ereb dilinin tedrisinin veziyyeti barede meqale derc edib az AzerTAc 22 dekabr 2014 6 aprel 2019 tarixinde Memmedeliyev Vasim Ezizov Elxan Gorkemli erebsunas Azerbaycan muellimi qezet 8 dekabr 1989 cu il Qasimoglu Neriman Sehid Elesger Memmedov Azadliq qezet 1 fevral 2000 ci il Nurnberqin mutercimi erebsunasligimizin atasi Elesger Memmedov fraza az az 04 noyabr 2022 2023 02 02 tarixinde Istifade tarixi 2 fevral 2023 Mirzebeyli Ittifaq Vetene yurda soze bagli senetkar PDF Xalq qezeti 58 29323 15 mart 2020 8 2020 03 31 tarixinde PDF