Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az-əbcəd. یوسف طالب زاده تفلیسی; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi.
Yusif Ziya Talıbzadə | |
---|---|
28 iyul 1920 – 10 sentyabr 1921 | |
Əvvəlki | vəzifə təsis edilib |
28 iyul 1920 – 10 sentyabr 1921 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 oktyabr 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 18 may 1923 (45 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, axund |
Atası | Axund Mustafa Talıbzadə |
Hərbi xidmət | |
Döyüşlər | Balkan müharibələri I Dünya Müharibəsi Göyçay döyüşü Basmaçı hərəkatı |
Rütbəsi | General-mayor |
Vikianbarda əlaqəli mediafayllar |
"Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib.
Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib.
1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb. General rütbəsində Naxçıvanın hərbi komissarı vəzifəsinə təyinat alıb.
Basmaçı hərəkatında iştirak edərək bolşeviklərə qarşı mübarizə aparıb. 1923-cü il mayın 18-də bolşeviklərə qarşı olan döyüşlərin birində dünyasını dəyişib.
Həyatı və təhsili
Yusif Ziya Talıbzadə 1877-ci il yanvarın 22-dəTiflisdə Şeytanbazar məhəlləsində anadan olub. İlk təhsilini Tiflisdə yerləşən, Zaqafqaziya ruhani idarəsinin nəzdindəki rüşdiyyə məktəbində alıb. 1894-cü ildə sonra ailəsi ilə birlikdə Xorasana köçüb. Təhsilini burada davam etdirən Yusif urmiyalı müəllimi Yusif Ziyadan təsirlənərək özünə "Ziya" təxəllüsü götürüb. Atasının istəyi ilə Yusif Ziya məktəbindən sonra Mirzə Cəfər mədrəsəsinə daxil olaraq burada ruhani təhsili alıb. Buranı da bitirdikdən sonra təhsilini Bağdadda tamamlayıb. Təhsil aldığı dövrdə türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənib. 1899-cu ildə anası ilə birlikdə Tiflisə qayıdır. Burada Zaqafqaziya Ruhaniləri İdarəsində imtahan verərək axund rütbəsi alır. Xidmət üçün Şah Abbas məscidinə təyinat alsa da, bundan imtina edərək 1900-cü ildə Bakıya köçüb.
Fəaliyyəti
Bakıya gəldikdən sonra 1900-cü il sentyabrın 15-də rus-tatar məktəbində fəaliyyət göstərmək üçün yoxlama komissiyasından keçir. İmtahanı uğurla verdikdən sonra məktəbə şəriət müəllimi təyin edilir. Bakıya köçdükdən sonra burada Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Həbib bəy Mahmudbəyov və digər ziyalılarla tanış olur. 1902-ci ildə Azərbaycan dilinin qrammatikasına aid "Təhsili-qəvaid", 1903-cü ildə isə islam aləmində qadın tərbiyəsindən bəhs edən "Hədiyyəyi-nisvan", Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi "Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı", "Müəllimüş-şəriə", 1904-cü ildə "Təəlümüş-şəriə", 1905-ci ildə "Həqiqəti-İslam", 1907-ci ildə "İslam tarixi", 1913-cü ildə "Türkiyə məktubları" kitabları işıq üzü görüb. 1900–1910-cu illərdə Bakının müxtəlif nəşriyyatrlarında İslamla bağlı mövzulardan 10-dan artıq kitabça və risaləsi çap edilib. "Müəllimüş-şəriə" kitabı üç dəfə 1903, 1908, 1909-cu illərdə nəşr edilib. Nəriman Nərimanovun "Nadir şah" əsərini fars dilinə çevirir. 1904-cü ildə Bakıda "İslam tarixi və tarixi-ənbiyaya dair məkanların nəqşəsi və İslam məmləkətlərinin xəritəsi" adlı xəritə çap etdirib.
Elmi pedaqoji fəaliyyətlə yanaşı o dövrdə çap olunan qəzet və jurnallarda da publisistik yazılarla çıxış edib. 1903-cü ildən etibarən "Şərqi-rus" qəzetində İslam dini ilə bağlı məqalələri nəşr olunub. 1905-ci ildən 1913-cü ilə qədər isə "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi", "Yeni füyuzat", "Şəlalə" kimi qəzet və jurnallarda "Axund Yusif Talıbzadə" imzası ilə məqalələri çap olunub.
Quran ilk dəfə Mirməhəmməd Kərim Mircəfərzadə tərəfindən Azərbaycan dilinə tərcümə edildikdən sonra Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə çap olunur. Çap olunan kitablardan biri Osmanlı sultanı II Əbdülhəmidə hədiyyə kimi göndərilir. Bu hədiyyəni və Hacı Zeynalabdin Tağıyevin məktubunu sultana çatdırmaq isə Yusif Ziya Talıbzadəyə tapşırılır. Nağı bəy Şeyxzamanlının 1957-ci ildə yazdığı məqaləyə əsasən hədiyyə olunan kitab 4.000 qızıl lirə dəyərində zinətli daş və almazlarla bəzədilir. 1992-ci ildə Kamal Talıbzadənin yazdığı məqaləyə əsasən isə kitablardan 50-i qızıl suyu ilə çap edilib qiymətli üzə tutulur. Və hədiyyə olunan kitabın cildi qalın gümüşdən düzəldilir, ortasına "La ilahə illəllah, Muhəmmədən Rəsulillah" sözləri yazdırılır.
1910-cu ildən etibarən daha çox ictimai-siyasi fəaliyyətə başlayır. 1910-cu ildə Türkiyədə keçirdiyi günlər haqqında "Türkiyə məktubları" adlı əsərini çap etdirir. Mətbuatda publisistik məqalələrlə çıxış edir. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini yazıb. "Ərmənusə" faciəsi 1910-cu ildə, "Əmir Xalid bin Vəlid" faciəsi isə 1912-ci ildə Nicat cəmiyyətinin dram heyəti tərəfindən oynanılıb.
1911-ci ildə yaradılmış Müsavat partiyasının ilk üzvlərindəndir.
Osmanlı imperiyasında
1912-ci ildə o, həyat yoldaşı Cənnət xanım və oğlu Tələt ilə birlikdə Osmanlı imperiyasına köçüb. Burada hərbi məktəbdə təhsil alıb. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Birinci Dünya Müharibəsində iştirak edib. Qars, Ərdəhan və Batum cəbhələrində döyüşlərdə iştirak edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib.
Azərbaycan Cümhuriyyətində
1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlir. Göyçay döyüşlərində iştirak edib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib.
1919-cu il iyunun 10-da Azərbaycan Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsinin iclasında qərara alınır ki, Bakı şəhəri və onun rayonlarının ərazisində yaşayan hərbi çağırış yaşına çatmış şəxslər üçün hərbi hazırlıq təşkil edilsin. Yusif Ziya bəy Talıbzadəni könüllü dəstələrin təşkili üzrə komissiyanın sədri təyin edərək ona aylıq beş min rubl əməkhaqqı ayırırlar. Könüllü əsgərlər dəstəsi kimi fəaliyyət göstərən bu qurum ölkədə asayişin, əmin-amanlığın qorunması, qanunazidd hərəkətlərin qarşısının alınması kimi vəzifələri yerinə yetirib. "Könüllü yardım alayı" adını almış bu alay 1920-ci il 27 mart tarixində Azərbaycan Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin qərarı ilə AC Daxili İşlər Nazirliyinin sərəncamına verilib.
Cümhuriyyət dövründə bir çox qəzet və jurnallarda, əsasən də "Müsavat" partiyasının fəalı olaraq "Azərbaycan" qəzetində siyasət, maarif və mədəniyyət mövzularına dair məqalələr nəşr etdirir.
Cənubi Azərbaycanda
1919-cu ildə Osmanlı dövlətinin nümayəndə heyətinin başçısı kimi Təbrizə gedib. Burada erməni və aysorların yerli Azərbaycan türklərinə qarşı törətdikləri qırğınların qarşısın almaq və şəhərləri qorumaq üçün Cavad Heyətin atası Mirzə Əli Heyət tərəfindən qurulmuş "İttihadi-İslam" cəmiyyətində Osmanlı dövlətini təmsil edən nümayəndə olub.
Azərbaycan SSR-də
Aprel işğalından sonra İran sərhəddindən Azərbaycana keçmək istəyərkən həbs olunub. Həbs olunduqdan sonra Nəriman Nərimanovla görüşən o həbsdən azad edilib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb. General rütbəsində hərbi komissar vəzifəsinə təyinat alıb. Fəaliyyət göstərdiyi müddətdə bölgədə qırğınlar və talanlar törədən daşnak dəstələrinə qarşı mübarizə aparıb. 1921-ci ilin oktyabr ayında Naxçıvan Xalq Komissarları Sovetinin tərkibində ərzaq, torpaq, maliyyə, səhiyyə, maarif, daxili işlər, hərbi işlər, fəhlə-kəndli müfəttişliyi xalq komissarlıqlarından başqa xalq xarici işlər, rabitə, əmək, daxili ticarət, sosial təminat, ədliyyə, xarici ticarət, fövqəladə komissiya, xalq təsərrüfatı şurası və hərbi tribunal komissarlıqları da yaradılır. Bu dövrdə Ziya Yusif Talıbzadə qısa müddət ərzində xarici işlər komissarı təyin olunub. Onun türk paşaları ilə yaxşı əlaqələrinin olması Naxçıvanın təhlükəsizliyini möhkəmlətməyə xidmət edib. 1922-ci ilin axırlarında Bakıya qayıdan Yusif Ziya, Nəriman Nərimanovla görüşür, sovet rejiminə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini deyir. N. Nərimanovdan Sovet İttifaqı sərhədlərini tərk etmək üçün rəsmi sənəd alaraq, Azərbaycanı tərk edir.
Basmaçı hərəkatında
Azərbaycanı tərk etdikdən sonra Türküstana gedib. Burada Ənvər paşa və Zəki Vəlidi Toğanla birlikdə bolşeviklərə qarşı döyüşən Basmaçı hərəkatına qoşulub. 1923-cü il mayın 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanıb. Silahdaşları ilə birgə Amudərya çayını üzüb keçməyə çalışarkən boğulub dünyasını dəyişib.
Yusif Ziya Talıbzadə dünyasını dəyişdikdən sonra onunla birgə döyüşənlərdən biri onun köynəyini və Quran kitabını gətirib Abdulla Şaiqə təhvil verib. Hazırda həmin Quran Abdulla Şaiqin ev muzeyində qorunub saxlanılır.
Ailəsi
Atası Axund Mustafa Talıbzadə Zaqafqaziya şeyxülislamının müavini olub.
Qardaşı Abdulla Şaiq Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair, yazıçı olub.
Əsərləri
- "Təhsili-qəvaid" (1902)
- "Tərbiyəti-nisvan" (1902)
- "Hədiyyəyi-nisvan" (1903)
- "Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı" (1903)
- "Müəllimüş-şəriə" (1903, 1908, 1909)
- "Təəlümüş-şəriə" (1904)
- "Həqiqəti-İslam" (1905)
- "İslam tarixi" (Birinci cild, 1907)
- "Müxtəsər tarixi-islam" (İkinci hissə, 1912)
İstinadlar
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 11.
- Tərtibçilər:Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova. Abdulla Şaiq Biblioqrafiya (PDF). Bakı: F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 2016. səh. 7. ISBN .
- Saleh Salayev. Abdulla Şaiq Talıbzadə (PDF). Bakı: Ağrıdağ. 2001. səh. 15. 2022-12-22 tarixində (PDF). İstifadə tarixi: 2022-12-22.
- Tərtibçilər:Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova. Abdulla Şaiq Biblioqrafiya (PDF). Bakı: F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 2016. səh. 8. ISBN .
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 26.
- Sarvan M. Borçalı alimləri. Bakı: Azərbaycan Milli Ensiklopediyası. 2001. səh. 426.
- Əyyub Qiyas. (az.). Ədəbiyyat qəzeti. 2020-09-07. Archived from the original on 2022-12-26. İstifadə tarixi: 2022-12-26.
- Tərcüman. 43. Bağçasaray. 1907-06-01.
- Əşir Bəşiroğlu. Hamının sevimlisi. (H.Z.Tağıyev haqqında) (PDF). Bakı: Təknur. 2012. səh. 39. 2016-12-13 tarixində (PDF). İstifadə tarixi: 2022-12-22.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 31.
- Dövlət və Din - № 04 (PDF). Bakı: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Azərbaycan). iyul–avqust 2016. səh. 81.[ölü keçid]
- Qərənfil Dünyaminqızı. "Abdulla Şaiqi ölənəcən yandıran dərd" (az.). Kaspi. 2016-10-22. 2017-07-24 tarixində . İstifadə tarixi: 2022-12-26.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 32.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin ictimai-siyasi və elmi-publisistik fəaliyyəti Azərbaycan mədəniyyəti kontekstində (PDF). Bakı. 2014. səh. 21.[ölü keçid]
- Keykurun Naki, "Büyük bir hayırsever Hacı Zeynalabidin Takizade", «Azerbaycan» dergisi, Ankara, 14, May 1957, 16–19
- Kamal Talıbzadə, "Abdulla Şaiqin "Sultana Quran aparılması" məqaləsi", "Elm" qəzeti, 6 mart 1992
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 61.
- Məhəmməd Əli Rəsulzadə, "Müsavat partisinin kuruluşu", «Azerbaycan» dergisi, Ankara, 167, Fevral 1966, 13
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 60.
- Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri (PDF). Bakı. 2017. səh. 14. ISBN . 2022-12-22 tarixində (PDF). İstifadə tarixi: 2022-12-22.
- Cafer Mustafalı. "Türk dünyasnının şerefli bir kahramanı: kafkasyalı Yusuf Ziya Talıbzade" (türk). kafkassam.com. 2018-10-19. 2022-06-28 tarixində . İstifadə tarixi: 2022-12-26.
- Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri (PDF). Bakı. 2017. səh. 6. ISBN . 2022-12-22 tarixində (PDF). İstifadə tarixi: 2022-12-22.
- Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri (PDF). Bakı. 2017. səh. 13. ISBN . 2022-12-22 tarixində (PDF). İstifadə tarixi: 2022-12-22.
- "Daxili Qoşunların tarixi" (az.). dq.mia.gov.az. 2022-08-03 tarixində . İstifadə tarixi: 2022-12-26.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 73.
- Akif Aşırlı. (az.). sherg.az. 2020-05-18. Archived from the original on 2022-12-26. İstifadə tarixi: 2022-12-26.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 77.
- Xaqani İsmayıl. "Güney azərbaycanlıların soyqırımı" (az.). medeniyyet.az. 2009-07-15. 2019-02-16 tarixində . İstifadə tarixi: 2022-12-26.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 65.
- (az.). kulis.az. 2016-02-15. Archived from the original on 2022-12-26. İstifadə tarixi: 2022-12-26.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 66.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 81.
- Həsən Həsənov. (PDF). Bakı: Elm. 2005. səh. 37. ISBN . Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-12-22.
- İsmayıl Hacıyev, Elnur Kəlbizadə. Naxçıvanlı diplomatlar (PDF). Naxçıvan: "Əcəmi"Nəşriyyat-Poliqrafiya Birliyi. 2017. səh. 42.[ölü keçid]
- İsmayıl Hacıyev, Elnur Kəlbizadə. Naxçıvanlı diplomatlar (PDF). Naxçıvan: "Əcəmi"Nəşriyyat-Poliqrafiya Birliyi. 2017. səh. 41.[ölü keçid]
- И.Гаджиев, Э.Кябизаде. "Нахчыванские дипломаты: Зия Юсуф Талыбзаде" (rus). azerhistory.com. 2022-05-17 tarixində . İstifadə tarixi: 2022-12-21.
- Əhməd Zəki Vəlidi Toğan. Hatıralar: Türkistan ve Diğer Müslüman Doğu Türklerinin Milli Varlık ve Kültür Mücadeleleri. İstanbul. 1969. səh. 407.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 164.
- "Abdulla Şaiqin ev muzeyi / II otaq" (az.). abdullashaig.az. 2022-04-19 tarixində . İstifadə tarixi: 2022-12-26.
- Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 165.
- Saleh Salayev. Abdulla Şaiq Talıbzadə (PDF). Bakı: Ağrıdağ. 2001. səh. 14. 2022-12-22 tarixində (PDF). İstifadə tarixi: 2022-12-22.
- Nəzmin Cəfərova. (az.). science.gov.az. 2021-02-21. Archived from the original on 2021-10-25. İstifadə tarixi: 2022-12-27.
- "Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar" (az.). oxu.az. 2021-02-25. 2021-04-20 tarixində . İstifadə tarixi: 2022-12-26.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yusif Axund Mustafa oglu Talibzade ve ya Yusif Talibzade Tiflisi az ebced یوسف طالب زاده تفلیسی 11 oktyabr 1877 Tiflis 18 may 1923 Xarezm azerbaycanli pedaqoq siyasetci dramaturq herbci Yusif Ziya TalibzadeNaxcivan Muxtar Sovet Sosialist Respublikasinin 1 ci herbi komissari28 iyul 1920 10 sentyabr 1921Evvelkivezife tesis edilibNaxcivan Muxtar Sovet Sosialist Respublikasi Inqilab Komitesinin uzvu28 iyul 1920 10 sentyabr 1921Evvelkivezife tesis edilibSonrakivezife legv edilibSexsi melumatlarDogum tarixi 11 oktyabr 1877 1877 10 11 Dogum yeri Tiflis Tiflis quberniyasi Rusiya imperiyasiVefat tarixi 18 may 1923 1923 05 18 45 yasinda Vefat yeri XarezmPartiya Musavat PartiyasiFealiyyeti siyasetci axundAtasi Axund Mustafa TalibzadeHerbi xidmetDoyusler Balkan muharibeleri I Dunya Muharibesi Goycay doyusu Basmaci herekatiRutbesi General mayor Vikianbarda elaqeli mediafayllar Ermenuse ve Emir Xalid bin Velid dram eserlerini ve onlarla kitab yazib O dovrde cap olunan qezet ve jurnallarda publisistik yazilarla cixis edib Balkan muharibelerinde ve Birinci Dunya Muharibesinde istirak edib Balkan muharibelerinde vurusmus azerbaycanli konullulere rehberlik edib Osmanli ordusunda albay rutbesine qeder yukselib 1918 ci ilde Qafqaz Islam Ordusu ile beraber Bakinin azad olunmasi ucun Azerbaycana gelib Qafqaz Islam Ordusunun terkibindeki konullulerden ibaret Yardim alayina rehberlik edib 1921 ci ilin fevral ayindan Naxcivan Inqilab Komitesinin uzvu kimi feliyyete baslayib General rutbesinde Naxcivanin herbi komissari vezifesine teyinat alib Basmaci herekatinda istirak ederek bolseviklere qarsi mubarize aparib 1923 cu il mayin 18 de bolseviklere qarsi olan doyuslerin birinde dunyasini deyisib Heyati ve tehsiliYusif Ziya Talibzade 1877 ci il yanvarin 22 deTiflisde Seytanbazar mehellesinde anadan olub Ilk tehsilini Tiflisde yerlesen Zaqafqaziya ruhani idaresinin nezdindeki rusdiyye mektebinde alib 1894 cu ilde sonra ailesi ile birlikde Xorasana kocub Tehsilini burada davam etdiren Yusif urmiyali muellimi Yusif Ziyadan tesirlenerek ozune Ziya texellusu goturub Atasinin isteyi ile Yusif Ziya mektebinden sonra Mirze Cefer medresesine daxil olaraq burada ruhani tehsili alib Burani da bitirdikden sonra tehsilini Bagdadda tamamlayib Tehsil aldigi dovrde turk ereb fars ve rus dillerini mukemmel oyrenib 1899 cu ilde anasi ile birlikde Tiflise qayidir Burada Zaqafqaziya Ruhanileri Idaresinde imtahan vererek axund rutbesi alir Xidmet ucun Sah Abbas mescidine teyinat alsa da bundan imtina ederek 1900 cu ilde Bakiya kocub FealiyyetiMirze Tagi Rzayev Abdulla Saiq ve Yusif Ziya Talibzade Tiflis 1903 cu il Bakiya geldikden sonra 1900 cu il sentyabrin 15 de rus tatar mektebinde fealiyyet gostermek ucun yoxlama komissiyasindan kecir Imtahani ugurla verdikden sonra mektebe seriet muellimi teyin edilir Bakiya kocdukden sonra burada Haci Zeynalabdin Tagiyev Neriman Nerimanov Hebib bey Mahmudbeyov ve diger ziyalilarla tanis olur 1902 ci ilde Azerbaycan dilinin qrammatikasina aid Tehsili qevaid 1903 cu ilde ise islam aleminde qadin terbiyesinden behs eden Hediyyeyi nisvan Haci Zeynalabdin Tagiyeve hesr etdiyi Servet ve sexavetile meshur cenab Haci Zeynalabdin Tagiyevin tercumeyi ehvali Muellimus serie 1904 cu ilde Teelumus serie 1905 ci ilde Heqiqeti Islam 1907 ci ilde Islam tarixi 1913 cu ilde Turkiye mektublari kitablari isiq uzu gorub 1900 1910 cu illerde Bakinin muxtelif nesriyyatrlarinda Islamla bagli movzulardan 10 dan artiq kitabca ve risalesi cap edilib Muellimus serie kitabi uc defe 1903 1908 1909 cu illerde nesr edilib Neriman Nerimanovun Nadir sah eserini fars diline cevirir 1904 cu ilde Bakida Islam tarixi ve tarixi enbiyaya dair mekanlarin neqsesi ve Islam memleketlerinin xeritesi adli xerite cap etdirib Elmi pedaqoji fealiyyetle yanasi o dovrde cap olunan qezet ve jurnallarda da publisistik yazilarla cixis edib 1903 cu ilden etibaren Serqi rus qezetinde Islam dini ile bagli meqaleleri nesr olunub 1905 ci ilden 1913 cu ile qeder ise Heyat Irsad Fuyuzat Tereqqi Yeni fuyuzat Selale kimi qezet ve jurnallarda Axund Yusif Talibzade imzasi ile meqaleleri cap olunub Quran ilk defe Mirmehemmed Kerim Mirceferzade terefinden Azerbaycan diline tercume edildikden sonra Haci Zeynalabdin Tagiyevin maliyye desteyi ile cap olunur Cap olunan kitablardan biri Osmanli sultani II Ebdulhemide hediyye kimi gonderilir Bu hediyyeni ve Haci Zeynalabdin Tagiyevin mektubunu sultana catdirmaq ise Yusif Ziya Talibzadeye tapsirilir Nagi bey Seyxzamanlinin 1957 ci ilde yazdigi meqaleye esasen hediyye olunan kitab 4 000 qizil lire deyerinde zinetli das ve almazlarla bezedilir 1992 ci ilde Kamal Talibzadenin yazdigi meqaleye esasen ise kitablardan 50 i qizil suyu ile cap edilib qiymetli uze tutulur Ve hediyye olunan kitabin cildi qalin gumusden duzeldilir ortasina La ilahe illellah Muhemmeden Resulillah sozleri yazdirilir 1910 cu ilden etibaren daha cox ictimai siyasi fealiyyete baslayir 1910 cu ilde Turkiyede kecirdiyi gunler haqqinda Turkiye mektublari adli eserini cap etdirir Metbuatda publisistik meqalelerle cixis edir Ermenuse ve Emir Xalid bin Velid dram eserlerini yazib Ermenuse faciesi 1910 cu ilde Emir Xalid bin Velid faciesi ise 1912 ci ilde Nicat cemiyyetinin dram heyeti terefinden oynanilib 1911 ci ilde yaradilmis Musavat partiyasinin ilk uzvlerindendir Osmanli imperiyasinda 1912 ci ilde o heyat yoldasi Cennet xanim ve oglu Telet ile birlikde Osmanli imperiyasina kocub Burada herbi mektebde tehsil alib Balkan muharibelerinde ve Birinci Dunya Muharibesinde istirak edib Balkan muharibelerinde vurusmus azerbaycanli konullulere rehberlik edib Birinci Dunya Muharibesinde istirak edib Qars Erdehan ve Batum cebhelerinde doyuslerde istirak edib Osmanli ordusunda albay rutbesine qeder yukselib Azerbaycan Cumhuriyyetinde 1918 ci ilde Qafqaz Islam Ordusu ile beraber Bakinin azad olunmasi ucun Azerbaycana gelir Goycay doyuslerinde istirak edib Qafqaz Islam Ordusunun terkibindeki konullulerden ibaret Yardim alayina rehberlik edib 1919 cu il iyunun 10 da Azerbaycan Cumhuriyyetinin Dovlet Mudafie Komitesinin iclasinda qerara alinir ki Baki seheri ve onun rayonlarinin erazisinde yasayan herbi cagiris yasina catmis sexsler ucun herbi hazirliq teskil edilsin Yusif Ziya bey Talibzadeni konullu destelerin teskili uzre komissiyanin sedri teyin ederek ona ayliq bes min rubl emekhaqqi ayirirlar Konullu esgerler destesi kimi fealiyyet gosteren bu qurum olkede asayisin emin amanligin qorunmasi qanunazidd hereketlerin qarsisinin alinmasi kimi vezifeleri yerine yetirib Konullu yardim alayi adini almis bu alay 1920 ci il 27 mart tarixinde Azerbaycan Cumhuriyyeti Dovlet Mudafie Komitesinin qerari ile AC Daxili Isler Nazirliyinin serencamina verilib Cumhuriyyet dovrunde bir cox qezet ve jurnallarda esasen de Musavat partiyasinin feali olaraq Azerbaycan qezetinde siyaset maarif ve medeniyyet movzularina dair meqaleler nesr etdirir Cenubi Azerbaycanda Soldan oturan 3 cu Mirze Eli Heyet ve 4 cu Yusif Ziya Talibzade Tebriz 1919 cu il 1919 cu ilde Osmanli dovletinin numayende heyetinin bascisi kimi Tebrize gedib Burada ermeni ve aysorlarin yerli Azerbaycan turklerine qarsi toretdikleri qirginlarin qarsisin almaq ve seherleri qorumaq ucun Cavad Heyetin atasi Mirze Eli Heyet terefinden qurulmus Ittihadi Islam cemiyyetinde Osmanli dovletini temsil eden numayende olub Azerbaycan SSR de Aprel isgalindan sonra Iran serheddinden Azerbaycana kecmek isteyerken hebs olunub Hebs olunduqdan sonra Neriman Nerimanovla gorusen o hebsden azad edilib 1921 ci ilin fevral ayindan Naxcivan Inqilab Komitesinin uzvu kimi feliyyete baslayib General rutbesinde herbi komissar vezifesine teyinat alib Fealiyyet gosterdiyi muddetde bolgede qirginlar ve talanlar toreden dasnak destelerine qarsi mubarize aparib 1921 ci ilin oktyabr ayinda Naxcivan Xalq Komissarlari Sovetinin terkibinde erzaq torpaq maliyye sehiyye maarif daxili isler herbi isler fehle kendli mufettisliyi xalq komissarliqlarindan basqa xalq xarici isler rabite emek daxili ticaret sosial teminat edliyye xarici ticaret fovqelade komissiya xalq teserrufati surasi ve herbi tribunal komissarliqlari da yaradilir Bu dovrde Ziya Yusif Talibzade qisa muddet erzinde xarici isler komissari teyin olunub Onun turk pasalari ile yaxsi elaqelerinin olmasi Naxcivanin tehlukesizliyini mohkemletmeye xidmet edib 1922 ci ilin axirlarinda Bakiya qayidan Yusif Ziya Neriman Nerimanovla gorusur sovet rejimine qulluq etmek istemediyini bu qurulusla uygunlasa bilmediyini deyir N Nerimanovdan Sovet Ittifaqi serhedlerini terk etmek ucun resmi sened alaraq Azerbaycani terk edir Basmaci herekatinda Azerbaycani terk etdikden sonra Turkustana gedib Burada Enver pasa ve Zeki Velidi Toganla birlikde bolseviklere qarsi doyusen Basmaci herekatina qosulub 1923 cu il mayin 18 de Qizil Ordu ile doyuslerin birinde agir yaralanib Silahdaslari ile birge Amuderya cayini uzub kecmeye calisarken bogulub dunyasini deyisib Yusif Ziya Talibzade dunyasini deyisdikden sonra onunla birge doyusenlerden biri onun koyneyini ve Quran kitabini getirib Abdulla Saiqe tehvil verib Hazirda hemin Quran Abdulla Saiqin ev muzeyinde qorunub saxlanilir AilesiAtasi Axund Mustafa Talibzade Zaqafqaziya seyxulislaminin muavini olub Qardasi Abdulla Saiq Azerbaycan SSR emekdar incesenet xadimi sair yazici olub Eserleri Tehsili qevaid 1902 Terbiyeti nisvan 1902 Hediyyeyi nisvan 1903 Servet ve sexavetile meshur cenab Haci Zeynalabdin Tagiyevin tercumeyi ehvali 1903 Muellimus serie 1903 1908 1909 Teelumus serie 1904 Heqiqeti Islam 1905 Islam tarixi Birinci cild 1907 Muxteser tarixi islam Ikinci hisse 1912 IstinadlarMinaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 11 Tertibciler Nazile Tahirova Leyla Qafarova Tunzale Ezizova Abdulla Saiq Biblioqrafiya PDF Baki F Kocerli adina Respublika Usaq Kitabxanasi 2016 seh 7 ISBN 978 9952 504 45 3 Saleh Salayev Abdulla Saiq Talibzade PDF Baki Agridag 2001 seh 15 2022 12 22 tarixinde PDF Istifade tarixi 2022 12 22 Tertibciler Nazile Tahirova Leyla Qafarova Tunzale Ezizova Abdulla Saiq Biblioqrafiya PDF Baki F Kocerli adina Respublika Usaq Kitabxanasi 2016 seh 8 ISBN 978 9952 504 45 3 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 26 Sarvan M Borcali alimleri Baki Azerbaycan Milli Ensiklopediyasi 2001 seh 426 Eyyub Qiyas az Edebiyyat qezeti 2020 09 07 Archived from the original on 2022 12 26 Istifade tarixi 2022 12 26 Tercuman 43 Bagcasaray 1907 06 01 Esir Besiroglu Haminin sevimlisi H Z Tagiyev haqqinda PDF Baki Teknur 2012 seh 39 2016 12 13 tarixinde PDF Istifade tarixi 2022 12 22 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 31 Dovlet ve Din 04 PDF Baki Dini Qurumlarla Is uzre Dovlet Komitesi Azerbaycan iyul avqust 2016 seh 81 olu kecid Qerenfil Dunyaminqizi Abdulla Saiqi olenecen yandiran derd az Kaspi 2016 10 22 2017 07 24 tarixinde Istifade tarixi 2022 12 26 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 32 Minaxanim Esedli Yusif Ziya Talibzadenin ictimai siyasi ve elmi publisistik fealiyyeti Azerbaycan medeniyyeti kontekstinde PDF Baki 2014 seh 21 olu kecid Keykurun Naki Buyuk bir hayirsever Haci Zeynalabidin Takizade Azerbaycan dergisi Ankara 14 May 1957 16 19 Kamal Talibzade Abdulla Saiqin Sultana Quran aparilmasi meqalesi Elm qezeti 6 mart 1992 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 61 Mehemmed Eli Resulzade Musavat partisinin kurulusu Azerbaycan dergisi Ankara 167 Fevral 1966 13 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 60 Meherrem Zulfuqarli Azerbaycan tarixinin qehremanliq sehifesi Goycay doyusleri PDF Baki 2017 seh 14 ISBN 978 9952 514 77 3 2022 12 22 tarixinde PDF Istifade tarixi 2022 12 22 Cafer Mustafali Turk dunyasninin serefli bir kahramani kafkasyali Yusuf Ziya Talibzade turk kafkassam com 2018 10 19 2022 06 28 tarixinde Istifade tarixi 2022 12 26 Meherrem Zulfuqarli Azerbaycan tarixinin qehremanliq sehifesi Goycay doyusleri PDF Baki 2017 seh 6 ISBN 978 9952 514 77 3 2022 12 22 tarixinde PDF Istifade tarixi 2022 12 22 Meherrem Zulfuqarli Azerbaycan tarixinin qehremanliq sehifesi Goycay doyusleri PDF Baki 2017 seh 13 ISBN 978 9952 514 77 3 2022 12 22 tarixinde PDF Istifade tarixi 2022 12 22 Daxili Qosunlarin tarixi az dq mia gov az 2022 08 03 tarixinde Istifade tarixi 2022 12 26 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 73 Akif Asirli az sherg az 2020 05 18 Archived from the original on 2022 12 26 Istifade tarixi 2022 12 26 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 77 Xaqani Ismayil Guney azerbaycanlilarin soyqirimi az medeniyyet az 2009 07 15 2019 02 16 tarixinde Istifade tarixi 2022 12 26 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 65 az kulis az 2016 02 15 Archived from the original on 2022 12 26 Istifade tarixi 2022 12 26 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 66 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 81 Hesen Hesenov PDF Baki Elm 2005 seh 37 ISBN 5 8066 1718 1 Archived from the original on 2022 07 05 Istifade tarixi 2022 12 22 Ismayil Haciyev Elnur Kelbizade Naxcivanli diplomatlar PDF Naxcivan Ecemi Nesriyyat Poliqrafiya Birliyi 2017 seh 42 olu kecid Ismayil Haciyev Elnur Kelbizade Naxcivanli diplomatlar PDF Naxcivan Ecemi Nesriyyat Poliqrafiya Birliyi 2017 seh 41 olu kecid I Gadzhiev E Kyabizade Nahchyvanskie diplomaty Ziya Yusuf Talybzade rus azerhistory com 2022 05 17 tarixinde Istifade tarixi 2022 12 21 Ehmed Zeki Velidi Togan Hatiralar Turkistan ve Diger Musluman Dogu Turklerinin Milli Varlik ve Kultur Mucadeleleri Istanbul 1969 seh 407 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 164 Abdulla Saiqin ev muzeyi II otaq az abdullashaig az 2022 04 19 tarixinde Istifade tarixi 2022 12 26 Minaxanim Esedli Yusif Ziya Talibzadenin heyati ve muhiti Baki Nurlan nesriyyati 2005 seh 165 Saleh Salayev Abdulla Saiq Talibzade PDF Baki Agridag 2001 seh 14 2022 12 22 tarixinde PDF Istifade tarixi 2022 12 22 Nezmin Ceferova az science gov az 2021 02 21 Archived from the original on 2021 10 25 Istifade tarixi 2022 12 27 Onu repressiyadan Mirze Ibrahimov xilas etdi Abdulla Saiq haqqinda maraqli faktlar az oxu az 2021 02 25 2021 04 20 tarixinde Istifade tarixi 2022 12 26