Yunis Şəkərov və ya Yunis Xəzərli — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
Yunis Şəkərov | |
---|---|
Şəxsi məlumatlar | |
Digər adı | Yunis Xəzərli |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | Əyyub qəbiristanlığı |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Zaqafqaziya Komissarlığı (1917-1918) Azərbaycan Cümhuriyyəti (1918-1920) Türkiyə (1920-1950) |
Qoşun növü | Azərbaycan Cümhuriyyəti Quru Qoşunları Türkiyə Quru Qoşunları |
Xidmət illəri | 1917-1950 |
Rütbəsi | Albay |
Döyüşlər | Göyçay döyüşü (1918) Ağsu döyüşü (1918) Şamaxı döyüşü (1918) Bakı döyüşü (1918) Qarabağ və Zəngəzur döyüşləri (1918-1920) Gəncə üsyanı (1920) Qarabağ üsyanı (1920) Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923) Şeyx Səid üsyanı (1925) |
Təltifləri |
Göyçayın, Ucarın, Ağsunun, Şamaxının, Qobustanın və Bakının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Zəngəzur döyüşlərində, Aprel işağlından sonra işğala qarşı baş tutmuş Gəncə və Qarabağ üsyanlarında iştirak edib.
Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 30 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.
Həyatı və təhsili
Yunis Şəkərov 1893-cü ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Tiflisdə hərbi məktəbə daxil olub. 1917-ci ildə hərbi məktəbi bitirib.
Hərbi xidməti
Zaqafqaziya Komissarlığında
1917-ci ildə hərbi məktəbi bitirdikdən sonra Müsəlman Korpusunun piyada alayında taqım komandiri kimi xidmət etməyə başlayıb.
Azərbaycan Cümhuriyyətində
Müsəlman Korpusu Gəncəyə köçürüldükdən sonra 1918-ci ildə burada yaradılmış Əlahiddə Azərbaycan Korpusunda xidmətini davam etdirib. Bir müddət Qafqaz İslam Ordusunun qərargahında poçt-teleqraf məmuru kimi xidmət edib. 1918-ci il iyun ayında V Qafqaz diviziyasının 13-cü piyada alayının 1-ci bölüyünə taqım komandiri təyin olunur. Göyçayın, Ucarın, Ağsunun, Şamaxının, Qobustanın və Bakının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Göstərdiyi şücaətə görə xidmət etdiyi bölüyün komandiri təyin edilir. 1920-ci ildə atıcı taborun komandiri kimi Zəngəzur döyüşlərinə qatılıb. Daha sonra Ağdam Mərkəz Komandanlığına təyin edilib.
Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra ölkəni tərk edərək, Türkiyəyə mühacirət edib.
Türkiyədə
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatdılar. Bura çatan Qarabağ Atlı Alayı XII Tümənin tabeliyinə verildi. Daha sonra isə alay IX Piyada Tüməninin tərkibində Qars uğrunda gedən döyüşlərdə iştirak etdi. Topçu batareya və piyadalardan ibarət dəstələr də digər tümənlərin tərkibinə qatıldı.
Yunis Şəkərov da Türkiyəyə gəldikdən sonra digər azərbaycanlı silahdaşları ilə birlikdə Türkiyə İstiqlaliyyət Savaşında iştirak edib. Qarsın azad olunması uğrunda döyüşüb.. 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub. Daha sonra Türkiyənin Gürcüstandakı səfirliyinə ezam olunub. Burada miralay Kazım Dirəkin tabeliyində kəşfiyat xidmətində çalışır. Türkiyə İstiqlaliyyət Savaşından sonra göstərdiyi xidmətlərə görə "" medalı ilə təltif edilib. Müharibədən sonra Qars, Ankara va Konyada hərbi xidmətdə olub. Şeyx Səid, Hazo, Haco, Dersim, Çapaqçur üsyanlarının yatırılmasında iştirak edib. 1930-cu ildə baş vermiş Ağrı üsyanının yatırılmasında II taborun VII bölüyünün komandiri kimi iştirak edib.
1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra özünə "Xəzərli" soyadını götürüb.
1935-ci ildə Göksun hərbi komissarlığında, 1941-ci ildə diviziya əsgərlik dairəsi qərargahında xidmət edib. Bir müddət Kırşəhərin hərbi komissarı vəzifəsini icra edib. Daha sonra Hadimköy 32-ci Alay Komandanlığına təyin olunub. 1949-cu ildə Uşak, Muş şöbə və dairə başqanlığı, 1950-ci ilda isə Kurtalan Konak Komutanlığından albay rütbəsi ilə taqaüdə çıxıb.
Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində iştirak edib. 25 may 1958-ci ildə Yunis Xəzərlinin sədrliyi ilə İstanbulda dərnəyin illik qurultayı keçirilib. Seçkilər nəticəsində Oruc Vurğun, Həsən Xəzər, Saleh Gəncə, Füsun Odoğlu, Nuri Muğan, Əhməd Cəfəroğlu, Vəli Orkun, Məhəmmədəli Eldəgəz, Özər Yalçınqaya və Yunis Xəzərli idarə heyətinə üzv seçiliblər.
1965-ci il aprelin 5-də İstanbulda dünyasını dəyişib. Hərbi mərasimlə Əyyub Sultan məzarlığında dəfn edilib.
Ailəsi
Gəncədə yaşayan Şəkəroğulları nəslindəndir. Atası Məmməd bəy, anası isə Gövhər xanım olub.
Yunis Şəkərov 1923-cü ildə Səadət xanımla ailə qurub. Bu evlilikdən Merfua, Oral, Baykal, Ümran adlı övladları dünyaya gəlib.
Mükafatları
- — 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə ilə təltif edilib.
İstinadlar
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 133. ISBN .
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 135. ISBN .
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-03-30.
- Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində . İstifadə tarixi: 2023-01-24.
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 197. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-03-30.
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 198. ISBN . 2023-01-18 tarixində (PDF). İstifadə tarixi: 2023-03-30.
- Rizvan Buntürk. "Türkiyə Cümhuriyyəti Ordu generalı, Qarabağlı — Firudin bəy Daryal" (az.). millikimlik.az. 2020-12-20. 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
- Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində . İstifadə tarixi: 2023-01-17.
- "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində (PDF)
- Orxan Cəbrayıl. "Azərbaycanın 12 generalı, 46 polkovniki güllələndi..." (az.). axar.az. 2017-08-30. 2021-09-28 tarixində . İstifadə tarixi: 2023-01-17.
- Dilqəm Əhməd. "10 il içində 52 dəfə üsyan etmiş, yüz minlərlə qurban vermişik" (az.). teleqraf.com. 2022-02-28. 2022-03-16 tarixində . İstifadə tarixi: 2023-01-17.
- Sebahattin Şimşir. Azerbaycan'ın İstiklal Mücadelesi. İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2013. səh. 168. 2023-01-18 tarixində . İstifadə tarixi: 2023-01-18.
Ədəbiyyat
- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. ISBN .
- Mehman Ağayev. (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yunis Sekerov ve ya Yunis Xezerli Azerbaycan Cumhuriyyetinin zabiti Turkiye Silahli Quvvelerinin polkovniki Yunis SekerovSexsi melumatlarDiger adi Yunis XezerliDogum tarixi 1893Dogum yeri Gence Yelizavetpol qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 5 aprel 1965Vefat yeri Istanbul TurkiyeDefn yeri Eyyub qebiristanligiVetendasligi Rusiya imperiyasi AXC TurkiyeTehsili Tiflis Kadet KorpusuHerbi fealiyyetiMensubiyyeti Zaqafqaziya Komissarligi 1917 1918 Azerbaycan Cumhuriyyeti 1918 1920 Turkiye 1920 1950 Qosun novu Azerbaycan Cumhuriyyeti Quru Qosunlari Turkiye Quru QosunlariXidmet illeri 1917 1950Rutbesi AlbayDoyusler Goycay doyusu 1918 Agsu doyusu 1918 Samaxi doyusu 1918 Baki doyusu 1918 Qarabag ve Zengezur doyusleri 1918 1920 Gence usyani 1920 Qarabag usyani 1920 Turkiye Istiqlaliyyet Muharibesi 1920 1923 Seyx Seid usyani 1925 Teltifleri Goycayin Ucarin Agsunun Samaxinin Qobustanin ve Bakinin isgaldan azad edilmesi ugrunda geden doyuslerde Zengezur doyuslerinde Aprel isaglindan sonra isgala qarsi bas tutmus Gence ve Qarabag usyanlarinda istirak edib Turkiye Istiqlaliyyet Muharibesinde istirak edib 30 il Turkiye Silahli Quvvelerinde xidmet edib Heyati ve tehsiliYunis Sekerov 1893 cu ilde Gence seherinde anadan olub Orta tehsilini bitirdikden sonra Tiflisde herbi mektebe daxil olub 1917 ci ilde herbi mektebi bitirib Herbi xidmetiZaqafqaziya Komissarliginda 1917 ci ilde herbi mektebi bitirdikden sonra Muselman Korpusunun piyada alayinda taqim komandiri kimi xidmet etmeye baslayib Azerbaycan Cumhuriyyetinde Muselman Korpusu Genceye kocuruldukden sonra 1918 ci ilde burada yaradilmis Elahidde Azerbaycan Korpusunda xidmetini davam etdirib Bir muddet Qafqaz Islam Ordusunun qerargahinda poct teleqraf memuru kimi xidmet edib 1918 ci il iyun ayinda V Qafqaz diviziyasinin 13 cu piyada alayinin 1 ci boluyune taqim komandiri teyin olunur Goycayin Ucarin Agsunun Samaxinin Qobustanin ve Bakinin isgaldan azad edilmesi ugrunda geden doyuslerde istirak edib Gosterdiyi sucaete gore xidmet etdiyi boluyun komandiri teyin edilir 1920 ci ilde atici taborun komandiri kimi Zengezur doyuslerine qatilib Daha sonra Agdam Merkez Komandanligina teyin edilib Cumhuriyyetin isgalindan sonra bolseviklere qarsi 1920 ci ilin may ayinda bas qaldirmis Gence usyaninda istirak edib Bir nece gun Gencenin mudafiesinde istirak etdikden sonra Qarabaga gedib ve burada 1920 ci ilin iyun ayinda Nuru pasanin rehberliyi ile bas tutmus Qarabag usyaninda istirak edib Usyan meglub olduqdan sonra olkeni terk ederek Turkiyeye muhaciret edib Turkiyede Sovet isgalina qarsi bas qaldirmis usyanlar meglub olduqdan sonra Azerbaycan Cumhuriyyetinin Ordusunun qalan herbcilerinin bir qismi Zengezuru kecerek Naxcivana bir qismi ise Xudaferin istiqametinden Irana kecerek Turkiyeye getdiler Turkiye serhedlerine yaxinlasanda Azerbaycan herbcilerine rehberlik eden Nuh bey Sofiyev komandanligi Semed bey Refibeyliye tehvil verir Semed beyin rehberliyi ile onlar evvelce Serqi Beyazide daha sonra ise iyun iyul aylarinda Hesenqala ve Erzuruma catdilar Bura catan Qarabag Atli Alayi XII Tumenin tabeliyine verildi Daha sonra ise alay IX Piyada Tumeninin terkibinde Qars ugrunda geden doyuslerde istirak etdi Topcu batareya ve piyadalardan ibaret desteler de diger tumenlerin terkibine qatildi Yunis Sekerov da Turkiyeye geldikden sonra diger azerbaycanli silahdaslari ile birlikde Turkiye Istiqlaliyyet Savasinda istirak edib Qarsin azad olunmasi ugrunda doyusub 1200 neferlik Azerbaycan birliyinin terkibinde 56 nefer zabitden biri olub Daha sonra Turkiyenin Gurcustandaki sefirliyine ezam olunub Burada miralay Kazim Direkin tabeliyinde kesfiyat xidmetinde calisir Turkiye Istiqlaliyyet Savasindan sonra gosterdiyi xidmetlere gore Istiqlal medali ile teltif edilib Muharibeden sonra Qars Ankara va Konyada herbi xidmetde olub Seyx Seid Hazo Haco Dersim Capaqcur usyanlarinin yatirilmasinda istirak edib 1930 cu ilde bas vermis Agri usyaninin yatirilmasinda II taborun VII boluyunun komandiri kimi istirak edib 1934 cu il iyunun 21 de Turkiyede qebul edilmis Soyad qanunundan sonra ozune Xezerli soyadini goturub 1935 ci ilde Goksun herbi komissarliginda 1941 ci ilde diviziya esgerlik dairesi qerargahinda xidmet edib Bir muddet Kirseherin herbi komissari vezifesini icra edib Daha sonra Hadimkoy 32 ci Alay Komandanligina teyin olunub 1949 cu ilde Usak Mus sobe ve daire basqanligi 1950 ci ilda ise Kurtalan Konak Komutanligindan albay rutbesi ile taqaude cixib Azerbaycan Kultur Derneyinin fealiyyetinde istirak edib 25 may 1958 ci ilde Yunis Xezerlinin sedrliyi ile Istanbulda derneyin illik qurultayi kecirilib Seckiler neticesinde Oruc Vurgun Hesen Xezer Saleh Gence Fusun Odoglu Nuri Mugan Ehmed Ceferoglu Veli Orkun Mehemmedeli Eldegez Ozer Yalcinqaya ve Yunis Xezerli idare heyetine uzv secilibler 1965 ci il aprelin 5 de Istanbulda dunyasini deyisib Herbi merasimle Eyyub Sultan mezarliginda defn edilib AilesiGencede yasayan Sekerogullari neslindendir Atasi Memmed bey anasi ise Govher xanim olub Yunis Sekerov 1923 cu ilde Seadet xanimla aile qurub Bu evlilikden Merfua Oral Baykal Umran adli ovladlari dunyaya gelib Mukafatlari 1923 cu ilde Turkiye Istiqlaliyyet Savasinda gosterdiyi xidmetlere gore Istiqlal medali ile teltif edilib IstinadlarEdalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 133 ISBN 978 9952 5513 4 1 Edalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 seh 135 ISBN 978 9952 5513 4 1 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 196 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 03 30 Abdulhamit Avsar Turkiyenin Istiqlal muharibesinde Azerbaycan turkleri Turkiye arxiv senedleri ve metbuatinda 1919 1922 Baki AzAtaM 2007 seh 45 2022 06 27 tarixinde Istifade tarixi 2023 01 24 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 197 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 03 30 Mehman Agayev Kurtulus Savasi Yillarinda Turkiye Azerbaycan Iliskileri PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 seh 198 ISBN 9789752552364 2023 01 18 tarixinde PDF Istifade tarixi 2023 03 30 Rizvan Bunturk Turkiye Cumhuriyyeti Ordu generali Qarabagli Firudin bey Daryal az millikimlik az 2020 12 20 2023 01 17 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 01 17 Vasif Qafarov Azerbaycanlilarin Turkiyeye etdiyi yardimi Osmanli arxivlerinden oyrenmek olar az Azerbaycan qezeti 2015 04 25 2018 02 11 tarixinde Istifade tarixi 2023 01 17 Soy adi kanunu PDF T C Resmi Gazete Ankara 1 1934 07 02 2022 03 03 tarixinde PDF Orxan Cebrayil Azerbaycanin 12 generali 46 polkovniki gullelendi az axar az 2017 08 30 2021 09 28 tarixinde Istifade tarixi 2023 01 17 Dilqem Ehmed 10 il icinde 52 defe usyan etmis yuz minlerle qurban vermisik az teleqraf com 2022 02 28 2022 03 16 tarixinde Istifade tarixi 2023 01 17 Sebahattin Simsir Azerbaycan in Istiklal Mucadelesi Istanbul IQ Kultur Sanat Yayincilik 2013 seh 168 2023 01 18 tarixinde Istifade tarixi 2023 01 18 EdebiyyatEdalet Tahirzade Orxan Cebrayil Qurtulus Savasinin azerbaycanli zabitleri Baki Capar nesriyyati 2022 ISBN 978 9952 5513 4 1 Mehman Agayev PDF Istanbul IQ Kultur Sanat Yayincilik 2008 ISBN 9789752552364