Orucov Oruc Əli oğlu (12 sentyabr 1878, Alpout, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 2 mart 1954, Bərdə, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — mətbuat xadimi, naşir, publisist.
Oruc Orucov | |
---|---|
Oruc Əli oğlu Orucov | |
Doğum tarixi | 12 sentyabr 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 1954 (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | publisist, naşir, redaktor[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Qardaşları Abuzər və Qənbərlə birlikdə o dövrdə Azərbaycanın ən böyük mətbəəsi olan Orucov Qardaşları Mətbəə Nəşriyyatını qurub. "Nicat" Müsəlman Xeyriyyə Cəmiyyətində Təftiş Komissiyasının üzvü, Ədib və Mühərrirlər Cəmiyyətinin Milli Təşkilat Komitəsinin mühərrirlər heyətinin üzvü olub.
Aprel işğalından sonra təqiblərə məruz qalıb. 1930-cu illərdə sürgün olunub.
Həyatı
Oruc Orucov 1878-ci il sentyabrın 12-də Bərdənin Alpout kəndində anadan olub. İlk təhsilini kənd mollaxanasında almış, daha sonra isə Yelizavetpol Mixail sənət məktəbini bitirib. 1896-cı ildə Bakıya köçərək, ticarətlə məşğul olmağa başlayıb.
1905-ci ildə qardaşları Qənbər və Abuzərlə birlikdə "Orucov qardaşları" nəşriyyatını yaradaraq naşirlik fəaliyyətinə başlamışdır. Nəşriyyatın müasir avadanlıqla təchiz olunmuş mətbəəsi, kitab və yazı ləvazimatı satılan mağazası olub."Orucov qardaşları" nəşriyyatında 1905-ci ildən 1917-ci ilədək müxtəlif adda və məzmunda 333 kitab, bir neçə qəzet, o cümlədən "Həqiqət", "Yeni həqiqət", "Günəş", "Asari-həqiqət", "Bəsirət", "İqbal", "Yeni iqbal" və s. qəzetlər çap olunmuşdur. Oruc Orucov özü də 1909-cu ildən etibarən qəzetçilik fəaliyyətinə başlamış, "Həqiqət" (1909–1910), "Günəş" (1910–1911), "Yeni həqiqət" (1911) qəzetlərinin naşiri olmuşdur. Publisist məqalələrində Avropa imperializminin Şərqdə yeritdiyi müstəmləkəçilik siyasətini tənqid etmişdir. Bakıda "Nicat" Müsəlman Xeyriyyə Cəmiyyətində Təftiş Komissiyasının üzvü və Hacı Zeynalabdin Tağıyevin xeyriyyə işlərində köməkçisi olub.
O.Orucov 1911-ci ilin martında panislamizm ideyalarını təbliğdə təqsirləndirilərək, bir qrup jurnalistlə birgə həbs olunmuş və Rusiyanın daxili quberniyalarına sürgün edilmişdir. Onların bu həbsi ilə bağlı Əhməd bəy Ağaoğlu İstanbulda nəşr olunan "Tərcümani-həqiqət" qəzetində "Türklərə məzalim" adlı məqalə yazıb. Sürgündə olduğu müddətdə Saratov, Nijni Novqorod və Varşavadan "İqbal" qəzetinə göndərdiyi məqalələrdə Bakıda baş verən hadisələrə münasibət bildirirdi. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illik yubileyi ilə əlaqədar elan edilən əfv sərəncamından sonra Bakıya qayıdaraq, naşirlik fəaliyyətini davam etdirmişdir. 1917-ci ilin dekabrında qardaşları Abuzər və Qənbərdən ayrılaraq, "Açıq söz" qəzetində Məhəmməd Əmin Rəsulzadə ilə əməkdaşlığa başlamış, qəzetin nəşriyyat işləri üzrə müdiri vəzifəsini icra etmişdir.
1917-ci ildə Ədib və Mühərrirlər Cəmiyyətinin Milli Təşkilat Komitəsində Məhəmməd Əmin Rəsulzadə, Seyid Hüseyn, Ceyhun Hacıbəyli, Hacı İbrahim Qasımov, Əli Paşa Hüseynzadə ilə birlikdə mühərrirlər heyətinə seçilib. "Müsavat" partiyasının üzvü olub. 1917-ci il oktyabrın 25-dən 31-dək Bakıda keçirilmiş "Müsavat" partiyasının Birinci qurultayında partiyanın Mərkəzi Komitəsinə seçilmək üçün namizədliyi verilib.
1917-ci ildə nəşriyyatın avadanlığı Bakı Xalq Komissarları Soveti tərəfındən müsadirə edilib.1920-ci ildə Aprel işğalından sonra təqiblərə məruz qaldığı üçün Bərdəyə qayıdıb.
1930-cu illərdə Oruc Orucov həbs olunaraq sürgünə göndərilib. Daha sonra əfv olunaraq geri qayıdıb. 1954-cü ildə dünyasını dəyişib.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 284. ISBN . 2015-10-18 tarixində (PDF). İstifadə tarixi: 2022-12-05.
- Cəlilova Zülfiyyə. Milli Azərbaycan Tarixi Muzeyinə daxil olan materiallar haqqinda (nəşriyyatçi Orucov qardaşları) (PDF). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2016. səh. 68. 2023-08-06 tarixində (PDF). İstifadə tarixi: 2023-07-13.
- Qılman İlkin. Bakı və bakılılar. Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 173. ISBN . 2023-07-13 tarixində . İstifadə tarixi: 2023-07-13.
- Ənvər Çingizoğlu. "Abuzər bəy Orucov: ermənin əsassız ittihamına görə sürgün" (az.). xudaferin.eu. 2020-08-07. 2023-03-30 tarixində . İstifadə tarixi: 2023-07-13.
- Cəlilova Zülfiyyə. Milli Azərbaycan Tarixi Muzeyinə daxil olan materiallar haqqinda (nəşriyyatçi Orucov qardaşları) (PDF). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2016. səh. 67. 2023-08-06 tarixində (PDF). İstifadə tarixi: 2023-07-13.
- Akif Aşırlı. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2009. səh. 98. 2023-07-13 tarixində (PDF). İstifadə tarixi: 2023-07-13.
- Akif Aşırlı. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2009. səh. 99. 2023-07-13 tarixində (PDF). İstifadə tarixi: 2023-07-13.
- Qılman İlkin. Bakı və bakılılar. Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 277. ISBN . 2023-07-13 tarixində . İstifadə tarixi: 2023-07-13.
- Qılman İlkin. Bakı və bakılılar. Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 266. ISBN . 2023-07-13 tarixində . İstifadə tarixi: 2023-07-13.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 444. ISBN . 2015-10-18 tarixində (PDF). İstifadə tarixi: 2022-12-05.
- Gülsüm İsayeva. Orucov Qardaşları nəşriyyatı (PDF). Bakı: Elmi inkişaf: nəzəri və təcrübi jurnal. 2019. səh. 108. Archived from the original on 2023-07-13. İstifadə tarixi: 2023-09-12.
- Qılman İlkin. Bakı və bakılılar. Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 292. ISBN . 2023-07-13 tarixində . İstifadə tarixi: 2023-07-13.
- Ağaoğlu, Əhməd bəy. "Türklərə məzalim" (az.). Ədəbiyyat qəzeti. 1911-04-13. 2023-03-18 tarixində . İstifadə tarixi: 2023-07-13.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 284. ISBN . 2015-10-18 tarixində (PDF). İstifadə tarixi: 2022-12-05.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 227. ISBN . 2015-10-18 tarixində (PDF). İstifadə tarixi: 2022-12-05.
- Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (PDF). I. Bakı: Azərnəşr. 1998. səh. 177. 2018-02-19 tarixində (PDF). İstifadə tarixi: 2022-11-28.
- Seymur Şeydayev. Orucov qardaşlarının nəşriyyatçılıq fəaliyyətləri (PDF). Bakı. səh. 136. 2021-07-23 tarixində (PDF). İstifadə tarixi: 2023-07-13.
- Zivər Ay. "Mətbəələrini ADR-ə bağışlamış xeyriyyəçilər" (az.). kulis.az. 2013-03-11. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- Dilqəm Əhməd. Fərqlilər. Bakı: TEAS press. 2016. səh. 70-71. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Orucov Oruc Eli oglu 12 sentyabr 1878 Alpout Cavansir qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasi 2 mart 1954 Berde Berde rayonu Azerbaycan SSR SSRI metbuat xadimi nasir publisist Oruc OrucovOruc Eli oglu OrucovDogum tarixi 12 sentyabr 1878 1878 09 12 Dogum yeri Alpout Cavansir qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 2 mart 1954 1954 03 02 75 yasinda Vefat yeri Berde Berde rayonu Azerbaycan SSR SSRIFealiyyeti publisist nasir redaktor d Vikianbarda elaqeli mediafayllar Qardaslari Abuzer ve Qenberle birlikde o dovrde Azerbaycanin en boyuk metbeesi olan Orucov Qardaslari Metbee Nesriyyatini qurub Nicat Muselman Xeyriyye Cemiyyetinde Teftis Komissiyasinin uzvu Edib ve Muherrirler Cemiyyetinin Milli Teskilat Komitesinin muherrirler heyetinin uzvu olub Aprel isgalindan sonra teqiblere meruz qalib 1930 cu illerde surgun olunub HeyatiOruc Orucov 1878 ci il sentyabrin 12 de Berdenin Alpout kendinde anadan olub Ilk tehsilini kend mollaxanasinda almis daha sonra ise Yelizavetpol Mixail senet mektebini bitirib 1896 ci ilde Bakiya kocerek ticaretle mesgul olmaga baslayib 1905 ci ilde qardaslari Qenber ve Abuzerle birlikde Orucov qardaslari nesriyyatini yaradaraq nasirlik fealiyyetine baslamisdir Nesriyyatin muasir avadanliqla techiz olunmus metbeesi kitab ve yazi levazimati satilan magazasi olub Orucov qardaslari nesriyyatinda 1905 ci ilden 1917 ci iledek muxtelif adda ve mezmunda 333 kitab bir nece qezet o cumleden Heqiqet Yeni heqiqet Gunes Asari heqiqet Besiret Iqbal Yeni iqbal ve s qezetler cap olunmusdur Oruc Orucov ozu de 1909 cu ilden etibaren qezetcilik fealiyyetine baslamis Heqiqet 1909 1910 Gunes 1910 1911 Yeni heqiqet 1911 qezetlerinin nasiri olmusdur Publisist meqalelerinde Avropa imperializminin Serqde yeritdiyi mustemlekecilik siyasetini tenqid etmisdir Bakida Nicat Muselman Xeyriyye Cemiyyetinde Teftis Komissiyasinin uzvu ve Haci Zeynalabdin Tagiyevin xeyriyye islerinde komekcisi olub Baki quberniyasi jandarm idaresinin hazirladigi Oruc Orucovun sekli olan hebs senedi 1911 O Orucov 1911 ci ilin martinda panislamizm ideyalarini tebligde teqsirlendirilerek bir qrup jurnalistle birge hebs olunmus ve Rusiyanin daxili quberniyalarina surgun edilmisdir Onlarin bu hebsi ile bagli Ehmed bey Agaoglu Istanbulda nesr olunan Tercumani heqiqet qezetinde Turklere mezalim adli meqale yazib Surgunde oldugu muddetde Saratov Nijni Novqorod ve Varsavadan Iqbal qezetine gonderdiyi meqalelerde Bakida bas veren hadiselere munasibet bildirirdi 1913 cu ilde Romanovlar sulalesinin 300 illik yubileyi ile elaqedar elan edilen efv serencamindan sonra Bakiya qayidaraq nasirlik fealiyyetini davam etdirmisdir 1917 ci ilin dekabrinda qardaslari Abuzer ve Qenberden ayrilaraq Aciq soz qezetinde Mehemmed Emin Resulzade ile emekdasliga baslamis qezetin nesriyyat isleri uzre mudiri vezifesini icra etmisdir 1917 ci ilde Edib ve Muherrirler Cemiyyetinin Milli Teskilat Komitesinde Mehemmed Emin Resulzade Seyid Huseyn Ceyhun Hacibeyli Haci Ibrahim Qasimov Eli Pasa Huseynzade ile birlikde muherrirler heyetine secilib Musavat partiyasinin uzvu olub 1917 ci il oktyabrin 25 den 31 dek Bakida kecirilmis Musavat partiyasinin Birinci qurultayinda partiyanin Merkezi Komitesine secilmek ucun namizedliyi verilib 1917 ci ilde nesriyyatin avadanligi Baki Xalq Komissarlari Soveti terefinden musadire edilib 1920 ci ilde Aprel isgalindan sonra teqiblere meruz qaldigi ucun Berdeye qayidib 1930 cu illerde Oruc Orucov hebs olunaraq surgune gonderilib Daha sonra efv olunaraq geri qayidib 1954 cu ilde dunyasini deyisib IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF II Baki Lider nesriyyat 2005 seh 284 ISBN 9952 417 44 4 2015 10 18 tarixinde PDF Istifade tarixi 2022 12 05 Celilova Zulfiyye Milli Azerbaycan Tarixi Muzeyine daxil olan materiallar haqqinda nesriyyatci Orucov qardaslari PDF Baki Milli Azerbaycan Tarixi Muzeyi 2016 seh 68 2023 08 06 tarixinde PDF Istifade tarixi 2023 07 13 Qilman Ilkin Baki ve bakililar Baki Nurlar nesriyyati 2006 seh 173 ISBN 9952 426 12 7 2023 07 13 tarixinde Istifade tarixi 2023 07 13 Enver Cingizoglu Abuzer bey Orucov ermenin esassiz ittihamina gore surgun az xudaferin eu 2020 08 07 2023 03 30 tarixinde Istifade tarixi 2023 07 13 Celilova Zulfiyye Milli Azerbaycan Tarixi Muzeyine daxil olan materiallar haqqinda nesriyyatci Orucov qardaslari PDF Baki Milli Azerbaycan Tarixi Muzeyi 2016 seh 67 2023 08 06 tarixinde PDF Istifade tarixi 2023 07 13 Akif Asirli Azerbaycan metbuati tarixi PDF Baki Elm ve tehsil nesriyyati 2009 seh 98 2023 07 13 tarixinde PDF Istifade tarixi 2023 07 13 Akif Asirli Azerbaycan metbuati tarixi PDF Baki Elm ve tehsil nesriyyati 2009 seh 99 2023 07 13 tarixinde PDF Istifade tarixi 2023 07 13 Qilman Ilkin Baki ve bakililar Baki Nurlar nesriyyati 2006 seh 277 ISBN 9952 426 12 7 2023 07 13 tarixinde Istifade tarixi 2023 07 13 Qilman Ilkin Baki ve bakililar Baki Nurlar nesriyyati 2006 seh 266 ISBN 9952 426 12 7 2023 07 13 tarixinde Istifade tarixi 2023 07 13 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF II Baki Lider nesriyyat 2005 seh 444 ISBN 9952 417 44 4 2015 10 18 tarixinde PDF Istifade tarixi 2022 12 05 Gulsum Isayeva Orucov Qardaslari nesriyyati PDF Baki Elmi inkisaf nezeri ve tecrubi jurnal 2019 seh 108 Archived from the original on 2023 07 13 Istifade tarixi 2023 09 12 Qilman Ilkin Baki ve bakililar Baki Nurlar nesriyyati 2006 seh 292 ISBN 9952 426 12 7 2023 07 13 tarixinde Istifade tarixi 2023 07 13 Agaoglu Ehmed bey Turklere mezalim az Edebiyyat qezeti 1911 04 13 2023 03 18 tarixinde Istifade tarixi 2023 07 13 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF II Baki Lider nesriyyat 2005 seh 284 ISBN 9952 417 44 4 2015 10 18 tarixinde PDF Istifade tarixi 2022 12 05 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF II Baki Lider nesriyyat 2005 seh 227 ISBN 9952 417 44 4 2015 10 18 tarixinde PDF Istifade tarixi 2022 12 05 Azerbaycan Xalq Cumhuriyyeti 1918 1920 Parlament PDF I Baki Azernesr 1998 seh 177 2018 02 19 tarixinde PDF Istifade tarixi 2022 11 28 Seymur Seydayev Orucov qardaslarinin nesriyyatciliq fealiyyetleri PDF Baki seh 136 2021 07 23 tarixinde PDF Istifade tarixi 2023 07 13 Ziver Ay Metbeelerini ADR e bagislamis xeyriyyeciler az kulis az 2013 03 11 2023 07 13 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 07 13 Dilqem Ehmed Ferqliler Baki TEAS press 2016 seh 70 71 ISBN 9789952494686