"Tərəqqi" qəzeti (az-əbcəd. ترقى) — ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. 1908–1909 illərdə Bakıda milyonçu Murtuza Muxtarovun vəsaitinə nəşr olunmuşdur. Baş redaktoru Əhməd bəy Ağaoğlu idi.
Tərəqqi | |
---|---|
az-əbcəd. ترقى | |
Təsisçi | Əhməd bəy Ağaoğlu |
Nəşriyyat | Murtuza Muxtarov |
Baş redaktor | |
Redaktor | |
Yaranma tarixi | 8 (21) iyun 1908 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 6 (19) oktyabr 1909 |
Baş ofis | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Əmin Rəsulzadə "Tərəqqi"-ni Azərbaycanda ilk Avropa tipli qəzet adlandırmışdır.
Tarixi
Birinci nömrəsi 1908-ci il iyun ayının 8-də çıxmışdı. Qəzetin adı "Tərəqqi" sözünün altında "Hürriyyət, müsavat, ədalət" sözləri yazılmışdı. "Tərəqqi" əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çıxırdı. Qəzetin 46-cı nömrəsinə kimi naşiri Ə. Ağaoğlu, 46-cı nömrədən Murtuza Muxtarov idi.
"Tərəqqi"nin nəşrində Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Hadi, Əliqulu Qəmküsar və başqaları iştirak ediblər. M. Ə. Rəsulzadə qəzetin ən fəal əməkdaşlarından və müəlliflərindən idi. Onun bu qəzetdə 100-dən artıq çox qiymətli, müxtəlif janrlı əsəri dərc olunmuşdur.
1909 il iyunun 28-də Ə. Ağaoğlu Türkiyəyə köçüb getdikdən sonra qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyov olmuşdur. "Tərəqqi"-də Ü. Hacıbəyovun müxtəlif janrlarda (siyasi icmal, açıq məktub, elmi-pedaqoji məqalə) 150-dən çox yazısı "Osmanlıda inqilab qoxusu", "İran işləri", "Gələcək Avropa konfransı", "Milli məktəblərdə rus dili tədrisi", "Üsuli-təlim" və s. məqalələri, "Ordan-burdan" ümumi başlıqlı felyetonları) çıxmışdır. N. V. Qoqolun «Şinel» hekayəsi də ilk dəfə Ü. Hacıbəyovun tərcüməsində "Tərəqqi" qəzetində dərc olunmuşdur.
Bir sıra maliyyə çətinliklərinə görə "Tərəqqi" cəmi 434 nömrədən sonra — 1909-cu il oktyabrın 6-da bağlandı.
Mənbə
- Vəliyev Akif Abduləzim oğlu. Azərbaycan mətbuat tarixi (1875-1920). Bakı, "Elm və Təhsil", 2009 — 296 səh.
İstinadlar
- «ТӘРӘГГИ» // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 256.
- Tərəqqi // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. 201. ISBN . 2024-04-04 tarixində . İstifadə tarixi: 2024-04-04.
- Rəsulzadə, Məhəmməd Əmin. Qeydlər // Hüseynov, Şirməmməd (redaktor). Əsərləri. I cild. Bakı: Azərnəşr. 1992. 461. ISBN .
- MÜŞFİQƏ. "Mətbuatımızın "Tərəqqi" dövrü". yeniazerbaycan.com. 2022-06-08. 2024-04-04 tarixində . İstifadə tarixi: 2024-04-04.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Tereqqi deqiqlesdirme Tereqqi qezeti az ebced ترقى ictimai siyasi iqtisadi ve edebi qezet 1908 1909 illerde Bakida milyoncu Murtuza Muxtarovun vesaitine nesr olunmusdur Bas redaktoru Ehmed bey Agaoglu idi Tereqqiaz ebced ترقى Tesisci Ehmed bey AgaogluNesriyyat Murtuza MuxtarovBas redaktor Ehmed bey Agaoglu Uzeyir HacibeyovRedaktor Uzeyir HacibeyovYaranma tarixi 8 21 iyun 1908Dil Azerbaycan diliNesrini dayandirib 6 19 oktyabr 1909Bas ofis BakiOlke Rusiya imperiyasi Vikianbarda elaqeli mediafayllar Mehemmed Emin Resulzade Tereqqi ni Azerbaycanda ilk Avropa tipli qezet adlandirmisdir TarixiBirinci nomresi 1908 ci il iyun ayinin 8 de cixmisdi Qezetin adi Tereqqi sozunun altinda Hurriyyet musavat edalet sozleri yazilmisdi Tereqqi evveller heftede 5 defe ilin axirina dogru gundelik cixirdi Qezetin 46 ci nomresine kimi nasiri E Agaoglu 46 ci nomreden Murtuza Muxtarov idi Tereqqi nin nesrinde Mehemmed Emin Resulzade Eli bey Huseynzade Firidun bey Kocerli Omer Faiq Nemanzade Uzeyir bey Hacibeyov Mehemmed Hadi Eliqulu Qemkusar ve basqalari istirak edibler M E Resulzade qezetin en feal emekdaslarindan ve muelliflerinden idi Onun bu qezetde 100 den artiq cox qiymetli muxtelif janrli eseri derc olunmusdur 1909 il iyunun 28 de E Agaoglu Turkiyeye kocub getdikden sonra qezetin bas redaktoru Uzeyir bey Hacibeyov olmusdur Tereqqi de U Hacibeyovun muxtelif janrlarda siyasi icmal aciq mektub elmi pedaqoji meqale 150 den cox yazisi Osmanlida inqilab qoxusu Iran isleri Gelecek Avropa konfransi Milli mekteblerde rus dili tedrisi Usuli telim ve s meqaleleri Ordan burdan umumi basliqli felyetonlari cixmisdir N V Qoqolun Sinel hekayesi de ilk defe U Hacibeyovun tercumesinde Tereqqi qezetinde derc olunmusdur Bir sira maliyye cetinliklerine gore Tereqqi cemi 434 nomreden sonra 1909 cu il oktyabrin 6 da baglandi MenbeVeliyev Akif Abdulezim oglu Azerbaycan metbuat tarixi 1875 1920 Baki Elm ve Tehsil 2009 296 seh Istinadlar TӘRӘGGI Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә IX ҹild Sputnik Fronton Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1986 S 256 Tereqqi Uzeyir Hacibeyov ensiklopediyasi Baki Serq Qerb 2007 201 ISBN 978 9952 34 075 4 2024 04 04 tarixinde Istifade tarixi 2024 04 04 Resulzade Mehemmed Emin Qeydler Huseynov Sirmemmed redaktor Eserleri I cild Baki Azernesr 1992 461 ISBN 5 552 01096 5 MUSFIQE Metbuatimizin Tereqqi dovru yeniazerbaycan com 2022 06 08 2024 04 04 tarixinde Istifade tarixi 2024 04 04 Hemcinin baxHeyat Irsad Iqbal Aciq soz Azerbaycan metbuati