Luvr Əbu-Dabi Muzeyi (fr. Louvre Abu Dhabi, ərəb. متحف اللوفر أبوظبي) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, layihəsi fransız memarı Jan Nuvel tərəfindən hazırlanmış sənət muzeyi.Fransa hökuməti ilə Əbu-Dabi şəhəri arasında imzalanan və 30 il qüvvədə olacaq müqavilə ilə inşa edilən Luvr Əbu-Dabi Muzeyi Səadət adası kompleksi üzərinə – təxminən 24.000 kvadratmetrlik bir sahəyə inşa edilmişdir. Muzeyin xərcinin 83-108 milyon avro arasında olduğu güman edilir.Muzey rəsmi olaraq 2017-ci il 8 noyabr tarixində açıldı.
Luvr Əbu-Dabi Muzeyi | |
---|---|
اللوفر أبوظبي | |
Əsası qoyulub | 8 noyabr 2017 |
Açılış tarixi | 8 noyabr 2017 |
Mövzu | Sənət muzeyi |
Ölkə | |
Yerləşir | Əbu-Dabi əmirliyi |
Direktor | Manuel Rabate |
Telefon | +971 600 565566 |
Luvr Əbu-Dabi Muzeyinin rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Əbu-Dabi Muzeyində dünyanın hər yerindən gələn sənət əsərləri nümayiş olunur. Muzeyin əsas məqsədi Şərq sənəti ilə Qərb sənəti arasında körpü yaratmaqdır. Bütün bunlara baxmayaraq, Parisdəki Luvr Muzeyinin bu işdə hansı marağının olması məqamı sənət dünyasında olduqca qızğın müzakirələrə səbəb oldu.
Layihənin konvensiyası
1.3 milyard dollar müqabilində 30 il qüvvədə olacaq və Əbu-Dabinin mərkəzindəki Saadiyat adasında inşa ediləcək Əbu-Dabi Luvr Muzeyinin layihəsinin konvensiyası Fransa Mədəniyyət naziri Reno Dennode de Vabres ilə Sultan bin ən-Nəhayyən arasında 2007-ci ildə imzalandı.Saziş Luvr adının istifadə edilərək oxşar layihələrdə: BƏƏ-nin digər əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Bəhreyn, Qətər, Misir, İordaniya, Suriya, Livan, İran və ya İraqda həyata keçirilməsini qadağan etdi. Həmin dövrün Fransa Prezidenti Jak Şirak Əbu-Dabi ilə birlikdə həyata keçirilən bu müqaviləni "dünyanın bir birlik olduğunu əks etdirdiyi üçün" təriflədi və "müqaviləni imzalayan hər iki tərəfin kök və mənsubiyyəti ilə qürur duyduqlarını, eyni zamanda bütün mədəniyyətlərin bərabər dəyərdə olduğunun fərqində olduqlarını" söylədi.J. Şirak, həmçinin dünyanın ən çox ziyarət ediləcək və ən tanınmış muzeyi ilə tərəfdaşlığa addım atmaqları səbəbilə Əbu-Dabi əmirini təqdir etdiyini bildirdi.
Proses
Luvr Əbu-Dabi Muzeyinin inşa edilməsi qərarı Fransa Parlamenti tərəfindən 2007-ci il oktyabrın 9-da təsdiq edildi. Layihənin memarlıq xidmətlərinin Parisdə yerləşən Ərəb Dünya İnstitutunun proyektini hazırlayan memar Jan Nuvel tərəfindən, mühəndislik xidmətlərinin isə Buro Happold tərəfindən aparılmasına qərar verildi.
Luvr Əbu-Dabi Muzeyi 27 milyard dollara yaxın bir dəyər ilə inşa edilməsi nəzərdə tutulan turizm və mədəniyyət kompleksinin yalnız bir hissəsini təşkil edirdi. Layihə çərçivəsində daha üç muzey inşa edilmişdir: Quqqenhaym Əbu-Dabi Muzeyi (Frenk Qeri tərəfindən dizayn edildi), Zayed Milli Muzeyi ("Foster və Partners" şirkəti tərəfindən dizayn edildi), Əbu-Dabi Tamaşa Sənətləri Mərkəzi (Zaha Hadid tərəfindən dizayn edildi).Birləşmiş Ərəb Əmirliklərində məsələ ilə bağlı rəsmilərin bildirdiklərinə görə, Fransa Muzeylər Agentliyi və BƏƏ Turizm, İnkişaf və İnvestisiya Agentliyi bu layihəni və Saadiyat adasının yenidən qurulmasını planlaşdırır. Bu layihə qrupunun rəhbəri Fransa maliyyə məsləhətçisi, Gözəl Sənətlər Akademiyasının üzvü (Académie des Beaux-Arts), "Köhnə və yeni dünyanın icmalı" (Revue des Deux Mondes) adlı jurnalın yazıçılarından Mark Ladreyt de Laçarev təyin olundu. Pompidu Mərkəzinin keçmiş müdiri Bruno Makvart isə Luvr Əbu-Dabi Muzeyinin rəhbəri təyin olundu.
Mövqeyi
Saadiyat adasının Mədəniyyət Bölgəsi tamamlandığı zaman dünyanın tək bir dam altında toplanmış ən böyük mədəniyyət abidələrini saxlayacaq. Luvr Əbu-Dabi Muzeyinə əlavə olaraq, Zayed Milli Muzeyi memar Norman Fosterin rəhbərliyindəki "Foster və Partners" şirkəti tərəfindən dizayn edildi. Dünyanın ən böyük və Yaxın Şərqdəki ilk Quqqenhaym Muzeyi olacaq Quqqenhaym Əbu-Dabi Muzeyi isə Frenk Qari tərəfindən dizayn edildi. Zaha Hadid tərəfindən dizayn edilən Əbu-Dabi Tamaşa Sənətləri Mərkəzi və Tadao Ando tərəfindən dizayn edilən bir dənizçilik muzeyinə əlavə olaraq, bu mədəniyyət bölgəsində bir çox sənət pavilyonu yerləşəcək.
Dəyər
Əbu-Dabi əmirliyi Luvr adını istifadə etmək üçün 195 milyon dollar nağd olmaq üzrə 525 milyon dollar xərclədi. Əlavə olaraq, 747 milyon dollar sənət əsərlərinin mübadiləsi, xüsusi sərgilərin keçirilməsi və təşkili üçün xərclənib. Bu pulun 247 milyon dollarlıq hissəsi 10 il ərzində, ümumilikdə, 253 sənət əsərinin nümayiş etdirilməsi üçün xərclənəcək. Bundan əlavə, 214,5 milyon dollar Parisdə yerləşən Luvrun rəhbərlik müşavirliyi xidmətləri üçün ayrıldı. 253,5 dollar da fərqli aspektdə olan xüsusi sənət sərgilərinə xərclənəcək. On beş il ərzində hər il dörd sərgi təşkil olunacaq. Əlavə olaraq, Əbu-Dabi əmirliyi Parisdə yerləşən Luvrun Pavillon de Flore hissəsinin beynəlxalq sənət sərgilərində iştirakını təmin etmək üçün 32,5 milyon dollar həcmində ianə verəcək. Hər nə qədər dəqiq olmasa da, layihənin ümumi dəyərinin 83 milyon avro ilə 108 milyon avro arasında olacağı ehtimal edilir.
Dizayn
Muzeyin görünüş baxımından sanki dalğalanan bir günbəz quruluşuna malik kimi görünməsi əsas hədəf idi. Həmçinin günbəzin üst hissəsində olan boşluqlardan günəşin məkanın içinə nüfuz etməsi də əsas məqsədlərdən biri idi. Bu dizaynla "bir vahədəki xurma ağaclarının yarpaqları arasından süzülən günəş işığı" effekti yaradılması nəzərdə tutulmuşdu. Təxminən 24.000 m²-lik tikinti sahəsinə sahib olacaq Luvr Əbu-Dabi Muzeyindəki 6.000 m²-lik hissəsi daimi kolleksiyalar üçün, 2.000 m²-lik hissəsi isə müvəqqəti sərgilər üçün ayrıldı.
Muzeydəki sənət əsərləri
Muzeydəki sənət əsərlərinin necə nümayiş etdirilməsi ilə əlaqədar müzakirələr oldu.
İnşa ediləcək bu yeni Luvr Əbu-Dabi Muzeyinin müsəlman bir ölkədə olması planlaşdırılan sərgi növlərinə və məzmunlarına heç bir şəkildə təsir etməyəcək. Əbu-Dabidəki tərəfdaşlarımızla planlaşdırılan sərgilərin mövzuları sərbəst şəkildə müzakirə olundu və bu prosesdə müəyyən məqamlarda məhdudiyyət qoyulması əsla gündəmə gəlmədi. Sərgilərin planlaşdırılması mükəmməliyə və yüksək standartda keyfiyyətə görə həyata keçiriləcəkdir. Yeni bir muzey olaraq, ümid edirik ki, Əbu-Dabi beynəlxalq birliyin bir parçası olacaq. Anri Loyret, Parisdəki Luvr Muzeyinin rəhbəri və direktoru |
Luvr Əbu-Dabi Muzeyində nümayiş olunacaq əsərlərin Pompidu Mərkəzi, (fr. Centre Georges-Pompidou), Orse Muzeyi, Versal Muzeyi olmaqla yanaşı, bir çox muzeydən alınacağı bəyanatda bildirildi. Həmçinin həmin dövrün Mədəniyyət naziri Reno Donnede de Vabres Parisdəki Luvrda 35.000 əsərdən ibarət olan və hələ də nümayiş olunan əsərlərin heç birinin satılmayacağını da sözlərinə əlavə etdi.
Bura təkcə Qərbə həsr olunan sənət əsərləri deyil, həm də hər növ sənət əsərlərinə həsr olunacaq bir yer olacaq. Eyni zamanda qərb ilə şərq, şimal ilə cənub arasında dialoq qurulmasına səbəb olacaq. Bu baxımdan Yaxın Şərqdə hazırlanmış sənət əsərləri Luvr Əbu-Dabi Muzeyində nümayiş olunacaq. Anri Loyret, Parisdəki Luvr Muzeyinin rəhbəri və direktoru |
Tikinti prosesi
Luvr Əbu-Dabi Muzeyinin tikintisi rəsmi olaraq 2007-ci il mayın 26-da başladı. Tikintinin ilk mərhələsi bu işdə mütəxəssis olan Alman firması "Bauer International FZE"yə həvalə edildi.
2011-ci il oktyabrın 29-da Luvr Əbu-Dabi Muzeyinin tikintisinə cavabdeh olan və Əbu-Dabi hökumətinə məxsus layihə idarəetmə firması olan "BƏƏ Turizm, İnkişaf və İnvestisiya Agentliyi" verdiyi rəsmi açıqlamada tikintinin bitmə müddətinin daha irəli tarixə təxirə salındığını açıqladı. Tikintinin Əbu-Dabi əmirliyinin iqtisadi strategiyasını yenidən nəzərdən keçirməsi, neft qiymətlərinin aşağı düşməsi və qlobal böhran kimi səbəblər üzündən təxirə salındığı açıqlandı.
Tikintidə insan hüquqlarının pozulması
2011-ci ilin aprelində 120-dən çox sənətçi tikinti zamanı işçilərin ağır şərtlər altında işlədikləri və istismar edildikləri səbəbilə Luvr və Quqqenhaym muzeylərinin boykot edilməsi üçün müraciət etdi. Sənətçilər və insan hüquqları təşkilatları Əbu-Dabinin və Birləşmiş Ərəb Əmirliklərinin İİV-li şəxslərin həbs edilməsinə, deportasiya edilməsinə və ömür boyu ölkəyə daxil olmağı qadağan edən siyasətinə etiraz etdilər.
Açılış mərasimi
Luvr Əbu-Dabi Muzeyi 2017-ci il noyabrın 8-də Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Xəlifə bin Zaid ən-Nəhayyən və Dubay Əmiri Məhəmməd ibn Rəşid əl-Məktum, Əbu-Dabi vəliəhd şahzadəsi Məhəmməd bin ən Nəhayyən, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun da iştirak elədiyi mərasimlə ziyarətə açıldı.
Reaksiyalar
Luvr Əbu-Dabi Muzeyi ilə bağlı imzalanan müqavilə həm sənət mühitində, həm də akademik sahədə mənfi reaksiyalara səbəb oldu. Sənət tarixçisi Didye Rıkner Fransa ilə Birləşmiş Ərəb Əmirlikləri arasında layihənin həyata keçməsi məqsədilə imzalanan müqaviləyə qarşı çıxan ilk insanlardan oldu və bu işlə bağlı imza kampaniyasına rəhbərlik etdi. 4.650 muzey mütəxəssisi, arxeoloq və sənət tarixçisi tərəfindən imzalanan bəyannamədə "muzeylərin satılmadığı" vurğulandı. Gündəmdə olan mövzulardan ən birincisi Luvrun "eynilə kommersiya şirkəti kimi maksimum mənfəət əldə etmək strategiyasına çalışması" söylənildi.
Müharibəni uduzduq, amma mübarizə davam edir. Didye Rikner |
Parisdəki Luvrun rəhbəri və direktoru Anri Loyret muzeylərin yerləşdikləri ölkələrin xaricində məntəqələrinin yaradılması işinə gətirilən tənqidlərə "muzeylərin beynəlxalq şəkildə yenidən hazırlanmasının labüd olduğunu" bildirərək qeyd etdi. Luvrun da bu prosesdən kənar qalmayacağını əlavə etdi:
Bu, Luvr adının istifadəsi üçün ədalətli ödənişdir. Bu prosesdə aparıcı rol oynayanlar həqiqətən mükafata layiqdirlər. Bu çox təbii bir vəziyyətdir. |
Biz Fransa mədəni irsini və tarixini satmırıq. Bizim arzumuz bu mədəniyyətin dəyərinin məlum olduğu dünyanın digər bölgələrini də işıqlandırması. Əbu-Dabinin Luvr Muzeyini ölkələrinə gətirmək istəməklərindən son dərəcə qürur duyuruq. Məqsədimiz qətiyyən bu mədəniyyəti istehlak vasitəsinə çevirmək deyil. Reno Donnede de Vabres, Fransa Mədəniyyət naziri |
Bu layihə Əbu-Dabinin mədəniyyətlərarası körpü rolu oynayan dünya sinfində yer tutması üçün çox mühüm hadisədir. Bu müqavilə beynəlxalq dialoqu daha da gücləndirəcək. Çox uzun zamandır yaxşı münasibətləri olan bu iki ölkə arasında bu iş beynəlxalq sahibkarlıq və qarşılıqlı münasibətlərdə çox xüsusi bir dönüş nöqtəsidir. Bu baxımdan gələcək nəsillərin təhsili və xoşbəxt olması, sağlam və məhsuldar bir mühitin yaradılması mümükün olacaqdır. Xəlifə bin Zaid ən-Nəhayyən, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu Dabi əmiri |
İstinadlar
- https://www.louvreabudhabi.ae/en/about-us/contact-us.
- . The National. 30 Aralık 2011 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
- a b c . ArchiCentral.com. 1 Şubat 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
- a b c d . New York Times. 26 Eylül 2015 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
- a b . Spiegel International. 5 Mart 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
- "Le Louvre Abu Dhabi sous une coupole aérienne (Fransızca)"[ölü keçid]. Le Figaro. Erişim tarihi: 27 Kasım 2011.
- . San Francisco Chronicle. 30 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
- . Mena Report. 18 Nisan 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
- . Le Figaro. 29 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
- . MEED.com. 29 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
- a b . Spiegel International. 24 Mart 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
- a b . UAEinteract.com. 30 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
- . Universes-in-universe.org. 22 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
- . AmeInfo.com. 22 Ocak 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
- . Web.Archive.org. Erişim tarihi: 1 Aralık 2011.
- a b . DesignBuild-Network.com. 2 Şubat 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
- a b . WorldArchitectureNews.com. 24 Nisan 2014 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 2 Aralık 2011.
- a b c . The National. 30 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 17 Aralık 2011.
- . Gulf News. 29 Mayıs 2009 tarihinde kaynağından 2009-05-29 at the Wayback Machine arşivlendi. Erişim tarihi: 25 Aralık 2011.
- "Abu Dhabi Gets a Sampler of World Art (İngilizce)" 2017-10-09 at the Wayback Machine. New York Times. Erişim tarihi: 25 Aralık 2011.
- . Gulf News. 31 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 25 Aralık 2011.
- a b "Louvre müzesi Abu Dabi'de açıldı" 2017-11-10 at the Wayback Machine. BBC Türkçe. 9 Kasım 2017. Erişim tarihi: 8 Kasım 2017.
- . The Art Newspaper. 6 Mart 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Aralık 2011.
- . Human Rights Watch. 23 Ekim 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Aralık 2011.
- . Znet. 24 Aralık 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
- . BBC News. 2 Şubat 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
- . Associated Press. 21 Ekim 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
- . Huffington Post. 30 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
- . New York Times. 30 Nisan 2014 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
- . New York Times. 5 Haziran 2015 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
- . MSNBC. 24 Ekim 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 31 Aralık 2011.
Həmçinin bax
Xarici keçidlər
- New York Times article on the Louvre Abu Dhabi
- The website "La Tribune Del Art", a protest webpage
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Luvr Ebu Dabi Muzeyi fr Louvre Abu Dhabi ereb متحف اللوفر أبوظبي Birlesmis Ereb Emirliklerinin Ebu Dabi emirliyinde yerlesen layihesi fransiz memari Jan Nuvel terefinden hazirlanmis senet muzeyi Fransa hokumeti ile Ebu Dabi seheri arasinda imzalanan ve 30 il quvvede olacaq muqavile ile insa edilen Luvr Ebu Dabi Muzeyi Seadet adasi kompleksi uzerine texminen 24 000 kvadratmetrlik bir saheye insa edilmisdir Muzeyin xercinin 83 108 milyon avro arasinda oldugu guman edilir Muzey resmi olaraq 2017 ci il 8 noyabr tarixinde acildi Luvr Ebu Dabi Muzeyiاللوفر أبوظبيEsasi qoyulub 8 noyabr 2017Acilis tarixi 8 noyabr 2017Movzu Senet muzeyiOlke BEEYerlesir Ebu Dabi emirliyiDirektor Manuel RabateTelefon 971 600 56556624 31 58 sm e 54 24 00 s u Luvr Ebu Dabi Muzeyinin resmi sayti Vikianbarda elaqeli mediafayllar Ebu Dabi Muzeyinde dunyanin her yerinden gelen senet eserleri numayis olunur Muzeyin esas meqsedi Serq seneti ile Qerb seneti arasinda korpu yaratmaqdir Butun bunlara baxmayaraq Parisdeki Luvr Muzeyinin bu isde hansi maraginin olmasi meqami senet dunyasinda olduqca qizgin muzakirelere sebeb oldu Layihenin konvensiyasi1 3 milyard dollar muqabilinde 30 il quvvede olacaq ve Ebu Dabinin merkezindeki Saadiyat adasinda insa edilecek Ebu Dabi Luvr Muzeyinin layihesinin konvensiyasi Fransa Medeniyyet naziri Reno Dennode de Vabres ile Sultan bin en Nehayyen arasinda 2007 ci ilde imzalandi Sazis Luvr adinin istifade edilerek oxsar layihelerde BEE nin diger emirlikleri Seudiyye Erebistani Kuveyt Oman Behreyn Qeter Misir Iordaniya Suriya Livan Iran ve ya Iraqda heyata kecirilmesini qadagan etdi Hemin dovrun Fransa Prezidenti Jak Sirak Ebu Dabi ile birlikde heyata kecirilen bu muqavileni dunyanin bir birlik oldugunu eks etdirdiyi ucun terifledi ve muqavileni imzalayan her iki terefin kok ve mensubiyyeti ile qurur duyduqlarini eyni zamanda butun medeniyyetlerin beraber deyerde oldugunun ferqinde olduqlarini soyledi J Sirak hemcinin dunyanin en cox ziyaret edilecek ve en taninmis muzeyi ile terefdasliga addim atmaqlari sebebile Ebu Dabi emirini teqdir etdiyini bildirdi ProsesLuvr Ebu Dabi Muzeyinin insa edilmesi qerari Fransa Parlamenti terefinden 2007 ci il oktyabrin 9 da tesdiq edildi Layihenin memarliq xidmetlerinin Parisde yerlesen Ereb Dunya Institutunun proyektini hazirlayan memar Jan Nuvel terefinden muhendislik xidmetlerinin ise Buro Happold terefinden aparilmasina qerar verildi Luvr Ebu Dabi Muzeyi 27 milyard dollara yaxin bir deyer ile insa edilmesi nezerde tutulan turizm ve medeniyyet kompleksinin yalniz bir hissesini teskil edirdi Layihe cercivesinde daha uc muzey insa edilmisdir Quqqenhaym Ebu Dabi Muzeyi Frenk Qeri terefinden dizayn edildi Zayed Milli Muzeyi Foster ve Partners sirketi terefinden dizayn edildi Ebu Dabi Tamasa Senetleri Merkezi Zaha Hadid terefinden dizayn edildi Birlesmis Ereb Emirliklerinde mesele ile bagli resmilerin bildirdiklerine gore Fransa Muzeyler Agentliyi ve BEE Turizm Inkisaf ve Investisiya Agentliyi bu layiheni ve Saadiyat adasinin yeniden qurulmasini planlasdirir Bu layihe qrupunun rehberi Fransa maliyye meslehetcisi Gozel Senetler Akademiyasinin uzvu Academie des Beaux Arts Kohne ve yeni dunyanin icmali Revue des Deux Mondes adli jurnalin yazicilarindan Mark Ladreyt de Lacarev teyin olundu Pompidu Merkezinin kecmis mudiri Bruno Makvart ise Luvr Ebu Dabi Muzeyinin rehberi teyin olundu Movqeyi Saadiyat adasinin Medeniyyet Bolgesi tamamlandigi zaman dunyanin tek bir dam altinda toplanmis en boyuk medeniyyet abidelerini saxlayacaq Luvr Ebu Dabi Muzeyine elave olaraq Zayed Milli Muzeyi memar Norman Fosterin rehberliyindeki Foster ve Partners sirketi terefinden dizayn edildi Dunyanin en boyuk ve Yaxin Serqdeki ilk Quqqenhaym Muzeyi olacaq Quqqenhaym Ebu Dabi Muzeyi ise Frenk Qari terefinden dizayn edildi Zaha Hadid terefinden dizayn edilen Ebu Dabi Tamasa Senetleri Merkezi ve Tadao Ando terefinden dizayn edilen bir denizcilik muzeyine elave olaraq bu medeniyyet bolgesinde bir cox senet pavilyonu yerlesecek Deyer Ebu Dabi emirliyi Luvr adini istifade etmek ucun 195 milyon dollar nagd olmaq uzre 525 milyon dollar xercledi Elave olaraq 747 milyon dollar senet eserlerinin mubadilesi xususi sergilerin kecirilmesi ve teskili ucun xerclenib Bu pulun 247 milyon dollarliq hissesi 10 il erzinde umumilikde 253 senet eserinin numayis etdirilmesi ucun xerclenecek Bundan elave 214 5 milyon dollar Parisde yerlesen Luvrun rehberlik musavirliyi xidmetleri ucun ayrildi 253 5 dollar da ferqli aspektde olan xususi senet sergilerine xerclenecek On bes il erzinde her il dord sergi teskil olunacaq Elave olaraq Ebu Dabi emirliyi Parisde yerlesen Luvrun Pavillon de Flore hissesinin beynelxalq senet sergilerinde istirakini temin etmek ucun 32 5 milyon dollar hecminde iane verecek Her ne qeder deqiq olmasa da layihenin umumi deyerinin 83 milyon avro ile 108 milyon avro arasinda olacagi ehtimal edilir Dizayn Muzeyin gorunus baximindan sanki dalgalanan bir gunbez qurulusuna malik kimi gorunmesi esas hedef idi Hemcinin gunbezin ust hissesinde olan bosluqlardan gunesin mekanin icine nufuz etmesi de esas meqsedlerden biri idi Bu dizaynla bir vahedeki xurma agaclarinin yarpaqlari arasindan suzulen gunes isigi effekti yaradilmasi nezerde tutulmusdu Texminen 24 000 m lik tikinti sahesine sahib olacaq Luvr Ebu Dabi Muzeyindeki 6 000 m lik hissesi daimi kolleksiyalar ucun 2 000 m lik hissesi ise muveqqeti sergiler ucun ayrildi Muzeydeki senet eserleriMuzeydeki senet eserlerinin nece numayis etdirilmesi ile elaqedar muzakireler oldu Insa edilecek bu yeni Luvr Ebu Dabi Muzeyinin muselman bir olkede olmasi planlasdirilan sergi novlerine ve mezmunlarina hec bir sekilde tesir etmeyecek Ebu Dabideki terefdaslarimizla planlasdirilan sergilerin movzulari serbest sekilde muzakire olundu ve bu prosesde mueyyen meqamlarda mehdudiyyet qoyulmasi esla gundeme gelmedi Sergilerin planlasdirilmasi mukemmeliye ve yuksek standartda keyfiyyete gore heyata kecirilecekdir Yeni bir muzey olaraq umid edirik ki Ebu Dabi beynelxalq birliyin bir parcasi olacaq Anri Loyret Parisdeki Luvr Muzeyinin rehberi ve direktoru Luvr Ebu Dabi Muzeyinde numayis olunacaq eserlerin Pompidu Merkezi fr Centre Georges Pompidou Orse Muzeyi Versal Muzeyi olmaqla yanasi bir cox muzeyden alinacagi beyanatda bildirildi Hemcinin hemin dovrun Medeniyyet naziri Reno Donnede de Vabres Parisdeki Luvrda 35 000 eserden ibaret olan ve hele de numayis olunan eserlerin hec birinin satilmayacagini da sozlerine elave etdi Bura tekce Qerbe hesr olunan senet eserleri deyil hem de her nov senet eserlerine hesr olunacaq bir yer olacaq Eyni zamanda qerb ile serq simal ile cenub arasinda dialoq qurulmasina sebeb olacaq Bu baximdan Yaxin Serqde hazirlanmis senet eserleri Luvr Ebu Dabi Muzeyinde numayis olunacaq Anri Loyret Parisdeki Luvr Muzeyinin rehberi ve direktoruTikinti prosesiLuvr Ebu Dabi Muzeyinin tikintisi resmi olaraq 2007 ci il mayin 26 da basladi Tikintinin ilk merhelesi bu isde mutexessis olan Alman firmasi Bauer International FZE ye hevale edildi 2011 ci il oktyabrin 29 da Luvr Ebu Dabi Muzeyinin tikintisine cavabdeh olan ve Ebu Dabi hokumetine mexsus layihe idareetme firmasi olan BEE Turizm Inkisaf ve Investisiya Agentliyi verdiyi resmi aciqlamada tikintinin bitme muddetinin daha ireli tarixe texire salindigini aciqladi Tikintinin Ebu Dabi emirliyinin iqtisadi strategiyasini yeniden nezerden kecirmesi neft qiymetlerinin asagi dusmesi ve qlobal bohran kimi sebebler uzunden texire salindigi aciqlandi Tikintide insan huquqlarinin pozulmasi 2011 ci ilin aprelinde 120 den cox senetci tikinti zamani iscilerin agir sertler altinda isledikleri ve istismar edildikleri sebebile Luvr ve Quqqenhaym muzeylerinin boykot edilmesi ucun muraciet etdi Senetciler ve insan huquqlari teskilatlari Ebu Dabinin ve Birlesmis Ereb Emirliklerinin IIV li sexslerin hebs edilmesine deportasiya edilmesine ve omur boyu olkeye daxil olmagi qadagan eden siyasetine etiraz etdiler Acilis merasimi Luvr Ebu Dabi Muzeyi 2017 ci il noyabrin 8 de Birlesmis Ereb Emirlikleri Prezidenti Xelife bin Zaid en Nehayyen ve Dubay Emiri Mehemmed ibn Resid el Mektum Ebu Dabi veliehd sahzadesi Mehemmed bin en Nehayyen Fransa Prezidenti Emmanuel Makron ve heyat yoldasi Bricit Makronun da istirak elediyi merasimle ziyarete acildi ReaksiyalarLuvr Ebu Dabi Muzeyi ile bagli imzalanan muqavile hem senet muhitinde hem de akademik sahede menfi reaksiyalara sebeb oldu Senet tarixcisi Didye Rikner Fransa ile Birlesmis Ereb Emirlikleri arasinda layihenin heyata kecmesi meqsedile imzalanan muqavileye qarsi cixan ilk insanlardan oldu ve bu isle bagli imza kampaniyasina rehberlik etdi 4 650 muzey mutexessisi arxeoloq ve senet tarixcisi terefinden imzalanan beyannamede muzeylerin satilmadigi vurgulandi Gundemde olan movzulardan en birincisi Luvrun eynile kommersiya sirketi kimi maksimum menfeet elde etmek strategiyasina calismasi soylenildi Muharibeni uduzduq amma mubarize davam edir Didye Rikner Parisdeki Luvrun rehberi ve direktoru Anri Loyret muzeylerin yerlesdikleri olkelerin xaricinde menteqelerinin yaradilmasi isine getirilen tenqidlere muzeylerin beynelxalq sekilde yeniden hazirlanmasinin labud oldugunu bildirerek qeyd etdi Luvrun da bu prosesden kenar qalmayacagini elave etdi Bu Luvr adinin istifadesi ucun edaletli odenisdir Bu prosesde aparici rol oynayanlar heqiqeten mukafata layiqdirler Bu cox tebii bir veziyyetdir Biz Fransa medeni irsini ve tarixini satmiriq Bizim arzumuz bu medeniyyetin deyerinin melum oldugu dunyanin diger bolgelerini de isiqlandirmasi Ebu Dabinin Luvr Muzeyini olkelerine getirmek istemeklerinden son derece qurur duyuruq Meqsedimiz qetiyyen bu medeniyyeti istehlak vasitesine cevirmek deyil Reno Donnede de Vabres Fransa Medeniyyet naziriBu layihe Ebu Dabinin medeniyyetlerarasi korpu rolu oynayan dunya sinfinde yer tutmasi ucun cox muhum hadisedir Bu muqavile beynelxalq dialoqu daha da guclendirecek Cox uzun zamandir yaxsi munasibetleri olan bu iki olke arasinda bu is beynelxalq sahibkarliq ve qarsiliqli munasibetlerde cox xususi bir donus noqtesidir Bu baximdan gelecek nesillerin tehsili ve xosbext olmasi saglam ve mehsuldar bir muhitin yaradilmasi mumukun olacaqdir Xelife bin Zaid en Nehayyen Birlesmis Ereb Emirliklerinin Prezidenti ve Ebu Dabi emiriIstinadlarhttps www louvreabudhabi ae en about us contact us The National 30 Aralik 2011 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Kasim 2011 a b c ArchiCentral com 1 Subat 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 1 Aralik 2011 a b c d New York Times 26 Eylul 2015 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 1 Aralik 2011 a b Spiegel International 5 Mart 2012 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Kasim 2011 Le Louvre Abu Dhabi sous une coupole aerienne Fransizca olu kecid Le Figaro Erisim tarihi 27 Kasim 2011 San Francisco Chronicle 30 Ocak 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Kasim 2011 Mena Report 18 Nisan 2012 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Kasim 2011 Le Figaro 29 Ocak 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Kasim 2011 MEED com 29 Ocak 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Kasim 2011 a b Spiegel International 24 Mart 2012 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Kasim 2011 a b UAEinteract com 30 Ocak 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Kasim 2011 Universes in universe org 22 Ocak 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 1 Aralik 2011 AmeInfo com 22 Ocak 2013 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 1 Aralik 2011 Web Archive org Erisim tarihi 1 Aralik 2011 a b DesignBuild Network com 2 Subat 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 1 Aralik 2011 a b WorldArchitectureNews com 24 Nisan 2014 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 2 Aralik 2011 a b c The National 30 Ocak 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 17 Aralik 2011 Gulf News 29 Mayis 2009 tarihinde kaynagindan 2009 05 29 at the Wayback Machine arsivlendi Erisim tarihi 25 Aralik 2011 Abu Dhabi Gets a Sampler of World Art Ingilizce 2017 10 09 at the Wayback Machine New York Times Erisim tarihi 25 Aralik 2011 Gulf News 31 Ocak 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 25 Aralik 2011 a b Louvre muzesi Abu Dabi de acildi 2017 11 10 at the Wayback Machine BBC Turkce 9 Kasim 2017 Erisim tarihi 8 Kasim 2017 The Art Newspaper 6 Mart 2013 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Aralik 2011 Human Rights Watch 23 Ekim 2013 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 27 Aralik 2011 Znet 24 Aralik 2013 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 30 Aralik 2011 BBC News 2 Subat 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 30 Aralik 2011 Associated Press 21 Ekim 2012 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 30 Aralik 2011 Huffington Post 30 Ocak 2016 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 30 Aralik 2011 New York Times 30 Nisan 2014 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 30 Aralik 2011 New York Times 5 Haziran 2015 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 30 Aralik 2011 MSNBC 24 Ekim 2012 tarihinde kaynagindan arsivlendi Erisim tarihi 31 Aralik 2011 Hemcinin baxMuzey Luvr muzeyiXarici kecidlerVikianbarda Luvr Ebu Dabi Muzeyi ile elaqeli mediafayllar var New York Times article on the Louvre Abu Dhabi The website La Tribune Del Art a protest webpage