Seydi Əli Rəis (türk. Seydi Ali Reis osmanlıca:غلطلى سيدى على ريِّس 1498 – 28 dekabr 1562, Konstantinopol) — Osmanlı imperiyası donanmasının admiralı (rəis). 1538-ci ildə Preveze dəniz döyüşündə Osmanlı donanmasının sol cinahına komandanlıq etmişdir. Hind Okeanındakı Osmanlı donanmasının komandanı olaraq 1554-cü ildə Hindistan Qoasında Portuqaliyalılarla döyüşmüşdür. Quru yolu ilə Hindistandan Türkiyəyə dönmüşdür. Sonra İstanbula yerləşmiş və naviqasiya, coğrafiya, riyaziyyat və astronomiyaya dair əsərlər yazmışdır. Əli Rəis elmi əsərlərlə yanaşı, şeirlərdə yazmışdır.
Seydi Əli Rəis | |
---|---|
türk. Seydi Ali Reis osmanlıca:غلطلى سيدى على ريِّس | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1498-ci il |
Doğum yeri | Qalata, Osmanlı imperiyası |
Vəfat tarixi | 28 dekabr 1562-ci il |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Vətəndaşlığı | Osmanlı imperiyası |
Milliyyəti | türk |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Osmanlı imperiyası |
Qoşun növü | dəniz qüvvələri |
Rütbəsi | admiral (rəis) |
Döyüşlər | Rodosun tutulması (1522) Preveze dəniz döyüşü Qoa döyüşü, Hörmüz dəniz müharibəsi |
İstefada | coğrafiyaçı, yazıçı, dənizçi, astronom, riyaziyyatçı |
İlk növbədə gəmi qəzasindan sonra Hindistandan İstanbula quru yolla səyahətini təsvir etdiyi "Ölkələrin aynası" və "Dənizlər kitabı" (Kitab ul-Muhit) kimi müxtəlif dillərə tərcümə olunmuş kitablar müəllifi kimi də məşhurdur. Kitablarında o, burada naviqasiya sənətini və Osmanlı imperiyasının limanlarını təsvir edir.
Həyatı
Seydi Əli Rəis İstanbulun Haliç limanın şimal tərəfində QalatadaTürkiyənin Qara dəniz sahilindəki Sinop mənşəli bir türk ailəsində anadan olmuşdur. Onun babası Sultan II Mehmedin dövründə Tərsanə Kətxudası (Osmanlı imperiyası Dəniz donanması komandanı), atası Hüseyn Rəis isə Haliç limanın şimal tərəfində Qalatada Bahriye Dârü's-Sınaasında (Dənizçilik Mərkəzi) Kətxuda (Komandan) idi. Atasının yüksək rütbəli dənizçi və dəniz mühəndisi kimi karyerası, gənc yaşlarında dəniz cəbbəxanasında işləməyə başlayan Seydi Əlinin gələcəyinə əhəmiyyətli təsir göstərmişdir. Seydi Əli dənizçiliyə marağı ilə yanaşı riyaziyyat, astronomiya və coğrafiya kimi elmləri də öyrənmişdir. Ədəbiyyat və ilahiyyat sahəsində də bilikləri var idi. O, həm də şair bacarıqlarına da malik olmuşdur. Zaman keçdikcə dəniz donanmasında yüksək rütbəli zabit oldu və Rəis rütbəsinə yüksəldi (Osmanlı dövründə həm kapitan, həm də admirallar belə adlanırdı).
Osmanlı Donanmasında karyerasının ilk illəri
Seydi Əli Rəis gəmiqayırma tərsanəsində Kəthuda olduğundan, dövrünün digər dənizçilərindən fərqli olaraq, mərkəzə bağlı idi və bu səbəbdən müstəqil olaraq dəniz əməliyyatına rəhbərlik etmirdi. Yalnız Sultan I Süleyman dövründən Aralıq dənizindəki Osmanlı donanmasının əməliyyatlarına qatılmağa başladı. 1522-ci ildə Rodosun mühasirəsindən başlayaraq Seydi Əli Rəis Osmanlı donanmasının Aralıq dənizindəki bütün böyük dəniz kampaniyalarına qatıldı. O, 1538-ci il Preveze dəniz döyüşü Andrea Doria komandanlığı altında Müqəddəs Roma imperatoru V Karl donanmasını məğlub edən Xeyrəddin Barbarossa Paşasının Osmanlı donanmasının sol qanadına rəhbərlik edirdi.
1551-ci ildə İspaniya Və Malta cəngavərlərinə qarşı Tripoli səfəri zamanı Admiral Sinan Paşa və Turqut Rəisin komandanlığı altında xidmət edirdi. Daha sonra Aralıq dənizinin qərb sahillərində Osmanlı dəniz səfərlərində iştirak etmişdir. Seydi Əli Rəis sonradan Azepler Katibi, Tersane Kəthudası (Osmanlı imperiyası donanmasının arsenal komandanı) və Hassa Donanma Reisi (Osmanlı Mərkəzi Donanmasının Komandanı) rütbələrinə yüksəldi.
Hind Okeanında Osmanlı donanmasının komandanı
Seydi Əli Rəis Sultan I Süleyman Qanuni tərəfindən Portuqaliya Hərbi Dəniz Qüvvələri ilə dəniz müharibəsində məğlub olan Murat Reisin yerinə Hind Okeanında Osmanlı donanmasına komandan olaraq təyin edildi. I Süleyman ona Bəsrədəki donanmanı Süveyşə gətirməyi əmr etdi. Seydi Əli Rəis dekabrın 7-də Hələbə gəldi və ordan Bəsrəyə yola düşdü. Bu hadisə onun həyatında dönüş nöqtəsi oldu. 15 gəmidən ibarət donanmasını uyğun dəniz hava şərtləri üçün beş ay gözlədi və sonra 2 iyul 1554-cü ildə donanması ilə Bəsrəni tərk etdi.
Bəsrədən ayrıldıqdan sonra ilk ay ərzində körfəzdə Osmanlı sancaqlarının yanında lövbər saldı. Avqustun 9-da Horfakan şəhəri yaxınlığında 25 gəmiyə malik Portuqal donanması ilə döyüşə girdi. Bu döyüş tarixə Hörmüz döyüşü kimi düşdü. Döyüşdə Seydi Əlinin rəhbərlik etdiyi donanma Portuqal gəmilərini darmadağın etdi. Avqustun 25-də bu dəfə Maskat yaxınlığında 34 gəmidən ibarət Portuqaliya donanması tərəfindən hücuma məruz qaldı. Maskat döyüşü adlanan tərəflərin qarşıdurmasında portəgizlər istəklərinə çatmadılar. Belə ki, Seydi Əli Ərəbistan yarımadasının cənub sahillərindəki qayaların dikliyindən istifadə edərək Portuqaliya donanmasını qayalara tərəf sıxışdırdı. Nəticədə portəgizlərin yeddi gəmisi batırıldı. Osmanlı donanması isə bu döyüşdə beş gəmi itirdi.
Oman sahillərində olarkən Fil Tufanı (Tufan-ı Fil) adlanan mövsümi fırtına başladı. Fırtına səbəbiylə Seydi Əli Rəis qalan 9 gəmisini də itirdi. Fırtınaya düşən və sahildən uzaqlaşan gəmilər günlərlə açıq dənizdə qaldıqdan sonra dalğalar onları şərqə doğru apardılar. Gəmilər 10 gün sonra Hindistan sahillərinə çatdı. Arxasınca 87 gəmilik Portuqaliya donanmasının düşdüyünü öyrənən Seydi Əli Rəis Surata sığındı. Portuqallar Suratın mühasirəsinə başladılar. Lakin Portuqaliya donanmasının mühasirəsi uğursuz olduğundan onlar geri çəkildilər. Zədələnmiş və sırdan çıxmış gəmilərlə Süveyşə çatmağın mümkünsüzlüyünü dərk edən Seydi Əli Rəis əlində qalan gəmiləri sataraq, quru yolu ilə İstanbula qayıtmaq qərarına gəldi.
Qucaratda sahilə çıxan Seydi Əli Rəis Daman qalasını ziyarət etdi və Daman valisi Malik Eseddən, özünün və komandasının onun torpaqlarında sərbəst hərəkət etməsi üçün icazə aldı. Əlində olan gəmilərinin silahlarını Malik Esedə hədiyyə vermək məcburiyyətində qaldı. Komandasının bir çox üzvü Malik Esedin xidmətinə girmək qərarı verdi. Yalnız dəstəsinin kiçik bir hissəsi Seydi Əli Rəisin xidmətində qaldı. Onunla birlikdə Bəsrədən ayrıldıqdan üç ay sonra Surata döndü.
Hindistandan geriyə dönüş
Xudavənd xan və Adil xandan təsdiq məktubu alan Seyid Əli Rəis, 1554-cü il noyabrın sonunda, yeniçərilərin komandiri Mustafa ağa və topçu kapitanı Əli ağanın müşayiəti ilə 50 dənizçinin müşayəti ilə Əhmədabada doğru yola düşdü. Onlar Buruj, Belodra və Çampanirdən keçdilər. Bir çox çətinlik və maneələrdən sonra Mahmudabada, 50 gündən sonra isə Qucaratın paytaxtı Əhmədabada çatdılar. Burada Seyid Əli Rəis Sultanı və vəziri İmad əl-Mülkü ziyarət etdi. Sultan I Süleyman Qanuninin admiralını böyük hörmətlə qəbul etdi. O, Seyid Əli Rəisə yola çıxmaq üçün azuqə, bir neçə dəvə və pul hədiyyə etdi. Səyyahların gəlişindən bir neçə gün sonra sultan admirala Buruc əyalətinin yüksək gəlirli idarəsini təklif etdi, lakin admiral nəzakətlə bundan imtina rədd etdi.
Əhmədabad müsəlmanları səyahətçilərə kiçik bir ödəniş qarşılığında səyahət təhlükəsizliyinə zəmanət verə biləcək iki "baht" bələdçisi təqdim etdilər. Elə həmin ilin səfər ayının ortasında Seyid Əli Rəis İstanbula doğru yola çıxdı. Ekspedisiya Böyük Moğol imperiyasının Sultanı Humayunun torpaqlarından keçmək üçün ondan icazə almaq məqsədilə Lahordan Dehliyə keçdi. Humayun da səyahətçiləri yaxşı qarşıladı və onları xidmətinə qəbul etmək istədi. Lakin Seyid Əli bu təklifi də nəzakətlə rədd elədi.
1556-cı ilin fevralında Seydi Əli Rəis Kabuldan ayrılaraq Səmərqənd və Buxaranı ziyarət etdi. Buxara özbəkləri ilə baş verən silahlı qarşıdurmalara baxmayaraq, Buxara hökmdarı Seyid Burxan 15 gün ərzində səyahətçiləri fəxri qonaqlar kimi qarşıladı. Daha sonra Seydi Əli Rəisin yolu Xarəzm, Xorasan, İraq və Anadoludan keçdi. Bundan sonra dəstə İstanbula gəldi. Ümumilikdə, Hindistan Suratından ayrılmaqla gediş iki il üç ay çəkdi.
İstanbula dönüş
İstanbula çatanda Sultan Ədirnədə idi və Seydi Əli Rəis donanmanın məhvinə görə üzr istəmək üçün ora tələsdi. Sultan I Süleymanın hüzurunda ziyarət etdiyi ölkələrin on səkkiz sultanından və digər hökmdarlarından məktublarını Sultana təqdim etdi. Sultan Süleyman admiralı bağışladığını bildirdi və 4 illik yoxluğunun maaşını ödəməyi əmr etdi. Eyni zamanda ona gündəlik maaşı 80 akça olan muteferrik vəzifəsini verdi. Muteferriklikdın sonra o, Diyarbəkir timar dəfətrxanalığı vəzifəsini icra etdi. Bir müddət Şahzadə Səlimin xidmətində çalışdı. 1560-cı ildə Qalata Hassanın gəmi ustalarından biri oldu. 1563-cü ilin yanvarında İstanbulda vəfat etdi.
1557-ci ildə Seydi Əli Rəis ziyarət etdiyi ölkələr haqqında "Ölkələrin aynası" kitabını yazdı. Eyni dövrdə "Katib-i Rumi" (Qərbin Kitabçısı və ya Anadolu) təxəllüsü ilə bir çox şeirlər də yazmışdı. Seydi Əli Rəis üç elmi əsərin də müəllifidir: "Mir'atü'l-Memalik", "Kitab-ı Muhit" və "Mir'at-ı Kainat".
İstinadlar
- Seydi Ali Reis // AlKindi.
- Seydi Ali Reis // MAK (pol.).
- . 2018-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
- . 2012-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
- Commissariat, M. S. History of Gujarat. I. Longman, Greens & Co. 1938. 477–488.
- Giancarlo Casale. The Ottoman Age of Exploration. Oxford University Press. 26 January 2010. səh. 110. ISBN . 5 October 2021 tarixində . İstifadə tarixi: 31 July 2021.
Ədəbiyyat
- https://islamansiklopedisi.org.tr/seydi-ali-reis (#bare_url_missing_title).
- . ISBN .
- Charles F. Horne, ed. The Sacred Books and Early Literature of the East. New York: Parke, Austin, & Lipscomb, 1917
Xarici keçidlər
- Fordham University: Sidi Ali Reis and the Mirat ul Memalik (Mirror of Countries), 1557 CE
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seydi Eli Reis turk Seydi Ali Reis osmanlica غلطلى سيدى على ري س 1498 28 dekabr 1562 Konstantinopol Osmanli imperiyasi donanmasinin admirali reis 1538 ci ilde Preveze deniz doyusunde Osmanli donanmasinin sol cinahina komandanliq etmisdir Hind Okeanindaki Osmanli donanmasinin komandani olaraq 1554 cu ilde Hindistan Qoasinda Portuqaliyalilarla doyusmusdur Quru yolu ile Hindistandan Turkiyeye donmusdur Sonra Istanbula yerlesmis ve naviqasiya cografiya riyaziyyat ve astronomiyaya dair eserler yazmisdir Eli Reis elmi eserlerle yanasi seirlerde yazmisdir Seydi Eli Reisturk Seydi Ali Reis osmanlica غلطلى سيدى على ري سSexsi melumatlarDogum tarixi 1498 ci ilDogum yeri Qalata Osmanli imperiyasiVefat tarixi 28 dekabr 1562 ci ilVefat yeri Istanbul Osmanli imperiyasiVetendasligi Osmanli imperiyasiMilliyyeti turkHerbi fealiyyetiMensubiyyeti Osmanli imperiyasiQosun novu deniz quvveleriRutbesi admiral reis Doyusler Rodosun tutulmasi 1522 Preveze deniz doyusu Qoa doyusu Hormuz deniz muharibesiIstefada cografiyaci yazici denizci astronom riyaziyyatci Ilk novbede gemi qezasindan sonra Hindistandan Istanbula quru yolla seyahetini tesvir etdiyi Olkelerin aynasi ve Denizler kitabi Kitab ul Muhit kimi muxtelif dillere tercume olunmus kitablar muellifi kimi de meshurdur Kitablarinda o burada naviqasiya senetini ve Osmanli imperiyasinin limanlarini tesvir edir HeyatiSeydi Eli Reis Istanbulun Halic limanin simal terefinde QalatadaTurkiyenin Qara deniz sahilindeki Sinop menseli bir turk ailesinde anadan olmusdur Onun babasi Sultan II Mehmedin dovrunde Tersane Ketxudasi Osmanli imperiyasi Deniz donanmasi komandani atasi Huseyn Reis ise Halic limanin simal terefinde Qalatada Bahriye Daru s Sinaasinda Denizcilik Merkezi Ketxuda Komandan idi Atasinin yuksek rutbeli denizci ve deniz muhendisi kimi karyerasi genc yaslarinda deniz cebbexanasinda islemeye baslayan Seydi Elinin geleceyine ehemiyyetli tesir gostermisdir Seydi Eli denizciliye maragi ile yanasi riyaziyyat astronomiya ve cografiya kimi elmleri de oyrenmisdir Edebiyyat ve ilahiyyat sahesinde de bilikleri var idi O hem de sair bacariqlarina da malik olmusdur Zaman kecdikce deniz donanmasinda yuksek rutbeli zabit oldu ve Reis rutbesine yukseldi Osmanli dovrunde hem kapitan hem de admirallar bele adlanirdi Osmanli Donanmasinda karyerasinin ilk illeriSeydi Eli Reis 1538 ci ilde Preveze deniz doyusunde Osmanli donanmasinin sol qanadina komandanliq edirdi Seydi Eli Reis gemiqayirma tersanesinde Kethuda oldugundan dovrunun diger denizcilerinden ferqli olaraq merkeze bagli idi ve bu sebebden musteqil olaraq deniz emeliyyatina rehberlik etmirdi Yalniz Sultan I Suleyman dovrunden Araliq denizindeki Osmanli donanmasinin emeliyyatlarina qatilmaga basladi 1522 ci ilde Rodosun muhasiresinden baslayaraq Seydi Eli Reis Osmanli donanmasinin Araliq denizindeki butun boyuk deniz kampaniyalarina qatildi O 1538 ci il Preveze deniz doyusu Andrea Doria komandanligi altinda Muqeddes Roma imperatoru V Karl donanmasini meglub eden Xeyreddin Barbarossa Pasasinin Osmanli donanmasinin sol qanadina rehberlik edirdi 1551 ci ilde Ispaniya Ve Malta cengaverlerine qarsi Tripoli seferi zamani Admiral Sinan Pasa ve Turqut Reisin komandanligi altinda xidmet edirdi Daha sonra Araliq denizinin qerb sahillerinde Osmanli deniz seferlerinde istirak etmisdir Seydi Eli Reis sonradan Azepler Katibi Tersane Kethudasi Osmanli imperiyasi donanmasinin arsenal komandani ve Hassa Donanma Reisi Osmanli Merkezi Donanmasinin Komandani rutbelerine yukseldi Hind Okeaninda Osmanli donanmasinin komandani1911 ci ilde berpa edilmis 1554 cu ile aid Seydi Eli Reise mexsus xerite Seydi Eli Reis Sultan I Suleyman Qanuni terefinden Portuqaliya Herbi Deniz Quvveleri ile deniz muharibesinde meglub olan Murat Reisin yerine Hind Okeaninda Osmanli donanmasina komandan olaraq teyin edildi I Suleyman ona Besredeki donanmani Suveyse getirmeyi emr etdi Seydi Eli Reis dekabrin 7 de Helebe geldi ve ordan Besreye yola dusdu Bu hadise onun heyatinda donus noqtesi oldu 15 gemiden ibaret donanmasini uygun deniz hava sertleri ucun bes ay gozledi ve sonra 2 iyul 1554 cu ilde donanmasi ile Besreni terk etdi Besreden ayrildiqdan sonra ilk ay erzinde korfezde Osmanli sancaqlarinin yaninda lovber saldi Avqustun 9 da Horfakan seheri yaxinliginda 25 gemiye malik Portuqal donanmasi ile doyuse girdi Bu doyus tarixe Hormuz doyusu kimi dusdu Doyusde Seydi Elinin rehberlik etdiyi donanma Portuqal gemilerini darmadagin etdi Avqustun 25 de bu defe Maskat yaxinliginda 34 gemiden ibaret Portuqaliya donanmasi terefinden hucuma meruz qaldi Maskat doyusu adlanan tereflerin qarsidurmasinda portegizler isteklerine catmadilar Bele ki Seydi Eli Erebistan yarimadasinin cenub sahillerindeki qayalarin dikliyinden istifade ederek Portuqaliya donanmasini qayalara teref sixisdirdi Neticede portegizlerin yeddi gemisi batirildi Osmanli donanmasi ise bu doyusde bes gemi itirdi Oman sahillerinde olarken Fil Tufani Tufan i Fil adlanan movsumi firtina basladi Firtina sebebiyle Seydi Eli Reis qalan 9 gemisini de itirdi Firtinaya dusen ve sahilden uzaqlasan gemiler gunlerle aciq denizde qaldiqdan sonra dalgalar onlari serqe dogru apardilar Gemiler 10 gun sonra Hindistan sahillerine catdi Arxasinca 87 gemilik Portuqaliya donanmasinin dusduyunu oyrenen Seydi Eli Reis Surata sigindi Portuqallar Suratin muhasiresine basladilar Lakin Portuqaliya donanmasinin muhasiresi ugursuz oldugundan onlar geri cekildiler Zedelenmis ve sirdan cixmis gemilerle Suveyse catmagin mumkunsuzluyunu derk eden Seydi Eli Reis elinde qalan gemileri sataraq quru yolu ile Istanbula qayitmaq qerarina geldi Qucaratda sahile cixan Seydi Eli Reis Daman qalasini ziyaret etdi ve Daman valisi Malik Esedden ozunun ve komandasinin onun torpaqlarinda serbest hereket etmesi ucun icaze aldi Elinde olan gemilerinin silahlarini Malik Esede hediyye vermek mecburiyyetinde qaldi Komandasinin bir cox uzvu Malik Esedin xidmetine girmek qerari verdi Yalniz destesinin kicik bir hissesi Seydi Eli Reisin xidmetinde qaldi Onunla birlikde Besreden ayrildiqdan uc ay sonra Surata dondu Hindistandan geriye donusPortuqaliya donanmasi ile Seydi Eli Reisin Erebistan yarmadasi qayaliqlari qarsisinda doyusu Xudavend xan ve Adil xandan tesdiq mektubu alan Seyid Eli Reis 1554 cu il noyabrin sonunda yenicerilerin komandiri Mustafa aga ve topcu kapitani Eli aganin musayieti ile 50 denizcinin musayeti ile Ehmedabada dogru yola dusdu Onlar Buruj Belodra ve Campanirden kecdiler Bir cox cetinlik ve maneelerden sonra Mahmudabada 50 gunden sonra ise Qucaratin paytaxti Ehmedabada catdilar Burada Seyid Eli Reis Sultani ve veziri Imad el Mulku ziyaret etdi Sultan I Suleyman Qanuninin admiralini boyuk hormetle qebul etdi O Seyid Eli Reise yola cixmaq ucun azuqe bir nece deve ve pul hediyye etdi Seyyahlarin gelisinden bir nece gun sonra sultan admirala Buruc eyaletinin yuksek gelirli idaresini teklif etdi lakin admiral nezaketle bundan imtina redd etdi Ehmedabad muselmanlari seyahetcilere kicik bir odenis qarsiliginda seyahet tehlukesizliyine zemanet vere bilecek iki baht beledcisi teqdim etdiler Ele hemin ilin sefer ayinin ortasinda Seyid Eli Reis Istanbula dogru yola cixdi Ekspedisiya Boyuk Mogol imperiyasinin Sultani Humayunun torpaqlarindan kecmek ucun ondan icaze almaq meqsedile Lahordan Dehliye kecdi Humayun da seyahetcileri yaxsi qarsiladi ve onlari xidmetine qebul etmek istedi Lakin Seyid Eli bu teklifi de nezaketle redd eledi 1556 ci ilin fevralinda Seydi Eli Reis Kabuldan ayrilaraq Semerqend ve Buxarani ziyaret etdi Buxara ozbekleri ile bas veren silahli qarsidurmalara baxmayaraq Buxara hokmdari Seyid Burxan 15 gun erzinde seyahetcileri fexri qonaqlar kimi qarsiladi Daha sonra Seydi Eli Reisin yolu Xarezm Xorasan Iraq ve Anadoludan kecdi Bundan sonra deste Istanbula geldi Umumilikde Hindistan Suratindan ayrilmaqla gedis iki il uc ay cekdi Istanbula donusSeydi Eli Reisin gemisinin resmi eks olundugu 50 turk liresi Istanbula catanda Sultan Edirnede idi ve Seydi Eli Reis donanmanin mehvine gore uzr istemek ucun ora telesdi Sultan I Suleymanin huzurunda ziyaret etdiyi olkelerin on sekkiz sultanindan ve diger hokmdarlarindan mektublarini Sultana teqdim etdi Sultan Suleyman admirali bagisladigini bildirdi ve 4 illik yoxlugunun maasini odemeyi emr etdi Eyni zamanda ona gundelik maasi 80 akca olan muteferrik vezifesini verdi Muteferriklikdin sonra o Diyarbekir timar defetrxanaligi vezifesini icra etdi Bir muddet Sahzade Selimin xidmetinde calisdi 1560 ci ilde Qalata Hassanin gemi ustalarindan biri oldu 1563 cu ilin yanvarinda Istanbulda vefat etdi 1557 ci ilde Seydi Eli Reis ziyaret etdiyi olkeler haqqinda Olkelerin aynasi kitabini yazdi Eyni dovrde Katib i Rumi Qerbin Kitabcisi ve ya Anadolu texellusu ile bir cox seirler de yazmisdi Seydi Eli Reis uc elmi eserin de muellifidir Mir atu l Memalik Kitab i Muhit ve Mir at i Kainat IstinadlarSeydi Ali Reis AlKindi Seydi Ali Reis MAK pol 2018 01 31 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 07 26 2012 09 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 07 26 Commissariat M S History of Gujarat I Longman Greens amp Co 1938 477 488 Giancarlo Casale The Ottoman Age of Exploration Oxford University Press 26 January 2010 seh 110 ISBN 978 0 19 979879 7 5 October 2021 tarixinde Istifade tarixi 31 July 2021 Edebiyyathttps islamansiklopedisi org tr seydi ali reis bare url missing title ISBN 9789751611888 Charles F Horne ed The Sacred Books and Early Literature of the East New York Parke Austin amp Lipscomb 1917Xarici kecidlerFordham University Sidi Ali Reis and the Mirat ul Memalik Mirror of Countries 1557 CE