Naxçıvanda dövlət çevrilişinə cəhd — 24 oktyabr 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətinin və Naxçıvan Xalq Cəbhəsinin dəstəyi ilə Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin devrilməsi üçün həyata keçirilmiş dövlət çevrilişinə cəhd.
Naxçıvanda dövlət çevrilişinə cəhd | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
Tarix | 24 oktyabr 1992 | ||
Yeri | Naxçıvan Muxtar Respublikası, Azərbaycan | ||
Nəticəsi | Çevriliş cəhdi yatırıldı | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Sovet Sosialist Respublikaları İttifaqının Azərbaycanı sovetləşdirməsindən sonra Naxçıvanda muxtar respublika yaradılmışdır, Türkiyə muxtariyyətin qarantoru kimi təsbit edilmişdir. Bu səbəbdən də Naxçıvan Birinci Qarabağ müharibəsi illərində digər bölgələrə nisbətən daha az zorakılığa şahid olmuş, lakin Ermənistan tərəfindən blokada edilmişdir. Xocalı soyqırımının üzə çıxmasından sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibov istefa vermiş, lakin 14 mayda Ali Sovetin qərarı ilə yenidən hakimiyyətə gəlmişdir. Növbəti gün etirazçılar tərəfindən dəstəklənən Azərbaycan Xalq Cəbhəsi (AXC) Mütəllibovu devirmişdir. AXC üzvü İsgəndər Həmidov daxili işlər naziri təyin edilmiş, Əbülfəz Elçibəy isə iyunda prezident seçilmişdir.
İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvanın daxili işlər naziri təyin etmiş, lakin regional DİN əməkdaşları buna etiraz etmiş və nəticədə Naxçıvan Ali Məclisi bu təyinatı təsdiqləməmiş, Əsgər Ələkbərovu daxili işlər naziri seçmişdir. Həmidov bunun cavabında Ələkbərovu və başqa Naxçıvan DİN vəzifəlilərini işdən xaric etmiş, Naxçıvan Ali Məclisi isə AXC-yə bağlı silahlı dəstələrin ləğv olunması haqqında qərar qəbul edilmişdir.
24 oktyabrda DİN Naxçıvana hərbi desant göndərmişdir. Naxçıvanlı cəbhəçilər və zirehli texnika tərəfindən dəstəklənən silahlı dəstə DİN binasına və televiziyaya basqın edərək oranı zəbt etmişdir. Televiziya sədri öz otağında həbs edilmiş, silahlı dəstələrə rəhbərlik edən Fərəc Quliyev və Asəf Quliyev isə canlı efirə çıxmışdır. Bunun ardınca etirazçılar televiziya, DİN və Ali Məclis binalarının önündə toplaşaraq silahlı dəstələrin tərkisilah edilməsini tələb etmişdir. Həmin dəstələr axşam saatlarında mövqelərini tərk etmişdir.
Zəmin
Azərbaycan Xalq Cümhuriyyəti SSRİ tərəfindən işğal edildikdən sonra qurulmuş Azərbaycan SSR iki yerə bölünmüş və Naxçıvanda muxtar respublika yaradılmışdır. Bu dövrdə Naxçıvana nəzarət Türkiyə ilə sovetlər arasında mübahisə mövzusuna çevrilmişdi. Sovet hakimiyyət 1921-ci ildə Moskva müqaviləsi çərçivəsində muxtariyyət verilməsi şərtilə təsdiq edilmişdir. Türkiyə 1921-ci il Moskva və Qars müqavilələrində təsbit edildiyi kimi Naxçıvanda muxtariyyətin rəsmi qarantorudur, bu səbəbdən 1990-cı illərdə Naxçıvanda və onun ətrafında zorakılığın miqyası məhdud olmuşdur. Buna baxmayaraq, Birinci Qarabağ müharibəsi illərində Naxçıvan Ermənistanın blokadasına məruz qalmışdır.
Siyasi vəziyyət
1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Bu ərəfədə güclənən Azərbaycan Xalq Cəbhəsinin (AXC) Ali Məclisinin sədri Arif Hacıyev Azərbaycan Prezidenti Ayaz Mütəllibova ultimatum göndərmiş, ona təhlükəsizlik və istədiyi halda ölkədən getməyə zəmanət verilməsi ilə istefa etməsini təklif etmişdir. Əks təqdirdə, AXC güc tətbiq edəcəyini və qan tökülməsindən çəkinməyəcəyini bildirmişdi. Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələrinin Xocalıda törətdiyi soyqırımı növbəti ay işıq üzünə çıxmış, nəticədə Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. Yeni prezident seçkiləri keçirilənə qədər prezident səlahiyyətləri Azərbaycan Ali Sovetinin sədri Yaqub Məmmədova həvalə edilmiş, müdafiə naziri vəzifəsi isə AXC üzvü Rəhim Qazıyevə verilmişdir.
AXC hakimiyyəti
Buna baxmayaraq, 14 mayda Ali Sovet yenidən iclas keçirmiş və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edilmişdir. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi. Bunu dövlət çevrilişi kimi görən AXC Mütəllibovu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı. 15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə parlament binasına və televiziyaya basqın etdi. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi. AXC-nin sədri Əbülfəz Elçibəy 7 iyun 1992-ci il tarixində Azərbaycan Prezidenti seçilmiş və nəhayət, AXC hakimiyyətə gəlmişdir. Elçibəyin qələbəsi ölkədə uzun sürən siyasi böhranı aradan qaldırmış, cəbhədə əhval-ruhiyyəni yüksəltmişdir.
17 avqust 1992-ci ildə yeni daxili işlər naziri İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MR) Daxili İşlər Nazirliyi (DİN) başçısı təyin etmiş, 24 avqustda Naxçıvan DİN-in 1,500 əməkdaşı ümumi yığıncaqda Mustafayevin təyinatının əleyhinə müraciət qəbul edilmiş və qəbul edilən tələblər Bakıdakı mərkəzi hökumətə göndərilmişdir. Ardınca Həmidov Naxçıvan MR DİN-in fəaliyyətini yoxlamaq məqsədli komissiya göndərmişdir.Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu zaman İrana səfərə getmişdi və yaranmış gərginliyi aradan qaldırmaq üçün Həmidovla danışmaq istəmiş, lakin onun telefon əlaqə yaratmaq səyləri cavabsız qalmışdır. Ardınca Əliyev Ali Sovetin sədri İsa Qəmbərov və prezident Elçibəyə məsələ ilə bağlı məlumat vermiş, lakin danışıqlar müsbət nəticələr verməmişdir.
Naxçıvan Ali Məclisinin 17 sentyabrda keçirilən sessiyasında Əsgər Ələkbərov daxili işlər naziri seçilmiş, Bakıdan gələn təyinat təsdiqlənməmişdir. Həmidov əvəzində Ali Məclisi "15 dəqiqəyə darmadağın" edə biləcəyini bildirmiş, təyinat olunan gün Ələkbərovu, o cümlədən onun müavini, kadr bölməsinin rəisini, nazirliyin Mühafizə şöbəsinin rəisini, nazirliyi qərargah rəisini, nazirliyin İctimai təhlükəsizlik və asayişi mühafizə şöbəsinin rəisi və İstintaq şöbəsinin rəisini daxili işlər orqanlarından xaric etmişdir. Növbəti gün Naxçıvan Ali Məclisi AXC-yə bağlı silahlı dəstələrin ləğv olunması və onlarda olan bütün silahların Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrə verilməsi barədə qərar qəbul edilmişdir. 15 oktyabrda Naxçıvan Ali Məclisinin qərarı ilə Həmidovun hərəkətlərini pislənmiş, Azərbaycan Prezidenti və Ali Sovetindən məsələyə müdaxilə edilməsini xahiş edilmişdir.
Cəhd
24 oktyabrdaDaxili Qoşunlara bağlı hərbi desant Naxçıvana göndərilmişdir. Aralarından 100 nəfəri Naxçıvan Xalq Cəbhəsinin Ordubad rayonundan olan üzvlərindən təşkil olunmuş 300 nəfərlik qüvvələrə zirehli vasitələrlə, saat 16:00 radələrində Naxçıvan MR DİN-in binasına daxil olmuşdur. Silah dəstəyə AXC Ordubad bölgəsinin sədri Fərəc Quliyev, AXC Naxçıvan bölgəsinin sədri Asəf Quliyev, Naxçıvan MR xalq deputatı Vaqif Almuradov və daxili işlər naziri İsgəndər Həmidov tərəfindən uğursuz olaraq regional DİN təyin edilmiş Siyavuş Mustafayev rəhbərlik edirdi. Əlavə olaraq, basqınçılar arasında Azərbaycan Milli Ordusunun Naxçıvandakı hərbi hissəsinin hərbi qulluqçuları da var idi.
Silahlı dəstələr nazirliyin binadakı əməkdaşlarını işdən kənar etmiş və bir neçə saat DİN binasını öz əllərində saxlamışdır. Onlar binanın tavanına və divarlarına atəş açaraq binaya ziyan vurmuşdur. Həmçinin, həmin dəstələr DİN binasının önündəki küçəni hər iki tərəfdən yük maşını ilə bağlamışdır. Onlar yarım saat sonra silah gücü ilə Naxçıvan Televiziya və Radio Verilişləri Komitəsini, televiziya mərkəzini və studiyasını da zəbt etmiş, oradakı adamlar işdən kənarlaşdırmışdır. Həmçinin, qurumun sədri Elman Həbib öz otağında həbs edilmişdir. Saat 16:40 radələrində televiziyanın sədr müavini Fəridə Abdullayevanın köməyi ilə Fərəc Quliyev və Asəf Quliyev televiziya vasitəsilə çıxış etmişdir. Çıxışçılar baş verən hadisələrinin Bakıdakı mərkəzi hökumət, daxili işlər naziri İsgəndər Həmidov və prezident Əbülfəz Elçibəy ilə razılaşdırılmış olduğunu, Həmidovun növbəti gün Naxçıvana gələrək regionda qayda-qanun yaradacağını elan etmişdir. Bu zaman etirazçılar televiziya binasının önünə yığışmışdır və bu səbəbdən silahlı dəstələr binadan çıxa bilməmişdir. Bundan sonra silahlı dəstələrə bağlı zireh texnika televiziya binası önünə gəlmiş və basqınçıların təhlükəsiz formada binanı tərk etməsi üçün televiziyanın darvazasını uçuraraq həyətə girmişdir. Naxçıvan MR daxili işlər nazirinin əldə etdiyi ilkin məlumata görə, televiziyadakı avadanlıqlara 1 milyon manatadək ziyan dəymişdir. Həmçinin, Naxçıvan Elektrik Şəbəkəsi də cəbhəçilər tərəfindən nəzarətə götürülmüş, Rabitə İdarəsinə basqın edilmişdir.
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev hadisədən xəbər tutduqdan sonra Naxçıvan Xalq Cəbhəsinin rəhbərləri ilə əlaqə qurmuş, onlara bağlı hissələrin əməllərinə son qoymalarını tələb etmişdir. Naxçıvan MR Milli Təhlükəsizlik naziri Ağabəy Məmmədov bu məqsədlə Asəf Quliyev və Fərəc Quliyevlə danışıqlar aparmış, lakin bu danışıqlar müsbət nəticə verməmişdir. Ardınca Heydər Əliyevin müavini və AXC üzvü Qafar Məmmədov danışıqlar aparmaq üçün DİN binasına göndərilmiş, lakin ora buraxılmamışdır. Dövrün Naxçıvan dövlət mənbələrinə görə, Heydər Əliyev öz müavinləri Qafar Məmmədov və Asif Kələntərli ilə birlikdə prezident Əbülfəz Elçibəylə əlaqə saxlayıb ondan qoşunları çəkməsini istəmiş, lakin lazımi tədbirlərin görülmədiyini bildirmişdir.Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev sonrakı illərdə Heydər Əliyevin ifadələrinə baxmayaraq Elçibəyin baş verənləri sülh yoluyla aradan qaldırdığını qeyd etmişdir.
Hər halda, şəhər və rayonlardan gəlmiş 50 mindən çox etirazçı Ali Məclisin binasının önündə toplaşmış, Həmidovun qoşunlarının tərkisilah edilməsini tələb etmişdir. Saat 20:00 radələrində Heydər Əliyev etirazçılar qarşısında çıxış etmiş, onları düşünülməmiş addımlar atmamağa çağırmış, basqınçılara isə xəbərdarlıq vermişdir. Bir saat sonra silahlı dəstələr DİN binasını tərk etmişdir. Geri çəkilərkən onlar tərəfindən bina önündəki etirazçılara odlu silahlardan, "BMP-2", "MT-LB" hərbi zirehli maşınlarından atəş açılmışdır.
Naxçıvan DİN qərargahının baş müvəkkili N. Nadirovun rəhbərliyindəki dəstə Siyavuş Mustafayevi saxlamışdır. Nadirovun sözlərinə görə, prokuror Əjdər Əhmədov Mustafayevlə görüşmüş və onu azadlığa buraxmışdır. Ordubad rayon Daxili İşlər Şöbəsinin (DİŞ) rəisi İlqar Məmmədov DİN binasına basqının təşkilatçılarından biri kimi saxlanılmış, lakin o, eyni zamanda Naxçıvanın xalq deputatı olduğundan onun həbs olunmasına sanksiya qoyulmuşdur. Televiziyaya basqın nəticəsində 4 nəfər yaralanmışdır. Onlardan ikisi DİŞ əməkdaşları, digər ikisi isə mülki şəxs idi.
Nəticə
Çevrilişə cəhd edən qüvvələrin mövqelərini tərk etməsinə baxmayaraq, etirazçılar yenidən Naxçıvan Ali Məclisinin önünə toplanmış və 25 oktyabrda, saat 04:00 radələrində dağılışmışdır. Buna baxmayaraq, onlar bir neçə saat sonra yenidən bina önündəki meydana toplanmış, AXC hakimiyyətinin əleyhinə etiraz aksiyası keçirmişdir. Şahidlərin ifadələrinə görə, hadisədən üç gün sonra belə Sədərək rayonu ərazisində atışmalar baş tutmuşdur.
Naxçıvan Ali Məclisi 25 oktyabrda Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsindən tələb etmişdir ki, AXC bütün silahlı dəstələrini ləğv etsin və üç gün müddətinə silahları Naxçıvan ərazisində yerləşən Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissəsinə təhvil versin. Bu işə nəzarətin təşkil edilməsi məqsədilə Naxçıvanın xalq deputatlarından ibarət səlahiyyətli komissiya yaradılmış, Qafar Məmmədov sədr təyin edilmişdir. Buna baxmayaraq, Heydər Əliyev 7 dekabrdakı çıxışında tapşırığın yerinə yetirilmədiyini bildirmişdir.
27 oktyabrda vəziyyət yenidən gərginləşmiş, Naxçıvana xəbər verilmişdir ki, daxili işlər naziri İsgəndər Həmidov yeni bir dəstə ilə Naxçıvana gəlməyə hazırlaşır. Bunun ardınca Naxçıvan Xalq Cəbhəsinin silahlı dəstələri Həmidovu qarşılamaq üçün Naxçıvan Beynəlxalq Hava Limanının zəbt etmişdir. Həmidov təyyarədən enmiş, Naxçıvan MR Nazirlər Kabinetinin işlər müdiri və Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri Mikayıl Rəhimov İsgəndər Həmidovu qarşılayanlar arasında olmuşdur. Naxçıvanlı etirazçılar yenidən Ali Məclisin önündə toplaşmış, bu dəfə Həmidovun istefasını tələb etmişdir. Bu zaman Həmidov Ali Məclisə gələrək Heydər Əliyevlə görüşmüşdür. Hadisədən sonra Əliyevin əmri hava limanının uçuş-enmə zolağına təyyarə enməsin deyə ora yük maşınları yerləşdirilmişdir. Heydər Əliyev bir neçə gün sonra etdiyi çıxışda İsgəndər Həmidovun uğursuz çevriliş cəhdinin ardınca Türkiyədəki "Bozqurd" təşkilatına müraciət etdiyini iddia etmiş, özünün isə Türkiyə hökumətini bu məsələ haqqında məlumatlandırmdığını qeyd etmişdir.
Prezident Elçibəy hakimiyyətinin ilk ilində Birinci Qarabağ müharibəsində hərbi uğurlar əldə etmişdir. "Goranboy" əməliyyatı zamanı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin demək olar ki, yarısı işğaldan azad edilmişdi. Buna baxmayaraq, 1993-cü ilin iyununda ordu komandiri Surət Hüseynov hərbi çevrilişlə Elçibəyi devirmiş, eks-prezident isə ardınca Heydər Əliyevi hakimiyyətə gəlməsi üçün Bakıya dəvət etmişdir.
Reaksiyalar
Naxçıvan Ali Məclisi və Azərbaycan Ali Sovetinin bəzi deputatları hadisəni dövlət çevrilişinə cəhd kimi qiymətləndirmişdir. Naxçıvan Ali Məclisinin xalq deputatları dövlət çerilişinə cəhdi pisləmiş, ona hüquqi və siyasi qiymət verilməsini tələb etmişdir. Naxçıvan MR daxili işlər nazirinin müavini, xalq deputatı Namiq Həsənov hadisənin gözlənilməz olduğunu bildirmiş, Ali Məclisi məsələnin birdəfəlik həll edilməsinə çağırmışdır. Deputat Fəxrəddin Şirzadov hadisəni Azərbaycan Konstitusiyasının kobud surətdə tapdalanması kimi şərh etmişdir.
25 oktyabrda Bakı şəhərində toplanan ziyalıların bir qrupu Naxçıvanda baş verən hadisələri pisləmiş, onu demokratiya və hüquqi dövlət prinsiplərinə, insan hüquqlarına zidd əməl adlandırmışdır. 31 oktyabrda Ziya Bünyadov, Murtuz Ələsgərov, Xəlil Rza Ulutürk, Ramiz Rizayev, Fikrət İsmayılov, İbrahim İsmayılov, Eldar Salayev, Xəlil Musayev, Araz Əlizadə, Feyruz Mustafayev, Samur Novruzov, Lalə Hacıyeva, Səfyar Musayev, Əli Nağıyev, , Rafael Allahverdiyev, Mixail Zabelin, Qabil Hüseynli, Nazim İmanov, Şükür Sadıqov, Ağabəy Əsgərov, Zahid Qaralov, Xeyrəddin Qoca, Nəzir Əhmədov, Rafiq Qasımov, Həsən Əsgərov, Hacıbala Abutalıbov, Eldar Quliyev və başqaları birgə bəyanat yayaraq prezident hadisə ilə bağlı Elçibəyə müraciət etmişdir.
Mənbə
İstinadlar
- Broers, 2019a. səh. 5
- Broers, 2019b. səh. 11
- Bölükbaşı, 2011. səh. 141
- Əlizadə, 2006. səh. 362
- Əlizadə, 2006. səh. 366–376
- de Vaal, 2013. səh. 185–186
- de Vaal, 2013. səh. 194
- Qolts, 2015. səh. 190–191
- de Vaal, 2013. səh. 308
- Həsənov, 2008. səh. 451
- Həsənov, 2008. səh. 455
- Həsənov, 2008. səh. 458–459
- Həsənov, 2008. səh. 456
- Alıoğlu, 2019
- Şyoqolev, 1992
- Həsənov, 2008. səh. 478
- Həsənov, 2008. səh. 464
- Həsənov, 2008. səh. 495
- Meydan TV, 2021
- Həsənov, 2008. səh. 473
- Həsənov, 2008. səh. 491–492
- Həsənov, 2008. səh. 466
- Həsənov, 2008. səh. 467
- Həsənov, 2008. səh. 465
- Həsənov, 2008. səh. 474
- Həsənov, 2008. səh. 468
- Həsənov, 2008. səh. 208
- Abdullayev, 2014. səh. 360
- Həsənov, 2008. səh. 476
- Həsənov, 2008. səh. 476–477
- Həsənov, 1993. səh. 494
- Həsənov, 2008. səh. 477
- Həsənov, 2008. səh. 494
- Həsənov, 2008. səh. 499
- Həsənov, 2008. səh. 488
- Həsənov, 2008. səh. 492
- Əlizadə, 2006. səh. 441
- Broers, 2019a. səh. 13
- Həsənov, 2008. səh. 468–469
- Həsənov, 2008. səh. 470
- Həsənov, 2008. səh. 486
Ədəbiyyat
- de Vaal, Tomas. Black Garden: Armenia and Azerbaijan through Peace and War (ingilis) (10th Anniversary, Revised, Updated). NYU Press. 2013. ISBN .
- Qolts, Tomas. Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic (ingilis) (1st Edition). Routledge. 1998. ISBN .
- Şyoqolev, İqor. "Народный фронт Азербайджана попытался овладеть Нахичеванью". Kommersant (rus). 27 oktyabr 1992. 22 sentyabr 2018 tarixində .
- Broers, Laurens. A Violent Unravelling // Armenia and Azerbaijan: Anatomy of a Rivalry (ingilis). Edinburgh University Press. 2019. ISBN .
- Broers, Laurens. An Exception in Eurasia // Armenia and Azerbaijan: Anatomy of a Rivalry (ingilis). Edinburgh University Press. 2019. ISBN .
- Bölükbaşı, Suha. Azerbaijan: A Political History. London: I. B. Taurus. 2011. ISBN .
- Alıoğlu, Elçin. "Bir adamın ölməkliyi: İsgəndər Həmidov olduğu kimi". AzXəbər (az.). 30 yanvar 2019. 17 yanvar 2022 tarixində arxivləşdirilib.
- Əlizadə, Zərdüşt. Конец второй республики (rus). I. Moskva: Граница. 2006. ISBN .
- Abdullayev, Mehman, redaktorAzərbaycan tarixi (PDF) (az.). Bakı: Bakı Universiteti. 2014.
- Həsənov, Əli. Qayıdış: 1990-1993 (PDF) (az.). "Azərbaycan" nəşriyyatı. 2008.
- ""İlham Əliyev məlum çıxışıyla tərbiyəsini nümayiş etdirib"". Meydan TV (az.). 12 aprel 2021. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.
- Elçibəy, Əbülfəz. "Azərbaycan Respublikasının şəhərlərində və rayonlarında hərbi komendantların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı". E-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 4 aprel 1993. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.
Əlavə ədəbiyyat
- . "Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (3-cü hissə)". Azlogos.eu (az.). 1 iyul 2022. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Naxcivanda dovlet cevrilisine cehd 24 oktyabr 1992 ci ilde Ebulfez Elcibey hakimiyyetinin ve Naxcivan Xalq Cebhesinin desteyi ile Azerbaycanin daxili isler naziri Isgender Hemidovun rehberliyinde Naxcivan Ali Meclisinin sedri Heyder Eliyevin devrilmesi ucun heyata kecirilmis dovlet cevrilisine cehd Naxcivanda dovlet cevrilisine cehdBirinci Qarabag muharibesiTarix 24 oktyabr 1992Yeri Naxcivan Muxtar Respublikasi AzerbaycanNeticesi Cevrilis cehdi yatirildiMunaqise terefleri Azerbaycan AXC Naxcivan Ali Meclisi Naxcivan Daxili Isler Nazirliyi yerli etirazcilarKomandan lar Ebulfez Elcibey Rehim Qaziyev Isgender Hemidov Siyavus Mustafayev Ferec Quliyev Heyder Eliyev Qafar Memmedov Agabey Esgerov Esger ElekberovTereflerin quvvesi200 neferlik DQ herbcisi 100 neferlik AXC doyuscusu Namelum sayda canli quvve 50 minden cox etirazciItkilerNamelum 2 nefer DIN emekdasi yaralanmisdir 2 nefer mulki sexs yaralanmisdir Sovet Sosialist Respublikalari Ittifaqinin Azerbaycani sovetlesdirmesinden sonra Naxcivanda muxtar respublika yaradilmisdir Turkiye muxtariyyetin qarantoru kimi tesbit edilmisdir Bu sebebden de Naxcivan Birinci Qarabag muharibesi illerinde diger bolgelere nisbeten daha az zorakiliga sahid olmus lakin Ermenistan terefinden blokada edilmisdir Xocali soyqiriminin uze cixmasindan sonra Azerbaycan Prezidenti Ayaz Mutellibov istefa vermis lakin 14 mayda Ali Sovetin qerari ile yeniden hakimiyyete gelmisdir Novbeti gun etirazcilar terefinden desteklenen Azerbaycan Xalq Cebhesi AXC Mutellibovu devirmisdir AXC uzvu Isgender Hemidov daxili isler naziri teyin edilmis Ebulfez Elcibey ise iyunda prezident secilmisdir Isgender Hemidov Siyavus Mustafayevi Naxcivanin daxili isler naziri teyin etmis lakin regional DIN emekdaslari buna etiraz etmis ve neticede Naxcivan Ali Meclisi bu teyinati tesdiqlememis Esger Elekberovu daxili isler naziri secmisdir Hemidov bunun cavabinda Elekberovu ve basqa Naxcivan DIN vezifelilerini isden xaric etmis Naxcivan Ali Meclisi ise AXC ye bagli silahli destelerin legv olunmasi haqqinda qerar qebul edilmisdir 24 oktyabrda DIN Naxcivana herbi desant gondermisdir Naxcivanli cebheciler ve zirehli texnika terefinden desteklenen silahli deste DIN binasina ve televiziyaya basqin ederek orani zebt etmisdir Televiziya sedri oz otaginda hebs edilmis silahli destelere rehberlik eden Ferec Quliyev ve Asef Quliyev ise canli efire cixmisdir Bunun ardinca etirazcilar televiziya DIN ve Ali Meclis binalarinin onunde toplasaraq silahli destelerin terkisilah edilmesini teleb etmisdir Hemin desteler axsam saatlarinda movqelerini terk etmisdir ZeminAzerbaycan Xalq Cumhuriyyeti SSRI terefinden isgal edildikden sonra qurulmus Azerbaycan SSR iki yere bolunmus ve Naxcivanda muxtar respublika yaradilmisdir Bu dovrde Naxcivana nezaret Turkiye ile sovetler arasinda mubahise movzusuna cevrilmisdi Sovet hakimiyyet 1921 ci ilde Moskva muqavilesi cercivesinde muxtariyyet verilmesi sertile tesdiq edilmisdir Turkiye 1921 ci il Moskva ve Qars muqavilelerinde tesbit edildiyi kimi Naxcivanda muxtariyyetin resmi qarantorudur bu sebebden 1990 ci illerde Naxcivanda ve onun etrafinda zorakiligin miqyasi mehdud olmusdur Buna baxmayaraq Birinci Qarabag muharibesi illerinde Naxcivan Ermenistanin blokadasina meruz qalmisdir Siyasi veziyyet 1992 ci ilin evvellerinde Azerbaycanda agir siyasi bohran yasanirdi Bu erefede guclenen Azerbaycan Xalq Cebhesinin AXC Ali Meclisinin sedri Arif Haciyev Azerbaycan Prezidenti Ayaz Mutellibova ultimatum gondermis ona tehlukesizlik ve istediyi halda olkeden getmeye zemanet verilmesi ile istefa etmesini teklif etmisdir Eks teqdirde AXC guc tetbiq edeceyini ve qan tokulmesinden cekinmeyeceyini bildirmisdi Fevralin 25 den 26 na kecen gece ermeni destelerinin Xocalida toretdiyi soyqirimi novbeti ay isiq uzune cixmis neticede Mutellibov muxalifetin tezyiqi ile 6 martda prezident vezifesinden istefa vermisdir Yeni prezident seckileri kecirilene qeder prezident selahiyyetleri Azerbaycan Ali Sovetinin sedri Yaqub Memmedova hevale edilmis mudafie naziri vezifesi ise AXC uzvu Rehim Qaziyeve verilmisdir AXC hakimiyyeti Esas meqale 15 may dovlet cevrilisi 1992 Buna baxmayaraq 14 mayda Ali Sovet yeniden iclas kecirmis ve Mutellibovun vezifesi kecmis kommunist deputatlar terefinden berpa edilmisdir Onlar Mutellibovun istefasini konstitusiyaya zidd elan etmisdi cunki Xocali istintaqinin ilkin neticeleri onun her hansi qanunsuz hereketinin olmadigini gostermisdi Bunu dovlet cevrilisi kimi goren AXC Mutellibovu yeniden vezifesinden uzaqlasdirmagi planlasdirirdi 15 mayda gunorta saatlarinda AXC nin herbi qolunun rehberi olan Isgender Hemidov zirehli texnika ve esgerlerden ibaret kolonna ile parlament binasina ve televiziyaya basqin etdi Bas tutan atismada 10 a yaxin esger helak olmus Mutellibov ise yeniden devrilmisdi AXC nin sedri Ebulfez Elcibey 7 iyun 1992 ci il tarixinde Azerbaycan Prezidenti secilmis ve nehayet AXC hakimiyyete gelmisdir Elcibeyin qelebesi olkede uzun suren siyasi bohrani aradan qaldirmis cebhede ehval ruhiyyeni yukseltmisdir 17 avqust 1992 ci ilde yeni daxili isler naziri Isgender Hemidov Siyavus Mustafayevi Naxcivan Muxtar Respublikasinin Naxcivan MR Daxili Isler Nazirliyi DIN bascisi teyin etmis 24 avqustda Naxcivan DIN in 1 500 emekdasi umumi yigincaqda Mustafayevin teyinatinin eleyhine muraciet qebul edilmis ve qebul edilen telebler Bakidaki merkezi hokumete gonderilmisdir Ardinca Hemidov Naxcivan MR DIN in fealiyyetini yoxlamaq meqsedli komissiya gondermisdir Naxcivan Ali Meclisinin sedri Heyder Eliyev bu zaman Irana sefere getmisdi ve yaranmis gerginliyi aradan qaldirmaq ucun Hemidovla danismaq istemis lakin onun telefon elaqe yaratmaq seyleri cavabsiz qalmisdir Ardinca Eliyev Ali Sovetin sedri Isa Qemberov ve prezident Elcibeye mesele ile bagli melumat vermis lakin danisiqlar musbet neticeler vermemisdir Naxcivan Ali Meclisinin 17 sentyabrda kecirilen sessiyasinda Esger Elekberov daxili isler naziri secilmis Bakidan gelen teyinat tesdiqlenmemisdir Hemidov evezinde Ali Meclisi 15 deqiqeye darmadagin ede bileceyini bildirmis teyinat olunan gun Elekberovu o cumleden onun muavini kadr bolmesinin reisini nazirliyin Muhafize sobesinin reisini nazirliyi qerargah reisini nazirliyin Ictimai tehlukesizlik ve asayisi muhafize sobesinin reisi ve Istintaq sobesinin reisini daxili isler orqanlarindan xaric etmisdir Novbeti gun Naxcivan Ali Meclisi AXC ye bagli silahli destelerin legv olunmasi ve onlarda olan butun silahlarin Naxcivan MR erazisinde yerlesen herbi hisselere verilmesi barede qerar qebul edilmisdir 15 oktyabrda Naxcivan Ali Meclisinin qerari ile Hemidovun hereketlerini pislenmis Azerbaycan Prezidenti ve Ali Sovetinden meseleye mudaxile edilmesini xahis edilmisdir CehdHeyder Eliyev cevrilise cehd zamani Naxcivan Muxtar Respublikasinin rehberi idi 24 oktyabrdaDaxili Qosunlara bagli herbi desant Naxcivana gonderilmisdir Aralarindan 100 neferi Naxcivan Xalq Cebhesinin Ordubad rayonundan olan uzvlerinden teskil olunmus 300 neferlik quvvelere zirehli vasitelerle saat 16 00 radelerinde Naxcivan MR DIN in binasina daxil olmusdur Silah desteye AXC Ordubad bolgesinin sedri Ferec Quliyev AXC Naxcivan bolgesinin sedri Asef Quliyev Naxcivan MR xalq deputati Vaqif Almuradov ve daxili isler naziri Isgender Hemidov terefinden ugursuz olaraq regional DIN teyin edilmis Siyavus Mustafayev rehberlik edirdi Elave olaraq basqincilar arasinda Azerbaycan Milli Ordusunun Naxcivandaki herbi hissesinin herbi qulluqculari da var idi Silahli desteler nazirliyin binadaki emekdaslarini isden kenar etmis ve bir nece saat DIN binasini oz ellerinde saxlamisdir Onlar binanin tavanina ve divarlarina ates acaraq binaya ziyan vurmusdur Hemcinin hemin desteler DIN binasinin onundeki kuceni her iki terefden yuk masini ile baglamisdir Onlar yarim saat sonra silah gucu ile Naxcivan Televiziya ve Radio Verilisleri Komitesini televiziya merkezini ve studiyasini da zebt etmis oradaki adamlar isden kenarlasdirmisdir Hemcinin qurumun sedri Elman Hebib oz otaginda hebs edilmisdir Saat 16 40 radelerinde televiziyanin sedr muavini Feride Abdullayevanin komeyi ile Ferec Quliyev ve Asef Quliyev televiziya vasitesile cixis etmisdir Cixiscilar bas veren hadiselerinin Bakidaki merkezi hokumet daxili isler naziri Isgender Hemidov ve prezident Ebulfez Elcibey ile razilasdirilmis oldugunu Hemidovun novbeti gun Naxcivana gelerek regionda qayda qanun yaradacagini elan etmisdir Bu zaman etirazcilar televiziya binasinin onune yigismisdir ve bu sebebden silahli desteler binadan cixa bilmemisdir Bundan sonra silahli destelere bagli zireh texnika televiziya binasi onune gelmis ve basqincilarin tehlukesiz formada binani terk etmesi ucun televiziyanin darvazasini ucuraraq heyete girmisdir Naxcivan MR daxili isler nazirinin elde etdiyi ilkin melumata gore televiziyadaki avadanliqlara 1 milyon manatadek ziyan deymisdir Hemcinin Naxcivan Elektrik Sebekesi de cebheciler terefinden nezarete goturulmus Rabite Idaresine basqin edilmisdir Naxcivan Ali Meclisinin sedri Heyder Eliyev hadiseden xeber tutduqdan sonra Naxcivan Xalq Cebhesinin rehberleri ile elaqe qurmus onlara bagli hisselerin emellerine son qoymalarini teleb etmisdir Naxcivan MR Milli Tehlukesizlik naziri Agabey Memmedov bu meqsedle Asef Quliyev ve Ferec Quliyevle danisiqlar aparmis lakin bu danisiqlar musbet netice vermemisdir Ardinca Heyder Eliyevin muavini ve AXC uzvu Qafar Memmedov danisiqlar aparmaq ucun DIN binasina gonderilmis lakin ora buraxilmamisdir Dovrun Naxcivan dovlet menbelerine gore Heyder Eliyev oz muavinleri Qafar Memmedov ve Asif Kelenterli ile birlikde prezident Ebulfez Elcibeyle elaqe saxlayib ondan qosunlari cekmesini istemis lakin lazimi tedbirlerin gorulmediyini bildirmisdir Daxili Qosunlarin sabiq komandani Fehmin Haciyev sonraki illerde Heyder Eliyevin ifadelerine baxmayaraq Elcibeyin bas verenleri sulh yoluyla aradan qaldirdigini qeyd etmisdir Her halda seher ve rayonlardan gelmis 50 minden cox etirazci Ali Meclisin binasinin onunde toplasmis Hemidovun qosunlarinin terkisilah edilmesini teleb etmisdir Saat 20 00 radelerinde Heyder Eliyev etirazcilar qarsisinda cixis etmis onlari dusunulmemis addimlar atmamaga cagirmis basqincilara ise xeberdarliq vermisdir Bir saat sonra silahli desteler DIN binasini terk etmisdir Geri cekilerken onlar terefinden bina onundeki etirazcilara odlu silahlardan BMP 2 MT LB herbi zirehli masinlarindan ates acilmisdir Naxcivan DIN qerargahinin bas muvekkili N Nadirovun rehberliyindeki deste Siyavus Mustafayevi saxlamisdir Nadirovun sozlerine gore prokuror Ejder Ehmedov Mustafayevle gorusmus ve onu azadliga buraxmisdir Ordubad rayon Daxili Isler Sobesinin DIS reisi Ilqar Memmedov DIN binasina basqinin teskilatcilarindan biri kimi saxlanilmis lakin o eyni zamanda Naxcivanin xalq deputati oldugundan onun hebs olunmasina sanksiya qoyulmusdur Televiziyaya basqin neticesinde 4 nefer yaralanmisdir Onlardan ikisi DIS emekdaslari diger ikisi ise mulki sexs idi NeticeCevrilise cehd eden quvvelerin movqelerini terk etmesine baxmayaraq etirazcilar yeniden Naxcivan Ali Meclisinin onune toplanmis ve 25 oktyabrda saat 04 00 radelerinde dagilismisdir Buna baxmayaraq onlar bir nece saat sonra yeniden bina onundeki meydana toplanmis AXC hakimiyyetinin eleyhine etiraz aksiyasi kecirmisdir Sahidlerin ifadelerine gore hadiseden uc gun sonra bele Sederek rayonu erazisinde atismalar bas tutmusdur Naxcivan Ali Meclisi 25 oktyabrda Azerbaycan Xalq Cebhesi Naxcivan vilayet sobesinden teleb etmisdir ki AXC butun silahli destelerini legv etsin ve uc gun muddetine silahlari Naxcivan erazisinde yerlesen Azerbaycan Mudafie Nazirliyinin herbi hissesine tehvil versin Bu ise nezaretin teskil edilmesi meqsedile Naxcivanin xalq deputatlarindan ibaret selahiyyetli komissiya yaradilmis Qafar Memmedov sedr teyin edilmisdir Buna baxmayaraq Heyder Eliyev 7 dekabrdaki cixisinda tapsirigin yerine yetirilmediyini bildirmisdir Heyder Eliyev andicme merasimi zamani 1993 cu ilin iyunu 27 oktyabrda veziyyet yeniden gerginlesmis Naxcivana xeber verilmisdir ki daxili isler naziri Isgender Hemidov yeni bir deste ile Naxcivana gelmeye hazirlasir Bunun ardinca Naxcivan Xalq Cebhesinin silahli desteleri Hemidovu qarsilamaq ucun Naxcivan Beynelxalq Hava Limaninin zebt etmisdir Hemidov teyyareden enmis Naxcivan MR Nazirler Kabinetinin isler mudiri ve Babek Rayon Xalq Deputatlari Meclisi Icraiyye Komitesinin sedri Mikayil Rehimov Isgender Hemidovu qarsilayanlar arasinda olmusdur Naxcivanli etirazcilar yeniden Ali Meclisin onunde toplasmis bu defe Hemidovun istefasini teleb etmisdir Bu zaman Hemidov Ali Meclise gelerek Heyder Eliyevle gorusmusdur Hadiseden sonra Eliyevin emri hava limaninin ucus enme zolagina teyyare enmesin deye ora yuk masinlari yerlesdirilmisdir Heyder Eliyev bir nece gun sonra etdiyi cixisda Isgender Hemidovun ugursuz cevrilis cehdinin ardinca Turkiyedeki Bozqurd teskilatina muraciet etdiyini iddia etmis ozunun ise Turkiye hokumetini bu mesele haqqinda melumatlandirmdigini qeyd etmisdir Prezident Elcibey hakimiyyetinin ilk ilinde Birinci Qarabag muharibesinde herbi ugurlar elde etmisdir Goranboy emeliyyati zamani kecmis Dagliq Qarabag Muxtar Vilayetinin erazisinin demek olar ki yarisi isgaldan azad edilmisdi Buna baxmayaraq 1993 cu ilin iyununda ordu komandiri Suret Huseynov herbi cevrilisle Elcibeyi devirmis eks prezident ise ardinca Heyder Eliyevi hakimiyyete gelmesi ucun Bakiya devet etmisdir ReaksiyalarNaxcivan Ali Meclisi ve Azerbaycan Ali Sovetinin bezi deputatlari hadiseni dovlet cevrilisine cehd kimi qiymetlendirmisdir Naxcivan Ali Meclisinin xalq deputatlari dovlet cerilisine cehdi pislemis ona huquqi ve siyasi qiymet verilmesini teleb etmisdir Naxcivan MR daxili isler nazirinin muavini xalq deputati Namiq Hesenov hadisenin gozlenilmez oldugunu bildirmis Ali Meclisi meselenin birdefelik hell edilmesine cagirmisdir Deputat Fexreddin Sirzadov hadiseni Azerbaycan Konstitusiyasinin kobud suretde tapdalanmasi kimi serh etmisdir 25 oktyabrda Baki seherinde toplanan ziyalilarin bir qrupu Naxcivanda bas veren hadiseleri pislemis onu demokratiya ve huquqi dovlet prinsiplerine insan huquqlarina zidd emel adlandirmisdir 31 oktyabrda Ziya Bunyadov Murtuz Elesgerov Xelil Rza Uluturk Ramiz Rizayev Fikret Ismayilov Ibrahim Ismayilov Eldar Salayev Xelil Musayev Araz Elizade Feyruz Mustafayev Samur Novruzov Lale Haciyeva Sefyar Musayev Eli Nagiyev Rafael Allahverdiyev Mixail Zabelin Qabil Huseynli Nazim Imanov Sukur Sadiqov Agabey Esgerov Zahid Qaralov Xeyreddin Qoca Nezir Ehmedov Rafiq Qasimov Hesen Esgerov Hacibala Abutalibov Eldar Quliyev ve basqalari birge beyanat yayaraq prezident hadise ile bagli Elcibeye muraciet etmisdir MenbeIstinadlar Broers 2019a seh 5 Broers 2019b seh 11 Bolukbasi 2011 seh 141 Elizade 2006 seh 362 Elizade 2006 seh 366 376 de Vaal 2013 seh 185 186 de Vaal 2013 seh 194 Qolts 2015 seh 190 191 de Vaal 2013 seh 308 Hesenov 2008 seh 451 Hesenov 2008 seh 455 Hesenov 2008 seh 458 459 Hesenov 2008 seh 456 Alioglu 2019 Syoqolev 1992 Hesenov 2008 seh 478 Hesenov 2008 seh 464 Hesenov 2008 seh 495 Meydan TV 2021 Hesenov 2008 seh 473 Hesenov 2008 seh 491 492 Hesenov 2008 seh 466 Hesenov 2008 seh 467 Hesenov 2008 seh 465 Hesenov 2008 seh 474 Hesenov 2008 seh 468 Hesenov 2008 seh 208 Abdullayev 2014 seh 360 Hesenov 2008 seh 476 Hesenov 2008 seh 476 477 Hesenov 1993 seh 494 Hesenov 2008 seh 477 Hesenov 2008 seh 494 Hesenov 2008 seh 499 Hesenov 2008 seh 488 Hesenov 2008 seh 492 Elizade 2006 seh 441 Broers 2019a seh 13 Hesenov 2008 seh 468 469 Hesenov 2008 seh 470 Hesenov 2008 seh 486 Edebiyyat de Vaal Tomas Black Garden Armenia and Azerbaijan through Peace and War ingilis 10th Anniversary Revised Updated NYU Press 2013 ISBN 0814760325 Qolts Tomas Azerbaijan Diary A Rogue Reporter s Adventures in an Oil rich War torn Post Soviet Republic ingilis 1st Edition Routledge 1998 ISBN 076560244X Syoqolev Iqor Narodnyj front Azerbajdzhana popytalsya ovladet Nahichevanyu Kommersant rus 27 oktyabr 1992 22 sentyabr 2018 tarixinde Broers Laurens A Violent Unravelling Armenia and Azerbaijan Anatomy of a Rivalry ingilis Edinburgh University Press 2019 ISBN 9781474450522 Broers Laurens An Exception in Eurasia Armenia and Azerbaijan Anatomy of a Rivalry ingilis Edinburgh University Press 2019 ISBN 9781474450522 Bolukbasi Suha Azerbaijan A Political History London I B Taurus 2011 ISBN 1780767595 Alioglu Elcin Bir adamin olmekliyi Isgender Hemidov oldugu kimi AzXeber az 30 yanvar 2019 17 yanvar 2022 tarixinde arxivlesdirilib Elizade Zerdust Konec vtoroj respubliki rus I Moskva Granica 2006 ISBN 5 94691 207 0 Abdullayev Mehman redaktorAzerbaycan tarixi PDF az Baki Baki Universiteti 2014 Hesenov Eli Qayidis 1990 1993 PDF az Azerbaycan nesriyyati 2008 Ilham Eliyev melum cixisiyla terbiyesini numayis etdirib Meydan TV az 12 aprel 2021 2022 01 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 01 20 Elcibey Ebulfez Azerbaycan Respublikasinin seherlerinde ve rayonlarinda herbi komendantlarin tesdiq edilmesi haqqinda Azerbaycan Respublikasinin Prezidentinin serencami E qanun az az Azerbaycan Respublikasinin Edliyye Nazirliyi 4 aprel 1993 2022 01 20 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 01 20 Elave edebiyyat Naxcivan Muxtar Respublikasi Heyder Eliyevin hakimiyyeti illerinde 3 cu hisse Azlogos eu az 1 iyul 2022 2022 07 24 tarixinde arxivlesdirilib Istifade tarixi 24 iyul 2022