Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Opera (lat. iş, əmək, əsər) — (italyanca — inşa, iş, əmək, məşğuliyyət deməkdir), teatr sənətinin ən mürəkkəb növlərindən biridir. Məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın əsasını libretto təşkil edir. Operanın librettosu nəzmlə yazılır.
Haqqında
Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu. XVI əsrin ortalarında musiqili tamaşalara birsəsli ifalar (monodiya) daxil etmək cəhdləri operanın sürətli inkişafına təkan verdi. Adı çəkilən cəhdlərin müəllifləri öz musiqili-dramatik əsərlərini drama in musica və ya drama per musica adlandırırdılar: "opera" adından XVII əsrin ortalarından istifadə olunmağa başlanılıb. Hərçənd sonralar bəzi opera bəstəkarları (Rixard Vaqner) "musiqili dram" adına qayıtdılar.
Kütləvi tamaşaçı üçün ilk opera teatrı 1637-ci ildə Venesiyada açılıb. Buna qədər opera yalnız saray əyləncəsi hesab olunurdu. Cakopo Perinin 1597-ci ildə yazdığı "Dəfnə" əsəri ilk böyük opera sayılır. İtaliyadan sonra opera janrı digər Avropa ölkələrinə də yayılmağa başlayıb. Almaniyada Henrix Şyüts ("Dəfnə" 1627), Fransada Kamber ("La pastorale" 1647), İngiltərədə Pyörsell opera sənətinin pionerləri sayılırlar. Operada teatral dramaturgiya orkestr musiqisi və vokalla vəhdət təşkil edir. İncəsənətin bu növü müxtəlif bədii vasitələri özündə birləşdirir: solo və xor ifalar, fərqli ansambllar, simfonik orkestr, təsviri sənətin elementləri (kostyumlar, dekorasiyalar və sair), balet. Tərkibində balet səhnələrinin də vacib yer tutduğu operalar opera-balet adlanır. Operanın bu növü XVII–XVIII əsrlərdə Fransada geniş yayılmış (Ramonun "Zərif Hindistan" əsəri) və sonrakı dövrlərdə də bəzən rast gəlinir (məsələn, Rimski-Korsakovun "Mlada" əsəri). Operanın heyətinə — solist, xor, orkestr, hərbi orkestr və orqan daxildir. Operada səslər əsasən iki yerə- kişi və qadın səslərinə bölünür. Öz növbəsində onların da növləri var. Soprano, metso-soprano, kontralto — qadın səslərinin, kontrtenor, tenor, bariton və bas isə kişi səslərinin növləridir. Opera- aktlar, şəkillər, səhnələr və çıxışlardan ibarətdir. Aktlar proloqla başlayıb, epiloqla bitir. Reçitativ, ariozo, mahnılar, ariyalar, duetlər, trio, kvartetlər, ansambllar opera əsərinin hissələri, üvertüra, introduksiya, antraktlar, patomima, melodrama, yürüşlər, balet musiqisi isə simfonik formalarıdır.
Azərbaycanda opera
Azərbaycanda opera sənəti keçən əsrin əvvəllərində təşəkkül tapmağa başlayıb. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq - müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur. Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və Dövlət Opera Teatrının yaranma tarixi bu vaxtdan başlayır. Uzun müddət, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli operamız, məhz, Ü.Hacıbəyovun əsərləri sayəsində — "Şeyx Sənan" (1909, opera), "Ər-arvad" (1909, operetta), "Rüstəm və Söhrab" (1910, opera), "O olmasın, bu olsun" (1911, operetta), "Fərhad və Şirin" (1911, opera) və s. — yaşayıb və inkişaf edib. Sonrakı illərdə Zülfüqar Hacıbəyov ("Aşıq Qərib" 1916), Müslüm Maqomayev ("Şah İsmayıl" 1919), Əfrasiyab Bədəlbəyli ("Nizami" 1948), Fikrət Əmirov ("Sevil" 1955) və digər görkəmli bəstəkarlarımız da milli opera sənətinə öz töhfələrini vermişlər. Adları çəkilən müəlliflərin, xüsusilə də Ü.Hacıbəyovun əsərləri hazırda da Milli Opera və Balet teatrının repertuarındadır.
Teatr 1959-cu ildən Akademik Teatr statusu almışdır. Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar — Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış etmiş və bu gün də çıxış etməkdədir.
Opera janrının tarixi
Opera İtaliyada misteriyalarda – musiqisi epizodik işlədilən və əhəmiyyəti o qədər də yüksək olmayan ruhani tamaşalarda yaranıb. "Müqəddəs Pavelin dönməsi" (1480) ruhani tamaşasında əsər boyu səslənən musiqi ilk dəfə ciddi mövqe tutur.
XVI əsrin ortalarında musiqisi motet, yaxud madriqal səciyyəsində xor ilə məhdudlaşan "çoban oyunları" – pastorallar geniş intişar tapır. Orasio Vekkinin "Amfiparnasso" madriqal komediyasında səhnə arxasından beşsəsli madriqal formasında səslənən xor aktyorların səhnədəki çıxışları müşayiət edirdi. "Commedia armonika" – "Harmonik (yəni ifa ilə müşayiət olunan) komediya" ilk dəfə Modena sarayında 1597-ci ildə səhnəyə qoyulub.
XVI əsrin sonlarında madriqal komediyalara təksəsli ifa formasında yazılmış partiyaları daxil etmək cəhdləri yer almışdır. Məhz bu cəhdlər sayəsində opera adlanacaq janr öz inkişafını sürətləndirmişdir. Həmin cəhdlərlə əsərlərini zənginləşdirən müəlliflər artıq öz musiqili-dram əsərlərini "drama in musica", yaxud "drama per musica" adlandırmağa başlayırlar.
İlk operalar İtaliyada XVII–XVIII əsrlərdə yaranmışdır. Onların müəllifləri – Yakopo Peri, Klaudio Monteverdi və s. Qədim tarixi və antik əsatirlərin süjetinə yazılmış bu erkən operaları instrumental ansambl ilə müşayət edən solo vokal nömrələrdən ibarətdir. Onun əsasında XVII–XVIII əsrin əvvəlində İtaliyada opera–seriya janrı yaranır. Faciə süjetinə yazılmış opera-seriyada 89 əsas rolu virtuoz müğənni ifa etməli idi. Bu janrın görkəmli yaradıcıları A.Skarlatti və Georq Fridrix Hendeldir.
XVIII əsrin ortalarında bəstəkar Kristof Villibald Qlyuk operanın köklü islahatını aparır. Virtiozluğun həddindən artığına qarşı cıxır, o, vokal partiyalarının ifadəli sadəliyinə üstünlük verir. Musiqini səhnə danışığı intonasiyasına yaxınlaşdırır. Onun məşhur operası — "Orfey"dir.
Operanın növləri
Opera musiqisinin tarixən müəyyən növləri formalaşmışdır. Opera dramaturgiyasının bəzi ümumi qanunauyğunluqlarının olmasına baxmayaraq, komponentləri operanın növündən asılı olaraq müxtəlif şəkildə başa düşülür.
Böyük opera
Böyük opera (opera seria — italyan dilində, tragédie lyrique, daha sonra grand-opéra — fransız dilində) — XIX əsrin I yarısında Avropada "böyük opera" əsas yer tutur (C.Meyerber "Quqenotlar", "Peyğəmbər").
Böyük operanın xarici effekfliyinin mübarizəsində realistik cərəyanlar əks çıxmağa başladılar. Onların parlaq nümayəndələri Cüzeppe Verdi və Jorj Bize idilər. Verdi əvvəlki sənətini böyük operaya həsr etmiş, sonrakı illərdə isə o gözəl realistik operalarınıı yaratmışdır (Traviata, Riqoletto, Otello). Dünya operası incəsənətinin yüksək zirvəsinə çatmış J.Bizenin "Karmen" operasıdır. Realizm ideyalarına verizmin nümayəndələri İtalyan bəstəkarları Pyetro Maskanyi, Rucero Leonkavallo, Cakomo Puççini qoşulmuşdular.
XIX əsr opera incəsənətində opera islahatçısı Rixard Vaqner əsas yer tutur. Pariltılı böyük operaya qarşı çıxan R.Vaqner, alman xalq əfsanələri əsasında dərin fəlsəfi məzmun ilə bağlı musiqi dramını yaradır. ("Tanqeyzer", "Loenqrin", "Tristan və İzolda", "Nibelunqun üzüyü" — tetralogiyası). R.Vaqner operanın ayrı nömrələrin (ariya, ansambllar) bölünməsindən imtina etmiş, səhnə hərəkətinin bütövlüyünə nail olaraq, operanı dramaya yaxınlaşdırır. Ən vacib rolu və üstünlüyü o orkestrə verirdi. R.Vaqnerin islahatı alman operasının inkişafına böyük təsir etmişdir.
Azərbaycanda operanın islahatçısı — Üzeyir Hacıbəyovdur. O, şərq və qərb musiqisini operada birləşdirmişdir. Onun ən vacib əsəri "Azərbaycan xalq musiqisinin əsasları" idi. Üzeyir Hacıbəyovun operaları "Leyli və Məcnun", "Koroğlu" və başqalarından ibarətdir.
Yarıkomik
Yarıkomik (semiseria)
Komik opera
Komik opera (opera-buffa — italyan dilində, opéra-comique — fransız dilində, Spieloper — alman dilində) — Müxtəlif ölkələrdə paralel olaraq canlı sənət hərəkətləri ilə və xalq mahnılarına oxşayan sadə vokal partiyaları ilə komik operası yaranır. Komik operanın görkəmli müəllifləri , Domeniko Çimaroza, Coakkino Rossini (İtaliyada), A.Qretti, P.Moncini (Fransada), Yozef Haydn, Volfqanq Amadey Motsart (Avstriyada) olmuşlar. Mosartın yüksək zirvəsinə çatan bəzi operaları (Fiqaronun toyu, Don Juan, Sehirli fleyta) komik operanın, opera-seriyanın və Qlyukun islahatının nailliyyətləri ilə qarşılıqlı bağlıdır.
Romantik opera
Romantik opera, romantik məzmunlu operadır. Komik alman və fransız operalarında musiqi nömrələr arasında dialoqun olması mümkün sayılır. Ciddi operalar arasında da belələrinə rast gəlinir, məsələn, "Fidelio" (Lüdviq van Bethoven), "Medeo" (), "Sehrli oxatan" (Veber).
Operetta
Komik operanın törəməsi qismində XIX əsrin ikinci yarısında xüsusi intişar tapmış operettanı hesab etmək olar.
Uşaq ifası üçün operalar (məsələn, "Balaca bacatəmizləyən", "Nuhun gəmisi", (), "Kral Birinci Matiuş" "Asqard" "Çirkin ördək balası" "Kokinvakasü" ().
Operanın elementləri
Opera — bir teatr səhnəsində incəsənətin müxtəlif növlərinin – dramaturgiya, musiqi, təsviri incəsənət (dekorasiyalar, geyimlər), xoreoqrafiya (balet) – vəhdətini ehtiva edən sintetik janrdır.
Opera heyətinə daxildir: , xor, orkestr, , orqan.
Opera səsləri: qadın: soprano, , kontralto; kişi: , tenor, bariton, .
Opera əsəri aktlara, şəkillərə, səhnələrə, çıxışlara bölünür. Aktları proloq öncələyə və epiloq sonuclaya bilər.
Opera əsərinin hissələri – reçitativlər, , mahnılar, ariyalar, , , , və i.a. Simfonik formalar: uvertüra, , antraktlar, , melodrama, , .
Qəhrəmanların xarakterləri "solo çıxışlarda" (ariya, ariozo, arietta, kavatina, monoloq, ballada, mahnı) tam açılır. İnsan nitqinin musiqili-intonasiyalı və ritmik səsləndirilməsi olan reçitativ operada müxtəlif vəzifələr yerinə yetirilir. Əksər hallarda reçitativ bitmiş olan çıxışları həm məzmun, həm də musiqi baxımından bir-biri ilə əlaqələndirilir və ya musiqi dramaturgiyasının təsirli amili kimi çıxış edir. Operanın bəzi növlərində, xüsusilə komik operalarda, reçitativ əvəzinə adətən dialoq şəklində adi danışıq səslənir.
Dram tamaşasındakı dialoq səhnəsinə operada "musiqili ansambl" (duet, trio, kvartet, kvintet və i.a.) müvafiqdir. Bu "musiqili ansambl" xüsusi səciyyəyə malikdir ki, o da münaqişə situasiyalarını yaratmaq imkanı əldə etməklə yanaşı təkcə dramaturji xəttin inkişafını göstərməklə kifayətlənmir, həm də xarakterlərin, ideyaların toqquşmasını ifadə etmək imkanına malikdir. Bu səbəbdən ansambllardan əsas etibarilə operanın kulminasiya yerində, yaxud sonunda istifadə olunur.
Xor operada müxtəlif formalarda təzahürünü tapır. Bəzi hallarda xor əsas süjet xətti ilə əlaqədə olmayıb fon olaraq işlənir, bəzi hallarda isə baş verən hadisələri özünəməxsus şəkildə şərh edir. Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasına işlətmiş olduğu xor səhnələri buna bariz sübutdur.
Operanın musiqili dramaturgiyasında əsas rolu orkestrə ayrılıb. Orkesrtin simfonik vasitələri obrazların tam şəkildə açılmasına xidmət edir. Uvertüra, antrakt – operanın ayrıca orkestr epizodlarıdır. Opera tamaşasının daha bir komponenti balet (Nikolay Rimski-Korsakovun misal kimi göstərilə bilər), xoreoqrafik səhnələr hesab olunur.
İstinadlar
- Samirə Mir-Bağırzadə. İNCƏSƏNƏT TARİXİ (PDF). Bakı: MSA. 2012. səh. 88-90. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Bu adin diger istifade formalari ucun bax Opera deqiqlesdirme Opera lat is emek eser italyanca insa is emek mesguliyyet demekdir teatr senetinin en murekkeb novlerinden biridir Mezmunu musiqi dramaturgiyasi xususile vokal musiqi vasitesile ifade edilen musiqi dram incesenet janri Opera teatr incesenetinin novudur o ozunde rengareng bedii vasiteleri solo ve xor oxuma ansambllari simfonik orkestri tesviri incesenetinin elementlerini dekorasiyalar kostyumlar birlesdirir Operanin esasini libretto teskil edir Operanin librettosu nezmle yazilir Avropada opera binasiHaqqindaOperanin veteni Italiyadir O misteriyalarin dini tamasalarin bir hissesi kimi yaranib Bele ki misteriyalarin musiqili hissesi opera adlanirdi Ilk defe Beverinin Muqeddes Pavelin qayidisi 1480 dini komediyasinda musiqiye operaya ehemiyyetli yer ayrilib tamasa boyu hadiseler evvelden sona qeder musiqi ile musayiet olunurdu XVI esrin ortalarinda musiqili tamasalara birsesli ifalar monodiya daxil etmek cehdleri operanin suretli inkisafina tekan verdi Adi cekilen cehdlerin muellifleri oz musiqili dramatik eserlerini drama in musica ve ya drama per musica adlandirirdilar opera adindan XVII esrin ortalarindan istifade olunmaga baslanilib Hercend sonralar bezi opera bestekarlari Rixard Vaqner musiqili dram adina qayitdilar Kutlevi tamasaci ucun ilk opera teatri 1637 ci ilde Venesiyada acilib Buna qeder opera yalniz saray eylencesi hesab olunurdu Cakopo Perinin 1597 ci ilde yazdigi Defne eseri ilk boyuk opera sayilir Italiyadan sonra opera janri diger Avropa olkelerine de yayilmaga baslayib Almaniyada Henrix Syuts Defne 1627 Fransada Kamber La pastorale 1647 Ingilterede Pyorsell opera senetinin pionerleri sayilirlar Operada teatral dramaturgiya orkestr musiqisi ve vokalla vehdet teskil edir Incesenetin bu novu muxtelif bedii vasiteleri ozunde birlesdirir solo ve xor ifalar ferqli ansambllar simfonik orkestr tesviri senetin elementleri kostyumlar dekorasiyalar ve sair balet Terkibinde balet sehnelerinin de vacib yer tutdugu operalar opera balet adlanir Operanin bu novu XVII XVIII esrlerde Fransada genis yayilmis Ramonun Zerif Hindistan eseri ve sonraki dovrlerde de bezen rast gelinir meselen Rimski Korsakovun Mlada eseri Operanin heyetine solist xor orkestr herbi orkestr ve orqan daxildir Operada sesler esasen iki yere kisi ve qadin seslerine bolunur Oz novbesinde onlarin da novleri var Soprano metso soprano kontralto qadin seslerinin kontrtenor tenor bariton ve bas ise kisi seslerinin novleridir Opera aktlar sekiller sehneler ve cixislardan ibaretdir Aktlar proloqla baslayib epiloqla bitir Recitativ ariozo mahnilar ariyalar duetler trio kvartetler ansambllar opera eserinin hisseleri uvertura introduksiya antraktlar patomima melodrama yurusler balet musiqisi ise simfonik formalaridir Azerbaycanda operaAzerbaycanda opera seneti kecen esrin evvellerinde tesekkul tapmaga baslayib Azerbaycanda opera senetinin esasi 1908 ci il yanvarin 12 de 25 de dahi Uzeyir Hacibeylinin H Z Tagiyev teatrinda sehnelesdirilen ve serq muselman aleminin ilk opera eseri olan Leyli ve Mecnun u ile qoyulmusdur Teatrin binasi ise 1910 cu ilde meshur insaatci muhendis Bayev terefinden tikilmisdir 1918 ci il oktyabrin 18 de Azerbaycan Demokratik Respublikasi ADR hokumeti bu binani satin alaraq resmen dovlet teatrina cevirmek haqqinda qerar qebul etmis ve Dovlet Opera Teatrinin yaranma tarixi bu vaxtdan baslayir Uzun muddet yeni Azerbaycanda Sovet hakimiyyeti qurulana qeder milli operamiz mehz U Hacibeyovun eserleri sayesinde Seyx Senan 1909 opera Er arvad 1909 operetta Rustem ve Sohrab 1910 opera O olmasin bu olsun 1911 operetta Ferhad ve Sirin 1911 opera ve s yasayib ve inkisaf edib Sonraki illerde Zulfuqar Hacibeyov Asiq Qerib 1916 Muslum Maqomayev Sah Ismayil 1919 Efrasiyab Bedelbeyli Nizami 1948 Fikret Emirov Sevil 1955 ve diger gorkemli bestekarlarimiz da milli opera senetine oz tohfelerini vermisler Adlari cekilen muelliflerin xususile de U Hacibeyovun eserleri hazirda da Milli Opera ve Balet teatrinin repertuarindadir Teatr 1959 cu ilden Akademik Teatr statusu almisdir Muxtelif dovrlerde Opera ve Balet Teatrinin sehnesinde bir cox dunya sohretli senetkarlar Fyodr Salyapin Leonid Sobinov Valeri Barsov Irina Arxipova Yelena Obraztsova Mariya Biesu Maya Plisetskaya Vyaceslav Qordeyev Zurab Sotkilava Vladislav Pyavko Monserrat Kabalye Anastasiya Volockova Svetlana Zaxarova ve b cixis etmis ve bu gun de cixis etmekdedir Opera janrinin tarixiOpera Italiyada misteriyalarda musiqisi epizodik isledilen ve ehemiyyeti o qeder de yuksek olmayan ruhani tamasalarda yaranib Muqeddes Pavelin donmesi 1480 ruhani tamasasinda eser boyu seslenen musiqi ilk defe ciddi movqe tutur XVI esrin ortalarinda musiqisi motet yaxud madriqal seciyyesinde xor ile mehdudlasan coban oyunlari pastorallar genis intisar tapir Orasio Vekkinin Amfiparnasso madriqal komediyasinda sehne arxasindan bessesli madriqal formasinda seslenen xor aktyorlarin sehnedeki cixislari musayiet edirdi Commedia armonika Harmonik yeni ifa ile musayiet olunan komediya ilk defe Modena sarayinda 1597 ci ilde sehneye qoyulub XVI esrin sonlarinda madriqal komediyalara teksesli ifa formasinda yazilmis partiyalari daxil etmek cehdleri yer almisdir Mehz bu cehdler sayesinde opera adlanacaq janr oz inkisafini suretlendirmisdir Hemin cehdlerle eserlerini zenginlesdiren muellifler artiq oz musiqili dram eserlerini drama in musica yaxud drama per musica adlandirmaga baslayirlar Ilk operalar Italiyada XVII XVIII esrlerde yaranmisdir Onlarin muellifleri Yakopo Peri Klaudio Monteverdi ve s Qedim tarixi ve antik esatirlerin sujetine yazilmis bu erken operalari instrumental ansambl ile musayet eden solo vokal nomrelerden ibaretdir Onun esasinda XVII XVIII esrin evvelinde Italiyada opera seriya janri yaranir Facie sujetine yazilmis opera seriyada 89 esas rolu virtuoz mugenni ifa etmeli idi Bu janrin gorkemli yaradicilari A Skarlatti ve Georq Fridrix Hendeldir XVIII esrin ortalarinda bestekar Kristof Villibald Qlyuk operanin koklu islahatini aparir Virtiozlugun heddinden artigina qarsi cixir o vokal partiyalarinin ifadeli sadeliyine ustunluk verir Musiqini sehne danisigi intonasiyasina yaxinlasdirir Onun meshur operasi Orfey dir Operanin novleriOpera musiqisinin tarixen mueyyen novleri formalasmisdir Opera dramaturgiyasinin bezi umumi qanunauygunluqlarinin olmasina baxmayaraq komponentleri operanin novunden asili olaraq muxtelif sekilde basa dusulur Boyuk opera Boyuk opera opera seria italyan dilinde tragedie lyrique daha sonra grand opera fransiz dilinde XIX esrin I yarisinda Avropada boyuk opera esas yer tutur C Meyerber Quqenotlar Peygember Boyuk operanin xarici effekfliyinin mubarizesinde realistik cereyanlar eks cixmaga basladilar Onlarin parlaq numayendeleri Cuzeppe Verdi ve Jorj Bize idiler Verdi evvelki senetini boyuk operaya hesr etmis sonraki illerde ise o gozel realistik operalarinii yaratmisdir Traviata Riqoletto Otello Dunya operasi incesenetinin yuksek zirvesine catmis J Bizenin Karmen operasidir Realizm ideyalarina verizmin numayendeleri Italyan bestekarlari Pyetro Maskanyi Rucero Leonkavallo Cakomo Puccini qosulmusdular XIX esr opera incesenetinde opera islahatcisi Rixard Vaqner esas yer tutur Pariltili boyuk operaya qarsi cixan R Vaqner alman xalq efsaneleri esasinda derin felsefi mezmun ile bagli musiqi dramini yaradir Tanqeyzer Loenqrin Tristan ve Izolda Nibelunqun uzuyu tetralogiyasi R Vaqner operanin ayri nomrelerin ariya ansambllar bolunmesinden imtina etmis sehne hereketinin butovluyune nail olaraq operani dramaya yaxinlasdirir En vacib rolu ve ustunluyu o orkestre verirdi R Vaqnerin islahati alman operasinin inkisafina boyuk tesir etmisdir Azerbaycanda operanin islahatcisi Uzeyir Hacibeyovdur O serq ve qerb musiqisini operada birlesdirmisdir Onun en vacib eseri Azerbaycan xalq musiqisinin esaslari idi Uzeyir Hacibeyovun operalari Leyli ve Mecnun Koroglu ve basqalarindan ibaretdir Yarikomik Yarikomik semiseria Komik opera Komik opera opera buffa italyan dilinde opera comique fransiz dilinde Spieloper alman dilinde Muxtelif olkelerde paralel olaraq canli senet hereketleri ile ve xalq mahnilarina oxsayan sade vokal partiyalari ile komik operasi yaranir Komik operanin gorkemli muellifleri Domeniko Cimaroza Coakkino Rossini Italiyada A Qretti P Moncini Fransada Yozef Haydn Volfqanq Amadey Motsart Avstriyada olmuslar Mosartin yuksek zirvesine catan bezi operalari Fiqaronun toyu Don Juan Sehirli fleyta komik operanin opera seriyanin ve Qlyukun islahatinin nailliyyetleri ile qarsiliqli baglidir Romantik opera Romantik opera romantik mezmunlu operadir Komik alman ve fransiz operalarinda musiqi nomreler arasinda dialoqun olmasi mumkun sayilir Ciddi operalar arasinda da belelerine rast gelinir meselen Fidelio Ludviq van Bethoven Medeo Sehrli oxatan Veber Operetta Komik operanin toremesi qisminde XIX esrin ikinci yarisinda xususi intisar tapmis operettani hesab etmek olar Usaq ifasi ucun operalar meselen Balaca bacatemizleyen Nuhun gemisi Kral Birinci Matius Asqard Cirkin ordek balasi Kokinvakasu Operanin elementleriOpera bir teatr sehnesinde incesenetin muxtelif novlerinin dramaturgiya musiqi tesviri incesenet dekorasiyalar geyimler xoreoqrafiya balet vehdetini ehtiva eden sintetik janrdir Opera heyetine daxildir xor orkestr orqan Opera sesleri qadin soprano kontralto kisi tenor bariton Opera eseri aktlara sekillere sehnelere cixislara bolunur Aktlari proloq onceleye ve epiloq sonuclaya biler Opera eserinin hisseleri recitativler mahnilar ariyalar ve i a Simfonik formalar uvertura antraktlar melodrama Qehremanlarin xarakterleri solo cixislarda ariya ariozo arietta kavatina monoloq ballada mahni tam acilir Insan nitqinin musiqili intonasiyali ve ritmik seslendirilmesi olan recitativ operada muxtelif vezifeler yerine yetirilir Ekser hallarda recitativ bitmis olan cixislari hem mezmun hem de musiqi baximindan bir biri ile elaqelendirilir ve ya musiqi dramaturgiyasinin tesirli amili kimi cixis edir Operanin bezi novlerinde xususile komik operalarda recitativ evezine adeten dialoq seklinde adi danisiq seslenir Dram tamasasindaki dialoq sehnesine operada musiqili ansambl duet trio kvartet kvintet ve i a muvafiqdir Bu musiqili ansambl xususi seciyyeye malikdir ki o da munaqise situasiyalarini yaratmaq imkani elde etmekle yanasi tekce dramaturji xettin inkisafini gostermekle kifayetlenmir hem de xarakterlerin ideyalarin toqqusmasini ifade etmek imkanina malikdir Bu sebebden ansambllardan esas etibarile operanin kulminasiya yerinde yaxud sonunda istifade olunur Xor operada muxtelif formalarda tezahurunu tapir Bezi hallarda xor esas sujet xetti ile elaqede olmayib fon olaraq islenir bezi hallarda ise bas veren hadiseleri ozunemexsus sekilde serh edir Uzeyir bey Hacibeylinin Koroglu operasina isletmis oldugu xor sehneleri buna bariz subutdur Operanin musiqili dramaturgiyasinda esas rolu orkestre ayrilib Orkesrtin simfonik vasiteleri obrazlarin tam sekilde acilmasina xidmet edir Uvertura antrakt operanin ayrica orkestr epizodlaridir Opera tamasasinin daha bir komponenti balet Nikolay Rimski Korsakovun Mlada operasi misal kimi gosterile biler xoreoqrafik sehneler hesab olunur IstinadlarSamire Mir Bagirzade INCESENET TARIXI PDF Baki MSA 2012 seh 88 90 ISBN 978 9952 440 33 5