Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi | |
---|---|
Əsası qoyulub | 1939 |
Açılış tarixi | 14 may 1945 |
Mövzu | Ədəbiyyat |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, AZ 1001, İstiqlaliyyət, 53 |
Kolleksiyası | 59 275 eksponat |
Direktor | Rafael Hüseynov |
Muzeyə yetişmək | M 1 İçərişəhər metrostansiyası |
Telefon | (+994 12) 492-18-64 |
İş rejimi | 11.00 - 17.00, Bazar ertəsi – Şənbə |
| |
nizamimuseum.az/museum/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin tarixi
Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi.
Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı. Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilmişdi. O zaman — 1941-ci ildə Nizami Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən — o vaxtkı blokadada olan Leninqradda, Ermitajda keçirildi və bu, böyük bir tarixi hadisə idi.
Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatırə muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Memarlar Sadıq Dadaşov və Mikayıl Üseynovun layihəsi çərçivəsində əsaslı təmir işləri aparılmış, baş fasadda heykəllər quraşdırılmış və daha iki mərtəbə tamamlandı. Binanın fasadında Azərbaycanın görkəmli şairləri və yazıçılarının heykəlləri quraşdırılıb. Məhəmməd Füzuli (heykəltaraş F. Əbdürrəhmanov), Molla Pənah Vaqif (heykəltaraş C. Qaryağdı), Mirzə Fətəli Axundov (heykəltaraş P.Sabsay), Xurşidbanu Natəvan (heykəltaraş E. Tripolskaya), Cəlil Məmmədquluzadə (heykəltaraş N. Zaxarov) və Cəfər Cabbarlı (heykəltaraş S.Klyatsky). Muzeyin interyeri Lətif Kərimov tərəfindən bəzədilmişdir. Sonradan Nizami xatirə muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir.
1959 və 1967-ci illərdə muzey hərtərəfli bərpa edilmiş, genişlənmişdir. 2004–2009-cu illərdə təmir və restovrasiya olunmuşdur. Sərginin sahəsi 2500 kv. metrədək artmışdır.
Muzeyin ekspozisiyası
Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır. Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.
Ekspozisiya zallarında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Cavid, Salman Mümtaz, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal kimi tanınmış şair və yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar toplanmışdır. Muzey mütəmadi olaraq müxtəlif elmi əsərlər, monoqrafiyalar, buklet və bələdçilər nəşr etdirir.
Nizami muzeyində ardıcıl olaraq Nizami lektoriyaları, elmi seminarlar, mühazirələr, tanınmış ictimai, elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil edilir.
Muzeyin direktoru akademik Rafael Hüseynovdur.
Qalereya
- Üzərində Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı muzeyinin əksi olan poçt markası. Bakı-2012
-
- Muzeyin fasadında olan kaşı bəzəkləri
- Bəhram yeddi gözəlin rəsmlərinə baxarkən, Nizami Gəncəvinin Xəmsəsindən "Yeddi Gözəl" poemasına çəkilmiş miniatür, Behzad məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161
- Çeçmə başında Şirin, Nizami Gəncəvi, Xəmsə, "Xosrov və Şirin", Behzad minyatur məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/J
- Bəhramın iki şir arasından tacını götürməsi, Nizami Gəncəvinin Xəmsəsindən "Yeddi Gözəl" poemasına çəkilmiş miniatür, Behzad məktəbi, 1479, eni 10,5 sm, hündürlüyü 20 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/31
İstinadlar
- "Azərbaycan muzeyləri (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi)". 2016-03-09 tarixində . İstifadə tarixi: 2010-08-18.
- . 2010-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-18.
- "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı oldu". 2021-05-09 tarixində . İstifadə tarixi: 2010-07-09.
- "Tişə ustası Cəlal Qaryağdı. 525-ci qəzet.- 2012.- 20 mart.- S.7". 2021-10-01 tarixində . İstifadə tarixi: 2018-10-05.
- . 2009-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-09.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati muzeyi Bakida yerlesen elmi tedqiqat muessisesi 1945 ci ilde teskil olunmusdur Nizami Genvevi adina Milli Azerbaycan Edebiyyati muzeyi Azerbaycan sairi Nizami Gencevinin adini dasiyir Muzey 1959 ve 1967 ci illerde xeyli genislendirilmis ve yeniden qurulmusdur Azerbaycan edebiyyatina ve medeniyyetine aid materiallarin toplanmasi tedqiqi elmi fondlarda qorunmasi ekspozisiyada ve sergilerde numayis etdirilmesi ile mesgul olur Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati MuzeyiEsasi qoyulub 1939Acilis tarixi 14 may 1945Movzu EdebiyyatOlke AzerbaycanYerlesir Azerbaycan Baki AZ 1001 Istiqlaliyyet 53Kolleksiyasi 59 275 eksponatDirektor Rafael HuseynovMuzeye yetismek M 1 Iceriseher metrostansiyasiTelefon 994 12 492 18 64Is rejimi 11 00 17 00 Bazar ertesi SenbeEdebiyyat Muzeyinizamimuseum az museum Vikianbarda elaqeli mediafayllarMuzeyin tarixiEsas meqale Metropol mehmanxanasi Baki Metropol mehmanxanasi XX esrin evvellerinde Muzeyin binasi 1860 ci illerde ikimertebeli karvansara kimi tikilmisdi Binanin memari Qasim bey Hacibababeyov idi 1915 ci ilde bina Metropol mehmanxanasi kimi fealiyyet gosterirdi Sonralar 1918 1920 ci illerde Azerbaycan Demokratik Respublikasinin Nazirler Kabinetinin emekdaslari burada yasamislar ve islemisler 1920 1930 cu illerde Azerbaycan Hemkarlar Ittifaqlari Surasi burada yerlesdirilmisdi Muzeyin yaradilmasi XX esrin 40 ci illerinden evvellerinde baslanmisdi Azerbaycanin en secme senetkarlari milli soz ocaginin yaradilmasina celb edilmisdi O zaman 1941 ci ilde Nizami Gencevinin tenteneli yubiley merasimi melum sebeb uzunden o vaxtki blokadada olan Leninqradda Ermitajda kecirildi ve bu boyuk bir tarixi hadise idi Muzey Nizami Gencevinin anadan olmasinin 800 illiyine hesr olunmus daimi sergi xatire muzeyinin teskili haqqinda Azerbaycan SSR Xalq Komissarlari Sovetinin 1 noyabr 1939 cu il tarixli 4972 li serencami ile yaradilmisdir Lakin onun acilisi 1945 ci il may ayinin 14 ne tesaduf edir Memarlar Sadiq Dadasov ve Mikayil Useynovun layihesi cercivesinde esasli temir isleri aparilmis bas fasadda heykeller qurasdirilmis ve daha iki mertebe tamamlandi Binanin fasadinda Azerbaycanin gorkemli sairleri ve yazicilarinin heykelleri qurasdirilib Mehemmed Fuzuli heykeltaras F Ebdurrehmanov Molla Penah Vaqif heykeltaras C Qaryagdi Mirze Feteli Axundov heykeltaras P Sabsay Xursidbanu Natevan heykeltaras E Tripolskaya Celil Memmedquluzade heykeltaras N Zaxarov ve Cefer Cabbarli heykeltaras S Klyatsky Muzeyin interyeri Letif Kerimov terefinden bezedilmisdir Sonradan Nizami xatire muzeyi Azerbaycan Edebiyyati Muzeyine cevrilmisdir 1959 ve 1967 ci illerde muzey herterefli berpa edilmis genislenmisdir 2004 2009 cu illerde temir ve restovrasiya olunmusdur Serginin sahesi 2500 kv metredek artmisdir Muzeyin ekspozisiyasiAzerbaycan Edebiyyati Muzeyinde Azerbaycan edebiyyatinin en qedim dovrlerden muasir dovre qeder kecmis oldugu yol isiqlandirilir Muzeyde muxtelif senedler elyazmalar kitablar ve s ile yanasi qedim ve orta esrler dovrune aid maddi medeniyyet numuneleri resm ve heykeltarasliq eserleri numayis etdirilir Edebiyyat tarixi muzeyi 30 ekspozisiya zalindan 10 esas sobe 2 regional filial elmi fond ve s ibaretdir Ekspozisiya zallarinda Nizami Gencevi Xaqani Sirvani Mehemmed Fuzuli Imadeddin Nesimi Sah Ismayil Xetai Molla Veli Vidadi Molla Penah Vaqif Qasim bey Zakir Abbasqulu aga Bakixanov Mirze Feteli Axundov Mirze Elekber Sabir Celil Memmedquluzade Ebdurrehim bey Haqverdiyev Huseyin Cavid Salman Mumtaz Cefer Cabbarli Semed Vurgun Mirze Ibrahimov Mir Celal kimi taninmis sair ve yazicilara edebiyyatsunaslara hesr olunmus stendler fotomateriallar resm eserleri senedler kitablar hemcinin sexsi esyalar toplanmisdir Muzey mutemadi olaraq muxtelif elmi eserler monoqrafiyalar buklet ve beledciler nesr etdirir Nizami muzeyinde ardicil olaraq Nizami lektoriyalari elmi seminarlar muhazireler taninmis ictimai elm ve medeniyyet xadimleri ile gorusler teskil edilir Muzeyin direktoru akademik Rafael Huseynovdur QalereyaUzerinde Nizami Gencevi adina Milli Azerbaycan edebiyyati muzeyinin eksi olan poct markasi Baki 2012 Muzeyin fasadinda olan kasi bezekleri Behram yeddi gozelin resmlerine baxarken Nizami Gencevinin Xemsesinden Yeddi Gozel poemasina cekilmis miniatur Behzad mektebi 1479 eni 11 sm hundurluyu 18 5 sm Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati Muzeyi Baki Nr 1161 Cecme basinda Sirin Nizami Gencevi Xemse Xosrov ve Sirin Behzad minyatur mektebi 1479 eni 11 sm hundurluyu 18 5 sm Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati Muzeyi Baki Nr 1161 J Behramin iki sir arasindan tacini goturmesi Nizami Gencevinin Xemsesinden Yeddi Gozel poemasina cekilmis miniatur Behzad mektebi 1479 eni 10 5 sm hundurluyu 20 sm Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati Muzeyi Baki Nr 1161 31Istinadlar Azerbaycan muzeyleri Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi 2016 03 09 tarixinde Istifade tarixi 2010 08 18 2010 08 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 08 18 Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati Muzeyinin ictimaiyyet ucun acilisi oldu 2021 05 09 tarixinde Istifade tarixi 2010 07 09 Tise ustasi Celal Qaryagdi 525 ci qezet 2012 20 mart S 7 2021 10 01 tarixinde Istifade tarixi 2018 10 05 2009 09 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 07 09 Vikianbarda Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati Muzeyi ile elaqeli mediafayllar var