BMT Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsi — 2003-cü il avqustun 28-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 4817-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə BMT-nin 827 (1993), 955 (1994), 978 (1995), 1165 (1998), 1166 (1998), 1329 (2000), 1411 (2002) və 1431 (2002) saylı qətnamələrinə xatırlatma edilmişdir. Təhlükəsizlik Şurası, bu qətnamə ilə, 1999-cu ildən bəri bir vəzifəli şəxsin – səlahiyyətində olan Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (YBCT) və Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) üzrə prokurorluq funksiyasının bölünməsi barədə qərar qəbul etmişdir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
1503 saylı qətnamə | |
---|---|
| |
Tarixi | 28 avqust 2003 |
Sessiya | № 4817 |
Kod | S/RES/1503 |
Səsvermə |
|
Mövzu | Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Ruanda Beynəlxalq Cinayət Tribunalı |
Nəticə | Qəbul edildi |
Təhlükəsizlik Şurasının tərkibi 2003-cü ildə | |
Daimi üzvlər | |
Qeyri-daimi üzvlər | |
Sənəd |
Qətnamə
Sənəddə Təhlükəsizlik Şurası hər iki tribunalın keçmiş Yuqoslaviya və Ruandada sülh və təhlükəsizliyə töhfə verməkdə əldə etdiyi irəliləyişi yüksək qiymətləndirmişdi. Şura Balkanlar və Afrikanın Böyük gölləri regionunda aidiyyəti dövlətlərin atdığı addımları alqışlayaraq, hər iki tribunalın məqsədlərindən birinin bütün şəxslərin tutulması olduğunu qeyd etmiş və ölkələri bu istiqamətdə əməkdaşlığa çağırmışdı. Şura dövlətləri səyahət qadağaları və aktivlərin dondurulması yolu ilə qaçaqlara kömək edən şəxslərə qarşı tədbirlər görməyə çağırmışdı.
Qətnamənin preambulasında həmçinin YBCT və RBCT-də araşdırmaların 2004-cü ilə qədər, məhkəmə baxışının isə 2008-ci ilin sonuna qədər başa çatdırılması və 2010-cu ildə bütün diqqətin yüksək vəzifəli rəhbər şəxslərin təqibinə yönəldilməsi nəzərdə tutulurdu. Aşağı vəzifəli məmurlar milli səviyyədə mühakimə olunacaqdılar. Milli məhkəmə sistemlərinin gücləndirilməsi YBCT-də müharibə cinayətləri palatasının yaradılması da daxil olmaqla, YBCT və RBCT-nin tamamlanma strategiyaları üçün mühüm əhəmiyyət kəsb edirdi. Təhlükəsizlik Şurası əmin idi ki, hər iki tribunalın ayrı-ayrılıqda öz prokuroru olsa, işlərini daha səmərəli şəkildə başa çatdıra bilərlər.
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin VII Fəsli əsasında fəaliyyət göstərən Şura beynəlxalq ictimaiyyəti milli yurisdiksiyalara YBCT və RBCT-dən təhvil alınmış işlərin təqibi üzrə imkanlarının artırılmasında yardım göstərməyə çağırmış və bununla da inkişaf proqramlarının işlənib hazırlanmasını təşviq etmişdi. Şura bütün dövlətləri, xüsusilə də Bosniya və Herseqovina, Xorvatiya, Serbiya və Monteneqro və Bosniya və Herseqovina tərkibindəki Serb Respublikasını , Ratko Mladiç və işləri ilə bağlı YBCT ilə əməkdaşlığa çağırmışdı. Eyni zamanda, Konqo Demokratik Respublikası, Keniya, Ruanda və Konqo Respublikası da daxil olmaqla digər dövlətlərdən və Ruanda Müdafiə Qüvvələri işləri ilə bağlı RBCT ilə əməkdaşlıq etmələri istənilmişdi.
Bütün dövlətlər qaçaqların tutulması üçün İnterpolla əməkdaşlığa çağırılmış, kömək edən ölkədən isə beynəlxalq humanitar hüququn ciddi pozuntuları ilə məşğul olmaq üçün YBCT-də xüsusi palatanın yaradılmasında Bosniya və Herseqovina üzrə Ali Nümayəndəyə dəstək verməsi istənilmişdi. Hər iki tribunalın sədrləri və prokurorlarından tamamlama strategiyalarının həyata keçirilməsi barədə hesabat vermələri tələb edilmişdi.
Nəhayət, Baş Katib Kofi Annana RBCT prokurorluğuna namizəd irəli sürməsi barədə göstəriş verilmiş, onun Karla Del Pontenin YBCT-nin prokuroru vəzifəsinə namizədliyi ilə bağlı qərarı isə müsbət qarşılanmışdır.
Həmçinin bax
İstinadlar
- Boas, Gideon. The Milošević trial: lessons for the conduct of complex international criminal proceedings. Cambridge University Press. 2007. səh. lxxxv. ISBN .
- Henham, Ralph J.; Behrens, Paul. The criminal law of genocide: international, comparative and contextual aspects. Ashgate Publishing, Ltd. 2007. səh. 177. ISBN .
- van den Herik, Larissa J. The contribution of the Rwanda Tribunal to the development of international law. Martinus Nijhoff Publishers. 2005. səh. 72. ISBN .
- Peskin, Victor. International justice in Rwanda and the Balkans: virtual trials and the struggle for state cooperation. Cambridge University Press. 2008. səh. 217. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
BMT Tehlukesizlik Surasinin 1503 sayli qetnamesi 2003 cu il avqustun 28 de Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasi terefinden qurumun 4817 ci iclasinda yekdillikle qebul edilmis qerar Senedde BMT nin 827 1993 955 1994 978 1995 1165 1998 1166 1998 1329 2000 1411 2002 ve 1431 2002 sayli qetnamelerine xatirlatma edilmisdir Tehlukesizlik Surasi bu qetname ile 1999 cu ilden beri bir vezifeli sexsin selahiyyetinde olan Kecmis Yuqoslaviya Beynelxalq Cinayet Tribunali YBCT ve Ruanda Beynelxalq Cinayet Tribunali RBCT uzre prokurorluq funksiyasinin bolunmesi barede qerar qebul etmisdir Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasi1503 sayli qetnameTarixi 28 avqust 2003Sessiya 4817Kod S RES 1503Sesverme Lehine 15 Eleyhine 0 Biteref 0Movzu Kecmis Yuqoslaviya Beynelxalq Cinayet Tribunali Ruanda Beynelxalq Cinayet TribunaliNetice Qebul edildiTehlukesizlik Surasinin terkibi 2003 cu ildeDaimi uzvler CXR Fransa Rusiya Boyuk Britaniya ABSQeyri daimi uzvler Anqola Bolqaristan Ekvador Kamerun Ispaniya Almaniya Qvineya Meksika Pakistan SuriyaSenedQetnameSenedde Tehlukesizlik Surasi her iki tribunalin kecmis Yuqoslaviya ve Ruandada sulh ve tehlukesizliye tohfe vermekde elde etdiyi irelileyisi yuksek qiymetlendirmisdi Sura Balkanlar ve Afrikanin Boyuk golleri regionunda aidiyyeti dovletlerin atdigi addimlari alqislayaraq her iki tribunalin meqsedlerinden birinin butun sexslerin tutulmasi oldugunu qeyd etmis ve olkeleri bu istiqametde emekdasliga cagirmisdi Sura dovletleri seyahet qadagalari ve aktivlerin dondurulmasi yolu ile qacaqlara komek eden sexslere qarsi tedbirler gormeye cagirmisdi Qetnamenin preambulasinda hemcinin YBCT ve RBCT de arasdirmalarin 2004 cu ile qeder mehkeme baxisinin ise 2008 ci ilin sonuna qeder basa catdirilmasi ve 2010 cu ilde butun diqqetin yuksek vezifeli rehber sexslerin teqibine yoneldilmesi nezerde tutulurdu Asagi vezifeli memurlar milli seviyyede muhakime olunacaqdilar Milli mehkeme sistemlerinin guclendirilmesi YBCT de muharibe cinayetleri palatasinin yaradilmasi da daxil olmaqla YBCT ve RBCT nin tamamlanma strategiyalari ucun muhum ehemiyyet kesb edirdi Tehlukesizlik Surasi emin idi ki her iki tribunalin ayri ayriliqda oz prokuroru olsa islerini daha semereli sekilde basa catdira bilerler Birlesmis Milletler Teskilati Nizamnamesinin VII Fesli esasinda fealiyyet gosteren Sura beynelxalq ictimaiyyeti milli yurisdiksiyalara YBCT ve RBCT den tehvil alinmis islerin teqibi uzre imkanlarinin artirilmasinda yardim gostermeye cagirmis ve bununla da inkisaf proqramlarinin islenib hazirlanmasini tesviq etmisdi Sura butun dovletleri xususile de Bosniya ve Herseqovina Xorvatiya Serbiya ve Monteneqro ve Bosniya ve Herseqovina terkibindeki Serb Respublikasini Ratko Mladic ve isleri ile bagli YBCT ile emekdasliga cagirmisdi Eyni zamanda Konqo Demokratik Respublikasi Keniya Ruanda ve Konqo Respublikasi da daxil olmaqla diger dovletlerden ve Ruanda Mudafie Quvveleri isleri ile bagli RBCT ile emekdasliq etmeleri istenilmisdi Butun dovletler qacaqlarin tutulmasi ucun Interpolla emekdasliga cagirilmis komek eden olkeden ise beynelxalq humanitar huququn ciddi pozuntulari ile mesgul olmaq ucun YBCT de xususi palatanin yaradilmasinda Bosniya ve Herseqovina uzre Ali Numayendeye destek vermesi istenilmisdi Her iki tribunalin sedrleri ve prokurorlarindan tamamlama strategiyalarinin heyata kecirilmesi barede hesabat vermeleri teleb edilmisdi Nehayet Bas Katib Kofi Annana RBCT prokurorluguna namized ireli surmesi barede gosteris verilmis onun Karla Del Pontenin YBCT nin prokuroru vezifesine namizedliyi ile bagli qerari ise musbet qarsilanmisdir Hemcinin baxBosniya soyqirimi Yuqoslaviya muharibeleri Ruanda soyqirimiIstinadlarBoas Gideon The Milosevic trial lessons for the conduct of complex international criminal proceedings Cambridge University Press 2007 seh lxxxv ISBN 978 0 521 70039 9 Henham Ralph J Behrens Paul The criminal law of genocide international comparative and contextual aspects Ashgate Publishing Ltd 2007 seh 177 ISBN 978 0 7546 4898 7 van den Herik Larissa J The contribution of the Rwanda Tribunal to the development of international law Martinus Nijhoff Publishers 2005 seh 72 ISBN 978 90 04 14580 1 Peskin Victor International justice in Rwanda and the Balkans virtual trials and the struggle for state cooperation Cambridge University Press 2008 seh 217 ISBN 978 0 521 87230 0