Husçular hərəkatı (həmçinin Husçu müharibələri və Bohemiya müharibələri kimi də adlanır) — Yan Qus tərəfdarlarının 1419–1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Husçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi.
Husçular hərəkatı | |
---|---|
Tarix | 30 iyul 1419 |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hərəkatın yetişməsi
XIV əsrin ortalarında Çexiya kralı (1342–1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi. Kral sənətkarlığın, mədən işlərinin və ticarətin inkişafını himayə edirdi. Bu zaman Çexiya iqtisadiyyatı yükşəliş dövrünü yaşayırdı. Çoxlu yeni torpaq sahələri əkilməyə başlanmışdı. Ölkədə çoxlu su və yel dəyirmanları vardı. Çexiyanı hər tərəfdən əhatə edən dağlarda yeni mis, qalay, dəmir yataqları tapılmışdı. Metal əridilməsi artmışdı. Çexiya gümüş çıxarılması sahəsində Avropada ilk yerlərdən birinə çıxdı (o zaman Avropada pullar gümüşdən kəsilirdi). Şəhəərlərdə 200-dən çox sənətkarlıq sahəsi vardı. Mahud toxunması, həmçinin o zaman nadir peşə olan şüşə qablar istehsalı Çexiyada yayılmış sənət sahələrindən idi. Avropanın mərkəzində yerləşən Çexiya ərazisində mühüm karvan yolları qovuşurdu. Paytaxt Praqada ildə iki dəfə böyük yarmarkalar açılırdı. Bu yarmarkalara Polşa, Almaniya və İtaliyadan da tacirlər axışırdı. Praqa şəhəri IV Karlın dövründə imperiyanın paytaxtı oldu. O zaman Praqa 40.000 nəfər əhalisi olan böyük bir şəhər idi. Burada böyük tikinti işləri gedirdi. Həmin dövrdə məşhur Karl körpüsü salınmış, əsası qoyulmuşdu. Dəbdəbəli saraylar və məbədlərlə bəzədilmiş Çexiya paytaxtı haqlı olaraq Avropanın ən gözəl şəhərlərindən biri hesab olunurdu. Bu zaman Çexiyada Avropanın ən böyük ali məktəblərindən biri olan açıldı.
Lakin iqtisadiyyatın yüksəlişi xalqın vəziyyətini yüngülləşdirmədi. Əksinə, feodalların və şəhər varlılarının zülmü şiddətləndi. İri çex feodalları olan panlar cah-calal içərisində yaşayırdılar. Cəngavərlər də onlardan geri qalmaq istəmirdilər. O dövrün yazıçısı feodalları bu cür ələ salırdı: Hamı pan olmaq istəyir. Çünki kök atlara minib gəzmək, sadə adamlara hədə-qorxu gəlmək, onların var-yoxunu əlindən almaq həmişə yaxşı yemək və bolluca içməkdən yaxşı nə ola bilər!?. 14-cü əsrdə Çexiya kəndində foedal mükəlləfiyyətlərinin bütün növləri, biyar, məhsul və pul töycüsü artmışdı. Bəzi sənədlərdə deyilirdi ki,məhsul toplanışı zamanı kəndlilər pan nə vaxt çağırsa, gedib ona işləməlidirlər. Təhkimli kəndlilər feodalların tam hakimiyyəti altına düşmüşdülər. Kralın əmrinə əsasən öz ağalarından məhkəməyə şikayət etmək təhkimli kəndlilərə qadağan olunmuşdu. Şəhərlərdə yaşayan əhalinin demək olar ki, yarısı yoxsullar idi. Dəbdəbəli kilsələrin qapıları ağzında duran dəstələrlə ac-yalavac dilənçilər ötüb keçənlərdən sədəqə dilənirdilər.
Çexiyada ən böyük torpaq sahibi katolik kilsəsi idi. Ölkədəki ən münbit torpaqların üçdə biri onun əlində idi. Çexiya kilsəsinin başçısı olan Praqa baş yepiskopunun 14 şəhəri və 900 kəndi var idi. Monastırlar xüsusilə varlı idilər. Onlar qıtlıq olan illərdə artıq məhsullarını od qiymətinə sataraq aclıq çəkən əhalinin hesabına varlanırdılar. Saysız-hesabsız kilsə vergiləri kəndliləri və şəhərliləri əldən salmışdı. Ruhanilər Çexiya əhalisindən əldə etdikləri gəlirin xeyli hissəsini Romaya göndərirdilər. Yepiskoplar və abbatlar tutduqları vəzifələri qızılla satın alır, bunun əvəzini isə dindar əhalidən çıxırdılar. Roma papalarının acgözlüyü və satqınlığı bütün ölkələrdə hiddət və gülüş doğururdu. Belə bir acı zarafat geniş yayılmışdı: Əgər İsa Romaya gəlib çıxsaydı, onun özü ilə də rüşvətsiz danışmazdılar. Çexiyada katolik kilsəsinə qarşı ümumi narazılıq yetişmişdi. Panlar və cəngavərlər yepiskopların, monastırların var-dövləti və mülklərinin paxıllığını çəkirdilər. Onlar öz mülklərini kilsə torpaqları hesabına genişləndirmək istəyirdilər. Varlı şəhərlilər ruhaniləri saxlamaq üçün xərcə düşmək istəmirdilər. Kəndlilər və şəhər yoxsulları da kilsəyə qarşı çıxırdılar. Lakin onlar eyni zamanda həm də feodal zülmündən xilas olmaq uğrunda da mübarizə aparırdılar.
Çexiyanın sərvətinə alman feodalları da göz dikmişdilər. Əsilzadə alman zədəganları Çexiya krallarına xidmət edir, sarayda yüksək vəzifələr tuturdular. Bunun müqabilində mükafat olaraq onlara geniş torpaq mülkləri verilirdi. Çexiya panları kimi, alman feodalları da özlərinin krala yaxın olmalarından istifadə edərək hər cür yolla cəngavərləri sıxışdırır, hətta onların torpaqlarını da əllərindən alırdılar. Yoxsullaşmış cəngavərlərin bir çoxu öz ölkələrində və ya xaricdə xidmət edir, bəziləri isə yollarda quldurluqla məşğul olurdu. Çexiya şəhərlərində alman tacirləri və ustaları məskən salmışdılar. Onlar şəhər idarə orqanlarını öz əllərinə keçirmişdilər. 14-cü əsrin ortalarına qədər bir nəfər də olsun çex yox idi. Çexiyanın filiz mədənləri də almanların əlinə keçmişdi. Mədən sahibləri çex filizçıxaranlarının üzücü əməyi hesabına var-dövlət toplayırdılar. Çexiya sənətkarları və tacirləri şəhər idarəçiliyində iştirak etmək uğrunda mübarizə aparırdılar. Onları bu mübarizədə yoxsullar müdafiə edirdilər. Çünki şəhər yoxsulları alman varlılarının zülmündən daha çox əziyyət çəkirdilər. Yepiskoplar və abbatlar içərisində də çoxlu alman vardı. Almanlar hətta Praqa Karl Universitetində də ağalıq edirdilər. Müasirlər yazır ki, Çex öz vətənində elə yaşayır ki, elə bil bura sürgün olunmuşdur.
Husçular Hərəkatının başlanması
Yan Qusun çıxışları
XV əsrin başlanğıcında Praqa küçələrinin birindəki kiçik bir kilsə çox adamı özünə cəlb etməyə başlamışdı. Şəhərlilər, kəndlilər və cəngavərlər bura Praqa Universitetinin professoru Yan Qusun alovlu çıxışlarını dinləməyə axışırdılar. Yan Qus (1371–1415) kəndli ailəsində böyümüşdü. O universitet təhsilinə malik biri idi. Lakin qabiliyyətli və əməksevər gənc olan Yan Qus universitet təhsilini başa vurmaq üçün çox məhrumiyyətlərə və çətinliklərə dözməli olmuşdu. Çox çəkmədən Qus professor oldu. Sonra isə Praqa Universitetinə başçılıq edən ilk çex oldu.
Öz çıxışlarında Yan Qus acgöz ruhaniləri amansızcasına ifşa edirdi. O, Romada kilsə vəzifələrinin pula satılmasından hiddətlənərək papanı baş fırıldaqçı adlandırırdı. Yan Qus deyirdi: Keşişlər içərisində tutduğu vəzifəni pulla satın almayan və dindarlardan vergi toplamayan az tapılar… Ləyaqətsiz ruhani kasıb qarının gizlədib saxladığı axırıncı qəpik-quruşunu da əlindən qoparıb alır. Bundan sonra necə deməyəsən ki, o oğrudan da betər hiyləgər və zalımdır?!. Yan Qus Çexiyada "" satılmasını kəskin surətdə pisləyirdi. Qus ruhaniləri tənqid etməklə kifayətlənmirdi. O, kilsənin yenidən təşkil olunmasını tələb edirdi. Kilsənin əhalidən qarət edib topladığı sərvəti, yepiskopların və monastırların torpaqlarını onların əlindən almağa çağırırdı. Dindarlar üçün saysız hesabsız ruhani ordusu olmamalı, Çexiyanın öz kilsəsi olmalıdır. Həm də bu kilsə Roma papasına deyil, Çexiya kralına tabe olmalıdır. Qus deyirdi; Qardaşlar, indi müharibə və qılınc dövrü başlanacaqdır. Yan Qus dini ayinlərə görə haqq verilməsi qaydasının aradan qaldırılmasını tələb edirdi. O, ibadətin doğma dildə aparılmasını istəyirdi. Qus çex dilinin qrammatikasını işləyib hazırlamışdı. Yan Qus vətənpərvər idi. O öz vətənini, xalqını dərindən sevirdi. O öz xalqına müraciət edərək deyirdiki, çexlər quyruqda sürünməməli, başda olmalıdırlar. Qus qətiyyətlə öz xalqını yadellilərə qarşı mübarizəyə çağırırdı. Lakin Qus başqa xalqlara nifrət bəsləmirdi. Qus deyirdi ki, onun üçün yaxşı alman pis çexdən daha yaxındır. Qus feodalizm quruluşunun əleyhinə çıxmırdı. Lakin kəndlilərin dilənçi kökündə və hüquqsuz vəziyyətdə yaşamasını ədalətsizlik sayırdı. O deyirdi ki, panlar və ruhanilər yoxsulların var-yoxunu soyub əlindən alır, özləri isə cah-calal içərisində qarın otarırlar. Qusun fikrincə, əgər feodallar ədalətsiz hərəkət edirlərsə, onda xalqın ədalətsiz hakimlərə qarşı nəinki üsyan etmək hüququ var, hətta onlar üsyan etməyə borcludurlar.
Yan Qusun həlak olması
Praqa baş yepiskopu Qusa din əleyhinə təbliğat aparmağı qadağan etdi, daha sonra isə onu kafir elan edib lənətləndirdi. Lakin bu, Qusu qorxutmadı. O, Praqanı tərk edərək iki il Çexiyanın cənubunda yaşadı və kəndlilər qarşısında çıxışlarını davam etdirdi. Belə olduqda, Roma papası Qusu ali ruhanilərin qurultayı olan kilsə məclisinə çağırtdırdı. Bu zaman kilsə məclisi Almaniyanın cənubunda şəhərində keçirilirdi. İmperator Qusa toxunulmazlıq fərmanı verdi. O, bu fərmanla Qusa tam təhlükəsizlik vəd edirdi. Qus öz görüşlərini müdafiə etmək üçün Konstans şəhərinə getməyi qərara aldı. Konstansda Qusu qandalladılar və yarım il nəm, soyuq zindanda saxladılar. Sonra isə onu mühakimə etdilər. Kilsə məclisi Qusu kafir elan etdi. Ondan tələb olundu ki, öz görüşlərindən əl çəksin. Qus belə cavab verdi. Mən öz vicdanıma xəyanət edə bilmərəm. Əgər mən həqiqətdən üz döndərsəm, həmişə həqiqət söyləməyi öyrətdiyim xalqımın gözlərinə nə cürətlə baxa bilərəm? O, inamından əl çəkməkdənsə, ölümü üstün tutdu. Yan Qus 1415-ci ildə tonqalda yandırıldı. O, işgəncəli edamı mərdliklə qarşıladı.
Silahlı mübarizənin başlanması
Qusun edam olunması Çex xalqının qəzəbini alovlandırdı. Kəndli izdihamları dağlara qalxır, orada Qusun tərəfdarları olan xalq təbliğatçılarının nitqlərini dinləyirdilər. Onlar çex xalqının öz düşmənlərinə qarşı mübarizə üçün silahlanmağa və hər cür zülmə son qoymağa çağırırdılar. Xalq Qus təlimindən cəsarətli nəticələr çıxardı. Yan Qusun bütün tərəfdarları özlərini Husçular adlandırıdılar. 1419-cu ildə Praqada şəhər yoxsullarının üsyanı oldu. Onlar bələdiyyə idarəsinin binasına daxil olub mənfur şəhər hakimlərini pəncərədən atdılar. Üsyançılar müəyyən müddət paytaxtda hakimiyyəti ələ keçirdilər. Yoxsullar və sənətkarlar alman varlılarını Çexiya şəhərlərindən qovdular. Xalqın qəzəbi katolik kilsəsinə qarşı yönəldi. Üsyançılar monastırları dağıdır, ruhaniləri qırır və ya çıxardıb qovurdular. Xalq hərəkatından istifadə edən bir çox panlar kilsə torpaqlarını zəbt etdilər.
Taborçular və Mötədillər
Xalqın sevimli toplanış yeri Çexiyanın cənubundakı idi. Üsyana qalxmış kütlələr dəstə-dəstə bura axışırdı. Burada onlar şəhər saldılar və onu qalın divarlarla dövrəyə aldılar. Üsyançılar yeni saldıqları şəhəri həmin dağların adı ilə Tabor adlandırdılar. Çex xalqının düşmənlər üzərində tam qələbəsi uğrunda çarpışan mübarizlər özlərini adlandırırdılar. Taborçuların əsas qüvvəsi üsyana qalxmış kəndlilər, xırda sənətkarlar və şəhər yoxsulları idi. Onların məqsədi təhkimçiliyi, feodal mükəlləfiyyətləri və vergilərini ləğv etmək, feodal torpaqlarını ələ keçirmək idi. Ən ardıcıl taborçular elə bir dövrün gəlməsini arzulayırdılar ki, o zaman yer üzündə nə krallar, nə panlar, nə də təhkimlilər qalacaq, idarəçilik isə xalqın öz əlində olacaqdır. Taborçular, həmçininyadellilərin və katolik kilsəsinin zülmünü də qətiyyətlə aradan qaldırmaq istəyirdilər. Tabora gələn adamlar öz pullarını şəhərin küçələrində qoyulmuş xüsusi çəlləklərə salmalı idilər. Bu yolla toplanan vəsait üsyançıların silahlandırılmasına və yoxsullara kömək üçün xərclənirdi. Taborda yaşayanların hamısı bərabər hesab olunurdular. Bəzi yoxsullaşmış cəngavərlər də taborçulara qoşuldular. Onlar başa düşürdülər ki, Çexiyanın düşmənlərinə ancaq üsyana qalxmış xalqın köməyi ilə qalib gəlmək olar.
Husçuların digər qrupu özlərini mötədillər adlandırırdılar. Varlı ustalar və tacirlər, həmçinin çex feodallarının çoxu bu qrupa aid idilər. Mötədillər Çexiyada yadellilərin zorakılığına son qoymağa, katolik kilsəsinin qüdrətini zəiflətməyə və onun torpaq mülklərini ələ keçirməyə çalışırdılar. Lakin varlı şəhərlilər və feodallar öz xalqından qorxurdular. Buna görə də şəhər varlıları və feodallar taborçular qədər qətiyyətli deyildilər.
Husçu müharibələri
Səlib yürüşləri
Katolik kilsəsi və alman feodalları Çexiyadakı var-dövlətlərini itirmək istəmirdilər. Buna görə də onlar çex xalqının azadlıq hərəkatını boğmaq qərarına gəldilər. Roma papası Husçulara qarşı xaç yürüşləri elan etdi. Çexiyaya yürüş məqsədilə toplanmış qoşun əsasən alman feodallarından ibarət idi. Bu qoşuna Müqəddəs Roma imperatoru başçılıq edirdi. Yürüşdə Avropanın bir çox başqa ölkələrindən olan cəngavərlər və muzdlu əsgərlər də iştirak edirdilər. 1420-ci ildə Çexiyaya 100.000 nəfərlik bir ordu basqın etdi. Səlibçilər Çexiya paytaxtına çatınca yolboyu şəhər və kəndləri talan edir, yanğınlar və qırğınlar törədirdilər. Nəhayət, səlibçilərin ordusu Praqanı mühasirəyə aldı. Şəhərin şərq qapıları yaxınlığındakı təpədə şiddətli döyüş başladı. Burada şəhər sakinlərinin köməyinə gəlmiş kiçik bir taborçu dəstəsi möhkəmlənmişdi. Vuruşmanın həlledici anında bir dəstə döyüşçü şəhər qapılarından çıxıb səlibçilərə arxadan zərbə endirdi. Pərən-pərən düşən cəngavərlər Praqanın qala divarlarından geriyə doğru qaçmağa üz tutdular. Papa və imperator Husçulara qarşı daha dörd yürüş təşkil etdilər. Lakin bu yürüşlər də birinci yürüş kimi uğursuzluqla nəticələndi.
Husçuların qoşunları
Təcrübəli feodal ordularına qarşı kəndlilər, sənətkarlar və şəhər yoxsullarından ibarət olan xalq qoşunu vuruşurdu. Taborçular cəngavərlər kimi silahlanmamışdılar. Onların qoşununu əsas hissəsi idi. Döyüşçülər dəmir üzlüyü olan nizə formasına salınmış dəryaz, balta, ucuna dəmir keçirilmiş payalarla silahlanmışdılar. Taborçuların hərbi işdə təcrübəsi olan feodalları və muzdlu əsgərləri bu cür kəndli silahları ilə əzişdirirdilər. Onlar xüsusi qarmaqlarla cəngavərləri çəkib atdan yerə salır, toxmaqla döyüb öldürürdülər. Taborçular döyüşdə ilk dəfə səhra toplarından böyük uğurla istifadə etməyə başladılar. Bu topları araba ilə daşıyırdılar. Düzən yerlərdə gedən vuruşmalarda taborçular cəngavərləri həmin toplarla atəşə tuturdular. Atlı cəngavər qabağını saxlamaq üçün taborçular dərhal kəndli arabalarını bir-birinə bağlayıb istehkam düzəldirdilər. Xalq qoşunu dəstələri səlibçi ordularından yüksək döyüş ruhu, dəyanət və intizamlı olmaları ilə fərqlənirdilər. Onların cərgələrində soyğunçulara və oğrulara yer yox idi. Mübahisə etmək, sərxoşluq, qumar oynamaq və qarətçilik üstündə döyüşçüləri ən ağır cinayət törətmiş müqəssirlər kimi cəzalandırırdılar.
Yan Jijka
Xalq qoşununa döyüşçülərin özlərinin seçdikləri sərkərdələr başçılıq edirdilər. Husçu qoşunlarının əsas təşkilatçısı və başçısı yoxsullaşmış cəngavər, təcrübəli döyüşçü olan idi. Husçular Praqa uğrunda vuruşmada onun başçılığı ilə qələbə qazandılar. Lakin Jijka döyüşlərin birində başından yaralandı və kor oldu. Lakin o, xalq ordusuna başçılığı davam etdirdi. Jijkanın "gözləri" onun köməkçiləri idi. Onlar düşmən qoşunlarının mövqeyi və hərəkəti barədə Jijkaya məlumat verirdilər. Doğma yerləri əla tanıyan kor sərkərdə səhv etmədən çexlər üçün ən münasib mövqe seçirdi. O, döyüşlərdə böyük zirəklik göstərir, gözlənilməz üsullara əl atır, qərarlar qəbul edir və bununla düşməni çaşbaş salırdı. Döyüşlərin birində Jijkanın əmri ilə təpənin başından daş doldurulmuş onlarla arabanı hücuma keçən cəngavərlərin üstünə yellətdilər. Bununla cəngavərlərin sıraları pozuldu və onlar qaçmağa doğru üz qoydular. Jijka başçılıq etdiyi qoşunla birlikdə düşmənə onun heç gözləmədiyi yerdən zərbə vururdu. Jijkanın seçdiyi döyüş taktikaları qeyri-ənənəvi və innovativ idi. O, döyüşçüləri döyüşün tələblərinə görə deyil, həmin döyüşçülərin öz bacarığına uyğun olaraq silahlandırır və təlim keçirdi. Jijka təkərli arabaların ətraflarını zirehlə örtür və onların üzərində kiçik toplar və muşketlər yerləşdirir, bununla da gələcək tankların qurulma əlamətlərini əvvəlcədən görürdü. Cəngavərlər çox vaxt Husçuların döyüş nəğmələrini və onların arabalarının səsini eşidən kimi döyüşə girmədən, küyə düşüb qaçırdılar. Düşmənləri Jijkanı "Müdhiş kor" adlandırır və onun adı çəkiləndə belə qorxuya düşürdülər. Xalq döyüşçüləri öz sərkərdələrini sevirdilər. Jijka bütün hərb tarixi boyunca heç bir döyüşdə məğlub olmayan azsaylı sərkərdələrdən biri idi. Yan Jijka 1424-cü ilin oktyabrın 11-də vəba xəstəliyindən vəfat edir. Jijka öləndə xalq döyüşçüləri özlərini "yetim" adlandırmağa başladılar. Çexiyada bir çox yerə Jijkanın adı verilmiş, şəhərlərdə ona heykəllər ucaldılmışdır.
Husçuların başqa ölkələrə yürüşləri
Yan Jijkanın ölümündən sonra Husçu qoşunlarına yeni istedadlı sərkərdələr başçılıq edirdilər. Husçular Macarıstana, Avstriyaya və Almaniyanın lap içərilərinə yürüşlər edir, hətta Baltik dənizi sahillərinə kimi gedib çıxırdılar. Onlar qəsrləri və monastırları dağıdır, hər yerə təbliğat xarakterli məktublar yazıb göndərirdilər. Feodallar və ruhanilərin "çex zəhəri" adlandırdıqları taborçu ideyaları bütün Avropaya yayılmışdı. Almaniya və Polşada kəndlilərin şəhər yoxsullarının üsyanları başlanmışdı. Macarıstanda da böyük kəndli üsyanı baş verdi. Feodallar bu üsyanı çoxlu qüvvə toplayaraq yalnız bir ildən sonra yatıra bildilər.
Husçular hərəkatının məğlubiyyəti
Taborçuların feodal qaydalarına qarşı çıxışları çex feodalları və şəhər varlılarını qorxuya salmışdı. Panlar və cəngavərlər Husçu müharibələrinin gedişində kilsə torpaqlarını tutmuşdular. Onlar öz xalqının boynuna yenidən feodal boyunduruğu keçirmək arzusunda idilər. Çex tacirləri və varlı ustalar şəhərlərdə idarəçiliyi öz əllərinə keçirmişdilər. Xaç yürüşlərinin müvəffəqiyyətlə başa çatacağına ümidini itirmiş papa və imperator Çexiyadakı azadlıq mübarizəsini çexlərin öz əli ilə boğmaq qərarına gəldilər. Onlar mötədillərlə danışıqlar aparmağa başladılar. Papa çex feodallarına vəd verdi ki, onların zəbt etdikləri kilsə torpaqlarına toxunmayacaqdır. Panlar və cəngavərlər böyük bir ordu topladılar. Bu qoşunun xərcini papa və imperator ödəyirdi. Beləliklə, mötədillərlə taborçular arasında müharibə başlandı. 1434-cü ildə Praqadan şərq tərəfdə yerləşən adlı kiçik bir şəhərin yaxınlığında mötədillər taborçulara hücum etdilər. Mötədillər hiylə işlədərək geri çəkilib öz düşmənlərini arabaların arxasından düzə çıxartdılar və orada onları darmadağın etdilər. Feodallar əsir almırdılar, onlar az miqdarda sağ qalmış taborçuları qovub anbarlara doldurdular və gecə orada yandırdılar. sonra ayrı-ayrı taborçu dəstələri qəti surətdə məğlub oluncaya qədər hərbi əməliyyatı davam etdirdilər.
Hərəkatın nəticələri
Çex xalqı 15 il ərzində (1419-cu ildən 1434-cü ilədək) feodal zülmü, yadelli zorakılığı və katolik kilsəsinə qarşı qəhrəmanlıqla mübarizə apardı. Taborçuların mübarizəsi kəndli müharibəsi idi. İngiltərə və Fransada həmin dövrdə baş vermiş kəndli üsyanlarından fərqli olaraq, bu kəndli müharibəsi daha uzun sürmüş, daha yaxşı təşkil olunmuş və bütün ölkəni əhatə etmişdi. Kəndlilər və şəhər yoxsulları məğlub oldular. Lakin onlar, hər halda, müəyyən müddət üçün feodalların istismarı gücləndirmək cəhdlərinin qarşısını aldılar. Üsyana qalxmış xalq katolik kilsəsinə güclü zərbə vurdu. Kilsə itirilmiş torpaqları və dağıdılmış monastırları bütünlüklə bərpa edə bilmədi. Çexiyada yadelli zorakılığı sarsıdıldı. Husçu mühariblərindən sonra şəhərlərin çoxunun əhalisi çexlərdən ibarət oldu. Çex dili müəssisələrdə və məhkəmə işlərində alman dilini sıxışdırdı.
İstinadlar
Xarici keçidlər
- Janna d'Arkın Husçulara yazdığı məktub
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Huscular herekati hemcinin Huscu muharibeleri ve Bohemiya muharibeleri kimi de adlanir Yan Qus terefdarlarinin 1419 1434 cu illerde Cexiyada ve etraf olkelerde kecirdiyi reformasiya xarakterli herakat Bu muharibeler Avropada odlu silahlarin helledici rol oynadigi ilk muharibe idi Huscu doyusculerinin coxu piyadalar idi onlarin daha coxsayli zirehli cengaver ordulari ile doyuslerde elde etdiyi qelebeler muharibeler tarixinde inqilab yaratdi Lakin sonda bu herekat qeti neticesi olmayan herekat idi Huscular herekatiTarix 30 iyul 1419Yeri Merkezi Avropa Vikianbarda elaqeli mediafayllarHerekatin yetismesiXIV esrin ortalarinda Cexiya krali 1342 1378 Muqeddes Roma imperiyasinda imperator secildi Cexiya bu imperiyanin terkibinde en guclu dovlete cevrildi Cexiya krali imperator secmek huququ almis knyazlar icerisinde birinci yeri tutdu IV Karl muharibelere etmekden cekinirdi Lakin o torpaq satin almaq ovladlarina dovlet ucun serfeli olan nikahlar baglatmaq yolu ile Cexiya kralliginin erazisini genislendire bildi IV Karl iri feodallarin da huquqlarini mehdudlasdirmaga da cehd gosterse de bu sahede boyuk ugur qazana bilmedi Kral senetkarligin meden islerinin ve ticaretin inkisafini himaye edirdi Bu zaman Cexiya iqtisadiyyati yukselis dovrunu yasayirdi Coxlu yeni torpaq saheleri ekilmeye baslanmisdi Olkede coxlu su ve yel deyirmanlari vardi Cexiyani her terefden ehate eden daglarda yeni mis qalay demir yataqlari tapilmisdi Metal eridilmesi artmisdi Cexiya gumus cixarilmasi sahesinde Avropada ilk yerlerden birine cixdi o zaman Avropada pullar gumusden kesilirdi Seheerlerde 200 den cox senetkarliq sahesi vardi Mahud toxunmasi hemcinin o zaman nadir pese olan suse qablar istehsali Cexiyada yayilmis senet sahelerinden idi Avropanin merkezinde yerlesen Cexiya erazisinde muhum karvan yollari qovusurdu Paytaxt Praqada ilde iki defe boyuk yarmarkalar acilirdi Bu yarmarkalara Polsa Almaniya ve Italiyadan da tacirler axisirdi Praqa seheri IV Karlin dovrunde imperiyanin paytaxti oldu O zaman Praqa 40 000 nefer ehalisi olan boyuk bir seher idi Burada boyuk tikinti isleri gedirdi Hemin dovrde meshur Karl korpusu salinmis esasi qoyulmusdu Debdebeli saraylar ve mebedlerle bezedilmis Cexiya paytaxti haqli olaraq Avropanin en gozel seherlerinden biri hesab olunurdu Bu zaman Cexiyada Avropanin en boyuk ali mekteblerinden biri olan acildi Lakin iqtisadiyyatin yukselisi xalqin veziyyetini yungullesdirmedi Eksine feodallarin ve seher varlilarinin zulmu siddetlendi Iri cex feodallari olan panlar cah calal icerisinde yasayirdilar Cengaverler de onlardan geri qalmaq istemirdiler O dovrun yazicisi feodallari bu cur ele salirdi Hami pan olmaq isteyir Cunki kok atlara minib gezmek sade adamlara hede qorxu gelmek onlarin var yoxunu elinden almaq hemise yaxsi yemek ve bolluca icmekden yaxsi ne ola biler 14 cu esrde Cexiya kendinde foedal mukellefiyyetlerinin butun novleri biyar mehsul ve pul toycusu artmisdi Bezi senedlerde deyilirdi ki mehsul toplanisi zamani kendliler pan ne vaxt cagirsa gedib ona islemelidirler Tehkimli kendliler feodallarin tam hakimiyyeti altina dusmusduler Kralin emrine esasen oz agalarindan mehkemeye sikayet etmek tehkimli kendlilere qadagan olunmusdu Seherlerde yasayan ehalinin demek olar ki yarisi yoxsullar idi Debdebeli kilselerin qapilari agzinda duran destelerle ac yalavac dilenciler otub kecenlerden sedeqe dilenirdiler Cexiyada en boyuk torpaq sahibi katolik kilsesi idi Olkedeki en munbit torpaqlarin ucde biri onun elinde idi Cexiya kilsesinin bascisi olan Praqa bas yepiskopunun 14 seheri ve 900 kendi var idi Monastirlar xususile varli idiler Onlar qitliq olan illerde artiq mehsullarini od qiymetine sataraq acliq ceken ehalinin hesabina varlanirdilar Saysiz hesabsiz kilse vergileri kendlileri ve seherlileri elden salmisdi Ruhaniler Cexiya ehalisinden elde etdikleri gelirin xeyli hissesini Romaya gonderirdiler Yepiskoplar ve abbatlar tutduqlari vezifeleri qizilla satin alir bunun evezini ise dindar ehaliden cixirdilar Roma papalarinin acgozluyu ve satqinligi butun olkelerde hiddet ve gulus dogururdu Bele bir aci zarafat genis yayilmisdi Eger Isa Romaya gelib cixsaydi onun ozu ile de rusvetsiz danismazdilar Cexiyada katolik kilsesine qarsi umumi naraziliq yetismisdi Panlar ve cengaverler yepiskoplarin monastirlarin var dovleti ve mulklerinin paxilligini cekirdiler Onlar oz mulklerini kilse torpaqlari hesabina genislendirmek isteyirdiler Varli seherliler ruhanileri saxlamaq ucun xerce dusmek istemirdiler Kendliler ve seher yoxsullari da kilseye qarsi cixirdilar Lakin onlar eyni zamanda hem de feodal zulmunden xilas olmaq ugrunda da mubarize aparirdilar Cexiyanin servetine alman feodallari da goz dikmisdiler Esilzade alman zedeganlari Cexiya krallarina xidmet edir sarayda yuksek vezifeler tuturdular Bunun muqabilinde mukafat olaraq onlara genis torpaq mulkleri verilirdi Cexiya panlari kimi alman feodallari da ozlerinin krala yaxin olmalarindan istifade ederek her cur yolla cengaverleri sixisdirir hetta onlarin torpaqlarini da ellerinden alirdilar Yoxsullasmis cengaverlerin bir coxu oz olkelerinde ve ya xaricde xidmet edir bezileri ise yollarda quldurluqla mesgul olurdu Cexiya seherlerinde alman tacirleri ve ustalari mesken salmisdilar Onlar seher idare orqanlarini oz ellerine kecirmisdiler 14 cu esrin ortalarina qeder bir nefer de olsun cex yox idi Cexiyanin filiz medenleri de almanlarin eline kecmisdi Meden sahibleri cex filizcixaranlarinin uzucu emeyi hesabina var dovlet toplayirdilar Cexiya senetkarlari ve tacirleri seher idareciliyinde istirak etmek ugrunda mubarize aparirdilar Onlari bu mubarizede yoxsullar mudafie edirdiler Cunki seher yoxsullari alman varlilarinin zulmunden daha cox eziyyet cekirdiler Yepiskoplar ve abbatlar icerisinde de coxlu alman vardi Almanlar hetta Praqa Karl Universitetinde de agaliq edirdiler Muasirler yazir ki Cex oz veteninde ele yasayir ki ele bil bura surgun olunmusdur Huscular Herekatinin baslanmasiYan Qusun cixislari Yan Qusun tonqalda yandirilmasini tesvir eden miniatur 1485 XV esrin baslangicinda Praqa kucelerinin birindeki kicik bir kilse cox adami ozune celb etmeye baslamisdi Seherliler kendliler ve cengaverler bura Praqa Universitetinin professoru Yan Qusun alovlu cixislarini dinlemeye axisirdilar Yan Qus 1371 1415 kendli ailesinde boyumusdu O universitet tehsiline malik biri idi Lakin qabiliyyetli ve emeksever genc olan Yan Qus universitet tehsilini basa vurmaq ucun cox mehrumiyyetlere ve cetinliklere dozmeli olmusdu Cox cekmeden Qus professor oldu Sonra ise Praqa Universitetine basciliq eden ilk cex oldu Oz cixislarinda Yan Qus acgoz ruhanileri amansizcasina ifsa edirdi O Romada kilse vezifelerinin pula satilmasindan hiddetlenerek papani bas firildaqci adlandirirdi Yan Qus deyirdi Kesisler icerisinde tutdugu vezifeni pulla satin almayan ve dindarlardan vergi toplamayan az tapilar Leyaqetsiz ruhani kasib qarinin gizledib saxladigi axirinci qepik qurusunu da elinden qoparib alir Bundan sonra nece demeyesen ki o ogrudan da beter hiyleger ve zalimdir Yan Qus Cexiyada satilmasini keskin suretde pisleyirdi Qus ruhanileri tenqid etmekle kifayetlenmirdi O kilsenin yeniden teskil olunmasini teleb edirdi Kilsenin ehaliden qaret edib topladigi serveti yepiskoplarin ve monastirlarin torpaqlarini onlarin elinden almaga cagirirdi Dindarlar ucun saysiz hesabsiz ruhani ordusu olmamali Cexiyanin oz kilsesi olmalidir Hem de bu kilse Roma papasina deyil Cexiya kralina tabe olmalidir Qus deyirdi Qardaslar indi muharibe ve qilinc dovru baslanacaqdir Yan Qus dini ayinlere gore haqq verilmesi qaydasinin aradan qaldirilmasini teleb edirdi O ibadetin dogma dilde aparilmasini isteyirdi Qus cex dilinin qrammatikasini isleyib hazirlamisdi Yan Qus vetenperver idi O oz vetenini xalqini derinden sevirdi O oz xalqina muraciet ederek deyirdiki cexler quyruqda surunmemeli basda olmalidirlar Qus qetiyyetle oz xalqini yadellilere qarsi mubarizeye cagirirdi Lakin Qus basqa xalqlara nifret beslemirdi Qus deyirdi ki onun ucun yaxsi alman pis cexden daha yaxindir Qus feodalizm qurulusunun eleyhine cixmirdi Lakin kendlilerin dilenci kokunde ve huquqsuz veziyyetde yasamasini edaletsizlik sayirdi O deyirdi ki panlar ve ruhaniler yoxsullarin var yoxunu soyub elinden alir ozleri ise cah calal icerisinde qarin otarirlar Qusun fikrince eger feodallar edaletsiz hereket edirlerse onda xalqin edaletsiz hakimlere qarsi neinki usyan etmek huququ var hetta onlar usyan etmeye borcludurlar Yan Qusun helak olmasi Praqa bas yepiskopu Qusa din eleyhine tebligat aparmagi qadagan etdi daha sonra ise onu kafir elan edib lenetlendirdi Lakin bu Qusu qorxutmadi O Praqani terk ederek iki il Cexiyanin cenubunda yasadi ve kendliler qarsisinda cixislarini davam etdirdi Bele olduqda Roma papasi Qusu ali ruhanilerin qurultayi olan kilse meclisine cagirtdirdi Bu zaman kilse meclisi Almaniyanin cenubunda seherinde kecirilirdi Imperator Qusa toxunulmazliq fermani verdi O bu fermanla Qusa tam tehlukesizlik ved edirdi Qus oz goruslerini mudafie etmek ucun Konstans seherine getmeyi qerara aldi Konstansda Qusu qandalladilar ve yarim il nem soyuq zindanda saxladilar Sonra ise onu muhakime etdiler Kilse meclisi Qusu kafir elan etdi Ondan teleb olundu ki oz goruslerinden el ceksin Qus bele cavab verdi Men oz vicdanima xeyanet ede bilmerem Eger men heqiqetden uz dondersem hemise heqiqet soylemeyi oyretdiyim xalqimin gozlerine ne curetle baxa bilerem O inamindan el cekmekdense olumu ustun tutdu Yan Qus 1415 ci ilde tonqalda yandirildi O isgenceli edami merdlikle qarsiladi Silahli mubarizenin baslanmasiQusun edam olunmasi Cex xalqinin qezebini alovlandirdi Kendli izdihamlari daglara qalxir orada Qusun terefdarlari olan xalq tebligatcilarinin nitqlerini dinleyirdiler Onlar cex xalqinin oz dusmenlerine qarsi mubarize ucun silahlanmaga ve her cur zulme son qoymaga cagirirdilar Xalq Qus teliminden cesaretli neticeler cixardi Yan Qusun butun terefdarlari ozlerini Huscular adlandiridilar 1419 cu ilde Praqada seher yoxsullarinin usyani oldu Onlar belediyye idaresinin binasina daxil olub menfur seher hakimlerini pencereden atdilar Usyancilar mueyyen muddet paytaxtda hakimiyyeti ele kecirdiler Yoxsullar ve senetkarlar alman varlilarini Cexiya seherlerinden qovdular Xalqin qezebi katolik kilsesine qarsi yoneldi Usyancilar monastirlari dagidir ruhanileri qirir ve ya cixardib qovurdular Xalq herekatindan istifade eden bir cox panlar kilse torpaqlarini zebt etdiler Taborcular ve MotedillerXalqin sevimli toplanis yeri Cexiyanin cenubundaki idi Usyana qalxmis kutleler deste deste bura axisirdi Burada onlar seher saldilar ve onu qalin divarlarla dovreye aldilar Usyancilar yeni saldiqlari seheri hemin daglarin adi ile Tabor adlandirdilar Cex xalqinin dusmenler uzerinde tam qelebesi ugrunda carpisan mubarizler ozlerini adlandirirdilar Taborcularin esas quvvesi usyana qalxmis kendliler xirda senetkarlar ve seher yoxsullari idi Onlarin meqsedi tehkimciliyi feodal mukellefiyyetleri ve vergilerini legv etmek feodal torpaqlarini ele kecirmek idi En ardicil taborcular ele bir dovrun gelmesini arzulayirdilar ki o zaman yer uzunde ne krallar ne panlar ne de tehkimliler qalacaq idarecilik ise xalqin oz elinde olacaqdir Taborcular hemcininyadellilerin ve katolik kilsesinin zulmunu de qetiyyetle aradan qaldirmaq isteyirdiler Tabora gelen adamlar oz pullarini seherin kucelerinde qoyulmus xususi celleklere salmali idiler Bu yolla toplanan vesait usyancilarin silahlandirilmasina ve yoxsullara komek ucun xerclenirdi Taborda yasayanlarin hamisi beraber hesab olunurdular Bezi yoxsullasmis cengaverler de taborculara qosuldular Onlar basa dusurduler ki Cexiyanin dusmenlerine ancaq usyana qalxmis xalqin komeyi ile qalib gelmek olar Huscularin diger qrupu ozlerini motediller adlandirirdilar Varli ustalar ve tacirler hemcinin cex feodallarinin coxu bu qrupa aid idiler Motediller Cexiyada yadellilerin zorakiligina son qoymaga katolik kilsesinin qudretini zeifletmeye ve onun torpaq mulklerini ele kecirmeye calisirdilar Lakin varli seherliler ve feodallar oz xalqindan qorxurdular Buna gore de seher varlilari ve feodallar taborcular qeder qetiyyetli deyildiler Huscu muharibeleriSelib yurusleri Katolik kilsesi ve alman feodallari Cexiyadaki var dovletlerini itirmek istemirdiler Buna gore de onlar cex xalqinin azadliq herekatini bogmaq qerarina geldiler Roma papasi Husculara qarsi xac yurusleri elan etdi Cexiyaya yurus meqsedile toplanmis qosun esasen alman feodallarindan ibaret idi Bu qosuna Muqeddes Roma imperatoru basciliq edirdi Yurusde Avropanin bir cox basqa olkelerinden olan cengaverler ve muzdlu esgerler de istirak edirdiler 1420 ci ilde Cexiyaya 100 000 neferlik bir ordu basqin etdi Selibciler Cexiya paytaxtina catinca yolboyu seher ve kendleri talan edir yanginlar ve qirginlar toredirdiler Nehayet selibcilerin ordusu Praqani muhasireye aldi Seherin serq qapilari yaxinligindaki tepede siddetli doyus basladi Burada seher sakinlerinin komeyine gelmis kicik bir taborcu destesi mohkemlenmisdi Vurusmanin helledici aninda bir deste doyuscu seher qapilarindan cixib selibcilere arxadan zerbe endirdi Peren peren dusen cengaverler Praqanin qala divarlarindan geriye dogru qacmaga uz tutdular Papa ve imperator Husculara qarsi daha dord yurus teskil etdiler Lakin bu yurusler de birinci yurus kimi ugursuzluqla neticelendi Huscularin qosunlari Tecrubeli feodal ordularina qarsi kendliler senetkarlar ve seher yoxsullarindan ibaret olan xalq qosunu vurusurdu Taborcular cengaverler kimi silahlanmamisdilar Onlarin qosununu esas hissesi idi Doyusculer demir uzluyu olan nize formasina salinmis deryaz balta ucuna demir kecirilmis payalarla silahlanmisdilar Taborcularin herbi isde tecrubesi olan feodallari ve muzdlu esgerleri bu cur kendli silahlari ile ezisdirirdiler Onlar xususi qarmaqlarla cengaverleri cekib atdan yere salir toxmaqla doyub oldururduler Taborcular doyusde ilk defe sehra toplarindan boyuk ugurla istifade etmeye basladilar Bu toplari araba ile dasiyirdilar Duzen yerlerde geden vurusmalarda taborcular cengaverleri hemin toplarla atese tuturdular Atli cengaver qabagini saxlamaq ucun taborcular derhal kendli arabalarini bir birine baglayib istehkam duzeldirdiler Xalq qosunu desteleri selibci ordularindan yuksek doyus ruhu deyanet ve intizamli olmalari ile ferqlenirdiler Onlarin cergelerinde soygunculara ve ogrulara yer yox idi Mubahise etmek serxosluq qumar oynamaq ve qaretcilik ustunde doyusculeri en agir cinayet toretmis muqessirler kimi cezalandirirdilar Yan Jijka Yan Jijkanin Praqanin merkezinde olan heykeli Xalq qosununa doyusculerin ozlerinin secdikleri serkerdeler basciliq edirdiler Huscu qosunlarinin esas teskilatcisi ve bascisi yoxsullasmis cengaver tecrubeli doyuscu olan idi Huscular Praqa ugrunda vurusmada onun basciligi ile qelebe qazandilar Lakin Jijka doyuslerin birinde basindan yaralandi ve kor oldu Lakin o xalq ordusuna basciligi davam etdirdi Jijkanin gozleri onun komekcileri idi Onlar dusmen qosunlarinin movqeyi ve hereketi barede Jijkaya melumat verirdiler Dogma yerleri ela taniyan kor serkerde sehv etmeden cexler ucun en munasib movqe secirdi O doyuslerde boyuk zireklik gosterir gozlenilmez usullara el atir qerarlar qebul edir ve bununla dusmeni casbas salirdi Doyuslerin birinde Jijkanin emri ile tepenin basindan das doldurulmus onlarla arabani hucuma kecen cengaverlerin ustune yelletdiler Bununla cengaverlerin siralari pozuldu ve onlar qacmaga dogru uz qoydular Jijka basciliq etdiyi qosunla birlikde dusmene onun hec gozlemediyi yerden zerbe vururdu Jijkanin secdiyi doyus taktikalari qeyri enenevi ve innovativ idi O doyusculeri doyusun teleblerine gore deyil hemin doyusculerin oz bacarigina uygun olaraq silahlandirir ve telim kecirdi Jijka tekerli arabalarin etraflarini zirehle ortur ve onlarin uzerinde kicik toplar ve musketler yerlesdirir bununla da gelecek tanklarin qurulma elametlerini evvelceden gorurdu Cengaverler cox vaxt Huscularin doyus negmelerini ve onlarin arabalarinin sesini esiden kimi doyuse girmeden kuye dusub qacirdilar Dusmenleri Jijkani Mudhis kor adlandirir ve onun adi cekilende bele qorxuya dusurduler Xalq doyusculeri oz serkerdelerini sevirdiler Jijka butun herb tarixi boyunca hec bir doyusde meglub olmayan azsayli serkerdelerden biri idi Yan Jijka 1424 cu ilin oktyabrin 11 de veba xesteliyinden vefat edir Jijka olende xalq doyusculeri ozlerini yetim adlandirmaga basladilar Cexiyada bir cox yere Jijkanin adi verilmis seherlerde ona heykeller ucaldilmisdir Huscularin basqa olkelere yurusleri Yan Jijkanin olumunden sonra Huscu qosunlarina yeni istedadli serkerdeler basciliq edirdiler Huscular Macaristana Avstriyaya ve Almaniyanin lap icerilerine yurusler edir hetta Baltik denizi sahillerine kimi gedib cixirdilar Onlar qesrleri ve monastirlari dagidir her yere tebligat xarakterli mektublar yazib gonderirdiler Feodallar ve ruhanilerin cex zeheri adlandirdiqlari taborcu ideyalari butun Avropaya yayilmisdi Almaniya ve Polsada kendlilerin seher yoxsullarinin usyanlari baslanmisdi Macaristanda da boyuk kendli usyani bas verdi Feodallar bu usyani coxlu quvve toplayaraq yalniz bir ilden sonra yatira bildiler Huscular herekatinin meglubiyyetiTaborcularin feodal qaydalarina qarsi cixislari cex feodallari ve seher varlilarini qorxuya salmisdi Panlar ve cengaverler Huscu muharibelerinin gedisinde kilse torpaqlarini tutmusdular Onlar oz xalqinin boynuna yeniden feodal boyundurugu kecirmek arzusunda idiler Cex tacirleri ve varli ustalar seherlerde idareciliyi oz ellerine kecirmisdiler Xac yuruslerinin muveffeqiyyetle basa catacagina umidini itirmis papa ve imperator Cexiyadaki azadliq mubarizesini cexlerin oz eli ile bogmaq qerarina geldiler Onlar motedillerle danisiqlar aparmaga basladilar Papa cex feodallarina ved verdi ki onlarin zebt etdikleri kilse torpaqlarina toxunmayacaqdir Panlar ve cengaverler boyuk bir ordu topladilar Bu qosunun xercini papa ve imperator odeyirdi Belelikle motedillerle taborcular arasinda muharibe baslandi 1434 cu ilde Praqadan serq terefde yerlesen adli kicik bir seherin yaxinliginda motediller taborculara hucum etdiler Motediller hiyle islederek geri cekilib oz dusmenlerini arabalarin arxasindan duze cixartdilar ve orada onlari darmadagin etdiler Feodallar esir almirdilar onlar az miqdarda sag qalmis taborculari qovub anbarlara doldurdular ve gece orada yandirdilar sonra ayri ayri taborcu desteleri qeti suretde meglub oluncaya qeder herbi emeliyyati davam etdirdiler Herekatin neticeleriCex xalqi 15 il erzinde 1419 cu ilden 1434 cu iledek feodal zulmu yadelli zorakiligi ve katolik kilsesine qarsi qehremanliqla mubarize apardi Taborcularin mubarizesi kendli muharibesi idi Ingiltere ve Fransada hemin dovrde bas vermis kendli usyanlarindan ferqli olaraq bu kendli muharibesi daha uzun surmus daha yaxsi teskil olunmus ve butun olkeni ehate etmisdi Kendliler ve seher yoxsullari meglub oldular Lakin onlar her halda mueyyen muddet ucun feodallarin istismari guclendirmek cehdlerinin qarsisini aldilar Usyana qalxmis xalq katolik kilsesine guclu zerbe vurdu Kilse itirilmis torpaqlari ve dagidilmis monastirlari butunlukle berpa ede bilmedi Cexiyada yadelli zorakiligi sarsidildi Huscu muhariblerinden sonra seherlerin coxunun ehalisi cexlerden ibaret oldu Cex dili muessiselerde ve mehkeme islerinde alman dilini sixisdirdi IstinadlarXarici kecidlerJanna d Arkin Husculara yazdigi mektub