Bu məqalə Osmanlı şairi Sinan Şeyxinin tərcüməsi haqqındadır. Əsərin orijinalı haqqında məqalə üçün Xosrov və Şirin (Nizami) səhifəsinə baxın. |
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının türk dilinə ilk tərcümələrindən biri XV əsr Osmanlı şairi Sinan Şeyxinin tərcüməsidir.
Xosrov və Şirin | |
---|---|
Müəllif | Nizami Gəncəvi |
Janr | məsnəvi |
Orijinalın dili | türk dili |
Orijinalın nəşr ili | 1422 |
Tərcüməçi | Sinan Şeyxi |
Tarixi
Türk ədəbiyyatında "Xosrov və Şirin" mövzusu ilk dəfə XV əsrin məşhur şairi, gərmiyanlı Yusif Sinan Şeyxi (1422) tərəfindən işlənilmişdir. Şeyxi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını fars dilindən türk dilinə tərcümə etmişdir. Şeyxinin bu tərcüməsi "Xosrov və Şirin" mövzusunun türk ədəbiyyatında yayılması üçün gözəl şərait yaratmışdır. Şeyxidən sonra yetişən türk şairləri onun təsiri ilə Nizami ənənəsini özlərinə məxsus şəkildə davam etdirmişlər. Lakin türk ədəbiyyatında bu mövzuya həsr edilmiş əsərlərin çoxu müstəqil əsər olmamaqla, Nizaminin və Hatifinin əsərinin tərcüməsidir.
Şeyxi gözəl qəzəllərin müəllifi olmasına baxmayaraq, əsasən diqqətini məsnəvi tərzi cəlb etmişdir. Şeyxinin fikrincə, yalnız məsnəvi hər hansı bir fikri istənilən şəkildə ifadə etmək üçün müəllifə geniş imkan verir. O, haqlı olaraq qəzəl janrına həvəs bəsləməklə bərabər, geniş fikir söyləmək vasitəsinin məsnəvi olduğunu bildirir. Şeyxinin məsnəvi tərzində nəzmə çəkdiyi iki məşhur əsəri vardır: "Xosrov və Şirin" və "Xərnamə".
Firdovsi Rumi (Firdovsi Təvil) qeyd edir ki, Şeyxi "Xosrov və Şirin"i əvvəlcə Gərmiyan bəyzadəsi Mustafa Çələbi üçün yazsa da, əsər bitməmiş M. Çələbi öldüyünə görə sonradan II Sultan Murada ithaf etmişdir. Lakin, Şeyxi özü bu haqqda bir kəlmə də söyləməmiş, yalnız Sultan II Muraddan söz açmışdır. Q. Beqdeli bildirir ki, deməli, Şeyxi "Xosrov və Şirin" poemasını II Sultan Muradın taxta çıxması ilə əlaqədar olaraq, tərcüməyə başlamışdı. Bu fikri kastamonulu Ə. Lətifi də öz təzkirəsində təsdiq edir. O, yazır:
“Şeyxi əş-şüəra Mövlana Şeyxi...Muradxan Qazi dövründə və Seyid Nəsimiyə Bursada cəm olmuşdur...Zəbani-türkidə qisseyi-“Xosrov və Şirin”i ondan şirin demiş yoxdur...Ol zaman ki, məzbur Şeyxi kitabi-məzkuri təkmil və tədvin edub, ətəbəyi-Sultan Muradxana ilətdi.” |
Şeyxi əsərini Kütahyada, yaxud Ədirnədə Sultan II Muradın sarayında yazmışdır. Faruk K. Timurtaş qeyd edir ki, çox ehtimal ki, əsər 1421–1428/29-cu illərdə nəzmə çəkilmişdir. Lakin, şairin vəfatı ilə əlaqədar "Xosrov və Şirin" yarımçıq qalmış, davamını şairin bacısı oğlu Camali yazmaq istəsə də, bu işin öhdəsindən gələ bilməmiş, əsərə 212 misradan ibarət bir zeyl yazmaqla kifayətlənmiş, əsər yenə də yarımçıq qalmışdır. Katib Çələbi isə qeyd edir ki, "Əsəri şairin qardaşı Camal sona çatdırmışdır."
Məzmunu
Şeyxi hadisələrin başlanğıcını demək olar ki, eyniylə Nizamidə olduğu kimi tərcümə etmişdir. Ənuşirəvanın vəfatından sonra Hürmüzün taxta çıxması, çoxlu nəzir və niyazdan sonra oğlu olması, adının Xosrov Pərviz qoyulması, Xosrovun böyüyüb ova getməsi, ovda baş verən hadisələrin Hürmüzə xəbər verilməsi, atasının Xosrova divan tutub cəzalandırmaq istəməsi və digər tədbirlər görməsi, nəhayət Xosrovun vasitə salıb atasından üzr istəməsi, sonra da vəliəhd olması əhvalatı eyni ilə Nizamidə olduğu kimi tərcümə edilmişdir. Bu hissədə məzmun etibarilə o qədər fərq yoxdur. Fərq burasındadır ki, Nizami Xosrovun ibadətxanaya gedib, sitayiş etməsini bir beytdə verirsə, Şeyxi bu dini məsələni böyüdür, tərcümədə bu məsələlərə çox böyük yer verir. Xosrovun hər gecə səhərə qədər ibadətxanada dua etməsindən danışır.
Həmin hadisələrin ardı məzmun etibarilə tamamilə Nizamidə olduğu kimi olsa da, forma və üslub cəhətdən Nizamidən fərqlidir. Həm də surətlərin yeri dəyişdirilmişdir. Şeyxi burda da yenə ilahi qüvvəni ortaya gətirmişdir. Sonrakı hadisələr də təxminən Nizamidə olduğu kimidir. Xosrov Şirinin gözəlliyi haqqında Şapurun söhbətlərini eşidərək qayibanə şəkildə ona vurulur. Şapurun Şirini Mədainə yola salması epizodunda Şeyxi bəzi coğrafi məkan adlarını buraxır. Nizami Şapuru "mən" kəlməsi ilə danışdırır. Onun şəxsiyyətini alçaltmır. Lakin, Şeyxi "mən" sözünün yerinə "qul" sözü işlədir. Tərcümədə bu kimi misraların sayı həddindən artıqdır.
Sonrakı hadisələrdə yenə Şeyxi əsərdə bəzi xırda dəyişikliklərə yol vermişdir. Orijinalda, elə ki, Şirin Xosrovun taxt-tacını əldə edib, Məryəmlə evlənməsi xəbərini eşidir, səltənəti bir köləsinə tapşırıb, Qəsri Şirinə tərəf yola düşür. Şeyxi də həmin epizodu olduğu kimi tərcümə edir. Lakin hadisəyə səbəb və çıxış yolu tapmaq üçün müəllif əlavə edir ki, Şirin Qüdsü ziyarət adı ilə Ərmənzəmindən çıxır. Beləliklə, şair bir növ Şirinin öz vətənini tərk etməsinə bir növ haqq qazandırır.
Fərhadın da macərası eyniylə Nizamidə olduğu kimi başlayır və davam edir. Fərhadın ölümü və sonrakı hadisələr əsasən Nizamidə olduğu kimi təsvir olunsa da, Şeyxi detallara çox diqqət yetirərək həcmi artırmışdır.
Tədqiqi
"Xosrov və Şirin" əsərinin tərcüməsi Şeyxinin ən böyük əsəri hesab edilir. Faruk K. Timurtaş 1950-ci ild Şeyxinin "Xosrov və Şirin" tərcüməsinə həsr edilmiş iki cildlik əsər yazmışdır. O, bu əsərində yazır:
“Şeyxi “Xosrov və Şirin” mövzusunu özündən əvvəl və sonra gələn türk şairləri sırasında çox müvəffəqiyyətlə işləyən bir şairdir. Bir çox məlliflər Şeyxinin “Xosrov və Şirin” əsərini bu mövzuda türkcə nəzmə çəkilmiş əsərlərin ən gözəli kimi qeyd etmişlər.” |
Şeyxi əsəri özünəməxsus bir tərzdə tərcümə etmişdir. O Türkiyənin o dövrdəki tarixi şərait və ictimai tələblərini nəzərdə tutaraq tərcümədə külli miqdarda dəyişikliklərə yol vermişdir. Bəzən əsəri eyniylə ardıcıl surətdə tərcümə etmiş, birdən orijinalı kənara qoyub sərbəst hərəkət edərək, əsərə yeni misralar artırmışdır.
Faruk K. Timurtaşın verdiyi məlumata görə, Şeyxinin əsəri 6944 beytdən ibarətdir. Lakin, "İslam Ensiklopediyası" bu rəqəmi 6370 qeyd edərək, onun yalnız 1979 beytini eynən Nizamidən tərcümə, və qalanını (4391 beyti) isə orijinal nəzmə çəkilən "Xosrov və Şirin" poeması adlandırmışdır. Fevziyyə Əbdüllah isə əsərin həcminin 6370 beyt olduğunu göstərir. Polşa alimi A. Zayançkovski bu məsnəvinin Parisdə saxlanan əlyazma nüsxəsinin foto-surətini 1963-cü ildə Varşavada nəşr etdirmişdir ki, həmin nüsxədə toplanmış beytlərin sayı 7098-dir. Lakin, bunu da qeyd etmək lazımdır ki, Şeyxinin tərcüməsi haqqında verilən bu rəqəmlər Xosrovun Şirinlə evlənməsinə qədərki hadisələrdən ibarətdir. Halbuki, Nizaminin "Xosrov və Şirin" əsərində Xosrovun Şirinlə evlənməsinə qədərki hissə ancaq 5194 beyt təşkil edir. "İslam Ensiklopediyası"nda orijinal kimi göstərilmiş 4391 miqdarındakı beytlərdə heç vaxt tamamilə Nizami mövzusundan kənar mühüm bir hadisə və mətləb verilməmişdir. Şair burada Nizami əsərini sətri yox, öz sözləri ilə tərcümə etmişdir. Bəzən də əsərdə kiçik dəyişiklərə yol vermişdir.
Şeyxi də "Xosrov və Şirin" mövzusuna keçməzdən əvvəl minacat, nət, hikmət bəhsi, kitabın nəzmə çəkilməsinin səbəbi, II Sultan Muradın tərifi və Sultana nəsihət mövzularında 1550 misralıq (13 mənzum parçadan ibarət) giriş və müqəddimə yazmışdır. Əsas poema isə 11 bölmədən ibarətdir ki, hər bölmənin əvvəlində bu bölməyə aid 20–30 misralıq giriş söyləmiş, sonradan mətləbə keçmişdir. Şeyxinin tərcüməsində Nizami pormasından tamamilə fərqli olaraq Fərhadın, Şirinin və Xosrovun dilindən söylənmiş 26 qəzəl (392 misradan ibarətdir) vardır.
Bakı əlyazması
Şeyxinin "Xosrov və Şirin" əsərinin ən qədim əlyazma nüsxələrindən biri Bakıda saxlanılır.Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin kitabxanasında (inv. N. 17) olan əlyazmanın başlanğıcında və ortalarında bir neçə vərəqi düşmüşdür. Vərəqlərin sayı 210/420 səhifədən ibarətdir. Kağızı XIV əsrə aiddir. Xətti isə qırma rüqə xətti və qara mürəkkəblə yazılmışdır. Sərlövhələrin yeri boşdur. Kitabın vərəqlərinin evi 14, uzunluğu isə 20 santimetrdir. Katibi naməlum olan bu nadir əlyazmanın yazılma tarixi kitabın son səhifəsində ərəb dilində belə qeyd edilmişdir:
“Salavat olsun ağamız Məhəmməd peyğəmbərə, onun övladına və cəmi səhabələrinə kitab yazılıb bitdi onun hicrətinin 930 (1523-1524) – cu ilində ramazan-əlmübarək ayının 24-də.” |
Təsirləri
Şeyxidən sonra Türkiyədə bir çoxları Nizami "Xəmsə"sinə diqqət yetirib, onun poemalarını tərcümə etmək fikrinə düşmüşdür. Şeyxinin müasirlərindən olub, II Sultan Bəyazidin dövründə yaşayan şairlərdən Əhməd Rizvan (Razvai) Nizaminin "Xəmsə"sini türk dilinə tərcümə etmişdir. Ə. Rizvanın tərcümə etdiyi "Xosrov və Şirin" poemasının nüsxələri Berlin və Qota kitabxanalarında saxlanılır. Bundan sonra türk ədəbiyyatında da "Xəmsə" yazmaq dəb olur. Bu dövrüdə yazanlardan biri də II Sultan Bəyazid dövrünün görkəmli şairlərindən olan Məhəmməd Müididir. Müidi məsnəvilərinin birisi "Xosrov və Şirin" adlanır ki, bu əsər haqqında da "İslam Ensiklopediyası"nda məlumat verilir. Sultan II Bəyazid dövrünün şairlərindən Mövlana Sədri, Həyati Agah Sirri, Hərami, Sultan I Səlim dövrünün şairlərindən Ahi, XV əsr şairi İznikli Cəlili, Sultan Bəyazid dövrünün şairi Bursalı Cəlili, XVI əsr türk şairi Lamei, Şani və başqaları da "Xosrov və Şirin" mövzusunda məsnəvilər yazmışlar.
İstinadlar və Qeydlər
- İslam Ansiklopedisi, XXXV cüz, İstanbul, 1947, səh. 565
- Şeyxi – Divan, Müqəddimə, İstanbul, 1942, səh. 6
- Seyhi – Husrov u Sirin, Warsawa, 1963, səh. 24/580
- 248 misradan ibarət olan bu əsər satirik bir məsnəvidir. Bax: Ə. Lətifi – Təzkirə, İstanbul, h/q 1314, səh. 215
- F. Köprülü – Firdovsi, I A, IV, səh. 649
- Beqdeli, 264
- Ə. Lətifi – Təzkirə, İstanbul, h/q 1314, səh. 215
- Bu zeyl iki hissədən ibarətdir. Birinci hissə Şeyxinin vəfatına, ikinci hissə Sultan Muradın mədhinə həsr edilmişdir.
- Katib Çələbi. Zənlərin açıqlanması. "əl-Aləm" mətbəəsi, 1310 h., "Xa" fəsli, s.464
- Faruk K. Timurtaş – Şeyhi ve "Hüsrev ü Şirin", II ciltte, Türkiyyet Enstitüsü, tez. N. 338
- Faruk K. Timurtaş – Şeyhi ve “Hüsrev ü Şirin”, II ciltte,, I cild, səh. 336
- Beqdeli, 271
- İslam Ensiklopediyası, XXXV cüz, II cild, İstanbul, 1947, səh. 565
- Beqdeli, 272
- Nizamidə bu hissə Saqinamə adlanır və əksərən dörd misradan ibarətdir.
- Bu bölmədəki məlumatlar tamamilə Q. Beqdelinin 1970-ci ildə nəşr edilmiş "Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu" monoqrafiyasından götürülmüşdür.
- Beqdeli, 273
- Səhi təzkirəsi, səh. 36
- Pertsch (Berlin tr.) ns 126–173
- İslam Ensiklopediyası, XXXV cüz, İstanbul, 1947, səh. 561
- Səhi təzkirəsi, səh. 88
- Ləvənd – Həyatinin "İskəndərnamə"si, IV cild, 1952, səh. 11–13
- Faruk K. Timurtaş – Türk ədəbiyyatında "Xosrov və Şirin" və "Fərhad və Şirin" hekayəsi, Ankara, 1959, səh. 73
- Gelibolulu Ahi – Günhül-əxbar, səh. 241
- Səhi təzkirəsi, səh. 114
- Kəşfül-zünun, səh. 724
- Osmanlı müəllifləri, II, İstanbul, 1955, səh. 66
- Faruk K. Timurtaş – Türk ədəbiyyatında "Xosrov və Şirin" və "Fərhad və Şirin" hekayəsi, Ankara, 1959, səh.78
Ədəbiyyat
- Q. Beqdeli – Şərq ədəbiyyatında "Xosrov və Şirin" mövzusu, Bakı, 1970
- Faruk K. Timurtaş – Türk ədəbiyyatında "Xosrov və Şirin" və "Fərhad və Şirin" hekayəsi, Ankara, 1959
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Xosrov ve Sirin deqiqlesdirme Bu meqale Osmanli sairi Sinan Seyxinin tercumesi haqqindadir Eserin orijinali haqqinda meqale ucun Xosrov ve Sirin Nizami sehifesine baxin Nizami Gencevinin Xosrov ve Sirin poemasinin turk diline ilk tercumelerinden biri XV esr Osmanli sairi Sinan Seyxinin tercumesidir Xosrov ve SirinMuellif Nizami GenceviJanr mesneviOrijinalin dili turk diliOrijinalin nesr ili 1422Tercumeci Sinan SeyxiTarixiTurk edebiyyatinda Xosrov ve Sirin movzusu ilk defe XV esrin meshur sairi germiyanli Yusif Sinan Seyxi 1422 terefinden islenilmisdir Seyxi Nizami Gencevinin Xosrov ve Sirin poemasini fars dilinden turk diline tercume etmisdir Seyxinin bu tercumesi Xosrov ve Sirin movzusunun turk edebiyyatinda yayilmasi ucun gozel serait yaratmisdir Seyxiden sonra yetisen turk sairleri onun tesiri ile Nizami enenesini ozlerine mexsus sekilde davam etdirmisler Lakin turk edebiyyatinda bu movzuya hesr edilmis eserlerin coxu musteqil eser olmamaqla Nizaminin ve Hatifinin eserinin tercumesidir Seyxi gozel qezellerin muellifi olmasina baxmayaraq esasen diqqetini mesnevi terzi celb etmisdir Seyxinin fikrince yalniz mesnevi her hansi bir fikri istenilen sekilde ifade etmek ucun muellife genis imkan verir O haqli olaraq qezel janrina heves beslemekle beraber genis fikir soylemek vasitesinin mesnevi oldugunu bildirir Seyxinin mesnevi terzinde nezme cekdiyi iki meshur eseri vardir Xosrov ve Sirin ve Xername Firdovsi Rumi Firdovsi Tevil qeyd edir ki Seyxi Xosrov ve Sirin i evvelce Germiyan beyzadesi Mustafa Celebi ucun yazsa da eser bitmemis M Celebi olduyune gore sonradan II Sultan Murada ithaf etmisdir Lakin Seyxi ozu bu haqqda bir kelme de soylememis yalniz Sultan II Muraddan soz acmisdir Q Beqdeli bildirir ki demeli Seyxi Xosrov ve Sirin poemasini II Sultan Muradin taxta cixmasi ile elaqedar olaraq tercumeye baslamisdi Bu fikri kastamonulu E Letifi de oz tezkiresinde tesdiq edir O yazir Seyxi es suera Movlana Seyxi Muradxan Qazi dovrunde ve Seyid Nesimiye Bursada cem olmusdur Zebani turkide qisseyi Xosrov ve Sirin i ondan sirin demis yoxdur Ol zaman ki mezbur Seyxi kitabi mezkuri tekmil ve tedvin edub etebeyi Sultan Muradxana iletdi Seyxi eserini Kutahyada yaxud Edirnede Sultan II Muradin sarayinda yazmisdir Faruk K Timurtas qeyd edir ki cox ehtimal ki eser 1421 1428 29 cu illerde nezme cekilmisdir Lakin sairin vefati ile elaqedar Xosrov ve Sirin yarimciq qalmis davamini sairin bacisi oglu Camali yazmaq istese de bu isin ohdesinden gele bilmemis esere 212 misradan ibaret bir zeyl yazmaqla kifayetlenmis eser yene de yarimciq qalmisdir Katib Celebi ise qeyd edir ki Eseri sairin qardasi Camal sona catdirmisdir MezmunuXosrovun cayda cimen Sirini gormesi Seyxinin Xosrov ve Sirin eserinin elyazmasina cekilmis miniatur Topqapi sarayi 1480 Seyxi hadiselerin baslangicini demek olar ki eyniyle Nizamide oldugu kimi tercume etmisdir Enusirevanin vefatindan sonra Hurmuzun taxta cixmasi coxlu nezir ve niyazdan sonra oglu olmasi adinin Xosrov Perviz qoyulmasi Xosrovun boyuyub ova getmesi ovda bas veren hadiselerin Hurmuze xeber verilmesi atasinin Xosrova divan tutub cezalandirmaq istemesi ve diger tedbirler gormesi nehayet Xosrovun vasite salib atasindan uzr istemesi sonra da veliehd olmasi ehvalati eyni ile Nizamide oldugu kimi tercume edilmisdir Bu hissede mezmun etibarile o qeder ferq yoxdur Ferq burasindadir ki Nizami Xosrovun ibadetxanaya gedib sitayis etmesini bir beytde verirse Seyxi bu dini meseleni boyudur tercumede bu meselelere cox boyuk yer verir Xosrovun her gece sehere qeder ibadetxanada dua etmesinden danisir Hemin hadiselerin ardi mezmun etibarile tamamile Nizamide oldugu kimi olsa da forma ve uslub cehetden Nizamiden ferqlidir Hem de suretlerin yeri deyisdirilmisdir Seyxi burda da yene ilahi quvveni ortaya getirmisdir Sonraki hadiseler de texminen Nizamide oldugu kimidir Xosrov Sirinin gozelliyi haqqinda Sapurun sohbetlerini esiderek qayibane sekilde ona vurulur Sapurun Sirini Medaine yola salmasi epizodunda Seyxi bezi cografi mekan adlarini buraxir Nizami Sapuru men kelmesi ile danisdirir Onun sexsiyyetini alcaltmir Lakin Seyxi men sozunun yerine qul sozu isledir Tercumede bu kimi misralarin sayi heddinden artiqdir Sonraki hadiselerde yene Seyxi eserde bezi xirda deyisikliklere yol vermisdir Orijinalda ele ki Sirin Xosrovun taxt tacini elde edib Meryemle evlenmesi xeberini esidir selteneti bir kolesine tapsirib Qesri Sirine teref yola dusur Seyxi de hemin epizodu oldugu kimi tercume edir Lakin hadiseye sebeb ve cixis yolu tapmaq ucun muellif elave edir ki Sirin Qudsu ziyaret adi ile Ermenzeminden cixir Belelikle sair bir nov Sirinin oz vetenini terk etmesine bir nov haqq qazandirir Ferhadin da macerasi eyniyle Nizamide oldugu kimi baslayir ve davam edir Ferhadin olumu ve sonraki hadiseler esasen Nizamide oldugu kimi tesvir olunsa da Seyxi detallara cox diqqet yetirerek hecmi artirmisdir Tedqiqi Xosrov ve Sirin eserinin tercumesi Seyxinin en boyuk eseri hesab edilir Faruk K Timurtas 1950 ci ild Seyxinin Xosrov ve Sirin tercumesine hesr edilmis iki cildlik eser yazmisdir O bu eserinde yazir Seyxi Xosrov ve Sirin movzusunu ozunden evvel ve sonra gelen turk sairleri sirasinda cox muveffeqiyyetle isleyen bir sairdir Bir cox mellifler Seyxinin Xosrov ve Sirin eserini bu movzuda turkce nezme cekilmis eserlerin en gozeli kimi qeyd etmisler Seyxi eseri ozunemexsus bir terzde tercume etmisdir O Turkiyenin o dovrdeki tarixi serait ve ictimai teleblerini nezerde tutaraq tercumede kulli miqdarda deyisikliklere yol vermisdir Bezen eseri eyniyle ardicil suretde tercume etmis birden orijinali kenara qoyub serbest hereket ederek esere yeni misralar artirmisdir Faruk K Timurtasin verdiyi melumata gore Seyxinin eseri 6944 beytden ibaretdir Lakin Islam Ensiklopediyasi bu reqemi 6370 qeyd ederek onun yalniz 1979 beytini eynen Nizamiden tercume ve qalanini 4391 beyti ise orijinal nezme cekilen Xosrov ve Sirin poemasi adlandirmisdir Fevziyye Ebdullah ise eserin hecminin 6370 beyt oldugunu gosterir Polsa alimi A Zayanckovski bu mesnevinin Parisde saxlanan elyazma nusxesinin foto suretini 1963 cu ilde Varsavada nesr etdirmisdir ki hemin nusxede toplanmis beytlerin sayi 7098 dir Lakin bunu da qeyd etmek lazimdir ki Seyxinin tercumesi haqqinda verilen bu reqemler Xosrovun Sirinle evlenmesine qederki hadiselerden ibaretdir Halbuki Nizaminin Xosrov ve Sirin eserinde Xosrovun Sirinle evlenmesine qederki hisse ancaq 5194 beyt teskil edir Islam Ensiklopediyasi nda orijinal kimi gosterilmis 4391 miqdarindaki beytlerde hec vaxt tamamile Nizami movzusundan kenar muhum bir hadise ve metleb verilmemisdir Sair burada Nizami eserini setri yox oz sozleri ile tercume etmisdir Bezen de eserde kicik deyisiklere yol vermisdir Seyxi de Xosrov ve Sirin movzusuna kecmezden evvel minacat net hikmet behsi kitabin nezme cekilmesinin sebebi II Sultan Muradin terifi ve Sultana nesihet movzularinda 1550 misraliq 13 menzum parcadan ibaret giris ve muqeddime yazmisdir Esas poema ise 11 bolmeden ibaretdir ki her bolmenin evvelinde bu bolmeye aid 20 30 misraliq giris soylemis sonradan metlebe kecmisdir Seyxinin tercumesinde Nizami pormasindan tamamile ferqli olaraq Ferhadin Sirinin ve Xosrovun dilinden soylenmis 26 qezel 392 misradan ibaretdir vardir Baki elyazmasi Seyxinin Xosrov ve Sirin eserinin en qedim elyazma nusxelerinden biri Bakida saxlanilir Nizami Gencevi adina Azerbaycan Edebiyyati Muzeyinin kitabxanasinda inv N 17 olan elyazmanin baslangicinda ve ortalarinda bir nece vereqi dusmusdur Vereqlerin sayi 210 420 sehifeden ibaretdir Kagizi XIV esre aiddir Xetti ise qirma ruqe xetti ve qara murekkeble yazilmisdir Serlovhelerin yeri bosdur Kitabin vereqlerinin evi 14 uzunlugu ise 20 santimetrdir Katibi namelum olan bu nadir elyazmanin yazilma tarixi kitabin son sehifesinde ereb dilinde bele qeyd edilmisdir Salavat olsun agamiz Mehemmed peygembere onun ovladina ve cemi sehabelerine kitab yazilib bitdi onun hicretinin 930 1523 1524 cu ilinde ramazan elmubarek ayinin 24 de Tesirleri Seyxiden sonra Turkiyede bir coxlari Nizami Xemse sine diqqet yetirib onun poemalarini tercume etmek fikrine dusmusdur Seyxinin muasirlerinden olub II Sultan Beyazidin dovrunde yasayan sairlerden Ehmed Rizvan Razvai Nizaminin Xemse sini turk diline tercume etmisdir E Rizvanin tercume etdiyi Xosrov ve Sirin poemasinin nusxeleri Berlin ve Qota kitabxanalarinda saxlanilir Bundan sonra turk edebiyyatinda da Xemse yazmaq deb olur Bu dovrude yazanlardan biri de II Sultan Beyazid dovrunun gorkemli sairlerinden olan Mehemmed Muididir Muidi mesnevilerinin birisi Xosrov ve Sirin adlanir ki bu eser haqqinda da Islam Ensiklopediyasi nda melumat verilir Sultan II Beyazid dovrunun sairlerinden Movlana Sedri Heyati Agah Sirri Herami Sultan I Selim dovrunun sairlerinden Ahi XV esr sairi Iznikli Celili Sultan Beyazid dovrunun sairi Bursali Celili XVI esr turk sairi Lamei Sani ve basqalari da Xosrov ve Sirin movzusunda mesneviler yazmislar Istinadlar ve QeydlerIslam Ansiklopedisi XXXV cuz Istanbul 1947 seh 565 Seyxi Divan Muqeddime Istanbul 1942 seh 6 Seyhi Husrov u Sirin Warsawa 1963 seh 24 580 248 misradan ibaret olan bu eser satirik bir mesnevidir Bax E Letifi Tezkire Istanbul h q 1314 seh 215 F Koprulu Firdovsi I A IV seh 649 Beqdeli 264 E Letifi Tezkire Istanbul h q 1314 seh 215 Bu zeyl iki hisseden ibaretdir Birinci hisse Seyxinin vefatina ikinci hisse Sultan Muradin medhine hesr edilmisdir Katib Celebi Zenlerin aciqlanmasi el Alem metbeesi 1310 h Xa fesli s 464 Faruk K Timurtas Seyhi ve Husrev u Sirin II ciltte Turkiyyet Enstitusu tez N 338 Faruk K Timurtas Seyhi ve Husrev u Sirin II ciltte I cild seh 336 Beqdeli 271 Islam Ensiklopediyasi XXXV cuz II cild Istanbul 1947 seh 565 Beqdeli 272 Nizamide bu hisse Saqiname adlanir ve ekseren dord misradan ibaretdir Bu bolmedeki melumatlar tamamile Q Beqdelinin 1970 ci ilde nesr edilmis Serq edebiyyatinda Xosrov ve Sirin movzusu monoqrafiyasindan goturulmusdur Beqdeli 273 Sehi tezkiresi seh 36 Pertsch Berlin tr ns 126 173 Islam Ensiklopediyasi XXXV cuz Istanbul 1947 seh 561 Sehi tezkiresi seh 88 Levend Heyatinin Iskendername si IV cild 1952 seh 11 13 Faruk K Timurtas Turk edebiyyatinda Xosrov ve Sirin ve Ferhad ve Sirin hekayesi Ankara 1959 seh 73 Gelibolulu Ahi Gunhul exbar seh 241 Sehi tezkiresi seh 114 Kesful zunun seh 724 Osmanli muellifleri II Istanbul 1955 seh 66 Faruk K Timurtas Turk edebiyyatinda Xosrov ve Sirin ve Ferhad ve Sirin hekayesi Ankara 1959 seh 78EdebiyyatQ Beqdeli Serq edebiyyatinda Xosrov ve Sirin movzusu Baki 1970 Faruk K Timurtas Turk edebiyyatinda Xosrov ve Sirin ve Ferhad ve Sirin hekayesi Ankara 1959Hemcinin baxXosrov ve Sirin Turkiye edebiyyati